Dövlətin idman siyasəti sahəsində qazanılan uğurlar gənclərin vətənpərvərlik ruhunu gücləndirir...

 

 

Gənclik həmişə həyatda və karyerasında uğurlar qazanmaqda maraqlıdır. Əlbəttə, bu uğurlar idman həyatı ilə bağlı olanda daha da cəlbedici görünür. Sözsüz ki, gənclərin qələbəsi, onların qazandığı yeni-yeni uğurlar digər gənclərə də stimul verir. Azərbaycan dövləti idmana böyük qayğı göstərir və bu qayğı siyasəti də özünü doğruldur.

Keçən yazılarımızda da qeyd etmişdik ki, Azərbaycan idmanı yeni dövrə qədəm qoyubyeni başlanğıcın da önündə olimpiyaçılarımız gedir. Azərbaycan olimpiyaçılarının nailiyyətləri xalqımızın qürur mənbəyinə çevrilib. Onların göstərdiyi şücaət gənclərin istinad yeri olmaqla yanaşı, həm də vətənpərvərlik öyrəndiyi bir məsələdir. 

Azərbaycan olimpiyaçıları son illər davamlı olaraq ölkəmizə medallar gətirir, qələbələr qazandırır. Gənclərin böyük coşğu ilə seyr etdiyiqürur keçirdiyi 2008-ci il Pekin Olimpiadası yaddaşlarda Azərbaycana uğur gətirən bir olimpiada kimi qaldı. Bilirik ki, Azərbaycana ilk qızıl medalını qazandıran Elnur Məmmədli oldu. O, Pekin Olimpiya Oyunlarının çempionu kimi Vətənə döndü.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi Tərlan Baxışov Pekin Olimpiadasından danışarkən bildirdi ki, XXIX Yay Olimpiya Oyunları kimi tarixə düşən bu yaddaqalan mötəbər idman yarışında finala çıxan cüdoçumuz Elnur Məmmədlinin qələbəsi uğurlu oldu: "Azərbaycan üçün önəmli olan bu olimpiya oyunlarında cüdoçumuz Azərbaycana ilk qızıl medalı qazandırdı. Qeyd edim ki, Elnur Məmmədli ilk döyüşdə Belçikadan olan rəqibi Van Tiçhelt Dirki, ikinci döyüşdə Belarusdan Konstantin Semyonovu, finalda Koreya Xalq Demokratik Respublikasının idmançısı Kim Çol Sunu, yarımfinalda isə İran cüdoçusu Əli Malomatı "ippon"la məğlub edərək təmiz qələbə qazanmışdı.

Elnurun ardınca digər idmançılarımız da olimpiadada medal qazandılar. Bunlardan Rövşən Bayramov (Yunan-Roma güləşi, 55 kq) gümüş medal, Vitali Rəhimov (Yunan-Roma güləşi, 60 kq) gümüş medal, Mövlud Mirəliyev (cüdo, 100 kq) bürünc medal,

Şahin İmranov (boks, 57 kq)  bürünc medal, Xetaq Qazyumov (sərbəst güləş, 96 kq) bürünc medal, Mariya Stadnik (qadın güləşi, 48 kq) bürünc medal qazandılar. Azərbaycana gətirilən bu medallar yalnız idmançıların özlərinə deyil, bütün xalqımıza başucalığı gətirdi. Bu həm də ona səbəb oldu ki, XXX Yay Olimpiya Oyunlarında iştirak edən gənc idmançılar yarışa daha ürəklə hazırlaşdı. 2012-ci ildə Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın xeyir-duası ilə rəsmi qaydada yola salındı. Bu onun göstəricisidir ki, dövlət başçımız idmana qayğı göstərir və idmançılarımıza inamla yanaşır. Azərbaycan Prezidenti İlham Əliyev yolasalma mərasimində idmançılarımıza çox qiymətli tövsiyələr verdionlara inamını ifadə etdi":... Əminəm ki, idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edəcək və Vətənə böyük qələbələrlə qayıdacaqlar. Bunu deməyə əsas vardır. Çünki Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atmışdır. Bu günbu siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara olan hörmət cəmiyyətdə yüksək səviyyədədir. İdmançıların məişət problemlərinin həlli məsələləri yüksək səviyyədə təşkil edilir. Bütün bu amillər həm idmanın inkişafına böyük təkan verir, eyni zamanda, gənclərdə, yeniyetmələrdə, uşaqlarda idmana marağı artırır. Mən çox şadam ki, idman bölmələrinə axın kütləvi xarakter alıbdır. İndi idmanla məşğul olmaq üçün bütün şərait vardır. Biz idmanın inkişafı ilə bir neçə vacib məqsədi təmin edirik: ilk növbədə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırırıq, eyni zamanda, idmanın kütləviliyini təmin edirik. İdman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət almışdıridman hər bir insanın sağlamlığı üçün çox mühüm amildir. İdman insanları həm fiziki cəhətdən sağlam edir, eyni zamanda, gözəl milli-mənəvi dəyərlərimizi idmançılara, uşaqlara aşılayır. Bir sözlə, Azərbaycanda idmanın inkişafına dair siyasət çox uğurludur və deyə bilərəm ki, bizdə olan təcrübə bəzi ölkələrdə öyrənilir və tətbiq edilir. İdmanın inkişafını müəyyən edən bütün amillər Azərbaycanda vardır. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər, hər il yüzlərlə medal qazanırlar. Həm Dünya, həm də Avropa çempionatlarında Azərbaycanın milli bayrağı dalğalanır, Azərbaycanın milli himni səslənir. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşı üçün böyük sevincdir, böyük fərəh hissi yaradır. Mən əminəm ki, bundan sonrakı dövrdə də idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər. İdmanın kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda geniş tikinti-quruculuq işləri aparılır...". Həmin toplantıda cənab Prezident bildirdi ki, yaxın zamanlarda hər bir rayon mərkəzində müasir Olimpiya İdman Kompleksi açılacaq.

Bildirim ki, olimpiya komplekslərinin tikintisi siyasətinə İlham Əliyevin rəhbərliyi ilə 2000-ci ildən başlanıb və son 14 il ərzində, demək olar ki, bölgələrimizin əksəriyyətində müasir olimpiya kompleksləri tikilib. Məlumdur ki, gənc idmançılar, uşaqlar bu imkanlardan səmərəli şəkildə istifadə edir. Bizim milli olimpiya komandamızın tərkibində olan idmançıların bəziləri öz idman fəaliyyətini məhz son illər ərzində tikilmiş olimpiya komplekslərində başlayıb.

Prezidentin sözünə qüvvət, bu həm idmanın kütləviliyini təmin edir, eyni zamanda, gənc idmançılarımızın yetişdirilməsində də çox mühüm bir vasitədir".

Qeyd edək ki, Azərbaycan Respubliksının Prezidenti İlham Əliyev sözügedən tədbirdə "Çox şadam ki, Azərbaycanda idmanın inkişaf dinamikası çox müsbətdir. Yeni gənc nəsil yetişirolimpiya komandamızın tərkibindəki idmançıların böyük əksəriyyəti ilk dəfə olaraq olimpiya oyunlarında iştirak edəcəkdir. Yəni bu onu göstərir ki, idman ardıcıllıqla inkişaf edir, idmanda nəsillər dəyişir və gənclər də böyüklərin, çempionların yerlərini tuturlar.

 Gənclərin idmana olan marağı xüsusilə böyük əhəmiyyətə malikdir. Bu maraq, eyni zamanda, beynəlxalq yarışların nəticələrində də özünü göstərir. Gənclər arasında keçirilən birinci Ümumdünya Olimpiya Oyunlarında Azərbaycan idmançıları böyük uğurlar qazanmışlar və komanda hesabında 10-cu yeri tutmuşlar. Bu onu göstərir ki, idman Azərbaycanda ardıcıl şəkildə inkişaf edir, gənclər idmana böyük maraq göstərir. Beləliklə, bu bizə imkan verəcəkdir ki, bundan sonra bütün dövrlərdə gənc, istedadlı idman nəsli yetişdikcə uğurlarımız da davamlı olsun. Kütləviliyə gəldikdə, bir daha demək istəyirəm ki, əlbəttə, idman hər bir insan üçün gündəlik həyat tərzi olmalıdır. Mən idmanla məşğul olmağı hər bir vətəndaşa tövsiyə edirəm. İdmanın çox böyük xeyri vardır. İdman insanı fiziki cəhətdən möhkəm edir. İdmançılar, xüsusilə Azərbaycan idmançıları böyük mənəvi dəyərlərə malikdirlər. Təsadüfi deyildir ki, Azərbaycan cəmiyyətində idmançılara çox böyük hörmət vardır. Bu hörməti idmançılarımız həm öz qələbələri, həm də cəmiyyətdə olan fəaliyyətləri ilə qazanmışlar.

 Azərbaycan nisbətən gənc müstəqil dövlətdir. Bizim müstəqilliyimizin cəmi 20 yaşı vardır. Ancaq, bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazana bilmişik. Bu gün dünyada Azərbaycan idman dövləti kimi tanınır. Biz beynəlxalq idman ailəsində layiqli yeri tuta bilmişik. Bu gün Azərbaycan idmançıları hər bir rəqib üçün çox ciddi sınaqdır və idman ölkəsi adını qazanmaq asan məsələ deyildir. Biz bu adı öz əməyimizlə, idmançılarımızın zəhməti, məşqçilərin əməyi ilə qazanmışıq. Eyni zamanda, Azərbaycanda idmanda idarəçilik sistemi də mükəmməldir. Onu da qeyd etmək istəyirəm və mən şəxsən onun şahidiyəm ki, Azərbaycandakı təcrübə bir çox ölkələrdə öyrənilir. Çünki bəzi hallarda idman federasiyaları, cəmiyyətləri və klubları arasında, Milli Olimpiya Komitəsi və nazirliklər arasında ziddiyyətlər vardır. Azərbaycanda isə bütün idman qurumları - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri və klubları vahid komanda şəklində fəaliyyət göstərir. Çünki bizim məqsədimiz ondan ibarətdir ki, ölkə idmanını inkişaf etdirək və Azərbaycanın uğurlarını təmin edək. Bu idarəçilik sistemi bax, bu nəticələrə gətirib çıxarmışdır"-deyə bildirmişdi. 

O həmçinin deyirdi ki, düşünülmüş, məqsədyönlü proqramlar əsasında qurulan fəaliyyət gözəl nəticələrini verməkdədir. Dövlət başçımızın idmanla bağlı fikirlərini şərh edən T.Baxışovun sözlərinə görə, idmançılarımızın beynəlxalq yarışlarda və olimpiya oyunlarında çıxışlarının dinamikasına nəzər salsaq, görərik ki, uğurlarımızın sayı ildən-ilə artır: "Həm olimpiya, həm qeyri-limpiya idman növləri üzrə idmançılarımız hər il yüzlərlə medal qazanır. Cənab Prezident qeyd edirdi ki, bəzi başqa ölkələrdə olduğu kimi, Azərbaycanda heç bir fərq qoymuruq, heç bir ayrıseçkilik edilmir. O deyirdi ki, həm ölkə Prezidenti, həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi mənim üçün olimpiyaqeyri-olimpiya idman növləri arasında heç bir fərq yoxdur": Çünki bütün idmançılarımız Azərbaycan idmançılarıdır. Onlar bütün yarışlarda Azərbaycanı təmsil edirlər və çalışırlar ki, qələbə qazansınlar. Bizdə qələbə əzmi çox yüksək səviyyədədir. Ona görə Azərbaycanda həm olimpiya, həm də qeyri-olimpiya idman növlərinin inkişafı üçün çox gözəl şərait vardır". Bilirik ki, Azərbaycan olimpiya yığması XXX London Yay Olimpiya Oyunlarını 10 medalla 30-cu başa vurub. Hesab edirəm ki, bu nəticə Azərbaycan üçün böyük uğurdur". Ekspert qeyd etdi ki, 30-cu Yay Olimpiya Oyunlarında qazanılan qələbə gənclərdə idmana maraq yaratdı": Bəllidir ki, Toğrul Əsgərov  2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Londona 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən Dünya çempionatında qalib olmaqla lisenziya qazanan Şərif Şərifov olimpiadada Türkiyə, ABŞ, İran ve Puerto-Rika idmançılarını məğlub edərək Azərbaycana qızıl medal qazandırıb.

Valentin Xristov isə 2012-ci ildə Türkiyənin Antalya şəhərində Avropa çempionu adına yiyələnib. Yeniyetmələr arasında dünya rekordçusu Londonda bürünc medalla kifayətlənib. Məhəmmədrəsul Məcidov 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olub.

Avropa çempionu olan Teymur Məmmədov Londonda bürünc medalı aktivinə yazıb. Yuliya Ratkeviç Londonda bürünc mükafatçı kimi fəxri kürsüyə çıxıb. Xetaq Qazyumov üçün London Olimpiadası bürünc medalla yadda qalıb.

Bunlar hamısı Azərbaycan idmanının tarixinə yazılan yaddaqalan hadisələr və gənclərdə Vətən təəssübkeşliyi yaradan məqamlardır. Qarşıda bizi daha böyük bir yarış gözləyir. Bu, ölkəmizin 2015-ci ildə ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarıdır. Düşünürəm ki, bu oyunlarda da böyük nəticələr qazanacağıq".

 

Ardı var...

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 12 iyun.- S.15.