Sağlam təhlükəsiz əmək hər bir vətəndaşın hüququdur

 

 İş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik qaydalarına əməl edilməsi, işçilərin sağlamlığının qorunması, əməkdaşların qayğısına qalınması artıq zamanın tələbidir. Sirr deyil ki, bəzi işəgötürənlər sahibkarlığı ağalıq etmək kimi başa düşərək, öz obyektlərində çalışanların əməyinə qul əməyi kimi baxır, işçilərin əmək hüquqları ilə hesablaşmır, əməkdaşların təhlükəsizliyinin, sağlamlığının qorunmasının təmin edilməsi barədə ümumiyyətlə düşünmürlər.

Bu da ondan irəli gəlir ki, işsiz adamlar, nəyin bahasına olursa-olsun, pullu tapıb öz ailəsini dolandırmaq barədə düşünür. Sağlamlığını təhlükə altına ataraq heç bir müqavilə bağlamadan ən ağır səhhətə ziyanlı işlərdə belə işləməyə razı olurlar. Səhhətində bir problem yarananda ya qabiliyyətini itirdikdə isə, sahibkar tərəfindən heç bir maddi kompensasiya verilmədən işdən azad edilirlər. Yuxarıda qeyd olunan neqativ halların qarşısını almaqdan ötrü işçilərin öz hüquqlarını bilməsi çox vacibdir.

Azərbaycanda əməyin mühafizəsi normaları qaydaları Əmək Məcəlləsi ilə, icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ-hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. İşçilərin təhlükəsiz sağlam şəraitdə işləmək hüququ var. Əməyin mühafizəsi normaları qaydaları hökmən işçilərin, istehsalat təcrübəsi keçən tələbə şagirdlərin, müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların, məhkəmə hökmlərinin icrası yerlərində işləyən məhkumların, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına, habelə hərbi fövqəladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərin çalışdıqları bütün yerlərində tətbiq edilməlidir.

Əmək Məcəlləsinə görə, sağlam təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi aşağıdakılardır:

1. İşəgötürən sağlam təhlükəsiz əmək şəraitinə, təhlükəli zərərli istehsalat amillərinə nəzarəti təşkil edir bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq vaxtında məlumat verir.

2. İşəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv illik tədbirlər planı hazırlayır həyata keçirir.

3. İşəgötürənlə işçilər arasında sağlam təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi üzrə qarşılıqlı öhdəliklər kollektiv müqavilədə, əmək müqaviləsində nəzərdə tutulur.

4. Əmək şəraiti zərərli təhlükəli olan istehsalatlarda, həmçinin xüsusi temperatur şəraitində aparılan ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara uyğun olaraq müvafiq pulsuz xüsusi geyim, xüsusi ayaqqabı digər fərdi mühafizə vasitələri, yuyucu dezinfeksiyaedici maddələr verilir.

5. İşəgötürən həmkarlar ittifaqları təşkilatının iştirakı ilə vaxtaşırı yerlərinin əməyin mühafizəsi normalarına qaydalarına uyğunluğu üzrə attestasiya aparmalıdır. Attestasiyanın nəticələri barədə əmək kollektivinə məlumat verilir. İşəgötürən yerləri attestasiyasının nəticələrinə əsasən onları əməyin mühafizəsi üzrə qüvvədə olan normativ aktlara uyğunlaşdırmaq üçün lazımi tədbirlər görməlidir.

6. İşəgötürən işçilərə verilmiş xüsusi geyimin ayaqqabının, digər fərdi mühafizə vasitələrinin saxlanmasını, yuyulmasını, qurudulmasını, dezinfeksiyasını, deqazasiyasını, dezaktivizasiyasını təmirini təmin etməlidir.

7. İşəgötürən qanunvericilikdə nəzərdə tutulmuş istehsalat sahələrini qazlı duzlu su ilə təchiz etməlidir.

8. İşəgötürən ilin soyuq isti vaxtlarında açıq havada, yaxud qızdırılmayan qapalı binalarda isti sexlərdə çalışan işçilərin isinməsi ya istirahəti üçün otaqlar hazırlamalıdır.

Əməyin təhlükəsizliyi normalarının qaydalarının tələblərinə əməyin mühafizəsi prinsiplərinə uyğun olmayan istər işəgötürənin, istərsə başqa vəzifəli şəxslərin, habelə müəssisələrin onların struktur bölmələrinin, avadanlıq qurğuların işi işçilərin sağlamlığı ya həyatı üçün təhlükə törədərsə, müəyyən edilmiş qaydada səlahiyyətli nəzarət orqanları ya onların vəzifəli şəxsləri tərəfindən aşkar edilmiş pozuntular aradan qaldırılanadək dayandırılmalıdır. Əməyin mühafizəsi tədbirləri çərçivəsində işçilərin icbari sığortası çox mühüm əhəmiyyətə malikdir. İcbari sığorta haqqında qanun həm dövlət, həm özəl sektorlarında işəgötürənlərin öhdəsinə böyük məsuliyyət vəzifələr qoyur. Onlar əmək müqaviləsi ilə bərabər əməkdaşlarla icbari sığorta müqaviləsinin bağlanmasını təmin etməli, sığortaçıya müəyyən edilmiş məbləğdə sığorta haqqını da ödəməlidir. Sığorta tarifləri Nazirlər Kabinetinin qərarı ilə işçilərin risq qruplarından asılı olaraq müəyyən edilib. Ən aşağı risqli hesab olunan qrup üzrə sığorta tarifləri əməkhaqqının 0,2%-i, ən yuxarı risq qrupu üçün 2%-i qədər müəyyən edilib. Əslində, bu tariflər elə yüksək deyil, əgər sahibkar işçilərə məvacib təyin edərkən avtomatik olaraq ödəyəcəyi sığorta haqqını da nəzərə alsa, həmin sığorta haqqı işəgötürənin büdcəsinə ziyan gətirməz. Məsələn, bir işçi üçün ayda 300 manat xərc nəzərdə tutan sahibkar işçiyə 295 manat maaş yazıb yerdə qalan 5 manatı isə sığorta haqqı kimi ödəyə bilər. İcbari sığorta müqaviləsi bağlandıqdan sonra işəgötürən özü xeyli üstünlüklər qazanır. Belə ki, əmək prosesi zamanı baş verə biləcək hər hansı bir sığorta hadisəsi zamanı işçiyə dəyən ziyanın maddi cəhətdən kompensasiya edilməsi sahibkarın deyil, sığortaçının öhdəsinə düşür. Ona görə sığorta hadisəsi baş verəndə işçi ilə işəgötürən arasında əvvəlki kimi narazılıqlar yaranmır. Əksinə, işəgötürən belə situasiyalarda zərərçəkənin hüquq mənafelərini sığortaçı qarşısında müdafiə edə bilər.Bundan başqa, dövlət müəssisələr səviyyəsində əməyin mühafizəsi fondu yaradıla bilər. Dövlət Əməyin Mühafizəsi Fondu müvafiq icra hakimiyyəti tərəfindən təsis edilir.

Bu fond dövlət büdcəsindən ayırmalar, mənfəətindən ayırmalar, əməyin mühafizəsi normalarını və qaydalarını pozan inzibati qaydada cəzalanmış vəzifəli şəxslərin ödədikləri cərimələrin qanunvericiliklə müəyyən edilmiş hissəsi, müəssisələrin, vətəndaşların könüllü ödəmələri və başqa ödəmələr hesabına təşkil edilir. Müəssisə üzrə fond işəgötürən tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik tədbirlərinə ayırdığı vəsaitin hesabına yaradılır. Müəssisədə əməyin mühafizəsi fondunun vəsaiti yalnız işçilərin əmək şəraitinin və təhlükəsizliyinin normativ tələblərə çatdırılması və ya müəssisədə mövcud olan əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi tədbirlərində istifadə edilə bilər.

Məlum olduğu kimi, 2001-ci ildə Beynəlxalq Əmək Təşkilatının qərarı ilə aprelin 28-i "Ümumdünya Əməyin Mühafizəsi Günü" kimi təsis olunub. Dünyada hər il istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində milyonlarla insanın həyat və sağlamlığını itirməsi əməyin mühafizəsi işini günün aktual məsələlərindən birinə çevirib. Bu günün dünyada hər il qeyd olunmasında da məqsəd ictimaiyyətin diqqətini yerlərində əməyin mühafizəsinə, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına yönəltməkdir.

Əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ölkəmizdə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu müəyyən edir.

Cəmiyyətdə gedən ictimai-siyasi proseslər əmək məsələlərini və sosial-iqtisadi problemləri tənzimləyən milli qanunvericilik aktlarının təkmilləşdirilməsini və beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsini zərurətə çevirib. Ona görə də ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra əmək qanunvericiliyi sahəsində ciddi islahatlar aparılıb, əmək münasibətləri və əməyin mühafizəsi sahəsində yeni normativ-hüquqi aktlar qəbul edilib. Aparılan hüquqi islahatların məntiqi nəticəsi kimi 1999-cu il iyulun 1-də Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvəyə minib. Əmək Məcəlləsinin 33-cü maddəsi əməyin mühafizəsi normalarını əhatə etməklə bərabər, işçilərə sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı işəgötürənlərin məsuliyyətini də müəyyən edir.

Əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam yerlərinin yaradılması bu gün dövlətimizin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindəndir. Son illər ölkəmizdə təsdiq olunan dövlət proqramları, uğurla reallaşdırılan böyük layihələr nəticəsində tikinti-quraşdırma işlərinin həcmi artıb, yeni istehsal və xidmət sahələri yaradılıb, minlərlə yeri açılıb, vətəndaşların məşğulluq probleminin aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb, tikinti sektorunun iqtisadiyyat da rolu və əhəmiyyəti yüksəlib. Bütün bunlar da, öz növbəsində, istehsaltikinti sektorunda təhlükəsiz və sağlam yerlərinin yaradılmasını, yüksək tikinti mədəniyyətinin formalaşmasını aktuallaşdırıb.

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübənin mütərəqqi cəhətləri əxz olunmaqla qanunvericilik bazasının təkmilləşdirilməsi və konkret əməli tədbirlərin həyata keçirilməsi baxımından Azərbaycan regionda qabaqcıl bir ölkədir.

Bu, Prezident İlham Əliyevin hər bir azərbaycanlının firavanlığına xidmət edən uğurlu siyasəti, həmçinin, əməkçilərin hüquqlarının təminatına daim xüsusi diqqət və qayğı göstərməsi ilə bağlıdır.

Əməyin qiymətləndirilməsi, qorunması, işçinin təhlükəsizliyinin təmin olunması ilə bağlı çoxsaylı beynəlxalq normaların Azərbaycanda fəal tətbiqini, qanunvericilikdə geniş yer verilməsini şərtləndirən mühüm bir cəhət milli mentalitetdə və dini dəyərlərdə bu məsələlərə xüsusi önəm verilməsidir.

 

 

         Günel CƏLİLOVA

 

Bakı xəbər.-2014.-5 may.-S.10.