İstedadlı gənclərə dövlət qayğısı vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır

 

Müasir Azərbaycanın mədəniyyət incəsənət, ədəbiyyat, təhsil sahəsində xüsusi fərqlənən gənclər Azərbaycan dövləti tərəfindən qayğı ilə əhatə olunub. Ölkəmiz müstəqil olduqdan sonra cəmiyyətimizdə milli mənlik şüuruna bağlı olan, içində vətənpərvərlik sevgisi yaşadan gənclər nəsli formalaşmağa başladı. O gənclərin potensialı, intellekti, aldıqları təhsil onların Azərbaycan dəyərlərinə daha mükəmməl münasibət bəsləməsinə əsas verdi.

Son 20 ildə ölkəmizin gənclər siyasəti formalaşmağa başladı. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin imzaladığı 9 aprel 2002-ci il tarixli "Gənclər Siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsi istedadlı gənclərə dövlət qayğısı ilə bağlıdır. Burada bildirilir ki, sosial maddi vəziyyətindən asılı olmayaraq, istedadlı yaradıcı gənclərin təhsilini davam etdirməsinə dövlət təminat verir. Bu maddənin 6.4. bəndində isə qeyd edilir ki, istedadlı gənclərin həvəsləndirilməsi məqsədilə dövlət yerli özünüidarəetmə orqanları, hüquqi fiziki şəxslər xüsusi təqaüd, mükafat müavinətlər təsis edə bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı çoxsaylı qanun sərəncamlarda istedadlı gənclərə mükafatların, təqaüdlərin verilməsi öz əksini tapır. Bu gənclər musiqi, təhsil sahəsində öz intellektləri, savadları istedadları ilə yaşıdlarından seçilənlərdir. Bir qrup gənc muğam ifaçısına fəxri adların verilməsi, onların eyni zamanda da təqaüdlə təmin edilməsi faktdır. 2005-ci ildə keçirilən Televiziya Muğam Müsabiqəsində öz istedadlarını nümayiş etdirən bir neçə ifaçıya əməkdar artist fəxri adı verildi. Onların sırasında bu müsabiqənin qalibi, çağdaş Azərbaycan opera səhnəsinin Şah İsmayılı Təyyar Bayramov da vardı. Ondan başqa istedadlı gənc musiqiçilər tarzən Elçin Haşımov kamança ifaçısı Elnur Əhmədov da əməkdar artist fəxri adı daşıyırlar. Onlara da Prezident təqaüdü verildiyi bildirilir. 2010-2011-ci illərdə ölkə başçısının sərəncamları ilə respublikanın bir sıra nüfuzlu musiqi məktəblərinin şagirdləri, yəni gənc istedadların bir çoxu Prezidentin xüsusi təqaüdünə layiq görülüb.

Prezident İlham Əliyevin 2010-cu il 17 sentyabr tarixli Sərəncamı ilə respublikamızın adını ucaldan bir sıra yeniyetmə gənc ifaçı mükafatlarla təltif edilib. Sənəddə deyilir: "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli, 464 saylı Fərmanına uyğun olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər".

Adları "Qızıl kitab"a yazılan Prezidentin xüsusi aylıq təqaüdünü alan gənclərin sırasında Sumqayıt Musiqi Kollecinin tələbəsi Əlizadə Fuad Telman oğlu, Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Həsənov Kamil Sənan oğlu, Bakı şəhər Qara Qarayev adına 8 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Hüseynova Nərgiz Ələkbər qızı, Bakı şəhər Leopold Mstislav Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Mayılov Kənan Eldəniz oğlu, Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdi Nəcəfzadə Minirə İlham qızı, Bakı şəhər Leopold Mstislav Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Ömərli Kamran İmran oğlu, Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Yunusov İsmayıl Səbuhi oğlu da olub. Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli Musiqi Məktəbinin şagirdi Əmiraslanov Nəriman Sabir oğlu, Bakı şəhər Tofiq Quliyev adına 12 nömrəli Musiqi Məktəbinin şagirdi Həsənov Yasin Etibar oğlu, Bakı şəhər Qara Qarayev adına 8 nömrəli Musiqi Məktəbinin şagirdi Həsənova Aygül Elçin qızı, Bakı şəhər Tofiq Quliyev adına 12 nömrəli Musiqi Məktəbinin şagirdi Hüseynov Emin Valeh oğlu, Bakı şəhər Qara Qarayev adına 8 nömrəli Musiqi Məktəbinin şagirdi Şahgəldiyeva Mədinə Elçin qızı yuxarıda adları qeyd edilən yaşıdları ilə eyni mükafatları paylaşıblar.

2002-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfinə daxil olan hazırda bu təhsil ocağında oxuyan, beynəlxalq müsabiqələr laureatı Ceyla Uran qızı Seyidova da Prezident təqaüdçüsüdür. Onun da adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb.

Yeri gəlmişkən, bu məktəbin bir neçə istedadlı şagirdi adını "Qızıl kitab"a yazdıra bilib Prezidentin xüsusi təqaüdünə layiq görülüblər. Onlardan istedadlı gənc vokalçı Amil Həsənoğlu tanınmış tarzən-dirijor Əyyub Quliyevi indi xatırlayırıq. Onlar kimi saysız-hesabsız gənc istedadlı musiqiçilərə, ifaçılara ölkə Prezidenti müntəzəm olaraq qayğı göstərir. Bildiyimiz qədər, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən ikinci televiziya muğam müsabiqəsindən tanıdığımız öz gözəl səsi ilə ürəkləri riqqətə gətirən Elməddin İbrahimov da Prezidentin xüsusi təqaüdünə layiq görülən istedadlardandır.

Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülən adı "Qızıl kitab"a düşən istedadlarımız kifayət qədərdir. Yeri gəldikcə biz onları sizə təqdim edəcəyik. Çünki onlar Azərbaycanın adı ilə öyündüyü istedadlı, intellektli, dəyərli inciləridir. Yaxşı olardı ki, bəzi KİV-lər öz meydanını ucuz reklam axtaran şou-biznesçilərə deyil, bu istedadlara versin. Onların həm dövlət, həm xalq qarşısında alınları açıq, üzləri ağdır. Gənc bəstəkarlar, rəssamlar, rejissorlar, aktyorlar, ssenaristlər, şair yazıçılar, tənqidçilər bu qayğıdan kənarda qalmayıb. Mərhum prezident Heydər Əliyevin mədəniyyətə, ədəbiyyata, təsviri incəsənətə, kinoya olduqca yaxşı münasibət bəslədiyi hər kəsə məlumdur. O bu sahədə gənclərin daim irəlidə getməsini istəyirdi. Prezidentliyi dövründə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Kinematoqraflar İttifaqının, Bəstəkarlar İttifaqının digər yaradıcılıq qurumlarının üzvləri olan gənc istedadlar birillik Prezident təqaüdünə layiq görülüb. Hətta elə gənc olub ki, mütəmadi olaraq hər il təqaüd alıb. Bu birbaşa dövlətin gənc nəslə diqqət arxa-dayaq olmasının təzahürüdür. H.Əliyevin qoyduğu bu ənənə bu gün davam edir. İstedadlı gənclərə qədir-qiymət qoyulur.

Dövlətimiz ali məktəblərə yüksək bal toplayaraq daxil olan gəncləri də yaddan çıxarmayıb. İndiyə qədər onlarla gənc Prezidentin aylıq xüsusi təqaüdünü alıb. Bu gün də almaqdadır. Bu təqaüd gəncləri əlavə problemlərlə məşğul olmaq qayğısından azad edir. Onları yalnız qəbul olunduqları ixtisas üzrə bütün bilikləri mənimsəmək maraqlandırır. Bir nüansa diqqətinizi yönəltmək istəyirik. Prezidentin xüsusi təqaüdünü alan tələbələr arasında orta məktəbi bölgələrdə bitirənlər də az deyil. O gənclər heç bir repititor yanına getmədən özləri müstəqil olaraq ali məktəbə hazırlaşıblar və yüksək balla ölkənin nüfuzlu ali məktəblərinə daxil olublar. Bu fikirləri o tələbələr televiziyada çıxışları zamanı səsləndiriblər.

Prezidentin 1 sentyabr 2011-ci il tarixli Sərəncamı ilə 2011/2012-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 100 tələbə Prezident təqaüdünə layiq görülüb. Onlar müxtəlif ali məktəblərdə yüksək ixtisaslar üzrə təhsil alırlar.

Yaddan çıxmamış, bir məqamı qeyd etmək istəyirik. Respublikada elə məktəblər var ki, hətta onun birbir neçə məzunu Prezident təqaüdü alır. Bakıdakı 115 nömrəli orta ümumtəhsil məktəbinin bir yetirməsi Prezident təqaüdünə layiq görülüb. O ən yüksək - 700 bal toplayaraq buna nail olub. Bu məktəbin Prezident təqaüdünə layiq görülmüş digər məzunları barədə də danışmaq yerinə düşərdi. Belə ki, qəbul imtahanlarında 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunmuş Aygül Tanrıverdiyeva, 690 balla Qafqaz Universitetinə qəbul olunmuş Aydın Ramazanov, yüksək balla AMİ-yə qəbul olunmuş Aytac Mahmudova, 2007-ci ilin məzunu, BDU-nun hüquq fakültəsində təhsil alan Kənan Hüseynov, 2005-ci ilin məzunu, BDU-nu Beynəlxalq münasibətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib, hazırda Dövlət İdarəçilik Akademiyasında magistratura pilləsində təhsil alan Gülnar Həsənova, məktəbin 2001-ci il məzunu və Binəqədi rayonu üzrə ilk Prezident təqaüdçüsü, BDU-nun psixologiyasosial elmlər fakültəsini psixologiya ixtisası üzrə bitirmiş və hazırda "XXI əsr təhsil kompleksi"ndə işləyən Humay Axundzadə Azərbaycanın nümunəvi gənclərindəndir. Xalqımızın sabahı belə gənclərin əlində olmalıdır.

Bir qrup gəncin xüsusi proqramlar çərçivəsində, yaxud başqa yollarla xarici ölkələrdə təhsil alması da dövlətin diqqətində olan məsələdir. Xaricdə oxuyan tələbələrə dövlət büdcəsindən aylıq təqaüd ayrılır. Bu da onların təhsillərini normal şəraitdə davam etdirməsinə təkan verir.

Prezident İlham Əliyevin Azərbaycan kinosunun inkişafı ilə bağlı imzaladığı Dövlət Proqramına əsasən kinonun müxtəlif sahələri üzrə kadrların hazırlanması önə çəkilir. Bir çox sahələr üzrə mütəxəssislərin hazırlanması Azərbaycanda mümkün olmadığı üçün onların xarici ölkələrə göndərilməsi artıq reallaşıb. Gənclərimizin bir qismi Moskvada, bir qismi keçmiş Sovet İttifaqı respublikalarında, bir qismi isə Avropada təhsil alır. Bu ənənə musiqi sahəsində də davam etdirilir.

Artıq mədəniyyət və incəsənətin bir sıra qolları üzrə mütəxəssislərin hazırlanması xarici ölkələrin o sahələr üzrə ixtisaslaşmış ali məktəblərinə və təcrübəli pedaqoqlarına həvalə edilib. İnanırıq ki, həmin gənclər də Azərbaycanımızın işıqlı gələcəyi naminə böyük işlər görəcək. Onların yaratdığı sənət nümunələrində Azərbaycan gəncliyinin milli mənlik şüuru, onların vətənpərvərlik ruhu canlandırılacaq. O yaradıcılıq əsərləri gəncliyi torpağa, milli düşüncəyə bağlayacaq.

 

 

           İradə SARIYEVA   

     

           Bakı xəbər.-2014.-7 may.-S.15.