Xaricdə təhsil gənclərin milli mənlik şüurunda kimi rol oynayır?

 

 Azərbaycan gəncliyi müstəqil bir dövlətin vətəndaşları olduğu üçün özünü daha güclü, rəqabətə davamlı, əmin hiss edir. Bu da ona dəlalət edir ki, dövlətimizin sarsılmaz təməli var onun yürütdüyü siyasətin tərkib hissəsində gəncliyin xüsusi yeri var. Tarixən Azərbaycan torpağında doğulan, ayaq üstə dayanan gənclik məğrur olub.

Bu gəncliyin içindən seçilən istedadlı adamlar təhsil sahəsində, elm-bilik öyrənməkdə aktiv olublar. Keçən zamanlar da ölkəmizdə olan istedadlı, fəhmli gənclər təhsil ardınca başqa ölkələrə üz tutub, elmin sirlərinə bələd olandan sonra məmləkətinə dönərək bilik bacarığını xalqının rifahı yolunda xərcləyiblər. Bilirik ki, möhkəm etibarlı ənənələrə malik olan Azərbaycan elmi nəhəng insanlar yetişdirib.

Bu gün gənclərin xarici ölkələrdə təhsil alması məsələsi geniş miqyas alıb. Bəllidir ki, Azərbaycan gəncliyinin problemlərinin həlli istiqamətində ölkə hakimiyyəti mütəmadi olaraq bir sıra addımlar atır. Dövlətin imkanları artdıqca, bu istiqamətdə diqqət günbəgün yüksələn xətt üzrə inkişaf edir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında Bakıda Gənclər Mərkəzinin regionlarda "Gənclər evi"nin inşa edilməsi, Gənclər Fondunun yaradılması, gənclərin asudə vaxtının təşkili, gənclərin məşğulluğunun təmin edilməsi s. işlərin görülməsini nəzərdə tutan qərarlar deyilənlərə əyani sübutdur. Sözügedən proqram bir daha ölkə başçısının gənclərə diqqət qayğısının bariz nümunəsidir.

Bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da gənclər digər şəxslər xaricdə təhsil almağa can atır. Ümumilikdə xaricdə təhsil almaq istəyənlərin əsasını gənclər təşkil edir. Sevindirici haldır ki, Azərbaycan gəncliyi dünyaya inteqrasiya edir. Gəncliyin normal formalaşması, intellektual təbəqənin yaranması, dünyagörüşünün formalaşması üçün gənclərin xaricdə təhsil alması vacib məsələlərdən biridir. Bu baxımdan da gənclərlə bərabər dövlət bu kimi məsələləri nəzərə alaraq gənclərin xaricdə təhsil alması üçün rahat şərait yaratdı.

Məlumat üçün qeyd edək ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" layihəsi həyata keçirilir. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını ölkənin inkişafının mühüm amilinə çevrilməsini təmin etmək məqsədilə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli, 1746 nömrəli Sərəncamı imzalanıb.

Sözügedən sənədə uyğun olaraq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulub. Artıq son 7 il ərzində 1000-ə yaxın gənc bu proqram vasitəsilə xaricdə təhsil alır. 700 gənc isə artıq xaricdə təhsilini bitirib. Azərbaycana geri dönənlər var, hazırda təhsilini davam etdirən tələbələr . Dövlət hesabına xaricdə təhsil almaq gənclər üçün ən böyük şanslardan biridir. Çünki bu həm elmə qoyulan kapitaldır. Qloballaşan dünya ilə ayaqlaşmağın yollarından biri elmə qoyulan sərmayədən keçir. Dövlət siyahısında, demək olar ki, dünya ölkələrinin bir çox nüfuzlu universitetləri var. Bütün qitələrdən olan ölkələrdən universitetlər siyahıya salınıb. Bu baxımdan gənclər dünyanın, demək olar ki, istənilən universitetində dövlət hesabına təhsil ala bilər. Dövlət siyahısında tələbələr üçün dünyanın ən reytinqli universitetlərində təhsil almaq imkanı yaradılıb. Belə ki, Oxford Universiteti, Kembric Universiteti, Oslo Universiteti s. universitetlərdə təhsil almaq istəyənlər Dövlət proqramından yararlana bilər. Kifayət qədər geniş imkanlar mövcuddur ki, bu da gənclərin seçim imkanlarının artmasına xidmət edir.

Təqaüd verilən zaman tələbənin hansı ixtisas üzrə təhsil alacağı mühüm məsələlərdən biridir. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bir sıra ixtisaslar üzrə maliyyə ayrılır. Əsasən bu gün Azərbaycanın ehtiyacı olan ixtisaslar üzrə təqaüd verilir. Təhsil Nazirliyində hər il prioritet ixtisaslar elan olunur və həmin ixtisaslar üzrə təhsil almaq istəyən tələbələrə təqaüd verilir. Məsələn, dəqiq elmlər sahəsi həmişə prioritet ixtisas kimi siyahıda olur. İnformasiya texnologiyaları 2007-ci ildən Təhsil Nazirliyinin prioritet ixtisasları sırasında yer alır. Təbii ki, müasir dövrdə bu sahəyə ehtiyac nəzərə alınaraq əsas ixtisas kimi götürülüb. Bu sahə üzrə Azərbaycanda təhsil alan tələbələr var, amma xaricə getmələri onlar üçün vacibdir ki, bilikləri daha dərindən əldə etsinlər və Avropa standartlarına uyğun olan metodları Azərbaycan informasiya texnologiyaları sahəsində tətbiq etsinlər. Digər tərəfdən, Azərbaycan neft ölkəsi olduğundan, bu sahə proqramda diqqət mərkəzindədir. Mövcud reallıq elədir ki, bir çox dünya ölkələrində, əsasən də nefti olan ölkələrdə bu sahənin əhəmiyyəti var. Həmçinin, proqramda tibb sahəsinə də önəm verilməsi arzuediləndir. Çünki adıçəkilən sahə həmişə irəlidə gedən ixtisaslardan biri olub. Azərbaycanda bu sahədə yeni, bilikli, ən müasir texnologiyaları işlətmə gücünə malikdünya təcrübəsindən istifadə edə biləcək kadrlara ehtiyac var. Ən nəhayət, riyaziyyata verilən önəm çox doğru qərardır. Çünki dünyanın bütün təhsil sistemlərində ehtiyac duyulan sahələrdən biridir. Təsadüfi deyil ki, riyaziyyatı dəqiq fənlərin şahı adlandırırlar. Çünki riyaziyyatı bilmədən digər dəqiq fənləri bilmək problemdir. Bütün bunlar heço demək deyil ki, digər bir sıra sahələr kölgədə qalıb. Mühasibat uçotu, fizika, biologiya, kimya, ekologiya, kənd təsərrüfatı, mühəndislik ixtisaslarına da önəm verilib. Onu da qeyd edək ki, sözügedən proqram çərçivəsində 5 min tələbənin xaricdə təhsil alması qarşıya məqsəd qoyulub. Ümumilikdə sözügedən proqramın həyata keçirilməsi gənclərin milli mənlik şüuru və vətənpərvərlik hisslərinin inkişafındakimi rol oynaya bilər?

Təhsil eksperti Mələhət Şahsuvarovanın sözlərinə görə, gənclərin xaricdə təhsil alması bir sıra parametrlərə görə Azərbaycan üçün faydalıdır: "Azərbaycan gənclərinin çox vacib ixtisaslar üzrə xaricdə təhsil almasına dair Prezidentin imzaladığı Sərəncam çox vacib sənədlərdən biridir. Bu yöndə atılan addımlar yadıma ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycanda bu istiqamətdə görülən işləri salır. O vaxt Azərbaycan gənclərinin xeyli hissəsi müttəfiq respublikalara, bəzi xarici dövlətlərə təhsil almaq üçün göndərilirdi. Beləliklə, qısa müddət ərzində hüquqşünas, mühəndis, iqtisadçı və s. sahələr üzrə çox istedadlı gənclərimiz yetişdi. İndiki halda azərbaycanlı gənclərin xaricdə təhsil alması vacib məsələdir. Xüsusən ona görə ki, iqtisadi, sosial, beynəlxalq münasibətlər inkişaf edir. Kimyanın, fizikanın bir sıra sahələri var ki, bizdə həmin sahələr üzrə gənclərin yetişdirilməsində müəyyən çətinliklər var. Ancaq burada bir qədər diqqətli olmaq lazımdır ki, təkrarlanma baş verməsin. Yəni Azərbaycanda hansı ixtisaslar üzrə mütəxəssis hazırlanırsa, həmin ixtisaslar üzrə xaricdə tələbə oxutdurmağa bir o qədər də ehtiyac yoxdur. Deməyim odur ki, həmin ixtisaslar üzrə mütəxəssislərin müəyyən hissəsi xaricdə hazırlana bilər. Ancaq kompyuter, atom texnikası, kosmik tədqiqatlar, elektronika ilə bağlı elə sahələr var ki, həmin ixtisaslar üzrə gənclərin xarici ölkələrin məşhur ali məktəblərində təhsil almasına ehtiyac var. Bütün bunlarla yanaşı, bir şeyiunutmaq olmaz ki, xaricdə oxumaq istəyən gənclər arasında ciddi seçim olmalıdır. Elə gənclər olmalıdır ki, gedib xaricdəki dəbdəbəli həyata meyl göstərib, onu təhsildən üstün tutmasın. Eyni zamanda, vətəndaşlıq hissiyyatını unutmasınlar. Unutmasınlar ki, onlar azərbaycanlıdır. Unutmasınlar ki, ölkənin gələcəyi üçün onların fəaliyyətinə böyük ehtiyac var. O zaman onların faydası böyük ola bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycanın özündə də bəzi xarici ölkələrdən gəlmiş müxtəlif ixtisaslar üzrə təhsil alan gənclər var. O üzdən, burada təkrarlanmaya yol vermək lazım deyil. Bir də gənclərin milli hisslərinin, duyğularının qorunub saxlanmasına diqqət göstərmək lazımdır. Bu kimi məqamlara xüsusi diqqət yetirmək vacibdir".

M.Şahsuvarovanın fikrincə, ixtisasların təsnifatlaşdırılmasında son dərəcə diqqətli olmaq lazımdır: "Elə sahələr var ki, həmin ixtisaslar üzrə mütəxəssislərin yetişdirilməsi bizim üçün çox vacibdir. Məsələn, qədim Midiya, Vizantiya, Roman-german mədəniyyətlərinin öyrənilməsinə böyük ehtiyac var. Bunun üçün də gənclərimiz xaricdə təhsil almalıdır. Yaxşı təhsillə yanaşı, milli mentalitetə, təəssübkeşliyə bağlılığı da qoruyub saxlamaq lazımdır. Hər hansı bir gənc nə qədər savadlı olsa da, onda milli təəsssübkeşlik, vətənpərvərlik hissi olmasa, o şəxsin gələcəkdə mütəxəssis kimi yetişməsinin də bir əhəmiyyəti olmayacaq. Ona görə də mütləq sözügedən faktlar, amillər nəzərə alınmalıdır. Bunun üçün də təkcə gəncləri xaricdə oxumağa göndərməklə bitmir. Onlarla bütün illər boyu işləmək lazımdır. Gənclərə başa salmaq lazımdır ki, onlar Azərbaycana lazımdır. Ölkənin iqtisadiyyatının, mədəniyyətinin inkişafında onların nə kimi rol oynaya biləcəyini gənclərə göstərmək lazımdır".

Ekspertin fikrincə, istər xaricdə, istərsə də ölkəmizdə təhsil alan gənclərin vətənpərvərlik istiqamətində tərbiyəsinə xüsusi fikir verilməlidir ki, onlar Azərbaycan dövlətinə, onun maraqlarına xidmət etməli olan bir qüvvə olduğunu unutmasınlar: "Düşünürəm ki, təbliğat hər gün aparılmalıdır. Gənclər bilməlidir ki, nə qədər savadlı, bilikli, təcrübəli bir mütəxəssis olsalar, bir o qədər vətənpərvər olarlar, bir o qədər dövlət maraqlarına xidmət edərlər".

 

 

İradə SARIYEVA

 

Bakı xəbər.-2014.-26 may.-S.15.