Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti

 

 Mərhum prezident Heydər Əliyevin birbaşa təşəbbüsü ilə Azərbaycanın müasir vergi sisteminin fundamental əsasları yaradılıb, bu sahədə kompleks islahatların istiqamətləri müəyyən edilib. Məlum olduğu kimi, H.Əliyevin müstəqil dövlətimizə rəhbərliyi dövründə aparılmış məqsədyönlü islahatlar Azərbaycanda liberal iqtisadi münasibətlərə keçid üçün möhkəm zəmin yaradıb. Böyük strateq ölkənin milli maraqlarını əsas götürərək Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının prioritetlərini müəyyənləşdirib, müstəqil dövlətimizin iqtisadi-siyasi baxımdan qüdrətlənməsi üçün fundamental əhəmiyyətli tədbirlər həyata keçirib.

Onun həyata keçirdiyi mükəmməl iqtisadi strategiyanın əsas istiqamətlərindən biri ölkəmizdə vergi xidmətinin formalaşması ilə bağlıdır.

Azərbaycanda müasir dövrün tələblərinə cavab verən vergi sisteminin formalaşdırılması mərhum prezidentin adı ilə bağlıdır. Məlum olduğu kimi, ötən əsrin 90-cı illərinin ortalarına qədər vergi xidməti köhnə inzibati idarəetməyə əsaslanan, yalnız vergilərin toplanması ilə məşğul olan bir qurum kimi fəaliyyət göstərirdi. Məhz dövlət nəzarətinin qaydaya salınması bu sistemin təkmilləşdirilməsi, həmçinin, sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması istiqamətində H.Əliyevin imzaladığı fərman sərəncamlar vergi xidmətinin fəaliyyətinin yenidən qurulmasını şərtləndirdi. Bütün bunlar isə bazar iqtisadiyyatına keçidin ən vacib şərtlərindən olan vergi münasibətlərinin tənzimlənməsinə, beynəlxalq standartlara uyğun vergi sisteminin formalaşmasına, çevik vergi siyasətinin aparılmasına xidmət edirdi.

2001-ci il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsi isə müstəqil Azərbaycanın həyatında yeni tarixi hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış mühüm addımlardan birinə çevrildi.

Vergilər Nazirliyinin Vergi siyasəti Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, professor Akif Musayevin mətbuata verdiyi açıqlamaya görə, Vergi Məcəlləsinin qəbulu, yeni vahid qanunvericilik bazasının yaradılması vergi sistemində aparılan islahatlara mühüm təkan verməklə, dövlət-sahibkar münasibətlərində yeni bir yanaşmanın əsasını qoyub. Vergi siyasətinin təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, həm ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmi ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməsi üçün vergi orqanları qarşısında mühüm vəzifələr qoyulub: "Vergi Məcəlləsində əvvəllər tətbiq edilən 13 vergi növündən 9-u təsbit olunub, əksər vergi növləri üzrə dərəcələr aşağı salınıb, aksizə cəlb olunan malların siyahısı azaldılıb. Eyni zamanda, Vergi Məcəlləsində vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi yığılması qaydaları, vergi ödəyiciləri dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq vəzifələri, vergi nəzarətinin forma metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət digər qaydalar müəyyən edilib".

Qeyd edək ki, mükəmməl qanunvericilik bazasının yaradılması vergi siyasətinin güclü işlək mexanizmlərini formalaşdırıb. Heç şübhəsiz, sözügedən istiqamətdə uğurların əldə olunmasında qanunvericilik bazasının yaradılması da öz rolunu oynayıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadənin sözlərinə görə, vergi sahəsində mükəmməl qanunvericilik bazasının yaradılması, vergi administrasiyasının modernləşdirilməsi, kadr potensialının çevik idarəetmə sistemində fəaliyyətinin təkmilləşdirilməsi vergi siyasətinin güclü işlək mexanizmlərini formalaşdırıb.

Millət vəkilinin dediyinə görə, mərhum prezidentin "Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik" fikri nəinki respublikada, eləcə nüfuzlu beynəlxalq maliyyə qurumlarında azad bazar münasibətlərinin inkişafının fundamental əsaslarından biri kimi qiymətləndirilib: "Ötən əsrin 90-cı illərində vergilərdən yayınmaların qarşısının alınması, vergi mədəniyyətinin yüksəldilməsi, bütövlükdə cəmiyyətdə şəffaflığın artırılması istiqamətində Heydər Əliyev tərəfindən bir sıra fərman sərəncamlar imzalanıb. Respublika iqtisadiyyatında çətinliklə əldə olunmuş makro sabitliyi qorumaq, yeni inkişaf planlarını həyata keçirmək üçün daha güclü maliyyə resursları tələb edilirdi. Bu vəzifənin yerinə yetirilməsi iqtisadi qanunvericiliyi təkmilləşdirmədən, vergi sisteminin idarəetmə strukturunu yenidən təşkil etmədən mümkün deyildi. Vergilər Nazirliyinin yaradılması ilə bu sahədə ciddi dönüşə nail olundu. Nazirliyin ölkənin iqtisadi qüdrətinin möhkəmlənməsində, maliyyə resurslarının səfərbər edilməsində müstəsna rolu var".

Millət vəkili onu da əlavə edib ki, onun tapşırığı əsasında ölkəmizdə həyata keçirilən vergi siyasətinin daha da gücləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, təkmil qanunverici bazanın yaradılması ilə bağlı ardıcıl tədbirlərin davamı kimi Vergi Məcəlləsi qəbul edilib. Həmin Məcəllədə ölkə sahibkarlarının stimullaşdırılmasına, vergi ödəyicilərinin hüquq mənafelərinin qorunmasına xidmət edən müddəalar geniş əksini tapıb: "Sənədin qəbulu vergi sisteminin təkmilləşdirilməsi onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində mühüm addım olub, eyni zamanda vergi sektorunda islahatların genişləndirilməsinə əhəmiyyətli zəmin yaradıb".

Beləliklə, Azərbaycanın vergi inzibatçılığının təkmilləşdirilməsi dövlətin iqtisadi siyasətində prioritet istiqamətlərdən biri olub bu sahədə sistemli tədbirlər həyata keçirilir. Vergi xidmətində yeni üsul vasitələrin tətbiqi, vergi ödəyiciləri ilə vergi xidməti əməkdaşları arasında şəffaf münasibətlərin qurulması, vergi bəyannamələrinin yeni formada qəbulu, bütün ödəmələrin banklar vasitəsilə həyata keçirilməsinə başlanması vergi inzibatçılığının əhəmiyyətli şəkildə yaxşılaşmasına, şəffaflığın təmin edilməsinə şərait yaradıb.

Z.Səmədzadənin sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafının sürətlənməsi, yeni iqtisadi çağırışların meydana çıxması, bir çox sahələr kimi, vergi sistemində qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir. Vergi Məcəlləsinə edilən dəyişikliklər iqtisadi həyatın real qiymətləndirilməsindən, dünya iqtisadiyyatında baş verən proseslərdən, ölkənin milli maraqlarını qorumaq tələblərindən irəli gəlir. Qanunvericiliyin təkmilləşdirilməsi ilə paralel aparılan islahatlar elektron xidmətlər, ümumilikdə vergilərin könüllü ödənilməsi sisteminin inkişafına, vergi ödəyicilərinin hüquqlarının etibarlı müdafiəsinin təminatına, vergi fırıldaqçılığına vergilərin ödənilməsindən yayınma halları ilə mübarizənin gücləndirilməsinə, vergi orqanlarında beynəlxalq standartlara uyğun idarəetmə sisteminin inkişafı müasir tələblərə cavab verən informasiya sisteminin yaradılmasına dərin əsaslar yaradır.

Akif Musayevin vurğuladığı kimi, bu istiqamətdə həyata keçirilən islahatların nəticəsində son 10 ildə mənfəət vergisinin dərəcəsi 27 faizdən 20 faizə, ƏDV-nin dərəcəsi 20 faizdən 18 faizədək azaldılıb, fiziki şəxslərin gəlir vergisinin hesablanması mexanizmi sadələşdirilib. Aqrar sektorun inkişafını stimullaşdırmaq məqsədilə kənd təsərrüfatı istehsalçıları, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilib, fiziki şəxslərin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən gəlir vergisinin tutulmasına güzəştlər tətbiq edilib, bankların, sığorta və təkrar sığorta şirkətlərinin mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilmiş hissəsi mənfəət vergisindən azad olunub: "2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə əlavə və dəyişikliklər paketini nəzərdən keçirdikdə dövlətimizin mütərəqqi vergi sisteminin formalaşmasında nə qədər maraqlı olduğu bir daha aydın görünür. Vergi Məcəlləsinə son əlavə və dəyişikliklər həm mahiyyəti, həm tətbiq dairəsi, həm də təqdim olunmuş güzəştlərin həcmi və kateqoriyaları baxımından son illərin ən geniş dəyişikliklər paketidir. Təkcə onu qeyd etmək yerinə düşər ki, Vergi Məcəlləsinin 63 maddəsinə 131 bənd üzrə 176 əlavə və dəyişiklik edilib ki, bu da ümumilikdə Məcəllənin müddəalarının 30 faizinə dəyişiklik olunması deməkdir. Son dəyişikliklərin tətbiqi ilə əlaqədar 35-dən yuxarı müxtəlif normativ-hüquqi sənədin hazırlanması nəzərdə tutulur".

A.Musayev bildirib ki, vergi qanunvericiliyində edilmiş dəyişikliklərin konseptual əsasları bir tərəfdən yeni qlobal iqtisadi çağırışlara əsaslanır, digər tərəfdən də ölkənin ortamüddətli hədəflərə istiqamətlənmiş məqsədlərinə xidmət edir. Bu dəyişikliklərdə, həmçinin, vergi qanunvericiliyinin beynəlxalq normalara uyğunlaşdırılması, habelə son bir neçə il ərzində qarşıya çıxan problemlərin həlli ilə bağlı məsələlər nəzərə alınıb: "Qruplaşdırsaq, dəyişikliklər vergi siyasətinin aşağıdakı 4 istiqamətini əhatə edir. Vergi ödəyicilərinin hüquqlarının müdafiəsi: vergi ödəyicilərinin mənafelərinin qorunması, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi nəzarətinin təkmilləşdirilməsi.

Bunların sırasında Vergi Məcəlləsinə vergi orqanları ilə vergi ödəyiciləri arasında əməkdaşlıq münasibətlərinin qurulmasını təmin edən normaların daxil edilməsi xüsusi yer tutur. Bu bizim ölkənin təcrübəsində ciddi yenilikdir. Vergi tərəfdaşlığı sazişi vergi orqanı ilə ödəyici arasında risqlərin minimallaşdırılması məqsədilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Bu, vergi inzibatçılığı prosesində vergi orqanları ilə ödəyici arasında münasibətlərin tamamilə yeni əsaslarda qurulması deməkdir. Dəyişikliklərə əsasən, fiziki şəxslərin gəlir vergisinin maksimal dərəcəsi 30 faizdən 25 faizə endirilib, aylıq və illik gəlirlərin 14 faiz dərəcə ilə vergiyə cəlb edilən məbləğləri, müvafiq olaraq, 2000 manatdan 2500 manata və 24000 manatdan 30000 manata qaldırılıb. Bununla yanaşı, gəlir vergisi üzrə güzəştlərin həcmi də genişləndirilib. Əlillərin, məcburi köçkün və qaçqınların, əhalinin güzəşt hüququ olan digər kateqoriyalarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onların aylıq gəlirlərinin vergidən azad olunan məbləğləri 2 dəfəyədək artırılıb.

Bir sözlə, bütün bunlar bir daha təsdiqləyir ki, H.Əliyev tərəfindən əsası qoyulan, hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən vergi siyasəti hər bir vətəndaşın maraq və mənafeyini özündə ehtiva edir.

Heydər Əliyevi çox haqlı olaraq müstəqil Azərbaycanın memarı və qurucusu adlandırırlar. İkinci dəfə qazanılan müstəqilliyin dönməz, sarsılmaz və əbədi olmasını təmin edən mərhum prezident bu məqsədə çatmaq üçün çoxlu sınaqlardan keçməli oldu. Ölkəmiz üçün ən ağır və ən məsuliyyətli bir dövrdə - 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması ən böyük risq idi. Müstəqilliyimizin xilası və əbədiliyi üçün bu risqə gedən H.Əliyev bir daha müdrikdahi şəxsiyyət, uzaqgörən dövlət başçısı olduğunu əməli şəkildə sübut etdi.

1994-cü il iyunun 21-də Prezident sarayında respublika iqtisadiyyatının və həyatının digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki yekun nitqində Heydər Əliyev bunları deyib: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".

 

 

Günel CƏLİLOVA

 

Bakı xəbər.-2014.-27 may.-S.10.