Film yubileylərinə nə qədər xərclənir?

 

Yusif Şeyxov: "Yubileylərə pul kino tədbirləri üçün nəzərdə tutulan büdcədən xərclənir"

 

Bu yaxınlarda "Sehrli xalat" filminin 50 illiyi ilə bağlı böyük bir tədbir keçirildi. Belə tədbirlər, onlara xərclənən vəsait isə bəzi söz-söhbətlərə səbəb oldu. Bu səbəbdən "kulis.az" Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya Şöbəsinin sektor rəhbəri Yusif Şeyxovun məsələyə münasibətini öyrənib.

       - Yusif müəllim, filmlərə yubileylərin keçirilməsi nə dərəcədə zəruridir?

   - Burada pis var axı? Yubiley keçirmək filmi xatırlamaq deməkdir, ona marağı yönəltmək, orda çəkilən aktyorları, filmi çəkən rejissoru anmaq, onların yaradıcılığını gözdən keçirmək deməkdi. Həm bu, yalnız Azərbaycan praktikası deyil, dünyada da belə təcrübə var.

   - Hansı filmlərə yubileylər keçirilir bunun üçün prioritetlər nələrdir?

   - Mən sizə hansı filmlərin yubileylərində iştirak etdiyimi desəm, sizə bu prioritetlər aydın olacaq. Mən sadalayım, siz baxın ki, hansı kriteriyalar var: "Sehrli xalat", "Əhməd haradadır?", 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filminin yubileyi 1986-ci ildə "O olmasın, bu olsun" filminin yubileyində iştirak etmişəm. Yadımda qalanları dedim. Yəni, belə kino tarixi mədəniyyətimiz üçün əhəmiyyət daşıyan filmlərə yubileylər keçirilib.

   - Bəs bu yubileylərə çəkilən xərclər hansı büdcədən qaynaqlanır neçəyə başa gəlir? Məsələn, "Sehrli xalat" filminə yubiley keçirilməsi üçün qədər vəsait xərclənib?

   - Yubileylər üçün pul kino tədbirləri keçirilməsi üçün nəzərdə tutulan büdcədən xərclənir. Rəqəmi dəqiq deyə bilmərəm, amma nəyə xərcləndiyini deyə bilərəm: "Sehrli xalat"da əsas məbləğ filmdə baş qəhrəmanı oynayan Azər Qurbanovun ABŞ-dan Bakıya gəlib-getmək xərcləri idi ki, o da gəlmədiyi üçün o pul xərclənmədi, qalan məbləğ Nizami Kinoteatrının bir seanslıq icarə haqqının ödənilməsinə bir neçə çarxın çəkilməsinə nəzərdə tutulmuşdu. Yəni, bir yubileyə formatdan asılı olaraq 700-800 manatdan tutmuş 5-6 min manatadək xərclənə bilər.

   Eləcə , Film Fondundakı tədbirlər . Film Fondu büdcə təşkilatıdır onlara tədbirlərin keçirilməsi üçün büdcə nəzərdə tutulub.

   - Bundan sonra hansı filmlərə yubiley keçiriləcək?

   - Gələn il bizim kult filmlərimizdən olan "Arşın mal alan"ın 70 iliyi keçiriləcək. Ondan bir il sonra "O olmasın bu olsun" filminin yubileyi keçiriləcək. Mən çox istərdim ki, bu iki filmin yubileyi keçirilsin. Amma bu qərarı mən tək qəbul etmirəm. Bilirsiniz, burada məsələ yalnız kinoda, mədəniyyətdə deyil. Bu iki film bizim üçün, bizim millət üçün daha böyük anlam daşıyır. Mən elə bilirəm ki, bu filmlərin yubileylərini keçirməyə dəyər.

 

Ekspress.-2014.- 19 noyabr.- S.23.