Naxçıvan tarixi-dövlətçilik mədəniyyətimizin formalaşdığı qədim məkanlardan biridir

 

Tariximiz o qədər zəngindir ki, bir-iki kitabla onu əhatələmək mümkün deyil. Tariximizdə baş verən istənilən vacib hadisə, olay kitablara, dastanlara sığışmır. Azərbaycan tarixinin inkişafında, dövlətçilik mədəniyyətimizin formalaşmasında, milli mədəniyyətimizin, elmimizin tərəqqisində əsas rol oynayan məkanlarımızdan biri də Naxçıvandır.

Bəllidir ki, Naxçıvan Muxtar Respublikasının ərazisində zəngin maddi mədəniyyət nümunələrinin aşkar edilməsi burada qədim daş dövründən başlayaraq ardıcıl yaşayış olduğunu, bu mədəniyyətlər arasında qırılmaz varislik əlaqələrini göstərir. Tarixi mənbələrdən aldığımız məlumatlara görə, tədqiqatlar nəticəsində müəyyənləşdirilib ki, Naxçıvanda insanlar 500-300 min il bundan əvvəl məskunlaşıb. Mustye mədəniyyəti dövründə burada ibtidai insanların məskunlaşması davam edib. Batabat yaylağında, Qazma mağarasında, Naxçıvançay və Əlincəçay vadilərində, Ordubad rayonu ərazisindəki Kilit mağarasında, İlandağın cənub ətəyində və digər abidələrdə daş dövrü mədəniyyətinin izləri aşkar olunub. Arxeoloji qazıntılar nəticəsində Qazma mağarasından əsasən çaxmaqdaşı və obsidiandan hazırlanmış Mustye dövrü əmək alətləri, ovlanmış heyvanların çapılıb doğranmış sümükləri aşkar olunub. I Kültəpə yaşayış yeri yaxınlığında Aşel mədəniyyəti dövründə hazırlanmış əl çapacağı qeydə alınıb.

Naxçıvanın qədim türk diyarı olduğunu təsdiqləyən yüzlərlə fakt var. Bu faktlar həm də onu deyir ki, Naxçıvan ərazisi Azərbaycanın qədim arxeoloji mədəniyyətinin yarandığı bir məkandır.

Tarixi mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, Naxçıvan şəhərindən 8 km şimal-şərqdə, indiki Kültəpə və Sirab kəndlərinin ərazisində Neolit dövrü (e.ə. VII-VI minilliklər) yaşayış məskənləri yerləşir. Naxçıvanda Yeni Neolit abidələri-Sədərək, Şorsu, Yeni yol və digərləri aşkar olunub. Naxçıvanda Neolit mədəniyyəti əsasında mis metalın kəşf olunduğu Eneolit dövrü mədəniyyəti (e.ə. VI-V minilliklər) inkişaf tapıb. I Kültəpənin ən qədim mədəni təbəqəsindən mis-mərgümüş qatışıqlı müxtəlif alətlər və bəzək nümunələri əldə edilib. I Kültəpə yaşayış yerinin Eneolit təbəqəsinin alt qatlarında düzplanlı, orta qatda dairəvi və düzplanlı, son mərhələdə üst qatlarda isə yalnız düzplanlı tikinti qalıqlarına rast gəlinib.

Eneolit dövrü oturaq əkinçi-maldar qəbilələr Naxçıvançay, Arpaçay vadilərində və digər ərazilərdə məskunlaşmışlar. Eneolit dövrü I Kültəpə, Ovçulartəpə, Damlama, Xələc yaşayış yerlərində və Sədərəkdə tədqiq edilib. Bu dövrdə Naxçıvanda əsas təsərrüfat sahələri kimi əkinçilik və maldarlıq, eləcə də metalişləmə, dulusçuluq, daşişləmə, toxuculuqsair sənət sahələri inkişaf tapıb. Arxeoloji materiallar göstərir ki, bütün Eneolit dövrü ərzində Azərbaycan, eləcə də qədim Naxçıvan əhalisi ilə Mesopotamiya arasında əlaqələr olub.

Cavanşirin tunc heykəlini bu diyarın sənətkarları yaradıb

Hazırda orijinalı Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən möhtəşəm Ermitaj muzeyində, surəti isə Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyində saxlanan Alban çarı Cavanşirin tunc heykəli Naxçıvan şəhərindən tapılıb. Heykəli mütəxəssislər VII əsrə aid edir. Tunc dövründə (e.ə. IV-II minilliklər) qədim Naxçıvan qəbilələrinin iqtisadi, ictimai və mədəni həyat tərzində böyük təkamül baş verib. Naxçıvanda da etnik proseslər güclənib və iri tayfa ittifaqları yaranıb. I və II Kültəpə, Maxta, Ovçulartəpə, Daşarxsair Kür-Araz mədəniyyəti abidələrində aparılmış arxeoloji tədqiqatlar göstərir ki, e.ə. IV minilliyin II yarısı-III minillikdə Naxçıvan qəbilələrinin əkinçilik, maldarlıq mədəniyyəti yeni inkişaf mərhələsinə qədəm qoyub, texniki tərəqqi yüksəlib, əmək alətlərinin çeşidi və keyfiyyəti daha da artıb, bu dövrdə tuncun kəşfi mühüm rol oynayıb.

Onu da qeyd edək ki, Oğlanqala yaşayış yerinin arxeoloji tədqiqat sahəsindən görünüş, aşkarlanmış saray yeri, sütun altlıqları və II Kültəpə yaşayış yerinin qazıntı yeri

Yaxın Şərq ölkələri ilə Azərbaycanı, eləcə də bütün Qafqazı əlaqələndirən əsas yolların kəsişdiyi əlverişli mövqedə yerləşən iri tayfa ittifaqları mərkəzləri iqtisadi, mədəni cəhətdən yüksəldi və nəticədə II minilliyin əvvəllərindən Naxçıvanda ilkin şəhər mərkəzləri yarandı. Belə şəhər mərkəzlərindən olan II Kültəpədə, Govurqala, Qarabağlar, Oğlanqala, Plovtəpə, Qazançıda arxeoloji tədqiqatlar aparılıb. Tunc dövründə Naxçıvan yüksək incəsənəti ilə Yaxın Şərq dünyasında tanınıb. Gəmiqaya təsviri sənət abidələri, bədii tərtibatlı boyalı qablar (Boyalı Qablar mədəniyyəti), tunc məmulatları və sair Naxçıvanın qədim tayfalarının həyat tərzini, dini-ideoloji və fəlsəfi-estetik dünyagörüşünü əks etdirir.

Naxçıvan ərazisində mixi yazıları...

Tarixi mənbələrdə bildirilir ki, e. ə. II minilliyin sonu - I minilliyin əvvəllərində Naxçıvan ərazisinin tarixi mürəkkəb ictimai-siyasi hadisələrlə zəngin olub. Bu dövrdə Azərbaycan ərazisində Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin formalaşması prosesi gedib. Naxçıvan ərazisində bu mədəniyyətə aid abidələr I Kültəpə, Şahtaxtı, Kolanı, Sarıdərə, Haqqıxlıq, Bəyəhməd, Qarabulaq, Zeyvə və sairləri aşkar edilib. Bu abidələrin tədqiqi Xocalı- Gədəbəy mədəniyyətini yaradan tayfaların qədim dövrdən bu ərazilərdə məskunlaşmış aborigenlərdən ibarət olduğunu göstərir. Bu dövrdə Naxçıvan ərazisi üçün əsas təhlükə qonşuluqda olan Urartu dövləti tərəfindən yaranıb. Culfa rayonu ərazisindəki İlandağda e.ə. 820-810-cu illərə aid mixi yazılı kitabə aşkar olunub. Kitabədən məlum olur ki, Urartu çarları İşpuinionun oğlu Minuanın dövləti birgə idarə etdikləri dövrdə bu əraziyə basqınlar edilib. İşğalçılara qarşı mübarizə məqsədilə regionun qədim yaşayış yerlərində möhtəşəm müdafiə istehkamları (Oğlanqala, Qalacıq, Govurqalasair) inşa edilib.

Bu barədə "Vikipediya" Açıq Ensiklopediyasında ətraflı məlumat verən mənbədən bildirilir ki, hazırda Azərbaycan Tarix Muzeyinin kolleksiyasında sərgilənən I Kültəpə və II Kültəpə yaşayış yerlərindən aşkarlanmış saxsı qab nümunələri

e.ə. IX-VI əsrlərdə Naxçıvan ərazisi Azərbaycan ərazisində ilk mərkəzləşmiş dövlət olan Mannanın, daha sonra isə onun tarixi və mədəni varisi olan Midiyanın tərkibində olub. Qazıntılar nəticəsində əldə olunmuş materiallar Naxçıvan ərazisinin, həmçinin, Manna mədəniyyətinin təsir dairəsinə daxil olduğunu sübut edib. Midiyanın süqutundan sonra Əhəmənilərin hakimiyyəti altına düşən Naxçıvan, e.ə. IV əsrin sonlarından Atropatenanın, eramızın III əsrindən isə Sasanilər imperiyasının tərkibinə daxil olub.

Atropatena hökmdarlarının əsas iqamətgahı olan Qazaka şəhəri Naxçıvana yaxın ərazidə - Güney Azərbaycanın Marağa şəhəri yaxınlığında yerləşdiyindən, Naxçıvan Yaxın Şərqin bir sıra şəhərləri ilə iqtisadi və mədəni əlaqələri gücləndirib, antik dünya xalqları ilə sıx ticarət əlaqələri yaradıb. Bu barədə qədim yunan, Roma, ərəb, Suriya müəlliflərinin əsərlərində məlumatlar var. Şərur rayonunun Püsyan kəndi yaxınlığındakı yaşayış yerinekropoldan, Oğlanqala, Qoşatəpə, Babatəpə, Babək rayonu ərazisində Meydantəpə, Nurudərəsi abidələrindən antik dövr mədəniyyətinin izləri qeydə alınıb, ilkin tədqiqat işləri aparılıb. Naxçıvan nekropolundan əldə edilən saxsı məmulatı, metal, şüşə, bəzək əşyaları, qliptika nümunələri, Şahbuz rayonu ərazisindən tapılan Makedoniyalı İsgəndərin adından kəsilmiş gümüş pullar (e.ə. IV əsr) bu bölgədə küp qəbirlərinin e.ə. IV əsrdən gec olmayaraq yayıldığını göstərir.

Fərhad evi-sirli kitabələr...

Naxçıvan bölgəsinin orta əsrlər dövrünün ayrı-ayrı mərhələlərinə aid abidələr öz zənginliyi ilə diqqəti cəlb edir. Əlincəçay vadisindəki Zoğallı abidəsindən tapılmış sütun altlıqları, tunc qrifon, Cavanşirin tunc heykəli (Naxçıvan şəhəri), Batabat yaxınlığındakı Fərhad evi, onun üzərindəki kitabə, yaxınlığından keçən qədim karvan yolubir çox abidələrdən aşkar olunmuş materialların müqayisəli təhlili göstərib ki, Naxçıvan orta əsrlərdə Azərbaycanın əsas ticarət mərkəzlərindən biri olub, Yaxın Şərq və Qafqazla iqtisadi, mədəni əlaqələrin daha da genişlənməsində önəmli rol oynayıb.

Naxçıvan ərazisi niyə Urartu dövlətinin tərkibində olub?

"Vikipediya" Açıq Ensiklopediyasında yazılanlara görə, eramızın ilk əsrlərində, bütün Azərbaycanda olduğu kimi, Naxçıvan bölgəsində də məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafında ciddi dəyişikliklər əmələ gəlir, köhnə istehsal münasibətləri yeni feodal münasibətləri ilə əvəz olunur":Eramızın əvvəllərində indiki Naxçıvan Muxtar Respublikası ərazisinin cənub-qərb hissəsi Vaspurakan tarixi vilayətinə daxil idi. Naxçıvanın qalan ərazisi isə Sünik (mərkəzi müasir Naxçıvan şəhəri) və Qoğtən (mərkəzi müasir Ordubad ərazisi) vilayətlərinin tərkibinə daxil idi. Vaspurakan vilayəti müxtəlif tarixi dövrlərdə Atropatenanın, Parfiya və Sasanilər imperiyalarının tərkibinə daxil olub. Sünik və Qoğtən isə gah Qafqaz Albaniyası, gah da Atropatenanın tərkibində olub. Eyni zamanda, Sünikin öz alban mənşəli yerli hakim sülaləsi və kilsəsi də olub.

Naxçıvanda Sasanilərin ilk gümüş sikkələri kəsilib...

Roma-Parfiya, daha sonra isə Sasani-Bizans müharibələri zamanı döyüş meydanına çevrilən Naxçıvan dəfələrlə əldən-ələ keçib. Sasani gümüş sikkələri ilk dəfə Naxçıvan zərbxanasında kəsilmişdi. Mehranilər sülaləsinin Qafqaz Albaniyasında yenidən dövlətçiliyi bərpa etməsindən sonra isə Naxçıvan və Qoğtən qəti şəkildə Albaniyanın tərkibinə qatılıb. 1554-cü ildə Səfəvi-Osmanlı müharibələri çərçivəsində Sultan Süleyman Qanuninin Naxçıvana yürüşü olub. VII əsrin II yarısından başlamış ərəb istilaları nəticəsində yaranan Xilafətin tərkibinə daxil edilmiş Vaspurakan ərəb mənbələrində Basfurcan adı ilə qeydə alınıb. Ərəb istilalarına xüsusi əsər həsr etmiş ərəb tarixçisi əl-Bəlazurinin (IX əsr) məlumatına görə, Basfurcan ərəblərin Cənubi Qafqazda tutduqları yerləri özündə birləşdirən yeni ərəb inzibati bölgüsünə daxil edilir. Burada və digər ərəb mənbələrində Nəşavə (Naxçıvan) həmin bölgüyə əsasən, Arran vilayətinə daxil edilən Basfurcanın əsas şəhəri adlandırılır. Bu dövrdə Azərbaycanda yayılmış Xürrəmilər hərəkatı Naxçıvanı da əhatə edib, Naxçıvan ərazisi həm xürrəmilərin, həm də əsasən xristian dinli əhali arasında yayılmış Pavlikan hərəkatının əsas dayaq nöqtələrindən biri olub.

Naxçıvanşahlıq dövləti necə yaranıb?

Yenə "Vikipediya" Açıq Ensiklopediyasına istisna edərək Naxçıvanın həyatında başlayan yeni mərhələ haqda məlumat veririk. Mənbə qeyd edir ki, IX əsrdə Naxçıvan Sacilər dövlətinin tərkibinə daxil edilir və X əsrin 30-cu illərinədək bu sülalənin hakimiyyəti altında qalır":Sacilər xanədanı süquta uğradıqdan sonra (942) Naxçıvan bir müddət bu sülaləyə sadiq olan Deysəm ibn İbrahimin hakimiyyəti altında qalıb. 942-981-ci illərdə Naxçıvan Salarilər dövlətinin tərkibinə daxil olub. X əsrin sonundan XI əsrin 60-cı illərinə kimi Naxçıvan şəhəri əsasən müasir Naxçıvan MR və qismən də Ermənistan (Qərbi Azərbaycan) ərazisini əhatə edən və ərəb mənşəli Əbudüləfilər sülaləsi tərəfindən idarə olunan Naxçıvanşahlıq dövlətinin mərkəzi olub. XI əsrin I yarısından Azərbaycan, eyni zamanda Naxçıvan bölgəsi Səlcuqluların başçılıq etdikləri oğuzlarbaşqa türk tayfaları tərəfindən ələ keçirilir. 1018-1021-ci illərdə Araz çayını keçən oğuzlar cənub istiqamətindən Arran torpaqlarına yürüş edərək Naxçıvanı ələ keçirirlər. 1038-ci ildə Səlcuq dövləti yarandı. Onun ilk hökmdarı Toğrul bəyin (1038-1063) varisi Alp Arslan (1063-1072) Azərbaycanın cənub vilayətlərində Rəvvadilər sülaləsinin hakimiyyətinə son qoyduqdan sonra səlcuqlular bütün Naxçıvana yiyələndilər. (1064) Səlcuqlular imperiyasının süqutundan sonra 1136-cı ildə qıpçaq mənşəli Eldənizlər sülaləsinin idarə etdiyi Azərbaycan Atabəylər dövləti (1136-1225) yaranıb və Naxçıvan şəhəri bu dövlətin ilk paytaxtı olub".

 

Atabəylərin hökmranlığı və Naxçıvanın qızıl dövrü...

Yenə həmin mənbədə yazılır ki, Atabəylərin xəzinəsi həmişə atabəyin olduğu yerdə saxlanırdı. Əsas dövlət xəzinəsi isə Naxçıvan şəhəri yaxınlığındakı Əlincə qalasında mühafizə olunurdu. Şəmsəddin Eldənizin dövründən başlayaraq dövlətin bütün gəlirləri burada toplanırdı. Bu dövrdə Naxçıvan paytaxt kimi xeyli inkişaf edir, şəhərdə qiymətli memarlıq abidələri - qalalar, saray, məscid, hamam və xatirə abidələri inşa edilirdi":Eldənizlərdən sonra Naxçıvan bir müddət xarəzmşah Məhəmmədin oğlu Cəlal əd-Din Məngburninin nüfuz dairəsində qalır. Həmin dövrdə Naxçıvanın hakimi Məhəmməd Cahan Pəhləvanın Zahidə Xatundan olan qızı Cəlaliyyə Xatun idi. (Onu da qeyd edək ki, görkəmli alim, yazıçı Əzizə xanım Cəfərzadə Cəlaliyyə Xatunun şücaətini, mərdliyini, cəsarətini, qəhrəmanlığını özünün məşhur "Cəlaliyyə" romanında əks etdirib-İ.S)".

Əmir Teymura müqavimət göstərilən yerdir bura...

"Vikipediya" tərtibçiləri qeyd edir ki, XIII-XIV əsrlərdə Naxçıvan bölgəsi Azərbaycanda və ümumiyyətlə, Yaxın Şərqdə gedən siyasi- iqtisadi, mədəni proseslərin mərkəzlərindən birinə çevrilir":Hülakülərin, Çobanilərin, Cəlairilərin nüfuz dairələrində olan Naxçıvan bu dövlətlərin siyasi həyatında da yaxından iştirak edir. Əmir Teymurun Azərbaycana yürüşləri və Naxçıvanda ona göstərilən müqavimət bölgənin tarixində mühüm yer tutur. Dövrün mənbələrindən aydın olur ki, inzibati ərazi baxımından 9 tümənə ayrılan Azərbaycanın bir tüməni olan Naxçıvan bölgəsi dövlətə 10.000 döyüşçü vermək qüdrətində idi. Tarixçi Həmdullah Qəzviniyə görə, Azərbaycanın 27 şəhərindən 5-i Naxçıvan, Ordubad, Azad, Əncan və Makuyə Naxçıvan tüməninə daxil idio geniş ərazini - Araz çayının şimal və cənub tərəflərini əhatə edirdi".

 

Ardı var...

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 4 sentyabr.- S.12.