Milli Azərbaycan Tarixi Muzeyi - mədəniyyət və tariximizin qorunduğu məkan...

 

 

Azərbaycan Tarixi Muzeyi çox zəngindir. Buradakı eksponatların yaşı qədim, ömrü uzundur. Hər bir eksponat özündə canlı bir tarixi, mədəniyyəti yaşadır. Muzeydə olarkən tanış olduğum fondlardan biriNumizmatika Elmi Fond Şöbəsi oldu. Onu qeyd edək ki, zəngin numizmatik irsə malik olan Azərbaycan ərazisində tapılan sikkələrin müntəzəm şəkildə qeydə alınmasına və öyrənilməsinə 1920-ci ildə Azərbaycan SSR Dövlət Muzeyinin tərkibində Numizmatika fondunun yaradılmasından sonra başlanıb.

Yaradıldığı ilk illərdə 103 sikkədən ibarət kiçik kolleksiyaya malik olan bu fond indi respublikada 100 000-dən çox sikkənin saxlandığı, tədqiq və təbliğ olunduğu vahid numizmatik mərkəzdir. Bilgilərə görə, bunların əsas hissəsini Azərbaycan Respublikası ərazisində kəsilmiş və tapılmış sikkələr təşkil edir. Bu sikkələr sırasında IX-XVIII əsrlər Azərbaycanın feodal dövlətləri-Şirvanşah-Məzyədilər, Sacilər, Salarilər, Şəddadilər, Azərbaycan Atabəyləri, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilərə, xanlıqlara məxsus sikkələr xüsusi önəm daşıyır. Fondda həmçinin antik və Şərq sikkələrindən ibarət kolleksiyalar, qədim Yunanıstan şəhərlərinin, Roma, Bizans imperiyalarının, Ellinist dövlətlərinin (Selevkiya, Parfiya, Baktriya), Sasanilər, Ərəb Xilafəti, Səlcuqlar, Elxanilər, Cuçilər, Osmanlılar, Əfşarlar, Baburilər və s. dövründə zərb olunmuş və Azərbaycan ərazisində tapılan sikkələr saxlanır. Fondda, demək olar ki, bütün dünya ölkələrini (Qərbi Avropa, Rusiya, Hindistan, Çins.) təmsil edən sikkə kolleksiyaları mövcuddur.

Şöbə əməkdaşlarının bildirdiyinə görə, Azərbaycanda numizmatikanın bir elm kimi təşəkkülü və sonrakı uğurları məhz Azərbaycan Tarixi Muzeyində Numizmatika fondunun yaradılması, bu fondun təsisçisi və uzun müddət mühafizi olan əməkdar elm xadimi, Azərbaycan SSR EA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Yevgeniy Aleksandroviç Paxomovun (1880-1965) fəaliyyəti ilə bağlıdır. Geniş elmi maraq sahibi olan bu alimin Azərbaycan ərazisində aşkara çıxarılan təsadüfi sikkə tapıntılarının qeydə alınması, toplanması, tədqiq və nəşr olunması sahəsində göstərdiyi səy və əldə etdiyi elmi nailiyyətlər böyük əhəmiyyət kəsb edir. Azərbaycan tarixinə, arxeologiyasına və numizmatikasına həsr edilmiş 100-dən artıq məqalə, "Azərbaycanın və Qafqazın digər respublika, vilayət və əyalətlərinin sikkə dəfinələri" topluları (Bakı, 1926-1966), "Gürcüstan sikkələri" (Tiflis, 1970), "Azərbaycan sikkələri" (I c., 1959; II c., 1962) əsərləri Y.Paxomov qələminin məhsuludur.

Fondun tarixini öyrənərkən onu da bildim ki, Azərbaycan sikkələrinin öyrənilməsində A.Rəhimovun da əməyi az olmayıb. Onun Azərbaycanın pul dövriyyəsinə həsr edilmiş 15 elmi əsəri sırasında "Bakı dəfinəsi" (1948), "Ağqoyunluların nadir sikkələri", "Örənqala və Bakıda arxeoloji qazıntılar zamanı tapılmış sikkələrin xülasəsi" məqalələri, həmçinin K.Qolenko, S.Mustafayeva, İ.Babayevin məqalələri, L.Əzimovanın, N.Sinitsinanın dissertasiya işləri Numizmatika fondunun materialları əsasında hazırlanmış tədqiqat işləridir.

1968-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Tarixi Muzeyində Numizmatikaepiqrafika şöbəsi yaradılıb və Y.Paxomovun tələbəsi Əli Məhəmməd oğlu Rəcəbli şöbənin müdiri təyin edilib. Əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor Ə.Rəcəbli "Azərbaycan numizmatikası (Azərbaycanda sikkə zərbi və pul dövriyyəsi tarixi)" (Bakı, Elm və həyat, 1997, rus dilində) monoqrafiyasının və 70-dən artıq məqalənin müəllifidir.

Etnoqrafik etüdlər...

Muzeyin zəngin fondlarından birinin Etnoqrafiya fondu olduğu şübhəsizdir. Azərbaycan xalqının etnoqrafik dünyagörüşünü özündə ehtiva edən bu aləm insanı doğrudan da sehirləmək gücünə malikdir. Məlumdur ki, Milli Azərbaycan Tarixi Muzeyində saxlanan ən nəfis, orijinalnadir eksponatların böyük bir qismi Etnoqrafiya elmi fond şöbəsinin fondunda mühafizə olunur. Fond əməkdaşları ilə söhbət zamanı bəlli oldu ki, Etnoqrafiya fonduna alınan ilk eksponat muzeyin açıldığı dövrə, yəni 1920-ci ilə təsadüf edir. Bu gün fondda mühafizə edilən eksponatların ümumi sayı 9 minə yaxındır. Onların içərisində ən qədimi XII əsrə aid şamdan, həvəng və manqaldır. Əsasən orta əsrlərə aid və Azərbaycan xalqının tarixini, mədəniyyətini, məişətini özündə yaşadan bu nadir eksponatlar öz maddi və mənəvi dəyəri baxımından çox qiymətli olub, milli dəyərlərimizin araşdırılması üçün əvəzsiz elmi bazadır. Etnoqrafiya fondunda qorunan materiallar içərisində Azərbaycan ərazisində yaşayan milli azlıqların, müxtəlif xalqların məişətinə məxsus əşyalar da yer alıb.

Xan qızının bədii tikmələri-tarixin gülən çağı...

Fondun kolleksiyasının bir qismini Azərbaycan xalqının həyat tərzi və məişəti ilə sırf bağlı olan, Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəblərinə məxsus xalçaxalça məmulatları təşkil edir. Etnoqrafiya fondunda qorunan eksponatlar içərisində Azərbaycanın maddi mədəniyyətinin mühüm göstəricilərindən olan geyimlərin və tikmələrin özünəməxsus yeri var. Bu nəfis sənət əsərlərinin yüksək bədii-tarixi dəyəri həm də onların bəzilərinin məşhur şəxsiyyətlər tərəfindən hazırlanması ilə bağlıdır. Muzeyin sözügedən fondunda olarkən diqqətimi qiymətli bir əl işi cəlb etdi. Əməkdaşlar bildirdi ki, bu, sonuncu Qarabağ xanının qızı, şairə Xurşudbanu Natəvanın əl işləridir. Xan qızının əl işi olan bədii tikmələr nəinki muzeyin, bütövlükdə Azərbaycan incəsənətinin inciləri sayıla bilər. Azərbaycan xalqının zəngin mənəvi mədəniyyətə sahib olduğunu sübut edən musiqi alətləri də Etnoqrafiya fondunda yer alıb. Fondda mühafizə olunan, XII-XVI əsrlərdə istifadə olunan çoğur da diqqətimdən kənarda qalmadı. Deyərdim ki, çoğur Azərbaycanın ən nadir musiqi alətlərindən biridir. Etnoqrafik əşyalar içərisində mis, bürünc, tunc, ağac, çini, gil, daşdan hazırlanmış müxtəlif əmək alətləri, məişət əşyaları, dini ayinlərin icrası ilə bağlı əşyalar da geniş yer tutur.

Misdən hazırlanmış şərbətqabılar, qəndillər, kasalar, şirlişirsiz saxsıdan küpə, dolça, nehrə, ağacmetal əmək alətləri, zərif çini qablars. öz istehsal üsulları, dekorativ tərtibatı baxımından olduqca maraqlı və qiymətlidir.

Uzaq uşaqlığımın yadigarları...

Bu əşyaları muzey fondunda görmək çox xoş oldu mənim üçün. Ona görə ki, onların böyük əksəriyyətini uzaq keçmişdə qalan uşaqlığımda kəndimizdə görmüşdüm. Təbii, sonra qiymətli nümunələrin bir çoxu hansısa səbəbdən məişətdən çıxarıldı. Xatirimdədir ki, o vaxt kəndimizə müxtəlif adamlar gələrdi. Onlar keçmişin yadigarı olan bu əşyaları dəyər-dəyməzinə alırdılar. Nənə-babaların ailə üzvlərinə əmanət qoyduğu bu qiymətli xəzinə evlərdən satışa çıxarılırdı. Eləcə də xalça-palaz, xurcunlar, kilim və cecimlər, qız-gəlinlərin əl işi olan naxışlı balınc üzləri satılırdı. O vaxt alıcılar camaata deyirdilər ki, bunu muzey üçün alırlar. Bu əşyaların, xalça-palaz məmulatlarının böyük əksəriyyəti bəlkə də muzeylərə deyil, şəxsi kolleksiyalara daşınırdı. Camaat satır, alan isə alırdı. Ancaq ümidim onadır ki, ola bilsin, alınan qiymətli sərvətin bir hissəsi muzeylərə satılıb, qalanları isə işbazların əli ilə ölkədən kənara çıxarılıb. Əlbəttə, bu gün o məişət əşyalarının evlərdə olmaması kədərləndirir məni. Ancaq təsəllim odur ki, bunlara muzeylərdə rast gəlirəm. Əlbəttə, bu da məndə nostalji hisslər yaradır.

Şəxsiyyətlərin şəxsi əşyaları...

Etnoqrafiya fondunda ayrıca olaraq dini ayinlərin icrası zamanı istifadə edilən müxtəlif təbii daşlarmuncuqlardan ibarət eksponatlar da var. Bura nəzərliklər, kəhraba, əqiq, təsbehlər, üzəri dua və müqəddəs kəlamlarla yazılı üzüklər, dua qabları daxildironlar əsrlər boyu xalqın yaddaşından süzülüb gələn dini inancları özündə yaşadır.

Etnoqrafiya fondunda Azərbaycanın tanınmış alim, şair, bəstəkar, aktyor, hərbçilərinə məxsus əşyalar da mühafizə edilir. Onlardan Mirzə Fətəli Axundovun, Üzeyir Hacıbəyovun, Nəcəf bəy Vəzirovun, Əliağa Şıxlinskinin və başqalarının şəxsi əşyalarını göstərmək olar. Bununla yanaşı, fondda Moldova, Türkmənistan, Rusiya, İrans. ölkə nümayəndələrinin Azərbaycana səfərləri zamanı muzeyə bağışladıqları qiymətli hədiyyələr də qorunub saxlanır.

Müxtəlif illərdə Etnoqrafiya şöbəsinə Yevgeni Paxomov, İshaq Cəfərzadə, Z.Kilçevskaya, H.Quliyev, M.Nəsirli, Mayya Cəbrayılova, Nərmin Tahirzadə, Ətiqə İzmayılova rəhbərlik etmiş, Mehdi Quliyev, Əhməd Abdullayev, Nigar Seyidzadə, Ayəndə Dadaşova, Afət Rüstəmbəyova isə fondun mühafizləri olmuşlar. Hazırda Etnoqrafiya elmi fond şöbəsinin müdiri Gülzadə Abdulovdur.

Silahlarbayraqlar...

Milli Azərbaycan Tarixi Muzeyində qarşılaşdığım mənzərə çox zəngin və çoxçalarlı olduğundan, burada hər şeyə çevik, eyni zamanda da diqqətlə baxıb qeydlər götürməyimə imkan verdi. Elə eksponatlar var ki, ona dəqiqələrlə baxmaqdan doymursan, bəzən xəyal səni haralara apardığını da kəsdirmirsən. Tarixin hansı dövrlərinə getmirsən ki...

Muzeyin silahlarbayraqlar fondu bu baxımdan təsirlidir.

Bu fonddan danışan muzey əməkdaşları bildirdi ki, Milli Azərbaycan Tarixi Muzeyinin ilk fondlarından biri Yeni tarix fondu olub. 2009-cu ildə aparılan struktur dəyişikliyindən sonra onun adı dəyişdirilərək Silahlarbayraqlar fondu adlandırılıb. Fondda 2200-dən artıq eksponat saxlanır. Silahlarbayraqlar fondunun əsas hissəsini müdafiə, soyuqodlu silahların müxtəlif növləri təşkil edir. Orta əsrlər və yeni dövrə aid dəbilqələr, zirehli əsləhələr, qılınclar, tapança və tüfənglər, toplar, zənburəklər və s. burada toplanıb.

Azərbaycanda silah istehsalı ənənəsi

Muzey əməkdaşları ilə söhbətimiz zamanı onlar mənə bildirdilər ki, Azərbaycanda silah istehsalına yeni dövrdə başlanmayıb. Silah hazırlama sənayesi ölkə ərazisində qədim çağlardan mövcud olub.

Fondda nümayiş olunan silahlar da o dövrlərin yadigarıdır. Əlbəttə, bütün bunlar Azərbaycanda silah istehsalının ən yüksək səviyyədə olmasına dəlalət edir. Silah nümunələri üzərində yazılar, nəbati, həndəsi ornamentlər, qızıl və gümüşü işləmələr, həmçinin tiyə və lülələrin keyfiyyətli polad növündən hazırlanması o dövrün silah ustalarının yüksək peşəkarlığından xəbər verir.

Fondda həmçinin XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid Qafqaz, Qərbi Avropa, Rusiya və Şərq silahları da mühafizə olunur.

Davamı növbəti saylarımızda...

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 18 sentyabr.- S.15.