I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti

 

"Bakı-2015"i ərsəyə gətirən amillər

 

1993-cü ildə xalqın tələbilə ikinci dəfə hakimiyyətə gələn mərhum Prezident Heydər Əliyev çox dəqiqliklə bilirdi ki, erməni təcavüzünün qarşısını almaqonun ağır nəticələrini aradan qaldırmaq, dövlətin ərazi bütövlüyü və təhlükəsizliyini təmin etmək, xalqın sosial rifahına yönələn islahatlar aparmaq üçün dünya birliyi ilə sıx siyasi-iqtisadi inteqrasiyaya girmək lazımdır. Qeyd edək ki, sözün həqiqi mənasında, xalqın çörəyə möhtac olduğu həmin dövr və məlum siyasi reallıqlar fonunda bu işə birdən-birə nail olmaq qeyri-mümkün idi.

Çünki dünya dövlətləri Azərbaycana çox ehtiyatla yanaşır və onu qeyri-ciddi tərəfdaş kimi qəbul edirdilər. Deməli, ilk addım kimi beynəlxalq ictimaiyyəti ölkəmizlə qarşılıqlı əməkdaşlıq əlaqələri və münasibətlərinin qurulmasının faydalı olacağına inandırmaq tələb olunurdu.

Xəlbirlə su daşımaq qədər çox çətin olan o dövrdə bu inam həm də çox qısa zamanda qazanılmalı idi ki, bunun da öhdəsindən yalnız cənab Heydər Əliyev gələ bilərdi və gəldi də! İlk olaraq atəşkəsə nail olan mərhum Prezident, çox qısa müddətdə - 1994-cü ildə (!) "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Bu sənəd əslində xarici dövlət, təşkilat və şirkətlərin müstəqil Azərbaycana olan inamının başlanğıcı və növbəti irimiqyaslı beynəlxalq müqavilələrin təntənəsi idi...

I Avropa Oyunları ərəfəsində

Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyaya karbohidrogen ixrac edən mühüm tərəfdaş olması, multikulturalizm və tolerantlıq modelinin örnəkliyi, respublikamızın beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrilməsi, BMT TŞ-də 2 dəfə sədrlik etməsi, İKT və digər səhələrdə nailiyyətlərinin qəbul edilməsi artıq aksiomadır. Əlbəttə, bu inkişafda idman sahəsi də istisna deyil. Çünki həm də Milli Olimpiya Komitəsinin prezidenti olan cənab İlham Əliyev, digər sahələr kimi, idmana da xüsusi qayğı göstərir. Bunu idmançılarımızın Olimpiya, dünya, Avroparegional səviyyədə qazandığı uğurlar təsdiq edir. Bunun nəticəsidir ki, artıq Azərbaycan müxtəlif səpkili beynəlxalq tədbirlərlə yanaşı, həm də mötəbər idman yarışlarının keçirildiyi nüfuzlu bir ölkəyə çevrilib. Bu baxımdan I Avropa Oyunlarının (AO) paytaxtımızda keçirilməsi tamamilə qanunauyğundur.

Məlum olduğu kimi, I AO-nın keçirilməsini 2012-ci ildə Avropa Oyunları Komitəsi (AOK) Bakı şəhərinə etimad edib. Həmin səbəbdən Oyunların təşkili və idarə edilməsi AOK və Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) tərəfindən həyata keçiriləcək. Oyunlar 2015-ci il iyunun 12-dən 28-dək Bakıda olacaq.

Atəşgahda yandırılan məşəl 47 gün Azərbaycanı gəzib, iyunun 12-də açılış mərasiminə gətiriləcək. "Bakı-2015"-in mərasimlər üzrə direktoru Katerina Uqvu bildirib ki, səyahətdə 1000-dən çox məşəlçi iştirak edəcək. Gənclər və idman naziri Azad Rəhimovun dediyi kimi, 5500 km səyahət zamanı məşəl ölkəmizin tarixi, təbii imkanları, idman və mədəni sahədəki uğurlarını nümayiş etdirəcək.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsi artıq Avropanın Roma, Paris, London, Berlin, Moskva və digər şəhərlərində, habelə Avropa Parlamentində təqdimatlarını keçirib.

Qitə miqyaslı bu möhtəşəm tədbirdə 20 idman növü üzrə yarışlar keçiriləcək ki, onların da 16-sı Olimpiya proqramına daxildir. Paytaxtımız AO-da 6 mindən artıq idmançını qəbul edəcək. Burada 239 komplekt medal uğrunda mübarizə aparılacaq. Yarışlarda 18 min yerlixarici könüllülər fəaliyyət göstərəcək. 20 idman növünün hər birinin keçirilməsi üçün beynəlxalq səviyyəli idman qurğuları, Olimpiya stadionu, çoxsaylı idman obyektləri artıq hazır vəziyyətdədir. Oyunları işıqlandırmaq üçün 700-ə yaxın beynəlxalq, 600-dən artıq yerli media nümayəndəsi akkreditasiya üçün Təşkilat Komitəsinə müraciət edib. Burada jurnalistlərin işini daha operativ, asan və keyfiyyətli etmək üçün müasir tələblərə cavab verən Media Kəndi fəaliyyət göstərəcək. Qeyd edək ki, Oyunların Əməliyyat Komitəsi "Azərkosmos" ASC-ni "Bakı-2015"in rəsmi peyk yayım təchizatçısı elan edib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Bakı-2015" Oyunlarının keçiriləcəyi obyektlərin hamısı optik lifil rabitə xətlərinə qoşulacaq. Oyunlar zamanı obyektlərdə davamlı rabitənin təmin olunması üçün dövlət rabitə operatorlarının və digər dövlət qurumlarının mövcud kabel infrastrukturundan istifadə olunacaq.

I AO-ı ərəfəsində Milli Məclis kütləvi idman tədbirləri və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması, biletlərin müəyyən edilmiş rəsmi tariflərdən yüksək qiymətə satılmasına qarşı qanun, həmçinin kütləvi idman tədbirləri və idman yarışlarının keçirilməsinə mane olmağa görə cərimələr müəyyən edib. Sözsüz ki, bu qanun istər yerli, istərsə də xarici çoxminli tamaşaçıları neqativ hallardan qoruyacaq, onların təhlükəsizliyinə şərait yaradacaq.

Hazırda Oyunların təhlükəsizliyi ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən "Təhlükəsiz Şəhər" sisteminin respublika üzrə 2039 nöqtədə 8085, o cümlədən Bakıda 1356 nöqtədə 4224 kamerası quraşdırılıb. DİN Oyunlar zamanı asayişin qorunması sahəsində təcrübə mübadiləsinin səmərəriliyini artırmaq üçün bu ilin martında Avstriya Federal Daxili İşlər NazirliyininVyana Polis Departamentinin əməkdaşları ilə birlikdə seminar-məşğələlər keçirib, təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparıb.

İlk AO-nın Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti

I AO-nın Bakıda keçirilməsini təkcə idmanla-Azərbaycanın idman ölkəsi kimi tanınması ilə əlaqələndirmək doğru olmazdı. Çünki Olimpiya, dünya və qitə miqyaslı mötəbər idman tədbirlərinin hər hanısı ölkədə keçirilməsinə qərar verilərkən, həmin ölkədəki siyasi, ictimai, sosial, mədəni və digər sahələrin durumunun necəliyi də nəzərə alınır. AOK məhz bu kompleks amilləri rəhbər tutaraq Oyunların Azərbaycanda keçirilməsinə qərar verib. Və sözsüz ki, bu qərar AOK-ın respublikamıza olan etimadı kimi dəyərləndirilməlidir. Bəs özünün qazandığı bu etimaddan ölkəmiz nə dərəcədə yararlanacaq? Oyunların Bakıda keçirilməsinin Azərbaycan üçün əhəmiyyəti nədir?

Mövzu ilə bağlı araşdırmalar göstərir ki, I AO-nın ölkəmizdə keçirilməsi: 1) Respublikamızın müasir, demokratik, açıq və təhlükəsiz bir ölkə olduğunu bir daha təsdiqləyəcək; 2) Azərbaycan Respublikasının müasir dünya siyasətindəki rolu və yerinə dəstək verəcək; 3) dünya ictimaiyyətinin sülhsevər və qonaqpərvər xalqımız haqqında bilgilərini artıracaq; 4) dövlətimizin güclənən siyasi iradəsinə dəstək qazandıracaq; 5) respublikamızın xarici dövlət və təşkilatlarla hərtərəfli əlaqəsini daha etibarlı və bərabərhüquqlu edəcək; ölkəmizin xarici dövlət və BMT kimi dövlətüstü qurumlarda xarici siyasətinə dəstək gətirəcək; 6) Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə təkan verəcək; 7) Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin inamını artıracaq, sərmayə planlaşdıran əcnəbi investorları fəaliyyətə cəlb edəcək; 8) ölkəmiz haqqında bitərəf və qərəzli mövqedə olan dövlət və beynəlxalq təşkilatların mövqeyinin dəyişməsinə rəvac verəcək; 9) dünya birliyi ilə siyasi-iqtisadi, idman da daxil olmaqla, mədəni əlaqələrə yeni nəfəs gətirəcək, Azərbaycanı daha etibarlı tərəfdaş edəcək; 10) doğma Bakımızı beynəlxalq miqyaslı müxtəlif tədbirlərin mütəmadi keçiriləcəyi təhlükəsiz beynəlxalq mərkəzə çevirəcək; 11) diasporamızın fəaliyyətinə stimul verəcək. həm ölkə vətəndaşları, həm də xaricdə yaşayan həmyerlilərimizi dünyaya daha yaxından tanıdacaq; 12) 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyli Oyunlarının, digər beynəlxalq idmanqeyri-idman tədbirlərinin daha az məsrəf və keyfiyyətlə keçirilməsinə şərait yaradacaq; 13) logistika da daxil olmaqla yeni müasir tələblərə cavab verən çoxşaxəli infrastrukturun yaradılmasını təmin edəcək. 14) turizmin inkişfına təkan verəcək, onun cəlbediciliyini artıracaq; 15) jurnalistikamızın, xüsusən idman jurnalistikasının inkişafına təkan verəcək; 16) Oyunları işıqlandıracaq 200-ə yaxın beynəlxalq yayım şirkəti dünyaya Azərbaycan və azərbaycanlılar haqqında daha obyektiv bilgilər verməklə, ölkəmiz barəsində pozitiv informasiya güclənəcək; 17) oyunlara "azarkeş", "mütəxəssis" adı ilə təxribatçı qrupların gəlməsi istisna edilmədiyi üçün, "Bakı-2015" tədbiri həm də bütün dövlət qurumlarının potensial imkanlarını, cəmiyyət və hər bir vətəndaşın nəyə qadir olduğunu ortaya qoyacaq; 18) Oyunlar ölkəmizin ləziz və rəngarəng mətbəxinin, mədəniyyət və incəsənət incilərinin sərgilənməsinə şərait yaradacaq; 19) ictimaiyyətin idmana maraq və rəğbətini artıracaq, sağlam həyat tərzinə stimul verəcək; 20) xidmət və asayiş sahəsində çalışanların beynəlxalq dillərin öyrənməsini sürətləndirəcək və s.

I AO-nın Bakıda keçirilməsi üçün hər cür şərait var. Oyunlara dövlət, ictimai təşkilatlar, sadə vətəndaşlar tərəfindən həm böyük dəstək, həm də böyük maraq var. Qitə miqyaslı bu idman bayramını əksər Avropa ölkələri də böyük maraqla gözləyir. Lakin meşə çaqqalsız da olmaz. Belə ki, Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, regionda güclü dövlətə çevrilməsi bəzi ölkə və təşkilatlara qıcıq verir. Onlar Oyunlar ərəfəsində respublikamıza qarşı qərəzli mövqedən çıxış edərək, bu sülhməramlı tədbiri boykot etməyə çalışırlar. Misal üçün milyarder Sorosun rəhbərlik etdiyi "Human Rights Watsh" təşkilatını göstərə bilərik. Bu qurum "Eurovision" mahnı müsabiqəsi ərəfəsində olduğu kimi, indi də AO ərəfəsində anti-Azərbaycan mövqeyindən çıxış edərək, ölkəmizin etibarını gözdən salmağa çalışır, Qərb ölkələrini Azərbaycana təzyiq göstərməyə, Oyunları boykot etməyə çağırır.

Bu qarayaxmaların qarşısını almaq üçün "Bakı-2015": I AO-a dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası yaradılıb. Onu da vurğulayaq ki, Soros kimilərin qərəzli fikirlərinə, əksər əcnəbi ekspertlər kimi, Berlin Avropa İnstitutunun sədri Matias Dornfeltçox ədalətli və sərrast cavab verib. O deyib: "Müəyyən təzyiqlərə baxmayaraq, Azərbaycan "Eurovision" kimi böyük mədəni tədbirə layiqincə ev sahibliyi etdi... Mən əminəm ki, Azərbaycan bu tədbiri də uğurla başa vuracaq. Bütün dünya Azərbaycan haqqında daha müsbət rəyə malik olacaq, onun müasirsabit bir ölkə olduğunu görəcək". Göründüyü kimi, bəzi anti-Azərbaycan təşkilat və tərəddüd içində çabalayan tək-tək dövlət istisna olmaqla, I AO-a böyük rəğbət və dəstək var. Bunu 49 Avropa ölkəsinin rəsmən Təşkilat Komitəsinə ünvanladığı iştirak barədə sənədləri təsdiqləyir.

Beləliklə, sülhməramlı qonaqpərvər "Bakı-2015"-ə xeyir-dua, idmançılara uğur və həm də Azərbaycan həqiqətləri ilə tanışlıq, azarkeşlərə bayram əhval-ruhiyyəsi arzusu ilə AO-da görüşənədək.

 

Vaqif Cəliloğlu,

Tex.elmləri üzrə fəlsəfə doktoru

Bakı xəbər.-2015.- 27 aprel.- S. 12.