Xalq sənətinin əsas qollarından biri - bədii tikmə mədəniyyəti...

 

Bədii tikmə sənətinin bütün dünyada, o cümlədən də Azərbaycanda tarixi çox qədimdir. Məişət mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan bu tikmələr özündə canlı tarixi yaşadır. Çoxlarımız uşaq vaxtı nənələrimizin, bibi və xalalarımızın, qonşularımızın tikmə işi ilə məşğul olduğunu görmüşük. Hətta bir vaxtlar qızlar cehiz sandıqlarına qoymaq üçün çeşidli tikmələr tikər, balıncların, dəsmalların üzərinə zərif naxışlar salardılar.

Hər qızın tikiş bilməsi, naxış vurmaq qabiliyyətinə malik olması vacib idi və qızlar da buna əməl edirdilər. Düzdür, hazırda çox az ailələr tapılar ki, orada qədim tikmə sənətimizin bütün növləri inkişaf etdirilsin. Bizdən uzaqlaşmaqda olan bu xalq sənətini, el əmanətini yaşadan rəssamların, bədii tikmə ustalarının olması bizi sabaha ümidləndirir. Sevindirici haldır ki, Azərbaycan dövləti, eləcə də Heydər Əliyev Fondu xalq sənətinin bütün sahələrinin inkişafına böyük diqqət ayırır, qayğı göstərir. Bir zamanlar bədii tikmə ustalarının əl işləri evlərdə qalırdısa, bu gün onlar üzə çıxarılır, müxtəlif sərgilərdə nümayiş etdirilir, mağazalarda satılır. Hazırda bədii tikmə nümunələrinə camaat arasında ciddi ehtiyac və tələbat yaranıb. Çox yaxşı əlamətdir. Bu əsasən xalqımızın milli kökünə qayıtması, milli dəyərlərimizə sahib çıxması ilə bağlıdır. Bədii tikmə sənətinin növləri o qədər genişdir ki, onu bir-iki yazı ilə əhatə etmək çətindir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin saytında Azərbaycan bədii tikmələri haqda maraqlı və dolğun məlumatlar yer alıb. Sənətşünasların ərsəyə gətirdiyi bu məlumatlarda o qədər maraqlı faktlar var ki, biz bununla xalqımızın tikmə sənəti haqqında geniş məlumat ala bilirik.

Sayt yazır ki, Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus mədəniyyət yaradıb və onun fəaliyyətinin ən yüksək inkişaf etmiş sahələrindən biri dekorativ-tətbiqi incəsənətdir. Bu sənətlər qədimdən mövcuddur: "O, bədii sənətin müxtəlif növlərini əhatə edir, onların arasında döymə sənəti və zərgərlik, metal üzərində işləmələr, ağac, daşsümük üzərində oyma naxış, xalçaçılıq, hörmə sənəti, ornamental toxuculuq və basmanaxış, toxuma və bədii tikmələr və bir çox digərlərini göstərə bilərik. Azərbaycan xalqının zəngin mənəvi aləmindən və istedadından xəbər verən bütün bu bədii yaradıcılıq növlərinin hər birindən bu günböyük məhəbbətlə istifadə olunur. Azərbaycan bədii tikmələrinin texnika və kompozisiyası öz kökləri ilə uzaq keçmişlərə gedib çıxır və xalqın mədəniyyətinin varisliyini sübut edir. Azərbaycanda naxış salmanın müxtəlif növlərinin yayılmağa başlamasını arxeoloji materiallara əsasən müəyyənləşdirmək mümkündür. Bədii tikmələrdəki ornamentlərin analoqu olan sadə elementləri - düz və sınıq xətləri, ziqzaqları, nöqtəvi ornamentləri, dairəcikləri, üçbucaqları, rombları erkən bürünc dövrünün (Azərbaycanda eramızdan öncə III minilliyə aid) saxsı qablarında izləmək mümkündür. Müxtəlif vaxtlarda bu yerlərdə olmuş çoxsaylı tacir, səyyah və diplomatlar Azərbaycanda sənətkarlığın inkişafı haqqında çoxlu maraqlı faktlardan söz açırlar".

XIII yüzillikdə yaşayan İtalyan səyyahı Marko Polo Şamaxıda və Bərdədə yerli ipək məmulatlarının gözəlliyini qeyd edir. İngilis səyyahı-tacir Antoni Cenkinson (XVI əsr) yay iqamətgahının dəbdəbəsini təsvir edərkən yazır ki, "kral ipək və qızıl işləməli zəngin çadırda əyləşmişdi, onun geyimi mirvari və zəngin daş-qaşlarla işlənmişdi".

Sənətşünaslar qeyd edir ki, XIX-XX əsrin əvvəllərində bədii tikmələr üçün əsas rolunu oynayan material yerli istehsal olan qonovuz, darai və məxmər idi. Məlumatlara görə, onlar Şamaxıda, Basqalda, Şəkidə, Gəncədə, Şuşada və Azərbaycanın digər şəhərlərində hazırlanırdı.

Saytın məlumatında bildirilir: "Bədii tikmə üçün yerli ipək və yun saplardanyerli basma qəliblərdən istifadə olunurdu. Boyama üçün bitki mənşəli boyayıcılar işlədilirdi.

Bədii tikmə məmulatları ornamental motivlərin zənginliyi və müxtəlifliyi ilə fərqlənirdi. Azərbaycan bədii tikmələrində ən çox işlədilən bitki motivləri qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, meyvə ağaclarının yarpaqları- nar, heyva, alça çiçəkləri, eləcə də sünbül və müxtəlif formalı yarpaqlardır.

Bədii tikmələrin həndəsi naxışları düz və sınıq xətlərdən, ziqzaqlardan, üçbucaqlardan, dördbucaqlardan, altı və səkkizguşəli ulduzlardan, romblardan, ulduzcuqlardan və günəşin rəmzi təsvirlərindən ibarətdir.

Bədii tikmələrdə quşları: bülbül, tovuz quşu, göyərçin, tutuquşu, hophop (şanapipik), sərçə, qırqovul, bildirçin, kəklik və digərlərini təsvir etməyi sevirdilər.

Bədii tikmələrdə tez-tez rast gəlinən cüt quş təsvirləri dekorativ-tətbiqi incəsənət məmulatlarında ən qədim və sevilən motivdir. Quşları adətən ya bir-birilə sevişən, ya da bir-birindən küsmüş şəkildə təsvir edirlər. Hər iki motivi xalq sevgi və ayrılığın simvolu kimi izah edir. Heyvanlar aləminin təmsilçilərindən bədii tikmələrdə daha çox ceyranlar, tısbağalar, ilanlar-əjdahalar, atlars. təsvir edilirdilər".

Qeyd edildiyi kimi, məişət predmetlərindən gülab suyu üçün sürahilər, daraq üçün futlyar, kosmetika üçün flakonlar, kuzələr və s. rast gəlinir. Azərbaycanda məişətdə populyargeniş yayılmış bədii tikmə növləri: güləbətin, saya naxışlı bədii tikmə, təkəlduz, "quş gözü" texnikasında tikmə, metal muncuqlu tikiş, muncuqlu tikiş, basmanaxış, "düymələmə", qurama, spiral şəkilli tikişfile üzərində işdir. Bütün tikmə növlərindən ən qədimi - qızılı və gümüşü saplarla bədii tikmələrdir. Əsasən çox sıx parçadan istifadə edilirdi. Qırmızı, tünd qırmızı, bənövşəyi və yaşıl rəngli birçalarlı məxmər ən yaxşı material sayılırdı. Müxtəlif çalarlı incə mahud, parça, tirmə, atlas, tumac dəri üzərində də bədii tikmələr salınırdı. Qızılı və gümüşü saplarla tikiş üçün fabrik istehsalı qızıl və gümüş saplardan istifadə olunurdu. Bu bədii tikmə növü bir terminlə - güləbətin adlanırdı. Sənətşünaslar qeyd edir ki, güləbətinlə daha çox qadın üst geyimlərinə, baş geyimlərinə, ev məişət əşyalarına, at yəhərinə və daha xırda məmulatlara bəzək vurulurdu. Gəlinin cehizinə güləbətin işləməli məişət təyinatlı müxtəlif əşyaları daxil etmək adəti də vardı.

Rəngli ipək saplarla işlənmiş bədii tikmələr arasında təkəlduz tikmələri daha geniş yayılmışdı.

Azərbaycanda ən qədim bədii tikmə növlərindən biri təkəlduz olub. Təkəlduz tikmə növü Azərbaycan xalqının ən əski tikiş ənənəsidir ki, bu günözünü doğuruldur.

Sənətşünasların verdiyi məlumata görə, təkəlduz tikmə və ya qullabduzluq qullabla (qarmaqla) vurulan zəncirli tikişin istifadəsi ilə düzəldilən bədii tikmə növüüsuludur. Sənətşünaslar onu da qeyd edir ki, türk xalqlarının təkəlduzlarının səciyyəvi cəhəti odur ki, kəskin kontrastlı olur: rəngli ipək saplarla əyri xətlər və nəbati ornamentlər şəklində tünd rəngli qalın qumaş (tirmə, mahud, şals.) üzərində icra olunur.

Sənətşünasların verdiyi məlumata görə, Azərbaycan ustalarının qədim çağlardan bəri hazırladığı təkəlduzlar nəinki Azərbaycanda, hətta onun sərhədlərindən uzaqlarda da məşhur olub. Azərbaycan Tarix Muzeyində qədim təkəlduz növləri qorunur. Sənətşünasların bildirdiyinə görə, Şəki təkəlduz sənətinin də vətəni sayılır. Onların bildirdiyinə görə, Şəkidə ipəkçiliyin başlıca yer tutması burada təkəlduz sənətinin inkişafına böyük təkan verib. Təkəlduz sənəti Şəki təkəlduz ustalarının əməyi nəticəsində inkişaf edib, öz təşəkkülünü tapıb, gələcək nəsillərə ötürülüb. Onların yaratdığı təkəlduz nümunələri Azərbaycanın sərhədlərindən kənarda da məşhur idi. XIX əsrdə təkəlduzçuluğun mərkəzi Şəki şəhəri sayıldığı bir dövrdə də bu işlə əsasən kişilər məşğul olurdular. Mövsüm Məşədi Əli oğlu, Məşədi Yusif Süleyman oğlu, Məşədi Səttar, usta Əliabbas, Cabbar Əlizadə, Rza Tağızadə, Abuzər Lətifov o dövrün məşhur təkəlduz ustaları idi. Bu sənətkarların əl işləri hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində, Şəki Xalq Tətbiqi Sənət Muzeyində, Şəkidə Tarix Diyarşünaslıq Muzeyində, Sankt-Peterburqdakı Etnoqrafiya Muzeyində və s. yerlərdə bir çox maraqlı əsərləri saxlanmaqdadır.

Məlumatlara görə, təkəlduzçuluq üçün əsas material qismində yerliya xaricdə istehsal olunan qırmızı, qaratünd göy rəngli məxmər və mahud işlədilirdi. Təkəlduz bədii tikmələri təkcə qadınların məşğuliyyəti deyildi. Bir çox kişilər tətbiqi incəsənətin bu sahəsində öz qeyri-adi məharətlərini göstərirdilər. Dəzgahda dartılmış parçada usta əvvəlcə rəsmin kontur xətlərini çəkir, sonra isə onun bütün daxili sahəsini doldururdu. Təkəlduz bədii tikmələri üçün işlədilən iynə "qarmac" adlanırdı.

Təkəlduz bədii tikmələri ilə qadın geyimləri, böyük yastıqların üzlükləri, mütəkkələr, hamamda işlədilən ayaqaltı xalçalar, örtüklərə bəzək vurulurdu.

Bədii tikmələrdə geniş tətbiq edilən digər texnika saya tikmə idi. Bu növ bədii tikmə üçün adətən parlaq olmayan, pastel çalarlarında, çox zaman qızıl saplarla uzlaşmada rəngli ipək və yun saplardan istifadə olunurdu. Saya bədii tikmənin iki növü vardı: ikitərəfli və birtərəfli. Saya bədii tikmə üsulu ilə geyimlərə, divar bəzəklərinə, üz örtüyünə, pərdələrə və s. naxışlar vurulurdu.

Bədii tikmələrin geniş yayılmış növlərindən biri "quş gözü" - ya rəngli ipəklə vurulan bəzəklər idi.

"Düymələmə" bədii tikmələrinə araqçının, şəbkülahın (gecə baş geyimi), canamazın, eləcə də yun geyimlərin bəzəklərində rast gəlinir. Onu adisu tikişi, astarüz arasında nazik yunya pambıq təbəqəsi qoymaqla icra edirdilər.

Mirvarimuncuqlarla bədii tikmələr böyük maraq kəsb edirdi, onlarla qədimlərdən bəri kostyum elementlərini, məişət əşyalarını bəzəyirdilər.

Parıltılı bəzək-düzəklərlə, muncuqlarla bədii tikmə - onları parçaya rəngli ipək saplarla çəkilmiş rəsmin konturları boyunca tikməkdir. Quramaspiral bədii tikmənin nisbətən gənc üsullarıdır.

Nadir hallarda rast gəlinən file üzərində merejka çox gec yayılmış və dar çərçivədə tətbiq olunur. Bu əl işi növü salfetka, dəsmal, üz örtüyünün bəzəyi üçün daha xarakterikdir.

Bu gün də Azərbaycanın bir çox şəhərlərində kökü qədim çağlara gedən bədii tikmə məktəbi qorunub saxlanır. Azərbaycan ustalarının əl işləri beynəlxalq sərgilərin və muzeylərin ekspozisiyalarını bəzəyir. Sənətşünasların qeydlərinə görə, Azərbaycanda məişətdə populyargeniş yayılmış bədii tikmə növlərindən biri də qədim tarixə malik təkəlduz tikmədir. Əsrarəngiz təsvir və naxışlarında xalqın sənət ruhunu yaşadan milli xalçalarımız və digər xalq sənətlərimiz kimi təkəlduz sənəti də tarixi köklərə söykənən xalq yaradıcılığıdır. Bu sənətin ilk nümunələrinə biz hələ Sasanilər dövründə rast gəlsək də, təkəlduz sənəti get-gedə təkmilləşib və orta əsrlərdə bir xalq sənəti kimi öz yerini tutub. Təkəlduz sənətinin inkişafı yun və ipək kimi xammalın və təbii rənglərin burada istehsal olunması faktı ilə sıx əlaqədardır. Bu sənət maddi mədəniyyətimizin bir sahəsi olmaq etibarilə böyük əhəmiyyətə malikdir.

Bədii tikmə elə bir sahədir ki, burada qızların, qadınların yaxından maraq göstərməsi vacibdir. Ulularımızdan miras qalan bu sənəti yaşatmalıyıq ki, itib batmasın, başqaları ona sahib çıxmasın.

 

Ardı var...

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 5 mart.- S.15.