Şuşa Tarix-Mədəniyyət Qoruğu erməni işğalında...

 

Şuşa həm mədəniyyətimizin beşiyidir, həm də tarixi abidələr məskənidir, eləcə də nadir faunafloraya sahib olan bir diyardır. Hazırda erməni işğalında olan Şuşada xalqımızın qədim mədəniyyət nümunələrinin hansısa bir elementinin saxlandığına inanmaq çətindir. Çünki ermənilər yerli əhaliyə-Azərbaycan türklərinə aid olan bütün mədəniyyət abidələrini dağıdıb, yerlə yeksan edib. Əsrarəngiz Şuşa təbiətinin yaratdığı qiymətli nə varsa, çoxu yad nəfəsindən boğulur.

Bəlkə indi xarıbülbül də açmır, torpağın ürəyinə qısılıb günəşin doğmağını, yəni öz doğmalarının, azərbaycanlıların ora qayıtmasını gözləyir ki, həvəsə gəlib pardaxlanıb açsın.

Şuşa öz qədimliyi və möhtəşəmliyi ilə ucadır, hər bir daşının, qayasının, kəsəyinin belə qorunması vacib olan diyar kimi hələ 1988-ci ildə Şuşa Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Şuşa Azərbaycan Respublikasının Dövlət Tarix-Memarlıq Qoruğu elan edilsə də, bir neçə il sonra erməni fitnəsinin qurbanı olub.

Tarixi mənbələrin verdiyi məlumata görə, XVIII əsrdə Azərbaycan şəhərsalma sənətinin ən mühüm özəlliyi ölkənin siyasi-ictimai durumu ilə bağlı xanlıq mərkəzlərinin formalaşmasıdır. Yeni yaranmış xanlıq mərkəzləri içərisində Qarabağ xanlığının paytaxtı Şuşa şəhəri salındığı yerin qeyri-adi təbiəti və üstün strateji göstəriciləri ilə seçilir. Qarabağ xanlığının yaradıcısı Pənahəli xan Sarıcalı Cavanşir 1747-ci ildə müstəqillik əldə etdikdən sonra özü üçün etibarlı iqamətgah düzəltməyə girişdi. Əvvəlcə tikdirdiyi Bayat (1748) və Şahbulağı (1752) qəsrləri dövrün müdafiə tələblərinə tam cavab vermədiyindən, Pənah xan yeni şəhər-qala tikdirmək qərarına gəlir. Şuşa yaylası yeni iqamətgah yeri seçildi. Şuşa qalasının salınma tarixi hələlik tam dəqiqləşdirilməyib. Şuşa qalasının inşa tarixini aydınlaşdırmaq baxımından araşdırıcı E.Avalovun XIX əsrin rus mənbələrindən aşkar etdiyi məlumat çox dəyərlidir. Həmin məlumatda bildirilir ki, Şuşa məscidlərinin birinin divarına quraşdırılmış kitabədə Pənah xanın 1167-ci il Hicridə Şuşa şəhərinin əsasını qoyduğu yazılıb. Şuşanın Cümə məscidinin divarında olmuş bu daş kitabə sonrakı yenidənqurma işləri zamanı aradan götürülüb. Həmin itmiş kitabəyə görə, Şuşa qalasının əsası 1753-cü ildə qoyulub. Şuşa yaylasının dəniz səviyyəsindən ən hündür yeri 1600, ən alçaq yeri 1300 metrə yaxındır. Bu yüksək dağlıq yaylanın çevrəsi Daşaltı və Xəlfəli çaylarının yataqlarına enən dərin uçurumlarla əhatə edilib. Yaylanın yalnız təbii müdafiə imkanları zəif olan şimal-şərq hissəsində qala divarları tikilməsinə ehtiyac vardı. Beləliklə, dövrün strateji tələblərinə uyğun çox uğurlu yer seçilməsi nəticəsində az məsrəflə möhkəm müdafiəsi olan geniş ərazili şəhər (350 hektar) yaratmaq mümkün oldu. Salındığı ilk illərdə şəhər-qalanın qurucusunun adı ilə Pənahabad adlandırılıb. Ancaq qısa bir müddətdən sonra onu yerləşdiyi ərazinin təbii formasına uyğun Şuşa qalası adı ilə əvəzləyiblər. Tarixçilər yazır ki, Azərbaycanın o çağdakı xanlıq mərkəzləri içərisində Şuşa şəhər qala anlayışına cavab verən ən sanballı şəhər idi. Əlçatmaz qaya üzərində ucalan (Q.Keppel) Şuşa bütün quruluşu ilə qədim Midiyanın eradan əvvəl IX əsrin divar rəsmlərindən bəlli olan şəhər qalalarına bənzəyirdi. Tikildiyi vaxtdan bir sıra güclü hücum və mühasirələrə dözmüş Şuşa Qarabağın baş qalası idi və elə bu funksiyasına görə də bu şəhər xalq arasında həmişə Qala adı ilə tanınıb. Şuşa qalasının Azərbaycanın yeni salınmış orta əsr şəhərsalma ənənəsinə uyğun dörd qapısı olub. Baş qala qapısı şimalda olub Gəncədən gələn yola açıldığından, Gəncə qapısı adlanırdı. İrəvan qapısı isə Şuşa qalasını Azərbaycanın qərb bölgələri ilə birləşdirirdi. O biri iki qala qapısı Şuşaətrafı dağ kəndləri ilə əlaqələr üçün yararlı olub. Şuşanın içqalası Gəncə qapısı yaxınlığındakı iri təpədə idi. Çağdaş tarixçilər tarixçi Mir Mehdi Xəzaninin əsərlərinə istinad edərək qeyd edir ki, Pənah xanın tikdirdiyi içqala divar və bürcləri olan kiçik qalaya bənzər saray (qəsr) idixan öz iqamətgahının yanındakı təpədə böyük oğlu İbrahim xan üçün də gözəl saray tikdirib. Tarixçilər bildirir ki, rus mühəndislərinin çəkdikləri planlardan göründüyü kimi, təpənin relyefinə uyğun mürəkkəb formalı planı olan içqalada saray binaları, divanxanabaşqa binalardan ibarət kompleks vardı. Şuşanın bir çox abidələri kimi bu saray kompleksirus işğalından sonra sökülüb məhv edilib. Saray kompleksi dairəvi bürcləri olan qala divarları ilə hasarlanıbmış. Şəhər qalanın üstün strateji yerlərində dördbucaq planlı, həyətli qəsrlər tikilmişdi. Bu qəsrlər hər şeydən öncə içərisində müdafiə alayı yerləşən qala tikililəri idi. Həm də şəhər qalasının kənarlarında, hündür yerlərdə tikilmiş bu qəsrlər şəhər çevrəsini tam nəzarət altında saxlamaqqalaya olan hücumların xarakter və istiqamətini müəyyənləşdirərək müdafiəni təşkil etmək məsələlərində həlledici rol oynayırdı. Xəzani yazırdı ki, onlardan indiyə yalnız ikisi - Pənah xan qəsri və Qara Böyük xanım qəsri qalıb. Giriş qapısı üstündəki kitabəyə görə, Qara Böyük xanım qəsri 1768-ci ildə tikilib. Yerin dinamik landşaftı qala divarları və bürclərin düzülüşünü müəyyən etməkdə həlledici rol oynayıb. Qala divarı sərt dağlıq relyefə uyğun tikildiyindən, onun planı sınıq xətli mürəkkəb forma alıb. Bürclərin əsas divardan irəli çıxarılması divar dibinin müdafiəsini xeyli gücləndirib. Qala divarı və bürclərin silueti səviyyə fərqinə görə çox eniş-yoxuşludur. Qala divarları, bürclər, qəsr qüllələri Şuşa yaylasının meşəli və yalçın qayalı landşaftı ilə birləşərək çox əzəmətli görünüş yaradırdı. Şuşa möhkəm şəhər qala olmaqla yanaşı, həm də XVIII-XIX əsrlərdə Azərbaycanın mühüm siyasi-iqtisadi və mədəniyyət mərkəzlərindən biri olub. Şuşa qalasının ilk 9 yaşayış məhəlləsi indiki şəhərin nisbətən sakit relyefli aşağı hissəsində tikildiyindən, aşağı məhəllələr adlanır. İbrahim xanın hakimiyyəti illərində (1759-1806) şəhər ərazisinin şərq hissəsində 8 yuxarı məhəllə formalaşır. Şəhərin daha sərt relyefli qərb hissəsində əsasən rus işğalından (1805) sonra isə 12 məhəllə salınır. Aşağı məhəllələr Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Dərdlər qurdu, Hacı Yusifli, Dörd ÇinarÇöl qala (Cuhudlar), yuxarı məhəllələr isə Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mircanlı, Dəmirçi, Hamam qabağı və Təzə məhəllə adları daşıyır. Dağlıq qərb hissəsinin Mehrulu, Qazançili, Əklisu, Çilləbord, Dərə və s. bir-birindən dar, əyri küçələr ayırır. Gözəl təbiət və daşdan tikilmiş qala divarları fonunda terraslar şəklində yerləşmiş məhəllələr ifadəli görünüşlər əmələ gətirir. Öz inkişafının sonrakı mərhələlərində əsaslı yenidənqurma və tikinti işləri aparılmadığından, Şuşa tarixən formalaşmış memarlıq-planlaşma quruluşunu saxlayıb. Başqa orta əsr Azərbaycan şəhərləri kimi Şuşanın məhəllələri də qapalı quruluşu olan həyətli evlərdən-mülklərdən ibarət idi. Şuşa evlərinin çoxu ikimərtəbəli olub but daşlardan tikilib. İri eyvanların vitrajlı pəncərələri (şəbəkə) və interyerlərdə çoxrəngli divar bəzəkləri olan ənənəvi Şuşa evləri Azərbaycanın başqa bölgələrinin evlərindən fərqlənmirdi. Bu evlərin bir neçə dəyərli örnəkləri qalıb. Hacı Quluların malikanəsi, Natəvanın evi, Uğurlu bəyin evi, Əsəd bəyin evi, Mehmandarovların evis. yaşayış evləri arasında xan və bəylərin saray tipli evləri daha zəngin bədii-memarlıq həlli ilə seçilirdi. Ancaq təəssüflər olsun ki, bu binaların əksəriyyəti dövrümüzə çatmayıb. Tarixçilər qeyd edir ki, Şuşa məhəllələrinin hər birində onu formalaşdıran yaşayış evlərindən başqa lokal ictimai-dini mərkəz var. Bu mərkəz məhəllə meydanı ətrafında qruplaşan binalar-məscid, mədrəsə, hamam, dükanbulaqdan ibarətdir. Şuşanın düzbucaq planlı məhəllə məscidlərinin (Culfalar, Çuxur, Hacı Yusiflis.) bayır görünüşləri yaşayış evlərinə bənzəsə də, interyerləri tam dini memarlıq tələblərinə uyğun tərtib edilib. İbadət salonunun üçnəfli bölgüsü olan məhəllə məscidləri (Çöl qala, Təzə, Saatlı, Mamayı) daha kamil plan-məkan quruluşları ilə seçilir. Məhəllə məscidlərinin çoxunda azançı (müəzzin) üçün damda kiçik köşklər quraşdırıldığı halda, Saatlı məscidinin kərpic naxışlı bəzəyi olan minarəsi var. Şuşa məscidləri içərisində ən monumentalı XIX əsrin böyük memarı Kərbəlayi Səfi xan Qarabağinin 1883-cü ildə tikdiyi Yuxarı Gövhər ağa məscididir.

İbrahim xanın 1768-ci ildə tikdirdiyi məscidin yerində Gövhər ağanın yenidən tikdirdiyi bu abidə Şuşanın Böyük Cümə məscididir. Cümə məscidi Şuşanın baş meydanı olan Meydanın dominantıdır. Şuşa şəhərinin baş meydanından 150 metr şimal-şərqdə Aşağı Gövhər ağa məscidi ətrafında formalaşmış memarlıq kompleksi yerləşir. Kompleksə məscid, mədrəsə, dükanlar və yaşayış evləri daxildir. Memar Kərbəlayi Səfi xanın 1868-1870-ci illərdə tikdiyi Aşağı Gövhər ağa məscidi ümumi plan-məkan quruluşuna görə AğdamŞuşa Cümə məscidlərinə bənzəyir. Ancaq Aşağı Gövhər ağa məscidindəki iki minarə ön fasadda deyil, arxa fasadın künclərində yerləşdirilib. Şuşanın, demək olar, bütün məhəllə məscidləri memar Kərbəlayi Səfi xan Qarabağinin iştirakı ilə tikildiyindən, onların hamısında ümumi memarlıq üslubu hiss olunur. Şuşa şəhəri XVIII-XIX əsrlərdə beynəlxaıq ticarətdə çox aktiv iştirak edib. Onun Şərq və Qərb ölkələri ilə apardığı ticarət əməliyyatları şəhər quruluşunda inkişaf etmiş ticarət mərkəzinin yaranmasına səbəb olur. Bütün şəhərin planlaşma özəyi olan Meydan Şuşanın baş ticarət kompleksinin də özəyidir. Meydandan Şuşanın üç ticarət küçəsi şaxələnir-şimala Rasta bazar, şərqə Aşağı bazar, cənuba Şeytan bazar. Yanlarında dükanlar sıralanan bu ticarət küçələrində həm də Şuşanın əsas dini binaları, karvansaraları və ticarət meydanları yerləşirdi. Qədim yaşayış məskəni yerində Qarabağ xanı Pənahəli xanın saldırdığı Şuşa Azərbaycanın son orta əsr şəhərsalma mədəniyyətinin nadir abidəsi, Qarabağ memarlığının canlı ensiklopediyasıdır.

1988-ci ildə Azərbaycan Respublikasının Dövlət Tarix-Memarlıq Qoruğu elan edilən Şuşa şəhəri təəssüf ki, bu gün işğaldadır və bu qoruğa məxsusi nə varsa, hamısı erməni vandalizminin qurbanı olub. Ermənilər bu qoruğun bütün varidatını ya məhv edib, ya da saxtalaşdıraraq öz adlarına çıxıblar. Əfsanəvi məscidləri, kəhrizləri, abidələri, möhtəşəm evləri, muzeyləri erməni işğalındadır. Şuşa torpağı xilas gününü gözləyir! O gün uzaqda olmasın!

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 12 may.- S. 15.