Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliğində Heydər Əliyev Fondunun rolu...

 

Azərbaycanın adı artıq bütün dünyada məşhurdur desək yanılmarıq. Məlum olduğu kimi, bəşər insanının vahid ortaq dili mədəniyyətdir. İstənilən mədəniyyət nümunəsi xalqları eyni dildə danışdıra, anlaşdıra bilir. Son illər Azərbaycan mədəniyyətinin ən müxtəlif qollarının dünyada davamlı təbliğatının həyata keçirilməsi onu deməyə əsas verir ki, mədəniyyətimiz ölkəmizi yüksək səviyyədə təqdim edə bilir.

Sözsüz ki, bu təbliğatın, bu xeyirsevər missiyanın başında Heydər Əliyev Fonduonun rəhbəri, ölkəmizin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva durur. Uzun illərdir Azərbaycan mədəniyyəti xarici ölkələrdə təbliğ olunurbu təbliğat ölkəmizin səsini dünyaya yayır.

Bilirik ki, zaman-zaman Azərbaycan musiqiçilərinin, xalq musiqisi ustalarının konsertləri, rəssamların sərgiləri, xalçalarımızın nümayişis. xarici ölkələrdə təqdim edilib və özünə minlərlə insanı cəlb edib. Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı tədbirlərin geniş miqyas alması təbii ki, hər bir azərbaycanlının sevincinə səbəb olur, bundan qürur hissi keçirir.

Bu ilin sentyabr ayının 3-də Parisdə "Azərbaycan tolerantlıq ölkəsi" fotosərgisinin və "Azərbaycan şəhərciyi"nin açılışı olub. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan tədbirdə dünya şöhrətli fotoqraf Reza Deqatinin "Azərbaycan tolerantlıq ölkəsi" adlı fotosərgisi açılıb.

Məlumat üçün deyək ki, Parisin Pale Royal meydanında Heydər Əliyev Fondunun təşkil etdiyi "Azərbaycan şəhərciyi"nin rəsmi açılışı əcnəbi seyirçilərin marağını cəlb edib.

Rəsmi məlumata görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirlərdə iştirak edib. Parisin 1-ci rayonunun meriyasının binasında açılan "Azərbaycan tolerantlıq ölkəsi" fotosərgisinə M.Əliyeva ilə birlikdə Fransanın tanınmış ictimai və mədəniyyət xadimləri qatılıb. Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare Reza Deqatinin fotolarının mühüm mövzuya -tolerantlıq mövzusuna həsr edildiyini qeyd edərək, sərginin təşkilinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı M.Əliyevaya təşəkkür edib.

Qeyd edək ki, sərgidə məşhur fotoqraf R.Deqatinin müxtəlif illərdə çəkdiyi fotolar nümayiş etdirilir. Bu fotolar izləyiciləri Azərbaycanda yaşayan müxtəlif millətlər və dinlərə mənsub xalqların həyat tərzi, adət-ənənələri ilə tanış edir. M.Əliyeva R.Deqatinin Azərbaycana həsr olunmuş kitablarından danışaraq bu kitabların ölkənin tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.

Rəsmi məlumata görə, tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. Reza Deqatinin "Talelərin qovuşması", "Müharibə+Sülh", "Ümid", "Qəlbin pəncərəsi" kimi layihələri dünyada məşhurdur. O, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa Respublikasının "Xidmətlərə görə" ordeninin laureatıdır.

Sonra Luvr muzeyinin qarşısındakı məşhur Pale Royal meydanında "Azərbaycan şəhərciyi" rəsmən açılıb.

M.Əliyevanın da açılış mərasimində iştirak etdiyi "Azərbaycan şəhərciyi" Parisdə artıq ikinci dəfədir fəaliyyətə başlayır. Şəhərciyin təşkilində əsas məqsəd Azərbaycanın xaricdə daha yaxşı tanıdılmasını, Fransadaonun paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığını təmin etməkdir.

Mərasimdə çıxış edən M.Əliyeva bildirib ki, həm Paris sakinləri, həm də bu şəhərə gələn turistlər Azərbaycan şəhərciyində ölkəmiz haqqında dolğun məlumat ala biləcək.

Bu şəhərciyin hazırlanmasında və layihənin həyata keçirilməsində əməyi olanlara minnətdarlığını bildirən M.Əliyeva son illərdə təkcə Parisdə deyil, Fransanın digər şəhərlərində də Azərbaycanın mədəniyyət tədbirlərinin keçirildiyinibunun böyük maraqla qarşılandığını vurğulayıb. Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərə böyük önəm verdiyini qeyd edən M.Əliyeva son illər bu münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlıq qurduğunubu əlaqələrin genişləndiyini bildirib: "Xalqların, insanların daha yaxın olmasında mədəniyyət tədbirləri böyük əhəmiyyət daşıyır və Fransa-Azərbaycan münasibətləri bu sahədə son illər tamamilə yeni səviyyəyə qaldırılıb. Mütəmadi olaraq Fransada Azərbaycan mədəniyyəti günləri keçirilir, bu gün Fransanın ali məktəblərində Azərbaycan dili, tarixi, mədəniyyəti tədris olunur. Bakıda fransız liseyi fəaliyyət göstərir, Azərbaycan-Fransa universitetinin yaradılmasına dair niyyət məktubu imzalanıb, 3 ildir ki, Kann şəhərində Azərbaycanın mədəniyyət günləri keçirilirbu, gözəl ənənəyə çevrilib".

M.Əliyeva qeyd edib ki, gözəl Parisin mərkəzlərindən biri olandünya şöhrətli Luvr muzeyinin yanında yerləşən Pale Royal meydanında "Azərbaycan şəhərciyi"nin açılışında iştirakçıları səmimi qəlbdən salamlayır və hər birini görməyə çox şaddır: "Sentyabrın 9-dək bu meydan Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini, musiqisini, mətbəxini, ənənələrini, keçmişinibu gününü əks etdirən bir məkana çevriləcək. Həm Parisin sakinləri, həm də paytaxtınızın çoxsaylı qonaqları, turistlər Azərbaycan haqqında burada dolğun məlumat ala bilər. Mən ilk növbədə, bu şəhərciyin hazırlanmasında və yaradılmasında əməyi olan hər bir şəxsə, xüsusən də Parisin 1-ci rayonunun meri Jan Fransua Löqareyə və meriyanın bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, biz son illər təkcə Parisdə yox, Fransanın digər şəhərlərində də Azərbaycanın mədəniyyət tədbirlərini keçiririk. Bu tədbirlər hər bir şəhərdə, hər bir regionda böyük maraqla qarşılanır. Mən bizə göstərilən bu dəstəyə görə Fransanın həm dövlət qurumlarına, həm də insanlarına dərin minnətdarlığımı bildirirəm".

Birinci xanım daha sonra vurğulayıb ki, şübhəsiz, xalqların, insanların bir-birinə yaxın olmasında humanitar sahə çox böyük əhəmiyyət daşıyır. Fransa-Azərbaycan münasibətləri bu sahədə son illərdə tamamilə yeni bir səviyyəyə qaldırılıb. Mütəmadi şəkildə Azərbaycanın mədəniyyət günləri, mədəniyyət həftələri təkcə Parisdə yox, Fransanın regionlarında, şəhərlərində keçirilir: "Misal üçün, "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi Fransanın 20-dən çox şəhərində uğurla keçirilib. Fransa Dövlət Şərq Dilləri və Mədəniyyəti Universitetində Azərbaycan dili fakültəsi fəaliyyət göstərir. Bu ilin aprel ayında Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə Azərbaycan-Fransız Universitetinə dair niyyət məktubu imzalanıb. Artıq ölkələrimizdə bu layihənin reallaşması üçün işçi qrupları yaradılıb və bu o deməkdir ki, yaxın gələcəkdə Azərbaycanda Fransız Universiteti fəaliyyətə başlayacaq".

Qeyd edək ki, "Azərbaycan şəhərciyi"ndə bu dəfə də ölkəmizin tarixi, mədəniyyəti, xalq sənətkarlığı, adət-ənənələri, milli mətbəxi təqdim olunub. Şəhərcikdə, həmçinin, Fransada yaşayan məşhur azərbaycanlı və ölkəmizdə yaşayan fransızların əsərlərindən ibarət "Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi" adlı fotosərgi təşkil olunub.

Heydər Əliyev Fondu tərəfindən "Azərbaycan şəhərciyi" Parisdə ilk dəfə 2014-cü ildə sentyabrın 19-dan 28-dək San Sülpis meydanında təşkil edilib.

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Parisdə açılan "Azərbaycan tolerantlıq ölkəsi" fotosərgisinin və "Azərbaycan şəhərciyi"nin açılışını ölkənin tanınan elm və mədəniyyət xadimləri müsbət qiymətləndirir. Onların fikrincə, bu, Azərbaycanın dünyada tanıdılması, ölkəmizdə tolerant, dostluq mühitinin əbədi olmasını şərtləndirən mesajlardır. Azərbaycanın sülhün, tolerantlığın, xeyirsevərliyin, humanizmin ünvanına çevrildiyini deyən ekspertlər bildirir ki, bu işdə Heydər Əliyev Fondunun xüsusi rolu, əməyi var.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad "Bakı-Xəbər"ə bildirdi ki, Heydər Əliyev Fondunun Azərbaycanla bağlı gördüyü bütün işləri, dünyada xalqımızın, dövlətimizin adını yüksəltmək naminə atdığı bütün addımları təqdir edir: "Mən bu günlərdə Parisdə açılışı olan "Azərbaycan tolerantlıq ölkəsi" fotosərgisi və "Azərbaycan şəhərciyi"nin açılış mərasimini çox yüksək dəyərləndirirəm. Hesab edirəm ki, məmləkətimizi, mədəniyyətimizi, həyat tərzimizi təqdim etmək üçün bundan gözəl təbliğat ola bilməz. Kaş bizim Mehribanımız Azərbaycan bayrağını cənab Prezident İlham Əliyevlə birlikdə tezliklə Qarabağda dalğalandırsın ve bütün dünyanı bir daha heyrətə salsın...Mən buna əminəm...".

AMEA-nın digər əməkdaşı, görkəmli qələm adamı, alim Almaz Ülvihesab edir ki, bu da Azərbaycanın tanıdılması naminə xaricdə keçirilən çoxsaylı tədbirlər kimi çox dəyərlidir: "Mən bu tədbirin keçirilməsini əla qiymətləndirirəm. Ümumiyyətlə, Azərbaycan adına görülən bütün yaxşı işləri dəstəkləyir və yüksək dəyərləndirirəm. Müxtəlif mövzular çərçivəsində keçirilən bütün xeyirxah niyyətli tədbirlər təbii ki, Vətənə məhəbbət hissindən doğur. Və bu cür məsələlər dövlət səviyyəsində qoyulursa, lap gözəl".

Tanınan şair, professor Vüqar Əhməd də Heydər Əliyev Fondununonun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirlərin böyük əhəmiyyətə malik olduğunu vurğuladı: "Parisdə keçirilən tədbiri çox yüksək səviyyədə keçirilən bir mərasim hesab edirəm. Birinci xanım analoqu olmayan, tarixi işlər görür. Allah onu qorusun!

Bu tədbirlərin tolerantlıq kimi təqdim edilməsi təqdirəlayiqdir. Azərbaycan tolerant bir ölkədir. Heydər Əliyev Fondu öz silsilə, beynəlmiləl xarakterli tədbirləri ilə dəyərli bir missiyanı həyata keçirir. Həm bu tədbirlər Qərb Avropadakı islamafobiyaya bir cavabdır. Bu, vicdan azadlığının ölkəmizdə, insanlarımızda sübutunun təzahürüdür".

 

Ardı var.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 9 sentyabr.- S. 15.