Azərbaycan yazıçıları, Heydər Əliyev və dövlət qayğısı...

 

1934-cü ildə yaradılan uzun illərdən bəri cəmiyyətin yetişməsində, insanların ədəbi-bədii zövqünün formalaşmasında böyük rol oynayan, ədəbiyyata başçılıq edən Azərbaycan Yazıçılar Birliyinə (AYB) dövlət qayğısı haqda danışmaq istəyirik. Dövlətin daimi diqqətində olan bu qurumun inkişaf dövrləri bir neçə mərhələyə ayrılır. Burada ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər xüsusi yer tutur.

Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətinə nəzər salsaq görərik ki, ulu öndərin qayğısı bu quruma həddindən artıq çox olub. Birliyin ayrı-ayrı illərdə keçirilən qurultaylarında Heydər Əliyev yaxından iştirak edirdi. Bundan başqa, AYB-nin Şüvəlanda yerləşən Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışı da Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrə təsadüf edir. Ümumiyyətlə, ulu öndərin ədəbiyyat sahəsinə hərtərəfli qayğı göstərdiyi bəllidir.

Tarixdən məlumdur ki, AYB-nin VII qurultayı 1981-ci ilin 12-13 iyun günlərinə təsadüf edir. Arxiv sənədlərində yer alan qeydlərə görə, Balaş Azəroğlu, Hüseyn Abbaszadə, Cabir NovruzSüleyman Rüstəmə sədrlik həvalə olunan həmin qurultayda B.Azəroğlu, M.İbrahimov, Z.Xəlil, Ə.Vəliyev, İ.Şıxlı, Anar, Ə.Əylisli, B.Vahabzadə və başqaları məruzə ediblər. Həmin dövrdə Azərbaycan partiya təşkilatının rəhbəri, Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevin artıq ənənəyə çevrilmiş qurultaylarda iştirak etməsi bu dəfə sadəcə ünsiyyətlə məhdudlaşmır. O, genişkonkret məzmunlu nitqində yazıçı sözünü, yazıçı mövqeyini ölkənin həyatı ilə bağlayan mühüm məqamları işıqlandırır, açıqlayırdı.

Bəllidir ki, Sovetlər Birliyi dağıldıqdan sonra dövlət müstəqilliyimizin ilk illərində Azərbaycan Yazıçılar Birliyi müəyyən çətinliklər yaşayıb. Lakin Heydər Əliyevin təmənnasız qayğısı Birliyi problemlərin əlindən xilas edib.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin tarixində 1997-ci ilin oktyabr ayında keçirilən X qurultayı ədəbi-mədəni həyatımızda ən yaddaqalan hadisə kimi dəyərləndirilir. Hələ o zaman sıralarında 600-ə yaxın üzvü birləşdirən AYB-nin 1997-ci il qurultayı müstəqillik dövründə ilk qurultay idi. Böyük bir nasir, şair, tənqidçi, ədəbiyyatşünas ordusunu özündə birləşdirən AYB müstəqillik, milli azadlıq və sərbəstlik şəraitində ilk qurultayı ərəfəsində dövlətin böyük qayğısını gördü. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin AYB saytında yer alan fikirlərinə görə, ümummilli lider Heydər Əliyev gərgin şəraitinə baxmayaraq, qurultay ərəfəsində AYB-nin üzvləri ilə bir olduğunu işi ilə sübut etdi. Dövlətin ədəbi ictimaiyyətə qayğısı böyük idi: «Qurultay günlərində dönə-dönə xatırlandığı kimi, Heydər Əliyev 1971-ci ildən başlayaraq Azərbaycan yazıçılarının bütün ali məclislərində iştirak etmişdir. Onun iştirakı heç vaxt formal olmamışdır. Proqram xarakterli genişdolğun nitqlərində o, Yazıçılar Birliyinin qarşısında dayanan vəzifələr, xalqın və dövlətin taleyində ədəbiyyatın yerirolu barəsində dəyərli fikirlər söyləmiş, söz ustalarımızı respublikamızın həyatında, onun inkişafında fəal mövqe tutmağa çağırmışdır. Hətta hakimiyyətdə olmadığı, bir tərəfdən Qorbaçov güruhu, digər tərəfdən isə A.Mütəllibov və onun əlaltıları tərəfindən təqib edildiyi 1991-ci ildə də Heydər Əliyev yazıçıların dəvətini qəbul edərək onların X qurultayının işində iştirak etmişdi. Bu, ölkənin rəhbəri ilə yaradıcı ziyalılar arasında yaranmış çoxillik işgüzar və səmimi münasibətlərin bariz ifadəsi idi». Bir neçə il əvvələ təsadüf edən bu çıxışında Ramiz Mehdiyev Azərbaycan dövlətinin, ümummilli liderin ədəbiyyata təmənnasız qayğısını yada salıb.

Qeyd edək ki, AYB-nin saytında Heydər Əliyevin ədəbiyyata, ədəbiyyat adamlarına qayğısı haqqında Anarın fikirləri yer alıb: «Birliyimizin ilk fəxri üzvü isə ümummilli liderimiz Heydər Əliyev oldu. Sovet dönəmindən sonra və 1993-cü ilə qədər təşkilatımız maddi baxımdan çox çətin dövrlər yaşadı. Binamızın birinci mərtəbəsini icarəyə verərək jurnallarımızı, qəzetimizi saxlaya bildik. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Yazıçılar Birliyinin özü də, onun ədəbi orqanları da dövlət büdcəsinə qəbul edildi və beləliklə, ədəbi mətbuatımız, deməli, ədəbiyyatımız və dolayısıyla ədəbi dilimiz xilas olundu. Əvvəlki qurultaylarda iştirak edən Heydər Əliyevi vəzifə başında olmayanda da IX qurultayımıza dəvət etdiko, qurultayda iştirak etdi. 1997-ci ildə X qurultayımızda Azərbaycanın Prezidenti kimi çıxış edən Heydər Əliyev bu faktı minnətdarlıq hissiylə xatırlayırdı. Heydər Əliyevin Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilməsində onun illər boyu ədəbiyyat məsələləri haqqında, ayrı-ayrı klassikmüasir yazıçılarımızın yubileylərində etdiyi dəyərli çıxışları və məruzələri də nəzərə alınırdı. Ulu öndərimizin yolunu layiqli şəkildə davam etdirən hörmətli Prezidentimiz İlham Əliyev də yazıçıların və Yazıçılar Birliyinin problemlərinə daima böyük diqqətlə və qayğı ilə yanaşır.

Aydın dərk edirik ki, gənclər ədəbiyyatımızın gələcəyidir. Bu gələcəyin necə, nə qədər sağlamxalq üçün gərəkli olması isə əhəmiyyətli dərəcədə bizlərdən, yaşlı nəslin nümayəndələrindən asılıdır. Biz bu missiyanı layiqincə yerinə yetirməyə çalışırıq».

Sənədlərdən o da məlumdur ki, ümummilli lider X qurultay ərəfəsində də bu səmimi və qayğıkeş xarakteri ilə nəinki təkcə onunla daima ünsiyyətdə olan yaşlı və orta nəslin yazarlarına, eləcə də yetişməkdə olan gənc yazarlara da diqqət və qayğısını əsirgəmədi. AYB-nin saytında gedən yazılardan birində qeyd edilib ki, Heydər Əliyev ədəbiyyatdan qayğısını heç zaman əsirgəməyib: «Qurultaydan əvvəl onların hər bir nəslini ayrıca qəbul etdi, problemləri ilə tanış oldu, yerindəcə həll etdiyi problemlər də oldu. Prezident vaxtının az olmasına baxmayaraq, qurultayda da iştirak etdiöz işi ilə yaradıcı qüvvələrlə daima bir olduğunu sübut etdi. Qurultaydan sonra «Azərbaycan Respublikasının ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanı ədəbiyyata və incəsənətə dövlət qayğısının bir daha bariz nümunəsi idi. Heydər Əliyevin söz adamları ilə üçgünlük dialoqunda adi məişət məsələlərindən tutmuş, qlobal siyasi problemlərə kimi ən müxtəlif mövzulara toxunuldu. Bu görüşlərin əsas qayəsini ədəbiyyat, onun dünəni və bu günü ilə, xalqın həyatında, bədii sözün azadlıq mübarizəsindəki yerirolu ilə bağlı məsələlər təşkil edirdi. Heydər Əliyevin Azərbaycan ədəbiyyatının mahir bilicisi, klassik ədəbi irsin ardıcıl mühafizəçisi, istedadlı sənət adamlarının yaxın dostu olduğu bir daha dönə-dönə təsdiqlənirdi. Bu görüşlər onun özünün yaradıcı ziyalılara həssas münasibətini, sənət problemlərinin mahiyyətinə varma məharətini dəfələrlə nümayiş etdirdi. Bu baxımdan qurultayı «Azərbaycanda Azərbaycan ədəbiyyatı günləri» kimi dəyərləndirən ölkə başçısının «Azərbaycanda yazıçı daim böyük hörmətə layiq olmuşdur. Bu bizim ənənəmizdir, əcdadlarımızdan bizə gəlib çatmış gözəl bir xüsusiyyətdir. Bu da təsadüfi deyildir. Çünki bizim xalqımız, birincisi, öz istedadına görə şair, yazıçı, söz ustası olubdur. İkincisi, bizim xalqımız çoxəsrlik tarixində böyük yazıçılar, mütəfəkkirlər yetişdiribdir»,-fikirləri onun Azərbaycanda məsul işdə çalışdığı gündən bu ənənəyə sadiq qaldığını sübut edir.

Çünki ümummilli lider H.Əliyev ədəbiyyatı uşaqlığından sevən, insan kimi formalaşmasında, təhsilində, əxlaqında, mənəviyyatında ədəbiyyatın, mədəniyyətin böyük rolunu görən dahi şəxsiyyətdir. Həmişə ədəbi prosesə yaxın olan, 1971-ci il qurultayında Azərbaycan rəhbəri kimi çıxış edən dövlət başçısı başqa məsul vəzifələrdə işlədiyi vaxtlarda da yazıçıların qurultaylarını izləyib, vaxt tapan kimi salonda oturub yazıçıları dinləyib, onlarla daima görüşə gedib, «bunu özüm üçün böyük bir hadisə hesab edirdim»-deyib. Azərbaycan yazıçılarının X qurultayı fikir azadlığı və dövlət müstəqilliyi şəraitində keçən ilk ali məclis kimi tarixdə qalıb. Bu qurultay bir növ Azərbaycan Yazıçılar Birliyinin fəaliyyət proqramı kimi də dəyərləndirilməlidir. Keçid dövrünün bütün çətinlikləri ilə üz-üzə qalsa da, öz varlığını qoruyub saxlayan bu Birliyin böyük ideallar əsasında yarandığını, inkişaf etdiyini, Azərbaycan ədəbiyyatı tarixinə adı əbədi yazılan qüdrətli qələm ustadlarını birləşdirən, müqəddəs amalları özündə yaşadan bir qurum kimi qorunub saxlanmasında rolu olan dövlətin və əlbəttə ki, o dövrdə bu quruma rəhbərlik edən şair və yazıçılarımızın əməyini də necə ki, tarix qiymətləndirib, biz də qiymətləndirməliyik.

Bu qurultay Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətinin genişləndirilməsi üçün böyük imkanlar açdı».

Qeyd edək ki, 24 noyabr 1997-ci ildə Azərbaycan yazıçılarına dövlət qayğısının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı olub. Heydər Əliyevin imzaladığı fərmanda Azərbaycan yazıçılarının yaradıcılıq imkanlarının genişləndirilməsi üçün onlara dövlət qayğısını artırmaq, respublikada ədəbi mühiti canlandırmaq məqsədilə və Azərbaycan Yazıçılar Birliyinin onuncu qurultayında irəli sürülmüş fikir və təklifləri nəzərə alaraq qərar qəbul edilib. Sənəddə vurğulanır:

«1. Azərbaycan yazıçılarının «Azərbaycan», «Qobustan», «Ulduz», «Literaturnıy Azerbaydjan» jurnallarının və «Ədəbiyyat» qəzetinin nəşri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin.

2. Azərbaycan Respublikasının istedadlı gənc yazıçıları üçün ayda beş yüz min manat məbləğində on fərdi təqaüd təyin olunsun. Fərdi təqaüdçülər Azərbaycan Respublikası Prezidentinin qərarı ilə müəyyən edilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın: - 1998-ci ildən başlayaraq hər il üzrə dövlət büdcəsi layihəsində bu fərmanın birinci bəndində adı çəkilən qəzet və jurnalların nəşrini təmin etmək üçün müvafiq məbləğdə dotasiya ayrılması nəzərdə tutulsun; - Azərbaycan xalqının ədəbi irsinin təbliği və müasir yazıçıların əsərlərinin çapı işini yaxşılaşdırmaq məqsədilə nəşriyyat, poliqrafiyakitab satışı işlərinin yenidən qurulması və təkmilləşdirilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin».

Bəllidir ki, bu sənəddə göstərilən bütün məsələlər icra edildi və Azərbaycan şair və yazıçıları, gənc ədiblər lazımi qayğı ilə əhatə edildilər.

Heydər Əliyevin AYB-yə və ədəbiyyata bəslədiyi qayğı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Bildiyimiz kimi, 18 may 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinin yaradılmasının və «Ədəbiyyat» qəzetinin nəşrə başlamasının 75 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sənəddə bildirilirdi ki, 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinin yaradılmasının və bu təşkilatın ədəbi orqanı «Ədəbiyyat» qəzetinin nəşrə başlamasının 75 illiyi tamam olur: «Azərbaycan Yazıçılar Birliyi fəaliyyətə başladığı vaxtdan etibarən müxtəlif sınaqlardan keçərək milli ədəbiyyatın, ana dilinin qorunub yaşadılmasında böyük xidmətlər göstərmişdir. Təşkilat bu illər ərzində həmişə xalqımızın mədəniyyəti tarixini və mənəvi sərvətlər xəzinəsini bədii-estetik düşüncənin bir çox qiymətli nümunələri ilə zənginləşdirmək işində öz vəzifəsini layiqincə yerinə yetirmişdir. Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanı kimi «Ədəbiyyat» qəzeti söz sənəti problemlərinə, klassik irsə və aktual yaradıcılıq məsələlərinə dair səhifələrində dərc etdiyi yazılarda müasir ədəbi prosesə töhfələr vermişdir. Azərbaycanın mədəni həyatında rolunu və ölkə ədəbi-ictimai fikrinin inkişafında əhəmiyyətini nəzərə alaraq Azərbaycan Yazıçılar Birliyinin yaradılmasının və «Ədəbiyyat» qəzetinin nəşrə başlamasının 75 illik yubileyini ölkə miqyasında qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə bərabər Azərbaycan Yazıçılar Birliyinin yaradılmasının və bu təşkilatın ədəbi orqanı olan «Ədəbiyyat» qəzetinin nəşrə başlamasının 75 illik yubileyinə həsr edilmiş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin».

Məlum olduğu kimi, AYB-nin və «Ədəbiyyat» qəzetinin 75 illiyi dövlət səviyyəsində qeyd edildi. Onu da qeyd etməliyik ki, ədəbiyyat dövlətin qayğısı altında günü- gündən inkişaf edir və cəmiyyətə nüfuz edir.

 

Ardı var...

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 14 yanvar.- S.15.