Azərbaycan-multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?

 

 

İbrət alınacaq keşməkeşli bəşər tarixi sübut edir ki, müxtəlif dünyagörüşə, dini-sakral baxış və milli-mənəvi dəyərlərə malik xalqlar həmişə bir-birilə ünsiyyət bağlamağa, ortaq mədəni dəyərləri bölüşməyə, sosial-iqtisadi əlaqələri qurmağa çalışıblar. Məhz belə nəcib təşəbbüslərin nəticəsi kimi dünyanı sarsıdacaq bir çox fəlakətlərin, müharibə və münaqişələrin qarşısı alınıb.

Bu baxımdan fərqli mədəniyyət və dini-dünyəvi görüşlər arasında ortaq təmas nöqtələrinin inkişafı qloballaşan müasir kövrək dünyada sülhün, sabitliyindinc yanaşı yaşamanın qarantı kimi vacib amilə çevrilib.

Təəssüf ki, sivilizasiyaların birgə yaşamasını yox, onların toqquşması ideyasını dəstəkləyən bəzi siyasi dairələrin təşəbbüsü ilə çağdaş dünya böyük müsibətlər dövrünü yaşayır. İraq, Liviya, Suriya və digər müsəlman ölkələrinə süni demokratiya ixrac edən bəzi dövlətlər artıq özləri çoxmilyonlu miqrant axını ilə üzləşib, terrorun qurbanına çevriliblər. Avropada miqrant problemi, Fransa və Avropanın əksər institutlarının yerləşdiyi Belçikanın paytaxtı Brüsseldəki son terror hadisələrini buna misal gətirmək olar. Bax, beynəlxalq münaqişələr və terrorizmin baş qaldırdığı belə bir vaxtda Azərbaycan Respublikasının (AR) Prezidenti cənab İlham Əliyevin 2016-ci ili ölkəmizdə "Multikulturalizm ili" elan etməsini dünyada sülhün, millietnik tolerantlığın, multikulturalizmin alternativsiz olduğunu göstərən bir çağırış kimi dəyərləndirmək lazımdır. Bu baxımdan Prezident İlham Əliyevin: "Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq" ifadəsi həm də dünya üçün bir manifest olaraq siyasi iradənin ortaya qoyulması kimi qəbul edilməlidir.

Ümumi mənada multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşüona müvafiq dövlətin yeritdiyi siyasətdir. Ölkəmizdə müxtəlif xalq, din və mədəniyyət nümayəndələrinin azad yaşamaları üçün münbit şəraitin mövcudluğunu, dövlətin bu sahədə öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini nəzərə alsaq, aydın olar ki, bu termin ərazisi kiçik, əhalisi az olan Azərbaycanda bir dəyər kimi yaşayır və qorunur. Multikulturalizm artıq AR-nin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və dönməz siyasi kursuna çevrilib. Həmin səbəbdən artıq bu dəyər respublikamızı tolerantmultikultural mərkəz kimi tanıdıb.

"Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq" ifadəsinin işləkliyi təbii ki, onun qorunması ilə reallaşıb. Yəni respublikamız bu gün öz enerji, iqtisadimilli təhlükəsizliyini qorumaqla, siyasi kursunu özü müəyyən etməklə yanaşı, həm də multikultural təhlükəsizliyini təmin edib. Bu təhlükəsizliyin ümumi mahiyyəti isə, etnik, dini və mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların, etnik qrupların mənəvi dəyərlərinin qorunmasından ibarətdir. Burada əsas qayə ölkə daxilindəki müxtəlif konfessiyaicmalara siyasi münasibətin bərabər şəkildə yönəldilməsi, bütün xalqetnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsidir. Çağdaş Azərbaycan məhz bu prinsiplərin qorunması nəticəsində lokalqlobal münaqişələrdən, terror şəbəkələrindən tam mühafizə olunan etibarlı bir ölkə kimi tanınır, qəbul edilir.

Qeyd edək ki, Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi ilə əlaqədar yeni strukturlar təsis edildi, islahatlar aparıldı. Belə ki, Prezidentin sərəncamı ilə 2014-cü il fevral ayının 28-də AR-nin Millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşavirliyi təsis edildi. Həmin ilin may ayında isə Prezidentin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) yaradıldı. Prezidentin 2014-cü ilin oktyabr ayında Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumda multikulturalizmin yüksək insani hissləri özündə birləşdirən mədəni müxtəliflik, qarşılıqlı hörmət və səmimiyyət olduğunu qeyd etməsi iki il sonra "Multikulturalizm ili"nin rəsmən fəaliyyət göstərməsini reallaşdırdı.

Təsdiq edilən "Tədbirlər planı"na uyğun olaraq cari ildə fevralın 8-dən 15-dək BBMM, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016" adlı Beynəlxalq Multikulturalizm Qış Məktəbi fəaliyyət göstərdi. Bakı, Quba, XaçmazQusarda keçirilən tədbirlərdə Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Almaniya, Gürcüstan və digər ölkələrin ali təhsil ocaqlarından professor-tələbə heyətləri iştirak etdilər. Qış məktəbinin tədris hissəsində "Qafqaz Albaniyası Azərbaycan multikulturalizminin tarixi köklərindən biri kimi", "Yeni dünya nizamı və multikulturalizm" və s. mövzularda mühazirələr dinlənildi. Lənkəran, Qəbələ, Şəmkir və digər rayonlarda konfranslar keçirildi. Yenicə istifadəyə verilən Heydər məscidində ilk dəfə olaraq vəhdət ibadətləri üçün şərait yaradıldı. BBMM-nin yay tədbirləri çərçivəsində isə həm ölkəmizdə, həm də diasporumuzun iştirakı ilə Avropanın böyük şəhərlərində multikulturalizmə həsr olunan müxtəlif səpkili tədbirlər keçirilir.

Hazırda AMEA-nın nəzdində multikulturalizm problemləri üzrə elmi tədqiqat virtual mərkəz və digər qurumlar fəaliyyət göstərir. Bundan başqa, AMEA-nın Humanitarİctimai Elmlər bölmələrində multikulturalizmə həsr edilən dissertasiyaelmi əsərlərin yazılmasına start verilib, müxtəlif elmi konfranslar təşkil edilir.

BMT Sivilizasiyalar Alyansının cari ilin aprel ayının sonunda paytaxtımızda keçiriləcək VII Qlobal Forumu ərəfəsində Bakının daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, bu ilin 10-11 martında Bakıda "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumu keçirildi. Tədbirdə münaqişələrin qarşısının alınmasında dialoqun rolu, miqrasiya, inteqrasiya və digər aktual məsələlərlə yanaşı, multikulturalizm mövzusu da müzakirə edildi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu forumda 4 ölkənin hazırkı prezidenti, 27 sabiq prezident və 23 sabiq baş nazirdaxil olmaqla, 53 ölkədən 300-dən artıq nümayəndə iştirak etdi. Tədbirin əhəmiyyəti haqqında Böyük Britaniyanın baş naziri D.Kemeron deyib: "IV Qlobal Bakı Forumu dünyanın ən mühüm məsələlərinin müzakirəsi üçün gözəl bir fürsətdir".

Məlumdur ki, Prezident İlham Əliyev AR-nin hökuməti ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında VII Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsinə dair 2015-ci il oktyabrın 24-də London şəhərində imzalanan Sazişin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. AR-nin Mədəniyyət və Turizm Nazirliyinə, Xarici İşlər Nazirliyinə və digər müvafiq qurumlara Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Mədəniyyət və Turizm Nazirliyindən KİV-ə verilən məlumata görə, Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Prezidentin müvafiq sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansı ilə ikitərəfli sənədlər təsdiq olunub və qüvvəyə minib. Artıq Forumun loqotipi təsdiqlənib və veb-saytı istifadəyə verilib. Qeyd olunub ki, ötən il oktyabrın 1-də BMT Baş Assambleyasının toplantıları çərçivəsində Bakı Forumunun təqdimatı keçirilib.

Forumda yüksək səviyyəli dövlət nümayəndələrinin iştirakı nəzərdə tutulub. İki gün ərzində 40 tədbirin keçirilməsi üçün lazımi şərait yaradılıb. Nazir vurğulayıb ki, Forum çərçivəsində gənclərlə bağlı tədbirdə BMT-nin baş katibi Pan Gi Munun da iştirakı gözlənir. Qeyd edək ki, beynəlxalq ekspertlər tərəfindən xüsusi kitab hazırlanacaq və nəşrdə Forum haqqında dünyanın tanınmış xadimlərinin fikir və rəyləri yer alacaq.

Forumun Təşkilat Komitəsinin katibi V.Eyvazzadə beynəlxalq tədbirlər barədə məlumat verib. "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi ilə keçiriləcək Forumla bağlı indiyədək təşkil edilən tədbirlər və Forumun proqramına dair slayd nümayiş olunub. Diqqətə çatdırılıb ki, Forumun iclasları Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində olacaq.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazirliyin səlahiyyətlərinə aid olan xarici nümayəndə heyətlərinin protokol təminatı, xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditasiyası, tədbirlə bağlı humanitarsosial məsələlər, eyni zamanda viza rəsmiləşdirilməsi məsələləri müzakirə edilib. Forumda iştirak etmək üçün 195 ölkə və 26 beynəlxalq təşkilata dəvətnamələr göndərilib. XİN-dən bildirilib ki, ölkəmizin diplomatik nümayəndəlik və konsulluqları da bu işə yaxından cəlb edilib və əlaqələndirilmiş şəkildə hazırlıq işləri həyata keçirilir. Qeyd edək ki, BMT SA VII Qlobal Forumun Bakı bəyənnaməsinin layihəsi hazırlanıb və artıq üzv dövlətlərin müzakirəsinə təqdim edilib.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri və sözçüsü N.Saad Forumun keçirilməsi ilə əlaqədar görülən hazırlıq işlərindən məmnun qalıb. O, əvvəlki tədbirlərin təşkili haqqında məlumat verərək bir sıra sahələr üzrə təcrübəsini bölüşüb.

Mədəniyyət və turizm naziri, Təşkilat Komitəsinin sədri Ə.Qarayev BMT Radiosuna verdiyi müsahibədə Qlobal Foruma hazırlıq barədə danışıb. Nazir qeyd edib ki, bu Forumun təşkilatçıları sırasına BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, İSESCO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar daxildir. Bu fakt müasir Azərbaycanın mədəniyyətlər arasında körpü salmaq, müxtəlif mədəni ənənələr arasında qarşılıqlı anlaşma səviyyəsini yaxşılaşdırmaq imkanlarına pozitiv baxışa dəlalət edir.

Forumda mətbuat üçün proqram çərçivəsində çox ciddi müzakirələr gözlənir. Bununla əlaqədar nazir Ə.Qarayev deyib: "Söhbət həm Forumun işıqlandırılması, bu tədbir barədə materialların təqdim edilməsi, həm də mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətdə beynəlxalq informasiya agentliklərinin rolunun müzakirəsinə həsr edilmiş seksiyaların işindən gedir. Yəqin ki, bu da indiki vəziyyətin anlaşılmasına layiqli töhfə və yeni, daha etibarlı və sabit dünya yaratmaq cəhdi olacaq".

BMT SA-nın Bakıda keçiriləcək VII Qlobal Forumu ölkəmizin dünya dövlətləri və beynəlxalq təşkilatlarla əlaqəsinə yeni impuls verəcək, xarici siyasətimizə dəstək olub humanitar, o cümlədən mədəniyyət və turizm sahələrini inkişaf etdirəcək. Forumun paytaxtımızda keçirilməsi respublikamızı multikulturalizm məkanı kimi dünyaya tanıdaraq xalqımızın sülhsevər, tolerant olduğunu bir daha təsdiqləyəcək.

Namiq QULİYEV

Bakı xəbər.- 2016.- 12 aprel.- S.12