Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...

 

I yazı

 

Dərin tarixi kökləri olan Azərbaycan mədəniyyəti, ictimai fikri hər zaman daxilində tolerantlıq, multikulturalizm anlayışı yaşadıb. Elə xalqlar, dövlətlər var ki, orada bu anlayış yenidir və cəmiyyətdə, incanların şüurunda elə də dərindən oturuşmayıb. Azərbaycan cəmiyyəti tarixən multikulturalizm ovqatında olubbu güno ab-havanı hiss etdirir.

Əksər hallarda deyirlər ki, Azərbaycanda mövcud olan multikulturalizm əhvalı başqa ölkələrdə bu qədər qabarıq görsənmir. Bu fikri irəli sürənlər haqlıdır. Azərbaycandakı mühit başqa ölkələrdə yoxdur.

Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev əsrlər boyu Azərbaycanda bərqərar olan tolerantlıqla bağlı maraqlı fikirlər bildirib: "Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox

cəhətlərinə aiddir. O təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir".

Bəli, Azərbaycanda millətlər və dinlər arasında kifayət qədər şəffaf münasibətlər var. Bu dövlətin vətəndaşı olan hər bir toplumun nümayəndəsi rahatlıqla yaşayır və fəaliyyət göstərir. "Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da-bütünlükdə hamısı azərbaycanlıdır" - deyə tövsiyə edən Heydər Əliyev Azərbaycanda millətlər və mədəniyyətlər arasında yüzillərlə mövcud olan sülh və əminamanlıq əhvalına böyük töhfələr verib.

Heydər Əliyev qeyd edirdi ki, Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir: "Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir".

Heydər Əliyevin multikulturalizmin bərqərar olması ilə bağlı yürütdüyü siyasət ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir. İlham Əliyev dəfələrlə qeyd edib ki, multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir: "Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir".

Həmçinin ölkə başçımız qeyd edib ki, Azərbaycan həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi multikulturalizmi bir missiya kimi öz üzərinə götürüb: "Biz hesab edirik ki, multikulturalizmin

müasir dünyada alternativi yoxdur. Multikulturalizmin alternativi yalnız ayrıseçkilik, irqçilik, ksenofobiya, islamafobiyaantisemitizm ola bilər. Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin

kəsişməsində yerləşir. Biz AvropaAsiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar".

Prezident İlham Əliyev haqlı olaraq qeyd edir: "Dinindən, dilindən, irqindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar

qorunmalıdır".

Bəllidir ki, Azərbaycanda əsrlər boyu davam edən multikulturalizm mədəniyyətimizə, ictimai fikrimizə dəyərli töhfədir. Bu barədə Prezident İlham Əliyev belə deyib: "Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuşdur. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur".

Ölkə başçımız başqa bir çıxışında isə "Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm

ayrıseçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır" - fikrini vurğulayıb. Azərbaycançılığın ayrılmaz hissəsi olan multikulturalizm Azərbaycanın adını ucalara qaldırır.

Bilirik ki, Azərbaycanda multikulturalizm və tolerantlığın geniş səviyyədə və müxtəlif formalarda təbliğ edilməsində böyük rolu olan Heydər Əliyev Fonduonun rəhbəri Mehriban xanım Əliyeva bu sahədə mühüm işlər görüb.

Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva Azərbaycanın multikulturalizm örnəyi ilə bağlı qiymətli fikirlər bildirib: "Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına

malikdirlər. Qürurverici faktdır ki, Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunurbir çox dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar".

Bu bir həqiqətdir ki, Azərbaycanda mövcud olan bu harmoniya başqa ölkələri təəccübləndirir. Onlar düşünürlər ki, bu ab-havanı öz cəmiyyətlərində necə yaşatmalıdırlar? Bilirik ki, ölkəmizdə multikulturalizm azərbaycançılığın ayrılmaz hissəsi kimi dövlət siyasətini təşkil edir.

Ölkəmizin birinci xanımı "Bakı unikal şəhərdir. Artıq uzun müddətdir ki, burada müsəlman məscidi və atəşpərəst məbədi, katolik kilsəsi və sinaqoq, pravoslav məbədi və kirxa yanaşı mövcuddur. Onların coğrafi yaxınlığı faktı belə, yüksək tolerantlıq şəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiş etdirir və hər bir dinin əsas dəyərlərinin ümumbəşəri dəyərlərlə üst-üstə düşdüyünü təsdiq edir" - deyə bildirərkən ölkəmizin dini palitrasını göz önündə sərgiləyir.

"Öz mədəniyyətinə, öz tarixinə, öz ənənələrinə, öz əməllərinə hörmətlə yanaşan xalq, gərək eyni şəkildə fərqli mədəniyyətlərə də, fərqli tarixə də hörmətlə yanaşsın" -fikri də Heydər Əliyev Fondunun prezidenti, millət vəkili,

UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya məxsusdur. Mehriban Əliyevanın bu sahədə həyata keçirdiyi genişmiqyaslı işlər çeşidli mövzuları əhatə edir. Fondun təşkilatçılığı ilə həm ölkəmizdə, həm də xaricdə böyük işlər görülür, kitab təqdimatları keçirilir, sərgilər təşkil olunur. Fondun maliyyə dəstəyi ilə nəinki ölkəmizdə, hətta xarici ölkələrdə müqəddəs evlər təmir edilir.

Məlumdur ki, bu sahədə Heydər Əliyev Fondunun Moskva nümayəndəliyi də az görmür. Fondun vitse-prezidenti Leyla Əliyevanın ayrı-ayrı yığıncaq və tədbirlərdə iştirakı, multikulturalizmin daha geniş səviyyədə təbliğ etməsi göz önündədir. "Azərbaycanda-bu qədim torpaqda həmişə müxtəlif millətlərə, mədəniyyət və ənənələrə məxsus insanlar yaşamışlar. Onların hər biri öz töhfəsini vermiş və tarixdə öz izini qoymuşdur. Bu gün ölkəmizdə xristianlar, müsəlmanlar və yəhudilər sülh və əminamanlıq şəraitində yaşayırlar. Tolerantlıq anlayışı xalqımız üçün

hər hansı nailiyyət deyil: bu, normadır, bu, həyat tərzidir, biz heç vaxt başqa cür yaşamamışıq. Tolerantlıq, qonaqpərvərlik, dözümlülük ənənələri xalqımız tərəfindən qayğı ilə qorunub saxlanır, daha doğrusu, bu, Azərbaycan xalqının ən böyük sərvətidir. Azərbaycan beynəlxalq dialoqu, mədəni dialoqu dəstəkləyir" - deyə Leyla Əliyeva vurğulayıb.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin də tolerantlıq və multikulturalizmlə bağlı fikirləri maraqlıdır: "Polietnik cəmiyyətdə vətəndaş millətçiliyi daxili birliyə malik olmuş Azərbaycan cəmiyyətinin ətraf mühiti qavraması üsuludur.

Mədəni və etnik birliyə nail olmayan dövlət tolerantlıq olmadan sabitliyini təmin edə və normal inkişaf edə bilməz".

"Bu gün Azərbaycan multikulturalizm siyasəti bu sahədəki

uğurları ilə dünyanın bir çox ölkələrinə, o cümlədən tarixən zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevrilib. Azərbaycan multikulturalizminin siyasi banisi məhz bunu istəyirdi" - fikrilə isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev çıxış edib. Akademik Abdullayev eyni zamanda vurğulayıb ki, Azərbaycan tarixini, ədəbiyyatını, mədəniyyətini, azərbaycançılıq

məfkurəsini, tolerantlığı bir yerə toplayıb sistemləşdirmək

dünyaya nümayiş etdirmək ən mühüm vəzifəmizdir.

Azərbaycan Respublikasının mədəniyyət turizm naziri Əbülfəs Qarayev isə qeyd edib: "Multikulturalizm dünyada tolerantlığa, dözümlülüyə, dövlətlərarası etibarlı münasibətlərə bütövlükdə demokratik prinsiplərin beynəlxalq münasibətlərdə bərqərar olunmasına xidmət edir.

Müxtəlif mədəniyyətlərə milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir. Artıq dünyada multikulturalizm sahəsində ən optimal model kimi Azərbaycan nümunəsi öyrənilir".

Bu fikirlər Azərbaycanda multikulturalizmin azərbaycançılığın bir qolu olduğunu göstərir, eyni zamanda da bu anlayışın doğurduğu əks-səda təhlil olunur.

"Bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada

ayrı-ayrı millətlərin, xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir tarixən formalaşan bu tolerantlıq Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib" - fikri ilə ombudsman Elmira Süleymanova çıxış edib.

Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ölkəmizdə hökm sürən barış, sülh siyasətindən danışıb: "Məhz Azərbaycanda dini sahəyə münasibətdə yürüdülən müdrik siyasətin nəticəsidir ki, dünya ictimaiyyəti, o cümlədən

nüfuzlu beynəlxalq təşkilatlar, habelə dünya miqyasında tanınmış dini liderlər ölkəmizin sülhpərvərliyini, tolerantlığını, başqa dinlərlə dialoqa hazırlıq ruhunu etiraf edir, bunu yüksək dəyər kimi qiymətləndirirlər".

"Dözümsüzlüyün artması, tolerantlığın azalması ksenofobiyanın nələrə səbəb olduğunu görməyimiz üçün dünyada bir çox örnəklər var biz onlardan dərs almalıyıq. Azərbaycan müxtəlif millətlərə dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər sivilizasiyalararası dialoqa böyük önəm verir. Bu gün Azərbaycan əsl dialoq məkanına çevrilir. Bütün

bunlar mənim ölkəmin bütün dinlərə mədəniyyətlərə yüksək

ehtiram bəsləməsindən xəbər verir dövlətimiz bu istiqamətdəki fəaliyyətini gələcəkdə davam etdirəcək"-deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanda dinlərin millətlərin təmsilçilərinin qarşılıqlı dialoq şəraitində yaşadığını beynəlxalq ictimaiyyətə çatdırıb.

"Azərbaycan dini milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir. Ölkəmizin ətrafında daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millət yaşayır. Azərbaycanda bütün dinlərə digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənib. Tolerantlıq Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olan məsələdir. Azərbaycanda müsəlmanlarla bərabər xristianlıq, iudaizm digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş

vətəndaşlığı olmayan insanlar yaşayır. Dini tolerantlıq, dini dözümlülük müasir sivilizasiyada insanların təhlükəsiz şəraitdə yaşamasının ən mühüm şərtlərindən biridir. Tolerantlıq milli dövlətlər üçün ən zəngin xəzinə dəyərlərdən biridir" - deyə bildirən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, professor Nizami Cəfərov qeyd edib ki, bu münasibətlər tarixi ənənənin davamıdır.

Millət vəkili Yevda Abramov "Yəhudilərə münasibətdən, onların yaşamından deyə bilərəm ki, Azərbaycan dövləti qədər nə MDB məkanında, nə də bütövlükdə dünya miqyasında tolerantlıq nümunəsi ola biləcək dövlət yoxdur. Həm Konstitusiya yolu ilə, həm də cəmiyyətin özünün ənənələri ilə bütün millətlərə bir dözümlülük nümayiş etdirilir. Bütün millətlərin nümayəndəsi Azərbaycanda özünü doğma hesab edə bilir" - fikrini irəli sürüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə çıxışlarından birində bildirib: "Fəxrlə qeyd edə bilərəm ki, Azərbaycan bu gün güclü dövlət quruculuğu istiqamətində möhkəm təməllər üzərində irəliləyir və bu dayaqlardan biri, bəlkə də birincisi xalqımızın öz milli-mənəvi dəyərlərinə bağlılığıdır".

Tədqiqatçıların qeyd etdiyinə görə, multikulturalizm Azərbaycan üçün böyük dəyərdir. Onlar qeyd edir ki, bu dəyərdən qonşu dövlətlər, xalqlar da istifadə etməyə can atır. Multikulturalizm Azərbaycan xalqının həyat tərzi elan edildikdən sonra bu sahədə silsilə tədbirlər həyata keçirilir. Əsrlərdir xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verib. Bu da vurğulanır ki, Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi heç də təsadüfi deyilbunun dərin tarixi kökləri var.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

Bakı xəbər .-2016.-10 avqust.-S.15.