Azərbaycançılıq və Azərbaycan multikulturalizmi... Heydər Əliyev Fondunun rolu...

 

 

Azərbaycanda mövcud olan multikulturalizm dəyərlərinin təbliği olduqca geniş səviyyədə həyata keçirilir. Bildirək ki, bu işdə dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondunun da əməyi, rolu danılmazdır. Heydər Əliyev Fondu qədər dövlətin multikulturalizm və tolerantlıq siyasətinin təbliğinə, təşviqinə, ideyaların, layihələrin gerçəkləşməsinə böyük dəstək verən ikinci bir ictimai institut yoxdur.

Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi layihələrin hər biri ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərir. Fondun həyata keçirdiyi layihələrdə azərbaycançılıq, multikulturalizm kimi dəyərlər əsas dəst-xətti təşkil edir.

Sözsüz ki, ilbəil Azərbaycandakı multikulturalizm ideya və dəyərlərinin təbliğində Heydər Əliyev Fondunun rolu artır və bunu mütəxəssislər də, xarici ekspertlər də qeyd edir, yüksək tribunalardan səsləndirir.

Filologiya üzrə fəlsəfə doktoru, dossent Ziyafət Həbibova "Azərbaycandakı multikulturalizm ideya və dəyərlərinin təbliğində Heydər Əliyev Fondunun rolu artır" mövzulu araşdırmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir... Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir" fikrindən sitat gətirərək qeyd edir ki, Azərbaycan dünya üçün böyük bir nümunədir: "Bugünkü müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin adını daşıyan fondun multikulturalizm ideya və dəyərlərinin təbliğinə verdiyi önəm təkcə ölkə daxilində deyil, eləcə də dünyanın hər yerində görünür və kifayət qədər yüksək qiymətləndirilir.

Məlum olduğu kimi, artıq bir çox fikir adamları mədəniyyəti insan və sivilizasiyaların inkişafının əsas kriteriyası, humanistik istiqaməti kimi dəyərləndirir. Ayrı-ayrı mədəniyyətlərin daşıyıcıları tarixən insan sivilizasiyasının "olum, ya ölüm" məsələlərinə fərqli məqsəd və istəklər, imkanlar prizmasından baxıb. Bəşəriyyətin davamlı inkişaf kodlarının açılması üçün isə müxtəlif mədəni, sosial ənənələrin təhlili, etnik biliklərin sintezi əsasında formalaşdırılan təcrübə mühüm əhəmiyyət kəsb edir.

Sosial elmlərdə mədəniyyət cəmiyyətin irsən ötürülən etiqad, formal qaydalarqeyri-formal normalar sistemi kimi nəzərdən keçirilir. Məşhur iqtisadçı Duqlas Norta görə, istənilən inkişafın köklərini insanların etiqad sistemləri ilə norma və qaydaların qarşılıqlı əlaqəsində axtarmaq lazımdır. İnsan ətraf mühiti dərk edirbu yolla onu idarə etməyə çalışır. Bununla insan dünyada mövcudluğu ilə bağlı qeyri-müəyyənliyi aradan götürməyə səy göstərir.

Sadalananlardan belə bir nəticə çıxarmaq olar ki, mədəniyyət XXI əsrin prioriteti sayılan davamlı inkişaf, insan potensialı inkişafının mühüm amilinə çevrilə bilər və çevrilməlidir. Bir fakt şübhəsizdir ki, özlüyündə inkişaf mədəni faktor nəzərə alınmadan mümkün deyil. Bu səbəbdən istənilən bölgədə, dövlətdə inkişaf strategiyasının əsasını mədəni siyasət, qlobal miqyasda isə mədəniyyətlərin inteqrasiyası təşkil etməlidir".

Dossent Z.Həbibova qeyd edir ki, mədəniyyətin cəmiyyətin, bütövlükdə dünyanın inkişaf strategiyasının determinist əsası olduğu, bu inkişafın hüdudlarını müəyyən etməsi nəzərə alınarsa, bəşəriyyətin inkişafının başlıca zəmini və ilk şərtlərindən biri etnoslar və mədəniyyətlərarası inteqrasiya, dialoqdur. Z.Həbibova bildirir ki, mədəniyyətlərarası kommunikasiyanın ən effektli üsullarından olan dialoq millətlər, sivilizasiyalar, mədəniyyətlərarası anlaşmaya, insan həyatı və fəaliyyətinin davamlı forma və dəyərlərinin aşkarlanmasına yönəldilmiş əlaqə növüdür. Z.Həbibovanın qeyd etdiyinə görə, davamlı inkişaf məqsədlərindən irəli gələn istənilən məsələnin həlli mədəni həyatın universallaşması, bəşəriyyət miqyasında fikir mübadiləsi sayəsində mümkün ola bilər: "Hazırda beynəlxalq iqtisadi və mədəni əlaqələr durmadan genişlənir. Artıq zəngin xalqların tam təcrid olunması ilə bağlı tezis qüvvədən düşüb. Dəyərlər mübadiləsi prosesi intensivləşib. Beləcə, dünya yeni sivilizasiyanın formalaşması astanasındadır. Bəşər tarixinin bu innovativ mərhələyə transformasiyasının prioriteti, strateji hədəfi ilk növbədə fərqli mədəniyyətlərin, dünyagörüşlərinin bütövləşməsi sayəsində vahid sosio-mədəni məkanı araya-ərsəyə gətirməkdir. Bu hədəfə nail olub-olmamaq isə ümumbəşəri dəyərləri aşkarlamaq, onlara müxtəlif dinlərin, mədəniyyətlərin daşıyıcılarının ümumi yanaşmasını təmin etməkdən, bir çox mürəkkəb humanitar, sosial, mədəni-əxlaqi, iqtisadi problemlərin həlli məqsədilə birgə fəaliyyətdən əhəmiyyətli dərəcədə asılıdır. Elə davamlı inkişaf da tələb edir ki, insanlar, böyük anlamda xalqlar könüllüşüurlu şəkildə birgə fəaliyyət göstərib bir hədəfə vursunlar. Bu isə yalnız mədəniyyətlərarası əlaqələrin təhlili, problemlərin çözümü üçün birgə sabit mexanizmlərin işlənməsi, bir sözlə, insan inkişafının multikultur strategiyasının uğurlu icrası sayəsində gerçəkliyə çevrilə bilər. Əsrlər boyu iki dünyanın-Avropa ilə Asiyanın təkcə coğrafi deyil, həm də mədəni baxımdan "kəsişmə nöqtəsində" yerləşən Azərbaycan da hazırda bu gerçəkliklərin dərkinə əsaslanan siyasi kurs yürüdür. Hər zaman mədəniyyətlərarası dialoqda önəmli rol oynayan ölkəmizin bu sahədə uğurları indi daha diqqətçəkəndir. Əlbəttə, gələcəyi bütün dəqiqliyi ilə proqnozlaşdırmaq çox mürəkkəb məsələdir. Amma artıq bir şey şübhəsizdir ki, Azərbaycan reallıqları kontekstində mədəniyyətlərarası dialoqun çox böyük perspektivi var və ölkəmiz bu prosesin əvəzsiz iştirakçısı olmaq iqtidarındadır. Bunun üçün Azərbaycan dövləti bütün imkanlara malikdir: maddiinsan resursları, milli ruh və ənənələr. Azərbaycana yalnız bu imkanlardan faydalanaraq qloballaşma proseslərinin inkişafına öz töhfələrini vermək qalır ki, məhz bu kontekstdə Azərbaycan rəhbərliyi və vətəndaş cəmiyyəti institutları, ilk növbədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi diqqət çəkir. Yeri gəlmişkən, son illər, xüsusən son aylar regionun və dünyanın kütləvi informasiya vasitələrində Azərbaycanın bu prosesdə iştirakı barədə xəbərlər çox tez-tez tirajlanır. Məsələn, ötən payız Britaniya mətbuatı yazırdı ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Londonda "Avropa multikulturalizminin perspektivləri: dinlərarası dialoqdini tolerantlığın Azərbaycan modeli" mövzusunda konfransda iştirak edib. Xatırladaq ki, sözügedən tədbir ötən ilin noyabrında Böyük Britaniya parlamentində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, bu ölkədə fəaliyyət göstərən İngiltərə-Azərbaycan Cəmiyyəti və "Odlar Yurdu" qurumunun təşkilatçılığı ilə keçirilib. Tədbir Azərbaycan multikulturalizm ideyalarının Avropada təbliği baxımından xüsusi əhəmiyyət kəsb edirdi.

Elə həmin ay Parisdəki Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən "Azərbaycan-tolerantlıq məkanı" mövzusunda fotosərgisi açılmışdı. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sərgidə iştirak etmişdi. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva çıxış edərək bildirmişdi ki, müxtəlif dinietnik mənsubiyyətə malik insanların Azərbaycanda əsrlər boyu dinc, yanaşı yaşaması ölkəmizdə möhkəm və sağlam təməllər üzərində qurulmuş və qarşılıqlı hörmətə əsaslanan tolerant cəmiyyət modelinin özünəməxsus və nadir formasının yaranmasına səbəb olub. Bu qəbildən olan, üstəlik, Avrasiyanın bir çox ölkələrini əhatə edən informasiya onlarcadır və adıçəkilən məkanda həmin tədbirlər davam etməkdədir".

Z.Həbibovanın yazdığına görə, multikulturalizmin Azərbaycan modelinə gəlincə isə, qeyd etməliyik ki, son zamanlar ölkəmizdə bu istiqamətli tədbirlərin keçirilmədiyi il olmur. Məsələn, Prezident İlham Əliyevin təşəbbüsü ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" devizi altında 2013-cü il mayın 29-dan iyunun 1-dək Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin siyasi-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Z.Həbibovanın vurğuladığına görə, forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış etmişlər. Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimində dərin məzmunlu nitqlə çıxış edən Prezident İlham Əliyev Bakı Forumunun əhəmiyyətini vurğulayaraq, Azərbaycanın dünyada sivilizasiyalararası dialoqmultikulturalizm mərkəzinə çevrildiyini diqqətə çatdırıb: "Mötəbər tədbirdə UNESCO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, İSESCO və digər nüfuzlu beynəlxalq qurumların rəhbər şəxsləri, 110-dan artıq ölkənin nümayəndələri, 40-dan çox ölkədən nazirnazir müavinləri, millət vəkilləri, Bolqarıstan, Serbiya və Xorvatiyanın sabiq prezidentləri, İtaliyanın sabiq baş naziri, 70-dən çox QHT, "beyin mərkəzləri"nin təmsilçiləri, məşhur elm xadimləri, ekspertlər-ümumilikdə 600-dək xarici qonaq iştirak edib. 2013-cü ilin ən mühüm mədəni hadisələrindən biri də dekabrın 2-dən 8-dək Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası olub. Xüsusilə vurğulanmalı məqamlardan biriodur ki, bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi barədə qərarın verilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşkilatda yüksək nüfuzunun və çoxşaxəli səmərəli fəaliyyətinin mühüm rolu olub. Azərbaycan Respublikasında multikulturalizmin özünəməxsus, nümunəvi modelinin formalaşdığını avropalılar da, asiyalılar da birmənalı olaraq təsdiqləyirlər. Qeyd etmək yerinə düşər ki, ölkəmizdə hökm sürən millidini tolerantlığın milli tariximizin konkret bir dövrü ilə əlaqələndirilməsi faktı doğru deyil. Çünki ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda yaşayan xalqlar bir yerdə olmuşlarbugünkü reallıqlar həmin tezisin əyani sübutudur. Heydər Əliyev Fondu beynəlxalq ictimaiyyətə məhz bu həqiqətlərin çatdırılması istiqamətində çoxsaylı təşəbbüslərlə çıxış edir, layihələr reallaşdırır.

Mehriban xanım Əliyeva öz əməlləri ilə təsdiqləyir ki, siyasi, diplomatik, iqtisadi, elmi-mədəni istiqamətindən asılı olmayaraq, ölkədə reallaşdırılan bütün tədbirlər son nəticədə dövlətçiliyə xidmət edir. Qeyd olunan məqamlarla bağlı Azərbaycan dövlətinin, xüsusən, cənab Prezidentin mövqeyi də tamamilə aydındır: "Bu gün Azərbaycan güclü dövlətdir və bizim gücümüz təkcə iqtisadi nailiyyətlərlə ölçülmür. Cəmiyyətimizin çox sağlam dayaqları var. Bu dayaqlar tarix, dərin mənəviyyat, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək üzərində qurulub. Hesab edirəm ki, bizim təcrübəmiz bir nümunə olaraq artıq dünyada öyrənilir. Azərbaycanda vaxtaşırı keçirilən mötəbər beynəlxalq tədbirlər, xüsusilə dinimilli dözümlülüklə bağlı olan tədbirlər bir daha bunu göstərir, müxtəlif bölgələrdən, diyarlardan gələn qonaqlar vurğulayırlar ki, Azərbaycanda bu münasibətlər ən yüksək səviyyədə qurulmuşdur. Bizim üçün isə bu, təbiidir. Çünki bu, bizim həyat tərzimizdir, başqa cür ola da bilməz". Bakıda və ölkəmizin digər şəhərlərində bəşər övladı üçün nümunə kimi qəbul ediləcək sülh və barışıq məzmunlu, xalqlar və dinlər arasında fərq qoymamaq məqsədilə reallaşdırılan tədbirlər davamlı xarakter alıb. Bu da bir faktdır ki, həmin tədbirlər barədə yayılan xəbərlərin əksəriyyətinin əvvəlində "Heydər Əliyev Fondunun təşəbbüsü ilə" cümləsinə rast gəlirik. Təkcə ölkə daxilindəmi? Ölkə xaricindəki bir sıra analoji tədbirlərimiz barədə xəbər hazırlayan müxbirlər də "Heydər Əliyev Fondunun təşəbbüsü ilə" ifadəsini dövri olaraq işlətməli olur. Məsələn, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünya mədəniyyətinə verdiyi töhfələrdən söz açan italiyalı jurnalist Paolo Onorati yazır: "Birinci xanım Mehriban Əliyeva incəsənət və mədəniyyət sahəsinə çox böyük diqqət yetirir. Beynəlxalq aləmdə onun bu əməyi əvəzedilməzdir. Birinci xanımın misilsiz əməyi sayəsində Azərbaycan mədəniyyətinin zənginliyi bütün dünyaya çatdırılıb. Mehriban xanımın əsas məqsədlərindən biri öz ölkəsində və dünyada milli-mədəni dəyərlərin qorunub saxlanmasıdır". Bu fond Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə xaricdə həyata keçirilən bir çox layihənin müəllifidir. Fondun Parisdə, Moskvada, Berlində, Romada, Vatikanda təşkil etdiyi tədbirlər ölkəmizin multikulturalizm modelinin təbliğində mühüm rol oynayıb. Azərbaycan Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşüb. Bu isə bəşəri multikulturalizmin ən ali nümunələrindən biri kimi dəyərləndirilə bilər".

Alim yazır ki, dövlət müstəqilliyimizin 20 illik yubileyi münasibətilə Fransada həyata keçirilən tədbirlər silsiləsi xüsusilə vurğulanmalıdır. Onun bildirdiyinə görə, belə ki, Fransanın 20-dən çox regionunda bu fond tərəfindən mərasimlər keçirilmiş, 2013-cü ildə beynəlxalq kino festivalından da yaxşı tanıdığımız Kann şəhərində Azərbaycan mədəniyyəti günləri baş tutub. Z.Həbibova yazır ki, Heydər Əliyev Fondu xaricdə Azərbaycan mədəniyyət evlərinin və mərkəzlərinin yaradılması ideyasına həmişə dəstək verib. Əvvəlcə Fransanın paytaxtı Parisdə, daha sonra Vyanada Azərbaycan mədəniyyəti mərkəzləri fəaliyyətə başladı: "UNESCO-nun xoşməramlı səfiri olan Mehriban xanım Əliyeva Luvr Muzeyində aparılan bərpa işlərinə qoşuldu, Parisdə 1669-cu ildə Fransa kralı XIV Lüdovikin hakimiyyəti dövründə əsası qoyulmuş Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsinin açılmasına nail oldu. Bununla da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ulu öndərin ideyalarını yaşadaraq ümumbəşəri dəyərlərə öz töhfəsini verdibu proses indidavam edir. Bir sözlə, Heydər Əliyev Fondu bu gün Azərbaycanın beynəlxalq aləmə inteqrasiyanın sürətləndirilməsinə özünün xüsusi töhfələrini verir. Ulu öndər qeyd edirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və əbədiləşdirilməsi ölkədə hər bir təşkilatın və hər bir vətəndaşın əsas vəzifələrindən biridir.

Z.Həbibova vurğulayır ki, Heydər Əliyev Fondu məhz həmin məramı böyük məsuliyyət və şərəflə reallaşdırır.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

İradə Sarıyeva

Bakı xəbər.- 23 avqust.- S.15