75 yaşlıı əməkdar artist çox arzu edir ki, ona Prezident təqaüdü verilsin...

Ali­yə Ra­ma­za­no­va: "Mən öm­rü­mün çox bö­yük his­sə­si­ni mil­li rəqslə­ri­mi­zin in­ki­şa­fı­na, təb­li­ği­nə həsr et­mi­şəm"

img

O, rəqs edən­də san­ki bar­maq­la­rı nəğ­mə oxu­yur­du, əl­lə­ri o xoş, hə­zin sə­da­nı ta­ma­şa­çı ürə­yi­nə sə­pə­lə­yir­di. 16 ya­şın­da səh­nə­yə gə­lib və öm­rü­nü rəqs sə­nə­ti­nə bağ­la­yıb. Uşaq­lıq­dan mil­li rəqslə­ri­mi­zin vur­ğu­nu olan və "mən rəqs edə­cə­yəm, rəq­qa­sə ola­ca­ğam" de­yən əmək­dar ar­tist, gör­kəm­li rəqs us­ta­dı, 25 il Müs­lüm Ma­qo­ma­yev adı­na Döv­lət Fi­lar­mo­ni­ya­sı­nın Mah­nı və Rəqs An­samblı­nın so­lis­ti olan Ali­yə xa­nım Ra­ma­za­no­va­nın 75 ya­şı ta­mam olub.

1941-ci ilin 7 fev­ral ta­ri­xin­də-qı­şın ilik don­du­ran ça­ğın­da Qu­sar ra­yo­nu­nun Pi­ral kən­din­də dün­ya­ya göz açan gə­lə­cə­yin gör­kəm­li rəqs us­ta­dı əzab­lı yol­lar ke­çib. Xoş­bəxtlik­dən əzab­lı yo­lun ba­şın­da onu qa­ran­lıq yox, işıq qar­şı­la­yıb. O işıq mil­yon­lar­la ta­ma­şa­çı­nın ürə­yi­nin, gö­zü­nün işı­ğı olub.

- Ali­yə xa­nım, 75 ya­şı­nız mü­ba­rək! Bu yaş­da özü­nü­zü ne­cə hiss edir­si­niz? Öy­rət­mək­dən yo­rul­ma­mı­sı­nız ki?

- Şü­kür­lər ol­sun ki, yax­şı­yam, ta­ma­şa­çı­la­rı­mın sev­gi­si­ni hiss edi­rəm. Mət­bu­at mə­ni unut­mur, müx­bir­lər tez-tez qa­pı­mı dö­yür, mü­sa­hi­bə gö­tü­rür­lər. Bu yaş­da keç­mi­şi xa­tır­la­yı­ram, uşaq­lı­ğı­mı, səh­nə­yə gəl­di­yim gün­lə­ri xa­tır­la­yı­ram, sə­nət dostla­rı­mı, rəqs sə­nə­tin­də əlim­dən tu­tub mə­ni irə­li apa­ran in­san­la­rı ya­da sa­lı­ram. Səh­nə dostla­rı­mın bə­zi­lə­ri rəh­mə­tə ge­dib, bə­zi­lə­ri isə hə­yat­da­dır.

Bir qə­dər vaxt ta­pıb ət­ra­fa bax­san,

Hər­dən sən mə­ni də ya­dı­na sal­san.

Xoş söz­lə­rin­lə, xa­ti­rə­lə­rin­lə

Gənclik il­lə­ri­nə sə­ni qay­ta­rım...

- Şe­ir də ya­zır­sı­nız?

- Bə­li, son il­lər mən­də ya­zı­ya, şe­i­rə bö­yük ma­raq ya­ra­nıb. Şe­ir­lər ya­zı­ram, xa­ti­rə­lə­ri­mi qə­lə­mə alı­ram. Ye­ri gəl­miş­kən, bir ne­çə il əv­vəl ta­nın­mış qə­ləm ada­mı Fə­ri­də xa­nım Lə­ma­nın tər­tib­çi­li­yi ilə xa­ti­rə­lə­rim­dən iba­rət "Rəqs mə­lə­yi" ad­lı ki­ta­bım çap olun­du. Ki­tab­da­kı bü­tün xa­ti­rə­lə­ri özüm qə­lə­mə al­mı­şam...

- Gəncli­yə qa­yıt­maq ke­çir hər bir sə­nət ada­mı­nın ürə­yin­dən. Də­fə­lər­lə mü­sa­hi­bə za­ma­nı bö­yük sə­nət­kar­lar de­yib ki, kaş ye­ni­dən ca­van olay­dım... Siz­də ne­cə, bu hisslər olur­mu?

- Gəncli­yi­mə qa­yıt­maq is­tə­səm də, uşaq­lıq, kör­pə­lik il­lə­ri­mə qə­tiy­yən qa­yıt­maq is­tə­məz­dim...

- Yə­qin kör­pə vax­tı əzab­lı gün­lə­ri­niz çox olub...

- Bə­li. İkin­ci Dün­ya Mü­ha­ri­bə­si baş­la­nan il ana­dan ol­mu­şam. Qı­şın oğ­lan ça­ğın­da do­ğul­mu­şam. 1941-ci ilin ya­yın­da isə mü­ha­ri­bə baş­la­dı. Mü­ha­ri­bə baş­la­yan ki­mi, baş­qa­la­rı ki­mi, mə­nim də atam da­va­ya get­di, anam dörd qız öv­la­dı ilə da­mın al­tın­da qal­dı. Bu mə­nim öm­rü­mün ilk sə­hi­fə­si­nə ya­zı­lan acı gün­lər ol­du. Yə­ni do­ğul­dum və se­vinc için­də ya­şa­maq əvə­zi­nə mü­ha­ri­bə ağ­rı­sı, ac­lıq, möh­nət gör­düm. Gö­zü­mü açıb əzab gör­düm.

Mü­ha­ri­bə mən­dən həm ata­mı, həm ana­mı, həm də ba­cı­la­rım­dan bi­ri­ni al­dı. Atam mü­ha­ri­bə­də hə­lak ol­du, anam və ba­cım isə kənddə, qıt­lıq döv­rü idi. Evi­miz da­ğıl­dı, əli­miz­də olan­lar yo­xa çıx­dı. Bö­yük ba­cı­mız kənddə mü­ha­ri­bə­dən qəh­rə­man qa­yı­dan əmi­min hi­ma­yə­sin­də qal­dı. Mə­ni və mən­dən bö­yük ba­cı­mı isə uşaq evi­nə ver­di­lər.

- Əmi­niz si­zi ni­yə hi­ma­yə et­mə­di?

- Bi­lir­si­niz, çə­tin gün­lər idi, ac­lıq idi, onun da özü­nün kül­fə­ti var idi. Uşaq evi­nə gəl­dim, acı­lı gün­lər 6 ya­şı­ma qə­dər çək­di... Təx­mi­nən 3-4 ya­şım olan­da mə­ni Ba­ki­ya gə­ti­rib Mər­də­kan­da­kı 22 say­lı uşaq evi­nə yer­ləş­dir­di­lər. Ba­cı­mı isə in­di­ki Qə­bə­lə ra­yo­nun­da­kı uşaq evi­nə apar­dı­lar. Mər­də­kan­da bir bağ­da qa­lır­dıq, ora­da mə­nim ki­mi çox­lu uşaq var­dı.

Mən ba­cı­mın ha­ra­da ol­du­ğu­nu bil­mir­dim, kör­pəy­dim, bu heç ağ­lı­ma da gəl­mir­di. Mər­də­kan­da mək­təb ya­şı­na qə­dər qal­dım. Mən o mü­əl­lim­lə­ri unut­mu­ram, biz on­la­ra ana mü­əl­lim­lər de­yir­dik. Bi­zə çox yax­şı ba­xır­dı­lar. On­lar mə­nə ana olub qay­ğı gös­tə­rib. Bi­zim üçün gö­zəl rəqs mey­dan­la­rı, əy­lən­cə yer­lə­ri var idi. Ba­la­ca uşaq olan­da mey­dan­ça­da rəqs edir­dim. Bir də­fə mey­dan­ça­da otur­muş­duq. Bi­zim ya­nı­mı­za çox­lu adam gə­lir­di. Gör­dük ki, bu adam­la­rın ara­sın­da yaş­lı bir qa­dın da var və o bi­zə ba­xır­dı. Hə­min qa­dın bir ne­çə uşa­ğı, o cüm­lə­dən də mə­ni gö­tü­rüb Ni­za­mi par­kın­da yer­lə­şən 11 say­lı uşaq evi­nə kö­çür­dü. Biz ona ana­can de­yir­dik. Biz o xa­nı­mın adı­nı bil­mir­dik. Son­ra bil­dik ki, adı Ba­har Ağa­la­ro­va­dır. O qa­dın o qə­dər qay­ğı­keş, meh­ri­ban idi ki, onu an­caq ana­can ça­ğı­rır­dıq. O və­fat edən­də qə­zet­də nek­ro­loq çıx­mış­dı, mən on­da bil­dim ki, onun adı Ba­har Ağa­la­ro­va­dır. O qə­ze­ti sa­ra­lıb so­la­na qə­dər sax­la­dım...

- 11 say­lı uşaq evin­də və­ziy­yət ne­cə idi?

- Par­kın mü­əy­yən bir his­sə­si­ni kəs­miş­di­lər, içə­ri­də bi­zim üçün çox gö­zəl şə­ra­it ya­ra­dıl­mış­dı. Bu­ra­da həm­çi­nin rəs­sam­lıq, ti­kiş sə­nə­ti, üz­gü­çü­lük, pi­a­no, rəqs, gim­nas­ti­ka və s. otaq­la­rı­mız var­dı. De­mək olar ki, mən bun­la­rın ha­mı­sı ilə ma­raq­la­nır­dım. Çox ak­tiv uşaq idim, həm rəqs et­mək, həm də tar çal­maq is­tə­yir­dim, ha­be­lə gim­nas­ti­ka ilə ma­raq­la­nır­dım. Dü­zü­nü de­yim ki, özü­mü sı­na­yır­dım.

Bu qə­dər ma­raq­lan­dı­ğım sa­hə­lər için­də ürə­yi­mi ta­ma­mi­lə rəqs fəth et­di. Qə­ra­ra gəl­dim ki, rəq­si se­çə­cə­yəm. O vaxt mü­əl­lim­lər uşaq evi­nə gə­lib bi­zə dərs ke­çir­di­lər. Rəqsdən, ba­let­dən, bal rəqslə­rin­dən dərs alır­dıq. On­lar­dan Azər­bay­ca­nın ilk ba­let rəq­qa­sə­si Qə­mər Al­mas­za­də­ni, Ley­la Və­ki­lo­va­nı, Ta­mel­la Məm­mə­do­va­nı, Çim­naz Ba­ba­ye­va­nı xa­tır­la­yı­ram.

- Uşaq evin­də nə qə­dər qal­dı­nız?

- Mən 7-ci sin­fə qə­dər uşaq evin­də bö­yü­düm, da­ha son­ra isə 5 nöm­rə­li sə­nət mək­tə­bi­nə yol­la­dı­lar. Hə­min sə­nət mək­tə­bin­də mət­bəə işi öy­rən­dim. Mən mət­bəə iş­çi­si ki­mi sə­nət mək­tə­bi­ni bi­tir­dim.

- Pe­şə­kar rəq­sə yo­lu­nuz da bur­dan baş­la­dı?

- O vaxt Azər­bay­can Mah­nı və Rəqs An­samblın­dan xalq ar­tis­ti, gör­kəm­li rəqs us­ta­dı­mız Bö­yü­ka­ğa Məm­mə­dov rəq­sə qız se­çir­di.

Mən də on­da gim­nas­ti­ka­ya ge­dir­dim. Rəqs adı­nı eşi­dən­də de­dim ki, mən də is­tə­yi­rəm. Ye­mək­xa­na­da ye­mək ye­yir­dik. Mü­əl­li­məm de­di ki, yox, sən həm şə­kil çə­kir­sən, həm gim­nas­ti­ka­ya ge­dir­sən, tar ça­lır­san, dərslə­rin var, çat­dı­ra bil­məz­sən. İna­nın, elə bərkdən ağ­la­ma­ğa baş­la­dım ki, o bi­ri mü­əl­li­min mə­nə rəh­mi gəl­di. Hə­min mü­əl­li­mə de­di ki, "ay Mə­lək xa­nım, qoy get­sin, bəl­kə gə­lə­cək­də xalq ar­tis­ti ol­du". Mək­təb­də həm­çi­nin rəqs dər­nə­yi də fə­a­liy­yət gös­tə­rir­di. Sə­nət Mək­tə­bin­də oxu­ya-oxu­ya üç il Eh­ti­yat Əmək Qüv­və­lə­ri­nin rəqs dər­nə­yi­nin üz­vü ol­dum. Bö­yü­ka­ğa mü­əl­lim mə­ni Sə­nət Mək­tə­bin­dən seç­di və Eh­ti­yat Əmək Qüv­və­lə­ri­nin Mə­də­niy­yət Evin­də rəqs edir­dik. Bö­yü­ka­ğa mü­əl­lim mə­ni öz­fə­a­liy­yə­tə se­çən ki­mi mə­nə so­lo ifa ver­di. Ora­dan da rəqs kol­lek­ti­vi­mi­zi Moskva­ya fes­ti­val­la­ra gön­dər­di­lər. Te­le­vi­zi­ya­ya çək­di­lər, o vaxt ki­çik öl­çü­lü "Re­kord" te­le­vi­zo­ru var­dı. Tez­lik­lə ta­nın­dım. Bun­dan son­ra xalq ar­tistlə­ri Əli­ba­ba Ab­dul­la­yev və Əmi­nə Dil­ba­zi mə­ni  Azər­bay­can Döv­lət Mah­nı və Rəqs An­samblı­na də­vət et­di­lər.

- Yə­qin ki, Fi­lar­mo­ni­ya­da-Mah­nı və Rəqs An­samblı­nın so­lis­ti ol­ma­ğı­nız­da bu amil bö­yük rol oy­na­yıb?

- Mə­nim ifam öz­fə­a­liy­yət­də çox se­vi­lir­di. Bu sə­bəb­dən də Eh­ti­yat Əmək Qüv­və­lə­ri na­zi­ri mə­nim Fi­lar­mo­ni­ya­ya get­mə­yi­mə ica­zə ver­mir­di. De­miş­di ki, o bu­ra­da fə­a­liy­yə­ti­ni da­vam et­dir­sin, biz onu ev­lə tə­min edə­cə­yik, iş də ve­rə­cə­yik. Heç cür ra­zı­laş­mır­dım onun­la, de­yir­dim ki, Fi­lar­mo­ni­ya­nı is­tə­yi­rəm. Da­ha bö­yük iş­lər gör­mək is­tə­yir­dim, öy­rən­mək, öy­rən­dik­lə­ri­mi ta­ma­şa­çı­la­ra təq­dim et­mək ar­zum idi...

- Rəqs sə­nə­ti­nin iki bö­yük sə­nət­ka­rı-Azər­bay­can pe­şə­kar mil­li rəq­si­nin ata­sı Əli­ba­ba Ab­dul­la­yev və tək­rar­sız Əmi­nə Dil­ba­zi si­zi an­sambla də­vət et­miş­di...

- Bə­li. 1958-ci il­də res­pub­li­ka üz­rə rəqs kol­lek­tiv­lə­ri ara­sın­da mü­sa­bi­qə­lər ke­çi­ri­lir­di. Xalq ar­tistlə­ri Əmi­nə Dil­ba­zi və Əli­ba­ba Ab­dul­la­yev bi­zim rəqs kol­lek­ti­vi­mi­zə bax­ma­ğa gəl­miş­di­lər. Bi­zim çı­xı­şı­mı­za ba­xan­dan son­ra Əmi­nə xa­nım mə­ni xey­li tə­rif­lə­di, Azər­bay­can Döv­lət Rəqs An­samblın­da iş­lə­mə­yə də­vət et­di və fik­ri­mi so­ruş­du. Fi­kir­ləş­mək nə­dir, az qa­la göy­lər­də uçur­dum...

1958-ci il iyu­nun 15-də Əmi­nə Dil­ba­zi mə­ni Fi­lar­mo­ni­ya­nın di­rek­to­ru, gör­kəm­li in­cə­sə­nət xa­di­mi Sol­tan Ha­cı­bə­yo­vun ya­nı­na apar­dı. Haq­qım­da bir qə­dər söh­bət et­di­lər. Sol­tan mü­əl­lim te­le­fo­nu gö­tü­rüb Azər­bay­can Mə­də­niy­yət Na­zir­li­yi­nə zəng et­di, on­lar isə öz növ­bə­sin­də Moskva­ya zəng et­di ki, mə­nim işə gö­tü­rül­mə­yi­mə ra­zı­lıq ver­sin­lər. Onu da de­yim ki, Sol­tan mü­əl­lim mə­ni işə gö­tür­müş­dü.

Moskva­dan da 5 say­lı Sə­nət Mək­tə­bi­nə mə­nə te­leq­ram gəl­di ki, Ali­yə Əli­qu­li­ye­va Mah­nı və Rəqs An­samblın­da işə gö­tü­rül­sün. Bir­dən ağ­zım­dan qa­çır­dım ki, te­leq­ram in­di gə­lib, am­ma mən ar­tıq üç ay­dır Fi­lar­mo­ni­ya­da iş­lə­yi­rəm... 1958-ci ilin iyun ayın­dan 1982-ci ilin yan­var ayı­na­dək - düz 25 il fa­si­lə­siz ola­raq Azər­bay­can Döv­lət Mah­nı və Rəqs An­samblın­da so­list ki­mi ça­lış­dım. Ora­da çox güc­lü rəq­qa­sə­lər var­dı. Əmi­nə xa­nım Dil­ba­zi, Ro­za xa­nım Cə­li­lo­va, Na­i­lə xa­nım Mah­mu­do­va, Tu­tu xa­nım Hə­mi­do­va və baş­qa­la­rı Azər­bay­can rəqs sə­nə­ti­nin can­lı əf­sa­nə­lə­ri idi. On­la­rı res­pub­li­ka­da ta­nı­yır və se­vir­di­lər. Mən də on­la­rın için­də tə­zə idim...

- Ali­yə xa­nım, bə­zən gö­rür­sən ki, sə­nət alə­mi­nə gə­lən gənc is­te­dad­lar pa­xıl­lıq­la, qıs­qanclıq­la üz­lə­şir. Bu sə­nət­kar­lar si­zi ne­cə qar­şı­la­dı?

- 16 ya­şım var­dı. Mən so­lo oy­na­yır­dım. Mə­nim ifam, fə­a­liy­yə­ti­mi an­caq küt­lə­vi səh­nə­lər­də oy­na­yan bə­zi rəq­qa­sə­lər qıs­qanclıq­la qar­şı­la­yır­dı. Bö­yük sə­nət­kar­lar isə mə­ni öz ba­la­sı ki­mi ağu­şu­na çək­miş­di. Bi­lir­di­lər ki, mə­nim is­te­da­dım var, səh­nə­yə bö­yük fay­da ve­rə bi­lə­rəm. Mən o sə­nət­kar­la­rın hə­mi­şə hör­mə­ti­ni sax­la­yır­dım. Mən bu­ra­da özü­mü çox xoş­bəxt hiss edir­dim. İna­nın ki, o gün­lə­rə qa­yıt­maq is­tə­yi­rəm. O il­lər ay­rı bir il­lər idi, hə­qi­qə­tən də xoş­bəxt idim on­da.

- Ali­yə xa­nım, siz də­fə­lər­lə mə­nim­lə söh­bə­ti­niz­də de­mi­si­niz ki, dün­ya­nın dörd bir ya­nın­da qastrol sə­fə­rin­də ol­mu­su­nuz. Hət­ta qlo­bu­su qar­şı­mı­za qo­yub han­sı öl­kə­lər­də ol­du­ğu­nu­zu bir-bir gös­tər­mi­si­niz. Hər sə­fər­dən xa­ti­rə­lər­lə, çox­lu şə­kil­lər, ta­ma­şa­çı al­qış­la­rı, gül-çi­çək­lə ge­ri qa­yıt­mı­sı­nız. İlk qastro­lu­nuz ya­dı­nız­da­dır­mı?  

- O gün­lər heç vaxt unu­dul­maz. İna­nın ki, Azər­bay­can mil­li rəq­si bü­tün dün­ya­nı fəth et­miş­di. Azər­bay­can rəq­si­nin ecaz­kar­lı­ğı xa­ri­ci öl­kə­lər­də bö­yük rəğ­bət­lə qar­şı­la­nır­dı.

Fi­lar­mo­ni­ya­ya ye­ni gəl­miş­dim. İlk qastrol sə­fə­rim Çin Xalq Res­pub­li­ka­sı­na ol­du. Çox uğur­lu qastrol ol­du. Son­ra Mi­sir, Da­ni­mar­ka, Al­ma­ni­ya, Ma­ca­rıs­tan, İta­li­ya, İs­pa­ni­ya­ya, keç­miş SSRİ res­pub­li­ka­la­rı­na qə­dər çox yer­lər­də qastrol sə­fər­lə­rin­də ol­dum. Azər­bay­can rəq­si­ni lə­ya­qət­lə təm­sil et­dim. Mən rəq­si se­vi­rəm və bu mə­nim əbə­di mə­həb­bə­tim­dir. 

- O vaxt səh­nə­də han­sı rəqslər ifa edi­lir­di?

- Rəqslər Əmi­nə Dil­ba­zi və Əli­ba­ba Ab­dul­la­yev tə­rə­fin­dən qu­rul­muş­du. Həd­siz də­rə­cə­də gö­zəl mil­li rəqslər idi. "Neftçi­lər sü­i­ta­sı", "Və­tən sü­i­ta­sı", "Tir­mə şal", "Tu­ra­cı", "Nəl­bə­ki", "Naz­la­na-naz­la­na", "Hind rəq­si", "Üç gül", "Naz elə­mə", "Vağ­za­lı-Mir­ze­yi" və ne­çə-ne­çə gö­zəl rəqslər. Sə­fər üçün tə­zə mil­li kostyum­lar da ti­kil­miş­di. Mil­li kostyum­la­rın es­ki­zi­ni ha­mı­mı­zın se­vim­li­si, mil­li ge­yim­lər üz­rə rəs­sam Rey­han Top­çu­ba­şo­va çə­kir­di. Kostyum­lar­da həm rəq­sin mə­na­sı, həm də mil­li xa­rak­ter sax­la­nır­dı.

- Öm­rün 75-i özü­nü ye­ti­rib... Bu ya­şı­nız­da nə is­tə­yər­di­niz?

- Mən öm­rü­mün çox bö­yük his­sə­si­ni mil­li rəqslə­ri­mi­zin təb­li­ği­nə həsr et­mi­şəm. Bil­di­yi­niz ki­mi, 25 il Mah­nı və Rəqs An­samblın­da so­list ol­mu­şam. Bi­zim ix­ti­ya­rı­mız var­dı ki, 20 il ta­mam olan­dan son­ra tə­qa­ü­də çı­xaq. Am­ma mən çıx­ma­dım. 5 il də ar­tıq iş­lə­dim. 34 il bun­dan əv­vəl, 1982-ci il­də əmək­dar ar­tist fəx­ri adı al­mı­şam. Yaş­lı sə­nət adam­la­rı­na da­yaq la­zım­dır. Bu da­ya­ğı isə an­caq döv­lə­ti­miz ve­rə bi­lər. Öl­kə baş­çı­mız İl­ham Əli­yev, Hey­dər Əli­yev Fon­du­nun rəh­bə­ri, mil­li mə­də­niy­yə­ti­mi­zin hi­ma­yə­çi­si Meh­ri­ban xa­nım Əli­ye­va sə­nə­tə çox bö­yük qay­ğı gös­tə­rir, yaş­lı sə­nət­kar­la­rı unut­mur­lar.

Bi­lir­si­niz ki, mə­nim tə­qa­ü­düm çox az­dır. Mə­nə oğ­lum ba­xır, tez-tez xəs­tə­lə­ni­rəm, hə­ki­mə mü­ra­ci­ət et­mə­li olu­ram. Dər­man­lar çox ba­ha­dır. Oğ­lum ol­ma­sa, lap çə­ti­nə dü­şə­rəm. On­suz da oğ­lu­mun ai­lə­si bö­yük­dür, ona yük ol­maq is­tə­mi­rəm. Çox ar­zu edər­dim ki, mə­ni də ya­da sal­sın­lar. 50 il­dən ar­tıq rəqs sə­nə­ti­nə xid­mət et­mi­şəm, bu gün də iş­lə­yi­rəm. Çox ar­zu edər­dim ki, mə­nə Pre­zi­dent tə­qa­ü­dü ve­ril­sin. Çox zəh­mət çək­mi­şəm. Bəl­kə də rəqs sə­nə­ti ta­ri­xin­də ye­ga­nə qa­dın sə­nət­ka­ram ki, uşaq evin­dən gəl­mi­şəm bu sə­nə­tə.   

Fi­lar­mo­ni­ya­dan ay­rı­lan­dan son­ra da əli­mi rəqsdən so­yut­ma­dım. Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin "Se­vinc" rəqs an­samblı­na,  "Şəh­ri­yar" adı­na mə­də­niy­yət mər­kə­zin­də "Zə­rif­lik" rəqs qru­pu­na və To­fiq İs­ma­yı­lov adı­na Uşaq Gənclər Ya­ra­dı­cı­lıq Mər­kə­zin­də "Çi­çək­lər" uşaq rəqs qru­pu­na rəh­bər­lik et­dim. Hər üç qrup­la ey­ni dövrdə məş­ğul ol­dum. Çox is­te­dad­lı uşaq və gənclər ye­tiş­dir­dim.

Pe­şə­kar rəq­qa­sə­lər çox­dur, am­ma on­la­rın ara­sın­da mü­əl­lim­li­yi, ba­let­mestrli­yi ba­ca­ran çox az sə­nət­kar var. Zə­ma­nə­mi­zin bö­yük sə­nət­ka­rı Ro­za xa­nım Cə­li­lo­va bu yaş­da da rəqs qu­rur. Ro­za xa­nı­mın nə­və­lə­ri gö­zəl rəqs edir, rəqslə­ri­ni Ro­za xa­nım qu­rur. O, Mah­nı və Rəqs An­samblı­nın bə­dii rəh­bə­ri olan­da da bir sı­ra mil­li rəqslə­ri­mi­zə qu­ru­luş ve­rib.

- Bu gün tə­qa­üd­də­si­niz, əsas vax­tı­nız ev­də ke­çir. Tə­lə­bə­lər öy­rə­dir­si­niz­mi?

- Uzun il­lər gər­gin iş­lə­mi­şəm. 70 yaş­dan son­ra qə­ra­ra al­dım ki, da­ha is­ti­ra­hət et­mə­yin vax­tı­dır. Mə­nə rəqslə mü­ra­ci­ət edən­lər çox olur, am­ma mən heç kə­si gö­tür­mü­rəm. Üç il bun­dan əv­vəl ana­sı bir qı­zı ya­nı­ma gə­ti­rib xa­hiş et­di ki, uşa­ğın rəq­sə ma­ra­ğı var, onu öy­rə­din. Dü­zü, eti­raz et­dim, de­dim ki, da­ha yo­rul­mu­şam, la­kin qı­zın ma­ra­ğı­nı gö­rüb onu öy­rət­mək qə­ra­rı­na gəl­dim. Qı­zın adı Rə­na Qa­far­lı­dır. Siz onun ifa­sı­nı gör­mü­sü­nüz.

- Bə­li, çox is­te­dad­lı­dır. Mən Rə­na­nın, Le­na­yın və As­la­na­nın tim­sa­lın­da gə­lə­cə­yin çox gö­zəl mil­li rəqs ifa­çı­la­rı­nı gö­rü­rəm...

- Rə­na­nı gö­tü­rən­də şərt qoy­dum ki, mə­nim ya­nım­da məş­ğul ola-ola müt­ləq Ba­kı Xo­req­ra­fi­ya Mək­tə­bi­nə da­xil ol­ma­lı­san. O in­di hə­min mək­tə­bin 3-cü kurs tə­lə­bə­si­dir. İs­te­dad­lı­dır, mil­li rəqslə­ri­mi­zi çox bö­yük in­cə­lik­lə oy­na­yır.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 30 avqust.- S.13