Tarixdə iz buraxanlar: Dədə Qorqud

Də­də Qor­qud ta­ri­xi bir şəx­siy­yət, əf­sa­nə­vi bir türk ata­sı ola­raq bi­li­nir. Onun hə­ya­tı­na da­ir mə­lu­mat­lar hə­qi­qi is­la­mi ün­sür­lər­lə is­la­miy­yət­dən əv­vəl­ki tür­kün hə­ya­tın­dan gə­lən bə­zi xü­sus­la­rın qa­rış­ma­sın­dan iba­rət­dir. He­ka­yə­lər­də Də­də Qor­qud, Də­dəm Qor­qud, Qor­qud sul­tan və Qor­qud ata de­yə yad edi­lir.

Türklər ona bə­zi yer­də Ata, bə­zi yer­də Də­də Qor­qud de­yər­lər. O, türk xalqla­rı­na yol-ər­kan gös­tə­rən adət-ənə­nə bi­li­ci­lə­ri­miz­dən bi­ri­dir. Uluğ Türk ki­mi, Ir­kıl Ata ki­mi bir ulu in­sa­nı­mız­dır. Xan­la­rın ya­nın­da olan, on­la­ra də­yər­li məs­lə­hət­lər ve­rən, çö­zül­mə­si müş­kül olan iş­lə­ri çö­zən ata­la­rı­mız­dan bi­ri­dir.

Də­də Qor­qud ata­mı­zın hə­ya­tı­na da­ir ya­zı­lan ən köh­nə əsər Rə­şi­düd­di­nin "Ca­mi­üt-Te­ra­vih" ad­lı əsə­ri­dir. Bun­dan əla­və, Əbul-Qa­zi Ba­ha­dur xa­nın "Şə­cə­rə­yi Tə­ra­ki­mə" və Əli­şir Nə­va­i­nin "Ne­sa­i­mül-Mu­hab­be­si Ta­ri­hi Dost Sul­tan," "Te­ra­vi­hi Ce­di­de", "Mi­ra­tı Ci­han" ki­mi əsər­lər­də də Də­də Qur­qu­dun adı­na rast gə­li­rik. "Şə­cə­rə­yi Tə­ra­ki­mə"də ka­yı bo­yun­dan ol­du­ğu, "Sal­tuk­na­mə"yə gö­rə də os­man­lı­lar­la ey­ni soy­dan gəl­di­yi ya­zı­lır. Öv­li­ya Çə­lə­bi Os­man­lı-ka­yı də­də­lə­rin­dən Qor­qud xa­nın Eh­lat­da­kı mə­za­rı­nı zi­ya­rət et­di­yi­ni ya­zır. İkin­ci Bə­ya­zi­din oğ­lu­nun adı da Qor­qud olub. "Ca­mi­ut-Te­ra­vih"də pey­ğəm­bə­ri­miz­lə ey­ni çağ­da ya­şa­mış olan Oğuz hökmda­rı Ka­yı İnal xa­nın Baş mü­şa­vi­ri Də­də Qor­qud­dur. "Bah­rül En­sab"da Qa­zan xa­nın Hz.Pey­ğəm­bə­rə iki el­çi gön­dər­di­yi və ge­ri­yə Sal­ma­yi Fa­ri­si ilə dön­dük­lə­ri, Fa­ri­si­nin Qor­qu­du oğuz­la­ra bir li­der tə­yin et­di­yi qeyd edi­lir. "Ca­mi­üt-Te­ra­vih" ilə "Də­də Qor­qud ki­ta­bı"nın mü­qəd­di­mə­sin­də də bil­di­ril­di­yi ki­mi, Də­də Qor­qu­dun oğuz­la­rın Ba­yat bo­yun­dan ol­du­ğu bil­di­ri­lir.

Də­də Qor­qu­dun ta­ri­xi bir şəx­siy­yət və qəh­rə­man ola­raq ön­də gə­lən bir in­san ol­du­ğu qə­ti ola­raq bəl­li­dir. He­ka­yə­lər­də xal­qın müş­kül­lə­ri­ni çö­zən, düş­mə­nə qa­lib gəl­mək üçün ça­rə­lər ta­pan, təd­bir alan, uşaq­la­ra ad qo­yan Də­də Qor­qud Oğuz türklü­yü üçün mə­nə­vi bir dəs­tək və­ziy­yə­tin­də­dir. Cə­miy­yət ən ki­çik fərdlə­rin­dən bəy­lə­rə qə­dər ona möh­tac­dır. Oğuz boy­la­rı və bəy­lə­ri üçün dua et­mə­si, das­tan söy­lə­yib oğuz­na­mə­lər qo­şa­raq oğuz əf­sa­nə­lə­ri­ni an­lat­ma­sı, oğuz boy­la­rı­na mən­sub olan in­san­la­ra keç­miş­dən dərs al­ma­la­rı­nı öy­rət­mə­si, ha­di­sə­lə­rin mə­na və hik­mət­lə­rin sir­ri­nə çat­ma şöv­qü­nü aşı­la­ma­sı Də­də Qor­qu­dun Oğuz türklü­yün­də tər­bi­yə­çi bir rol oy­na­dı­ğı­nı və xalqla bü­tün­ləş­di­yi­ni gös­tə­rir.

XV və XVI əsrlər­də "Də­də Qor­qud"u ya­zı­ya kö­çü­rən­lər o bö­yük türk in­sa­nı­nı bi­zə be­lə an­la­dır­lar: "Rə­sul əley­his­sə­lam za­ma­nı­na ya­xın Ba­yat bo­yun­dan Qor­qud ata de­yi­lən bir adam or­ta­ya çıx­dı. Oğu­zun tam bi­li­ci­si idi o adam. Ağ­zı fal idi. Nə de­yir­di­sə, olur­du. Qeyb olan­lar­dan cür­bə­cür xə­bər­lər söy­lə­yər­di. Al­lah Tə­a­la onun kön­lü­nə il­ham ve­rər­di. Qor­qud ata Oğuz xal­qı­nın çə­tin­lik­lə­ri­ni həll edər­di. Hər ne­cə iş olur­sa-ol­sun, Qor­qud ata­ya da­nı­şıl­ma­dıq­da həll olun­maz­dı. O nə bu­yur­say­dı, qə­bul edi­lər­di. Onun sö­zü dər­hal ye­ri­nə ye­ti­ri­lər­di. Də­də Qor­qud be­lə de­yib: "Al­lah de­mə­dik­cə, iş­lər dü­zəl­məz. Qa­dir Al­lah ver­mə­sə, adam zən­gin ol­maz. Əv­vəl­dən ya­zıl­ma­sa, qul ba­şı­na qə­za gəl­məz. Əcəl vax­tı çat­ma­sa, kim­sə öl­məz. Qul­luq­çu­ya gö­zəl pal­tar ge­yin­dir­mək­lə on­dan xa­nım ol­maz. Köh­nə düş­mən­dən dost ol­maz. Qa­ra qoç ata qıy­ma­yın­ca, yol tü­kən­məz. Qa­ra qı­lınc çal­ma­yın­ca, düş­mən dön­məz. Adam ma­lı­na qıy­ma­yın­ca, adı çıx­maz. Qız ana­dan gör­mə­yin­cə, öyüd al­maz. Oğul ata­dan gör­mə­yin­cə, süf­rə aç­maz. Döv­lət­li oğ­lu oğul ol­sa, oca­ğı­nın kö­zü­dür. Oğul nə et­sin, ata­sı öl­dük­də ma­lı qal­ma­sa. Ata ma­lın­dan nə fay­da, baş­da döv­lət ol­ma­sa. Sü­rət­li bir ata na­mərd mi­nə bil­məz, min­mə­sin­dən min­mə­mə­si da­ha yax­şı­dır! Mərd qı­lın­cı ça­lıb kə­sər, na­mərd çal­ma­sa, da­ha yax­şı­dır! Vur­ma­ğı ba­ca­ran igi­də ox qı­lıncdan da­ha yax­şı­dır! Qo­na­ğı gəl­mə­yən ev­lər da­ğıl­sa da­ha yax­şı­dır. Xan, döv­lə­tin şə­rin­dən si­zi Al­lah sax­la­sın!"

"Də­də Qor­qud"u ya­zı­ya kö­çü­rən adam bir ozan imiş. Ay­dın­dır ki, be­lə bir gi­riş­dən son­ra o da "Də­də Qor­qud" he­ka­yə­lə­ri­nə baş­la­yar. Tam 12 he­ka­yə. Hər bi­ri das­tan na­ğıl­lar ki­mi bə­zək­li, ay­rı-ay­rı bir gö­zəl­lik­də: "Dir­sə xan oğ­lu Bo­ğac xan..." "Sa­lur Qa­zan evi­nin qa­rət edil­mə­si..." "Kam Pü­re­nin oğ­lu Bam­sı Bey­rək..." "Qa­zan bə­yin oğ­lu Uruz bə­yin əsir ol­du­ğu..." "Da­hi Qo­ca oğ­lu Də­li Dum­rul..." "Kanqlı Qo­ca oğ­lu Qan Tu­ra­lı..." "Qa­zı­lıq Qo­ca oğ­lu Yi­gə­nək..." "Ba­sa­tın Tə­pə­gö­zü öl­dür­mə­si..." "Be­gil oğ­lu Em­rən..." "Uşun Qo­ca oğ­lu Seq­rək..." "Sa­lur Qa­zan oğ­lu Olup oğ­lu Uru­zun Çı­xar­dı­ğı..." "İç Oğu­za xa­ri­ci Oğuz üs­ya­nı olub, Bey­rə­yin öl­dü­yü..."

Bu he­ka­yə­lə­rin hər bi­rin­də oğuz türkcə­si­nin gö­zəl­li­yi ən cəz­be­di­ci ha­lı ilə göz qa­ba­ğın­da­dır. Mər­hə­mət­li ana, yar sev­gi­si - tür­kün bü­tün xü­su­siy­yət­lə­ri "Də­də Qor­qud"da var­dır.

Də­də Qor­qud ki­ta­bı­nın için­də­ki­lər, ümu­miy­yət­lə, türk mil­lə­ti­nin hə­ya­tı­na aid ol­ma­sı, türklə­rin qəh­rə­man­lıq­la­rı­na yer ver­mə­si, yük­sək bir coş­qun­luq ifa­də­si da­şı­ma­sı, tə­bi­ət ün­sür­lə­ri­nin he­ka­yə­lər­də ön sı­ra­nı iş­ğal et­mə­si və ak­tiv bir hə­ya­tın yer al­ma­sı, bu hə­ya­tın hey­van­lar­la rənglən­mə­si və sü­rət­lə in­ki­şaf et­mə­si, hun­lar­dan baş­la­ya­raq Göy­türk, Oğuz, Yab­qu döv­lə­ti, Səl­cuq­lu, Ağ­qo­yun­lu və Os­man­lı ol­maq­la bü­tün türk ta­ri­xi­ni ma­raq­lan­dır­ma­sı, Or­ta Asi­ya və Tür­küs­tan coğ­ra­fi­ya­sı­nın ün­sür­lə­ri ol­maq şər­ti­lə Azər­bay­can və Şər­qi Ana­do­lu­nu içə­ri­si­nə alan bir coğ­ra­fi­ya­ya sa­hib ol­ma­sı ki­mi vəsflər­lə "Də­də Qor­qud ki­ta­bı" mil­li bir das­tan ma­hiy­yə­ti da­şı­yır.

Də­də Qor­qud ki­ta­bın­da­kı he­ka­yə­lə­rin di­li türkcə­nin ən gö­zəl nü­mu­nə­si­ni təş­kil edir. Bən­zər­siz olan bu dil türkcə­nin şah əsə­ri olub, əsrlər bo­yu türk mil­lə­ti­nin ağ­zın­dan sü­zü­lən

ata söz­lə­ri­lə bə­zə­nən bir dil­dir. Bu yö­nü ilə də "Də­də Qor­qud ki­ta­bı" bir das­tan vəs­fi da­şı­yır. Dün­ya­ca ta­nı­nan elm ada­mı V.M.Jir­munski ki­mi bu sa­hə­də ça­lı­şan­lar "Də­də Qor­qud ki­ta­bı" üçün: "Türk di­li­ni da­nı­şan xal­qın das­ta­nı­dır..." - de­mək­dən öz­lə­ri­ni sax­la­ya bil­məz­lər.

Yu­xa­rı­da qeyd et­di­yi­miz ki­mi, "Də­də Qor­qud ki­ta­bı" türk mil­lə­ti­nin ən bö­yük mə­də­ni var­lıq­la­rın­dan bi­ri ola­raq ən ön­də gə­lən das­ta­nı­dır. Bu ki­tab keç­miş­dən bə­ri, baş­da Tür­ki­yə ol­maq­la, bu gün da­ğı­nıq hal­da ya­şa­yan bü­tün türklü­yü əha­tə edən, şə­rəf, na­mus, əx­laq sə­ciy­yə­si­ni da­şı­yan, bə­zi an­laş­maz­lıq­lar bir tə­rə­fə dur­sun, mil­li bir­li­yi ön­də tu­tan, in­san haqq və hü­quq­la­rı­na də­yər ve­rən, qı­sa­ca­sı, türk mil­lə­ti­nin zövqlə­ri­ni, dün­ya­gö­rü­şü­nü və di­gər hik­mət və hökmlə­ri­ni özün­də eh­ti­va edən ta­ri­xi bir əsər­dir.

Av­ro­pa­da prof.Bar­tolddan baş­la­ya­raq E.Ros­si­yə qə­dər bir çox elm adam­la­rı bu əsər üzə­rin­də cid­di araş­dır­ma­lar apa­rıb. Türk dün­ya­sın­da isə, baş­da Fu­ad Köp­rü­lü ol­maq­la, Zə­ki Və­li­di To­qan, Ab­dul­qa­dir İnan, Fa­ruk Sü­mer, Fəx­rəd­din Kır­zı­oğ­lu və baş­qa­la­rı bu möv­zu­da el­mi təd­qi­qat iş­lə­ri gö­rüb. Bü­tün bun­lar­la ya­na­şı, "Də­də Qor­qud ki­ta­bı" el­mi ba­xım­dan cid­di ola­raq araş­dı­ran İs­tan­bul Uni­ver­si­te­ti Ədə­biy­yat fa­kül­tə­si­nin mü­əl­li­mi prof.dr.Mə­hər­rəm Er­gi­nin bu əsə­ri 1969-cu il­də bu­gün­kü Ana­do­lu türkcə­sin­də nəşr et­dir­di­yi­ni xü­su­si­lə qeyd et­mək is­tər­dik. Bun­dan əla­və, bu ta­ri­xi əsə­rin in­gi­lis­cə, rus­ca, ital­yan­ca, al­man­ca və serbcə tər­cü­mə­lə­ri də var.

Mil­li das­tan­lar mil­lə­tin, xal­qın ha­fi­zə­sin­də­ki ta­rix­dir de­sək, ya­nıl­ma­rıq. Türk mil­lə­ti zən­gin ta­ri­xi­nə ya­ra­şan das­tan­la­rın sa­hi­bi­dir. Oğuz xan, Ma­nas, Də­də Qor­qud ki­mi bir çox das­tan­lar ulu türk mil­lə­ti­nin ta­ri­xi­ni an­la­dır.

Mü­səl­man­lı­ğı qə­bul et­dik­dən son­ra ən bö­yük das­ta­nı­mı­zın "Ma­nas" ol­du­ğu­nu bi­li­rik. "Ma­nas"dan son­ra "Də­də Qor­qud" gə­lir... Bu iki das­tan diq­qət­lə in­cə­lən­dik­də gö­rü­nür ki, ha­di­sə­lə­rin, he­ka­yə­lə­rin əmə­lə gəl­mə­si və iş­lən­mə­si bi­zə mil­lə­ti­miz haq­qın­da ge­niş mə­lu­mat­lar ve­rir. "Ma­nas" mü­səl­man ol­muş şərq türklə­ri­nin iman və hə­yə­ca­nı üz­rə qu­rul­muş bir çox ha­di­sə­lə­rin ək­si­dir. "Ma­nas"da­kı möv­zu­la­rı qərb türklə­ri ara­sın­da əmə­lə gə­lən "Də­də Qor­qud" das­ta­nın­da da gö­rə bi­li­rik. Bu­nu da ifa­də et­mək is­tər­dik ki, "Də­də Qor­qud"da da, ey­nən "Ma­nas"da ol­du­ğu ki­mi, türklə­rin mü­səl­man­lıq­dan əv­vəl­ki inam­la­rı­nın tə­si­ri­ni gö­rə bi­li­rik.

"Ma­nas" das­ta­nın­da hər bir he­ka­yə bi­la­va­si­tə və ya di­gər bir sə­bəb­lə Ər Ma­na­sın ət­ra­fın­da cə­rə­yan edər­kən "Də­də Qor­qud"da Ba­yan­dır xa­nın hök­mü al­tın­da­kı oğuz xalqla­rın­da ya­şa­nan ha­di­sə­lər nəql olu­nur. Ye­nə bu iki das­tan­da nəql olu­nan he­ka­yə­lər­də "Oğuz xan" das­ta­nı­nın iz­lə­ri­ni və Göy­türk Ben­qü daş­la­rın­da ya­zı­lan ifa­də­lə­rin tə­si­ri­ni gö­rü­rük. Bu ba­xım­dan das­tan­la­rı­mız türk xalqla­rı­nın or­taq ta­ri­xi, or­taq kə­dər, or­taq mə­də­niy­yət və or­taq gə­lə­cə­yi­nin qiy­mət­li və unu­dul­maz bir ni­şa­nə­si­dir.

"Də­də Qor­qud" he­ka­yə­lə­ri­nə gö­rə, Ba­yan­dır xan oğuz­la­rın baş­çı­sı­dır. An­caq oğuz­la­rı Ba­yan­dır xan adın­dan Qa­zan bəy ida­rə edir. Bu və­ziy­yət türk ta­ri­xin­də­ki rəh­bər­lik an­la­yı­şı­na da uy­ğun­dur. Bir nü­mu­nə ver­mək la­zım­dır­sa, o za­man Tey­mur xa­nın sağ­lı­ğın­da oğ­lu­nun öl­kə­ni ida­rə et­mə­si­ni gös­tə­rə bi­lə­rik...

"Də­də Qur­qud" möv­cud das­tan­la­rı­mız ara­sın­da ver­di­yi xə­bər­lər ba­xı­mın­dan ilk sı­ra­da yer alır. Bu və­ziy­yət hə­qi­qə­tən çox önəm­li­dir. Mə­lum­dur ki, das­tan­la­rın ya­ra­dı­cı­sı bir nə­fər de­yil, bü­tün bir mil­lət­dir. Das­tan bir mil­lə­tin güz­gü­sü­dür. Biz on­da bir mil­lə­tin xü­su­siy­yət­lə­ri­ni ra­hat­ca ta­pa bi­li­rik. Türk das­tan­la­rı türk mil­lə­ti­nin or­taq da­hi­li­yi­nin məh­su­lu­dur. Türk mil­lə­ti­nin mi­sil­siz xü­su­siy­yət­lə­ri Də­də Qor­qud das­ta­nın­da bir-bir sı­ra­la­nıb: türk di­li­nin ifa­də gö­zəl­li­yi, sə­mi­mi mü­səl­man­lı­ğı­mız, qəh­rə­man­lı­ğı­mız, Uca Al­la­ha və Və­tə­nə olan sev­gi­miz, qo­naq­pər­vər­li­yi­miz, hey­van­la­ra və tə­bi­ə­tə olan sev­gi­miz, döv­lət şü­u­ru­muz, bir­lik və bə­ra­bər­li­yə ver­di­yi­miz qiy­mət, ça­lış­qan­lı­ğı­mız, qə­zə­bi­miz, fit­nə nə­ti­cə­sin­də do­ğan mil­li fə­la­kət­lər... Bun­lar­dan əla­və, da­ha bir çox xü­su­siy­yət­lə­ri­miz "Də­də Qor­qud"un bağ­rın­da ya­şa­yır.

Də­də Qor­qud he­ka­yə­lə­rin­də hiss edil­mə­si çə­tin olan bir xü­su­siy­yə­ti­miz də var. Bu xü­su­siy­yət he­ka­yə­lə­rin nəql olun­ma­sın­da se­zi­lən "üs­tün şü­u­ru­muz­dur". "Də­də Qor­qud"da möv­cud olan 12 he­ka­yə­dən han­sı­nı oxu­sa­nız, ha­ki­miy­yət əda­sı­nın ver­di­yi o coş­qun üs­lu­bu gö­rə bi­lər­si­niz. Bu üs­lub türklə­rin öz­lə­ri­nə olan ina­mı­nı ifa­də et­mək­lə ya­na­şı, on­la­rın dün­ya­da ən qüv­vət­li və iq­ti­dar­lı bir mil­lət ol­du­ğu­nu "das­tan di­li ilə" nəql edir.

"Ma­nas"ımız ki­mi "Də­də Qor­qud" da bir ulu dər­ya­dır... Si­zi yü­zil­lər ön­cə­si­nə apa­rır. Də­də Qor­qud­da VIII əsrdə türk ta­ri­xi­nin iz­lə­ri­ni çox ra­hat ta­pa bi­lər­si­niz. Ye­ri gəl­miş­kən, Göy­türklə­rin za­ma­nın­da ti­ki­lən Or­kun Ben­qü daş­la­rın­da ya­zı­lan "Sağ­da­kı Şa­da­pıt bəy­lə­ri, sol­da­kı Tar­kan­lar, bu­yu­ruq bəy­lə­ri," de­yə baş­la­yan söz­lə­rin bir bən­zə­ri Də­də Qor­qud­da be­lə ke­çir: "Sağ­da otu­ran sağ bəy­lər, sol­da otu­ran sol bəy­lər, dib­də otu­ran tə­miz bəy­lər­dir, xoş­bəxt ol­sun döv­lə­ti­miz..."

İn­di bir he­sab apa­raq: "Də­də Qor­qud" he­ka­yə­lə­ri XV və XVI əsrlər­də ya­zı­lıb. Or­kun Ben­qü daş­la­rı isə VIII əs­rə aid əsər­lər­dir. Ara­da yed­di yüz il­lik bir za­man var... Di­gər tə­rəf­dən, "Də­də Qor­qud" he­ka­yə­lə­ri­nin keç­di­yi yer­lər Azər­bay­can və Ana­do­lu­dur. Or­kun Ben­qü daş­la­rı isə Asi­ya­nın gö­bə­yin­də­dir. Ara­da min­lər­cə ki­lo­metrlik bir mə­sa­fə var! Bax bu və­ziy­yət bi­zə - biz dün­ya türklə­ri­nə dil­də, fi­kir­də, iş­də bir­lik sü­u­ru­nun za­man və mə­kan ta­nı­ma­dı­ğı­nı, hər an mil­lə­ti­mi­zin yad­da­şın­da can­lı ol­du­ğu­nu is­bat edir.

Biz da­hi Də­də Qor­qu­dun di­li­lə ya­zı­mı­za son ve­rək: Qır­ğız qa­zax­dan kəs­mə­sin! Türkmən öz­bə­yə ar­xa çe­vir­mə­sin! Azə­ri sa­hil­də dur­ma­sın! Ana­do­lu tür­kü uzaq­da qal­ma­sın! Ara­mı­za fit­nə qı­lın­cı gir­mə­sin! Sı­ra­la­rı­mız sıx ol­sun! Ar­xa­mız güc­lü ol­sun! Qoy türk xalqla­rı öz­gə­nin fit­nə do­lu şi­rin söz­lə­ri­nə uy­ma­sın!

Türk xalqla­rı yat­ma­sın!

Bir ol­sun­lar! Di­ri ol­sun­lar! İri ol­sun­lar!

Ey görklü Tan­rı, Uca­san!

Bu dün­ya­da Tür­kü güc­lü qıl!

Də­də Qor­qud ata­mı­zın türklük üçün nə qə­dər alı­şıb yan­dı­ğı bu ifa­də­lər­dən bəl­li olur.

Biz bu ulu ata­mı­zın xid­mət­lə­ri­ni hə­mi­şə an­ma­ğa borclu­yuq.

Ru­hu şad ol­sun!

Fazil QARAOĞLU, professor

Bakı xəbər.- 2016.- 6 dekabr.- S.15