Sadıqcan irsi və azərbaycançılıq...

Azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı­nı ya­şa­dan, ifa­də edən məf­hum­lar sı­ra­sın­da mil­li mu­si­qi alət­lə­ri­miz, on­la­rın ifa­çı­la­rı xü­su­si yer tu­tur. Tar de­yən­də yad­da­şı­mız­da ta­ri­xi­mi­zin ne­çə-ne­çə sə­hi­fə­lə­ri və­rəq­lə­nir, da­hi sə­nət­kar­lar ya­da dü­şür. Tə­bii ki, bu­ra­da mü­a­sir Azər­bay­can ta­rı­nın ata­sı Sa­dıq­ca­nın adı­nı xü­su­si qeyd et­mə­li­yik.

Sa­dıq­can-Mir­zə Sa­dıq (əsl adı Mir­zə Sa­dıq Əsəd oğ­lu Sa­dıq­can) gör­kəm­li Azər­bay­can mu­si­qi­çi­si, tar­zən, bəs­tə­kar və ta­rı tək­mil­ləş­di­rən sə­nət­kar ki­mi ta­ri­xə dü­şüb. Bu qüd­rət­li şəx­siy­yət vir­tu­oz tar­zən ki­mi Qaf­qaz­da və İran­da ge­niş şöh­rət qa­za­nıb. Təd­qi­qat­çı­la­rın yaz­dı­ğı­na gö­rə, ta­rı tək­mil­ləş­di­rə­rək ona cin­gə­nə və kök sim­lə­ri əla­və edib, sim­lə­rin sa­yı­nı 5-dən 11-ə çat­dı­rıb. Sa­dıq­can ilk də­fə ta­rı si­nə­də (əv­vəl­lər ta­rı diz üs­tün­də ça­lar­dı­lar) çal­ma­ğa baş­la­yıb. Təd­qi­qat­çı­lar ya­zır ki, məhz onun tək­mil­ləş­dir­di­yi Azər­bay­can ta­rı Qaf­qaz­da və Or­ta Asi­ya­da ge­niş ya­yı­la­raq Azər­bay­ca­nın mu­si­qi sim­vo­lu­na çev­ri­lib.

Mir­zə Sa­dıq Əsəd oğ­lu Sa­dıq­can 1846-cı il­də Şu­şa şə­hə­rin­də ka­sıb bir ai­lə­də ana­dan olub. Mə­lu­mat­la­ra gö­rə, bü­tün şu­şa­lı­lar ki­mi, Sa­dıq da ki­çik yaş­la­rın­dan öz gü­cü­nü xalq mah­nı­la­rı­nın və mu­ğam­la­rı­mı­zın ifa­sı sa­hə­sin­də sı­na­yır. Təd­qi­qat­çı­la­rın bil­dir­di­yi­nə gö­rə, mə­hər­rəm­lik tə­zi­yə­lə­ri za­ma­nı te­atrlaş­dı­rıl­mış şə­bih ta­ma­şa­la­rın­da iş­ti­rak et­mək və mər­si­yə­lər oxu­maq sa­vab sa­yıl­dı­ğın­dan, ev­lə­ri­nə ta­nın­mış mər­si­yə­xan və xa­nən­də­lər də­vət edə bil­mə­yən ka­sıb ai­lə­lər öz öv­lad­la­rı­nı uşaq yaş­la­rın­dan oxu­ma­ğa öy­rə­dir­di. Ya­zı­lan­la­ra gö­rə, hət­ta bun­dan öt­rü Şu­şa­da məx­su­si mu­si­qi məc­lis­lə­ri və mək­təb­lər də var­dı. Təd­qi­qat­çı­la­rın yaz­dı­ğı­na gö­rə, de­mək olar ki, bü­tün ta­nın­mış xa­nən­də və mu­si­qi­çi­lər şa­gird gö­tü­rüb öy­rə­dir­di. Hə­min məc­lis və mək­təb­lər­dən çı­xan mə­zun­la­rın bir ço­xu son­ra­lar bü­tün Şərqdə məş­hur­la­şıb, toy­lar­da, kon­sertlər­də, el şən­lik­lə­rin­də hör­mət qa­za­nıb.

O vaxt Şu­şa­da se­çi­lib-sa­yı­lan mü­əl­lim­lər­dən bi­ri də Xar­rat Qu­lu Mə­həm­məd oğ­lu idi. O, Şərq mu­si­qi­si­ni gö­zəl bi­lir­di, yax­şı yad­da­şa ma­lik idi, şe­ir ya­zır, mu­si­qi bəs­tə­lə­yir­di, vo­kal sə­nə­ti­nin təd­ri­si üçün özü­nə­məx­sus ef­fektli bir me­to­di­ka ya­rat­mış­dı. Mir­zə Sa­dı­qı da Xar­rat Qu­lu­ya şa­gird ve­rir­lər. On sək­kiz ya­şın­da sə­si­ni itir­sə də, us­ta­dı­nın ya­nın­da qa­zan­dı­ğı bi­lik­lər Mir­zə Sa­dı­qın gə­lə­cək fə­a­liy­yə­tin­də müs­təs­na rol oy­na­yır. Bun­dan son­ra o, tü­tək, ney, ka­man­ça və tar çal­ma­ğı öy­rə­nir. Bun­la­rın ha­mı­sın­da öz gü­cü­nü sı­na­yan­dan son­ra ta­rın üzə­rin­də da­ya­nır. Gör­kəm­li Şu­şa tar­zə­ni Mir­zə Əli Əs­gə­rin rəh­bər­li­yi al­tın­da bu alət­də çal­ğı­nın bü­tün in­cə­lik­lə­ri­nə yi­yə­lə­nir. Fi­ru­din bə­yin yaz­dı­ğı­na gö­rə, "İri əl­lə­ri, uzun və güc­lü bar­maq­la­rı olan Sa­dıq tez bir za­man­da bu sə­nə­ti ta­mam-ka­mal mə­nim­sə­yir və hət­ta us­ta­lıq­da mü­əl­li­mi­ni də ke­çir".

Təd­qi­qat­çı­lar ya­zır ki, bə­zən Sa­dıq ça­lan­da Əs­gər ah çə­kib de­yər­miş: "Al­la­hın al­tın­da mə­nim var-döv­lə­tim Sa­dıq­da, onun bar­maq­la­rı mən­də olay­dı".

Mir­zə Sa­dıq Mir­zə Əli Əs­gə­rin an­samblın­da ikin­ci rol­da olan ka­man­ça ça­lır. La­kin bir də­fə mü­əl­li­mi xəs­tə­lə­nir və Sa­dıq tar­da ça­lıb öz fe­no­me­nal ba­ca­rı­ğı­nı nü­ma­yiş et­dir­mək im­ka­nı ta­pır. Bu uğur­dan ruh­la­nan Sa­dıq bun­dan son­ra özü­nü bü­töv­lük­də ta­ra həsr edir və öz us­ta­lı­ğı­nı get-ge­də da­ha da ar­tı­rır. Onun ifa­çı­lıq tex­ni­ka­sı bü­tün im­kan­la­rın hü­dud­la­rı­nı aşır­dı.

Mir­zə Sa­dı­qın ya­ra­dı­cı­lı­ğı haq­qın­da ya­zan təd­qi­qat­çı­lar qeyd edir ki, o, Şu­şa­da­kı məş­hur ədə­bi və mu­si­qi­li məc­lis­lə­rin işin­də fə­al iş­ti­rak edir. Onun məş­hur mu­si­qi­şü­nas Mir Möh­sün Nəv­va­bın ya­rat­dı­qı "Məc­li­si-Fə­ra­mu­şan" və "Məc­li­si-xa­nən­də"nin, ha­be­lə Xur­şid­ba­nu Na­tə­va­nın məc­lis­lə­ri­nin yı­ğın­caq­la­rı­na da­ha tez-tez gəl­di­yi söy­lə­nir. Təd­qi­qat­çı­lar ya­zır ki, hə­min yı­ğın­caq­lar­da mü­ğən­ni və mu­si­qi­çi­lər sı­naq­dan ke­çi­ri­lir, mu­si­qi nə­zə­riy­yə­si­nə da­ir prob­lem­lər mü­za­ki­rə olu­nur, po­e­tik əsər­lə­rin ilk oxu­nuş­la­rı ke­çi­ri­lir, mü­sa­bi­qə və ya­rış­lar olur­du. Mir­zə Sa­dı­qın adı ar­tıq qon­şu öl­kə­lə­rə də ya­yı­lır­dı. Onu xalq ara­sın­da Sa­dıq­can ça­ğı­rır­dı­lar. Be­lə bir şə­rəf Mir­zə Sa­dıq­dan baş­qa bir də məş­hur mü­ğən­ni Əb­dül­ba­qi Zü­la­lo­va mü­yəs­sər olub. Be­lə ki, onu da Bül­bül­can ça­ğır­mış­lar.

Mir­zə Sa­dıq əv­vəl­cə ka­man­ça­ça­lan Ata Bağ­da­gül oğ­lu ilə bir­lik­də Şər­qin bö­yük mü­ğən­ni­si Ha­cı Hü­sü­nü mü­şa­yi­ət edir, son­ra isə şu­şa­lı xa­nən­də Mə­şə­di İsi­nin üç­lü­yü­nə ke­çir. 1880-ci il­də onu üç­lü­yün tər­ki­bin­də Təb­ri­zə, Nəs­rəd­din şa­hın oğ­lu Mü­zəf­fə­rəd­din Qa­car Mir­zə­nin toy məc­li­si­nə də­vət edir­lər. Toy­da çox sə­nət­kar ça­lıb-oxu­yur. La­kin Ha­cı Hü­sü ən yax­şı xa­nən­də, Sa­dıq­can isə ən gö­zəl tar­zən sa­yı­la­raq, fəx­ri "Şi­ri-Xur­şid" or­de­ni ilə təl­tif olu­nur. Təb­riz­də ikən bir məş­hur tar­zən Sa­dıq­ca­nı ya­rı­şa ça­ğı­rır. Sa­dıq bir şərtlə ra­zı olur ki, ta­rın qo­lun­da­kı bü­tün gös­tə­ri­ci­lə­ri kəs­sin­lər. Bu­nu gö­rən rə­qi­bi ya­rış­dan im­ti­na edir və onun sehrli bar­maq­la­rın­dan öpür.

Ba­kı­da­kı mu­si­qi məc­li­si­nin rəh­bə­ri Mə­şə­di Mə­lik Man­su­ro­vun oğ­lu, ta­nın­mış tar­zən Mə­şə­di Sü­ley­man Man­su­rov öz xa­ti­rə­lə­rin­də ya­zır: "Mir­zə Sa­dıq o döv­rün ən məş­hur tar­zə­ni idi. Onun mö­cü­zə­vi çal­ğı­sı in­san­la­rı ahən­rü­ba ki­mi özü­nə cəlb edir­di. Təc­rü­bə­li vir­tu­oz çox vaxt miz­rab­sız ça­lır, ta­rı çə­nə­si­nə sı­xır­dı. Sol əli­nə ağır­lıq düş­mə­sin de­yə, o ta­rı müm­kün qə­dər yu­xa­rı qal­dı­rır­dı. Bə­zən də co­şa­raq, ta­rı boy­nu­nun ar­dı­na qo­yub ça­lır­dı. Onun çal­ğı­sı­nın sə­si­nə quş­lar də gə­lir­di".

Mu­si­qi hə­vəs­ka­rı Əb­dül­hə­mid Ba­ba­yev öz xa­ti­rə­lə­rin­də be­lə ya­zır: "Mən Sa­dıq­ca­nı ilk də­fə 1897-ci il­də bi­zim Ba­kı qa­la­sın­da gör­düm. Bü­tün Qaf­qaz­da be­lə gö­zəl bir tar­zən yox idi. Sa­dıq özü də gö­zəl gör­kəm­li bir ki­şi idi: hün­dür­boy, en­li­kü­rək, möh­kəm bə­də­ni var­dı. Məc­lis­lər­də özü­nü təm­kin­li və nə­cib apa­rır­dı. Adam­lar da ona çox bö­yük hör­mət bəs­lə­yir­di. Onun sol əli o qə­dər güc­lü idi ki, Sa­dıq­can çox vaxt miz­rab­sız ça­lır­dı".

Mə­lu­mat­la­ra gö­rə, sə­nət­kar toy­lar­da, kon­sertlər­də, qə­bul­lar­da, zi­ya­fət­lər­də, həm­çi­nin Ba­kı və Şu­şa­da Azər­bay­can və İran qastrol­çu­la­rı­nın qoy­duq­la­rı ta­ma­şa­la­rın fa­si­lə­lə­ri za­ma­nı ça­lır, özü də Qaf­qa­za, Or­ta Asi­ya və İra­na tez-tez qastrol sə­fər­lə­ri­nə ge­dir, bu öl­kə­lər­də­ki mu­si­qi məc­lis­lə­rin­də iş­ti­rak edir­di. Bir də­fə onu xa­nən­də Ha­cı Hü­sü­nün üç­lü­yü ilə bir­lik­də Şa­ma­xı­ya, Mah­mud ağa­nın bu­ra­da fə­a­liy­yət gös­tə­rən məc­li­si­nə də­vət edir­lər. Qo­naq­lar məc­lis üzvlə­ri və şə­hər zi­ya­lı­la­rı tə­rə­fin­dən bö­yük bir tən­tə­nə ilə qar­şı­la­nır. An­caq mü­əy­yən sə­bəb­lər uc­ba­tın­dan Mir­zə Sa­dıq tez­lik­lə Şu­şa­ya qa­yıt­ma­lı olur.

Qaf­qa­zın bi­rin­ci tar­zə­ni ki­mi xa­rak­te­ri­zə edi­lən sə­nət­kar haq­qın­da "Kaf­kazsko­ye oboz­re­ni­ye" qə­ze­ti ya­zır­dı: "Onun çal­ğı­sı sə­lis, ar­tis­tik ba­xım­dan də­qiq­dir. Sə­nət­ka­rın ca­zi­bə qüv­və­si isə güc­lü­dür. Əgər Tif­lis­də­ki bəs­tə­kar­lar onun bu­ra­da ol­ma­sın­dan is­ti­fa­də edib Sa­dıq­dan Şərq mo­tiv­lə­ri­ni mə­nim­sə­sə idi, on­la­rın ye­ni bəs­tə­lə­ri üçün yax­şı ma­te­ri­a­la çev­ri­lə bi­lər­di".

Təd­qi­qat­çı­lar vur­ğu­la­yır ki, Mir­zə Sa­dıq ar­tıq özü­nün tar­zən­lik ba­ca­rı­ğı­nın ən yük­sək zir­və­sin­də ol­du­ğu­nu an­la­ya­raq cid­di-cəhdlə bu qə­dim alə­ti tək­mil­ləş­dir­mək və on­da çal­ğı ma­ne­ra­sı­nı də­yiş­dir­mək üçün yol­lar ax­tar­ma­ğa baş­la­yır. Onu na­haq ye­rə Mir­zə Sa­dıq, yə­ni alim Sa­dıq ad­lan­dır­ma­mış­lar. Sə­nət­ka­rın ana­li­tik ağ­lı bir ne­çə il­də hə­min işin də öh­də­sin­dən gəl­mə­si üçün ona im­kan ver­di. Sa­dıq­ca­na qə­dər ta­rı diz üs­tün­də ça­lır­dı­lar. O özü­nün vir­tu­oz ba­ca­rı­ğın­dan is­ti­fa­də edə­rək ilk də­fə ta­rı si­nə­si­nə qal­dır­dı. Mir­zə Sa­dıq həm­çi­nin ta­rın sim­lə­ri­ni ço­xal­da­raq, on­la­rın yer­ləş­mə­si­ni də­yiş­di. Bun­dan baş­qa o həm də ta­rın ça­naq qu­ru­lu­şu­nu də­yi­şə­rək, onun möh­kəm­li­yi­ni ar­tır­maq­la alə­tin ümu­mi çə­ki­si­ni azaltmış ol­du. Sa­dıq­ca­nın re­konstruk­si­ya­sı­na qə­dər ta­rın 5 si­mi var­dı. O, sim­lə­rin sa­yı­nı on bi­rə çat­dır­dı, ar­tıq ton­la­rı gö­tü­rüb tar­da cə­mi­si 17 ton sax­la­dı. Mu­si­qi­çi­lər bun­dan son­ra ye­ni­ləş­miş ta­rı "mö­cü­zə", Sa­dıq­ca­nı isə "ta­rın ata­sı" ad­lan­dır­ma­ğa baş­la­dı­lar. Sə­nət­ka­rın gə­tir­di­yi ye­ni­lik­lər tar ifa­çı­lı­ğı mə­də­niy­yə­ti­ni da­ha yük­sək sə­viy­yə­yə qal­dır­dı, onun səs­lən­mə­si­ni da­ha şi­rin və par­laq et­di.

Təd­qi­qat­çı­lar ya­zır ki, Mir­zə Sa­dıq həm də is­te­dad­lı bir bəs­tə­kar idi. O, "Or­ta Se­gah" və "Ba­ya­tı Şi­raz" mu­ğam­la­rı­na bir ne­çə rəng bəs­tə­lə­miş­di. Bu və di­gər mu­ğam­la­rın tər­ki­bi­nə da­xil ol­muş mu­si­qi pyes­lə­ri on­la­rın dol­ğun­laş­ma­sın­da mü­hüm rol oy­na­yıb. Mir­zə Sa­dıq həm də 1897-ci il­də Şu­şa­da di­ni "şə­beh" üs­lu­bun­da mu­si­qi­li "Ley­li və Məc­nun" ta­ma­şa­sı­nın qo­yul­ma­sın­da ya­xın­dan iş­ti­rak edib. Son­ra­lar Üze­yir Ha­cı­bə­yo­vun da yaz­dı­ğı ki­mi, hə­min ta­ma­şa da "şə­beh"lər ki­mi dün­ya­da bən­zə­ri ol­ma­yan Azər­bay­can mu­ğam ope­ra­sı­nın ya­ran­ma­sın­da əhə­miy­yə­ti olub. Elə bu­ra­da­ca qeyd olun­ma­lı­dır ki, XVII-XVIII əsrlər­də Azər­bay­can­da ol­muş Av­ro­pa səy­yah­la­rı xan sa­ray­la­rın­da be­lə ta­ma­şa­la­rı gör­dük­dən son­ra on­la­rın öz kom­po­zi­si­ya və qu­ru­lu­şu eti­ba­ri­lə Av­ro­pa ope­ra­la­rı­na bən­zə­di­yi­ni gös­tə­rib.

Təd­qi­qat­çı­lar ya­zır ki, onun Azər­bay­can mu­si­qi­si­nin in­ki­şaf ta­ri­xin­də­ki ro­lu əvə­ze­dil­məz­dir. Əf­ra­si­yab Bə­dəl­bəy­li sə­nət­kar haq­qın­da de­yir­di: "Əgər nə­zə­rə al­saq ki, mu­ğam­la­rın ifa­sın­da tar çal­ğı alət­lə­ri içə­ri­sin­də əsas­dır, on­da Mir­zə Sa­dı­qın ta­rı­nın son nə­ti­cə­də Azər­bay­can mu­si­qi sə­nə­ti­nin in­ki­şa­fın­da dö­nüş ya­rat­dı­ğı­nı inam­la de­mək olar. Mir­zə Sa­dıq­dan baş­la­ya­raq, Azər­bay­can mu­ğam­la­rı­nın ma­hiy­yə­ti, on­la­rın ifa­də va­si­tə­lə­ri, tə­sir gü­cü və ifa üsul­la­rı ye­ni bir mər­hə­lə­yə qal­xıb. Mir­zə Sa­dıq Azər­bay­can mu­si­qi­si ta­ri­xin­də ye­ni bir sə­hi­fə açıb".

Sa­dıq­can 1901-çi il­də Şu­şa­da təş­kil olun­muş Bi­rin­ci Şərq kon­ser­tin­də iş­ti­rak edir. Ora­da ilk də­fə tar­da "Ma­hur" mu­ğa­mı­nı tək, so­lo ifa edir. Üs­tün­dən bir il ke­çən­dən son­ra isə doğ­ma şə­hə­ri Şu­şa­da dün­ya­sı­nı də­yi­şir.

Gör­kəm­li mu­si­qi­şü­nas Fi­ru­din Şu­şinski tar­zən Sa­dıq­ca­na həsr et­di­yi ya­zı­sın­da qeyd edir­di ki, gənc Sa­dı­qın adı hər yan­da - Azər­bay­ca­nın bir çox şə­hər­lə­rin­də, hət­ta Gür­cüs­tan­da və İran­da Ha­cı Hü­sü, Mə­şə­di İsi, Keş­taz­lı Hə­şim, Mir­zə Mə­həm­məd, Hə­sən, Əb­dül­ba­qi (Bül­bül­can) və Cab­bar Qar­yağ­dı oğ­lu ki­mi gör­kəm­li xa­nən­də­lər­lə ya­na­şı çə­ki­lib: "Sa­dıq Cə­nu­bi Qaf­qaz xalqla­rı ara­sın­da bö­yük şöh­rət qa­zan­mış bir sə­nət­kar idi. Onun "Sa­dıq­can" ad­lan­ma­sı da bu şöh­rət və mə­həb­bət­lə əla­qə­dar­dır. Xalq rəs­sa­mı Lə­tif Kə­ri­mo­vun "Mu­si­qi lü­ğə­ti­nin iza­hı"na aid əl­yaz­ma­la­rın­dan mə­lum olur ki, XVIII  əsrdən eti­ba­rən Ya­xın Şərq öl­kə­lə­rin­də, o cüm­lə­dən Azər­bay­can­da xalq tə­rə­fin­dən yük­sək də­rə­cə­də se­vi­lən və qiy­mət­lən­di­ri­lən xa­nən­də və sa­zən­də­lə­rə "can" ki­mi yük­sək ad və ya­xud tə­xəl­lüs ve­ri­lər­di. Bu tə­rif­li adı qa­zan­maq şə­rə­fi Sa­dı­qa və məş­hur xa­nən­də­miz Əb­dül­ba­qi Zü­la­lo­va (Bül­bül­ca­na) mü­yəs­sər olub".

Sa­dıq­can Azər­bay­can mil­li mu­si­qi­sin­də mi­sil­siz rol oy­na­yan da­hi sə­nət­kar ki­mi ta­rix­də iz qo­yub. Ta­rı diz­dən si­nə üs­tü­nə qal­dı­ran Sa­dıq­can bö­yük bir azər­bay­can­lı ki­mi mil­li ide­o­lo­gi­ya­mı­za, mə­nə­vi də­yər­lə­ri­mi­zə mi­sil­siz xid­mət

gös­tə­rib. Ta­rix­də adı qa­lan sə­nət­kar Sa­dıq­can ne­çə əsr son­ra da xa­tır­la­na­caq. Çün­ki onun öm­rü tar­da da­vam edə­cək.

İra­də SA­RI­YE­VA

Bakı xəbər.- 2016.- 22 dekabr.- S.5