Tarixdə iz buraxanlar: Memar Sinan

Me­mar Si­nan tür­kə şə­rəf ve­rən, ca­ha­na isə yüz­lər­lə mə­də­niy­yət əsə­ri ba­ğış­la­yan bir sə­nət­kar-elm ada­mı ola­raq ta­ri­xə ke­çən bö­yük Os­man­lı me­ma­rı­dır. Qo­ca Si­nan de­yə də yad edi­lir. O, 1489-cu il­də Kay­se­ri­nin Ağır­nas kən­din­də ana­dan olub.

Ya­vuz Sul­tan Sə­lim xan za­ma­nın­da hər­bi təh­sil al­maq üçün İs­tan­bu­la ge­dib. Bu­ra­da yax­şı bir təh­sil al­dıq­dan son­ra gənc oğ­lan­lar ka­zar­ma­sı­na ve­ri­lib. Gənclər oca­ğı­na ye­ni ça­ğı­rı­lan­lar, çox cid­di bir əs­gər­lik təh­si­li ilə ya­na­şı, bö­yük in­san­lar ya­nın­da və gə­mi­lər­də əla­və xid­mət gös­tə­rər­di­lər. Be­lə­cə bu gənclər, əs­gər­lik xid­mə­ti ilə ya­na­şı, bir də bir məs­lək öy­rə­nər­di­lər. Me­mar Si­nan da bu­ra­da dül­gər­lik sə­nə­ti­ni öy­rə­nib.                      

Uzun il­lər son­ra 1533-cü il­də Qa­nu­ni Sul­tan Sü­ley­man İran sə­fə­rin­də or­du­su ilə Van gö­lü­nə gəl­dik­də Və­zir Lüt­fü pa­şa qar­şı sa­hi­lə keç­mək və düş­mə­ni nə­za­rət al­tı­na al­maq is­tə­di. Bu məq­səd­lə Si­na­nın iki həf­tə ki­mi qı­sa bir za­man­da üç ədəd gə­mi dü­zəl­dib ha­zır­la­ma­sın­dan çox ra­zı qa­lan Lüt­fü pa­şa gə­mi­lə­rin ida­rə­si­ni ona tap­şır­dı. Bö­yük eti­bar qa­za­nan Si­na­na İran sə­fə­rin­dən dön­dük­dən son­ra ye­ni­çə­ri oca­ğın­da eti­ba­rı yük­sək olan Ha­se­ki­lik rüt­bə­si ve­ril­di. Bu rüt­bə ilə Me­mar Si­nan 1537-ci il­də Kor­fu, Pul­ya və 1538-ci il­də Qa­ra Boq­dan sə­fər­lə­ri­nə qa­tıl­dı.

Boq­dan sə­fə­ri Me­mar Si­na­nın son sə­fə­ri ol­du. Or­du Prut ça­yı­nın sa­hi­li­nə gəl­dik­də or­du­nun bu ça­yı keç­mə­si üçün bir kör­pü­nün ti­kil­mə­si la­zım gəl­di. Ora­da tor­paq sü­rüş­kən ol­du­ğu­na gö­rə bu işi heç kəs öz üzə­ri­nə gö­tür­mə­di. Ye­nə Lüt­fü pa­şa­nın tək­li­fi ilə bu iş Si­na­na tap­şı­rıl­dı. Si­nan or­du­da­kı bü­tün me­mar və nəc­car­la­rı top­la­ya­raq on üç gün ər­zin­də kör­pü­nü ti­kib or­du­nun qar­şı tə­rə­fə keç­mə­si­ni tə­min et­di. Bu ha­di­sə­dən bir müd­dət son­ra Has­sa Baş me­ma­rı Acem Əli və Və­zi­ri-əzəm Ayaz pa­şa və­fat et­di. Ayaz pa­şa­nın tür­bə­si­ni tik­mək üçün ye­ni bir Baş me­mar tə­yin edil­mə­si la­zım idi. Lüt­fü pa­şa bu də­fə də Sul­ta­nın ya­nı­na ge­dib bu iş üçün ən uy­ğun olan ada­mın Si­nan ol­du­ğu­nu söy­lə­di. Be­lə­cə, 1538-ci il­də Si­nan Has­sa Baş me­ma­rı və­zi­fə­si­nə tə­yin edil­di.

Ol­du­ğu hər sə­fər­də gör­dü­yü bi­na və xa­ra­ba­lıq­lar­dan dərs alan Me­mar Si­nan Qər­bin və Şər­qin me­mar­lıq tər­zi­ni təd­qiq im­ka­nı əl­də edib. Bu iki üs­lu­bu bir­ləş­di­rə­rək ori­ji­nal əsər­lər ya­ra­dan Me­mar Si­na­nın Has­sa rəh­bər­li­yi­nə gə­ti­ril­mə­dən əv­vəl or­ta­ya qoy­du­ğu üç əsər çox diq­qət çə­ki­ci­dir. Bun­lar Hə­ləb­də ti­ki­lən Xos­ro­viy­yə qül­lə­si, Qəb­zə­də ti­ki­lən Ço­ban Mus­ta­fa qül­lə­si və İs­tan­bul­da Hür­rəm Sul­tan üçün ti­ki­lən tək qüb­bə­li bir ca­mi­dir. Bu qeyd et­dik­lə­ri­mi­zin ət­ra­fın­da hə­yət, məd­rə­sə, ha­mam, ima­rət və qo­naq evi ki­mi ti­ki­li­lər çox ahəngdar bir tərzdə yer­ləş­di­ri­lib.

Me­mar Si­na­nın Has­sa baş­qan­lı­ğı­na gə­ti­ril­dik­dən son­ra ya­rat­dı­ğı üç bö­yük əsər onun sə­nə­ti­nin qey­ri-adi in­ki­şa­fı­nı gös­tə­rən və onu yük­sək­lə­rə qal­dı­ran pil­lə­lər­dir. Bun­la­rın il­ki İs­tan­bul Şah­za­də­ba­şı ca­mi­si və ət­ra­fı­dır. Dörd ya­rım qüb­bə­nin or­ta­sın­da mər­kə­zi bir qüb­bə tər­zin­də in­şa edi­lən Şah­za­də­ba­şı ca­mi­si da­ha son­ra ti­ki­lən bü­tün ca­mi­lə­rə ta­ri­xi bir nü­mu­nə olub.

Sü­ley­ma­niy­yə ca­mi­si Me­mar Si­na­nın İs­tan­bul­da­kı ən möh­tə­şəm əsə­ri­dir. Öz sö­zü ilə de­sək, rüt­bə­li dö­nə­min­də ti­ki­lib. Sü­ley­ma­niy­yə ca­mi­si Me­mar Si­nan ya­ra­dı­cı­lı­ğı­nın zir­və­si­ni təş­kil edir. Me­mar Si­nan uzun il­lər ər­zin­də qa­zan­dı­ğı bi­lik və təc­rü­bə­lə­ri bu möh­tə­şəm sə­nət əsə­rin­də uğur­la hə­ya­ta ke­çi­rib. Ma­raq­lı­dır ki, Sü­ley­ma­niy­yə ca­mi­si­nin ti­ki­li­şi­nə baş­la­dı­ğı za­man Si­na­nın ya­şı 60-ı keç­miş­di.

Bu ca­mi­nin ti­kin­ti­si za­ma­nı Me­mar Si­nan elə sə­nət­kar­lıq mə­ha­rə­ti nü­ma­yiş et­di­rib ki, o döv­rün im­kan­la­rı ba­xı­mın­dan bu­nu an­caq mö­cü­zə ad­lan­dır­maq olar. İs­tan­bu­lun sim­vo­lu­na çev­ri­lən Sü­ley­ma­niy­yə ca­mi­si­nin iba­dət za­lı 275 ədəd iri çı­raq­la işıq­la­nır­dı. Çı­raq­lar­dan qal­xan tüs­tü di­var­la­rı his­lən­dir­mə­sin və na­maz qı­lan­la­ra əziy­yət ver­mə­sin de­yə, di­var­la­rın da­xi­lin­də dəh­liz­lər ya­ra­dıl­mış­dı. Bü­tün dəh­liz­lər ca­mi­nin or­ta qa­pı­sı üzə­rin­də in­şa edi­lən ki­çik bir ota­ğa açı­lır­dı. Çı­raq­la­rın hi­si-tüs­tü­sü bu ota­ğa gə­lir, bu­ra­da xü­su­si nəm­lən­dir­mə sis­te­mi va­si­tə­si­lə emal edi­lir və on­dan mü­rək­kəb ha­zır­la­nır­dı. Sü­ley­ma­niy­yə ca­mi­si­nin da­xi­li di­var­la­rı­nı bə­zə­yən bü­tün nə­fis ya­zı­lar, Mü­qəd­dəs Ki­ta­bı­mız Qu­ra­ni-Kə­ri­min ayə­lə­ri hə­min mü­rək­kəb­lə ya­zı­lıb.

Ca­mi­nin da­xi­lin­də mü­kəm­məl akus­ti­ka ef­fek­ti möv­cud­dur. De­yi­lən­lə­rə gö­rə, Me­mar Si­nan ti­kin­ti­nin daş iş­lə­ri­ni ba­şa çat­dır­dıq­dan son­ra ca­mi­nin içə­ri­si­nin və gün­bə­zin ti­kin­ti­si­ni xey­li yu­ba­dıb. Hət­ta ca­mi­nin müx­tə­lif gu­şə­lə­rin­də otu­rub ca­van­lar­la su­lu qəl­yan çə­kir­miş. Sul­tan bun­dan xə­bər tu­tub qə­zəb­li hal­da ti­kin­ti ye­ri­nə gə­lir və hə­qi­qə­tən Si­na­nın ca­mi­də qəl­yan çək­di­yi­ni gö­rür. Sə­bə­bi­ni so­ruş­duq­da me­mar izah edir ki, bu yol­la ca­mi­nin akus­ti­ka­sı­nı yox­la­yır. Ti­kin­ti­nin hər gu­şə­sin­də qəl­ya­nın gu­rul­tu sə­si­nin əks-sə­da­sı­nı din­lə­yən me­mar akus­ti­ka­nı güc­lən­dir­mək üçün han­sı va­si­tə­lər­dən is­ti­fa­də et­mək üzə­rin­də dü­şü­nür­müş.

Bu təc­rü­bə­lə­rin nə­ti­cə­si ola­raq, Me­mar Si­nan gün­bə­zin otu­ra­ca­ğı­na, daş­la­rın ara­sı­na 65 ədəd nə­həng sax­sı küp yer­ləş­di­rir. Məhz bu küp­lə­rin da­xi­li fə­za­sı­nın he­sa­bı­na ca­mi­nin hey­rə­ta­miz akus­ti­ka­sı qu­ru­lur. Bu gün də meh­rab qar­şı­sın­da Qu­ra­ni-Kə­rim oxu­yan şəx­sin sə­si ca­mi­nin hər bir gu­şə­sin­də ra­hat­lıq­la eşi­di­lir.

Me­mar Si­na­nın ən gö­zəl əsə­ri sək­sən ya­şın­da tik­dir­di­yi və onun "Us­ta­lıq əsə­rim" - de­yə təq­dim et­di­yi Ədir­nə­də­ki Sə­li­miy­yə ca­mi­si­dir. Sə­li­miy­yə ca­mi­si o za­man­kı Os­man­lı Sul­ta­nı II Sə­li­min əm­ri­lə Ədir­nə şə­hə­rin­də ti­ki­lib. Hün­dür­lü­yü 84 met­rə ça­tan 3 ey­van­lı mi­na­rə­lə­rin en kə­si­yi­nin qa­lın­lı­ğı cə­mi 3 metr 80 san­ti­metrdir. Bu­na gö­rə də be­lə ti­ki­lən mi­na­rə­lər sə­ma­nın bağ­rı­nı də­lən na­zik ox­la­ra bən­zə­yir. Mü­səl­man­lar hər za­man Uca Ya­ra­da­na olan sev­gi­lə­ri­lə, Ona iba­dət mə­ka­nı olan ca­mi­lə­ri gö­zəl bə­zə­mək uğ­run­da ya­rış­mış, bu­na bü­tün ba­ca­rıq­la­rı­nı sərf et­miş, iba­dət ocaq­la­rı­nı əsl sə­nət əsə­ri­nə çe­vir­miş­lər. Ən ya­ra­şıq­lı na­xış­la­ra, ən in­cə oy­ma­la­ra, ən gö­zəl ya­zı xət­lə­ri­nə məhz ca­mi di­var­la­rın­da rast gəl­mək olar.

Me­mar Si­nan me­mar­ba­şı ol­du­ğu müd­dət­cə bir-bi­rin­dən çox fərqli möv­zu­lar­la məş­ğul olur­du. Za­man-za­man köh­nə­lə­ri bər­pa edir­di. O bu möv­zu­da­kı ən bö­yük kəşf səy­lə­ri­ni Aya­sof­ya üçün sərf edib. 1573-cü il­də Aya­sof­ya­nın qüb­bə­si­ni bər­pa edə­rək ət­ra­fı­na əla­və di­var­lar tik­di­rib və əsə­rin bu­gü­nə­dək sağ­lam ola­raq qal­ma­sı­nı tə­min edib. Köh­nə əsər­lər­lə abi­də­lə­rin ya­xı­nın­da ti­ki­lən və on­la­rın gö­rü­nüş­lə­ri­ni po­zan zövqsüz ti­ki­li­lə­rin sö­kül­mə­si də ona aid­dir.

Me­mar Si­na­nın mü­hən­dis­lik qa­bi­liy­yə­ti onun in­şa et­dir­di­yi kör­pü­lər­də də par­laq şə­kil­də üzə çı­xıb. Tə­sa­dü­fi de­yil ki, in­şa­sı­na rəh­bər­lik et­di­yi Bö­yük­çək­mə­cə kör­pü­sü öz möh­tə­şəm­li­yi ilə yüz il­lər bo­yu in­san­la­rı hey­rə­tə sa­lıb. 636 metr uzun­lu­ğu olan bu kör­pü Me­mar Si­na­nın adı­çə­ki­lən sa­hə­də­ki şah əsə­ri he­sab edi­lir.

Me­mar Si­na­nın ma­hir mü­hən­dis ol­ma­sı­nı onun kör­pü­lə­rin və su kə­mər­lə­ri­nin in­şa­sın­da gös­tər­di­yi qey­ri-adi is­te­da­dı da sü­but edir. O, kör­pü və su kə­mər­lə­ri­nin çə­kil­mə­sin­də, ca­mi və tür­bə­lə­rin in­şa­sın­da ol­du­ğu ki­mi, o dövrdə­ki təc­rü­bə­dən ya­ra­dı­cı şə­kil­də is­ti­fa­də edə­rək on­la­rın əsa­sın­da ye­ni bir me­mar­lıq mək­tə­bi­nin əsa­sı­nı qo­yub.

O, İs­tan­bul kü­çə­lə­ri­nin ge­niş­li­yi, ev­lə­rin ti­ki­li­şi və ye­ral­tı ke­çid­lə­rin bağ­lan­ma­sı ilə or­ta­ya çı­xan yan­ğın təh­lü­kə­si­nə də diq­qət çə­kə­rək bu ba­rə­də fər­man nəşr et­di­rib. Me­mar Si­na­nın gü­nü­müz­də be­lə bir prob­lem olan İs­tan­bu­lun sə­ki­lə­ri ilə şəx­sən ma­raq­lan­ma­sı çox əhə­miy­yət­li­dir. Onun bu möv­zu­ya nə qə­dər əhə­miy­yət ver­mə­si İs­tan­bu­lun sə­ki­lə­ri üçün pul bu­rax­ma­sın­dan ay­dın olur.

Ey­ni za­man­da bir çox əsə­ri plan ha­lı­na gə­ti­rib in­şa­at­la­rı­nı ye­ri­nə ye­ti­rən Me­mar Si­nan bü­tün in­şa­at­la­rı­nın ən ki­çik iş­lə­ri­lə be­lə özü ma­raq­la­nıb. Bu da­hi in­san be­lə bö­yük və ta­ri­xi iş­lə­ri­lə heç za­man öyün­mə­yib. Bü­tün bu mü­vəf­fə­qiy­yət­lə­ri­lə bir­lik­də is­lam əx­la­qı ilə tər­bi­yə­lə­nən Me­mar Si­nan mü­tə­va­zi bir in­san idi. Onun mö­hü­rün­də olan "Əla­kır-ül-fa­kir Mi­mar Si­nan" ya­zı­sı bu de­dik­lə­ri­mi­zi is­bat edir.

Türk-is­lam dün­ya­sı­nın ye­tiş­dir­di­yi bu bö­yük in­san çox say­da ta­ri­xi əsər­lər or­ta­ya qo­yub, in­şa et­dir­di­yi bü­tün əsər­lə­rin­də özü­nə xas iz­lər bu­ra­xıb. Yüz ilə ya­xın fə­al bir hə­yat sü­rən bu da­hi şəx­siy­yə­tin əsər­lə­ri­nin sa­yı­nı Sai Mus­ta­fa Çə­lə­bi "Tez­ke­ret-ül-Əb­ni­ya" ad­lı ki­ta­bın­da 84 ca­mi, 52 məs­cid, 57 məd­rə­sə, 7 da­rül­kur­ra, 20 tür­bə, 17 ima­rət, 3 xəs­tə­xa­na, 5 su yo­lu, 8 kör­pü, 20 kar­van­sa­ra, 36 sa­ray, 8 an­bar və 47 ha­mam ol­maq­la, cə­mi 364 əsə­rin si­ya­hı­sı­nı ve­rib.

Bu ta­ri­xi şəx­siy­yə­tin əsər­lə­ri­nin bö­yük bir qis­mi İs­tan­bul şə­hə­rin­də­dir. Onun Os­man­lı öl­kə­sin­də dam­ğa­sı­nı vur­ma­dı­ğı heç bir künc be­lə yox­dur. 1588-ci il­də İs­tan­bul­da və­fat edən Me­mar Si­nan Sü­ley­ma­niy­yə ca­mi­si­nin ya­nın­da özü­nün tik­dir­di­yi mü­tə­va­zi bir tür­bə­də dəfn edi­lib.

Me­mar Si­na­nın Baş me­mar­lı­ğa gə­ti­ril­di­yi vaxtda Os­man­lı döv­lə­ti bir türk-is­lam döv­lə­ti ola­raq iq­ti­sa­diy­yat, əda­lət və so­si­al qu­ru­luş­la­rı ba­xı­mın­dan dün­ya­nın ən güc­lü döv­lə­ti idi. Be­lə qüd­rət­li bir döv­lə­tin güc­lü bir sə­nət­ka­rı olan Me­mar Si­nan da təx­mi­nən əl­li il­lik me­mar­lıq döv­rün­də öz üzə­ri­nə dü­şən və­zi­fə­ni qey­ri-adi ça­lış­qan­lıq, zövq və haq­qı ilə ye­ri­nə ye­ti­rib. Onun me­mar­lıq da­hi­li­yi ilə ya­na­şı, güc­lü təş­ki­lat­çı­lı­ğı da var idi. O gün­lər­də dün­ya­nın heç bir ye­rin­də gö­rül­mə­yən də­rə­cə­də me­mar­lıq sə­nə­ti­ni in­ki­şaf et­di­rən Me­mar Si­nan çox say­da in­ti­zam­lı və qa­bi­liy­yət­li tə­lə­bə­lər ye­tiş­di­rib.

Has­sa Baş me­mar­lı­ğı Si­nan­dan eti­ba­rən döv­lə­tin hər tə­rə­fin­də me­mar­lıq qeydlə­ri­ni apa­rıb. Me­mar Si­nan sa­ray­da me­mar­lı­ğın hər sa­hə­si­nə aid in­şa­at atel­ye­lə­ri qur­du­rub. Bu atel­ye­lə­rin fə­a­liy­yət­lə­ri­ni Si­nan şəx­sən özü nə­za­rət al­tın­da sax­la­yıb və on­la­rı sə­viy­yə­li bir şə­kil­də ida­rə et­di­rib. Bu atel­ye­lər­də Sul­ta­nəh­məd ca­mi­si­ni ti­kən Sə­dəf­kar Əh­məd Ağa və Da­vud Ağa ki­mi me­mar­lar ye­ti­şib.

Me­mar Si­nan hər me­mar­lıq əsə­ri­ni özü­nə xas bir bi­çim­də ələ al­maq, for­ma və konstruk­si­ya bə­ra­bər­li­yi­ni qur­maq, xa­ri­ci mə­kan və qu­ru­lu­şun da­xi­li mə­ka­na bü­tün­lük qa­zan­ma­sı­nı tə­min et­mək prin­sip­lə­ri­ni bun­dan dörd əsr əv­vəl öz əsər­lə­rin­də gös­tə­rib. Bu­na gö­rə də Me­mar Si­nan əsrlər əv­vəl or­ta­ya qoy­du­ğu sə­nə­ti ilə bir me­mar­lıq da­hi­si ola­raq

Bakı xəbər.- 2016.- 29 dekabr.- S.13

Fazil QARAOĞLU professor