Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bağbanın əkdiyi ağac fidan çağında əyri bitirsə, böyüyəndən sonra onu düzəltmək mümkünsüz olur. Odur ki, bağbanlar çalışır ki, əkib ərsəyə gətirdiyi ağaclar əyri bitməsin. İnsan da ağac kimidir, gərək düzgün istiqamətdə inkişaf etsin, əks halda, heç kəs üçün faydalı ola bilməz. Şifahi xalq ədəbiyyatında da, klassiklərimizin əsərlərində də uşaq və gənclərin hərtərəfli şəkildə tərbiyə olunması haqda bilgilər kifayət qədərdir.

Dahi Nizami Gəncəvi əsərlərində bir sıra məsələlərlə birgə uşaqların fiziki və mənəvi sağlamlığını önə çəkib. Digər klassiklərin əsərlərində də uşaqların təhsilli, tərbiyəli yetişdirilməsi ilə bağlı maraqlı məqamlar var. Fikir versək görərik ki, inkişaf etmiş uşaq və gənclərdən danışan klassiklər onları həm savadlı, bütün elmlərdən xəbərdar, ədəbli-mərifətli olduqlarını qeyd etməklə yanaşı, həm də idmanla, xüsusən də üzgüçülüklə, yay-oxu atmaqla məşğul olduqlarını, mahir at çapmağı bacardıqlarını yazır. Məsələ burasındadır ki, uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsinə hər zaman kompleks yanaşma olub. Azərbaycanda uşaqların və gənclərin hərtərəfli inkişafına hər zaman böyük önəm verilib. Bu da ondan irəli gəlir ki, valideynlər uşaqlarını həm fiziki, həm də mənəvi cəhətdən inkişaf etmişsağlam görmək istəyir. Sovet dövründən başlayaraq Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafına xüsusi əhəmiyyət verilib. Düzdür, sovet dönəmində uşaq və gənclərin fiziki və mənəvi inkişafına böyük diqqət ayrılsa da, yetişməkdə olan nəsil bolşevizm ideologiyasına xidmət etməli idi. Bununla belə, uşaq və gənclərin təhsilinə, tərbiyəsinə, onların uşaq və gənclər üçün olan yaradıcılıq klublarına, dərnəklərə, məşğələlərə getməsinə, müxtəlif sahələrdə bacarıqlarını üzə çıxarmasına şərait yaradılırdı. Azərbaycanın hər yerində uşaq və gənclər üçün yaradıcılıq evləri, idman dərnəkləri, şahmat klubları fəaliyyət göstərirdi. Təbii, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətimiz bu sahəyə daha böyük diqqət yetirdi. Fəxrlə deyə bilərik ki, hazırda dövlət səviyyəsində uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradılıb. Uşaq və gənclərin həyatını dəyişən, onlara hərtərəfli stimul olan qayğı siyasəti mövcuddur. Ətrafımızda kifayət qədər uşaq və gənclər varbiz gündəlik olaraq onlarla ünsiyyətdə oluruq. Bir neçə il əvvəllə müqayisədə indi qarşımızda çox inkişaf etmiş uşaqlar və gənclər var. Bu mübaliğəsiz belədir. Son dövrlərə qədər uşaq və gənclərin böyük bir qismi asudə vaxtını hara xərcləməli olduğunu bilmirdi, buna görə də günlərini daha çox internet klublara xərcləyirdi. Sevindirici haldır ki, axır zamanlar bu məsələdə nəzərəçarpacaq dərəcədə əhəmiyyətli olan uğurlar var. Uşaq və gənclərin böyük hissəsi idmanla məşğul olur, incəsənət təmayüllü müxtəlif kurslara, dərnəklərə gedir, musiqi məktəbində oxuyurlar. Bu da xoş haldır ki, indi uşaq və gənclər arasında teatrlara, kitabxanalara gedənlərin sırasında əhəmiyyətli dərəcədə artım var. Bu da faktdır ki, onlara bu şərait dövlət tərəfindən yaradılıb. Onu da bildirək ki, ölkəmizdə gənc nəslin mənəvi və fiziki inkişafına qayğının təməlini ümummilli lider Heydər Əliyev qoyub. Bir sıra unudulmaz işlər var ki, bunlar hamısı ulu öndərin adı ilə bağlıdır. Bu da məlumdur ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətləri də Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Sirr deyil ki, ortada kifayət qədər uğurlar, dəyərli nəticələr var. Gənclərin mənəvi, fiziki inkişafı ilə bağlı indiyə qədər bir sıra sənədlər qəbul edilib. Onlardan 2005-2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramını, hazırda həyata keçirilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramını qeyd edə bilərik. Adıçəkilən sənədlər çərçivəsində çox işlər görülüb və görülməkdədir. Uşaq və gənclərin fiziki tərbiyəsində dövlətin gördüyü işlər misilsizdir. Əvvəlcə onu deyək ki, hazırda ümumtəhsil orta məktəblərinin, eləcə də kollecali təhsil ocaqlarının əksəriyyətində tələb olunan avadanlıqlarla təchiz olunan idman zalları fəaliyyət göstərir. Bu zallarda uşaq və gənclər öz fiziki sağlamlığının qeydinə qalır. Bundan başqa, qəsəbələrin çoxunda ayrıca idman zalları, futbol meydançaları varbu məkanlarda da uşaq və gənclərin aktiv olduğunu müşahidə edirik. Bu gün fiziki inkişafla bağlı görülən tədbirlər sırasında idmanın inkişafına strateji yanaşma mövcuddur. Bu sahədə nəzərdən qaçmayan çox incə məqamlardan biri odur ki, gənclərin fiziki sağlamlığına yalnız paytaxtdairi şəhərlərdə deyil, bölgələrdə, ucqarlarda, əyalətlərdə də ciddi fikir verilir. Son illər Azərbaycanın ən ucqar rayonlarında belə ən müasir standartlara cavab verən idman zalları və qurğuları dövlətin maliyyəsi və dəstəyi hesabına vətəndaşların, əsasən də yeniyetmə və gənclərin istifadəsinə verilir. Bu az deyil. Bəlli olduğu kimi, bu qurğularda məşq edən uşaq, yeniyetmə və gənclər arasında xeyli sayda peşəkar idmana gələnlər var. Bakı ilə yanaşı, bölgələrdə də ən yeni idman texnologiyaları ilə təchiz edilən olimpiya kompleksləri tikilərək istifadəyə verilib. Bunun nəticəsidir ki, hazırda Azərbaycan beynəlxalq aləmdə, ən mötəbər yarışlarda əldə etdiyi idman uğurlarına görə idman ölkəsi olaraq tanınır. Bu da dövlətimizin böyük uğurlarındandır. İdman hər bir dövləti tanıdan, təbliğ edən bir sahədir. Qeyd etdiyimiz kimi, ölkəmizin də bu sahədə xeyli nailiyyəti var.

Azərbaycanda uşaq və gənclərin mənəvi-fiziki inkişafını təhlil edərkən görülən işlərə qol-qanad, rövnəq verən çoxlu sayda faktla üzləşirsən. Uşaqlardan, onların məşğuliyyətindən, əqli, mənəvi, fiziki inkişafından danışırıqsa, burada məktəbəqədər təhsil ocaqlarının, uşaq intellekt kurslarının fəaliyyətini də vurğulamalıyıq. Uşaq bağçalarının bir çoxunda uşaqların həm mənəvi, həm fiziki cəhətdən mükəmməl inkişaf etməsi üçün böyük şərait yaradılıb. Dövlət nəzarətində olan uşaq bağçaları təlim-tərbiyə vəsaitləri, qurğularla, hətta kompyüterlə, stolüstü elektron oyun vəsaiti ilə təmin edilib. Bu gün dövlət uşaq bağçalarına xüsusi diqqət yetirir. Bu da uşaqların ağıllı, tərbiyəli, vətənpərvər yetişməsinə təkan verir. Sözümüzün canı odur ki, artıq uşaq bağçaları özünü təsdiqləyir və dövlətin uşaqlarla bağlı siyasətinə dayaq dura bilir. Xüsusi istedadı olan uşaqlara dövlətin diqqət və qayğısı yüksəkdir. Bir çox hallarda belə uşaqların istedadı bağçada üzə çıxır, onları müəllimlər istiqamətləndirir. Sevindirici haldır ki, 4-5, 6-7 yaşlı uşaqlar musiqiyə, rəqsə, yüngül atletikaya- gimnastikaya böyük maraq göstərir. Bu gün ayrı-ayrı musiqi ocaqlarında, idman qurumlarında məşğul olan uşaqların sayı günü-gündən çoxalır. Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar hazırlanıb həyata keçirilir. Bu layihələrin məqsədi dövlətin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə almasına, vətənpərvər vətəndaş kimi yetişməsinə yönələn siyasətini yerinə yetirməkdir. Azərbaycan dövlətinin bəlli gənclər siyasəti varbu siyasətin də məqsədi, məramı aydındır. Gənclər siyasətinin əsas istiqamətlərindən danışarkən qeyd etməliyik ki, bu siyasət "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilib. Sənəddə gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı və digər əsas məsələlər yer alıb. Əlbəttə, bu kimi məsələlər gənclərə ciddi stimul verir.

Uşaq və gənclərin mənəvi və fiziki inkişafı haqda çox fikirlər söyləmək olar. Uşaqların, gənclərin bütün istiqamətlərdə sağlam yetişməsində mühitin də ayrıca yeri var. Sözsüz ki, yaşadığımız mühit kifayət qədər şəffaf olmalıdır ki, uşaq və gənclər özlərini tapsın. Bunun üçün də dövlət öz səylərini əsirgəmir, cəmiyyətin də bu mühüm məsələdə fəal olması arzuediləndir.

Uşaq və gənclərin mənəvi inkişafında əhəmiyyətli rol oynayan ştrixlərdən biriuşaq və gənclər arasında müntəzəm olaraq keçirilən intellektual bilik yarışlarıdır. Əsasən Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyininnazirliyin yerli qurumlarının təşkilatçılığı ilə təşkil olunan intellektual bilik yarışlarının məktəblilər arasında geniş vüsət alması təqdirəlayiqdir. Paytaxtdan kənarda fəaliyyət göstərən rayonlarda, kəndlərdə keçirilən bu yarışlar böyük maraq doğurur. Biz buna nümunə olaraq ənənəvi intellektual bilik yarışlarının adlarını qeyd etmək istəyirik. Mətbuatdan məlumdur ki, 2013-cü ildə Masallıda-Gənclər Mərkəzində Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Masallı Rayon Təhsil Şöbəsinin dəstəyi ilə 14-29 yaşlı yeniyetmə gənclər arasında "Nə, harda, nə zaman" intellektual bilik yarışı üzrə rayon turniri keçirilib. Onu da deyək ki, bu yarış yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilikelmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb. Regionlarda gənclər arasında intellektual bilik yarışının keçirilməsi ənənəsi özündə böyük məna daşıyır. Quba rayonunda 14-29 yaşlılar arasında İntellektual Bilik Yarışının keçirilməsi də bu qəbildəndir. Azərbaycan Televiziyasında və İctimai Televiziyada keçirilən intellektual bilik yarışlarında əsasən orta məktəblərin yuxarı sinif şagirdləri və ali məktəb tələbələri iştirak edir. Uşaq və gənclərin mənəvi inkişafında bu yarışların əhəmiyyəti danılmazdır. Demək istəyirik ki, həyat ağacımızın ən şirin meyvələri olan uşaq və gənclərimizin, övladlarımızın mənəvi və fiziki inkişafı naminə dövlət gərəyi olan hər bir işi görür. Əlbəttə, biz valideynlər də övladlarımızın doğru şəkildə yetişməsi, cəmiyyətə, dövlətə faydalı olması üçün onlara düzgün tərbiyə verməliyik. Dövlətin bu sahədə həyata keçirdiyi siyasət, gördüyü işlər uşaq və gəncləri işıqlı yollara, böyük uğurlara hazırlayır.

İradə SARIYEVA

Məqalə Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalistlər üçün keçirdiyi müsabiqəyə təqdim edilir.

Bakı xəbər.- 2016.- 1 iyul.- S.12