Hüquqidemokratik Azərbaycan Respublikasında

multikulturalizm siyasəti azərbaycançılıq...

 

I yazı

 

Dünyada insanları qayğılandıran məsələlər arasında insan hüquq və azadlıqları xüsusi yer tutur. Bir sıra ölkələrdə bu problemin mövcudluğu narahatlıq doğurur. Məlumdur ki, hazırda Avropa ölkələrində, Amerikanın özündə, Rusiya və digər dövlətlərdə milli zəmində ayrıseçkilik halları müşahidə olunur.

İnsan hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq qurumlar fəaliyyət göstərir, bu qurumlar da mümkün qədər insan hüquqlarını qorumağa çalışır. İnsan hüquqları əsasən o ölkələrdə pozulur ki, orada milli müxtəliflik mövcuddur. Elə dövlətlər də var ki, vətəndaşları bir-iki millətdən ibarətdir. Bu dövlətlərdə də insan hüquqlarının pozulması halları var. Məsələn, qonşu Ermənistan Respublikasında ermənilər və erməniləşmiş yezidi kürdlər (az sayda), erməniləşmiş yunanlar (az sayda) yaşayır. Bu ölkədə insan hüquqlarının, vətəndaşların heysiyyətinin tapdanması adi hal alıb. Burada insan hüquqları sahəsində ciddi böhran baş verir.

Bildiyimiz kimi, Azərbaycan çoxsaylı xalqların yaşadığı dövlətdir. Lakin, başqa ölkələrdən fərqli olaraq, bizim ölkədə qeyri-türklərin və qeyri-islam dini təmsilçilərinin hüquqları pozulmur, onlara heç bir məhdudiyyət qoyulmur.

AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aqil Əhmədov "Hüquqi-demokratik Azərbaycanda multikulturalizm siyasəti insan hüquqlarına göstərilən ali dəyərdir" elmi-tədqiqat məqaləsində bu məsələyə toxunub.

Hüquqi-demokratik respublika olan Azərbaycanda insan hüquqları sahəsində böhran deyil, çiçəklənmə mövcuddur desək yanılmarıq.

Aqil Əhmədov qeyd edir ki, insan hüquqlarının müdafiəsi kimi mühüm məsələlər demokratik tərəqqi yolunu tutmuş dövlətlərdə davamlı inkişafa ciddi dəstək ifadə etməkdədir: "Bu baxımdan, Azərbaycan Respublikasında vətəndaş hüquqlarının təmin olunması ilə paralel, insan hüquq və azadlıqlarının qorunmasına göstərilən yüksək münasibət beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşıldığını göstərir. Azərbaycanda insan hüquqlarının müdafiəsi məsələsi ölkədə yaşayan xalqlara münasibətdə daha qabarıq şəkildə özünü əks etdirir. Qədim dövlətçilik ənənələrinin mövcud olduğu Azərbaycanda həyatın müasir mərhələsində tolerant mühitin formalaşması və xalqlar arasında mehriban münasibətlərin hökm sürməsi həyata keçirilən stabil daxilixarici siyasətin nəticəsi olaraq meydana çıxır".

Tədqiqatçının fikrincə, stabil siyasət Azərbaycanda müxtəlif mədəniyyətlərə mənsub xalqların birgəyaşayışının təmin olunmasında əsas amillərdən birincisidir. Alimin bildirdiyinə görə, çoxkonfessiyalı dövlət olan Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişaf və tərəqqiyə nail olunmasında insan hüquqlarının yüksək səviyyədə müdafiəsi ilə yanaşı, bu siyasətin nəticəsi olaraq ölkə ərazisində yaşayan müxtəlif xalqların nümayəndələrinə göstərilən ehtiram sivilizasiyalararası dialoqun genişləndirilməsinin vacibliyinə diqqət çəkir: "Bu səbəbdən Azərbaycanda multikultural dəyərlərin inkişafı bilavasitə insan hüquqlarının müdafiəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Hazırda respublikada mövcud olan davamlı inkişaf, insan hüquqları və multikultural dəyərlərin təməlində düşünülmüş, praqmatik siyasət dayanır.

Azərbaycanda müasir dövlət quruculuğununmultikulturalizm siyasətinin müəllifi olmuş görkəmli dövlət xadimi Heydər Əliyev tarixən ölkədə yaşamış və hazırda yaşamaqda olan xalqların sosial-mədəni potensialını yüksək qiymətləndirib. Məhz ilk dəfə Heydər Əliyev tərəfindən Azərbaycanda mövcud olan çoxmədəniyyətli cəmiyyətə siyasihüquqi qiymət verilib. Bununla bağlı Heydər Əliyev çıxışlarının birində deyib: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq". Respublikanın çoxmilli tərkibi ölkənin müasir beynəlxalq münasibətlərə inteqrasiyasına müsbət təsir göstərir və tanınması baxımından əhəmiyyət kəsb edir. Bu səbəbdən qeyd etmək lazımdır ki, çoxkonfessiyalı milli sərvəti qoruyub saxlamaq hər bir Azərbaycan vətəndaşının borcudurbu məqam dövlətin həm siyasi, həm də mədəni baxımdan mühüm üstünlüyüdür.

Dövlətin mövcudluğu müəyyən sərhədlər, iqtisadi-coğrafi amillərlə bağlı olmaqla yanaşı, eyni zamanda ənənələrə də söykənir. Azərbaycan xalqının məskunlaşdığı və yayıldığı bu ərazidə tarixən yaratdığı çoxlu dövlətləri olub. Xalqımızın tarixdə özünəməxsus imzası var, yaratdığı dövlətlər Yaxın və Orta Şərqdə çox ciddi tarixi izlər qoyub. Dövlətçilik yaşadığımız tarixi dövrün reallıqları ilə tarixi keçmişimiz arasındakı əlaqələrin bərpa olunması və bunun hər bir formada insanlara çatdırılmasıdır. Dövlətçilik dedikdə ilk növbədə tarixdən bizə ötürülən, nəsillərə əxz etdiyimiz, qazandığımız həmin dövlət prinsiplərinin saxlanması, qorunması yada düşür. Xalq üçün birinci onun dövlətidir. Əgər dövlət yoxdursa, hansı ideologiya və prinsipdən danışmaq olar? (Qurbanlı M. "Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir", "Səs" qəzeti, nömrə 233, 12 dekabr 2009). Buradan aydın olur ki, tarixi dövlətçilik və mədəni ənənələrin qovuşduğu məkanlardan olan Azərbaycanda sivilizasiyalararası münasibətlərə ehtiramla yanaşılmış və eyni mövqe və siyasət müasir dövrdə daha sivil qaydalarda davamlı inkişafa nail olunması və insan hüquqlarına münasibətdə öz əksini tapıb".

A.Əhmədovun yazdığına görə, hazırda Azərbaycanda tolerant şəraitdə öz dillərini və mədəniyyətlərini yaşadan xalqlar sosial-iqtisadi, mədəni inkişafa töhfə verir, həmçinin, ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında onların səyləri müşahidə olunan vacib məqamlardandır.

Alim qeyd edir ki, Heydər Əliyevin Azərbaycanda təməlini qoyduğu davamlı inkişaf bugünkü gündə daha da yüksəlib və ayrıseçkilik edilmədən əhalinin bütün təbəqələrinin hüquqlarının qorunmasında dövlətin birmənalı dəstəyi səmərə verməkdədir: "Bu müdrik siyasətin Azərbaycanda layiqli davamçısı olan Prezident İlham Əliyevin 2016-cı ili ölkədə multikulturalizm ili elan etməsi beynəlxalq aləmin diqqətini çəkir, respublikaya göstərilən maraq artır və müxtəlif mədəniyyətlərə mənsub xalqların birgəyaşayışının mümkün olduğunu açıq şəkildə bəyan edir. Burada Prezident İlham Əliyevin ölkədə insan hüquq və azadlıqlarının qorunmasına göstərdiyi yüksək münasibət dövlətin təməl siyasi prioritetlərinin uğurla davam etdirildiyinimultikulturalizmin alternativinin olmadığını göstərmiş olur".

Azərbaycanda insan hüquqları və multikultural dəyərlərə münasibətin Heydər Əliyev mərhələsindən danışan A.Əhmədov vurğulayır ki, hüquqi-demokratik dövlət quruculuğu görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətində mühüm istiqamət təşkil edib: "Burada Heydər Əliyevin vətəndaş və insan hüquqlarının təmin olunması sahəsində verdiyi fərmanlar və digər qəbul olunan sənədlər ölkənin gələcək inkişafı üçün ciddi əsas yaradıb. Bu isə, öz növbəsində, Azərbaycanda stabil siyasi inkişafa gətirib çıxarıb. Azərbaycanda belə yüksək inkişafın bir təzahürü kimi, biz çoxkonfessiyalı cəmiyyətin, xalqlararası münasibətin təmin olunmasını daha yaxından müşahidə edirik.

1998-ci ilin 22 fevralında Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalayıb, burada insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilib. İnsan hüquqları sahəsində proqram rolunu oynayan bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılıb. Həmin ilin 18 iyun tarixində isə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunub. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" memorandum olub. Bu memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedurhesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirib (Hüseynova İ. "Heydər Əliyev və Azərbaycanda demokratik dövlət quruculuğu", "Dirçəliş XXI əsr" jurnalı, nömrə 133-134, 2009, s. 86-99). Göründüyü kimi, Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyinin ilk illərində insan və vətəndaş hüquqlarının müdafiə olunması kimi məsələlər əhəmiyyəti ilə seçilib. Qəbul olunan fərmanlarda göstərilən müddəalar Azərbaycan ərazisində yaşayan hər kəsə, bütün xalqların nümayəndələrinə şamil edilir və hazırda Prezident İlham Əliyevin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində imzaladığı Dövlət Proqramı məhz Heydər Əliyevin təməlini qoyduğu müdrik və sülhsevər siyasətin nəticəsi və ümumilikdə davamı olaraq genişlənməkdədir.

Beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək insan hüquqları sahəsində beynəlxalq sənədlərə qoşulan Azərbaycanda bu siyasətin vacib tərəflərindən biri kimi millidini zəmində mədəniyyətlərarası gərginliyin olmaması məhz Heydər Əliyevin müdrik siyasətinin uğurla davam etdirildiyini göstərməkdədir. Burada, həmçinin, BMT, İƏT, Aİ kimi nüfuzlu beynəlxalq təşkilat rəsmilərinin Azərbaycanda həyata keçirilən multikulturalizm dövlət siyasətinin inkişafını təqdir etdiklərini qeyd etmək lazımdır. UNESCO-nun baş direktoru, İƏT baş katibi, İSESCO-nun baş direktoruya Aİ rəsmiləri Bakıda keçirilən humanitar forumlarda yaxından iştirak etmiş, tədbirin insan hüquqları və multikulturalizmə həsr olunan bölmələrində Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərin beynəlxalq aləm üçün əhəmiyyətinə diqqət çəkmişlər. Beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan bununla dünyada sülh və əminamanlığın davamlı olması üçün bütün dövlətlərin mövcud sahədə aktiv siyasət yürütməsinin vacibliyini önə çəkib.

Burada Ermənistanın region üçün təhdidə çevrilən işğalçılıq siyasətinin insan hüquqlarına ciddi zərbə vurduğu göstərilməklə yanaşı, xalqların Qafqaz adlı ümumi evində multikultural dəyərlərin inkişafına da mənfi təsiri vurğulanıb. Hazırda Ermənistanın monoetnik ölkə kimi mədəni inkişaf səviyyəsinin tənəzzülə uğraması fikri heç bir Avropa liderində şübhə döğurmur. Bu səbəbdən multikultural dəyərlər və insan hüquqları bir-birini tamamlayır və hər ikisinin fəaliyyətində insan amili, dialoq və hörmət prinsipi əsas məqamlardandır".

 

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

Bakı Xəbər.- 2016.- 19 iyul.- S.15.