Genişmiqyaslı multikulturalizm tədbirləri azərbaycançılıq təbliğatının bir istiqaməti kimi...

I yazı

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı il ölkəmizdə "Multikulturalizm ili" elan edilib. 2016-cı il 11 yanvar tarixində isə "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında ölkə başçısı Sərəncam imzalayıb.

"2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər Planı"nda Azərbaycan multikulturalizmi modeli ilə bağlı ölkədaxili və xarici ölkələrdə keçiriləcək tədbirlərin siyahısı, planı yer alıb.

Burada elə mövzular var ki, onlarla bağlı il ərzində tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Tədbirlər Planında multikulturalizm siyasətinin hüquqi bazasını möhkəmləndirmək məqsədilə ayrıseçkiliyə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı mövcud normativ-hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, "Multikulturalizm" adlı xüsusi medalın təsis edilməsi məsələsinə baxılması, "Heydər Əliyev şəxsiyyəti multikulturaltolerant dəyərlər işığında" mövzusunda aliorta ixtisas təhsili müəssisələrinin tələbələri və müxtəlif dini qurumların üzvləri arasında intellektual müsabiqələrin təşkil olunması, "Azərbaycan multikulturalizmi modeli" adlı fənnin tədris edildiyi ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" kafedralarının açılması üçün lazımi metodik hazırlığın aparılması, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində "Multikulturalizmə giriş", magistratura səviyyəsində isə "Azərbaycan multikulturalizmi modeli" adlı fənlərin tədris proqramlarına daxil edilməsi, Azərbaycandakı Rus Pravoslav Kilsəsi tərəfindən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə (BBMM) bağışlanmış Qazax şəhərindəki Müqəddəs Nikolsk Pravoslav Kilsəsinin binasında "Multikulturalizm Muzeyi"nin yaradılması və muzeyin BBMM-in balansına verilməsi üçün zəruri sənədləşmə işlərinin görülməsi, Azərbaycanın müxtəlif bölgələrində məşğulluğu olmayan gənclərin peşəyönümlü kurslara cəlb edilməsi və bu kurslarda, həmçinin, multikultural məzmunlu fənlərin tədrisinin təmin edilməsi, Azərbaycan multikulturalizminin qaynaqları seriyasından olan "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları", "Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları", "Azərbaycan multikulturalizminin siyasihüquqi qaynaqları" kitablarının hazırlanıb nəşr etdirilməsi və təqdimatlarının keçirilməsi, "Azərbaycan multikulturalizmi" dərsliyinin hazırlanıb nəşr etdirilməsi, mədəni müxtəliflik, tolerantlıq və konfliktlərin həllində mədəniyyətlərarası dialoqun rolu, multikulturalizmin Azərbaycan modelidünya multikulturalizm modelləri mövzularında respublika və beynəlxalq miqyaslı elmi-nəzəri, elmi-praktik konfransların, seminarların, "dəyirmi masa"ların, mühazirələrin, ədəbi-bədii toplantıların keçirilməsi, Azərbaycan dövlətinin multikulturalizm siyasətinin dini təhsil müəssisələrində, dini icmalarda təbliği məqsədilə seminarların keçirilməsi, ölkə məktəbliləri arasında multikulturalizm mövzusunda rəsm müsabiqəsinin keçirilməsi, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna və "Multikulturalizm ili"nə həsr edilmiş təqdimatların və müzakirələrin təşkili (ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və gənclər təşkilatları üçün), orta ümumtəhsil və orta ixtisas təhsili müəssisələrində mədəniyyətlərarası kommunikasiya bacarıqları və bilgilərinə həsr olunmuş seminarların və "Azərbaycanda multikulturalizm" mövzusunda kütləvi mühazirələrin təşkili, multikulturalizm mövzusunda elmi-publisistik məqalə müsabiqələrinin keçirilməsi, məqalələr toplusundan ibarət kitabın nəşr etdirilməsi, "Multikulturalizm gənclərin gözü ilə" qısametrajlı film müsabiqəsinin təşkili və keçirilməsi, dövlət sifarişi ilə Cəlil Məmmədquluzadənin "Kamança", Qurban Səidin "Əli və Nino" əsərlərinin hazırlanıb tamaşaya qoyulması, teatrmusiqi kollektivlərinin azsaylı xalqların yaşadığı bölgələrə qastrol səfərlərinin təşkili, dövlət rəsm qalereyalarında "Multikulturalizm alternativsiz həyat tərzidir" devizi ilə rəsm sərgilərinin təşkili, "Azərbaycan-doğma diyar" devizi altında etnik qrupların V incəsənət festivalının bölgələrdə keçirilməsi, Azərbaycan Milli Kitabxanasında multikulturalizm üzrə kitab fondunun yaradılması və "Multikulturalizmkitab" mövzusunda konfransın keçirilməsi, "Beynəlxalq abidələr və tarixi yerlər günü" çərçivəsində Lahıc, Xınalıq və Kiş qoruqlarının ərazisində mədəniyyət festivallarının təşkili, "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda "Azərbaycan memarlığında dini tolerantlıq" mövzusunda konfransın və tolerantlığı əks etdirən Azərbaycan memarlıq abidələrinin fotosərgisinin keçirilməsi, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti nəzdində multikulturalizm problemləri üzrə institutlararası elmi-tədqiqat virtual mərkəzinin təsis edilməsi, Fəlsəfə və Hüquq İnstitutunun nəzdində isə "Multikulturalizm" şöbəsinin yaradılması, "Multikulturalizm ili - 2016: nailiyyətlər və perspektivlər" mövzusunda ilin yekununa həsr olunmuş respublika konfransının və ədəbi-bədii tədbirin təşkili, Azərbaycan multikulturalizmi modeli ilə bağlı beynəlxalq tədbirlər, Bakı Slavyan Universitetində "Ulu öndər Heydər Əliyev irsində multikulturaltolerant dəyərlər" mövzusunda ənənəvi beynəlxalq konfransın keçirilməsi, "Azərbaycan multikulturalizmi modeli" adlı fənnin tədris edildiyi yerlixarici tələbələr üçün Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinin təşkili, Azərbaycan multikulturalizminin tarixini öyrənmək istiqamətində Qafqaz Albaniyası ilə bağlı "Alban Apostol kilsəsi: dünənimiz və bu günümüz" mövzusunda beynəlxalq konfransın keçirilməsi, V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Səmavi dinlərin tarixi" layihəsinin I hissəsinə (İudaizm) aid sərginin təşkili, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində multikulturalizm mövzusunda sessiyanın təşkili və "Sivilizasiya" kitabının təqdimatının keçirilməsi, "Multikultural cəmiyyət və turizm" mövzusunda Ümumdünya Turizm Təşkilatı ilə birlikdə konfransın təşkili, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkələrdə filiallarının açılması istiqamətində zəruri mənəvi dəstəyin göstərilməsi, xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi modeli" adlı fənnin tədrisinin davamı üçün müvafiq tədbirlərin görülməsi, xarici ölkələrdə işğal altında olan Azərbaycan ərazilərində tarixi-dini və mədəniyyət nümunələrinə qarşı erməni vandalizmini əks etdirən sərgilərin təşkili, İran İslam Respublikasının Təbriz şəhərində "Radikalizmlə mübarizədə islam həmrəyliyi" devizi altında "Azərbaycan - islam mədəniyyətinin incisi" adlı fotosərginin təşkili, Amerika Birləşmiş Ştatlarında yəhudi icmalarının iştirakı ilə "Dinlərarası qarşılıqlı anlaşma: birgəyaşayışın modelləri" mövzusunda "dəyirmi masa"nın və "Azərbaycan - tolerantlıq diyarı" mövzusunda fotosərginin keçirilməsi, Böyük Britaniyada "Multikulturalizmin Azərbaycan modeli: Avropa üçün yeni nümunə" adlı beynəlxalq konfransın və eyni mövzuda fotosərginin təşkil edilməsi, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə "Dini tolerantlığın qorunması və radikalizmlə mübarizədə dünya birliyinə Azərbaycanın dəstəyi" devizi altında "Azərbaycan - islam mədəniyyətinin incisi" adlı fotosərginin keçirilməsi, Avropa Şurasının Şimal-Cənub Mərkəzi ilə birlikdə Lissabon şəhərində "Avropada dini tolerantlıq və birgəyaşayış təcrübəsi: Azərbaycan modeli" mövzusunda beynəlxalq konfransın və "Azərbaycan - tolerantlıq diyarı" adlı sərginin keçirilməsi, "Multikulturalizm" adlı jurnalın nəşri və bölgələrdə yayımının təşkili, "Multikulturalizm ensiklopediyası"nın hazırlanması, Azərbaycan və dünya multikulturalizminin təbliği ilə bağlı televiziyaradio proqramlarının hazırlanması, "Azərbaycan multikulturalizmi" elektron kitabxanasının və veb saytının yaradılması, Ölkənin multikultural dəyərlərini təbliğ edən "Kultura Plyus" internet televiziyasının maddi-texniki bazasının gücləndirilməsi və peyk yayımına keçirilməsi məsələsinə baxılması, Azərbaycanda yaşayan azsaylı xalqların musiqi yaradıcılığından ibarət CD-lərin buraxılması, onların məişət və adət-ənənələrinə aid sənədli filmin xarici dillərdə hazırlanması və fotokataloqun nəşri, "Multikulturalizm ili" mövzusunda sosial çarxın çəkilməsi və yayımının təşkili, "Bakı - üç dinin şəhəri" adlı sənədli filmin istehsalının başa çatdırılması və təqdimatının keçirilməsi, "Bakı prosesi" qlobal multikulturalizmə töhfədir" beynəlxalq foto və məqalə müsabiqəsinin və sənədli filmin hazırlanması (Azərbaycan və ingilis dillərində), BMT Baş Qərargahında BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yekunlarının təqdimatı məsələləri yer alıb. Qeyd edək ki, Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin bir neçəsi keçirilibortada da kifayət qədər ciddi nəticələr var.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin "Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyllər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik. Beləliklə, bu il Azərbaycanda "Multikulturalizm ili" elan olunur" - fikri dünyaya göndərilən mesajdır.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsini təqdir edirmövcud Tədbirlər Planında əks olunan mövzuların aktual olduğunu "Dəqiq ideoloji hədəf" məqaləsində qeyd edir: "...Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini öz həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verib. Məhz buna görə Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi heç də təsadüfi deyilbunun dərin tarixi kökləri var. Nəzərə alsaq ki, müasir anlayışda multikulturalizm tolerantlığın aspektlərindən biri kimi müxtəlif mədəniyyətlərin paralel mövcudiyyəti olaraq onların bir-birinə nüfuz etməsini və bu prosesdən qarşılıqlı zənginləşməsini nəzərdə tutur, tam qətiyyətlə demək olar ki, dövlət başçısının qərarı dünyada baş verən mürəkkəb hadisələrə, irqi, dinimilli zəmində olan qarşıdurmalara Azərbaycanın layiqli cavabıdır.

Dünyanın aparıcı sosioloqlarının qənaətinə görə, multikulturalizm ideyası əsasən iqtisadi cəhətdən inkişaf etmişmüasir problemlərlə üzləşən Qərb ölkələrində irəli sürülür və hazırda Avropada baş verən hadisələr bir daha onu göstərir ki, qitənin alimləri baş verənlərə elmi nəzərdən olduqca düzgün qiymət versələr də, dövlətlərin və cəmiyyətlərin özləri nə tarixin çağırışlarına adekvat cavab verə bilir, nə də yetişdirdikləri alimlərin fikirləri ilə razılaşır. Bu baxımdan Azərbaycan unikal təcrübə toplayıb və xalqımız bu təcrübəni "multikulturalizm" sözünün ərsəyə gəlməsindən əsrlər öncə əldə edib. Bu fikri əsaslandırmaq üçün XIX əsrdə Rusiya Elmlər Akademiyası nəzdində Adolf Berjenin başçılığı altında fəaliyyət göstərmiş Qafqaz Arxeoloji Ekspedisiyasının materiallarına nəzər salmağımız kifayət edər. Ekspedisiyanın dərc etdiyi statistik məlumatlardan bəlli olur ki, XIX əsrin ortalarında Bakı əhali baxımdan kiçik, milli baxımdan isə, demək olar ki, monoetnik şəhər idi...".

A.Əlizadə qeyd edir ki, XIX əsrin sonunda Abşeronda neft istehsalının əsaslı artması, Bakı neftinin dünya bazarına çıxması, burada sənaye sahələrinin inkişafı, zavodların, fabriklərin, bankların açılması, Bakı-Tiflis dəmir yolunun salınması ilə yanaşı, xaricdən külli miqdarda işçi qüvvəsinin idxalına səbəb oldu.

Akademikin bildirdiyinə görə, həmin illərdə nəinki qonşu İranın və Rusiyanın ayrı-ayrı bölgələrindən, həmçinin, Avropanın müxtəlif ölkələrindən Bakıya axışan insanlar burada təkcə yerləri tapmadılar, onlar Xəzərin sahilində özlərinin ikinci vətənini əldə etdilər. Maraqlısı də ondadır ki, yəhudilərin məskunlaşdığı ölkələrdə onlar əksər hallarda gettolarda - ayrılmış xüsusi məhəllələrdə yaşayıb, bu günün özündə də yaşadıqları halda, Bakıda millidini müstəvidə bu kimi ayrıseçkilik heç bir vaxt olmayıb.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 13 iyul.- S. 15.