Milli şücaət tariximiz - parlaq azərbaycançılıq nümunələri...

Faşizm üzərində qələbənin 71-ci ildönümü respublikamızda qeyd edildi və ölkə başçısı İlham Əliyev İkinci Dünya Müharibəsi iştirakçıları, veteranlarla görüşüb, onları Qələbə bayramı münasibətilə təbrik etdi. Sevindirici haldır ki, 9 May - Faşizm üzərində Qələbə günü respublikamızda bayram edilir və müharibə iştirakçılarına, arxa cəbhədə çalışanlara, veteranların həyat yoldaşlarına ölkə başçısının sərəncamı ilə birdəfəlik maddi yardım göstərilir.

Bu da müharibənin od-alovunu görmüş yaşlı insanların həyatını davam etməsinə böyük stimul verir.

II Dünya Müharibəsində Azərbaycan oğul və qızlarının qəhrəmanlığı yüzillər sonra da danışılacaq. Bilirik ki, müharibə dövründə azərbaycanlı partizanların xidmətləri olduqca böyük olub. Onlar faşizmə qarşı mübarizədə hər zaman ön sırada idi. Azərbaycanın adını uca tutan vətən övladları ulu babalarının qəhrəmanlıq ənənəsinə sadiq qalaraq düşmənə amansız olub.

Bilirik ki, azərbaycanlı partizanlar müxtəlif ölkələrdə fəaliyyət göstərən müqavimət hərəkatlarına qoşulubfaşizmin kökünün kəsilməsində önəmli rol oynayıb.

Mehdi Hüseynzadə, Mirdamət Seyidov, Cavad Həkimli, Mikayıl Qulubəyov, Əhmədiyyə Cəbrayılov və başqa qəhrəmanlar İtaliya, Yuqoslaviya, Fransa, Belarus, Krım, eləcə də digər cəbhələrdə şərəfli döyüş yolu keçib. Sovet İttifaqı qəhrəmanı, azərbaycanlı partizan, kəşfiyyatçı Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub. 1932-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub, 1936-cı ildə oranı bitirib. 1937-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil alıb. Tədqiqatçıların yazdığına görə, 1940-cı ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini davam etdirib.

Tədqiqatçılar yazır ki, Böyük Vətən Müharibəsi başlandıqdan sonra, 1941-ci ilin avqustunda Mehdi orduya çağırılıb, 1942-ci ildə Tiflis hərbi piyada məktəbini bitirdikdən sonra cəbhəyə yollanıb. Minomyot taqımının komandiri kimi Stalinqrad döyüşündə iştirak edib, 1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq almanlara əsir düşüb. Almaniyaya göndərilən Mehdi Berlində üçaylıq tərcüməçi kurslarında iştirak edibalman dilini öyrənib.

1943-cü ilin sonlarında Mehdi bir dəstə azərbaycanlı əsirlə faşist əsarətindən qaçıb, Yuqoslaviyaİtaliya partizanlarına qoşulub. Mehdi Qradnik adına 31-ci diviziyanın 9-cu qarışıq italyan-yuqoslav körpüsü qərargahının xüsusi təxribat-kəşfiyyat dəstəsini yaratmışdı. Mehdi hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzir, partizanlara lazım olan kəşfiyyat xəbərlərini toplayırdı. Faşistlər filmə baxarkən Mixaylo öz cəsur kəşfiyyatçı dəstəsi ilə birlikdə Opçina kinoteatrının binasını partlatmışdı. Bu əməliyyat zamanı 80 nəfər faşist məhv olmuş, 110 nəfərdən çoxu ağır yaralanmışdı. Bundan bir az sonra Mixaylonun rəhbərlik etdiyi dəstə Triestdə alman hərbi xidmətçilərinin aşxanasını partlatmışdı ki, bunun nəticəsində də 100-dən çox alman zabiti ölmüş və yaralanmışdı. Mixaylo faşistlərə xidmət edən "Il Pikkolo" qəzeti redaksiyasını və mətbəəsini, Qaritsa yaxınlığında faşistlərin 200 ton benzinlə dolu anbarını partlatmış, Qaritsa şəhərində faşist bankını talayaraq partizan dəstəsinə bir milyon manat pul gətirmişdi.

Tarixçilər yazır ki, Mixaylonun qəhrəmanlığı bununla bitmir. O onlarca dəmir və şosse yolları körpüsünü, çoxlu faşist avtomaşınını partladıb. Şimali İtaliyanın Udinese şəhərində 700 nəfər yerli partizansovet əsirini əsarətdən qurtarıb. Yeni qərargahın göstərişinə əsasən, Mixaylo alman hərbi texniki paltarında təkbaşına faşist təyyarə meydanına gəlib bir neçə hərbi təyyarəni mina vasitəsilə dağıdıb.

1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə partizan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən faşist keşikçiləri ilə üz-üzə gəlib. Qəhrəman döyüşçü xeyli faşist öldürür. Lakin döyüşərkən ağır yaralanır. İgid partizan çoxlu qan itirərək həlak olur. Mixaylonun ölüm xəbəri bütün Adriatik sahilinə yayılmışdı. Çepovani kəndində qəhrəmanın başdaşı üzərinə aşağıdakı sözlər həkk olunub: "Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaq".

Qeyd edək ki, 1957-ci il aprelin 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətən Müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadəyə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Məlumdur ki, Azərbaycan yazıçıları İmran Qasımov və Həsən Seyidbəyli "Uzaq sahillərdə" povestində Mehdi Hüseynzadənin bədii surətini yaratmışlar. Hər iki müəllifin ssenarisi əsasında çəkilmiş "Uzaq sahillərdə" bədii filmi isə Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edir.

Sloveniyalı yazıçı Peter Amalietti Mehdi Hüseynzadəyə həsr edilmiş "Mixaylonun təkbaşına qisası" ("Jeden za vse Mihajlovo Mascevanje") ikicildlik romanını yaradıb.

2013-cü ildə Azərbaycan Hərb Tarixi Muzeyində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə "Təxəllüsü Mixaylo" və "9-cu korpus" sənədli filmləri nümayiş olunub.

İkinci Dünya Müharibəsinin iştirakçısı, müharibə veteranı Cavad Həkimlinin də fəaliyyətini unutmamalıyıq. Tədqiqatçıların yazdığına görə, Cavad Ataxəlil oğlu Həkimli 1914-cü il oktyabr ayının 28-də Noyemberyan rayonunun Ləmbəli kəndində anadan olub. 1936-cı ildə sovet ordusunda xidmətə başlayıb, 1938-ci ildə Tiflis Ali Hərbi Məktəbini bitirib. Taqım komandiri, bölük komandirinin müavini, batalyon qərargahının rəisi olub. Tədqiqatçıların yazdığına görə, 1941-42-ci illərdə Krımda gedən döyüşlərdə iştirak edib. 1942-ci ilin mayında ağır yaralanaraq əsir alınıb. Almaniya, İtaliya və Yuqoslaviyanın hərbi əsirlər düşərgəsində saxlanıb. Tədqiqatçıların verdiyi məlumata görə, düşərgədəki əsirlərin içərisində Cavad bir nəfər azərbaycanlı ilə tanış olur. Bu, digərlərindən xarakterinə, xasiyyətinə, davranışına, hərəkətlərinə, zarafatçıllığına görə xüsusi seçilən və sonradan əfsanələşən qəhrəman Mixaylo-Mehdi Hüseynzadə idi. Onlar bir-birinə "əmioğlu" deyə müraciət etməyə başlayıb və getdikcə həqiqi dosta çevrilib.

II Dünya Müharibəsinin iştirakçısı, əfsanəvi partizan Mehdi Hüseynzadənin komandiri, 162-ci "Türküstan" diviziyasının legioneri, İtaliyaYuqoslaviya azadlıq hərəkatının qəhrəmanı, "Ruskaya Çeta" bölüyünün rəhbəri, kapitan Cavad Həkimli 27 fevral 2006-cı ildə vəfat edib.

Əfsanəvi qəhrəmanlarımızdan biri Əhmədiyyə Cəbrayılovun fəaliyyəti də yaddançıxmazdır. Tədqiqatçılar yazır ki, Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov 22 sentyabr 1920-ci ildə doğulub. 11 oktyabr 1994-cü ildə isə vəfat edib. Məlumdur ki, Əhmədiyyə Cəbrayılov İkinci Dünya Müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri kimi bu gün də xatırlanır.

1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olan Ə.Cəbrayılov İkinci Dünya Müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Xarqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Fransanın orden və medalları ilə, o cümlədən "Hərbi medal"la təltif olunub. O, 1935-ci ildə Şəkidə Kənd Təsərrüfatı Texnikumunun Zootexnikaaqronomiya fakültəsinə daxil olur. 1938-ci ildə buranı aqronom ixtisası üzrə bitirir və növbəti illərdə Quba-Qusar-Xaçmaz-Dəvəçi-Yalama rayonları zonasında ipəkçi kimi işləyir. 1940-cı ildə Kommunist Partiyasına daxil olur. Böyük Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. Orconikidze diyarının Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq keçir. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alaraq Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bombardmançı eskadrilyasına, texniki xidmət sahəsinə təyin olunur. 1942-ci ilin aprelində Ukraynanın Donbas şəhərinə göndərilir və orada 350-ci alayın siyasi rəhbərinin köməkçisi təyin olunur. Bu alayın tərkibində o, Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edir, baş leytenant rütbəsi alır.

Tədqiqatçılar yazır ki, 1942-ci ilin aprelya may ayında onun təyyarəsi Kursk ətrafında vurulur. İzyum çayının yaxınlığında ağır yaralanır və almanlara əsir düşür, BarvinkaLvov yaxınlığındakı həbs düşərgələrinə göndərilir. Bir düşərgədən başqa düşərgəyə keçid 3 ay davam edir. Hər gün piyada təxminən 60 km yol qət olunurdu. 1943-cü ildə Daxau həbs düşərgəsinə göndərilir və birinci dəfə qaçmağa cəhd edir. Bıçaqla silahlanaraq özünü sərxoşluğa vurur, gecənin qaranlığından istifadə edərək gözətçiyə yaxınlaşır və boğazını kəsmək istəyir. Cəhd baş tutmur və nəticədə almanlar tərəfindən Fransanın cənubunda, Tuluza şəhəri yaxınlığındakı Montoban həbs düşərgəsinə göndərilir. Burada o, 4167 nömrəli əsir idi. Bu həbsxanada o, vərəm xəstəliyinə tutulur. 1943-cü ildə həbsxana komendantının qulluqçusu madam Jannanın köməyi ilə fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün tabutda gizlənmiş Əhmədiyyəni xilas edərək Jannanın evindəki zirzəmiyə gətirir. Sağaldıqdan sonra Əhmədiyyə faşistlərdən qisas almaq üçün qəti qərara gəlir və özünü buna hazır hesab edir. Fransız dilini öyrənir, madam Jannanın sayəsində onun vətənpərvər dostları və partizan hərəkatları ilə əlaqəyə girir, müqavimət hərəkatında kapitan Delplankın (ləqəbi "Düma") rəhbərlik etdiyi TarnQaron departamentlərindəki 4-cü eskadronun üzvü olur. Əhmədiyyə Cəbrayılovun gizli fəaliyyət ləqəbləri "Xarqo", "Fraji", "Qoçaq", "Ryus Armed" və s. olub. İşğalçı alman hakimiyyət orqanları onun başına 10 min alman markası mükafat təyin etmişlər.

1944-cü il 22 mayda Əhmədiyyəni əvvəlcə Kaberta partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna keçirirlər, Əhmədiyyə bu dəstənin TarnQaronun azad edilməsi uğrunda apardığı bütün döyüşlərdə iştirak edir. 1944-cü il 19 avqustda Montobanın azad edilməsi və buna qədərki digər əməliyyatlara qatılır.

20 avqustda azad edilmiş Parisdə general Şarl de Qoll Əhmədiyyə Cəbrayılovla görüşür. Bu görüşü fotoşəkil təsdiq edir, həmin dövrdə Fransa müvəqqəti hökumətinin prezidenti olan Şarl de Qollun iştirak etdiyi banketdə Əhmədiyyəni görmək olar. 28 avqustda Əhmədiyyə Montobanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və Elzasdakı döyüşlərdə iştirak edir. 1945-ci il 1 martda o, 3-cü briqadanın 4-cü eskadronuna daxil olur. Bir sıra tapşırıqlarla yanaşı, Əhmədiyyə Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrinə apararaq işlətməsinə mane olub. Həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız uşağı xilas edən zaman yaralanmış və alman zabiti formasında olduğu üçün bir müddət alman hərbi qospitalında müalicə alıb. Müalicəsi bitdikdən sonra Albi şəhərinə hərbi komendant təyin olunub. Bir müddət alman zabiti kimliyində partizanlara çox əhəmiyyətli məlumatlar ötürüb. Daha sonra bütün komendatura zabitlərini əsir götürərək partizanlara təhvil verib. O, körpüləri sıradan çıxarır, alman anbarlarını və faşist zabitlərinin yaşadıqları evləri yandırırdı. Onun başçılığı altında Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança bağışlayır.

16 martda o, 3-cü briqadadan tərxis olunur. 1945-ci ilin mayında Birinci Fransız Ordusunun tərkibində yenidən Vozj Elzasdakı döyüşlərə qatılır.

Tədqiqatçılar yazır ki, Əhmədiyyə Cəbrayılovun ev-muzeyində onun Fransada aldığı mükafatlar saxlanır. Tədqiqatçılar qeyd edir ki, 1946-cı ildə Əhmədiyyə qəti qərara gəlir ki, vətəninə qayıtsın. Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirir və o, ölkənin medal və ordenləri ilə təltif olunur, o cümlədən şəxsi igidliyə görə "hərbi medal"la (bu medal sıravi əsgərə hərbi paradda generaldan irəlidə addımlamaq hüququ verir) mükafatlandırılır. Tədqiqatçıların yazdığına görə, 25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə SSRİ-yə qayıdır. Burada o, vətən xaini kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır.

Tədqiqatçılar yazır ki, 1947-ci ildə Sürəyya xanımla ailə qurur, 1948-1962-ci illərdə bu nikahdan 7 uşaq dünyaya gəlir. 1964-cü ildə Kirovabad (Gəncə) Kənd Təsərrüfatı İnstitutunda yarımçıq qalmış təhsilini davam etdirir.

1966-cı ildə Fransa prezidenti Şarl de Qoll SSRİ-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirmişo, Moskvaya çağırılıb. 1968-ci ildə sovet hökuməti tərəfindən "vətən xaini" adı onun üstündən götürülür və bəraət verilir. 1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurduqdan sonra Şəki rayonu Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunur. 1972, 1975, 1982-ci illərdə döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə icazə verilir. O, Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə gedir, həmçinin Paris, Bordo, Strasburq, Lion, Dijon və Marseldə olur, keçmiş döyüş yoldaşları ilə görüşür. 1975-ci ildəki səfəri zamanı o, Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul edilirona bu görüşdən xatirə medalı təqdim edilir. 1976-cı ildə müharibədəki iştirakına görə "Oktyabr İnqilabı Ordeni" ilə təltif olunur. 1977-ci ildə TarnQaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Rene Şambar SSRİ-yə gəlir və Əhmədiyyə Cəbrayılovla görüşür. 1986-cı ildə Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülür- "Müharibə Xaçı", "Hərbi şücaət xaçı", "Fransa Müqavimət Hərəkatı medalı", "İgidliyə görə" medal, "Yaralanmağa görə" medal. 1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunur. 1994-cü il 6 yanvarda Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət Hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim edir.

Faşizmə qarşı mübarizədə kəşfiyyatçı, partizan kimi iştirak edən və düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan övladlarının bir neçəsi barədə danışdıq. Onların Azərbaycan adını ucaltdığı, bu adla qürur duyduğu məlumdur. Azərbaycan öz qəhrəman övladlarını unutmur!

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 18 may.- S.15