Azərbaycan rəssamlarının əsərləri Tretyakov Qalereyasında...

"Rəs­sam­la­rı­mı­zın əsər­lə­ri­nin xa­ric­də sər­gi­lə­ri­nin ke­çi­ril­mə­si Azər­bay­can in­cə­sə­nə­ti­nə ve­ri­lən müs­bət töh­fə­dir"Əf­sa­nə Hə­bib: "Moskva­da, Ru­si­ya Döv­lət Tret­ya­kov Qa­le­re­ya­sın­da "Ab­şe­ron ul­duz­la­rı. 1960-1980-ci il­lə­rin Azər­bay­can rəs­sam­la­rı" ad­lı sər­gi mə­də­niy­yə­ti­mi­zin dün­ya­ya in­teq­ra­si­ya­sı ba­xı­mın­dan çox əhə­miy­yət­li­dir"

Xə­bər ve­ril­di­yi ki­mi, no­yab­rın 15-də Moskva­da, Ru­si­ya Döv­lət Tret­ya­kov Qa­le­re­ya­sın­da "Ab­şe­ron ul­duz­la­rı. 1960-1980-ci il­lə­rin Azər­bay­can rəs­sam­la­rı" ad­lı sər­gi açı­la­caq. Bu ba­rə­də "Vestnik Kav­ka­za" agentli­yi­nə qa­le­re­ya­nın baş di­rek­to­ru Zem­fi­ra Tre­qu­lo­va mə­lu­mat ve­rib.Onun söz­lə­ri­nə gö­rə, Ru­si­ya Fe­de­ra­si­ya­sı Mə­də­niy­yət Na­zir­li­yi­nin, Hey­dər Əli­yev Fon­du­nun və Mər­ca­ni Fon­du­nun dəs­tə­yi ilə ke­çi­ri­lə­cək sər­gi Tret­ya­kov qa­le­re­ya­sın­da, Azər­bay­can Mil­li Mu­ze­yin­də, şəx­si kol­lek­si­ya­lar­da sax­la­nan əsər­lə­ri bir ekspo­zi­si­ya­da bir­ləş­di­rə­cək.Sər­gi­də 13 Azər­bay­can rəs­sa­mı­nın, o cüm­lə­dən Na­dir Əb­dür­rəh­ma­nov, Ka­mal Əh­məd, Ra­sim Ba­ba­yev, Sət­tar Bəh­lul­za­də, Ca­vad Mir­ca­va­dov, Toğ­rul Nə­ri­man­bə­yov, Ta­hir Sa­la­ho­vun, ha­be­lə hey­kəl­tə­raş Fa­zil Nə­cə­fo­vun 60-dan çox əsə­ri nü­ma­yiş et­di­ri­lə­cək.Zem­fi­ra Tre­qu­lo­va vur­ğu­la­yıb ki, Tret­ya­kov Qa­le­re­ya­sı so­vet döv­rü Ru­si­ya rəs­sam­la­rı­nın əsər­lə­ri­nin Ba­kı­da sər­gi­si­ni ke­çir­mə­yə ha­zır­dır. O de­yib: "Ba­kı ol­duq­ca ma­raq­lı mə­də­niy­yət mər­kə­zi­dir. Bu­ra­da gö­zəl mu­zey­lər və mü­a­sir in­cə­sə­nət mər­kəz­lə­ri var. Ba­kı­da çe­vik in­cə­sə­nət mü­hi­ti hökm sü­rürbiz məm­nu­niy­yət­lə Azər­bay­can­da sər­gi təş­kil et­mək is­tər­dik".

Tret­ya­kov Qa­le­re­ya­sın­da Azər­bay­can rəs­sam­la­rı­nın əsər­lə­ri­nin nü­ma­yiş olun­ma­sı müs­bət ad­dım­dır. Be­lə bir la­yi­hə­nin ke­çi­ril­mə­si­nin Azər­bay­can mə­də­niy­yə­ti­nə, in­cə­sə­nə­ti­nə nə ki­mi tə­sir­lə­ri­nin ola­ca­ğı­nı öy­rən­mək məq­sə­di­lə öl­kə­mi­zi bey­nəl­xalq rəsm sər­gi­lə­rin­də uğur­la təm­sil edən gənc rəs­sam Əf­sa­nə Hə­bi­bə mü­ra­ci­ət et­dik. O, "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da  rəs­sam­la­ra gös­tə­ri­lən qay­ğı­dan məm­nun qal­dı­ğı­nı di­lə gə­tir­di: "Hey­dər Əli­yev Fon­du­nun pre­zi­den­ti, Mil­li Məc­li­sin de­pu­ta­tı, UNES­CO və İSES­CO-nun xoş­mə­ram­lı sə­fi­ri Meh­ri­ban Əli­ye­va­nın in­cə­sə­nə­ti­mi­zə gös­tər­di­yi qay­ğı göz önün­də­dir. He­sab edi­rəm ki, gö­rü­nən da­ğın bə­ləd­çi­yə eh­ti­ya­cı yox­dur. Mu­ğa­mı­mı­za, mil­li mu­si­qi alət­lə­ri­mi­zə sa­hib çı­xıb, onu dün­ya­da ta­nı­dıb. Nə­in­ki Meh­ri­ban Əli­ye­va­nın, onun öv­lad­la­rı­nın öl­kə da­xi­lin­də və xa­ri­cin­də qa­tıl­dı­ğı rəsm sər­gi­lə­ri­nin özübu sə­nə­tin təb­li­ğa­tı­na həsr olu­nub. Ulu ön­də­rin mə­də­niy­yət və in­cə­sə­nət xa­dim­lə­ri­nə da­im döv­lət qay­ğı­sı gös­tə­ril­mə­si ilə bağ­lı əsa­sı­nı qoy­du­ğu ənə­nə­ni bu gün Pre­zi­dent İl­ham Əli­yev və onun xa­nı­mı la­yi­qin­cə ya­şa­dır.  No­yab­rın 15-də Moskva­da, Ru­si­ya Döv­lət Tret­ya­kov Qa­le­re­ya­sın­da "Ab­şe­ron ul­duz­la­rı. 1960-1980-ci il­lə­rin Azər­bay­can rəs­sam­la­rı" ad­lı sər­gi mə­də­niy­yə­ti­mi­zin dün­ya­ya in­teq­ra­si­ya­sı ba­xı­mın­dan çox əhə­miy­yət­li sər­gi­lər­dən bi­ri ola­caq. Mən xa­ri­ci öl­kə­lər­də ke­çi­ri­lən Azər­bay­can rəs­sam­la­rı­nın əsər­lə­ri­nin sər­gi­sin­də iş­ti­rak et­di­yim an­la­rı bö­yük məm­nun­luq his­si ilə xa­tır­la­yı­ram. Bö­yük in­cə­sə­nət are­na­la­rın­da bi­zim yer­li rəs­sam­la­rı­mı­zın əsər­lə­ri­ni bə­yə­nir və on­lar haq­qın­da xoş söz­lər səs­lən­di­rir­lər. Bi­zim rəs­sam­la­rı­mız ən xoş söz­lə­rə və tə­ri­fə la­yiq­dir".Həm­söh­bə­ti­miz rəs­sam­la­rı­mı­zın əsər­lə­ri­nin xa­ric­də sər­gi­lə­ri­nin ke­çi­ril­mə­si­ni müs­bət hal ki­mi də­yər­lən­di­rir: "Son il­lər xa­ri­ci öl­kə­lər tə­rə­fin­dən Azər­bay­can in­cə­sə­nə­ti­nə ma­raq artmaq­da­dır. Bu mə­ni bir sə­nət ada­mı ki­mi çox se­vin­di­rir. Bi­zim mə­də­niy­yə­ti­miz dün­ya­nı, hə­qi­qə­tən, fəth edir. Biz mə­də­niy­yət iş­çi­lə­ri Meh­ri­ban xa­nı­mın apar­dı­ğı mə­də­niy­yət si­ya­sə­ti­ni dəs­tək­lə­yir və bu si­ya­sə­tin xal­qı­mı­zın xoş­bəxt gə­lə­cə­yə qo­vuş­ma­sı­nı tə­min edə­cə­yi­nə ina­nı­rıq.

Mə­də­niy­yət si­ya­si kursda çox önəm­li yer tu­tur. Bu gün, hə­qi­qə­tən, mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zə döv­lət qay­ğı­sı varbu qay­ğı il­dən-ilə artmaq­da da­vam edir. Bu gün dün­ya­nın ək­sər öl­kə­lə­ri­nin pay­taxtla­rın­da, bö­yük şə­hər­lə­rin­də Azər­bay­can mə­də­niy­yə­ti gün­lə­ri ke­çi­ri­lir. Bu iş­lə­rin təş­ki­li bi­la­va­si­tə öl­kə­mi­zin mə­də­niy­yət si­ya­sə­ti­ni hə­ya­ta ke­çi­rən Meh­ri­ban Əli­ye­va­nın təş­ki­lat­çı­lı­ğı ilə baş tu­tur. O həm mə­də­niy­yə­ti­mi­zin sa­ba­hı­nı dü­şü­nür, həm gənc is­te­dad­la­rın üzə çı­xa­rıl­ma­sı­na diq­qət­lə ya­na­şır, həm də on­la­rın ye­tiş­mə­si, püx­tə­ləş­mə­si üçün hər cür şə­ra­it ya­ra­dır. Bu iş­də rəs­sam­la­ra və in­cə­sə­nət nü­ma­yən­də­lə­ri­nə uğur­lar ar­zu edi­rəm. Rəs­sam­la­rı­mı­zın bey­nəl­xalq are­na­lar­dan xoş sə­da­la­rı gə­lən­də Azər­bay­can və­tən­da­şı ola­raq bu­na çox se­vi­ni­rəm".

Qeyd edək ki, Əf­sa­nə Hə­bi­bin Pa­ris­də, Moskva­da, Tür­ki­yə­də, Gür­cüs­tan­da və di­gər öl­kə­lər­də sər­gi­lə­ri ke­çi­ri­lib. Qa­tıl­dı­ğı bey­nəl­xalq rəsm sər­gi­lə­rin­də bi­rin­ci­lik əl­də edib.

Günel CƏLİLOVA

Bakı xəbər.- 2016.- 1 noyabr.- S.14