Azərbaycan bayrağı azərbaycançılığın simvolu kimi...

II yazı

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev Azər­bay­ca­nın üç­rəngli bay­ra­ğı­nın döv­lə­ti­mi­zin, xal­qı­mı­zın fəxr, qü­rur mən­bə­yi ol­du­ğu­nu də­fə­lər­lə qeyd edib.

2010-cu il­də Döv­lət Bay­ra­ğı Mey­da­nı­nın açı­lı­şın­da İl­ham Əli­ye­vin söy­lə­di­yi ge­niş nitq bö­yük əks-sə­da do­ğur­du. Öl­kə baş­çı­sı bir da­ha vur­ğu­la­dı ki, mü­a­sir Azər­bay­can Res­pub­li­ka­sı 1918-ci il­də qu­ru­lan Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin hü­qu­qi və mə­nə­vi va­ri­si­dir. İl­ham Əli­yev çı­xı­şın­da qeyd edib: "...O vaxt hə­lə So­vet İt­ti­fa­qı­nın da­ğıl­ma­sı­na bir il­dən çox vaxt var idi. Bi­zim müs­tə­qil­li­yə ge­dən yo­lu­muz o gün­dən baş­la­mış­dır. Məhz Xalq Cum­hu­riy­yə­ti­nin bay­ra­ğı­nın döv­lət bay­ra­ğı ki­mi qə­bul olun­ma­sı Azər­bay­ca­nı müs­tə­qil­li­yə da­ha da ya­xın­laş­dır­mış və öl­kə­miz­də ge­dən pro­ses­lə­rə güc­lü tə­kan ver­miş­dir. O il­lər ha­mı­mı­zın ya­dın­da­dır. O il­lər Azər­bay­ca­nın in­ki­şa­fı, gə­lə­cə­yi üçün həl­le­di­ci il­lər idi. Azər­bay­can döv­lət müs­tə­qil­li­yi­nə qo­vu­şan­da öl­kə­də pro­ses­lər çox mən­fi is­ti­qa­mət­də ge­dir­di. Öl­kə­də anar­xi­ya, hərc-mərclik hökm sü­rür­dü. Öl­kə­nin in­ki­şaf perspek­tiv­lə­ri qey­ri-mü­əy­yən idi və Azər­bay­can, əs­lin­də, döv­lət müs­tə­qil­li­yi­ni iti­rə bi­lər­di. Azər­bay­can xal­qı­nın tə­lə­bi və müd­rik­li­yi ilə ulu ön­dər Hey­dər Əli­ye­vin ha­ki­miy­yə­tə də­vət olun­ma­sı nə­ti­cə­sin­də Azər­bay­can­da bü­tün xo­şa­gəl­məz hal­la­ra son qo­yul­du, sa­bit­lik ya­ran­dı və in­ki­şaf döv­rü baş­lan­dı. Bu in­ki­şaf döv­rü­nün nə­ti­cə­lə­ri­ni bu gün Azər­bay­can və­tən­daş­la­rı gö­rür­lər".

Öl­kə baş­çı­sı 2010-cu il­də­ki çı­xı­şın­da vur­ğu­la­yıb ki, 1993-2003-cü il­lər Azər­bay­can üçün həl­le­di­ci il­lər olub. Pre­zi­dent qeyd edib ki, məhz o il­lər­də Azər­bay­can­da iq­ti­sa­di, si­ya­si sa­bit­lik ya­ran­mış, öl­kə dün­ya bir­li­yi­nə özü­nü təq­dim edə bi­lib: "Biz bey­nəl­xalq təş­ki­lat­la­ra üzv ol­duq. Azər­bay­can bay­ra­ğı bü­tün bey­nəl­xalq təş­ki­lat­lar­da dal­ğa­lan­ma­ğa baş­la­mış­dır. Azər­bay­can xa­ri­ci tə­rəf­daş­lar­la çox uğur­lu və qar­şı­lıq­lı hör­mət əsa­sın­da mü­na­si­bət­lər qu­ra bil­miş­dir. Öl­kə­mi­zə bö­yük həcmdə in­ves­ti­si­ya­nın cəlb olun­ma­sı­na na­il ola bil­miş­dik. O pro­ses­lər bu gün də Azər­bay­ca­nın in­ki­şa­fı­nı tə­min edir və onil­lik­lər bun­dan son­ra da Azər­bay­ca­nın uğur­lu in­ki­şa­fı­nı mü­əy­yən edə­cək. O on il ər­zin­də Azər­bay­can çox bö­yük bir yol keç­miş­dir və de­mək olar ki, döv­lət­çi­li­yin əsas­la­rı tam şə­kil­də qu­rul­muş­dur. Bu gün Azər­bay­can möh­kəm əsas­lar üzə­rin­də uğur­la in­ki­şaf edir. Öl­kə da­xi­lin­də ge­dən bü­tün pro­ses­lər müs­bət is­ti­qa­mət­də in­ki­şaf edir... Bü­tün bu va­cib mə­sə­lə­lər­lə bə­ra­bər, bu gün bu gö­zəl mey­dan­da Azər­bay­ca­nın müs­tə­qil si­ya­sə­ti­ni xü­su­si qeyd et­mək is­tər­dim. Müs­tə­qil­lik ən bö­yük sər­və­ti­miz­dir, ən bö­yük xoş­bəxtli­yi­miz­dir. Əsrlər bo­yu Azər­bay­can xal­qı müs­tə­qil­lik həs­rə­ti, müs­tə­qil­lik ar­zu­su ilə ya­şa­mış­dır. Uzun il­lər, onil­lik­lər ər­zin­də biz baş­qa öl­kə­lə­rin tər­ki­bin­də ya­şa­mış­dıq, azad­lıq­dan məh­rum ol­muş­duq, müs­tə­qil öl­kə de­yil­dik. Bu ta­ri­xi im­kan, ta­ri­xi şans bir da­ha Azər­bay­can xal­qı­na 1991-ci il­də ve­ril­miş­dir. Ba­yaq qeyd et­di­yim ki­mi, biz o şan­sı, bu im­ka­nı iti­rə bi­lər­dik və əgər 1993-cü il­də Azər­bay­can xal­qı düz­gün se­çim et­mə­səy­di, çox gü­man ki, iti­rə­cək­dik. Bu gün isə müs­tə­qil­li­yi­miz ar­tıq dön­məz­dir, əbə­di­dir. Bü­tün çə­tin sı­naq­lar­dan üzü­ağ, şə­rəf­lə çıx­mı­şıq, gö­zəl, möh­kəm öl­kə ya­rat­mı­şıq. O öl­kə ki, bu­ra­da bü­tün azad­lıq­lar var. Təh­lü­kə­siz­lik, so­si­al ri­fah, iq­ti­sa­di in­ki­şaf templə­ri tə­min edi­lir. O öl­kə ki, bu­ra­da bü­tün xalqlar, bü­tün mil­lət­lə­rin, bü­tün din­lə­rin nü­ma­yən­də­lə­ri bir ai­lə ki­mi ya­şa­yır­lar. Meh­ri­ban­lıq, dostluq şə­ra­i­tin­də ya­şa­yır­lar. O öl­kə ki, bu­ra­da mil­li-di­ni dö­züm­lü­lük yük­sək sə­viy­yə­də­dir və bu gün Azər­bay­can bu mə­sə­lə­lər­də nü­mu­nə ki­mi gös­tə­ri­lir. Bu öl­kə­ni biz ya­rat­mı­şıq. Bu gün Azər­bay­can öz gü­cü­nə ar­xa­yın olan, öz gü­cü­nə ar­xa­la­nan, bü­tün tə­rəf­daş­lar ilə mü­na­si­bət­lə­ri qar­şı­lıq­lı hör­mət və eh­ti­ram prin­sip­lə­ri əsa­sın­da qur­ma­ğa ça­lı­şan, di­na­mik in­ki­şaf edən gənc və ey­ni za­man­da, təc­rü­bə­li öl­kə­dir. Azər­bay­can ar­tıq bö­yük bir re­gi­o­nal amil­dir. Sa­bit­lik, təh­lü­kə­siz­lik və in­ki­şaf ami­li­dir. Bi­zim bü­tün tə­şəb­büs­lə­ri­miz, irə­li sür­dü­yü­müz bü­tün la­yi­hə­lər sə­mə­rə ve­rir, həm bi­zə, həm bi­zim tə­rəf­daş­la­ra xe­yir gə­ti­rir. O la­yi­hə­lə­ri hə­ya­ta ke­çir­mək üçün nə­in­ki bö­yük ma­liy­yə im­kan­la­rı, həm də güc­lü ira­də, cə­sa­rət və öz si­ya­sə­ti­nə sə­da­qət la­zım­dır. Hər hal­da bu gü­nə qə­dər öl­kə­miz tə­rə­fin­dən atı­lan bü­tün ad­dım­lar düz­gün is­ti­qa­mət­də atıl­mış ad­dım­lar ol­muş­dur.

Biz bu gün müs­tə­qil öl­kə ki­mi ya­şa­yı­rıq və bö­yük qü­rur his­si ilə ya­şa­yı­rıq. Biz fəxr edi­rik ki, Azər­bay­can və­tən­daş­la­rı­yıq. Biz müs­tə­qil si­ya­sət apa­rı­rıq. Azər­bay­can xal­qı öz ta­le­yi­nin sa­hi­bi­dir. Bu bö­yük xoş­bəxtlik­dir, bö­yük sər­vət­dir. Biz­dən əv­vəl nə­sil­lər müs­tə­qil­lik ar­zu­su ilə ya­şa­yır­dı. An­caq bu müs­tə­qil­li­yi gör­mək bi­zə nə­sib olub. Bu xoş­bəxtlik bi­zə nə­sib olub. Biz nə­in­ki bu müs­tə­qil­li­yi gö­rü­rük. Biz bu müs­tə­qil­li­yin möh­kəm­lən­di­ril­mə­si üçün iş­lər gö­rü­rük, fə­a­liy­yət gös­tə­ri­rik, ça­lı­şı­rıq. Hər bir və­tən­daş, tut­du­ğu ye­rin­dən ası­lı ol­ma­ya­raq, öz əmə­yi ilə hər gün öl­kə­mi­zi güc­lən­dir­mə­li­dir. Öz əmə­li iş­lə­ri­miz­lə, Və­tə­nə sə­da­qət­lə, gö­rü­lən iş­lər­lə, atı­lan ad­dım­lar­la. Bu gün Azər­bay­can cə­miy­yə­tin­də bu həm­rəy­lik, mil­li həm­rəy­lik, mil­li sə­fər­bər­lik, və­tən­pər­vər­lik ru­hu var. Biz gənc nəs­li bu ruh­da tər­bi­yə et­mə­li­yik ki, Azər­bay­can­da gənc nə­sil pe­şə­kar, və­tən­pər­vər, Və­tə­nə sa­diq ol­sun. Çün­ki bü­tün dövrlər­də Azər­bay­ca­nın uğur­lu gə­lə­cə­yi­ni biz tə­min et­mə­li­yik.

Bir da­ha de­mək is­tə­yi­rəm ki, bu gün atı­lan ad­dım­lar və irə­li sü­rü­lən tə­şəb­büs­lər onil­lik­lər­dən son­ra özü­nü gös­tə­rə­cək­dir. Biz gə­lə­cə­yə bax­ma­lı­yıq, gə­lə­cə­yi dü­şün­mə­li­yik: 20 il, 50 il­dən son­ra Azər­bay­can han­sı yol­lar­la in­ki­şaf edə­cək­dir?! Biz öl­kə­mi­zin uğur­lu in­ki­şa­fı­nı han­sı re­surslar əsa­sın­da tə­min edə­cə­yik?! Biz bu ba­rə­də dü­şü­nü­rük və gö­rü­lən bü­tün iş­lər həm bu­gün­kü prob­lem­lə­rin həl­li­nə, ey­ni za­man­da, gə­lə­cə­yə yö­nəl­di­lib. Biz müs­tə­qil, azad xal­qıq, öz si­ya­sə­ti­mi­zi özü­müz apa­rı­rıq və bun­dan bö­yük xoş­bəxtlik ola bil­məz.

Bu gün öl­kə­mi­zin hə­ya­tın­da bir da­ha de­mək is­tə­yi­rəm ki, ta­ri­xi, unu­dul­maz bir ha­di­sə baş ve­rir. Bu mey­dan na­dir me­mar­lıq abi­də­si­dir. Bu bay­raq bi­zim mil­li də­yə­ri­miz­dir. Söh­bət on­dan get­mir ki, bu gün bu bay­raq dün­ya­nın ən hün­dür bay­ra­ğı­dır. Bəl­kə nə vaxtsa, bir ne­çə il­dən son­ra baş­qa yer­də bun­dan da hün­dür bay­raq qal­dı­ra bi­lər­lər. Mə­sə­lə on­da de­yil, mə­sə­lə on­da­dır ki, bu Bay­raq Mey­da­nı­nın ya­ra­dıl­ma­sı Azər­bay­ca­nın gü­cü­nü, Azər­bay­can xal­qı­nın öz döv­lə­ti­nə sev­gi­si­ni, döv­lət rəmzlə­ri­mi­zə eh­ti­ra­mı­mı­zı gös­tə­rir. Əmi­nəm ki, bir ne­çə ay­dan son­ra bu­ra­da, bü­tün bu ət­raf­da ti­kin­ti-qu­raş­dır­ma iş­lə­ri ta­mam­la­nan­dan son­ra bu möh­tə­şəm mey­dan in­san­lar­la do­lu ola­caq­dır. Ne­cə ki, bu gün bi­zim parklar­da, də­niz­kə­na­rı bul­var­da min­lər­lə, on min­lər­lə in­san hər gün gə­zin­ti­yə çı­xır. Bax, bu mey­dan­da, bu bay­raq al­tın­da, mil­li rəmzlər ət­ra­fın­da in­san­lar yı­ğı­şa­caq­lar. Bu­ra­dan gö­zəl Ba­kı­ya möh­tə­şəm bir mən­zə­rə açı­lır. Bu­ra­da, aşa­ğı­da gə­zin­ti üçün gö­zəl yer­lər var. Yə­ni bu Bay­raq Mey­da­nı Ba­kı­nın bir mə­də­niy­yət mər­kə­zi­nə, Azər­bay­ca­nın bir si­ya­si mər­kə­zi­nə çev­ri­lə­cək­dir. Öl­kə­mi­zin mər­kə­zi olan Ba­kı şə­hə­rin­də be­lə möh­tə­şəm mey­da­nın ya­ra­dıl­ma­sı doğ­ru­dan da bö­yük ha­di­sə­dir. Bi­zim bay­ra­ğı­mız qü­rur mən­bə­yi­miz­dir. Bi­zim bay­ra­ğı­mız ca­nı­mız­dır, ürə­yi­miz­dir. Bu gün Azər­bay­ca­nın hər bir ye­rin­də döv­lət bay­ra­ğı dal­ğa­la­nır. Azər­bay­can əra­zi bü­töv­lü­yü­nü bər­pa edən­dən son­ra mil­li döv­lət bay­ra­ğı­mız bu gün hə­lə də iş­ğal al­tın­da olan tor­paq­lar­da qal­dı­rı­la­caq­dır. Bi­zim bay­ra­ğı­mız Dağ­lıq Qa­ra­bağ­da, Xan­kən­di­də, Şu­şa­da dal­ğa­la­na­caq­dır. O gü­nü biz hər an öz işi­miz­lə ya­xın­laş­dır­ma­lı­yıq və ya­xın­laş­dı­rı­rıq. Eşq ol­sun, Azər­bay­can bay­ra­ğı­na!".

Qeyd edək ki, Hey­dər Əli­ye­vin mil­li mə­na­fe­lə­rə əsas­la­nan si­ya­sə­ti­ni bü­tün sa­hə­lər­də uğur­la da­vam et­di­rən Pre­zi­dent İl­ham Əli­yev də da­xi­lin­dən gə­lən yük­sək və­tən­pər­vər­lik­lə Azər­bay­ca­nın mil­li döv­lət at­ri­but­la­rı­nı uca tu­tur və konkret ad­dım­la­rı ilə bu ru­hu cə­miy­yə­tə aşı­la­yır. An­diç­mə mə­ra­sim­lə­ri za­ma­nı döv­lət bay­ra­ğı qar­şı­sın­da diz çö­kə­rək onu öpən Pre­zi­dent İl­ham Əli­yev bu­nun­la həm də Azər­bay­can döv­lə­ti­nə yük­sək sev­gi, eh­ti­ram və sə­da­qət nü­ma­yiş et­di­rir. Döv­lət baş­çı­sı­nın mil­li ide­al­la­ra bağ­lı­lı­ğı özü­nü həm də üç­rəngli bay­ra­ğı­mı­za mü­na­si­bət­də qa­ba­rıq gös­tə­rir. Üç­rəngli bay­ra­ğı­mız Azər­bay­ca­nı­mı­zın müs­tə­qil­li­yi­nin, xal­qı­mı­zın mil­li mən­su­biy­yə­ti­nin, ta­ri­xi­nin, mə­nə­vi dün­ya­sı­nın rəm­zi­dir. Hər bir Azər­bay­can və­tən­da­şı bay­ra­ğı­mı­za eh­ti­ram gös­tə­rir, bu­nu özü­nün mü­qəd­dəs bor­cu ki­mi qə­bul edir. Azər­bay­can əs­gə­ri də Və­tə­nin su­ve­ren­li­yi­nin və əra­zi bü­töv­lü­yü­nün qo­run­ma­sı ilə bağ­lı ali mis­si­ya­nı öz üzə­ri­nə gö­tü­rər­kən üç­rəngli bay­ra­ğa and içir. Üç­rəngli bay­ra­ğı­mız hər za­man əbə­di ola­caq, bü­tün dün­ya­da Azər­bay­can döv­lə­ti­nin və xal­qı­nın im­za­sı­nı qü­rur­la təs­diq­lə­yə­cək.

Mə­lu­ma­ta gö­rə, 1991-ci il oktyab­rın 18-də "Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət müs­tə­qil­li­yi haq­qın­da" Konsti­tu­si­ya Ak­tı ilə Azər­bay­can Res­pub­li­ka­sı Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin va­ri­si ki­mi onun döv­lət rəmzlə­ri­ni, o cüm­lə­dən döv­lət bay­ra­ğı­nı bər­pa edib. 2004-cü il iyu­nun 8-də "Azər­bay­can Res­pub­li­ka­sı döv­lət bay­ra­ğı­nın is­ti­fa­də­si qay­da­la­rı haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nu ilə bu sa­hə­də qa­nun­ve­ri­ci­lik ba­za­sı tək­mil­ləş­di­ri­lib.

Azər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­daş­la­rı, ha­be­lə Azər­bay­can Res­pub­li­ka­sı­nın əra­zi­sin­də olan əc­nə­bi­lər və və­tən­daş­lı­ğı ol­ma­yan şəxslər Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət bay­ra­ğı­na hör­mət­lə ya­naş­ma­lı­dır.

Azər­bay­can bay­ra­ğı azər­bay­can­çı­lı­ğın əsas sim­vol­la­rın­dan bi­ri­dir. Azər­bay­can bay­ra­ğı xal­qı­mı­zın qü­rur mən­bə­yi, azər­bay­can­çı­lı­ğın ob­ra­zı­dır de­sək ya­nıl­ma­rıq. Azər­bay­can­çı­lı­ğın bü­tün ele­mentlə­ri bay­ra­ğı­mız­da əks olu­nub.

Bay­ra­ğı­mız hər za­man uca ol­sun!

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 12-14 noyabr.- S.15