Multikulturalizmlə azərbaycançılığın vəhdəti - Kiş məbədi...

 (Əv­və­li ötən sa­yı­mız­da)

 Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin Sə­rən­ca­mı ilə 2016-cı ilin "Mul­ti­kul­tu­ra­lizm ili" elan edil­mə­si onu gös­tə­rir ki, res­pub­li­ka­mız­da ya­şa­yan bü­tün xalqlar azər­bay­can­çı­lıq bay­ra­ğı al­tın­da bir­lə­şib. Qə­dim ta­ri­xi olan Azər­bay­can zən­gin mə­də­niy­yə­tə, ye­ral­tı və ye­rüs­tü sər­vət­lə­rə ma­lik­dir.

Kiş mə­bə­di nə­in­ki Azər­bay­can əra­zi­sin­də, hət­ta bü­tün Qaf­qaz­da ən qə­dim al­ban abi­də­si ola­raq qeyd edi­lir.

Abi­də­nin me­mar­lıq xü­su­siy­yə­tin­dən bəhs edən alim­lə­rin yaz­dı­ğı­na gö­rə, mə­bə­din bir ne­çə me­mar­lıq mər­hə­lə­si olub. Ya­zı­la­na gö­rə, kil­sə­nin gün­bə­zal­tı his­sə­si­nin gö­rü­nü­şüümu­mi in­ter­ye­ri 2000-ci il­lər­də Azər­bay­can və Nor­veç təd­qi­qat­çı-ar­xe­o­loq­la­rı tə­rə­fin­dən hə­ya­ta ke­çi­ril­miş "Kiş" la­yi­hə­si əsa­sın­da me­mar­lıq, ar­xe­o­lo­gi­yata­ri­xi ba­xım­dan təd­qiq edi­lib, res­tav­ra­si­yamu­ze­yi­fi­ka­si­ya iş­lə­ri apa­rı­lıb, əsas in­şa­at mər­hə­lə­lə­ri mü­əy­yən edi­lib. Bu qa­zın­tı­lar məh­dud əra­zi­də apa­rıl­ma­sı­na bax­ma­ya­raq, Kiş mə­bə­di­nin fə­a­liy­yə­ti döv­rü­nün bü­tün mər­hə­lə­lə­ri­ni iz­lə­mə­yə im­kan ve­rib. Ar­xe­o­lo­ji təd­qi­qat­lar nə­ti­cə­sin­də mü­əy­yən edi­lib ki, Kiş kil­sə­si I-II əsrlər­də, tunc və er­kən də­mir döv­rü­nə aid ma­te­ri­al­lar­la zən­gin qə­dim iba­dət ye­rin­də in­şa edi­lib. Kiş mə­bə­di sa­də tək­zal­lı ba­zi­li­ka­dən gün­bəz­li me­mar­lı­ğa­dək 5 ti­kin­ti mər­hə­lə­si ke­çib. Mə­bə­din ən aşa­ğı qat­la­rı­nın ar­xe­o­lo­ji təd­qi­qi mü­ba­hi­sə­lə­rə sə­bəb olan onun il­kin ti­kin­ti ta­ri­xi­nin tə­yin et­mə­yə im­kan ya­ra­dıb. Abi­də döv­rü­mü­zə ye­ni­ləş­di­ril­miş gör­kə­min­də gə­lib ça­tıb. Mə­bə­din di­var­la­rı həm içə­ri­dən, həm də çöl his­sə­dən qis­mən su­vaq­la­nıb (B.Stru­fi­el də gəl­di­yi qə­na­ət­də məhz bu su­vaq qa­tı­nın ra­di­o­kar­bon ana­li­zi­nə əsas­la­nır­dı).

Kiş kil­sə­si əra­zi­sin­də ta­pıl­mış Qaf­qaz al­ban­la­rı­na aid mə­zar qa­pı və pən­cə­rə­lə­rə gö­rə ye­ni­dən­qur­ma iş­lə­ri­nin əsa­sən ti­ki­li­nin yu­xa­rı his­sə­sin­də apa­rıl­dı­ğı mü­əy­yən­ləş­di­ri­lib. Adi tək­zal­dan iba­rət olan kil­sə özün­də il­kin və son­ra­kı ti­ki­li­lə­rin ma­raq­lı de­tal­la­rı­nı sax­la­yır. Kiş mə­bə­di əhəng da­şın­dan ti­ki­lib. Mə­bə­din da­xi­li cüt sü­tun­la 2 his­sə­yə bö­lü­nür ki, şərq his­sə­si qərb his­sə­dən ki­çik­dir. Mə­bə­din di­var­la­rın­da heç bir ya­zı yox­dur. Kil­sə di­var­la­rı­nın çı­xın­tı­sı na­la­bən­zər olub, 2 də­rin de­şi­yi var. Meh­rab mər­kəz­də yer­lə­şib və düz­bu­caq­lı for­ma­sın­da­dır. Mə­bə­din or­ta his­sə­sin­də də­yi­şik­lik­lər baş ve­rib ki, bu da onun bü­tün həc­mi­ni ör­tən 2 sü­tun və meh­ra­bın çı­xın­tı­sı üzə­rin­də da­ya­nan gün­bə­zin qo­yul­ma­sı ilə əla­qə­dar­dır. Bü­tün bu də­yi­şik­lik­lə­rə gö­rə, hə­min dövrdə xris­ti­an me­mar­lı­ğın­da konstruk­si­ya prob­le­mi­nin ar­tıq həll olun­du­ğual­ban xris­ti­an mə­bə­di nü­mu­nə­sin­də di­ni bi­na­la­rın ti­kil­di­yi fik­ri söy­lə­nib. Kiş mə­bə­di qə­dim bü­növ­rə üzə­rin­də ti­ki­lib. III-V əsrlər­də onun üzə­rin­də ki­çik tək­zal­lı ba­zi­li­ka tip­li kil­sə ti­ki­lib və VI-VII əsrlər­də hə­min kil­sə me­mar­lıq for­ma­sı­nı də­yi­şib.

Ya­zı­lan­la­ra gö­rə, 1,08-1,12 sm də­rin­lik­də, mə­bəd bi­na­sı­nın ən aşa­ğı qa­tın­da qə­dim bü­növ­rə aş­ka­ra çı­xa­rı­lıb ki, onun da üzə­rin­də Kiş kil­sə­si­nin er­kən di­var­la­rı ucal­dı­lıb. Bü­növ­rə bö­yük ol­ma­yan qa­yaçay daş­la­rın­dan hö­rü­lüb. Ar­xe­o­lo­ji təd­qi­qat­lar nə­ti­cə­sin­də üzə­rin­də mə­bəd ucal­dıl­mış bu bü­növ­rə­nin e.ə. IV əsrdə sa­lın­ma­sı mə­lum olub. Qə­dim bü­növ­rə düz­bu­caq­lı plan­da ti­kil­miş və di­va­rın qərb his­sə­sin­də nə­zə­rə­çar­pan oval­şə­kil­li for­ma əmə­lə gə­ti­rib. Bü­növ­rə­nin də­rin­li­yi 110 sm-dir.

Üçün­cü ti­kin­ti mər­hə­lə­si VI-VIII əsrlə­ri əha­tə edir ki, bu za­man da mə­bə­din yu­xa­rı his­sə­sin­də ye­ni­dən­qur­ma iş­lə­ri apa­rı­lıb ona ça­dır­lı ör­tü­yü olan ba­ra­ban əla­və olu­nub. Ar­xe­o­lo­ji qa­zın­tı­lar nə­ti­cə­sin­də mə­bə­din gi­riş qa­pı­sı­nın al­tın­da qə­dim bü­növ­rə­nin qa­lıq­la­rı aş­kar olu­nub.

Təd­qi­qat­çı­lar ya­zır ki, A.S.Xa­xa­no­va Qaf­qa­za sə­fər­lə­ri haq­qın­da mə­lu­mat ve­rər­kən pra­vos­lav Kiş mə­bə­di­nə qri­qor­yan er­mə­ni­lə­rin id­dia et­di­yi­ni mə­bə­din gür­cü-er­mə­ni me­mar­lı­ğın­da tez-tez rast gə­li­nən gün­bə­zi­nin ol­du­ğu­nu qeyd edib. O ya­zır ki, "...mə­bə­din meh­ra­bı ya­rım­da­i­rə for­ma­sın­da­dır gö­rü­nür ki, elə uzaq ol­ma­yan dövrdə er­mə­ni meh­ra­bı­na ox­şa­dı­la­raq mə­bə­din qu­ru­lu­şu­nun qəs­dən də­yiş­di­ril­mə­si­nə cəhd edi­lib".

B.Stur­fi­e­lin mə­bə­din fə­a­liy­yə­ti döv­rü­nün I mər­hə­lə­sin­də di­o­fi­zit so­nun­cu 2 in­ki­şaf mər­hə­lə­sin­də mo­no­fi­zit tə­ri­qə­ti­nə ri­a­yət et­di­yi fik­ri be­lə izah edi­lir ki, VI əs­rin əv­vəl­lə­rin­də, VII əsrdə Cə­nu­bi Qaf­qaz­da Bi­zan­sın si­ya­si tə­si­ri­nin güc­lən­mə­si ilə əla­qə­dar ola­raq, al­ban gür­cü kil­sə­lə­ri di­o­fi­zit cə­rə­ya­nı­na qo­şul­du­lar. Bu dövr mə­bə­din üçün­cü ti­kin­ti mər­hə­lə­si­nə uy­ğun gə­lir ki, bu za­man da mə­bəd di­o­fi­zit tə­ri­qə­ti­nin eh­kam­la­rı­na uy­ğun ye­ni­dən qu­ru­lub. 705-ci il­də Ərəb Xi­la­fə­ti si­ya­si məq­səd­lər­lə öz ta­be­li­yin­də olan xris­ti­an əha­li­si­nin, kil­sə­nin fə­a­liy­yə­ti­ni əla­qə­lən­dir­mə­yə nə­za­rət al­tın­da sax­la­ma­ğa cəhd gös­tə­rə­rək, er­mə­ni kil­sə­si­nin bi­la­va­si­tə ya­xın­dan kö­mə­yi­lə al­ban kil­sə­si­ni mo­no­fi­zit kil­sə­yə çe­vir­di iye­rar­xik ba­xım­dan onu mo­no­fi­zit məz­həb­li er­mə­ni kil­sə­si­nə ta­be et­di. Təd­qi­qat­çı­lar qeyd edir ki, bu za­man mə­bəd mo­no­fi­zit tə­ri­qə­ti­nin eh­kam­la­rı­na uy­ğun ola­raq ye­ni­dən qu­ru­lub. B.Stur­fi­e­lin tə­yin et­miş ol­du­ğu üçün­cü mər­hə­lə isə A.Xa­xa­no­va­nın qeyd et­di­yi "elə uzaq ol­ma­yan dövrdə edil­miş ye­ni­dən­qur­ma iş­lə­ri ilə" həm­dövrdür. Be­lə gü­man edi­lir ki, bu ye­ni­dən­qur­ma iş­lə­ri 1836-cı il­də Ru­si­ya ha­kim da­i­rə­lə­ri­nin qə­ra­rı ilə al­ban kil­sə­si­nin ləğv olun­ma­sın­dan son­ra Kiş mə­bə­di­nin er­mə­ni me­mar­lı­ğı­na uy­ğun­laş­dı­rıl­ma­sı məq­sə­di­lə edi­lib. Ar­xe­o­loq N.M.Mux­ta­ro­vun ver­di­yi mə­lu­ma­ta gö­rə, 1864, 1930-cu il­lər­də kil­sə er­mə­ni­lər tə­rə­fin­dən tə­mir olu­nub nə­ti­cə­də onun gö­rü­nü­şü əsas­lı şə­kil­də də­yiş­di­ri­lib.

Ar­xe­o­lo­ji təd­qi­qat­la­ra is­ti­na­dən alim­lər ya­zır ki, ar­xe­o­lo­ji qa­zın­tı­lar za­ma­nı mə­bə­din şi­mal-şərq di­var­la­rı­nın ya­rım­qövs çı­xın­tı­sı­nın al­tın­da tor­paq qə­bir aş­kar olu­nub. Qəb­rin ör­tü­yü 3 qat­dan iba­rət olub, I qat gil, kö­mür, kül tor­paq, II qat gil, III qat isə ey­ni­lə bi­rin­ci qa­ta ox­şar qa­rı­şıq­dan iba­rət idi. Gil­li tor­paq­da oval şə­kil­li 90 x 60 sm öl­çü­sün­də olan tor­paq qə­bir şərq-qərb is­ti­qa­mə­tin­də idi. Qə­bir mə­bə­din şərq di­va­rı­nın tə­mə­li­nin içə­ri­si­nə da­xil olub ki, bu­ra­nın da dö­şə­mə­si ha­mar­lan­mış künclə­ri ba­sı­lıb, kül­lü dö­şə­mə­nin üzə­rin­də iki ki­çik öküz ba­şı dəfn olu­nub. On­lar qır­mı­zı du­lus bar­da­ğın iri qı­rıq­la­rı üzə­ri­nə qo­yul­muş və­ziy­yət­də idi on­la­rın üz­lə­ri şər­qə is­ti­qa­mət­lən­di­ri­lib. Kəl­lə­lə­rin üzə­rin­də ət­ra­fın­da müx­tə­lif tip­li du­lus qab­la­rın qı­rıq­la­rı, buy­nuz qı­rı­ğı, yum­ru daş, hey­van­la­rın di­gər sü­mük­lə­ri ara­sın­da isə sü­mük ox aş­kar olu­nub.

Təd­qi­qat­çı­lar ya­zır ki, qəb­rin du­lus ava­dan­lı­ğı iri qab­la­rın his­sə­lə­rin­dən iba­rət­dir ki, on­lar da Kür-Araz mə­də­niy­yə­ti­nə aid­dir. Mə­mə­şə­kil­li əl­tu­tan­lar, bar­da­ğın yu­mur­ta­ya bən­zər göv­də­si, da­raq­şə­kil­li bə­zək s. son ene­o­lit du­lus­çu­lu­ğu­na xas olan cə­hət­lər­dir. Du­lus mə­mu­la­tı yer­li xa­rak­ter­li­dir. 2 öküz baş­lı tor­paq qə­bir söz­süz ki, ayin xa­rak­ter­li­dir. Azər­bay­can­da ar­xe­o­lo­ji təd­qi­qat­lar apa­rıl­mış Əli­kö­mək tə­pə­si Ba­ba­dər­viş abi­də­lə­rin­də bu cür ayin xa­rak­ter­li dəfn adət­lə­ri qey­də alı­nıb. Tor­paq qə­bir e.ə. IV-III mi­nil­li­yin qov­şa­ğı­na aid­dir. Təd­qi­qat­çı­lar ya­zır ki, mə­bəd ti­ki­lər­kən us­ta­la­rın qəb­rin möv­cud­lu­ğu haq­da mə­lu­mat­la­rı olub. Be­lə he­sab edi­lir ki, bu əra­zi köh­nə mü­qəd­dəs yer he­sab edi­lib ki, bu­ra­da da qə­bi­ris­tan ya ya­şa­yış ye­ri ola bi­lər.

Təd­qi­qat­çı­la­rın yaz­dı­ğı­na gö­rə, Kiş­də ar­xe­o­lo­ji təd­qi­qat­lar­dan son­ra be­lə qə­ra­ra gə­li­nib ki, Şə­ki böl­gə­si­nin Kiş kən­di əra­zi­sin­də yer­lə­şən mə­bəd hə­qi­qə­tən Mü­qəd­dəs Ye­li­sey tə­rə­fin­dən ti­ki­lib, Şərq kil­sə­lə­ri­nin ana­sı mit­ro­po­li­ya olub, Kiş­də hə­lə xris­ti­an­lıq­dan da ön­cə Qaf­qaz Al­ba­ni­ya­sın­da xü­su­si­lə rəğ­bət bəs­lə­nən Se­le­na ila­hə­si­nə həsr olun­muş mə­bəd möv­cud olub bu­ra­da Gis-Kür­mük ar­xi­ye­pis­kop­lu­ğu, son­ra isə Ye­li­sey, Çu­ke­ti Şə­ki ye­pis­kop­la­rı­nın mər­kə­zi yer­lə­şib.

Təd­qi­qat­çı­lar qeyd edir ki, bi­zim döv­rü­mü­zə qə­dər kil­sə­nin sa­la­mat sax­lan­ma­sı ta­ri­xi Azər­bay­can tor­pa­ğı­nın qə­dim zən­gin mə­də­niy­yə­ti haq­qın­da mü­a­sir nə­sil­lə­rə mad­di də­lil­lər ve­rib. Kiş­də­ki mə­bəd nə­in­ki Qaf­qaz Al­ba­ni­ya­sın­da (Azər­bay­can­da), elə­cə bü­tün Qaf­qaz­da təq­ri­bən iki min il bun­dan əv­vəl xris­ti­an­lı­ğın baş­lan­dı­ğı­nı sim­vol­laş­dı­ran gör­kəm­li ta­ri­xi abi­də­dir.

Təd­qi­qat­çı­lar vur­ğu­la­yır ki, Şə­ki öz ta­ri­xi-mə­də­ni ir­si, abi­də­lə­ri, me­mar­lıq in­ci­lə­ri ilə öl­kə­mi­zin tu­rizm mər­kəz­lə­rin­dən bi­ri­nə çev­ri­lib. Mə­lu­mat­la­ra gö­rə, ilin bü­tün fə­sil­lə­rin­də Şə­ki­yə gə­lən yer­li xa­ri­ci tu­ristlə­rin, həm­çi­nin rəs­mi qo­naq­lar bey­nəl­xalq təd­bir iş­ti­rak­çı­la­rı­nın ən çox üz tut­du­ğu, zi­ya­rət et­di­yi ta­ri­xi mə­kan­lar­dan bi­ri Kiş kən­din­də yer­lə­şən qə­dim al­ban mə­bə­di­dir.

Vur­ğu­la­yaq ki, 2001-ci ilin ma­yın­da nor­veç­li mü­tə­xəs­sis­lər­lə bir­gə "Kiş" la­yi­hə­si üz­rə abi­də­nin bər­pa­sı­na baş­la­nıb 2003-cü ilin sentyab­rın­da mə­bə­din açı­lı­şı olub. La­yi­hə ta­nın­mış nor­veç­li səy­yah, et­noq­raf alim Tur He­yer­da­lın dəs­tə­yi ilə hə­ya­ta ke­çi­ri­lib. Ali­min xa­ti­rə­si­nin əbə­di­ləş­di­ril­mə­si üçün mə­bə­din qar­şı­sın­da onun büs­tü qo­yu­lub.

Kiş al­ban mə­bə­di Azər­bay­can Res­pub­li­ka­sı Na­zir­lər Ka­bi­ne­ti­nin 2001-ci il 2 av­qust ta­rix­li Qə­ra­rı ilə dün­ya əhə­miy­yət­li abi­də­lər si­ya­hı­sı­na da­xil edi­lib ta­rix-me­mar­lıq abi­də­si ki­mi döv­lət tə­rə­fin­dən qo­ru­nur. Mə­bə­din yer­ləş­di­yi əra­zi­də 2003-cü il­də Kiş Ta­ri­xi-Me­mar­lıq Qo­ruq-Mu­ze­yi ya­ra­dı­lıb. 2009-cu il­də isə mu­ze­yə ay­rı­ca qo­ruq sta­tu­su ve­ri­lib.

Bər­pa­dan son­ra mə­bə­di zi­ya­rət edən­lə­rin sa­yı il­dən-ilə ar­tır. 2004-cü il­də mə­bə­di 4 min 500 nə­fər zi­ya­rət et­miş­di­sə, 2015-ci il­də zi­ya­rət­çi­lə­rin sa­yı ar­ta­raq 12 min 538 nə­fə­rə ça­tıb. Gə­lən­lə­rin 3 min nə­fər­dən ço­xu xa­ri­ci tu­ristlər olub. On­la­rın ara­sın­da Al­ma­ni­ya Pol­şa­dan gə­lən­lər üs­tün­lük təş­kil edib. Bu ilin yay möv­sü­mün­də isə mə­bə­di 7 min­dən çox yer­li xa­ri­ci tu­rist zi­ya­rət edib. On­lar­dan da 2 min nə­fər­dən ço­xu xa­ri­ci tu­ristlər­dir.  Tu­ristlə­rin diq­qə­ti­ni qə­dim mə­bəd­lə ya­na­şı, Kiş kən­di­nin əs­ra­rən­giz tə­bi­ət gö­zəl­lik­lə­ri cəlb edir. Mə­bə­di zi­ya­rət edən­lər gös­tə­ri­lən xid­mət­dən, qo­ruq əmək­daş­la­rı­nın xoş mü­na­si­bə­tin­dən ağız­do­lu­su da­nı­şır. Mə­bəd­lə ta­nış­lıq­dan son­ra qo­naq­lar Şə­ki şir­niy­yat­la­rı ilə bə­zə­di­lən çay süf­rə­si­nə də­vət olu­nur, mə­na­lı is­ti­ra­hət edir­lər. On­la­ra mə­bəd haq­qın­da buk­let­lər hə­diy­yə olu­nur.

Şə­ki­nin Kiş mə­bə­di bu gün mul­ti­kul­tu­ra­lizm azər­bay­can­çı­lıq abi­də­si ki­mi diq­qə­ti cəlb edir. Onun tim­sa­lın­da qar­daş­lı­ğın, dostlu­ğun ob­ra­zı­nı gö­rü­rük. Azər­bay­can əra­zi­sin­də ən qə­dim di­ni abi­də­lər­dən bi­ri olan Kiş mə­bə­di hə­lə əsrlər son­ra da qar­daş­lı­ğın, to­le­rantlı­ğın, mul­ti­kul­tu­ra­lizm azər­bay­can­çı­lı­ğın sim­vo­lu ola­raq qa­la­caq.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 18 noyabr.- S.15