Azərbaycan Tibb UniversitetindəFitnəfilmi təqdim olunub

Bakı, 22 noyabr, SalamNews. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Azərbaycan Tibb UniversitetindəFitnəadlı filmin təqdimatı baş tutub.Dövlət Komitəsindən SalamNews-a verilən məlumata görə, filmin nümayişindən əvvəl ATU–nun rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, hazırda terrorçuluq nəinki Azərbaycanda, bütün regionda dünyada aktual problemlərdən birinə çevrilib: “20 il bundan əvvəl ekstremizm terrorizm ifadələrindən çox nadir hallarda istifadə olunurdu. Ancaq son illərdə hər gün bu sözləri eşidirik. Hətta ekstremizmin dini, siyasi digər növləri yaranıb. İndi dünyada elə bir ölkə yoxdur ki, özünü ekstremizmdən terrorçuluqdan sığortalanmış hesab etsin. Təəssüf ki, Azərbaycan hələ 20 il əvvəl beynəlxalq miqyaslı terrorizmlə üzləşib”.Rektor G.Gəraybəyli müasir dövrdə daha çox gənclərin dini ekstremizmə cəlb olunduğunu, onların müxtəlif vədlərlə aldadılıb terrorçuluğa  çəkildiyini bildirib.Professor G.Gəraybəyli, xüsusilə gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi bu istiqamətdə məlumatlandırılması üçünFitnəfilminin əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, radikal dini qruplara qoşulan gənclərə yalnız maarifləndirmə yolu ilə kömək etmək mümkündür.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, bu gün dünyada bir sıra maraqlı güclər öz istəklərini yerinə yetirmək üçün dindən alət kimi istifadə edirlər. Məhz bu məqsədlə radikal dini qruplar yaradılır, xüsusilə sülh dini olan İslamın adından istifadə olunur. M.Qurbanlı komitə tərəfindən radikal dini cərəyanların yaratdığı qruplaşmalara qarşı hüquqi, iqtisadi ideoloji formada aparılan tədbirlər barədə geniş məlumat verib. Onun sözlərinə görə, xüsusilə gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi bu istiqamətdə maarifləndirmənin gücləndirilməsi üçün müxtəlif tipli tədbirlərin keçirilməsi vacibdir.Daha sonra ATU-da təhsil alan tələbələr üçünFitnəfilmi nümayiş olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” filmi dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edir.

 

Bakı xəbər.- 2016.- 23 noyabr.- S.14