Milli Hökumət zamanında Seyid Cəfər Pişəvəri onu aşıqların rəhbəri qoymuşdu

Həsrət aşığı Hüseyn Cavanın 100 illik yubileyi qeyd edildi

 

 

Noyabrın 22-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında ustad aşıq, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Hüseyn Cavanın anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley tədbiri və konsert proqramı keçirildi.

Cənubi Azərbaycan aşıqlarının da iştirakı ilə keçirilən yubiley tədbirini Azərbaycan Aşıqlar Birliyinin sədri,Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı açaraq bildirdi ki, Hüseyn Cavan o taylı, bu taylı Azərbaycanın ovladı olub. Ustad aşığın aşıq sənətindəki xidmətlərini qeyd edən M.Qasımlı bildirdi ki, H.Cavan bir aşıq kimi kifayət qədər güclü, geniş repertuara, o cümlədən yüksək diapazona malik şaqraq səsə malik olub. Hüseyn Cavanın aşıq Ələsgər ocağından şölələndiyini vurğulayan AAB sədri dedi ki, H.Cavan aşıq Ələsgərin qardaşı oğlu aşıqMusaya şəyird olub:Aşıq Hüseyn Cavan özünəməxsus cəhətləri olan aşıq idi. Cənubi Azərbaycanda doğuldu, ancaq tale onu bu tay Azərbaycana gətirdi. O, aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğlu aşıq Musaya şəyirdlik etdi. Ələsgər ocağı Hüseyni öz ağuşuna aldı. Elə Cavan təxəllüsünü də bu ocaqda qazandı. O vaxt aşıq Hüseyn Bozalqanlı sağ idiçox məşhur idi. Gənc Hüseyni ondan fərqləndirmək üçün ona Cavan təxəllüsü verildi. Hüseyn Cavan özündə Göyçə və Qaradağ-Təbriz aşıq mühitlərinin bütün gözəlliklərini özündə, sənətində cəmləmişdi. O, özündən sonra Cavanı havasını yadigar qoydu. İndionun oxuduğumöhür vurduğu İrəvançuxuru havası miras qalıb. Bu gün hansı aşıq İrəvançuxurunu ustalıqla oxusan deyirlər ki, lap Hüseyn Cavan kimi oxuyur. Hüseyn Cavanın ifası böyük bir ordunun işini görürdü. O, bir müddət İranda da yaşadı. Təsadüfi deyil ki, Milli Hökumət zamanında Seyid Cəfər Pişəvəri onu aşıqların rəhbəri qoymuşdu. Hüseyn Cavan bu taya qayıtdıqdan sonra fəaliyyətini davam etdirir. Gəncəbasar, Goranboy aşıqlarının yetişməsində böyük rol oynayıb. Onun davamçıları çoxdur. Şəyirdlərindən biriüzrlü səbəbdən tədbirə qatıla bilməyən böyük aşığımız Mayıs Gəncəlidir. O, aşıq Mayıs kimi sənətkar yetişdirib.

M.Qasımlı vurğuladı ki, həm də məzmunlu, poetik cəhətdən çox yüksək olan şeirlər yazıb. Ustad aşığın bir neçə şeirlər kitabınınnəşr edildiyini deyən AAB sədri qeyd etdi ki,hətta onun Moskvada rus dilində də şeirlər kitabı çap olunub. Səməd Vurğunun zəmanəti ilə aşıq Hüseyn cavanın Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edildiyini deyən M.Qasımlı tarix durduqca, aşıq sənəti yaşadıqca ustadın da yaşayacağını bildirdi.

Qeyd edək ki, Əliyev Hüseyn Mikayıl oğlu Azərbaycan Demokratik Partiyasının üzvü (1946) olub.Bildirək ki, aşıq Hüseyn Cavan 1916-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalinınUti kəndində yoxsul ailədə doğulub. Atasının vaxtsız vəfatından sonra anası Zöhrə bir yaşlı oğlu Hüseyni xilas etmək ümidi ilə Şimali Azərbaycana gətirib. Onlar bir müddət Ağdamın Şərəfxanlı kəndində, sonra Dəliməmmədlidə yaşayıblar. 7 yaşından muzdurluq edən Hüseyn varlı adamlara qoyub-quzu otarıb. 1927-ci ildən 1935-ci ilə qədər Göyçəli aşıq Ələsgərin qardaşı oğlu Musanın yanında şəyird olub.

Aşıq sənətin sirlərini, şifahi xalq ədəbiyyatını dərindən öyrənərək toy-düyünlərdə, el şənliklərində çıxış edibdi. 1934-cü ildən arabir şeir yazsa da, poetik yaradıcılığa əsasən 1940-cı ildən başlayıb. Onun ilk şerləri: "Gül Azərbaycan", "Oyan, vətəndaşım", "Ana vətən", "Oktyabr" və s. Təbrizdə "Vətən yolunda" qəzetində dərc olunub. 1938-ci ilin iyulunda Cənubi Azərbaycana köçüb bir müddət Təbrizdə yaşayıb. Milli-demokratik hərəkat təlatümə gəldiyi zaman səngərdən-səngərə gəzib, sazı və sözü ilə fədailəri qələbəyə ruhlandırıb. Milli hökumət onu "21 Azər" medalı ilə təltif edib. 1946-cı ilin martında Təbrizdə dövlət dram teatrı təşkil olunarkən o, direktor müavini vəzifəsində çalışıb, inqilabi ruhlu nəğmələri ilə çıxış edib. Burada aşıqlar ansamblı yaradır. Azərbaycan Demokrat firqəsi və milli hökumət ona xalq artisti fəxri adını verib.

Məlumatlara görə, 1946-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist işləyən ustad aşıq sonra 1948-ci ildən Goranboy rayonunun Əzizbəyov kəndində yaşayıb. Qeyd edək ki, Ümumittifaq xalq yaradıcılıq evinin tədbirlərində dəfələrlə iştirak edib, Böyük teatrda çıxışı hərarətlə qarşılanıb. 1953-cü ildə Respublika özfəaliyyət incəsənət festivalının laureatı olub, birinci dərəcəli diplom alıb. Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə aşıqlar dəstəsinin bədii rəhbəri olub. "Şərəf nişanı" ordeni və fəxri mükafatlarla təltif edilib. Ustad aşıq1985-ci il noyabrın 14-də vəfat edib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında ustad aşıq, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Hüseyn Cavanın anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən yubiley tədbirində Prezident təqaüdçüsü ustad aşıqMahmud Məmmədov Göyçə gözəlləməsiifa etdi. Ustadın ifası dinləyicilərin marağına səbəb oldu. Gecədə əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi Çeşmə folklor qrupu, Gədəbəy aşıqları Asudə Hüseynova, Anar AbdullayevZülfüqar Şəmilovun ifasında Aran gözəlləməsi (balabanda Tahir İsgəndərov müşaiət edirdi), Güney Azərbaycandan gələn məşhur aşıq Məhbub Xəlili İrəvançuxuru, Kəlbəcər aşıqları-Elbrus Hüseynov, Şöhrət Kərimov və Əfqan Məmmədov Cəlili (balabanda İbad Allahveriyev müşaiət edirdi), Güney Azərbaycandan gələn Əli Səlimi və Ərsalan Zari H.Cavanın yaratdığı Səttarxan dastanından bir parça danışıb Dərvişihavası ifa etdilər.

Haqverdi Kərəmoğlu və Yolçu Salmanlı Orta sarıtel, aşıq Nəbi Nağıyev Misri, Güney Azərbaycandan gələn məşhur Dalğa qrupunun rəhbəri Çingiz Mehtipur Osmanlı divanisi, aşıq Altay Məmmədli, aşıq İsa Qaraxanlı Hüseyni, Mahmud Cahangiri, Əli Fəllah Naxçıvani, Gözəl Kəlbəcərli, Əli Zeynalabdinov Göyçəgülü, aşıq Gülarə Azaflı, aşıq Roman Azaflı Şəqayi gəraylı, Höccət Qaradağlı, Məhəmmədəli Abbasi İncəgülü, Firudin Bozalqanlı Ruhani (solo), aşıq Cavad Məhərrəmi Qəhramanıaşıq Şöhrət Kərimov isə Cəngi koroğlu havasını ifa etdilər.

Ustad aşıq Hüseyn Cavanın anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən yubiley tədbiri Azərbaycan dövləti və Azərbaycan Aşıqlar Birliyi tərəfindən böyük ehtiram nümünəsidir...

Ustadın ruhu şad olsun!

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 24 noyabr.- S.14