Qafqaz Albaniyasının məbədləri - multikulturalizm və azərbaycançılıq nümunəsi...

Azər­bay­can ta­ri­xi­nin elə qat­la­rı, elə dövrlə­ri var ki, on­lar haq­da ge­niş yaz­ma­ğa, fi­kir bil­dir­mə­yə eh­ti­yac ya­ra­nır. Ta­ri­xən Azər­bay­can­da türklər­lə ya­na­şı, di­gər xalqla­rın və din­lə­rin də nü­ma­yən­də­lə­ri ya­şa­yıb, bu gün də ya­şa­yır, fə­a­liy­yət gös­tə­rir, mə­də­ni-ic­ti­mai hə­ya­tı­mız­da əhə­miy­yət­li rol oy­na­yır.

Azər­bay­can ta­ri­xin­də xü­su­si iz qo­yanbi­zi ta­ri­xi keç­mi­şi­mi­zə qay­ta­ran ki­fa­yət qə­dər sə­bəb­lər, ha­di­sə­lər möv­cud­dur. Mü­a­sir Azər­bay­can ta­rix­şü­nas­lı­ğın­da Qaf­qaz Al­ba­ni­ya­sı­nın öy­rə­nil­mə­si sa­hə­sin­də ye­ni­lik­lər möv­cud­dur. Ar­tıq elm adam­la­rı­mız ta­ri­xi­mi­zin bu döv­rü­nə bə­ləd ol­maq üçün ge­niş təd­qi­qat iş­lə­ri apa­rır, çox­lu iş­lər gö­rür.

Mə­lum ol­du­ğu ki­mi, bu gün Azər­bay­can əra­zi­sin­də qə­dim al­ban abi­də­lə­ri möv­cud­duron­lar ta­ri­xin bir par­ça­sı ki­mi qo­ru­nur.

Alim­lə­ri­miz qeyd edir ki, er­mə­ni­lər Azər­bay­can əra­zi­sin­də­ki al­ban abi­də­lə­ri­ni mə­nim­sə­mə­yə cəhd edir. Ta­rix­çi­lər ya­zır ki, Azər­bay­can Res­pub­li­ka­sı­na qar­şı əsas­sız əra­zi id­di­a­la­rı irə­li sü­rən er­mə­ni mil­lət­çi­lə­ri iş­ğal­çı­lıq əməl­lə­ri­nə haqq qa­zan­dır­maq məq­sə­di­lə Qaf­qaz Al­ba­ni­ya­sı­nın xris­ti­an kil­sə­si­nə aid bü­tün mə­bəd və mo­nastrla­rı er­mə­ni abi­də­lə­ri elan edir. Ta­rix­də əs­lin­də heç vaxt möv­cud ol­ma­mış "Bö­yük Er­mə­nis­tan im­pe­ri­ya­sı" ba­rə­də əf­sa­nə­ni şi­şir­də­rək tək­cə Azər­bay­ca­nın de­yil, Gür­cüs­tan, İran və Tür­ki­yə əra­zi­lə­ri­nin də xey­li his­sə­si­ni er­mə­ni­lə­rin "ta­ri­xi tor­paq­la­rı" ki­mi qə­lə­mə ve­rir­lər. Alim­lər bil­di­rir ki, Azər­bay­can­da­kı bü­tün al­ban xris­ti­an abi­də­lə­ri bi­zim xal­qı­mı­zın mə­də­ni ir­si­nə aid­dir.

Təd­qi­qat­çı­lar bil­di­rir ki, Qaf­qaz Al­ba­ni­ya­sı döv­lə­ti­nin əra­zi­si, çox­say­lı ya­zı­lı ta­ri­xi mən­bə­nin mə­lu­ma­tı­na gö­rə, era­mı­zın əv­vəl­lə­rin­dən VIII əs­rin əv­və­li­nə­dək cə­nub­da Araz ça­yın­dan Şi­ma­li Qaf­qa­za­dək, şərqdə Xə­zər də­ni­zi­nin qərb sa­hi­lin­dən Göy­çə gö­lün­dən qərbdə yer­lə­şən tor­paq­la­ra­dək ge­niş bir sa­hə­ni əha­tə edib. Bu yer­lər­də qə­dim za­man­lar­da mal­dar­lıq, əkin­çi­lik və sə­nət­kar­lıq­la məş­ğul olan müx­tə­lif  tay­fa­lar ya­şa­yıb. Təd­qi­qat­çı­la­ra gö­rə, bun­la­rın içə­ri­sin­də sak­lar, qar­qar­lar, quz­lar, kan­qar­lar, hun­lar, şa­mak­lar, türklər, muğ­lar, ic­ma­xi­lər, su­ran­lar, şir­van­lar və di­gər türkdil­li tay­fa­lar üs­tün­lük təş­kil edib.

Era­mız­dan əv­vəl V əsrdə ya­şa­yan an­tik mü­əl­lif He­re­dot ya­zır ki, skif­lər - türkdil­li tay­fa­lar mi­di­ya­lı­lar­la mü­ha­ri­bə­də qə­lə­bə çal­dıq­dan son­ra Qaf­qaz əra­zi­sin­də döv­lət ya­rat­dı­lar. Skif çar­lı­ğı ki­mi ta­nın­mış bu döv­lə­tin qə­dim Al­ba­ni­ya döv­lə­ti ol­du­ğu gü­man edi­lir.

Ta­ri­xi mən­bə­lər­də ya­zı­lır ki, era­mı­zın əv­vəl­lə­rin­də Qa­ra də­ni­zin şərq sa­hil­lə­rin­dən Xə­zər də­ni­zi­nə­dək bö­yük bir əra­zi­də skif­lər - türkdil­li tay­fa­lar ya­şa­mış­lar. Bu fik­ri bir çox an­tik mü­əl­lif­lər də təs­diq et­miş­lər. "Ta­ri­xin ata­sı" He­ro­dot (e.ə. V əsr), Mi­let­li Qe­ka­tey (e.ə. VII-V əsr), Di­o­ni­siy Pe­ri­e­qet (e.ə. II əsr), K.Pto­lo­mey (II əsr) və di­gər mü­əl­lif­lə­rin əsər­lə­ri Qaf­qa­zın türk et­no­su­nun və­tə­ni ol­du­ğu­nu tək­zi­be­dil­məz şə­kil­də sü­but edir. Təd­qi­qat­çı­lar onu da önə çə­kir ki, Qaf­qaz Al­ba­ni­ya­sı­nın tay­fa it­ti­faq­la­rı baş­çı­la­rı­nın və çar­la­rı­nın bir ço­xu­nun adı türk mən­şə­li olub: Aran, Aray, Ər­baq, Baş­taq, Əm­bək, Ər­nək, Hə­raq, Nu­ray, Da­lak, Hu­ray, Hiy­ran, Ən­caq, Borc, Ər­bun, Bə­zək, Yu­saq, Qay­naq, Sqa­yor­du, Kör­nəg, Va­çı­a­ğan, Uray, Ur­na­ir, Sa­tay, Asaysa­ir.

Azər­bay­can Ta­rix və Mə­də­niy­yət Abi­də­lə­ri­nin Mü­ha­fi­zə Cə­miy­yə­ti səd­ri­nin mü­a­vi­ni Va­qif Əsə­dov "Xalq qə­ze­ti"ndə çap et­dir­di­yi mə­qa­lə­sin­də qeyd edir ki, Cə­nu­bi Qaf­qa­zın ərəb­lər tə­rə­fin­dən iş­ğa­lı döv­rün­də, VIII əs­rin əv­vəl­lə­rin­də bu döv­lət da­ğı­lıb: "Ha­zır­da Azər­bay­can Res­pub­li­ka­sı əra­zi­sin­də Qaf­qaz Al­ba­ni­ya­sı­nın zən­gin me­mar­lıq ir­si­nə aid xey­li mə­bəd, kil­sə və mo­nastrlar var. Al­ba­ni­ya­nın hə­qi­qi ta­ri­xi­nin və abi­də­lə­ri­nin öy­rə­nil­mə­si sa­hə­sin­də son vaxtlar mil­li təd­qi­qat­çı alim­lə­ri­miz tə­rə­fin­dən mü­əy­yən iş­lər gö­rü­lüb.

Era­mız­dan əv­vəl I əs­rin son­la­rı, era­mı­zın I əs­ri­nin əv­vəl­lə­rin­də ya­şa­mış Stra­bon Al­ba­ni­ya­da ya­şa­yan tay­fa­la­rın di­ni eti­qad­la­rın­dan bəhs edə­rək ya­zır ki, on­lar He­li (Gü­nəş), Zevs (atəş) və Se­len (Ay) ila­hə­lə­ri­nə si­ta­yiş edir. Xü­su­si eti­qad et­dik­lə­ri Ay ila­hə­si­nin mü­qəd­dəs mə­bə­di İbe­ri­ya ya­xın­lı­ğın­da yer­lə­şir. Öl­kə­də Gü­nəş, Ay və büt­pə­rəstlik mə­bəd­lə­ri ilə ya­na­şı, çox­lu say­da atəş­pə­rəstlik mə­bəd­lə­ri də möv­cud olub. Bu mə­bəd­lə­rin bir his­sə­si son­ra­lar xris­ti­an mə­bəd­lə­ri­nə çev­ri­lib, ək­sər his­sə­si isə is­lam di­ni­nin ya­yıl­dı­ğı dövrdə da­ğı­dı­lıb. Qaf­qaz Al­ba­ni­ya­sın­da atəş­pə­rəstlik mə­bəd­lə­ri­nin ti­kil­mə­si era­mız­dan əv­vəl VIII əsrdən Zər­düştlük di­ni­nin ya­yıl­ma­sı ilə əla­qə­dar idi.

At­ro­pa­te­na­da Sa­sa­ni­lə­rin ha­ki­miy­yə­ti il­lə­rin­də baş atəş­gah Qa­za­ka­da Təx­te-Sü­ley­man­da, Qaf­qaz Al­ba­ni­ya­sın­da isə Ba­kı əra­zi­si­nin da­xil ol­du­ğu Pay­ta­ka­ran vi­la­yə­tin­də yer­lə­şir­di. Qo­ca­man təd­qi­qat­çı alim D.A.Axun­do­vun fik­rin­cə, in­di "Qız qa­la­sı" ad­lan­dı­rı­lan ar­xa­ik gör­kəm­li abi­də ta­ri­xi mən­bə­lər­də adı çə­ki­lən Pay­ta­ka­ran­da­kı yed­di mə­şəl­li Ba­qink baş mə­bə­di­dir. O, bu mə­bə­din əsa­sı­nın era­mız­dan əv­vəl qo­yul­du­ğu­nu eh­ti­mal edir".

V.Əsə­do­vun yaz­dı­ğı­na gö­rə, ar­xe­o­lo­ji təd­qi­qat­la­rın nə­ti­cə­lə­rin­dən ay­dın olur ki, bu mə­bəd vax­ti­lə yer­dən çı­xan güc­lü tə­bii qaz mə­şəl­lə­ri­nin alov­la­nıb yan­dı­ğı iri qa­ya üzə­rin­də ti­ki­lib. O vur­ğu­la­yır ki, mə­bə­din plan qu­ru­lu­şu hə­lə qə­dim za­man­lar­dan alo­vun sim­vo­lik işa­rə­si olan bu­ta şək­lin­də­dir. Onun bil­dir­di­yi­nə gö­rə, mə­bə­din yer­ləş­di­yi qa­ya­da ar­xe­o­loq­lar di­a­metrlə­ri 70-80 sm. olan 10-a qə­dər də­rin qaz mə­şəl­lə­ri­nin qu­yu­la­rı­nı aş­kar et­miş­lər. Qu­yu­la­rın di­var­la­rın­da uzaq keç­miş­də yan­mış mə­şəl alov­la­rı­nın iz­lə­ri bu gün də ay­dın gö­rü­nür: "Də­niz sa­hi­lin­də yer­lə­şən bu abi­də uzun müd­dət ma­yak ki­mi də is­ti­fa­də olu­nub. Qaf­qaz Al­ba­ni­ya­sın­da era­mı­zın əv­vəl­lə­rin­də xris­ti­an­lı­ğın, son­ra­lar isə is­lam di­ni­nin ya­yıl­dı­ğı dövrdə atəş­gah­la­rın ha­mı­sı da­ğı­dı­lıb. Su­ra­xa­nı atəş­ga­hı­nın da­ğı­dıl­mış mə­bəd komplek­si ta­ri­xi "İpək yo­lu" ilə ti­ca­rət sə­fər­lə­ri­nə çı­xan hin­dis­tan­lı atəş­pə­rəst ta­cir­lə­rin si­fa­ri­şi ilə 1713-1720-ci il­lər­də bər­pa edi­lib. Bu atəş­gah­da uzaq Hin­dis­tan­dan gə­lən atəş­pə­rəst zəv­var­la­rın və ka­hin­lə­rin iş­ti­ra­kı ilə tən­tə­nə­li di­ni mə­ra­sim­lər ke­çi­ri­lib. So­nun­cu mə­ra­sim 1883-cü il­də olub.

Era­mı­zın I əs­rin­dən baş­la­ya­raq Ro­ma im­pe­ri­ya­sı əra­zi­sin­də ya­ran­mış xris­ti­an­lıq di­ni im­pe­ri­ya ilə iq­ti­sa­di mə­nə­vi əla­qə­lə­ri olan Cə­nu­bi Qaf­qa­za da ya­yıl­ma­ğa baş­la­yıb. Al­ban ta­rix­çi­si Mo­i­sey Ka­lan­ka­tuy­lu­nun "Aq­van ta­ri­xi" əsə­rin­də Qaf­qaz Al­ba­ni­ya­sın­da xris­ti­an­lıq di­ni­nin ya­yıl­ma­sı, müx­tə­lif kil­sə mə­bəd­lə­rin ti­kil­mə­si ba­rə­də qiy­mət­li mə­lu­mat­lar var. Ta­ri­xi mən­bə­lər­də al­ban kil­sə­si apos­tol kil­sə­si ad­lan­dı­rı­lır. Çün­ki xris­ti­an­lı­ğı Al­ba­ni­ya­ya era­mı­zın 54-57-ci il­lə­rin­də apos­tol mü­qəd­dəs Ye­li­sey gə­ti­rib. Təq­ri­bən üç əsr son­ra par­fi­ya­lı mis­si­o­ner mü­qəd­dəs Qri­qo­ri­sin fə­a­liy­yə­ti nə­ti­cə­sin­də er­mə­ni­lər büt­pə­rəstlik­dən əl çə­kib 327-ci il­də xris­ti­an­lı­ğı qə­bul et­miş­lər. Bu ba­rə­də al­ban sal­na­mə­çi­si Mo­i­sey Ka­lan­ka­tuy­lu­nun əsə­rin­də ki­fa­yət qə­dər mə­lu­mat var. 1130-cu il­də Gən­cə şə­hə­rin­də ana­dan ol­muş, 1184-cü il­dən öm­rü­nün so­nu­na­dək Xa­çın knyaz­la­rı­nın ya­nın­da xid­mət et­miş al­ban sal­na­mə­çi­si Mxi­tar Qoş özü­nün məş­hur "Al­ban sal­na­mə­si" əsə­rin­də bu ta­ri­xi fak­tı bir da­ha təs­diq edə­rək ya­zır: "...Mü­qəd­dəs Ye­li­sey­dən mü­qəd­dəs Qri­qo­ri­sə qə­dər 300 il ke­çib". "Aq­van ta­ri­xi" sal­na­mə­sin­dən mə­lum olur ki, İsa pey­ğəm­bə­rin şa­gir­di mü­qəd­dəs Fad­de­yin xris­ti­an di­ni­ni yay­maq məq­sə­di­lə Er­mə­nis­tan­da baş­la­maq is­tə­di­yi mis­si­o­ner­lik fə­a­liy­yə­ti fa­ciə ilə nə­ti­cə­lə­nib, büt­pə­rəst er­mə­ni ça­rı Sa­nat­ruk mü­qəd­dəs apos­to­lu tut­du­rub qət­lə ye­ti­rib. Apos­tol Fad­de­yin şa­gir­di mü­qəd­dəs Ye­li­sey Qüds şə­hə­ri­nə qa­yı­dıb apos­to­lun şə­hid ol­du­ğu­nu bil­di­rir. İsa pey­ğəm­bə­rin din qar­da­şı mü­qəd­dəs Ya­kov xris­ti­an­lı­ğı təb­liğ et­mək üçün mü­qəd­dəs Ye­li­se­yi Al­ba­ni­ya­ya gön­də­rir. Ço­la vi­la­yə­tin­də mis­si­o­ner­lik et­dik­dən son­ra öl­kə­nin Uti vi­la­yə­ti­nin Kiş kən­di­nə gə­lən mü­qəd­dəs Ye­li­sey ora­da kil­sə tik­di­rir. Yal­nız Qaf­qaz Al­ba­ni­ya­sı əra­zi­sin­də de­yil, ümu­miy­yət­lə, Qaf­qaz­da ti­kil­miş ilk xris­ti­an kil­sə­si olan məş­hur Kiş mə­bə­di ha­zır­da Şə­ki ra­yo­nu­nun Kiş kən­din­də yer­lə­şir. Mə­bə­din üzə­rin­də ha­zır­da heç bir epiq­ra­fik ya­zı ol­ma­sa da, me­mar­lıq-plan­laş­dır­ma xü­su­siy­yət­lə­ri, in­şa­at üs­lu­bu tex­no­lo­gi­ya­sı abi­də­nin al­ban me­mar­la­rı­nın ya­rat­dı­ğı qiy­mət­li sə­nət əsə­ri ol­ma­sı­nı sü­but edir. Də­fə­lər­lə bər­pa tə­mir edil­miş mə­bəd zə­ma­nə­mi­zə ki­fa­yət qə­dər yax­şı və­ziy­yət­də gə­lib ça­tıb. Vax­ti­lə mə­bə­din üzə­rin­də onun mü­qəd­dəs apos­tol Ye­li­sey kil­sə­si ol­du­ğu­nu 1244-cü il­də al­ban kil­sə­si­nin ar­xi­di­a­ko­nu Se­ra­fim tə­rə­fin­dən ye­ni­dən qu­rul­du­ğu­nu bil­di­rən ki­ta­bə olub. XIX əs­rin 30-cu il­lə­rin­də Za­qaf­qa­zi­ya Ru­si­ya­ya bir­ləş­di­ril­dik­dən son­ra Si­no­dun qə­ra­rı ilə al­ban kil­sə­si rəs­mən ləğv edil­dik­dən mə­bəd­lə­ri er­mə­ni kil­sə­si­nə ta­be edil­dik­dən son­ra, bir çox di­gər al­ban mə­bəd­lə­ri ki­mi, bu mə­bə­din ki­ta­bə­si tə­miz po­zu­lub".

Sədr mü­a­vi­ni vur­ğu­la­yır ki, Qax ra­yo­nu­nun Qum kən­din­də­ki xris­ti­an mə­bə­di me­mar­lıq-konstruk­tiv həl­li­nə gö­rə mü­tə­xəs­sis­lə­rin diq­qə­ti­ni cəlb edən sə­nət əsə­ri­dir. Lə­kit kən­din­də yer­lə­şən mə­bəd ar­xa­ik in­şa­at üs­lu­bu ilə ti­ki­lib. Bu mə­bəd­lə­rin hər iki­si­nin V-IV əsrlə­rə aid ol­ma­sı eh­ti­mal edi­lir.

Onun bil­dir­di­yi­nə gö­rə, təq­ri­bən 325-ci il­də Al­ba­ni­ya ça­rı Ur­nayr xris­ti­an­lı­ğı rəs­mi döv­lət di­ni elan et­dik­dən son­ra öl­kə­də ye­ni-ye­ni xris­ti­an mə­bəd­lə­ri kil­sə­lər ti­kil­mə­yə baş­lan­dı.

O qeyd edir ki, məş­hur Avey mə­bə­di Qa­zax ra­yo­nu­nun əra­zi­sin­də yük­sək Avey da­ğı­nın zir­və­sin­də yer­lə­şir. On­dan bir qə­dər aşa­ğı­da yer­lə­şən Şiş­qa­ya mə­bə­di di­gər sü­ni ma­ğa­ra mə­bəd­lər komplek­si, təd­qi­qat­çı alim­lər C.Rüs­tə­mov F.Mu­ra­do­va­nın fik­rin­cə, an­tik döv­rə xris­ti­an­lı­ğın ya­yıl­ma­ğa baş­la­dı­ğı ilk əsrlə­rə aid al­ban mə­bəd­lə­ri­dir:

"Qaf­qaz Al­ba­ni­ya­sın­da xris­ti­an­lı­ğın ilk dövrlə­ri üçün xa­rak­te­rik olan mə­bəd komplek­si­nin qa­lıq­la­rı 1948-ci il­də Min­gə­çe­vir­də ar­xe­o­loq­lar tə­rə­fin­dən öy­rə­ni­lər­kən üzə­rin­də al­ban əlif­ba­sı ilə na­mə­lum ya­zı­lar həkk olun­muş, daş­dan ha­zır­lan­mış xaç altlı­ğı aş­kar edi­lib.

Al­ba­ni­ya ça­rı III Va­ça­qa­nın, öl­kə­nin gör­kəm­li din döv­lət xa­dim­lə­ri­nin iş­ti­ra­kı ilə ke­çi­ril­miş al­ban kil­sə­si­nin 488-ci il Alu­en məc­li­sin­dən son­ra xris­ti­an me­mar­lı­ğı üs­lu­bun­da mə­bəd­lə­rin in­şa­sı ge­niş vü­sət alıb. III Va­ça­qa­nın (487-510-cu il­lər) ha­ki­miy­yə­ti döv­rün­də Al­ba­ni­ya­da 300-dən çox kil­sə mə­bəd ti­ki­lib. VII əs­rin or­ta­la­rı­na ya­xın öl­kə­də 30-dan ar­tıq mo­nastr olub.

Al­ban ka­to­li­kos­lu­ğu­nun tax­tı IV-V əsrlər­də Dər­bənddə­ki Ço­la mo­nastrın­da, VI-VII əsrlər­də Bər­də mo­nastrın­da, VIII-IX əsrlər­də Ağ­də­rə ra­yo­nun­da­kı mü­qəd­dəs Ye­li­sey mo­nastrın­da, X-XV əsrlər­də Kəl­bə­cər ra­yo­nun­da­kı Xu­da­vəng mo­nastrın­da, XV-XIX əsrlər­də Gən­cə­sər mo­nastrın­da yer­lə­şib. 552-ci il­də al­ban kil­sə­si­nin baş­çı­sı ka­to­li­kos mü­qəd­dəs ata Ab­bas iqa­mət­ga­hı Ço­la­dan Bər­də­yə kö­çür­dük­dən son­ra Bər­də kil­sə­si iri mo­nastra çev­ri­lib.

Məş­hur şərqşü­nas alim, aka­de­mik Zi­ya Bün­ya­dov VII əsr ərəb mü­əl­li­fi Əl-Va­ki­nin əsə­ri­ni təd­qiq edər­kən ma­raq­lı ta­ri­xi bir fakt aş­kar edib. Mə­lum olub ki, ərəb xi­la­fə­ti­nin baş­çı­sı xə­li­fə Mü­a­vi­yə (661-680-ci il­lər) Qaf­qaz Al­ba­ni­ya­sı­na qar­şı iş­ğal­çı­lıq hü­cu­mu­na baş­la­maq is­tə­yər­kən Abid İbn Şə­riy­yə Əl-Cur­hu­mi ad­lı şəxsdən Qaf­qaz Al­ba­ni­ya­sın­da han­sı tay­fa­la­rın ya­şa­dı­ğı­nı so­ru­şub. Hər­bi kəş­fiy­yat xa­rak­ter­li mə­lu­mat­lar top­la­maq məq­sə­di­lə Qaf­qaz Al­ba­ni­ya­sın­da ol­muş Abid Əl-Cur­hu­mi xə­li­fə­nin su­a­lı­na ca­vab ola­raq de­yib ki, bu öl­kə­də türklər üs­tün­lük təş­kil edir, tay­fa­la­ra­ra­sı ümu­mi ün­siy­yət di­li türk di­li­dir...".

Onun vur­ğu­la­dı­ğı mət­ləb­lə­rin mə­na­sı ge­niş­dir. Azər­bay­can əra­zi­sin­də onun sər­həd­lə­rin­dən kə­nar­da da ol­sa, vax­ti­lə ta­ri­xi əra­zi­si olan Qər­bi Azər­bay­can­da, Bor­ça­lı­da, Dər­bənddə, Cə­nu­bi Azər­bay­can­da say­sız abi­də var ki, on­lar Al­ba­ni­ya döv­rü­nün abi­də­lə­ri­dir. Bu abi­də­lər ta­ri­xən mul­ti­kul­tu­ra­lizm azər­bay­can­çı­lı­ğın sim­vo­lu ki­mi də­yər­lən­di­ri­lir.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 25 noyabr.- S.15