Naxçıvana turist axınında hiss olunan artım başlayıb

"Nax­çı­van Azər­bay­ca­nın elə böl­gə­lə­rin­dən­dir ki, tu­ristlə­rin ora ma­raq gös­tər­mə­si tə­bi­i­dir"

Ba­ha­dur Bi­la­lov: "Nax­çı­van­da tu­riz­min in­ki­şaf et­mə­si­nin əsas sə­bəb­lə­rin­dən bi­ri ora­da ta­ri­xi abi­də­lə­rin ol­ma­sı­dır"

 

Ha­zır­da ən gə­lir­li sa­hə­lər­dən bi­ri tu­rizm sa­yı­lır. Tu­rizm ar­tıq bü­tün dün­ya­da sü­rət­lə in­ki­şaf edən iq­ti­sa­di sek­to­ra çev­ri­lib. Öl­kə­mi­zin coğ­ra­fi cə­hət­dən əl­ve­riş­li möv­qe­də yer­ləş­mə­si, bö­yük döv­lət dəs­tə­yi­nin ol­ma­sı, infrastruk­tu­run tək­mil­ləş­di­ril­mə­si tu­rizm sa­hə­si­nin in­ki­şa­fı­nı şərtlən­di­rən amil­lər­dən­dir.

Öl­kə­yə is­ti­ra­hət üçün gə­lən tu­ristlər adə­tən əl­ve­riş­li coğ­ra­fi möv­qe­yə ma­lik əra­zi­lə­ri se­çir.

Bəl­li­dir ki, bu il öl­kə­mi­zə gə­lən tu­ristlə­rin sa­yı ötən il­lər­lə mü­qa­yi­sə­də yük­sək ol­du. Bu fər­qi is­tə­ni­lən şəxs mü­şa­hi­də edib. Tu­ristlər is­ti­ra­hət üçün tək pay­taxt Ba­kı şə­hə­ri­nə de­yil, öl­kə­mi­zin di­gər böl­gə­lə­ri­nə üz tu­tub. Bu si­ya­hı­da bir sı­ra böl­gə­lə­rin adı­nı çək­mək olar. An­caq Nax­çı­va­na yol­la­nan tu­ristlə­rin sa­yı di­gər böl­gə­lər­lə mü­qa­yi­sə­də üs­tün­lük təş­kil edir.

Açıq­la­nan sta­tis­tik rə­qəm­lə­rə əsa­sən, yan­var-oktyabr ay­la­rın­da Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­na 328 min 213 tu­rist gə­lib. Döv­lət Sta­tis­ti­ka Ko­mi­tə­si­nin yay­dı­ğı mə­lu­mat­da qeyd olu­nur ki, bu gös­tə­ri­ci 2015-ci ilin mü­va­fiq döv­rün­də­ki say­dan 4,8 fa­iz ya 15137 nə­fər çox­dur.

Nax­çı­va­na sə­fər edən tu­ristlə­rin sa­yı­nın artma­sın­da qə­ri­bə heç yox­dur. Çün­ki bu böl­gə­nin əl­ve­riş­li coğ­ra­fi möv­qe­də yer­ləş­mə­si, əha­li­nin qo­naq­pər­vər ol­ma­sı, ta­ri­xi abi­də­lər­lə zən­gin­li­yi di­gər əla­mət­lər tu­ristlə­rin ma­ra­ğı­nı cəlb edir.

Tu­rizm sa­hə­si üz­rə ekspert Ba­ha­dur Bi­la­lov "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, Nax­çı­van Azər­bay­ca­nın elə böl­gə­lə­rin­dən­dir ki, tu­ristlə­rin ora ma­raq gös­tər­mə­si tə­bi­i­dir: "Nax­çı­van­da həm sağ­lam­lıq, həm is­ti­ra­hət üçün gö­zəl mə­kan­lar möv­cud­dur. Ora­da "Duz­dağ" ad­lı sa­na­to­ri­ya­nın ol­ma­sı əc­nə­bi­lər­lə ya­na­şı, yer­li və­tən­daş­la­rın da diq­qə­ti­ni çə­kir. Sa­na­to­ri­ya­nın ya­xın­lı­ğın­da "Duz­dağ" ad­lı 5 ul­duz­lu otel fə­a­liy­yət gös­tə­rir. Ey­ni za­man­da, Cul­fa ra­yo­nu əra­zi­sin­də Da­rı­dağ ter­mal su­yu­nun ət­ra­fın­da sa­na­to­ri­ya fə­a­liy­yət gös­tə­rir. Hə­min sa­na­to­ri­ya­ya həm öl­kə­da­xi­li, həm xa­ri­ci tu­ristlər gə­lir".

Həm­söh­bə­ti­miz onu da əla­və et­di ki, Nax­çı­van­da tu­riz­min in­ki­şaf et­mə­si­nin əsas sə­bəb­lə­rin­dən bi­ri ora­da ta­ri­xi abi­də­lə­rin ol­ma­sı­dır. Adı­çə­ki­lən böl­gə­də di­ni tu­rizm in­ki­şaf edib: "Əs­ha­bu-kəhf" zi­ya­rət­ga­hı­na dün­ya­nın müx­tə­lif yer­lə­rin­dən gə­lir­lər. Qə­dim inancla­rı, mö­cü­zə­vi sir­lə­ri əf­sa­nə­lə­ri özün­də ya­şa­dan "Əs­ha­bi-Kəhf" Di­ni-Mə­də­ni Abi­də Komplek­si dün­ya­nın dörd bir ya­nın­dan gə­lən zəv­var­la­rın zi­ya­rət­ga­hı­na çev­ri­lib. Bu mə­na­da di­ni tu­riz­min in­ki­şa­fı is­ti­qa­mə­tin­də gö­rü­lən iş­lər, di­ni-mə­də­ni abi­də­lə­rin bər­pa­sı qo­run­ma­sı, təş­kil olu­nan tu­rizm marşrut­la­rı mə­də­ni ir­si­mi­zin dün­ya­ya ta­nı­dıl­ma­sın­da va­si­tə ro­lu­nu oy­na­yır".

B.Bi­la­lo­vun söz­lə­ri­nə gö­rə, Nax­çı­va­nın tə­bi­ə­ti­nin çox ma­raq­lı ol­ma­sı in­san­la­rın diq­qə­ti­ni cəlb edir: "Son za­man­lar Nax­çı­van doğ­ru­dan da çox gö­zəl­lə­şib. Şə­hər abad­la­şır kü­çə­lə­rin tə­miz­li­yi is­tə­ni­lən in­sa­nın diq­qə­ti­ni cəlb edir. Nax­çı­van­da res­pub­li­ka sə­viy­yə­sin­də ke­çi­ri­lən təd­bir­lər ora ge­dən­lə­rin sa­yı­nın artma­sı­na tə­sir edir".

Günel CƏLİLOVA

Bakı xəbər.- 2016.- 25 noyabr.- S.12.