Əcnəbi qonaqlar Naxçıvana heyran qaldı: "Yoxsa biz Qafqazın İsveçrəsinə gəlmişik?"

"Naxçıvan mühüm memarlıq xəzinələri və bu günə qədər qorunub saxlanılan möhtəşəm abidələri ilə İslam incəsənəti və sivilizasiyası ilə maraqlanan alimlər və ziyarətçilər üçün mühüm regiondur". Trend-in məlumatına görə, Romadakı "La Sapienza" Universitetinin professoru Biankamaria Skarkia Amoretti belə hesab edir.

Professorqeyd edir ki, Naxçıvan çox da böyük olmayan ərazini əhatə edir orta əsr türk müsəlman abidələri ilə zəngindir: "Naxçıvan Muxtar Respublikasında XI-XIV əsrlərlərdə tikilmiş qeyri-adi abidələr bəşər sivilizasiyası üçün çox önəmlidir. Sevindirici haldır ki, Naxçıvan qonşu ölkələr Türkiyə, İran Gürcüstanla yaxşı əlaqələrə malikdir bu əlaqələr insanların əraziyə avtobus avtomobillə səfərlərini asanlaşdırır. Naxçıvanda daxili təhlükəsizlik çox yaxşı təmin olunub. Bu vəziyyət ərazidə turizmin inkişafına, Azərbaycanın mədəniyyət diplomatiya siyasəti layihəsinin möhkəmlənməsinə köməklik göstərəcək".

İtaliyalı professor Cianroberto Skarkia isə bildirib ki, Gürcüstan, İran, Türkiyə Bolqarıstan daxil olmaqla regional turizm ekspedisiyası üçün Azərbaycan başlanğıc nöqtə ola bilər: "Qeyd etmək lazımdır ki, Naxçıvandakı təcrübəmizə əsasən Azərbaycanın bu regionu öz kəşfini gözləyir heç kimi məyus etməyəcək".

Norveçdən olan turistlərin fikrincə, Naxçıvan gözəl xatirələr yaradan bir məkandır. 2011-ci ilin may ayında 4 tanınmış norveçli turist alim Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzində, Xalça Tarix muzeylərində olublar. Naxçıvan səfərlərindən öncə norveçlilər Bakı, Kiş, Şəki Gəncədə olublar. Onların Naxçıvan xatirələri belədir:

"Coğrafi nöqteyi-nəzərdən bu ərazi xüsusi əhəmiyyətə malikdir. Naxçıvanın qərb hissəsində biz Ağrı dağını, cənub hissədə isə İran sərhədində Araz çayını görə bildik. Bu mənzərə bizim üçün ekzotik oldu. Tarixi İpək Yolu xüsusilə bu tarixi ticarət marşrutu ilə bağlı Qarabağlar abidəsi bizi çox heyran etdi. Bundan əlavə, Nuh peyğəmbər haqqında olan hekayəni dinləmək peyğəmbərin dəfn olunduğu türbəni görmək bizim üçün xüsusi əhəmiyyətə malik oldu. Nuh peyğəmbərin hekayəsi müsəlman xristianlar üçün eynidir. Biz bir neçə muzeydə olduq, Xalça muzeyi daha çox marağımıza səbəb oldu".

İsveçrəli turist xanım Nikolletta Herman isə Naxçıvan barədə öz təəssüratlarını "Foreign Policy News" qəzeti ilə bölüşüb. Xanım Nikolletta Naxçıvan təcrübəsinin unudulmaz olduğunu Qafqaz bölgəsinə olan heyranlığın ifadə edərək yazır:

"Naxçıvana enərkən gözəl mənzərə ilə qarşılaşdım! Nuhun gəmisini zədələmiş dağ silsilələri ilə birləşən Haçadağı görməkdən zövq aldım. Bakıdan Naxçıvana təyyarə ilə səfər edən hər kəs gərək təyyarədə pəncərənin qarşısında əyləşsin təyyarə enərkən qətiyyən yatmasın. Naxçıvan, daha dəqiq desək, muxtar respublika haqqında ilk təəssüratımız olduqca müsbətdir: küçələr binalar qərb şəhərini xatırladır. Müxtəlif tikililər, şübhəsiz, yenə Azərbaycanın keçmişinin şahididir. Naxçıvan insanı əsəbiləşdirən avtomobil siqnalları, tələsən avtomobillər avtomobil xaosundan uzaqdır. Eləcə hara baxsaq, tullantı, həddindən artıq sıx olan evlər görmürük. Yoxsa biz Qafqazın İsveçrəsinə gəlmişik?"

Naxçıvandakı tədqiqatları ilə bağlı xanım Herman qeyd edir: "Üç gün ərzində biz Naxçıvan Muxtar Respublikasını tədqiq etdik. Görünür ki, bu mühüm əraziyə az sayda turistlər səfər edir. Lakin ərazi landşaft təbiətsevərlərin fotoqrafların arzuladığı yerdir. Böyük şəhərlərin izdiham çaxnaşmasını xoşlayanlar başqa yer axtarsınlar. Duzdağ Fizioterapiya Mərkəzi bizdə xoş təəssürat yaratdı. Şaxtada ailələr gecə qalaraq müalicə alırlar. Duzla zəngin şaxtadakı hava asma bir sıra tənəffüs yolları xəstəliklərinə qarşı yaxşı nəticə verir. Böyük məmnuniyyətlə şəxsən mən burada bir gecə keçirmək istərdim".

Xanım Hermanın fikrincə, Naxçıvanın gözəl təbiəti sanki bütün insan əli ilə yaradılan zənginlikləri geridə qoyur: "Qum təpələrinin gözəllikləri ilə rəqabət aparan gilli təpələr və təkrarolunmaz rəng oyunu ilə loğvalanan dağ silsilələri, aydın göllər, landşaft arası ilə qıvrılan çaylar bizi hər dəqiqə şəkil çəkməyə vadar edir. Ecazkar dağ landşaftlarının arası ilə Naxçıvanın cənub-şərqindəki Ordubada səfərimiz yaddaqalan oldu. Fotokameram rahatlıq tapmırdı. Naxçıvanda az müddət qalmağımız yeganə mənfi hal idi. Biz burada məmnuniyyətlə daha artıq qalardıq

Bakı xəbər.- 2016.- 25 noyabr.- S.12.