İnformasiyakommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

XX əsrin son onilliyində informasiyakommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Onların təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadisosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə edir. Bütün dünya ölkələri hazırda informasiyakommunikasiya texnologiyalarının verdiyi imkanlardan faydalanırlar. Azərbaycanı da bu ölkələr arasında görmək hər birimiz üçün sevindiricidir. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. İnformasiya cəmiyyətinin əsas xüsusiyyətləri sırasına aşağıdakıları aid etmək olar: - qlobal informasiya mühitinin yaradılması; - informasiyakommunikasiya texnologiyalarından kütləvi istifadə edilməsi, sosialiqtisadi fəaliyyətin yeni formalarının yaranması; -informasiyanın əmtəəyə çevrilməsi, informasiyabilik bazarının yaradılması və inkişafı; -təhsil sisteminin təkmilləşməsi, beynəlxalq, milliregional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviyyəsinin artması; - demokratik inkişafın vacib şərti sayılan vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarını təmin edən mühitin yaradılması. İnformasiyakommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektualelmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur və ümumiyyətlə, gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti onların informasiyakommunikasiya texnologiyalarından səmərəli istifadəsindən asılı olacaq. Dünya təcrübəsi göstərir ki, informasiyakommunikasiya texnologiyalarından geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir və məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunması və yoxsulluğun azaldılması üçün tutarlı vasitələrdəndir. Son illərdə Azərbaycanda informasiyakommunikasiya texnologiyalarından istifadə sahəsində müəyyən addımlar atılıb, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb və ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Milli Strategiya informasiyakommunikasiya texnologiyalarından istifadə və onun genişləndirilməsi sahəsində dövlətin siyasətini əks etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas istiqamətlərini müəyyən edir. Strategiya cəmiyyətin tələblərini, qabaqcıl dünya təcrübəsini nəzərə alır və ölkənin inkişafına, demokratik cəmiyyət quruculuğuna, Azərbaycanın beynəlxalq aləmə inteqrasiya olunmasına xidmət edir. Milli Strategiyanın əsas məqsədi informasiyakommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir. Bu strategiyanın həyata keçirilməsi nəticəsində dövlət idarəetməsində şəffaflıq təmin olunur, davamlı iqtisadi dirçəliş əldə olunur, əhalinin həyat şəraiti yüksək dərəcədə yaxşılaşır, ölkədə vahid elektron informasiya məkanı formalaşır, bütün vətəndaşlar üçün informasiya əldə etmək imkanları yaranır və milli maraqlar nəzərə alınmaqla ölkə ümumdünya elektron informasiya məkanına inteqrasiya olunur. Müasir tələblər baxımından ölkədə informasiyakommunikasiya texnologiyalarının inkişaf səviyyəsi bütövlükdə dövlətin hərbi-siyasi və sosial-iqtisadi potensialının göstəricilərindəndir. Azərbaycan bu mənada istisna hal təşkil etmirinformasiya cəmiyyətinə keçid üçün ölkədə əlverişli şəraitin yaradılması Azərbaycan dövlətinin siyasi məqsədlərindən biridir. Ölkənin informasiyalaşdırılması yolu ilə informasiya cəmiyyətinin formalaşdırılması təşkilati, sosial-iqtisadi, elmi-texniki, texnoloji və ən başlıcası, siyasi amillərə malik olan mürəkkəb prosesdir, onun müvəffəqiyyətlə həyata keçirilməsinə cəlb olunan siyasi-inzibati, maliyyə, insan, texnikis. resurslardan səmərəli istifadə olunmasını, prioritetlərin və fəaliyyət istiqamətlərinin düzgün müəyyən edilməsini, görülən işlərin tənzimlənməsini və əlaqələndirilməsini tələb edir. Bu səbəbdən informasiyakommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi sahəsində lİnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş dövlət siyasətinin həyata keçirilməsi üzrə Milli Strategiya və Fəaliyyət Planının olması çox vacibdir. Cəmiyyətin informasiyalaşdırılmasına yönəlmiş Milli Strategiya ayrı-ayrı sahələr üçün yaradılan ənənəvi konsepsiyaproqramlardan fərqli olaraq çoxaspektlidironun əhatə dairəsinə dövlət siyasəti, sosial-iqtisadi sfera, texnikatexnologiyalar, elm və mədəniyyət daxildir. Strategiyaonun həyata keçirilməsilə bağlı fəaliyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğundur, milli maraqların qorunmasına xidmət edir, beynəlxalq qurumların - BMT-nin, Avropa Şurasının müvafiq standartlarını, tələb və tövsiyələrini, baxılan sahə üçün mühüm olan və Azərbaycan Respublikası tərəfindən qəbul olunmuş digər beynəlxalq aktların müddəalarını nəzərə alır. Ölkə Prezidentinin sərəncamı ilə qəbul olunan Milli Strategiya Azərbaycan Respublikasında informasiyakommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsinin səmərəliliyini təmin etmək bu prosesdə bütün maraqlı tərəflərin (dövlət strukturları, elm və tədris müəssisələri, özəl qurumlar, qeyri-hökumət təşkilatları, ictimai təşkilatlar və vətəndaşlar) iştirakı üçün bərabər şərait yaratmaq məqsədilə aşağıdakı əsas prinsipləri müəyyən edir: Maarifləndirmə - ictimaiyyətin dəstəyini almaq, fəaliyyətin effektivliyini təmin etmək və bütövlükdə informasiyakommunikasiya texnologiyalarının tətbiqinin asanlaşdırılması üçün bu texnologiyalara dair bilik və məlumatlar geniş şəkildə əhaliyə çatdırılır. Şəffaflıq - informasiyalaşdırma ilə bağlı bütün fəaliyyət aşkar şəraitdə həyata keçirilir, fəaliyyətlə əlaqəli əsas qaydalar, tədbirlər bütün vasitələrlə ictimaiyyətə çatdırılır, ictimai müzakirələr aparılır, bütün tərəflərin fikri öyrənilir və nəzərə alınır. Bərabərlik - cəmiyyətdəki mövqeyindən və mülkiyyət formasından asılı olmayaraq, prosesin bütün iştirakçılarının maraqları eyni dərəcədə nəzərə alınır, sosial ədalət prinsipi gözlənilir. İnnovasiya - elmi-texniki tərəqqinin yenilikləri nəzərə alınır, müasir elmi tədqiqatların aparılmasına diqqət artırılır. Mərhələlilik - informasiyakommunikasiya texnologiyalarının sürətli inkişafını nəzərə alaraq və maliyyə imkanlarından səmərəli istifadəni təmin etmək üçün informasiyalaşdırma ilə bağlı fəaliyyət mərhələlər üzrə həyata keçirilir, proqram və layihələr hazırlanarkən prioritetlər və nəticələrin qısa müddətdə əldə edilməsi nəzərə alınır. Beynəlxalq əməkdaşlıq - informasiyakommunikasiya texnologiyaları üzrə beynəlxalq layihələrin hazırlanmasında və həyata keçirilməsində respublika fəal iştirak edir, ölkədə aparılan informasiyalaşdırma ilə bağlı fəaliyyətin ümumdünya informasiya cəmiyyətinin inkişafı ilə sıx əlaqəsi təmin olunur. "Birinci rəhbər" prinsipi - dövlət idarəetmə və yerli özünüidarəetmə orqanlarının, təşkilat və müəssisələrin rəhbərləri informasiyalaşdırmanın həyata keçirilməsində maraqlıdırlar və onlar bu fəaliyyəti bilavasitə idarə edirlər. Millilik - milli informasiya resurslarının hazırlanmasına, milli proqram təminatının yaradılmasına üstünlük verilir, Azərbaycanda yaşayan digər xalqların informasiya resurslarının formalaşması üçün şərait yaradılır. Cənab Prezident İlham Əliyev tərəfindən inkişafımızın prioritet istiqaməti elan edilən bu sahə son 20 ildə böyük sürətlə tərəqqi yoluna qədəm qoyub. Heç təsadüfi deyil ki, 2013-cü il Azərbaycanda "İnformasiya kommunikasiya texnologiyaları ili" kimi tarixə düşüb. Cənab Prezident İlham Əliyev deyib: "Bu müstəqillik dövründə, doğrudan da, biz elə böyük uğurlara imza atmışıq ki, hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər. Onların içində peykin buraxılması xüsusi yer tutur. Bu, həm böyük məna daşıyır, həm də böyük rəmzi mənası var. Əminəm ki, bu hadisə gələcəkdə müasirliyə, inkişafa doğru atılan addımlarımızı artıracaq. Bu hadisəni və ümumiyyətlə, İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilən uğurları nəzərə alaraq 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan etdimhesab edirəm ki, 2013-cü ildə bu sahədə biz daha da böyük nailiyyətlərə çatdıq". Məlumdur ki, Azərbaycanda İKT sahəsində həyata keçirilən ilkin tədbirlərdən biri "Elektron hökumət" layihəsidir. Onun həyata keçirilməsində əsas məqsəd əhaliyə, həmçinin sahibkarlara, biznes sektoruna verilən xidmətləri avtomatlaşdırmaq, eləcə də dövlətin özünün müxtəlif prosedurlarını avtomatlaşdırmaqdır. Hökumətin fəaliyyətinin əhali, biznes sektoru üçün tamamilə şəffaflaşmasında, məmur-vətəndaş münasibətlərinin daha da saflaşmasında, bu münasibətlərdə kənar, neqativ müdaxilələrin aradan qaldırılmasında, həmçinin biznes sektorunun inkişafı üçün xidmətləri elektronlaşdıraraq əngəllərin, bürokratiyanın minimuma endirilməsində və Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizədə "Elektron hökumət" layihəsi əhəmiyyətli rol oynayır. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, gücləndirilməsi və genişləndirilməsi üçün yaxın illər ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər respublika Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiqlənən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında öz əksini tapıb. "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi" konsepsiyada əsas istiqamətlərdən birini təşkil edir. Burada qoyulan məqsədlərə görə, 2020-ci ilə qədər informasiya cəmiyyətinə keçid təmin edilməli, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyat qurulmalı, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət genişləndirilməlidir. Sonda qeyd edim ki, hazırda Azərbaycan İKT sahəsində qazandığı nailiyyətlərə görə dünyanın inkişaf etmiş ölkələri ilə eyni sırada addımlamağa can atır. Yuxarıda qeyd etdiyim halların İKT sahəsində uğurla həyata keçirilməsi nəticəsində artıq ölkəmiz bir sıra ciddi irəliləyişlərə nail olub. Ölkə Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və ciddi səyləri hesabına İKT-in inkişafı etdirilməsində əldə etdiyimiz nailiyyətlərin yaxın gələcəkdə daha da inkişaf edəcəyi və yeni zirvələr fəth edəcəyi şübhə doğurmur.

 

Mahir Abbaszadə

Bakı xəbər.- 2016.- 29 noyabr.- S.11