Heydər Əliyev və Azərbaycanda multikulturalizm siyasəti azərbaycançılıq təcəssümü kimi...

II ya­zı

Bu il Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət müs­tə­qil­li­yi­ni bər­pa et­mə­si­nin 25 il­li­yi­dir. Döv­lət müs­tə­qil­li­yi­mi­zin bər­pa edil­mə­si na­mi­nə Azər­bay­can xal­qı çox qur­ban­lar ve­rib.

25 il bun­dan əv­vəl ilk köv­rək ad­dım­lar atan döv­lə­ti­miz bu gün dün­ya­da söz sa­hi­bi olan döv­lət­lər­dən­dir, böl­gə­də li­der­dir. Azər­bay­can­da döv­lət qu­ru­cu­lu­ğu bö­yük im­ta­han­lar­dan, sı­naq­lar­dan keç­di. Çox çə­tin­lik­lə­ri gör­dü döv­lə­ti­miz. Xal­qı­mı­zın bö­yük oğ­lu Hey­dər Əli­ye­vin zəh­mə­ti, yo­rul­maz fə­a­liy­yə­ti, gər­gin əmə­yi sa­yə­sin­də döv­lə­ti­miz yad tə­sir­lər­dən qo­run­du. Bu gün də öl­kə baş­çı­sı İl­ham Əli­yev döv­lə­ti­mi­zin qo­run­ma­sı, mü­da­fi­ə­si is­ti­qa­mə­tin­də bö­yük ad­dım­lar atır. Müs­tə­qil Azər­bay­can döv­lə­ti­nə sa­hi­bik.  Bil­di­yi­miz ki­mi, Azər­bay­can döv­lə­ti­nin müs­tə­qil­lik qa­zan­ma­sın­da öl­kə­miz­də ya­şa­yan az­say­lı xalqla­rın ro­lu az de­yil. Mul­ti­kul­tu­ra­lizm ənə­nə­si­nə, to­le­rantlı­ğa sa­diq olan Azər­bay­can döv­lə­ti dün­ya­ya sülh, əmi­na­man­lıq, qar­daş­lıq me­saj­la­rı ve­rir.

Ke­çən ya­zı­mız­da qeyd et­miş­dik ki, Azər­bay­can­da möv­cud olan to­le­rantlıq və mul­ti­kul­tu­ra­lizm si­ya­sə­ti­nin döv­lət sə­viy­yə­sin­də təb­liğ olun­ma­sı Hey­dər Əli­ye­vin adı ilə bağ­lı­dır.

Hey­dər Əli­yev və Azər­bay­can­da mul­ti­kul­tu­ra­lizm si­ya­sə­ti­ni təh­lil edən Azər­bay­can Res­pub­li­ka­sı Mil­li Məc­li­si­nin de­pu­ta­tı, Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da

Döv­lət İda­rə­çi­lik Aka­de­mi­ya­sı­nın Si­ya­si Araş­dır­ma­lar

İnsti­tu­tu­nun di­rek­to­ru, si­ya­si elmlər dok­to­ru, pro­fes­sor El­man Nə­si­rov qeyd edir ki, Azər­bay­can­da möv­cud olan mul­ti­kul­tu­ral mü­hit döv­lə­ti­mi­zi dün­ya­da sülhse­vər bir döv­lət ki­mi ta­nı­dır.

E.Nə­si­ro­vun qeyd et­di­yi­nə gö­rə, Azər­bay­ca­nın mul­ti­kul­tu­ral ənə­nə­lə­ri­nin döv­lət tə­rə­fin­dən qo­run­ma­sı işin­də ən mü­hüm is­ti­qa­mət­lər­dən bi­ri də ümum­mil­li li­der Hey­dər Əli­ye­vin tə­şəb­bü­sü və gös­tə­ri­şi ilə bu mə­sə­lə­nin hü­qu­qi sə­nəd­lər­də, o cüm­lə­dən Azər­bay­can Res­pub­li­ka­sı­nın Konsti­tu­si­ya­sın­da əks olun­ma­sı­dır. Onun yaz­dı­ğı­na gö­rə, be­lə ki, mul­ti­kul­tu­ra­lizm si­ya­sə­ti­nin əsa­sı­nı təş­kil edən to­le­rantlıq (dö­züm­lü­lük) prin­si­pi Azər­bay­can Res­pub­li­ka­sı Konsti­tu­si­ya­sı­nın bir sı­ra mad­də­lə­rin­də ay­dın şə­kil­də təs­bit edi­lib: "Bu­nun­la bağ­lı "Bə­ra­bər­lik hü­qu­qu" (mad­də 25, bənd 3), "Mil­li mən­su­biy­yət hü­qu­qu" (mad­də 44, bəndlər 1, 2), "Ana di­lin­dən is­ti­fa­də hü­qu­qu" (mad­də 45, bəndlər 1, 2) və baş­qa mad­də­lə­ri gös­tər­mək müm­kün­dür. Bu­nun­la ya­na­şı, da­hi mü­a­si­ri­miz Hey­dər Əli­yev Azər­bay­can di­li­nin, ta­ri­xi­nin, ədə­biy­yat və mə­də­niy­yə­ti­nin azər­bay­can­çı­lıq məf­ku­rə­si ilə dər­ki­nin me­to­do­lo­gi­ya və stra­te­gi­ya­sı­nı for­ma­laş­dır­dı. Ulu ön­dər Hey­dər Əli­yev Azər­bay­can di­li­nə məhz azər­bay­can­çı­lı­ğın mə­nə­vi əsa­sı ki­mi yük­sək qiy­mət ve­rir­di: - Azər­bay­ca­nın döv­lət müs­tə­qil­li­yi Azər­bay­can di­li­ni əbə­di edib­dir və bu gün Azər­bay­can di­li­miz ya­şa­yır və ya­şa­ya­caq­dır. Qoy Azər­bay­can di­li müs­tə­qil Azər­bay­can­da, elə­cə də dün­ya­da ya­şa­yan bü­tün azər­bay­can­lı­la­rın di­li ol­sun. Bu dil bu gün azər­bay­can­lı­la­rın mə­nə­vi bir­li­yi­nin əsa­sı­dır.

Ulu ön­də­rin öl­kə rəh­bər­li­yi­nə qa­yı­dı­şı di­ni də­yər­lə­rə mü­na­si­bət­də, döv­lət-din mü­na­si­bət­lə­rin­də ye­ni mər­hə­lə­nin baş­lan­ğı­cı ol­du. Çox keç­mə­di ki, bu sa­hə­də hə­ya­ta ke­çi­ri­lə­cək si­ya­sə­tin ma­hiy­yə­ti xal­qa açıq­lan­dı, din sa­hə­si­nə qay­ğı, di­ni abi­də­lə­rin bər­pa­sı, mil­li-mə­nə­vi də­yər­lə­rin qo­run­ma­sı və təb­li­ği döv­lə­tin din si­ya­sə­ti­nin pri­o­ri­tet is­ti­qa­mət­lə­rin­dən bi­ri­nə çev­ril­di. Onun hə­ya­ta ke­çir­di­yi uğur­lu si­ya­sət nə­ti­cə­sin­də Azər­bay­can Res­pub­li­ka­sı döv­lət-din mü­na­si­bət­lə­rin­də həs­sas nə­za­rət­lə bə­ra­bər, öl­kə­də eti­qad azad­lı­ğı üçün şə­ra­it ya­ra­dıl­dı, di­ni də­yər­lə­rə, iba­dət yer­lə­ri­nə və din adam­la­rı­na xü­su­si qay­ğı gös­tə­ril­mə­yə baş­la­nıl­dı. Əsas məq­səd isə döv­lət­lə din ara­sın­da qar­şı­lıq­lı an­laş­ma və əmək­daş­lı­ğı güc­lən­dir­mək idi".

E.Nə­si­rov vur­ğu­la­yır ki, öl­kə­miz­də bü­tün di­ni kon­fes­si­ya­lar qa­nun qar­şı­sın­da bə­ra­bər­dir və ey­ni sta­tu­sa ma­lik­dir. Onun yaz­dı­ğı­na gö­rə, öl­kə və­tən­daş­la­rı­nın ək­sə­riy­yə­ti­ni təş­kil edən mü­səl­man­la­rın hü­quq­la­rı­nın tə­min olun­ma­sı ilə ya­na­şı, döv­lət res­pub­li­ka­da ya­yıl­mış di­gər din­lə­rə də qay­ğı gös­tə­rir: "Bun­dan sa­va­yı, döv­lət-din mü­na­si­bət­lə­ri­nin tən­zim­lən­mə­si is­ti­qa­mə­tin­də mü­hüm ad­dım ola­raq ulu ön­dər Hey­dər Əli­ye­vin 21 iyun 2001-ci il ta­rix­li, 512 say­lı Fər­ma­nı ilə Di­ni Qu­rum­lar­la İş üz­rə Döv­lət Ko­mi­tə­si ya­ra­dı­lıb. Bu­nun ar­dın­ca "Di­ni eti­qad azad­lı­ğı haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nu qə­bul edi­lib.

Ümum­mil­li li­der Hey­dər Əli­ye­vin rəh­bər­li­yi al­tın­da öl­kə­miz­də Azər­bay­can xal­qı­nın mul­ti­kul­tu­ral ənə­nə­lə­ri­nin qo­run­ma­sı və in­ki­şaf et­di­ril­mə­si sa­hə­sin­də hə­ya­ta ke­çi­ri­lən si­ya­si is­ti­qa­mət ye­ni mər­hə­lə­də onun la­yiq­li da­vam­çı­sı Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən uğur­la in­ki­şaf et­di­ri­lir. Mul­ti­kul­tu­ra­liz­mi Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət si­ya­sə­ti, xal­qı­mı­zın hə­yat tər­zi ki­mi də­yər­lən­di­rən Pre­zi­dent İl­ham Əli­yev bu si­ya­sə­tin hə­ya­ta ke­çi­ril­mə­sin­də BMT, ATƏT, Av­ro­pa Şu­ra­sı, Av­ro­pa İt­ti­fa­qı, İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı və di­gər nü­fuz­lu bey­nəl­xalq təş­ki­lat­lar­la əmək­daş­lı­ğa xü­su­si önəm ve­rir. O, da­im öl­kə­mi­zin bu təş­ki­lat­lar tə­rə­fin­dən qə­bul edi­lən mil­li az­lıq­la­rın hü­quq və azad­lıq­la­rı­nın mü­da­fi­ə­si ilə bağ­lı kon­ven­si­ya­la­ra qo­şul­ma­sı­nın va­cib­li­yi­ni qeyd edir. Məhz bu si­ya­si xət­tin nə­ti­cə­si ki­mi, Azər­bay­can Pre­zi­den­ti­nin gös­tə­ri­şi ilə öl­kə­mi­zin 26 no­yabr 2009-cu il ta­rix­li qa­nun­la "Mə­də­ni özü­nü­i­fa­də for­ma­la­rı­nın müx­tə­lif­li­yi­nin qo­run­ma­sı və təş­vi­qi­nə da­ir" UNES­CO Kon­ven­si­ya­sı­na qo­şul­ma­sı­nı gös­tər­mək olar".

Hey­dər Əli­ye­vin qoy­du­ğu yo­lun öl­kə baş­çı­sı İl­ham Əli­yev tə­rə­fin­dən uğur­la da­vam et­di­ril­di­yi­ni önə çə­kən E.Nə­si­rov vur­ğu­la­yır ki, si­vi­li­za­si­ya­la­ra­ra­sı di­a­loq pro­se­si­nə töh­fə ver­mək məq­sə­di­lə Pre­zi­dent İl­ham Əli­ye­vin tə­şəb­bü­sü ilə 2008-ci il­də Av­ro­pa Şu­ra­sı­nın mə­də­niy­yət na­zir­lə­ri­nin top­lan­tı­sı Ba­kı­da ke­çi­ril­di və bu təd­bi­rə İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı­nın mə­də­niy­yət na­zir­lə­ri də də­vət edil­di.

Pro­fes­sor qeyd edir: "Bu, ta­rix­də ilk də­fə idi ki, iki mü­hüm bey­nəl­xalq təş­ki­la­tın nü­ma­yən­də­lə­ri Ba­kı­ya top­laş­mış­dı­lar. 2009-cu il­də Ba­kı­da növ­bə­ti ana­lo­ji təd­bir ke­çi­ril­di. Bu də­fə Av­ro­pa Şu­ra­sı­nın mə­də­niy­yət na­zir­lə­ri İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı­nın Ba­kı­da ke­çi­ri­lən təd­bi­ri­nə də­vət edil­di. Bu­nun­la da Azər­bay­can dün­ya­da sü­ni şə­kil­də er­ro­zi­ya­ya uğ­ra­dıl­maq­da olan mul­ti­kul­tu­ral də­yər­lə­rə sa­diq qal­dı­ğı­nı bir da­ha hər iki si­vi­li­za­si­ya­nın yük­sək sə­viy­yə­li təm­sil­çi­lə­ri­nə nü­ma­yiş et­dir­di.

Pre­zi­dent İl­ham Əli­ye­vin tə­bi­rin­cə de­sək, "Mul­ti­kul­tu­ra­lizm üs­tün­lük­lər­dən, bö­yük var­lıq­lar­dan bi­ri­dir. Əf­sus­lar ki, dün­ya­nın müx­tə­lif yer­lə­rin­də, qon­şu böl­gə­lər­də, Or­ta Şərqdə və Av­ro­pa­da mü­əy­yən na­ra­hat­lıq ya­ra­dan meyllə­rin şa­hi­di olu­ruq. Təc­ri­do­lun­ma, ayır­ma və bə­zən əda­vət meyllə­ri­ni gö­rü­rük. Çün­ki dün­ya­ya töh­fə ver­mək, da­ha yax­şı dün­ya­nı, ha­mı üçün mü­va­fiq olan dün­ya­nı qur­maq üçün ya­şa­yı­rıq. İs­tə­yi­rik ki, bü­tün xalqla­rın, din­lə­rin nü­ma­yən­də­lə­ri, ya­şa­yış tər­zin­dən ası­lı ol­ma­ya­raq, la­yiq­li şə­ra­it­də dinc hə­yat sür­sün­lər. Di­ni hisslə­rə əsas­la­nan gər­gin­lik hal­la­rı bü­tün öl­kə­lər, o cüm­lə­dən çox­mil­lət­li cə­miy­yə­ti olan öl­kə­lər üçün çox təh­lü­kə­li­dir".

Pre­zi­dent İl­ham Əli­yev sa­da­la­nan re­al­lıq­lar kon­tekstin­də bu gün mə­də­niy­yət­lə­ra­ra­sı di­a­lo­qa heç za­man ol­ma­dı­ğı qə­dər eh­ti­yac ol­du­ğu­nu vur­ğu­la­ya­raq bil­di­rib ki, döv­lə­ti­miz nə­in­ki məs­cid­lə­rin, həm­çi­nin, pra­vos­lav və ka­to­lik kil­sə­lə­ri­nin, si­na­qoq­la­rın ye­ni­dən qu­rul­ma­sı­na və in­şa­sı­na sər­ma­yə ya­tı­rır. İş­ğal­çı Er­mə­nis­tan döv­lə­ti üçün isə ter­ror­çu­luq və et­nik tə­miz­lə­mə si­ya­sə­ti xa­rak­te­rik­dir və Azər­bay­ca­nın mə­də­ni ir­si­ni məhv et­mə­yi əla­hid­də ola­raq hə­dəf se­çib. "Mən mü­səl­man öl­kə­si­ni, er­mə­ni ter­ro­riz­min­dən, iş­ğa­lın­dan, ta­ri­xi abi­də­lə­ri­nin məhv edil­mə­sin­dən əziy­yət çə­kən bir öl­kə­ni təm­sil edi­rəm," - de­yən Pre­zi­dent İl­ham Əli­yev 2015-ci il no­yab­rın 17-də Pa­ris­də UNES­CO Baş Konfran­sı 38-ci ses­si­ya­sı­nın Li­der­lər Fo­ru­mu­nun tri­bu­na­sın­dan Er­mə­nis­ta­nın mə­də­ni is­rə qar­şı van­da­lizm si­ya­sə­ti­ni if­şa edə­rək, iş­ğal­çı döv­lə­tə sərt xə­bər­dar­lı­ğı­nı çat­dır­dı: "İş­ğal nə­ti­cə­sin­də öl­kə­mi­zin 600-dən çox ta­ri­xi və me­mar­lıq abi­də­si, 40 min ekspo­na­tı olan 22 mu­zey, 10 məs­cid məhv edil­miş­dir. Bu­na bax­ma­ya­raq, siz bu gün Ba­kı­nın mər­kə­zin­də Azər­bay­can  hö­ku­mə­ti tə­rə­fin­dən bər­pa edil­miş er­mə­ni kil­sə­si­ni gö­rə bi­lər­si­niz. Əl­bət­tə ki, biz tor­paq­la­rı­mı­za qa­yı­da­ca­ğıq, şə­hər­lə­ri­mi­zi bər­pa edə­cə­yik, ora­da ye­ni mək­təb­lər və xəs­tə­xa­na­lar in­şa edə­cə­yik, la­kin ta­ri­xi abi­də­lə­ri­mi­zi bər­pa edə bil­mə­yə­cə­yik. Er­mə­ni­lər bi­zim ta­ri­xi ir­si­mi­zi məhv edib­lər, la­kin on­lar bi­zim ira­də­mi­zi məhv edə bil­məz­lər, ev­lə­ri­nə ge­ri qa­yıt­maq is­tə­yən qaç­qın və məc­bu­ri köç­kün­lə­rin, Ba­kı­da və Azər­bay­ca­nın di­gər şə­hər­lə­rin­də dün­ya­ya gə­lən, öz ta­ri­xi tor­paq­la­rı­nı heç vaxt gör­mə­yən, la­kin doğ­ma tor­paq­la­rı­na qa­yıt­maq üçün qəl­bin­də bö­yük ira­də ilə ya­şa­yan in­san­la­rın nə­və və nə­ti­cə­lə­ri­nin ira­də­si­ni məhv edə bil­məz­lər. On­lar ge­ri qa­yı­da­caq­lar! Biz Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nü bər­pa et­mək üçün hər şe­yi edə­cə­yik".

"Mul­ti­kul­tu­ra­lizm bi­zim adət-ənə­nə­miz­dir. Mul­ti­kul­tu­ra­lizm döv­lət si­ya­sə­ti və ic­ti­mai si­fa­riş­dir. Mul­ti­kul­tu­ra­lizm bi­zim hə­yat tər­zi­miz­dir", - de­yən Pre­zi­dent İl­ham Əli­yev Qaf­qaz­da ən qə­dim kil­sə­lər­dən bi­ri­nin Azər­bay­can­da, qə­dim Şə­ki şə­hə­ri­nin ya­xın­lı­ğın­da yer­ləş­mə­sin­dən, o cüm­lə­dən, 743-cü il­də ti­kil­miş ən qə­dim məs­cid­lər­dən bi­ri­nin Azər­bay­can­da, qə­dim Şa­ma­xı şə­hə­rin­də ol­ma­sın­dan xal­qı­mı­zın qü­rur və fə­rəh his­si ke­çir­di­yi­ni bil­di­rib".

E.Nə­si­rov ya­zır ki, be­lə bir si­ya­si kon­tekstdə Pre­zi­dent İl­ham Əli­yev 28 fev­ral 2014-cü il ta­rix­li Sə­rən­ca­mı ilə Azər­bay­can Res­pub­li­ka­sı­nın mil­lət­lə­ra­ra­sı, mul­ti­kul­tu­ra­lizm və di­ni mə­sə­lə­lər üz­rə Döv­lət Mü­şa­vi­ri Xid­mə­ti­ni ya­ra­dıb. Onun vur­ğu­la­dı­ğı­na gö­rə, bu gün bu xid­mət öl­kə­nin ide­o­lo­ji hə­ya­tı­nın önəm­li is­ti­qa­mət­lə­ri­ni əla­qə­li şə­kil­də öy­rə­nən, ob­yek­tiv sə­bəb­dən özü­nü gös­tə­rən mü­əy­yən boş­luq­la­rın dol­du­rul­ma­sı­nı tə­min edən va­cib bir or­qan ki­mi fə­a­liy­yə­ti­ni qur­maq­da­dır.

"Pre­zi­dent İl­ham Əli­ye­vin mul­ti­kul­tu­ra­lizm si­ya­sə­ti­nin növ­bə­ti əhə­miy­yət­li ad­dı­mı Ba­kı Bey­nəl­xalq Mul­ti­kul­tu­ra­lizm Mər­kə­zi­nin ya­ra­dıl­ma­sı­na da­ir 15 may 2014-cü il ta­ri­xin­də im­za­la­dı­ğı Fər­man ol­du. Bu mər­kə­zin ya­ra­dıl­ma­sı­nın əsas məq­sə­di öl­kə­miz­də əsrlər bo­yu for­ma­laş­mış to­le­rantlı­ğın, et­nik-mə­də­ni, di­ni müx­tə­lif­li­yin qo­run­ma­sı­nı və çi­çək­lən­mə­si­ni tə­min et­mək, ha­be­lə Azər­bay­ca­nı dün­ya­da mul­ti­kul­tu­ra­lizm mər­kə­zi ki­mi ta­nıt­maq və möv­cud mul­ti­kul­tu­ral mo­del­lə­ri­ni təd­qiq və təş­viq et­mək­dir. Dün­ya­nın mul­ti­kul­tu­ra­lizm sa­hə­sin­də apa­rı­cı mü­tə­xəs­sis­lə­ri­nin, gör­kəm­li ic­ti­mai və si­ya­si xa­dim­lə­ri­nin Ba­kı­da bey­nəl­xalq sə­viy­yə­də be­lə bir mər­kə­zin açıl­ma­sı­nı son də­rə­cə tə­bii və iş­gü­zar şə­kil­də qə­bul et­mə­si məhz Azər­bay­ca­nın bu gün dün­ya mul­ti­kul­tu­ra­liz­mi­nin mər­kə­zi­nə çev­ril­mə­si re­al­lı­ğı­nı ay­dın şə­kil­də nü­ma­yiş et­di­rir.

Pre­zi­dent İl­ham Əli­yev 2015-ci il no­yabr ayı­nın 17-də Pa­ris­də UNES­CO-nun mə­lum fo­ru­mun­da xü­su­si ola­raq vur­ğu­la­yıb ki, ca­ri il­də Bi­rin­ci Av­ro­pa Oyun­la­rı­na ev sa­hib­li­yi et­mə­yi­miz də mul­ti­kul­tu­ra­liz­min bir nü­mu­nə­si­dir. Mü­səl­man öl­kə­sin­də İlk Av­ro­pa Oyun­la­rı­nın ke­çi­ril­mə­si mul­ti­kul­tu­ra­lizm və to­le­rantlıq ide­ya­la­rı­nın tən­tə­nə­si­dir. Cə­nab Pre­zi­dent fi­kir­lə­ri­ni da­vam et­di­rə­rək bil­di­rib ki, 2017-ci il­də İs­lam Həm­rəy­lik Oyun­la­rı­nı ke­çi­rə­cə­yik və nə­ti­cə­də ola bil­sin ki, uzun il­lər ər­zin­də Azər­bay­can, Ba­kı şə­hə­ri bu iki ya­rı­şın bir mə­kan­da ke­çi­ri­lə­cə­yi ye­ga­nə ya­şa­yış ye­ri ola­raq qa­la­caq. Onu da qeyd edək ki, Azər­bay­can sa­da­la­nan re­al­lıq­lar kon­tekstin­də ar­tıq 2016-cı ilin 25-27 ap­rel ta­ri­xin­də BMT-nin Si­vi­li­za­si­ya­lar Al­yan­sı­nın Qlo­bal Fo­ru­mu­na uğur­la ev sa­hib­li­yi edib" - de­yə qeyd edən E.Nə­si­ro­vun söz­lə­ri­nə gö­rə, Pre­zi­dent İl­ham Əli­ye­vin mul­ti­kul­tu­ra­liz­mə, to­le­rantlı­ğa ver­di­yi si­ya­si də­yə­rin dün­ya miq­ya­sın­da re­al el­mi, mə­də­ni, so­si­al müs­tə­vi­lə­rə kö­çü­rül­mə­si işin­də Hey­dər Əli­yev Fon­du­nun bö­yük xid­mət­lə­ri da­nıl­maz­dır.

O de­yir ki, bu gün Azər­bay­can mul­ti­kul­tu­ral ənə­nə­lə­ri­nin qo­ru­nub sax­lan­ma­sı, təb­li­ği ilə bağ­lı Hey­dər Əli­yev Fon­du ol­duq­ca əhə­miy­yət­li, möh­tə­şəm la­yi­hə­lər hə­ya­ta ke­çi­rir. Bu la­yi­hə­lər Azər­bay­can mul­ti­kul­tu­ra­liz­mi­nin bir öl­kə çər­çi­və­sin­də qa­pa­lı in­ki­şa­fı­nı de­yil, dün­ya çər­çi­və­sin­də din­lə­rin və mə­də­niy­yət­lə­rin müx­tə­lif­lik­lə­ri re­al­lı­ğın­da fə­a­liy­yət gös­tər­mə­si­ni şərtlən­di­rir: "Fon­dun dü­şü­nül­müş, sis­tem­li fə­a­liy­yə­tin­də mul­ti­kul­tu­ra­liz­min mü­hüm as­pektlə­rin­dən bi­ri olan mə­də­niy­yət­lə­ra­ra­sı əla­qə­lə­rin möh­kəm­lən­mə­si is­ti­qa­mə­ti xü­su­si yer tu­tur. Fon­dun pre­zi­den­ti, UNES­CO-nun və İSES­CO-nun xoş­mə­ram­lı sə­fi­ri, Mil­li Məc­li­sin de­pu­ta­tı Meh­ri­ban xa­nım Əli­ye­va­nın tə­şəb­bü­sü ilə ke­çi­ri­lən "Mə­də­niy­yət­lə­ra­ra­sı di­a­loq­da qa­dın­la­rın ro­lu­nun ge­niş­lən­di­ril­mə­si", "Qlo­bal­laş­ma şə­ra­i­tin­də mə­də­niy­yət­lə­rin ro­lu", "Çox­mə­də­niy­yət­li dün­ya­da sülh şə­ra­i­tin­də bir­gə ya­şa­ma", "Azər­bay­can - to­le­rantlıq mə­ka­nı" la­yi­hə­lə­ri­ni xü­su­si qeyd et­mək olar. Tə­rəq­qi­pər­vər dün­ya ic­ti­ma­iy­yə­ti, gör­kəm­li şəx­siy­yət­lər və sı­ra­dan in­san­lar bu qə­bil­dən olan təd­bir­lə­rin ke­çi­ril­mə­si­ni, ora­da mə­də­niy­yət­lə­ra­ra­sı di­a­lo­qun in­ki­şa­fı­na həsr olun­muş mə­sə­lə­lə­rin mü­za­ki­rə olun­ma­sı­nı və ən əsa­sı, ger­çək­ləş­di­ril­mə­si­ni bö­yük rəğ­bət­lə qar­şı­la­yır.

Son­da onu da xü­su­si ola­raq qeyd edək ki, ulu ön­dər Hey­dər Əli­ye­vin mü­əl­li­fi ol­du­ğu çox­mə­də­niy­yət­li­lik si­ya­sə­ti­nin Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən va­ris­lik xət­ti ilə no­va­tor­ca­sı­na da­vam et­di­ril­mə­si kur­su dün­ya­nın üz­ləş­di­yi po­ten­si­al və re­al risqlə­rin, o cüm­lə­dən kse­no­fo­bi­ya, irqçi­lik, is­la­mo­fo­bi­ya və mul­ti­kul­tu­ra­liz­min al­ter­na­ti­vi olan di­gər təh­did­lə­rin ara­dan qal­dı­rıl­ma­sı mə­na­fe­yi­nə xid­mət gös­tə­rən ori­ji­nal həll yol­la­rı­nın irə­li sü­rül­mə­si ba­xı­mın­dan  da uni­kal­dır: "Siz qon­şu­nuz­dan mil­liy­yə­ti­ni, kil­sə­də, si­na­qoq­da və ya məs­cid­də iba­dət et­mə­si­ni so­ruş­ma­dan onun­la ya­na­şı ya­şa­ma­lı­sı­nız. Yal­nız bu hal­da po­ten­si­al risqlə­ri azal­da bi­lə­rik".

E.Nə­si­ro­vun ma­raq­lı təh­li­li bi­zə çox mə­sə­lə­lər­lə ta­nış et­di. Hey­dər Əli­yev və Azər­bay­can­da mul­ti­kul­tu­ra­lizm si­ya­sə­ti da­vam­lı ola­raq ge­niş ana­li­tik təh­lil­lə­rə cəlb edi­lir. Bu möv­zu o qə­dər ge­niş­dir ki, onu təh­lil et­dik­cə ye­ni fi­kir­lər, ye­ni ide­ya­lar­la ta­nış olur­san. Hey­dər Əli­ye­vin mul­ti­kul­tu­ra­lizm si­ya­sə­ti­nin özə­yi­ni, kö­kü­nü azər­bay­can­çı­lıq ru­hu, ide­o­lo­gi­ya­sı təş­kil edir­di.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 13 oktyabr.- S.15