Azərbaycanda multikulturalizm siyasətinin prinsipləri və azərbaycançılıq...

II yazı

Azər­bay­can­da möv­cud olan mul­ti­kul­tu­ra­li­zim mü­hi­ti, to­le­rantlıq bü­tün dün­ya üçün nü­mu­nə­dir. Bu­nu tək­cə biz yox, dün­ya­nın nü­fuz­lu in­san­la­rı, hət­ta alə­mə de­mok­ra­ti­ya ix­rac et­di­yi­ni id­dia edən döv­lət­lər və on­la­rın təm­sil­çi­lə­ri də de­yir. Azər­bay­can­da möv­cud olan mul­ti­kul­tu­ral mü­hit bey­nəl­xalq aləm tə­rə­fin­dən al­qış­la­nır.    

Azər­bay­can­da mul­ti­kul­tu­ra­lizm si­ya­sə­ti, onun prin­sip­lə­ri haq­qın­da təd­qi­qat apa­ran və ma­raq­lı araş­dır­ma­lar təq­dim edən Azər­bay­can Döv­lət İq­ti­sad Uni­ver­si­te­ti­nin iq­ti­sa­di mə­sə­lə­lər üz­rə pro­rek­to­ru, YAP Azər­bay­can Döv­lət İq­ti­sad Uni­ver­si­te­ti ilk əra­zi təş­ki­la­tı­nın səd­ri Mi­ka­yıl Zey­na­lov Azər­bay­can­da möv­cud olan mul­ti­kul­tu­ral at­mos­fer və onun prin­sip­lə­ri haq­qın­da "Res­pub­li­ka" qə­ze­ti­nə yaz­dı­ğı mə­qa­lə­də bu möv­zu­nu azər­bay­can­çı­lıq kon­tekstin­də təh­lil edib. Alim qeyd edir ki, Av­ro­pa­da baş ve­rən­lə­rin ək­si­nə ola­raq, bu gün Azər­bay­can öz mul­ti­kul­tu­ra­lizm mo­de­li­ni dün­ya­ya təq­dim et­mək­də­dir. O vur­ğu­la­yır ki, Azər­bay­ca­nın bu sa­hə­də­ki təc­rü­bə­si ki­fa­yət qə­dər zən­gin­dir və qə­dim ta­ri­xə ma­lik­dir: "Klas­sik­lə­ri­mi­zin əsər­lə­rin­də, şi­fa­hi xalq ədə­biy­ya­tın­da və s. ki­fa­yət qə­dər mul­ti­kul­tu­ra­lizm də­yər­lə­ri­nə da­ir mi­sal­lar tap­maq olar. Alim haq­lı ola­raq ya­zır ki, Azər­bay­can­da ka­to­lik kil­sə­si, pra­vos­lav kil­sə­si, yə­hu­di si­na­qo­qu, məs­cid­lər azad, sər­bəst, təh­lü­kə­siz, qar­şı­lıq­lı hör­mət əsa­sın­da to­le­rantlıq şə­ra­i­tin­də fə­a­liy­yət gös­tə­rir: "Tə­bii ki, bu mü­hi­ti döv­lə­tin apar­dı­ğı si­ya­sət və xal­qın uni­kal da­xi­li bir­gə­ya­şa­yış nor­ma­la­rı­nı hə­yat tər­zi­nə çe­vir­mə­si ya­ra­dıb. Ta­ri­xən müx­tə­lif et­no-mə­də­ni qrup­la­rın və di­ni kon­fes­si­ya­la­rın bir­gə ya­şa­dı­ğı mə­kan olan öl­kə­miz­də si­ya­si mul­ti­kul­tu­ra­liz­min ba­ni­si ulu ön­dər Hey­dər Əli­yev­dir. Ulu ön­dər Hey­dər Əli­yev ikin­ci də­fə xal­qın də­və­ti ilə ha­ki­miy­yə­tə qa­yı­dı­şın­dan son­ra Azər­bay­ca­nı nə­in­ki və­tən­daş mü­ha­ri­bə­sin­dən qur­tar­dı, ey­ni za­man­da öl­kə­miz­də möv­cud olan bü­tün mil­li az­lıq­la­rı va­hid azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı ət­ra­fın­da bir­ləş­dir­di.

Ulu ön­də­rin hə­ya­ta ke­çir­di­yi bu si­ya­sət Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən uğur­la da­vam et­di­ri­lir. Azər­bay­ca­nın mul­ti­kul­tu­ra­lizm də­yər­lə­ri­nə sa­hib ol­ma­sı, onu təş­viq et­mə­si apa­rı­cı bey­nəl­xalq təş­ki­lat­lar və dün­ya bir­li­yi tə­rə­fin­dən yük­sək də­yər­lən­di­ri­lir. Mü­a­sir gər­gin bey­nəl­xalq şə­ra­it­də Azər­bay­can­da Bey­nəl­xalq Mul­ti­kul­tu­ra­lizm Mər­kə­zi­nin ya­ra­dıl­ma­sı, prak­ti­ki, el­mi, təb­li­ğa­ti və təş­vi­qa­ti is­ti­qa­mət­də fə­a­liy­yət gös­tər­mə­si xü­su­si əhə­miy­yət kəsb edir. Ha­zır­da öl­kə­mi­zin təc­rü­bə­si təd­qi­qat ob­yek­ti­dir, bir çox öl­kə­lər­də öy­rə­ni­lir və təd­ris edi­lir. Bu is­ti­qa­mət­də əmək­daş­lı­ğa ma­raq ar­tır və il­bə­il əla­qə­lər ge­niş­lə­nir. Azər­bay­can xal­qı bir­gə­ya­şa­yış təc­rü­bə­si və hə­yat tər­zi ilə sü­but edir ki, mul­ti­kul­tu­ra­lizm ya­şa­yır və onun gə­lə­cə­yi var. Yal­nız onu qə­bul et­mək, təb­li­ğat­çı­sı və təş­vi­qat­çı­sı ol­maq la­zım­dır. Bu­na bö­yük önəm ve­rən cə­nab İl­ham Əli­yev bil­di­rib ki, Azər­bay­ca­nın bu sa­hə­də­ki təc­rü­bə­si apa­rı­cı bey­nəl­xalq təş­ki­lat­lar və bey­nəl­xalq bir­lik tə­rə­fin­dən yük­sək qiy­mət­lən­di­ri­lir: "Bu, mul­ti­kul­tu­ra­liz­min ya­şa­dı­ğı­nı, onun gə­lə­cə­yi­nin ol­ma­sı­nı sü­but edir, sa­də­cə si­ya­sət­çi­lər, ic­ti­ma­iy­yə­tə tə­sir et­mək iq­ti­da­rın­da olan­lar, o cüm­lə­dən me­dia nü­ma­yən­də­lə­ri da­ha mə­su­liy­yət­li ol­ma­lı­dır­lar. He­sab edi­rəm ki, bu mə­sə­lə­də me­di­a­nın ro­lu da­ha müs­bət ol­ma­lı­dır. Tə­əs­süf ki, bir çox hal­lar­da biz xə­bər­lər­də qar­şı­dur­ma, qaç­qın böh­ra­nı və bun­lar­la bağ­lı kadrlar gö­rü­rük. Bu ya­naş­ma yal­nız təc­ri­do­lun­ma­ya gə­ti­rir. Biz bu­na im­kan ve­rə bil­mə­rik. Çün­ki, qeyd et­di­yim ki­mi, biz bir-bi­ri­mi­zə bağ­lı­yıq və ey­ni pla­net­də ya­şa­yı­rıq. Ar­tıq şa­hid ol­du­ğu­muz ki­mi, Av­ro­pa ilə Ya­xın Şərq ara­sın­da­kı mə­sa­fə o qə­dər də bö­yük de­yil. Yə­ni mə­sa­fə in­san­la­rın sı­ğı­na­caq tap­maq və öz ai­lə­lə­ri­ni xi­las et­mək na­mi­nə ora­la­ra üz tut­ma­ğı­nın qar­şı­sı­nı al­mır. Odur ki, mul­ti­kul­tu­ra­liz­min müs­bət nü­mu­nə­lə­ri üzə­rin­də da­yan­maq­la bu də­yər­lə­rin təş­vi­qi ha­mı­mı­za yar­dım­çı olar. Çün­ki gə­lə­cək­də heç bir öl­kə və mil­lət təc­rid olun­muş və­ziy­yət­də ya­şa­ya bil­məz. Biz bir-bi­ri­mi­zə bağ­lı­yıq. Dün­ya öl­kə­lə­ri­nin müt­ləq ək­sə­riy­yə­ti­nin əha­li­si çox­mil­lət­li və çox­din­li­dir. Biz bu­nun­la fəxr et­mə­li­yik".

Alim bil­di­rir ki, mul­ti­kul­tu­ra­liz­min gə­lə­cə­yi­nin ol­ma­dı­ğı ba­rə­də yan­lış fi­kir­lər məhz de­mok­ra­ti­ya­dan bəhs edən öl­kə­lə­rin si­ya­sət­çi­lə­rin­dən eşi­di­lir və hə­min öl­kə­lə­rin KİV-də­ki ma­te­ri­al­la­rın­da ay­rı­seç­ki­lik, di­ni-mil­li dö­züm­süz­lü­yə, is­la­ma­fo­bi­ya­ya yol açan, qaç­qın­lar­la, miq­rantlar­la bağ­lı ne­qa­tiv və s. qı­zış­dı­rı­cı fi­kir­lər yer alır. M.Zey­na­lo­vun yaz­dı­ğı­na gö­rə, bu cür ya­naş­ma xalqla­rı, döv­lət­lə­ri yal­nız təc­ri­do­lun­ma və­ziy­yə­ti­nə çat­dı­rır. Bu­nun­la da sa­bit­li­yin, bir­gə­ya­şa­yı­şın, so­si­al-iq­ti­sa­di in­ki­şa­fın qar­şı­sı­na çox bö­yük təh­lü­kə çıx­mış olur: "Biz bu gün dün­ya­da baş ve­rən toq­quş­ma­la­rın, mü­ha­ri­bə­lə­rin, gər­gin­lik­lə­rin əsa­sın­da da bu fərqli­lik­lə­rin kö­rük­lən­di­yi­ni, is­ti­fa­də edil­di­yi­ni ay­dın gö­rü­rük. Dün­ya­da çox dəh­şət­li ha­di­sə­lər baş ve­rir. Ya­xın Şərq, Ön Asi­ya, Av­ro­pa böh­ran için­də­dir. Bə­zi öl­kə­lər­də həm iq­ti­sa­di, həm si­ya­si, həm hər­bi, həm də mə­nə­vi böh­ran ya­şa­nır. Bu öl­kə­lə­rin rəh­bər­lə­ri bə­yan et­dik­lə­ri də­yər­lə­rə sa­diq qa­la bil­mir. Azər­bay­can­da isə sa­bit­lik, in­ki­şaf, ri­fah, təh­lü­kə­siz­lik möv­cud­dur. Azər­bay­ca­nın bə­yan et­di­yi də­yər­lər göz qa­ba­ğın­da­dır. Mil­li-mə­nə­vi də­yər­lər, azər­bay­can­çı­lıq, mil­li, di­ni dö­züm­lü­lük, to­le­rantlıq so­si­al-iq­ti­sa­di in­ki­şaf və döv­lə­tin öz si­ya­si xət­ti­nə gü­vən­mə­si da­vam­lı in­ki­şa­fın və uğur­la­rın əsas amil­lə­ri­dir.

Döv­lət baş­çı­sı İl­ham Əli­ye­vin bə­yan et­di­yi ki­mi, mul­ti­kul­tu­ra­lizm ənə­nə­lə­ri və to­le­rantlıq Azər­bay­can xal­qı­nın hə­yat tər­zi, mə­nə­vi-əx­la­qi də­yə­ri, Azər­bay­can Res­pub­li­ka­sı­nın si­ya­sə­ti­dir. Tə­sa­dü­fi de­yil ki, 2016-cı il öl­kə­miz­də "Mul­ti­kul­tu­ra­lizm ili" elan edi­lib. Təh­lil­çi­lə­rin də fik­rin­cə, Azər­bay­can­da mul­ti­kul­tu­ra­lizm si­ya­sə­ti ta­ri­xi ənə­nə­lə­rə söy­kə­nən mil­li və di­ni mü­na­si­bət­lər mo­de­li ol­maq­la ya­na­şı, ilk növ­bə­də mə­də­ni müx­tə­lif­li­yin, xalqla­rın mil­li-mə­də­ni ir­si­nin qo­run­ma­sı və in­ki­şa­fı­na, on­la­rın qar­şı­lıq­lı fay­da­lı in­teq­ra­si­ya­sı­na yö­nəl­di­lib. Müx­tə­lif et­nik mə­də­niy­yət­lər ara­sın­da ənə­nə­vi bir­gə­ya­şa­yış, qar­şı­lıq­lı hör­mət prin­sip­lə­ri­nə söy­kə­nən bu mo­del si­vi­li­za­si­ya­la­ra­ra­sı və mə­də­niy­yət­lə­ra­ra­sı di­a­loq pro­se­sin­də Azər­bay­can Res­pub­li­ka­sı­nın çox uğur­lu mis­si­ya­sı və töh­fə­si­dir.

Bu gün mul­ti­kul­tu­ra­liz­min Azər­bay­can mo­de­li dün­ya xalqla­rı ara­sın­da mü­na­si­bət­lə­rin də­rin­ləş­mə­si­nə is­ti­qa­mət­lən­miş mü­hüm və müs­bət də­yər ki­mi ge­niş və hər­tə­rəf­li şə­kil­də təş­viq edi­lir. "İnklü­ziv cə­miy­yət­lər­də bir­gə­ya­şa­ma: ça­ğı­rış və məq­səd de­vi­zi al­tın­da BMT-nin Si­vi­li­za­si­ya­lar Al­yan­sı­nın VII Qlo­bal Fo­ru­mu dün­ya miq­ya­sın­da ter­ro­rizm təh­lü­kə­si, Av­ro­pa­da kəs­kin­lə­şən miq­ra­si­ya böh­ra­nı və cə­miy­yət­lər­də dö­züm­süz­lü­yün artma­sı mü­hi­tin­də ke­çi­ril­di. Dün­ya­nın 140-dan çox öl­kə­si­nin nü­ma­yən­də­lə­ri pla­ne­tin müx­tə­lif re­gi­on­la­rın­da et­nik və di­ni zə­min­də baş ve­rən qar­şı­dur­ma və toq­quş­ma­lar ki­mi mü­rək­kəb prob­lem­lə­rin həl­li­nə da­ir va­hid fik­rə gəl­mək üçün ge­niş mü­za­ki­rə­lər apar­dı­lar və konstruk­tiv di­a­lo­qun in­ki­şa­fı­na xid­mət edə­cək tək­lif­lər səs­lən­dir­di­lər. Çı­xış­lar­da qal­dı­rı­lan tə­şəb­büs­lər, töv­si­yə­lər mə­də­niy­yət­lər, si­vi­li­za­si­ya­lar ara­sın­da əmək­daş­lı­ğa, əla­qə­lə­rin güc­lən­mə­si­nə, qar­şı­lıq­lı an­laş­ma­ya öz bö­yük töh­fə­si­ni ver­di".

M.Zey­na­lov qeyd edir ki, Si­vi­li­za­si­ya­lar Al­yan­sı dün­ya­da eti­mad və an­laş­ma ya­ra­dır və onun la­yi­hə­lə­ri gənc in­no­va­tor­la­rı dəs­tək­lə­yir, jur­na­listlə­ri re­surslar­la tə­min edir və di­a­lo­qu dəs­tək­lə­yən li­der­lə­rə hör­mət edir.

Alim bil­di­rir ki, Azər­bay­ca­nın əsrlər bo­yu din­lər, mə­də­niy­yət­lər və si­vi­li­za­si­ya­la­rın bir ara­ya gəl­di­yi mə­kan ol­du­ğu­nu vur­ğu­la­yan cə­nab İl­ham Əli­yev qeyd edib ki, Azər­bay­can Şərq və Qərb ara­sın­da yal­nız coğ­ra­fi kör­pü de­yil, həm də mə­də­niy­yət kör­pü­sü­dür: "Əsrlər bo­yu müx­tə­lif din­lə­rin və mə­də­niy­yət­lə­rin nü­ma­yən­də­lə­ri Azər­bay­can­da sülh şə­ra­i­tin­də və lə­ya­qət­lə ya­şa­yıb­lar. Di­ni dö­züm­lü­lük və mul­ti­kul­tu­ra­lizm bu­ra­da hər za­man möv­cud ol­muş­dur. "Mul­ti­kul­tu­ra­lizm" sö­zü möv­cud ol­ma­dı­ğı bir za­man­da be­lə, hə­min ide­ya­lar da­im ya­şa­yıb. Bu­nun nə­ti­cə­si­dir ki, bu gün Azər­bay­can çox­mil­lət­li və çox­kon­fes­si­ya­lı öl­kə­dir. Bu­ra­da bü­tün din­lə­rin və et­nik qrup­la­rın nü­ma­yən­də­lə­ri sülh və əmi­na­man­lıq şə­ra­i­tin­də ya­şa­yır­lar. Bu bi­zim ən bö­yük sər­və­ti­miz­dir və biz ta­ri­xi­miz­lə fəxr edi­rik. Biz müx­tə­lif mə­də­niy­yət­lə­ri özün­də əks et­di­rən ta­ri­xi abi­də­lə­ri­miz­lə fəxr edi­rik. Dün­ya­nın ən qə­dim məs­cid­lə­rin­dən bi­ri Azər­bay­ca­nın qə­dim şə­hə­ri olan Şa­ma­xı­da 743-cü il­də in­şa edil­miş­dir. Bu­nun­la ya­na­şı, ən qə­dim kil­sə­lər­dən bi­ri-qə­dim Qaf­qaz Al­ba­ni­ya­sı döv­rü­nə aid kil­sə də məhz Azər­bay­can­da, da­ha bir qə­dim şə­hər olan Şə­ki­nin ya­xın­lı­ğın­da yer­lə­şir. Hö­ku­mə­ti­miz məs­cid­lə­rin, pra­vos­lav və ka­to­lik kil­sə­lə­ri­nin, ha­be­lə si­na­qoq­la­rın in­şa­sı və tə­mi­ri­nə ma­liy­yə və­sa­i­ti ayı­rır. Bu bi­zim si­ya­sə­ti­miz və hə­yat tər­zi­miz­dir. Əsrlər bo­yu Azər­bay­can öl­kə­miz­də möv­cud olan si­ya­si və so­si­al və­ziy­yə­tə bax­ma­ya­raq, bu sər­və­ti qo­ru­yub sax­la­mış­dır".

Ali­min qeyd et­di­yi­nə gö­rə, dö­züm­süz­lü­yə, ay­rı­seç­ki­li­yə, kse­no­fo­bi­ya­ya, müx­tə­lif­li­yə qar­şı olan qor­xu­ya qa­lib gəl­di­yi­miz gün bu mü­ba­ri­zə­də uğur əl­də edə bi­lə­rik. O ya­zır ki, zo­ra­kı­lıq tə­rəf­dar­la­rı di­ni də­yər­lə­ri təh­rif et­mək­lə ya­rat­dıq­la­rı uto­pi­ya­lar­la gənc nə­sil­lə­rə tə­sir gös­tə­rir, on­la­rı fə­la­kə­tə apa­rır: "Bu­nun əvə­zin­də ye­ni nə­sil­lə­rə inancla­rı, əda­lə­ti, bə­ra­bər­li­yi əsas gö­tü­rə­rək hə­qi­qi me­saj­la­rı ən doğ­ru şə­kil­də öy­rət­mə­li­yik. Müx­tə­lif din­lə­rin nü­ma­yən­də­lə­ri ola­raq bu­nu ba­car­dı­ğı­mız­da dün­ya­nın ha­mı­mı­zın bir­lik­də ya­şa­ya bi­lə­cə­yi yer ol­du­ğu da­ha yax­şı an­la­şı­la­caq. Öz çı­xı­şın­da bu fi­kir­lə­rə ge­niş yer ve­rən Tür­ki­yə pre­zi­den­ti Rə­cəb Tay­yib Ər­do­ğan bil­di­rib ki, bu is­ti­qa­mət­də bir­lik­də fə­a­liy­yət gös­tər­mə­yə da­vam et­mə­li­yik: "Si­vi­li­za­si­ya­lar Al­yan­sı­na onun prin­sip və də­yər­lə­ri­nə hə­mi­şə­kin­dən da­ha güc­lü şə­kil­də sa­hib çıx­ma­lı­yıq. XXI əsrdə bə­şə­riy­yə­tin çat­dı­ğı ye­rin gün­də­mi ter­ror təş­ki­lat­la­rı­nın mü­əy­yən et­di­yi bir son­lu­ğa məh­kum ol­ma­ya­ca­ğı­na ina­nı­ram".

Ba­kı Fo­ru­mu to­le­rantlı­ğın və qar­şı­lıq­lı an­laş­ma­nın tə­mi­ni üçün öl­kə­lər və xalqlar ara­sın­da əmək­daş­lı­ğı, dostlu­ğu in­ki­şaf et­dir­mə­yin zə­ru­ru ol­du­ğu­nu bir da­ha təs­diq­lə­di. Di­a­loq və mü­ba­di­lə­lər müx­tə­lif ça­ğı­rış­la­ra ca­vab təd­bir­lə­ri­nin gö­rül­mə­si üçün çox­tə­rəf­li mü­na­si­bət­lər sis­te­mi­nin də­rin­ləş­di­ril­mə­si­nin mü­hüm və əhə­miy­yət­li ola­ca­ğı­nı gös­tər­di. Bu Fo­rum özü­nün sülh, da­vam­lı in­ki­şaf hə­dəf­lə­ri­ni açıq bə­yan et­di.

Azər­bay­can Döv­lət İq­ti­sad Uni­ver­si­te­ti də ali təh­sil oca­ğı ki­mi gə­lə­cək nə­sil­lə­rə mul­ti­kul­tu­ra­lizm və to­le­rantlıq də­yər­lə­ri­ni aşı­la­maq məq­sə­di­lə öl­kə Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vin pri­o­ri­tet elan et­di­yi bu si­ya­sə­tə öz dəs­tə­yi­ni ver­mək­də­dir. 2016-cı il­də döv­lət baş­çı­sı­nın Azər­bay­can­da "Mul­ti­kul­tu­ra­lizm ili" elan olun­ma­sı haq­qın­da Sə­rən­ca­mın­dan son­ra UNEC-də bu­nun­la bağ­lı konkret ad­dım­lar atıl­maq­da­dır. Be­lə ki, bu il­dən uni­ver­si­te­ti­miz­də bü­tün ix­ti­sas­lar üz­rə təd­ris plan­la­rı­na "Mul­ti­kul­tu­ra­liz­mə gi­riş" və "Azər­bay­can mul­ti­kul­tu­ra­liz­mi" ad­lı fən­lər da­xil edi­lə­rək, tə­lə­bə və ma­gistrlə­rə təd­ris olun­maq­da­dır. Ey­ni za­man­da UNEC-də mul­ti­kul­tu­ra­lizm və iq­ti­sa­diy­ya­tın qar­şı­lıq­lı tə­si­ri ilə bağ­lı mü­tə­ma­di "də­yir­mi ma­sa"lar, konfranslar və mü­za­ki­rə­lər də təş­kil olu­nur. 2016-cı il­dən UNEC mil­li az­lıq­la­rın kom­pakt ya­şa­dı­ğı iq­ti­sa­di ra­yon­la­rın da­vam­lı so­si­al-iq­ti­sa­di in­ki­şa­fı məq­sə­di­lə "Azər­bay­can­da mul­ti­kul­tu­ra­lizm və so­si­al-iq­ti­sa­di in­ki­şaf" möv­zu­sun­da təd­qi­qat­la­rın apa­rıl­ma­sı işin­də özü­nün təc­rü­bə­li iq­ti­sad­çı-ekspertlə­ri­ni bu işə cəlb edib.

Bir öl­kə­nin iq­ti­sa­di in­ki­şa­fı onun mə­də­ni in­ki­şa­fı ilə düz mü­tə­na­sib­dir. İq­ti­sa­di in­ki­şaf xə­ya­li bir va­kum­da mə­də­ni in­ki­şaf­dan kə­nar möv­cud ola bil­məz. Bu gün Azər­bay­can iq­ti­sa­di gös­tə­ri­ci­lə­ri­nə gö­rə dün­ya­nın qa­baq­cıl öl­kə­lə­ri sı­ra­sın­da öz la­yiq­li ye­ri­ni tu­tur­sa, bu həm də onun müx­tə­lif et­no-mə­də­ni qrup­la­rı özün­də bir­ləş­dir­mə­si və qo­ru­ma­sı si­ya­sə­tin­dən də irə­li gə­lən bir gös­tə­ri­ci­dir".

Alim ya­zır ki, Azər­bay­can Döv­lət İq­ti­sad Uni­ver­si­te­ti Azər­bay­can mul­ti­kul­tu­ra­lizm mo­de­li­ni dün­ya­ya çat­dır­maq işin­də öz rəh­bər, pro­fes­sor və tə­lə­bə he­yə­ti ilə bun­dan son­ra da Pre­zi­dent cə­nab İl­ham Əli­ye­vin ət­ra­fın­da sıx bir­lə­şə­cək.

M.Zey­na­lo­vun Azər­bay­can­da mul­ti­kul­tu­ra­liz­min prin­sip­lə­ri­ni azər­bay­can­çı­lıq kon­tekstin­də dün­ya döv­lət­lə­ri ilə mü­qa­yi­sə­li şə­kil­də təh­lil et­mə­si ma­raq­lı­dır. Azər­bay­can çox­mə­də­niy­yət­li­li­yə dəs­tək ve­rən, bu­ra­da ya­şa­yan bü­tün xalqla­rın di­li­nə, mə­də­niy­yə­ti­nə, mə­nə­vi də­yər­lə­ri­nə bö­yük hör­mət gös­tə­rən və qay­ğı ilə ya­na­şan bir öl­kə­dir.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 21 oktyabr.- S.15