18 sentyabr - Milli Musiqi Günü azərbaycançılıq təcəssümü kimi...

Azərbaycan mədəniyyətinin vacib elementi olan milli musiqimiz zəngin bir azərbaycançılıq örnəyi kimi böyük təsir gücünə malikdir. Azərbaycan musiqisi dünyanın hansı nöqtəsində ifa olunursa, ora azərbaycançılıq ruhu hakim kəsilir. Milli musiqimiz, aşıq musiqisi, muğam, xalq mahnıları və təsniflər azərbaycançılıq əhvalını dərindən təbliğ edir. Azərbaycan bəstəkarları azərbaycançılıq ruhunu öz əsərlərində yaşadır, yayır.

Azərbaycançılıq məfkurəsinə yaxından bağlı olan dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyovun fəaliyyəti bütövlükdə azərbaycançılığın musiqiyə köçürülməsinə, publisistikaya, sənətə daşınmasına həsr edilib. Xalqımız və dövlətimiz milli musiqimizi yüksəklərə qaldıran sənətkarları unutmur.

Azərbaycan az saylı dövlətlərdəndir ki, burada musiqinin, xüsusən də milli musiqinin təbliğinə böyük yer ayrılır. Bildiyimiz kimi, sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum gününüMilli Musiqi Gününü qeyd edirik. Musiqişünaslar haqlı olaraq vurğulayır ki, həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Tədqiqatçılar deyir ki, elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub.

Məlumatlara görə, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını alıb. 1995-ci ildə isə xalqımızın böyük oğlu, o dövrdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Məlumatlara görə, Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H.Z.Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub.

Musiqişünaslar deyir ki, Üzeyir bəyin yazdığı hər bir əsər azərbaycançılığa, bu müqəddəs ideologiyanın təbliğinə, şüurlarda yer tutmasına xidmət edir. Musiqişünaslar vurğulayır ki, o həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü.Hacıbəyovun "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb. Ü.Hacıbəyov milli musiqi xəzinəsini yeni janrformalarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə "Koroğlu" operasını bəstələyib.

Məlumatlara görə, Üzeyir bəy həm Azərbaycan Xalq Cumhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir. Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoymuşömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. O, müasir bəstəkarlıq məktəbinin beşiyi başında durmuş, onun qabaqcıl dünya bəstəkarlıq məktəbləri ilə yanaşı dura bilməsi üçün fədakarcasına çalışıb.

Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırmışlar. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü.Hacıbəyovun anadan olmasının 100 illik yubileyi UNESCO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub.

Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov Ü.Hacıbəyovun milli musiqiyə bağlılığından bəhs edərək yazır ki, böyük Azərbaycan sənətkarları milli ruhun aşılanmasında tara yüksək qiymət vermişlər. Onun qeyd etdiyinə görə, Fikrət Əmirovun qeyd etdiyi kimi, tar azərbaycanlılar arasında ən geniş yayılmış, simləri xalqın ürək telləri ilə həmahəng səslənən çox qiymətli musiqi alətidir. Ü.Hacıbəyov tarı bəzi "solçuların" hücumlarından müdafiə etməklə zəngin xəzinəmizi - Azərbaycan xalq musiqisini müdafiə edirdi: "Moskvada keçirilən Azərbaycan incəsənəti dekadası günlərində simfonik orkestrdə sarı simli Azərbaycan tarının və başqa milli çalğı alətlərinin müvəffəqiyyətlə səslənməsi Ü.Hacıbəyovun yaradıcılıq ideyalarının qələbəsi və milli musiqimizin təntənəsi idi. O öz fikrini izah edərkən belə deyirdi: "Mən tarın bu operada iştirak etməsi üçün başqa cür düşünürəm. Hərgah tarı milli bir alət olduğu üçün irəli çəkmək istəsəydim, o zaman kamançaya da müəyyən yer verərdim. Lakin bu lazım deyildi. Şərq musiqisi əsasında yazılan əsərdə kamançanın vəzifəsini skripka daha yaxşı bədii bir surətdə ifa edə bilər. Lakin tar belə deyil, tarın tembri orkestrdə yenilik yaradır və onun incə səsləri artıq dərəcədə xoşa gəldiyi üçün orkestrə daxil edilməsini lazım bilirəm".

Onu da qeyd edək ki, bəstəkar tardan təkcə melodiya üçün deyil, həm də akkordların, polifonik ünsürlərin ifasında da istifadə edib. Beləliklə, Ü.Hacıbəyov "Leyli və Məcnun" operasının müqəddiməsində tarın simfonik orkestrdəki rolunu nümayiş etdirməklə, onun gələcək səhnələrindəki fəaliyyətini müəyyənləşdirir. Böyük bəstəkarımız Azərbaycan tarına yüksək qiymət verərək, "Sehrli tar", "Sarı simin möcüzəsi" adlı məqalələr yazıb. Fikrət Əmirov tar haqqında yazıb: "Azərbaycan musiqi alətlərinin gözü tardır. Tar öz ahənginə, tembrinə, diapazonuna, gücünə görə təkcə bir aləti deyil, sanki bir orkestri əvəz edir. Özüorkestrin aparıcısıdır. İfaçı dəstəsi üçlük də, beşlikolanda aparıcı tarzən olur. Odur ki, tarzənin muğamın sirlərinə vaqif olması vacib sayılır. Bu baxımdan, doğru deyirlər ki, xanəndəni oxudan - oxuyanı oxudan tarzəndir. Qurban Primovun sənət varlığı, ölməzliyi tardadır. Tar Qurban Primov ayrılmaz bir vəhdətdədir".

Fikrət Əmirov tara azərbaycançılıq mövqeyindən münasibətin formalaşmasında Üzeyir Hacıbəyovun rolunu xüsusi qeyd edir: "Məlum olduğu kimi, 20-ci illərdə musiqi həyatımızda tar ilə əlaqədar mübahisələr xüsusilə ciddi şəkil almışdı hətta tarın xalq musiqisi aləti olduğuna da inanmayanlar vardı. Məsələnin daha çox çətinlik törədən tərəfi o idi ki, bu fikri respublikada mədəniyyət üçün məsul olan vəzifəli şəxslərin dilindən eşitmək olurdu. Bununla belə, Üzeyir Hacıbəyov vicdanının səsini boğmur, Azərbaycan xalq musiqisinin əsaslarını uzun illər dərindən-dərinə təbliğ etmiş dahi bir sənətkar kimi sarı simli tarın müdafiəsinə qalxırdı. O, Şərq musiqisini lazımınca qiymətləndirməyənlərə qarşı çıxır yazırdı: "Əlbəttə, əgər bir musiqi təhsilindən ibarət yalnız Avropa musiqisini hesab etsə idik, biz tar təhsilinin lüzumsuz bir şey olduğunu iqrar edib ləğv tərəfdarı olardıq. Fəqət, bu xüsusda bizim fikrimiz belədir ki, Avropa musiqisindən əlavə bir Şərq musiqisi vardır biz azərbaycanlılar özümüz Şərq əhlindən olduğumuza görə musiqi təhsili işində Şərq musiqisinə qarşı laqeyd qalırıqsa, öz mədəni vəzifəmizi kamalınca ifa etməmiş olarıq".

Aydın məsələdir ki, milli musiqimiz, onun ruhundan yaranan klassik musiqimiz, ölməz sənət əsərləri azərbaycançılıq ideyasını hər zaman özündə ehtiva edə bilib. İstər yarandığı dövrlərdə, istərsə hazırda o əsərlər bir azərbaycançılıq nümunəsi kimi diqqəti cəlb edir. Azərbaycançılıq ideyasının təməlini qoyanlar, onu qurub möhtəşəm edən şəxsiyyətlər bu gün rəhmətlə anılır. Onların bizə qoyub getdiyi irs öyrənilir. Azərbaycançılıq ideyası məktəbinin əsasını qoyanlar heç zaman unudulmur. Yuxarıda vurğuladığımız kimi, dahi Üzeyir bəy Hacıbəyov da həyatı boyu bu ideologiyaya, azərbaycançılıq ideyasına, milli məfkurəyə xidmət edib. O, düşüncə, əqidə baxımından azərbaycançı olmasaydı, xalqımızın tarixində böyük mədəni inqilab sayılan bir sıra sənət hadisələrinin müəllifi ola bilməzdi. Azərbaycan Şərqdə mədəniyyətin inkişafı baxımından hər zaman öndə gedən ölkə olub, bu gün o missiyanı layiqincə yerinə yetirir. Şərqdə ilk dramaturgiya hadisəsi, opera operetta janrlarının doğuluşu bizim ana Vətənimizdə-Azərbaycanda baş verdi. Azərbaycanın həyatı ilə, Azərbaycan insanının taleyilə, mənəvi aləmilə, milli düşüncə tərzilə səsləşən sənət əsərləri yarandı. Milli operalarımızın meydana gəlməsi, səhnə ömrü yaşaması əsl tarixi hadisə kimi yaddaşlara köçdü. Azərbaycanda milli operaları təpədən-dırnağa qədər azərbaycançılıq ideologiyasına bağlı olan, ona xidmət edən Ü.Hacıbəyov yaratdı.

Qeyd edək ki, Azərbaycan milli musiqi mədəniyyətinin dünyada şöhrət qazanan mənəvi xəzinə olduğunu yazan musiqişünasların bildirdiyinə görə, onlar azərbaycançılıq ideyalarını da özündə təcəssüm etdirir. Azərbaycan milli musiqi mədəniyyətinin professional xalq musiqisindən ibarət olduğunu xatırladan musiqişünaslar Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin azərbaycançılıq ideyalarının təcəssümü olan milli musiqi mədəniyyətimiz haqqında bu sahənin təmsilçilərinə dediklərini yada salır: "...Azərbaycan xalqının musiqi irsi zəngindir. Biz folklor musiqisini, əsrlər minilliklər ərzində xalq tərəfindən yaradılıb nəsildən-nəslə yadigar verilən musiqini nəzərdə tuturuq. Biz Azərbaycanda nisbətən yaxın keçmişdə, əsrin əvvəlində yaradılan, lakin tarixən qısa müddət ərzində böyük, şanlı yol keçərək, indi müasir professional sənətin ən yüksək səviyyəsində duran professional musiqini nəzərdə tuturuq. Sizin yaradıcılıq fəaliyyətiniz, bax, bu bünövrəyə əsaslanmalı, bu təməl üzərində qurulmalıdır, siz bu zəngin materialdan geniş istifadə etməlisiniz".

18 sentyabr - Milli Musiqi Günü Azərbaycan xalqının həyatında, musiqi ictimaiyyətində böyük əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, 18 sentyabr tarixində ölkəmizin bütün musiqi ocaqlarında Ü.Hacıbəyovun xatirəsi anılacaq, hər yerdə milli klassik musiqimiz səslənəcək. Milli Musiqi bayramı ölkə boyu qeyd ediləcək, səsləndirilən musiqinin səviyyəsi təbii yüksək olacaq, bu musiqinin təlqin etdiyi ideya azərbaycançılıqla sıx bağlıdır. Çünki bu musiqi xalqımızın tarixi mədəniyyətinin bir parçasıdır.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 17-19 sentyabr.- S.12