Turizm sektorunda peşə sertifikatları tətbiq olunmağa başladı

Bahadur Bilalov: "Turizmin müxtəlif sahələrində çalışmaq istəyənlər üçün peşə sertifikatının tələb olunması təqdirəlayiqdir"

Azərbaycanda turizm sahəsi üzrə işləyənlər üçün icrası məcburi olan yeni tələblər qoyulur. Milli Məclisin yaydığı məlumata görə, bu, yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində öz əksini tapıb. Layihədə qeyd edilir ki, turizm sahəsində bir sıra şəxslər mütləq peşə sertifikatı almalıdı

Həmin şəxslər hüquqi şəxs olan turagentin ya turoperatorun, onların filialları nümayəndəliklərində idarəetmə ya nəzarət orqanında vəzifə tutan şəxs, habelə idarəetmə ya nəzarət funksiyasını təkbaşına icra edən şəxs, turizm fəaliyyəti ilə şəxsən məşğul olan fərdi sahibkar, turizm təşkilatçısına tabe olan turistlərin qəbulu ilə məşğul olan qurumun rəhbəri (menecer, baş menecer s.) ya bu funksiyanı təkbaşına icra edən şəxs (menecer, idarəçi, məsul şəxs), bələdçi, bələdçi-tərcüməçi, yerləşdirmə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar, yerləşdirmə vasitəsində turistlərin qəbulu ilə məşğul olan qurumun rəhbəri ya bu funksiyanı icra edən şəxslərdir.

Layihəyə görə, nəzarət orqanının müəyyən etdiyi qaydalar üzrə peşə sertifikatı almamış şəxsin aidiyyəti fəaliyyəti həyata keçirməsi məsuliyyətə səbəb olacaq. Bu halda həmin şəxs barədə məlumat Dövlət Turizm Reyestrinin aktiv bölməsindən çıxarılmalıdır. Şəxs peşə imtahanını uğurla verdikdə onun barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilməlidir. Peşə imtahanı vermiş şəxsin arzusu ilə peşə sertifikatı elektron formada verilir.

Peşə sertifikatının sahibi barəsində məhkəmə tərəfindən oğurluq, etibardan sui-istifadə, dələduzluq, sənədlərin saxtalaşdırılması, rüşvət vermə rüşvət alma maddələri üzrə ittiham hökmü çıxarıldıqda ya eyni maddələr üzrə bəraətverici əsaslar olmadan cinayət işinə xitam verildikdə nəzarət orqanı müvafiq peşə sertifikatını etibarsız hesab etməlidir.

Turizm sahəsində çalışanlar üçün yeni tələblərin qoyulması barədə fikir bildirən turizm sahəsi üzrə ekspert Bahadur Bilalov bunları dedi: "Hər bir sahədə olduğu kimi, turizm sahəsində çalışanlar öz işlərinin mütəxəssisi olmalıdır. Turizmin inkişaf etdirilməsi ilk növbədə bu sahədə çalışan işçilərdən asılıdır. Otel sahəsində çalışanlar, turagentlər, bələdçi, tərcüməçi, restoran işçiləri, bölgələrə tur təşkil edənlər digərləri öz işini yüksək səviyyədə icra etməlidir ki, turistlər bizdən razı qalsın. Turizmin müxtəlif sahələrində çalışmaq istəyənlər üçün peşə sertifikatının tələb olunması təqdirəlayiqdir. Artıq işçilər öz sahələrinin xırdalıqlarından xəbərdar olacaq. Bəllidir ki, bu gün işə ehtiyacı olanlar müxtəlif otel, istirahət məkanları ya restoranlarda sərbəst şəkildə çalışa bilir. Onlardan bu işin necə öyrəndiyini soruşmurlar".

Həmsöhbətimizin sözlərinə görə, turizmin inkişafı üçün turizm peşə məktəbləri yaradılacaq: "Turizm peşə məktəbləri yaradılmaqla yanaşı, istənilən turizm məkanında yeni işə götürülənlər üçün işin necə aparılacağına dair xüsusi dərslər keçirilsin. Həmin dərslərdə yüksək nəticə göstərənlərə sertifikat verilsin".

Günel CƏLİLOVA

Bakı xəbər.- 2016.- 17-19 sentyabr.- S.12