Milli Kitabxananın yaradılması azərbaycançılıq təcəssümü kimi...

II yazı

Azər­bay­can­da ilk qi­ra­ət­xa­na­la­rın, ic­ti­mai ki­tab­xa­na­la­rın, ümu­mi ki­tab ev­lə­ri­nin ya­ra­dıl­ma­sı bö­yük ha­di­sə­dir və za­man-za­man bu ha­di­sə­dən qiy­mət­li bəh­rə gö­tür­mü­şük. Ki­tab­xa­na, ki­ta­bın təb­li­ği ki­mi mü­qəd­dəs iş in­san­la­rı bi­li­yə, ma­a­ri­fə, və­tən­pər­vər­li­yə, döv­lət­çi­lik ət­ra­fın­da sıx bir­ləş­mə­yə, mil­li-di­ni kim­li­yə sa­hib ol­ma­ğa ça­ğı­rır.

Azər­bay­can in­sa­nı­nı azər­bay­can­çı­lıq məf­ku­rə­si ət­ra­fın­da bir­ləş­di­rən amil­lər­dən bi­ri ki­tab­dır, bi­lik, ma­a­rif oca­ğı olan ki­tab­xa­na­lar­dır. Azər­bay­can­da ki­tab­xa­na işi­nin ta­ri­xi ilə bağ­lı ma­raq­lı təd­qi­qat iş­lə­ri var. O möh­tə­şəm iş­lər­dən bi­ri­ni də pro­fes­sor Abu­zər Xə­lə­fov gö­rüb. A.Xə­lə­fo­vun mü­əl­li­fi ol­du­ğu "Azər­bay­can­da ki­tab­xa­na işi­nin ta­ri­xi" üç­cildlik dərslik və­sa­i­ti ol­duq­ca əhə­miy­yə­tə ma­lik­dir. Biz bu ki­tab va­si­tə­si­lə ki­tab­xa­na ta­ri­xi­mi­zi və­rəq­lə­yir, bi­zə qa­ran­lıq qa­lan çox mə­sə­lə­lər­dən ha­li olu­ruq.

Bu gün Azər­bay­can­da say­sız küt­lə­vi ki­tab­xa­na var, bun­lar­la ya­na­şı, ix­ti­sas­laş­mış ki­tab­xa­na­lar da möv­cud­dur. Öl­kə­mi­zin baş ki­tab­xa­na­sı olan M.F.Axun­dov adı­na Azər­bay­can Mil­li Ki­tab­xa­na­sı hər bir və­tən­da­şın mü­ra­ci­ət et­di­yi, ya­xud edə bi­lə­cə­yi bir mə­kan­dır. Biz o mə­ka­na bir azər­bay­can­çı­lıq mər­kə­zi ki­mi ba­xı­rıq. Çün­ki Mil­li Ki­tab­xa­na azər­bay­can­çı­lıq ide­ya­sı­nın ya­yıl­ma­sı işi­ni uğur­la ye­ri­nə ye­ti­rir.

Ki­tab­xa­na­nın keç­di­yi şə­rəf­li yo­la nə­zər sa­lan pro­fes­sor A.Xə­lə­fov "Azər­bay­can­da ki­tab­xa­na işi­nin ta­ri­xi" ki­ta­bın­da ya­zır ki, ya­ran­dı­ğı gün­dən in­di­yə qə­dər bu ki­tab­xa­na diq­qə­ti cəlb edir: "...Bu dövrdə Azər­bay­can Döv­lət Ümu­mi Ki­tab­xa­na­sı­nın fə­a­liy­yə­ti xü­su­si­lə diq­qə­ti cəlb edir­di. Uni­ver­sal el­mi ki­tab­xa­na ol­maq eti­ba­ri­lə Döv­lət Ümu­mi Ki­tab­xa­na­sı res­pub­li­ka­mız­da el­mi fik­rin in­ki­şa­fın­da müs­təs­na rol oy­na­mış, res­pub­li­ka­mı­zın el­mi kadrla­rı­na ki­tab­xa­na xid­mə­ti­nin təş­ki­lin­də xü­su­si fə­a­liy­yət gös­tər­miş­di. O, həm­çi­nin, res­pub­li­ka­mız­da ki­tab­xa­na işi­nin in­ki­şa­fın­da, ki­tab­xa­na­la­ra me­to­di­ki rəh­bər­li­yin təş­ki­lin­də, ki­tab­xa­na­çı kadrla­rın ix­ti­sa­sı­nın ar­tı­rıl­ma­sın­da da mü­hüm iş­lər gö­rüb. 1923-cü il­dən fə­a­liy­yə­tə baş­la­dı­ğı qı­sa ta­ri­xi dövr ər­zin­də öl­kə­mi­zin ən bö­yük ki­tab­xa­na­la­rın­dan bi­ri­nə çev­ril­miş, res­pub­li­ka­da bü­tün çap məh­su­lu­nu top­la­yıb ya­yan mər­kəz ro­lu­nu oy­na­yıb. Ki­tab­xa­na SSRİ-də nəşr edi­lən bü­tün ədə­biy­ya­tı öz fon­dun­da top­la­maq, res­pub­li­ka­nın el­mi ic­ti­ma­iy­yə­ti­nin sor­ğu­la­rı­nı ödə­mək, res­pub­li­ka­da el­mi-təd­qi­qat və tex­ni­ki tə­rəq­qi­yə sə­mə­rə­li xid­mət et­mək im­ka­nı­nı əl­də et­miş­di. Ki­tab­xa­na fon­du­nun zən­gin­ləş­mə­sin­də pul­suz məc­bu­ri nüs­xə­lər müs­təs­na əhə­miy­yə­tə ma­lik idi. So­vet döv­lə­ti­nin bi­la­va­si­tə qay­ğı­sı sa­yə­sin­də ki­tab­xa­na 1923-cü il­dən baş­la­ya­raq RSFSR Döv­lət Ki­tab Pa­la­ta­sın­dan, 1925-26-cı il­dən isə di­gər müt­tə­fiq res­pub­li­ka­la­rın ki­tab pa­la­ta­la­rın­dan məc­bu­ri nüs­xə­lər al­ma­ğa baş­la­mış­dı. Bun­dan baş­qa, ki­tab­xa­na öz fon­du­nu əla­və nüs­xə­lər al­maq, na­dir nüs­xə­lər top­la­maq, bu­ki­nist ma­ğa­za­lar­la əla­qə sax­la­maq, bəx­şiş­lər yo­lu ilə də zən­gin­ləş­di­rir­di. Ki­tab­xa­na, həm­çi­nin, SSRİ Elmlər Aka­de­mi­ya­sın­dan, xa­ri­ci mə­də­ni əla­qə cə­miy­yət­lə­rin­dən və ay­rı-ay­rı el­mi mü­əs­si­sə­lər­dən ki­tab­lar alır­dı. Ki­tab­xa­na ar­tıq 20-ci il­lə­rin axır­la­rın­da xa­ri­ci əla­qə­lə­ri­ni də ge­niş­lən­dir­mə­yə baş­la­mış­dı. 1928-ci il­də ki­tab­xa­na xa­ri­ci öl­kə­lər­dən 50 ad­da jur­nal alır­dı.

Ki­tab­xa­na fon­du­nun komplektləş­di­ril­mə­si sa­hə­sin­də hə­ya­ta ke­çi­ri­lən təd­bir­lər öz müs­bət nə­ti­cə­si­ni ver­miş­di. Ar­tıq 30-cu il­lər­də ki­tab­xa­na bü­tün elm və bi­lik sa­hə­lə­ri­ni əha­tə edə bi­lən zən­gin ədə­biy­yat və döv­ri mət­bu­at fon­du­na ma­lik idi. Bu da ki­tab­xa­na­ya əha­li­yə ki­tab­xa­na xid­mə­ti­ni nü­mu­nə­vi təş­kil et­mək im­ka­nı ver­miş­di. 1930-cu il­də ki­tab­xa­na­nın fon­dun­da 64.700 nüs­xə ki­tab var idi.

SSRİ MİK və SSRİ XKS 1933-cü ilin sentyabr ta­rix­li qə­ra­rı ilə Azər­bay­can Döv­lət Ki­tab­xa­na­sı­nı öl­kə­nin mü­hüm ki­tab­sax­la­yı­cı­la­rı sı­ra­sı­na da­xil et­di və ona SSRİ xalqla­rı­nın dil­lə­rin­də bü­tün döv­lət ki­tab pa­la­ta­la­rın­dan məc­bu­ri nüs­xə al­maq hü­qu­qu ver­di. Bu mü­hüm döv­lət təd­bi­ri ki­tab­xa­na­nın 30-cu il­lər­də­ki in­ki­şa­fı üçün müs­təs­na əhə­miy­yə­tə ma­lik ol­du. Bü­tün çap məh­su­lu ilə ki­tab­xa­na­nın ar­dı­cıl ola­raq komplektləş­di­ril­mə­si onun gə­lə­cək in­ki­şa­fı­nı tə­min et­mək­lə, onu res­pub­li­ka­mı­zın döv­lət ki­tab sax­la­yı­cı­sı­na və el­mi mər­kə­zi­nə çe­vir­di. Məc­bu­ri nüs­xə ilə ya­na­şı, ki­tab­xa­na 30-cu il­lər­də öz fon­du­nu zən­gin­ləş­dir­mək üçün ge­niş və­sa­i­tə və im­ka­na ma­lik idi. Ki­tab­xa­na 1935-ci il­də ərəb və fars dil­lə­rin­də 200 ki­tab al­mış­dı".

A.Xə­lə­fov qeyd edir ki, bö­yük ta­ri­xi əhə­miy­yə­ti olan bu əsər­lər Teh­ran, Bom­bey və Kəl­küt­tə ki­mi Şərq mər­kəz­lə­rin­də nəşr edil­miş­di.

Alim vur­ğu­la­yır ki, Azər­bay­can KP MK və Azər­bay­can hö­ku­mə­ti Döv­lət Ümu­mi Ki­tab­xa­na­sı­nın in­ki­şa­fı­na hə­mi­şə bö­yük qay­ğı ilə ya­na­şır­dı. Onun yaz­dı­ğı­na gö­rə, ki­tab­xa­na­ya ay­rı­lan və­sa­i­tin il­bə­il ar­tı­rıl­ma­sı, onun şta­tı­nın ge­niş­lən­di­ril­mə­si bu­na par­laq sü­but­dur: "Ki­tab­xa­na­ya 1925-ci il­də 21.680 ma­nat və­sa­it ay­rıl­mış­dı­sa, bu, 1930-cu il­də 56.000 ma­na­ta, 1935-ci il­də 218.500 ma­na­ta, 1940-cı il­də isə 359.760 ma­na­ta çat­dı­rıl­mış­dı. Ki­tab­xa­na­da 1930-cu il­də 26 nə­fər iş­çi var idi­sə, bun­la­rın sa­yı 1936-cı il­də 38 nə­fə­rə, 1940-cı il­də isə 57 nə­fə­rə çat­mış­dı. Ki­tab­xa­na­nın şta­tı­nın be­lə sü­rət­lə ço­xal­ma­sı, heç şüb­hə­siz, oxu­cu­la­ra xid­mət işi­nin təş­ki­li­nə müs­bət tə­sir gös­tə­rir, ki­tab­xa­na işi­nin yax­şı­laş­dı­rıl­ma­sı­na sə­bəb olur­du. Ki­tab­xa­na­nın fon­du mün­tə­zəm ola­raq ar­tır­dı. Ar­tıq 1934-cü il­də ki­tab­xa­na­nın fon­dun­da 501,8 min nüs­xə ki­tab və jur­nal var idi. Ki­tab­xa­na ki­tab­la ya­na­şı, öz fon­du­nu döv­ri nəşrlər­lə də komplektləş­dir­mə­yə xü­su­si əhə­miy­yət ve­rir­di. Tək­cə 1934-cü il­də ki­tab­xa­na 230 ad­da döv­ri nəşrlər alır­dı. Ki­tab­xa­na 1935-ci il­də döv­lət ki­tab pa­la­ta­la­rın­dan və di­gər mən­bə­lər­dən 71.918 nüs­xə ki­tab al­mış­dı. Ki­tab­xa­na azər­bay­can­şü­nas­lı­ğa da­ir ədə­biy­ya­tın top­lan­ma­sı­na xü­su­si diq­qət ye­ti­rir­di. Bu məq­səd üçün xü­su­si adam­lar ay­rıl­mış, ay­rı-ay­rı şəxslər, ki­tab­xa­na­lar, el­mi mü­əs­si­sə­lər və s. ilə əla­qə ya­ra­dıl­mış­dı. Ar­tıq 1939-cu il­də ki­tab­xa­na­da Azər­bay­can mət­bu­a­tı­nın ar­xiv fon­du ya­ra­dıl­dı. Bu fon­dun ya­ran­ma­sı res­pub­li­ka­mı­zın ta­ri­xi­nin öy­rə­nil­mə­sin­də çox bö­yük əhə­miy­yə­tə ma­lik ol­maq­la, bü­tün el­mi-təd­qi­qat­çı­la­rı­mız üçün qiy­mət­li hə­diy­yə idi. Mü­ha­ri­bə­dən əv­vəl­ki be­şil­lik­lər döv­rün­də ki­tab­xa­na­nın fon­du öl­kə­miz­də ki­tab nəş­ri­nin in­ki­şa­fı, məc­bu­ri nüs­xə­lə­rin ki­tab­xa­na­ya vax­tın­da da­xil ol­ma­sı və Azər­bay­can Xalq Ma­a­rif Ko­mis­sar­lı­ğı­nın ki­tab­xa­na­nın komplektləş­di­ril­mə­si­nə gös­tər­di­yi xü­su­si qay­ğı ilə əla­qə­dar ola­raq xey­li ge­niş­lən­di­ril­miş­di. Ki­tab­xa­na 1932-ci il­dən baş­la­ya­raq oxu­cu­lar üçün mün­tə­zəm məs­lə­hət­lər təş­kil edir­di. 1932-ci il­də ki­tab­xa­na məs­lə­hət bü­ro­su ya­rat­mış­dı. Bu bü­ro­nun tər­ki­bi­nə 16 nə­fər el­mi iş­çi da­xil edil­miş­di. Gör­kəm­li pro­fes­sor­lar­dan A.B.Baq­ri, Şah­tax­tinski və Ti­xo­mi­rov bu bü­ro­nun tər­ki­bi­nə da­xil edil­miş­di. Ar­tıq 1940-cı il­də ki­tab­xa­na­nın fon­dun­da 674.599 nüs­xə ki­tab var idi. Bu ki­tab­la­rın 21.513 nüs­xə­si Azər­bay­can, 489,168 nüs­xə­si rus, yer­də qa­lan­la­rı isə di­gər dil­lər­də idi. Tək­cə 1940-cı il­də ki­tab­xa­na­ya 31.530 nüs­xə ki­tab da­xil ol­muş­du ki, bu­nun da 1.237 nüs­xə­si Azər­bay­can di­lin­də olub. 1923-cü il­lə mü­qa­yi­sə et­dik­də ki­tab­xa­na­nın fon­du 135 də­fə­yə qə­dər artmış­dı (1923-cü il­də ki­tab­xa­na­nın 5.000 nüs­xə ki­ta­bı var idi). Ki­tab­xa­na­da ye­ni ki­tab­la­rın da­im sər­gi­si, ki­tab mü­za­ki­rə­lə­ri, oxu­cu konfransla­rı, gör­kəm­li ya­zı­çı­lar və alim­lər­lə gö­rüş­lər ke­çi­ri­lir, ta­ri­xi gün­lə­rə, gör­kəm­li şəxslə­rin, par­ti­ya və döv­lət rəh­bər­li­yi­nin yu­bi­ley­lə­ri­nə həsr edil­miş bö­yük miq­yas­lı küt­lə­vi iş­lər apa­rı­lır­dı.

Ki­tab­xa­na 30-cu il­lər­də mün­tə­zəm ola­raq şəx­si təh­si­lə kö­mək et­mək üçün ge­niş təd­bir­lər hə­ya­ta ke­çi­rir­di. Bu təd­bir­lər içə­ri­sin­də oxu plan­la­rı, söh­bət­lər, ye­ni ki­tab­la­rın ic­ma­lı, ki­tab sər­gi­lə­ri mü­hüm yer tu­tur­du.

Azər­bay­can Döv­lət Ümu­mi Ki­tab­xa­na­sı ya­ran­dı­ğı ilk gün­lər­dən baş­la­ya­raq öz fə­a­liy­yə­ti­ni bi­la­va­si­tə res­pub­li­ka­da əha­li­yə ki­tab­xa­na xid­mə­ti­nin təş­ki­li­nin yax­şı­laş­dı­rıl­ma­sı­na, xü­su­si­lə el­mi ədə­biy­ya­tın, ic­ti­mai-si­ya­si əsər­lə­rin par­ti­ya, döv­lət qə­rar­la­rı­nın təb­li­ği­nə həsr edib. 20-ci il­lə­rin axı­rı, 30-cu il­lə­rin əv­vəl­lə­rin­də ki­tab­xa­na­nın fə­a­liy­yə­tin­də el­mi iş­çi­lə­rə xid­mət et­mək, bi­la­va­si­tə res­pub­li­ka­da el­mi-təd­qi­qat işi­nə xid­mət et­mək baş­lı­ca yer tu­tur­du. Bu bir tə­rəf­dən ki­tab­xa­na­nın res­pub­li­ka­da ye­ga­nə uni­ver­sal ümu­mi ki­tab­xa­na ol­ma­sın­dan irə­li gə­lir­di­sə, di­gər tə­rəf­dən, ki­tab­xa­na­da el­mi iş­çi­lə­rə, tex­ni­ki zi­ya­lı­la­ra ki­tab­xa­na xid­mə­ti­nin nü­mu­nə­vi təş­ki­li ilə əla­qə­dar idi.

Məhz bu­na gö­rə­dir ki, ki­tab­xa­na fə­a­liy­yə­tə baş­la­dı­ğı ilk gün­lər­dən onun ya­nın­da təş­kil edil­miş oxu za­lı ba­zar gün­lə­ri də is­tis­na olun­maq­la oxu­cu­la­ra xid­mət edir­di. Ki­tab­xa­na­nın bü­tün fə­a­liy­yə­ti oxu­cu­la­ra ki­tab­xa­na xid­mə­ti­nin yük­sək sə­viy­yə­də təş­kil edil­mə­si­nə, oxu­cu sor­ğu­la­rı­nın vax­tın­da və qü­sur­suz ödə­nil­mə­si­nə həsr edil­miş­di. Ki­tab­xa­na­nın hə­ya­ta ke­çir­di­yi bu mü­hüm təd­bir­lə­rin nə­ti­cə­sin­də oxu­cu­la­rın sa­yı, oxu­cu­la­ra ki­tab ve­ri­li­şi mün­tə­zəm ola­raq artmış, xid­mət işi­nin sə­viy­yə­si il­bə­il yük­səl­miş­di. 1928-ci il­də ki­tab­xa­na­nın 3.183192 nə­fər oxu­cu­su var idi­sə, 1930-cu il­də 3.323193 nə­fər, 1935-ci il­də 6.985 nə­fər, 1940-cı il­də isə 8.800195 nə­fər ol­muş­du. Oxu­cu­la­ra ki­tab ve­ri­li­şi də mün­tə­zəm su­rət­də ar­tır­dı. 1935-ci il­də oxu­cu­la­ra 73.097 nüs­xə, 1939-cu il­də isə 91.897 nüs­xə ki­tab ve­ril­miş­di ki, bu­nun da 11.346 nüs­xə­si Azər­bay­can di­lin­də idi. Ki­tab­xa­na oxu­cu­la­ra xid­mət et­mək, bi­la­va­si­tə res­pub­li­ka­da el­mi-təd­qi­qat işi­ni yax­şı­laş­dır­maq üçün mə­lu­mat bib­li­oq­ra­fi­ya apa­ra­tı­nın təş­ki­li­nə xü­su­si diq­qət ye­ti­ril­miş­di".

Alim vur­ğu­la­yır ki, hə­lə 1923-cü il­dən təş­kil edil­mə­yə baş­la­mış əlif­ba və sis­tem­li ka­ta­loq son­ra­kı il­lər­də da­ha da tək­mil­ləş­miş, bib­li­oq­ra­fik kar­to­te­ka sis­te­mi ya­ra­dıl­mış, 1930-cu il­dən mə­lu­mat-bib­li­oq­ra­fi­ya şö­bə­si fə­a­liy­yə­tə baş­la­yıb. Ki­tab­xa­na oxu­cu­la­rı­nın dur­ma­dan ar­tan tə­lə­ba­tı­nı ödə­mək üçün 1936-cı il­dən ki­tab­xa­na­la­ra­ra­sı abo­ne­ment şö­bə­si təş­kil edil­miş­di. Onun yaz­dı­ğı­na gö­rə, doğ­ru­dur, bu vax­ta qə­dər də ki­tab­xa­na öz oxu­cu­la­rı­nın tə­lə­ba­tı­nı ödə­mək üçün it­ti­fa­qın baş­qa bö­yük ki­tab­xa­na­la­rı ilə əla­qə sax­la­yır və on­lar­dan ədə­biy­yat alır­dı. Alim de­yir ki, ki­tab­xa­na 1927-ci il­dən çap kar­toç­ka­la­rı al­ma­ğa baş­la­mış, son­ra­kı il­lər­də alı­nan çap kar­toç­ka­la­rı­nın nüs­xə­lə­ri xey­li artmış­dı. Bu da ki­tab­xa­na­ya öz mə­lu­mat-bib­li­oq­ra­fi­ya apa­ra­tı­nı la­zı­mi şə­kil­də qay­da­ya sal­maq im­ka­nı ve­rir­di. La­kin bu iş mü­tə­şək­kil xa­rak­ter da­şı­mır­dı. Ki­tab­xa­na­la­ra­ra­sı abo­ne­ment şö­bə­si So­vet İt­ti­fa­qı­nın bö­yük ki­tab­xa­na­la­rın­dan 1938-ci il­də 396 ki­tab, 1940-cı il­də isə 2.104 ki­tab alıb öz oxu­cu­la­rı­nın is­ti­fa­də­si­nə ve­rib: "Ki­tab­xa­na zəh­mət­keş­lə­rə xid­mət işi­ni yax­şı­laş­dır­maq məq­sə­di­lə 1938-ci il­dən baş­la­ya­raq Ba­kı şə­hə­ri­nin ay­rı-ay­rı ra­yon­la­rın­da və res­pub­li­ka­nın bö­yük ti­kin­ti­lə­rin­də fi­li­al­lar təş­kil et­mə­yə baş­la­mış­dı. Be­lə fi­li­al­la­rın təş­ki­li bi­la­va­si­tə fəh­lə sin­fi­nə ki­tab­xa­na xid­mə­ti­ni yax­şı­laş­dı­rır­dı. Ki­tab­xa­na 1938-ci il­də Xə­tai adı­na mə­də­niy­yət və is­ti­ra­hət par­kın­da bir fi­li­al təş­kil et­miş­di. Bu fi­li­al Ba­kı­nın ən bö­yük fəh­lə ra­yo­nu he­sab edi­lən Xə­tai ra­yo­nun­da neft fəh­lə­lə­ri­nə, mü­hən­dis və tex­ni­ki iş­çi­lə­rə nü­mu­nə­vi xid­mət gös­tə­rir­di. Fi­li­a­lın fon­dun­da 8.000-dən ar­tıq ki­tab var idi. Bu ki­tab­lar oxu­cu­la­rın sor­ğu­la­rı əsa­sın­da se­çil­miş­di. Fi­li­al­da ka­ta­loq tər­tib edil­miş və hər gün oxu­cu­lar­dan si­fa­riş qə­bul edi­lir və əsas fon­dun va­si­tə­si­lə ödə­ni­lir­di. Fi­li­a­la gün­də 200-ə qə­dər oxu­cu gə­lir­di. Ki­tab­xa­na 1939-cu il­də "Ro­te fa­ne" (in­di­ki Ni­za­mi adı­na park) mə­də­niy­yət və is­ti­ra­hət par­kın­da da qi­ra­ət­xa­na təş­kil et­miş­di. Bu­ra­da ki­çik ki­tab fon­du ya­ra­dıl­mış­dı. Oxu­cu qi­ra­ət­xa­na­da özü­nə la­zım olan ki­ta­bı si­fa­riş edir və sə­hə­ri gü­nü alır­dı. Ki­tab­xa­na 1939-cu il­də Sa­mur-Də­və­çi ka­na­lı fəh­lə­lə­ri­nə və mü­hən­dis-tex­ni­ki iş­çi­lə­ri­nə xid­mət üçün Xaç­maz stan­si­ya­sın­da fi­li­al-ba­za aç­mış­dı. Fi­li­a­lın fon­dun­da Azər­bay­can, rus və baş­qa dil­lər­də müx­tə­lif ədə­biy­yat var idi. Fi­li­a­lın iş­çi­lə­ri ki­tab­la­rı ka­na­lın bü­tün sa­hə­lə­ri­nə apar­maq­la oxu­cu­lar ara­sın­da ge­niş küt­lə­vi təd­bir­lər ke­çi­rir­di­lər".

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 21 sentyabr.- S.15