Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Danılmaz faktdır ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası ölkədəki inkişafa müsbət təsirini göstərib. Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları hazırlanıb. Bu dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi regionların tarazlı və davamlı inkişafına, sosial infrastrukturun yenidən qurulmasına, bölgələrdə sahibkarlığın, özəl sektorun yüksəlişinə səbəb olub.

Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişaf paytaxtımızdan, onun ətraf kəndlərindən də yan ötməyib. Prezidentin Sərəncamı ilə təsdiqini tapan "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" qarşıda duran vəzifələrin davamlı yerinə yetirilməsi məqsədilə hazırlanıb.

Dövlət proqramlarının uğurlu icrası nəticəsində, Bakının bütün rayonları kimi, bu gün Suraxanı rayonu da inkişaf dövrünü yaşayır. Rayonun ümumi mənzərəsində nəzərəçarpacaq dəyişikliklər görülən işlərin davamlı və sürətli olmasından xəbər verir. Dövlət proqramlarının icrası nəticəsində Suraxanı rayonunun qəsəbə və kəndlərində uğurlu infrastruktur layihələri həyata keçirilib, kommunalsosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşıb, abadlıq işləri geniş vüsət alıb, əhalinin həyat səviyyəsi daha da yüksəlib. Rayon ərazisində dinamik yüksəliş üçün bütün zəruri tədbirlər həyata keçirilir, ölkədəki inkişaf prosesinə layiqli töhfələr verilir. Hazırda rayonda orta əməkhaqqı 546,4 manatdır.

212 min nəfərə yaxın əhalisi olan Suraxanı rayonuna Bülbülə, Əmircan, Qaraçuxur, Yeni Suraxanı, Yeni Günəşli, Hövsan, Zığ qəsəbələri və "Dədə Qorqud" yaşayış sahəsi aiddir. Bu qəsəbələrin hər birinin sürətli sosial-iqtisadi inkişafı Suraxanı rayonunun simasının daha da dəyişməsinə, onun ölkənin abadinkişaf etmiş bölgələrindən birinə çevrilməsinə gətirib çıxarıb. Necə deyərlər, Suraxanı rayonunda aparılan geniş abadlıq-quruculuq işləri onun simasına yeni nəfəs, yeni ruh gətirməkdədir.

Suraxanı Azərbaycanın neft rayonlarından biri hesab edilir. Burada bir ildə 338,3 min ton xam neft, 232,1 milyon kubmetr qaz istehsal edilir. Rayon ərazisində neft qaz istehsalı ilə "Bahar Enerji" "Suraxanı Oyl" əməliyyat şirkətləri, "Qaraçuxur iriləşdirilmiş neft mədəni", "Abşeron Operating Company", "Qazmaservis Logistika" İdarəsi, Tamponaj Layların Neftveriminin Artırılması İdarəsi məşğul olurlar. Neft qaz istehsalı isə, öz növbəsində, rayonda minlərlə insanın işlə təmin edilməsində onların sosial-iqtisadi rifahının yaxşılaşdırılmasında önəmli rol oynamaqdadır. Suraxanı həm iri sənaye rayonudur. Burada 60-a yaxın sənaye müəssisəsi fəaliyyət göstərir. Suraxanı rayonu ərazisindəki müəssisələrdə istehsal edilən məhsullar həm Azərbaycanın daxili tələbatının ödənilməsində önəmli rol oynayır, həm onlar xaricə ixrac edilir. Məsələn, rayonda fəaliyyət göstərən Transformator müxtəlif növ elektrotexniki avadanlıqlar istehsalı zavodunun məhsulları dünyanın müxtəlif ölkələrinə, o cümlədən qonşu Türkmənistan, Gürcüstan, Qazaxıstan, həmçinin Ukrayna, Bəhreyn, Cənubi Afrika Respublikası, İraq, Rusiya Kanadaya ixrac edilir. Bu da Suraxanı rayonunun Azərbaycanın sosial-iqtisadi inkişafına özünün əvəzsiz töhfəsini verməsinə gətirib çıxarıb.

"2014-2016-cı illərdə Bakı şəhərinin onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Suraxanı rayonu üzrə 24 tədbir nəzərdə tutulub, onların 4-ü icra olunub, 20-nin icrasına başlanıb, başa çatdırılan başlanan tədbirlər proqramın 44,5 faizini təşkil edib.

Etiraf edək ki, ötən ilin əvvəlində həm sosial-iqtisadi sahədə dövlət proqramlarının icrası istiqamətində, həm AO-ya hazırlıq mərhələsində görüləcək işlər həm çox, həm məsuliyyətli idi. Həmin səbəbdən RİH vaxt itirmədən rayonun sosial-iqtisadi inkişafına yönələn əməli tədbirlərə start verdi, abadlıq-quruculuq işlərini uğurla həyata keçirməyə başladı.

Belə ki, ilk olaraq AO məşəlinin alovlandırılması tədbirinə hazırlıqla əlaqədar S.Bəhlulzadə, İ.Məmmədov, Ş.Məhərrəmov, O.Əliyev X.Ələkbərov küçələrində yaşayış qeyri-yaşayış obyektlərinin fasad hasarları yenidən quruldu, ağlay daşlarla üzləndi, qaz, elektrik, telefon digər yerüstü kommunikasiya xətləri yerin altına salındı. Qısa bir zamanda Əmircan qəsəbəsi, T.Bayram parkı əsaslı təmir olundu. Bülbülə qəsəbəsindəki 24 saylı poliklinikanın qarşısında yeni park salındı. S.Bəhlulzadə, İ.Məmmədov X.Ələkbərov küçələrində 12 min kv.m. yaşıllıq salındı. S.Bəhlulzadə O.Əliyev küçələrində isə 27.7 min kv.m. sahəyə asfalt döşəndi, 5042 p.m. bordür düzüldü, 3252 kv.m. səki asfaltlandı, küçələrin işıqlandırılması üçün 2707 metr elektrik kabeli çəkildi, işıq dirəkləri çılçıraqlar quraşdırıldı s. abadlıq-quruculuq işləri görüldü.

Qaraçuxur qəsəbəsində C.Qurbanov, İ.Musayev, Z.Şərifov, A.Fətullayev, N.İsmayılov, F.Kərimzadə A.Şadinski küçələrində, Yeni Günəşli yaşayış sahəsində abadlıq-quruculuq işləri görülüb, küçələrin ətrafında yerləşən qeyri-yaşayış obyektlərinin fasadları müasir üslubda yenidən qurulub, ərazi müxtəlif tullantılardan təmizlənib. Ötən il ərzində abadlıq-quruculuq işləri rayonun digər qəsəbələrində aparılıb.

Həmişə olduğu kimi, rayonda ekoloji məsələlərin həlli istiqamətində davamlı işlər aparılır. Prezidentin müvafiq sərəncamları Dövlət Proqramına əsasən, Bülbülə Zığ göllərinin təmizlənməsi, ətrafların abadlaşması davam etdirilir. Ərazidə 10 illərlə neftlə çirklənən 817 hektar torpaq sahəsi texniki rekultivasiya olunub, 24 ədəd gölməçə qurudulub, neft kollektorları təmir edilib.

Rayon ərazisində tədris idman müəssisələrinin inşası köhnələrinin təmiri RİH-nin daim diqqət mərkəzindədir. Belə ki, 2015-ci ilin 9 ayı ərzində Qaraçuxur qəsəbəsində 146 saylı orta məktəb üçün 25 əlavə sinif otağından ibarət tədris korpusu, idman akt zalları tikilərək istifadəyə verilib. Əmircan qəsəbəsində 5 saylı Yeni Günəşli yaşayış massivində 262 saylı uşaq bağçaları əsaslı təmir olunub. Qaraçuxur Bülbülə qəsəbələrində idman zalları, Yeni Günəşli "V" sahəsində idman meydançası, Əmircan qəsəbəsində 100 yerlik uşaq bağçası, şahmat məktəbi Yanğından Mühafizə Bölməsinin tikintisi uğurla davam etdirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan 1-ci "Ümumrespublika Yaşıllaşdırma Marafonu" çərçivəsində ağacəkmə kampaniyası davam etdirilib. Bu istiqamətdə 11 ümumrayon iməcliyi keçirilərək 7,4 mindən artıq ağac əkilib.

Hər il olduğu kimi, ötən ilin 9 ayı ərzində rayon əhalisinin sosial müdafiəsi RİH-nin diqqət mərkəzində olub. Belə ki, müvafiq dövrdə Rayon Əhalisinin Sosial Müdafiəsi Mərkəzində 7796 sakinə 4.57 milyon manatdan artıq sosial müavinət ödənilib. 2173 ailəyə 3.04 milyon manat ünvanlı sosial yardım göstərilib. 218 nəfər tənha əlil vətəndaşa evində sosial xidmət göstərilib. 58 nəfər güzəştli vətəndaş reabilitasiya mərkəzi sanatoriyalarda istirahət ediblər. Rayonda orta aylıq təqaüdün məbləği 194.5 manat olub. Rayon Məşğulluq Mərkəzinə işlə əlaqədar müraciət edən 592 nəfərdən 476 nəfəri işlə təmin edilib, 71 nəfərə işsiz statusu verilib. 44 nəfər peşə hazırlıq kurslarına cəlb olunub s.

2015-ci ilin may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin tapşırığı Suraxanı rayonunda uğurla icra edilib. Aşkarlanan xəstəliklər üzrə 6751 nəfər sakin ambulator müalicəyə 570 nəfər stasionar müalicəyə cəlb olunub, 704 nəfərin sağlamlığı bərpa edilib.

Rayonda Heydər Əliyev Mərkəzində müasir informasiya texnologiyaları ilə təchiz edilən kitabxana, konfrans salonu təlim kursları artıq 7 ildir rayon əhalisinə xidmət göstərir.

Mərkəzdə ötən ilin 9 ayı ərzində 14 ümumrayon tədbiri, Azərbaycan tarixinin öyrənilməsi məqsədilə 9-11-ci sinif şagirdlərinə 38 açıq dərs digər maarifləndirmə tədbirləri keçirilib.

Rayonda 2015-ci ilin 9 ayı ərzində yeniləşən internet saytı, elektron poçt ünvanı, "Qaynar xətt" telefonu kimi müasir əlaqə informasiya vasitələrindən, "Şikayət təkliflər" səyyar poçt qutusundan geniş istifadə edilib, 205 elektron məktuba cavab verilib. Bu müddət ərzində RİH başçısı tərəfindən 759 nəfər sakin qəbul edilib, 27 səyyar görüş keçirilib. Ümumiyyətlə, rayon üzrə qarşıda duran məsələlər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Şuranın iclasında müzakirə olunur.

Qeyd edək ki, 2016-cı il Suraxanı rayonunda əlamətdar hadisə kimi başlayıb. Belə ki, yanvarın 11-də Prezident İlham Əliyev rayonda "ATEF Şirkətlər Qrupu"nun iri qabaritli transfarmator zavodunun açılışında iştirak etdi, yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoydu.

Lakin əldə olunan bu nailiyyətlərlə yanaşı, problemlər var. Rayonda mövcud olan ən ciddi problem ərazidə qəzalı evlərdə yaşayan sakinlərə (xüsusilə Zığ qəsəbəsində) köməklik göstərilməsi məsələsidir. Bunu nəzərə alan Suraxanı Rayon İcra Hakimiyyəti Zığ qəsəbəsindəki evlərə texniki baxış keçirib, ərazinin relyefini nəzərə alaraq 40 evin qəzalı vəziyyətdə olmasını aşkarlayıb. 22 qəzalı evin boşaldılmasına dair məhkəmə iddiaları təmin edilib, 22 ailə kirayə evlərə köçürülüb.

Göründüyü kimi, əldə olunan nailiyyətlərlə yanaşı, mövcud problemlərin həlli RİH-nin diqqət mərkəzindədir. Görülən işlərin nəticəsidir ki, Suraxanı rayonu artıq mazutla dolu gölməçələr yox, paytaxtın nümunəvi təhsil, tibb, idman ocaqlarının, biznes strukturlarının, müasir sənaye müəssisələrinin, iaşə digər obyektlərin fəaliyyəti ilə keyfiyyətcə yeni-müasir rayon statusunu qazanıb.

Neftin qiymətinin kəskin aşağı düşməsi manatın məzənnəsinin azalması şəraitində yeni - 2016-cı ildə Suraxanı Rayon İcra Hakimiyyətinə yeni-yeni uğurlar arzulayırıq.

Namiq QULİYEV

Bakı xəbər.- 2016.- 9-11 yanvar.- S.15