Tarixdə iz buraxanlar: Çingiz Aytmatov

Qır­ğız türk­lə­ri­nin məş­hur ya­zı­çı­sı Çin­giz Ayt­ma­tov 12 de­kabr 1928-ci il­də Qır­ğı­zıs­ta­nın Şə­kər kən­din­də ana­dan olub. Ata­sı gör­kəm­li döv­lət xa­di­mi To­re­kul Ayt­ma­tov, ana­sı mil­liy­yət­cə ta­tar olan Na­gi­ma xa­nım­dır. Bir mə­mur uşa­ğı ola­raq dün­ya­ya gə­lən Çin­giz Ayt­ma­tov ilk təh­si­li­ni kənd mək­tə­bin­də alıb. II Dün­ya mü­ha­ri­bə­si za­ma­nı ya­şa­dı­ğı kənd­də ki­şi­lər­dən iba­rət əha­li sa­yı­nın azal­ma­sı nə­ti­cə­sin­də az yaş­da ikən kənd so­ve­tin­də ka­tib ki­mi işə baş­la­yıb. 1953-cü il­də Qır­ğı­zıs­ta­nın Kənd Tə­sər­rü­fa­tı İns­ti­tu­tun­dan mə­zun olub.

Çin­giz Ayt­ma­tov tə­lə­bə­li­yi za­ma­nı müx­tə­lif ya­zı­lar yaz­ma­ğa baş­la­yıb. İns­ti­tu­tu bi­tir­dik­dən son­ra kənd tə­sər­rü­fa­tın­da ça­lış­ma­ğa baş­la­maq­la bə­ra­bər yaz­ma­ğa da da­vam edib. Bir müd­dət son­ra Mosk­va­da Qor­ki adı­na İns­ti­tut­da sta­jor­luq ke­çib və Mosk­va Uni­ver­si­te­ti­nin Ədə­biy­yat fa­kül­tə­si­nə qə­bul olu­nub. 1957-ci il­də uni­ver­si­te­ti bi­ti­rən Çin­giz Ayt­ma­tov 1959-cu il­də Qır­ğı­zıs­tan­da "Prav­da" qə­ze­ti­nin müx­bi­ri olub. O za­man­lar "Dağ­lar və dü­zən­lər­dən mə­səl­lər" ad­lı he­ka­yə­lə­ri­lə ad qa­za­nıb. 1962-ci il­də Qır­ğız Ki­ne­ma­toq­ra­fi­ya­sı İş­çi­lə­ri Bir­li­yi­nin ka­tib­li­yi­nə gə­ti­ri­lib.

Çin­giz Ayt­ma­to­vun bir ya­zı­çı ki­mi ta­nın­ma­sı onun "Cə­mi­lə" ro­ma­nı­nı yaz­ma­sı ilə baş­la­yıb. Onun 50-ci il­lə­rin so­nun­da yaz­dı­ğı "Cə­mi­lə" ro­ma­nı ədə­bi ic­ti­ma­iy­yət və oxu­cu­lar ara­sın­da ge­niş əks-sə­da ya­ra­dıb. "Cə­mi­lə" ro­ma­nı­nı fran­sız di­li­nə tər­cü­mə edən və ön sö­zün mü­əl­li­fi olan ta­nın­mış fran­sız ya­zı­çı­sı Lu­is Ara­qon əsər­dən da­nı­şar­kən hey­rə­ti­ni giz­lə­də bil­mə­yib: "Qeyd et­mək is­tə­yi­rəm ki, bu əsər dün­ya­da sev­gi haq­qın­da ya­zı­lan ən gö­zəl he­ka­yət­dir. Gənc ya­zı­çı mə­həb­bət haq­qın­da in­di­yə qə­dər heç ki­min da­nış­ma­dı­ğı ki­mi da­nı­şır,"- de­yən Ara­qon əsə­ri "Dün­ya­nın ən gö­zəl eşq he­ka­yə­si" ad­lan­dı­rıb.

Elə bə­dii əsər­lər var ki, on­la­rı oxu­yan­da san­ki ki­no­ya ba­xır­san, hər şey göz­lə­ri­nin qar­şı­sın­da can­la­nır, san­ki oxu­cu de­yil ta­ma­şa­çı­san və ha­di­sə­lə­ri ek­ran­da gö­rür­sən. Bu cür əsər­lə­rin ek­ran hə­ya­tı adə­tən uğur­lu alı­nır. Bu fik­ri tam mə­na­sın­da dün­ya şöh­rət­li ya­zı­çı Çin­giz Ayt­ma­to­vun ya­ra­dı­cı­lı­ğı­na şa­mil et­mək olar. Onun "Gün var əs­rə bə­ra­bər" ro­ma­nı be­lə əsər­lər­dən­dir. "Gün var əs­rə bə­ra­bər" ro­ma­nı­nın baş qəh­rə­ma­nı Ye­di­gey vic­dan­lı, yo­rul­maq bil­mə­yən zəh­mət­keş, öz yük­sək mə­nə­vi bor­cu­na sa­diq bir in­san­dır. Mü­əl­lif qəh­rə­ma­nın ta­le­yi­ni müa­sir döv­rün bir sı­ra prob­lem­lə­ri və bü­tün bə­şə­riy­yə­tin sa­bah­kı gü­nü ilə mü­qa­yi­sə edir, dün­ya­da əmi­na­man­lı­ğın, xe­yir­xah­lı­ğın və hu­ma­niz­min tən­tə­nə­si­ni ən bö­yük qə­lə­bə ki­mi sə­ciy­yə­lən­di­rir. Çin­giz Ayt­ma­tov 1963-cü il­də "Gün var əs­rə bə­ra­bər" ro­ma­nı ilə Le­nin mü­ka­fa­tı­na la­yiq gö­rü­lüb və So­vet ədə­biy­yat mü­ka­fa­tı­nı qa­za­nan ilk qır­ğız ya­zı­çı­sı olub.

Yaz­dı­ğı əsər­lər­də qır­ğız­la­rın kənd hə­ya­tı­nı təs­vir edən Çin­giz Ayt­ma­to­vun il­ham qay­na­ğı qır­ğız das­tan­la­rı, xü­su­si­lə "Ma­nas" das­ta­nı olub. Onun həm rus­ca, həm də qır­ğız di­lin­də qə­lə­mə al­dı­ğı əsər­lə­ri­nin əsas möv­zu­su­nu mü­ha­ri­bə və eşq təş­kil edir. Ya­zı­çı bu möv­zu­la­rın üzə­rin­də dur­ma­sı­nı isə in­sa­nın ən güc­lü duy­ğu­la­rı­nın bu iki və­ziy­yət ha­lın­da or­ta­ya çıx­ma­sı ilə izah edir.

Türk di­li­nə və Or­ta Asi­ya türk boy­la­rı­na xü­su­si ma­raq gös­tə­rən ya­zı­çı 1966-cı il­də SSRİ Ali So­ve­ti­nə, 1967-ci il­də isə SSRİ Ya­zı­çı­lar İt­ti­fa­qı­nın ida­rə he­yə­ti­nə üzv se­çi­lib. 1968-ci il­də So­vet İt­ti­fa­qı­nın döv­lət ədə­biy­ya­tı mü­ka­fa­tı­na la­yiq gö­rü­lüb.

So­vet İt­ti­fa­qı Kom­mu­nist Par­ti­ya­sın­da il­lər­cə əmək­daş­lıq edən Çin­giz Ayt­ma­tov ey­ni za­man­da Or­ta Asi­ya türk döv­lət­lə­ri­nin, xü­su­si­lə də Qır­ğı­zıs­ta­nın otuz il­dən ar­tıq azad dün­ya­ya açı­lan pən­cə­rə­si olub. Onun dü­şün­cə­lə­ri Av­ro­pa­meyl­li əsər­lə­rin­də si­ya­si və mə­nə­vi əsa­rə­tin gər­gin­lik­lə­ri­ni, əzab­la­rı­nı, mil­li azad­lı­ğın çə­tin və əzab­lı yol­la­rı­nı bö­yük cə­sa­rət­lə ifa­də et­mək ba­ca­rı­ğın­da öz ək­si­ni ta­pıb. O, mil­li-mə­nə­vi özü­nü­dər­ki hər bir xal­qın, o cüm­lə­dən qır­ğız xal­qı­nın bö­yük ama­lı sə­viy­yə­sin­də təq­dim edib. So­vet im­pe­ri­ya­sı­nın sərt re­ji­mi çər­çi­və­sin­də bü­töv­lük­də in­san və ya kon­kret bir mil­lət haq­qın­da ta­le­yük­lü bö­yük ide­ya­la­rı əks et­dir­mək Çin­giz Ayt­ma­to­vun qəh­rə­man­lı­ğı idi. O döv­rün sərt ideo­lo­ji tə­ləb­lə­ri­nə bax­ma­ya­raq, Çin­giz Ayt­ma­tov sa­də­cə əmə­li, işi ilə de­yil, mə­nə­vi alə­min bü­tün zən­gin­lik­lə­ri, qə­ri­bə­lik­lə­ri ilə ye­ni olan sa­də in­sa­nı cid­di bir ədə­biy­yat ha­di­sə­si sə­viy­yə­sin­də tə­bii şə­kil­də təq­dim et­mək və­zi­fə­si­ni ba­ca­rıq­la hə­ya­ta ke­çi­rib. So­vet döv­rün­də Çin­giz Ayt­ma­to­vun mil­li möv­qe­ni, ye­ni in­sa­nı və bə­şə­ri prob­lem­lə­ri bö­yük ədə­biy­yat miq­ya­sın­da ifa­də et­mək­lə ya­na­şı, həm də əsər­lə­ri va­si­tə­si­lə nəşr et­di­rə­rək dün­ya­da ya­ya bil­mə­si so­sia­lizm döv­rü­nün mö­cü­zə­lə­rin­dən bi­ri idi. Çin­giz Ayt­ma­tov so­sia­lizm cə­miy­yə­tin­də ya­şa­ya­raq so­vet ger­çək­li­yi­nin səd­lə­ri­ni aşa bi­lən bö­yük ədə­biy­yat ya­rat­ma­ğın tək­rar­sız nü­mu­nə­si­ni gös­tə­rib. O, bü­tün dün­ya­da ox­şar ta­le­lə­ri ya­şa­yan və gə­lə­cək haq­qın­da ey­ni dü­şün­cə­də olan xalq­la­rın ha­mı­sı­nın ya­zı­çı­sı­dır. Onun əsər­lə­ri bu gün də bə­dii ədə­biy­ya­tın ən qiy­mət­li nü­mu­nə­lə­ri ki­mi oxu­nur.

Çin­giz Ayt­ma­tov qır­ğız xal­qı­nın dün­ya mə­də­niy­yə­ti­nə bəxş et­di­yi da­hi ya­zı­çı­dır. O, hə­yat hə­qi­qət­lə­ri­ni bü­tün çıl­paq­lı­ğı və mü­rək­kəb­li­yi ilə də­rin­dən dərk edib rea­lizm və ro­man­tizm ele­ment­lə­ri­ni bir­ləş­dir­mək­lə, qır­ğız və dün­ya ədə­biy­ya­tı­nı his­se­di­lə­cək də­rə­cə­də zən­gin­ləş­di­rən əsər­lər yaz­ma­ğa mü­vəf­fəq olub. Çin­giz Ayt­ma­to­vu müa­si­ri ol­du­ğu ya­zı­çı­lar­dan fərq­lən­di­rən əsas xü­su­siy­yət­lər­dən bi­ri isə onun sa­də in­san­la­rın gö­zü ilə dün­yə­vi prob­lem­lə­ri duy­maq, on­la­ra hə­qi­qi qiy­mət ver­mək və mü­əy­yən mə­na­da in­san­la­rı na­ra­hat edən su­al­la­ra ca­vab ax­tar­maq ba­ca­rı­ğı­dır.

Zə­ma­nə­mi­zin gör­kəm­li qır­ğız ya­zı­çı­sı Çin­giz Ayt­ma­to­vun ya­ra­dı­cı­lı­ğı də­rin mil­li xü­su­siy­yət­lə­rə ma­lik ol­du­ğu ki­mi, həm də ümum­bə­şə­ri ma­hiy­yət və məz­mun ifa­də edir. Onun dün­ya ədə­biy­ya­tın­da bö­yük ha­di­sə sa­yı­lan əsər­lə­ri rea­liz­min tü­kən­məz bə­dii və id­ra­ki gü­cü­nü nü­ma­yiş et­di­rir.

Çin­giz Ayt­ma­tov bir çox əsə­ri­ni gör­dük­lə­ri­ni, ya­şa­dıq­la­rı­nı ənə­nə­lə­rin süz­gə­cin­dən ke­çi­rə­rək xal­qı ilə bir­lik­də ya­zıb. 60 il­dən çox ya­zı­çı­lıq­la məş­ğul olan Çin­giz Ayt­ma­tov ya­şa­dı­ğı dövr­də ta­bu sa­yı­lan möv­zu­la­rı iş­lə­yib. Əsər­lə­ri­ni qır­ğız və rus dil­lə­rin­də qə­lə­mə alan Çin­giz Ayt­ma­tov qır­ğız­la­rın adət-ənə­nə­lə­ri­ni, mü­ha­ri­bə il­lə­rin­də xal­qın çək­di­yi çə­tin­lik­lə­ri əks et­di­rib, eşq, dost­luq ki­mi möv­zu­la­ra to­xu­nub. Ro­man­la­rı, he­ka­yə­lə­ri 150-dən çox di­lə tər­cü­mə edi­lən ya­zı­çı­nın əsər­lə­ri­ni "Yer üzün­də ya­şa­yan bü­tün in­san­lar haq­qın­da en­sik­lo­pe­di­ya" ad­lan­dı­rır­lar.

Çin­giz Ayt­ma­tov mil­li ruh­lu bir ya­zı­çı idi. O, yal­nız öz öl­kə­si­nin, öz xal­qı­nın de­yil, bü­tün öl­kə­lə­rin, bü­tün xalq­la­rın ya­zı­çı­sı idi, bə­şə­ri bir na­sir idi. O, zə­ma­nə­mi­zin klas­si­ki idi və qə­lə­mə al­dı­ğı əsər­lər­də dün­yə­vi möv­zu­la­ra to­xu­nur­du, hə­ya­ti ha­di­sə­lə­ri bü­tün ger­çək­li­yi ilə ədə­biy­ya­ta us­ta­lıq­la gə­ti­rir­di. Çin­giz Ayt­ma­to­vun əsər­lə­ri in­san­la­rı dü­şün­dü­rür, on­la­rı sa­ba­ha inam­la bax­ma­ğa səs­lə­yir. Onun qəh­rə­man­la­rı hə­ya­tın sı­na­ğın­dan hü­nər­lə, al­nıa­çıq çı­xır.

Da­hi adam­la­rın hə­ya­tı və ya­ra­dı­cı­lı­ğı hə­mi­şə on­la­rın öl­kə­lə­ri­nin və xalq­la­rı­nın ma­raq­la­rı ilə bağ­lı olub. Ya­zı­çı, mü­tə­fək­kir Çin­giz Ayt­ma­to­vun isə ya­ra­dı­cı­lıq və ic­ti­mai fəa­liy­yə­ti bö­yük yer mə­ka­nı, ümum­bə­şə­ri ta­le­lə­ri və ma­raq­la­rı, yer üzə­rin­də in­san hə­ya­tı­nın fəl­sə­fi prob­lem­lə­ri­ni əha­tə edir. Ey­ni za­man­da, onun po­vest və ro­man­la­rı bi­zim sa­də adam­la­rın hə­ya­tı, on­la­rın kö­nül sev­gi­si, müa­sir mü­rək­kəb dün­ya­da hə­yat yol­la­rı­nın ax­ta­rış­la­rı ba­rə­də olan he­ka­yə­lər­dir. Bə­şər hə­ya­tı­nın tə­biə­tə, cə­miy­yə­tin in­ki­şaf ta­ri­xi ilə si­vi­li­za­si­ya­la­rın tə­şək­kü­lü və in­san­lar ara­sın­da mü­na­si­bət­lər­lə ümu­mi əla­qə­si Çin­giz Ayt­ma­to­vun əsər­lə­rin­də öz ək­si­ni ta­pır. Onun əsər­lə­rin­də və ic­ti­mai nəşr­lə­rin­də to­xu­nu­lan, küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­rin­də işıq­lan­dı­rı­lan mə­sə­lə­lər müx­tə­lif öl­kə­lə­rin və cə­miy­yə­tin müa­sir ideo­lo­ji hə­ya­tı üçün bu gün də xü­su­si ak­tu­al­lıq kəsb edir.

Çin­giz Ayt­ma­tov za­man və in­san haq­qın­da elə tərz­də ya­zıb ki, onun tə­si­rin­dən mil­yon­lar­la in­san dü­şün­cə­si­nin həm­rəy­li­yi ya­ra­nıb. Ya­zı­çı­nı bə­şə­ri prob­lem­lər dü­şün­dür­sə də, ya­rat­dı­ğı ob­raz­lar ta­ri­xi yad­da­şın da­şı­yı­cı­sı olub. O, dün­ya­nın ədə­bi pro­se­si­nə tə­sir gös­tə­rə bi­lən bir şəx­siy­yət olub. Onun əsər­lə­ri Azər­bay­can di­li­nə tər­cü­mə edi­lə­rək də­fə­lər­lə çap olu­nub. Azər­bay­can və qır­ğız xalq­la­rı, Türk dün­ya­sı ya­şa­dıq­ca Çin­giz Ayt­ma­to­vun ya­rat­dı­ğı söz kör­pü­sü dost­lu­ğu­mu­zu, qar­daş­lı­ğı­mı­zı qo­ru­yub sax­la­ya­caq. Onun əsər­lə­ri bi­zim ay­rıl­maz tər­kib ele­men­ti­miz və hə­yat ami­li­miz olub, qəl­bi­mi­zi, xə­yal­la­rı­mı­zı gö­zəl­lik­lər­lə qi­da­lan­dı­rıb.

Çin­giz Ayt­ma­to­vun ya­ra­dı­cı­lı­ğı hə­lə gənc­lik il­lə­rin­də nə­in­ki Mər­kə­zi Asi­ya Res­pub­li­ka­la­rı oxu­cu­la­rı­nın, həm də re­gi­on­dan kə­nar­da yer­lə­şən türk­dil­li öl­kə­lə­rin oxu­cu­la­rı­nın diq­qət mər­kə­zin­də olub. Gör­kəm­li ya­zı­çı hə­lə o za­man­lar Tür­ki­yə­ni bir ne­çə də­fə zi­ya­rət edib.

2008-ci ili Qır­ğı­zıs­tan Res­pub­li­ka­sın­da "Çin­giz Ayt­ma­tov ili" elan olun­muş­du. Qır­ğı­zıs­tan və Azər­bay­can xalq­la­rı­nın dost­luq əla­mə­ti ki­mi hə­min il fev­ral ayı­nın 24-dən mar­tın 1-nə ki­mi Ba­kı­da "Çin­giz Ayt­ma­tov ili"nə həsr edi­lən rəs­mi təd­bir­lər ke­çi­ri­lib. Hə­min ta­rix­lər­də Türk­dil­li Döv­lət­lə­rin Si­ya­sə­ti­nə Dəs­tək Fon­du tə­rə­fin­dən Çin­giz Ayt­ma­to­vun Ba­kı­ya sə­fə­ri təş­kil olu­nub. Sə­fər çər­çi­və­sin­də Pre­zi­dent İl­ham Əli­yev Çin­giz Ayt­ma­to­vu qə­bul edə­rək ya­zı­çı­nın ya­ra­dı­cı­lı­ğı­nı yük­sək qiy­mət­lən­di­rib, onu "Dost­luq" or­de­ni ilə təl­tif edib. Çin­giz Ayt­ma­tov Azər­bay­can­da ke­çi­ri­lən in­ti­bah­dan bö­yük qü­rur duy­du­ğu­nu bil­di­rib, Pre­zi­dent İl­ham Əli­ye­vin rəh­bər­li­yi al­tın­da gö­rü­lən iş­lə­ri Türk dün­ya­sı­nın bö­yük nai­liy­yə­ti ad­lan­dı­rıb.

Qır­ğı­zıs­ta­nın xalq ya­zı­çı­sı Çin­giz Ayt­ma­tov müa­sir dün­ya­nın ən qüd­rət­li söz us­ta­la­rın­dan­dır. O, adi bir hə­yat ha­di­sə­si­ni qlo­bal sə­viy­yə­yə qal­dır­ma­ğı, ona yük­sək fi­kir zir­və­sin­dən bax­ma­ğı ba­ca­ran bir fi­kir ada­mı olub. O, təs­vir et­di­yi ha­di­sə­lə­rin özü­nü de­yil, fəl­sə­fə­si­ni, ma­hiy­yə­ti­ni gö­rür və gös­tə­rir­di. Onun əsər­lə­rin­də ən adi mə­sə­lə ümum­dün­ya mə­sə­lə­si ki­mi gös­tə­ri­lib. Bu­na gö­rə də o, yal­nız öz öl­kə­sin­də de­yil, bü­tün dün­ya­da ma­raq­la qar­şı­la­nıb. Ək­sər əsər­lə­ri­ni rus di­lin­də yaz­ma­sı­na bax­ma­ya­raq, onun bü­tün ob­raz­la­rı tə­pə­dən-dır­na­ğa qə­dər qır­ğız­dır. Çün­ki onun əsər­lə­rin­də ümum­dün­ya prob­lem­lə­ri qır­ğız hə­ya­tın­dan və qır­ğız tə­biə­tin­dən ke­çib ümu­mi­lə­şir.

Çin­giz Ayt­ma­tov be­lə de­yib: "Doğ­ru nə­dir, nə­dir ya­lan? Doğ­ru in­san­la­ra sev­gi­dir, bu pla­net­də do­ğu­lan­la­rın ha­mı­sı­na xoş­bəxt­lik və azad­lıq ar­zu­la­maq­dır. Heç bir ideo­lo­gi­ya və mil­li qu­ru­luş bu­nun qə­dər va­cib ola bil­məz. İn­san­lar öl­dü­rən­də, ölən­də yox, yal­nız se­vən­də əsl qəh­rə­man olur..."

Bu da bir hə­qi­qət­dir ki, Çin­giz Ayt­ma­tov müa­sir ədə­biy­yat tə­fək­kü­rü ya­ra­dan bö­yük mü­tə­fək­kir­dir. O, öz əsər­lə­rin­də bə­şə­ri dü­şün­cə­nin ide­al ba­lan­sı­nı ta­pıb, in­san­lı­ğa şə­rəf­lə xid­mət edib, si­ya­si şəx­siy­yət­li­yin­dən zi­ya­də ədə­bi və mə­də­ni şəx­siy­yə­ti­ni ön­də tu­tub. Qır­ğız türk­lə­ri­nin mə­də­niy­yə­ti­ni ye­ni­dən or­ta­ya çı­xa­ran bu da­hi in­san 10 iyun 2008-ci il­də müa­li­cə olun­du­ğu Al­ma­ni­ya­nın Nürn­berq şə­hə­rin­də­ki kli­ni­ka­da və­fat edib.

Al­lah rəh­mət elə­sin.

Fazil QARAOĞLU professor

Bakı xəbər.- 2017.- 8-10 aprel.- S.15