Gəray Gəraybəyli ATUnun rektoru vəzifəsində bir ilin hesabatını verdi...

"Əsas stra­te­ji hə­də­fi­miz təh­si­lin key­fiy­yə­ti­nin ar­tı­rıl­ma­sı­dır"

Bir il ön­cə Azər­bay­can Tibb Uni­ver­si­te­tin­də ye­ni tə­yi­nat baş ver­di. Pro­fes­sor Gə­ray Gə­ray­bəy­li bü­tün kar­ye­ra­sı­nı həsr et­di­yi doğ­ma uni­ver­si­te­tin rek­to­ru tə­yin olun­du.

İs­tə­ni­lən sa­hə­də bir il he­sa­bat ver­mək üçün il­kin mər­hə­lə sa­yı­lır. Bu müd­dət­də Azər­bay­can Tibb Uni­ver­si­te­tin­də nə­lər də­yiş­di, ye­ni rek­tor han­sı sa­hə­lə­rə diq­qə­ti da­ha da ar­tır­dı? Hə­dəf­lər nə idi və bir il­dən son­ra göz­lən­ti­lə­rin doğ­rul­du­ğu­nu de­mək olar­mı? Bü­tün bun­lar haq­qın­da ATU rek­to­ru, pro­fes­sor Gə­ray Gə­ray­bəy­li ilə mü­sa­hi­bə­ni təq­dim edi­rik:

- Ar­tıq bu işə baş­la­ma­ğı­nı­zın bir il ta­mam ol­du. Yə­qin ki, ye­ni işə baş­la­yan­da mü­əy­yən dövr üçün hə­dəf­lə­ri­niz olub. İn­di ke­çən müd­də­tə ba­xan­da nə de­mək olar - qar­şı­ya qo­yu­lan hə­dəf­lər­lə nə də­rə­cə­də na­il olun­du?

- Bir il bir tə­rəf­dən qı­sa, di­gər tə­rəf­dən isə ki­fa­yət qə­dər bö­yük bir dövr­dür. İn­di ge­ri­yə ba­xan­da, de­yə bi­lə­rəm ki, 1 il çox tez ke­çib get­di. Və bu bir ilin hər gü­nü­nü çox gö­zəl xa­tır­la­yı­ram. Çün­ki bu gün­lər çox gər­gin, ha­di­sə­lər­lə zən­gin gün­lər ol­du.

Əl­bət­tə ki, əsas hə­dəf uni­ver­si­te­tin gə­lə­cək in­ki­şa­fı ilə bağ­lı­dır. Bu­nun üçün ilk əv­vəl uni­ver­si­tet­də bü­tün is­ti­qa­mət­lər üz­rə fəa­liy­yə­ti­ni mo­ni­to­rinq et­mək qə­ra­rı­nı ver­dim. Məq­səd də o idi ki, ən çə­tin, ən zə­if bənd­lə­ri aş­kar­la­yım və im­kan ol­duq­ca, bu prob­lem­lə­rin həl­li yol­la­rı­nı ta­paq. He­sab edi­rəm ki, bu bir il­də qar­şı­ya qo­yu­lan hə­dəf­lə­rin bö­yük ək­sə­riy­yə­ti­nə na­il ol­mu­şuq.

- Bu bir il­də təd­ris pro­se­sin­də nə­lər də­yiş­di? Bil­di­yi­miz qə­dər, döv­lət im­ta­han­la­rı­na qə­dər bir çox ye­ni­lik­lər tət­biq olun­du. Ar­tıq han­sı­sa nə­ti­cə­lər­dən da­nış­maq olar­mı?

- Əsas stra­te­ji hə­də­fi­miz təd­ri­sin key­fiy­yə­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı­dır. İs­tə­yi­rik ki, ATU-nun mə­zun­la­rı ar­tıq bi­lik­li, tam ye­tiş­miş hə­kim ki­mi uni­ver­si­te­ti bi­tir­sin­lər. Bu­nun üçün də im­ta­han­lar, təd­ris pro­se­si­nin tək­mil­ləş­di­ril­mə­si ən va­cib me­yar­lar­dan bi­ri­dir. Bu mə­sə­lə ilə bağ­lı əsa­sən 2 is­ti­qa­mət­də iş­lər apa­rı­lıb. Bi­rin­ci­si ob­yek­tiv­li­yin, şəf­faf­lı­ğın ar­tı­rıl­ma­sı, han­sı­sa sub­yek­tiv fak­tor­la­rın ara­dan qal­dı­rıl­ma­sı, ikin­ci­si -  tə­lə­bə­lə­rin prak­ti­ki vər­diş­lə­ri­nin yük­səl­dil­mə­si.

Bi­zim tə­lə­bə­lə­ri­mi­zin ək­sə­riy­yə­ti yük­sək nə­zə­ri bi­lik­lər nü­ma­yiş et­di­rir. La­kin prak­ti­ki vər­diş­lər is­tə­di­yi­miz sə­viy­yə­də de­yil. Məhz bu is­ti­qa­mət­də bu bir il ər­zin­də kon­kret iş­lər gö­rü­lüb. Mə­sə­lən, ar­tıq döv­lət im­ta­han­la­rı iki for­ma­da apa­rı­lır: həm şi­fa­hi nə­zə­ri bi­lik­lə­rin yox­lan­ma­sı üçün test im­ta­han­la­rı, həm də bi­lik­lə­ri və prak­ti­ki vər­diş­lə­ri nü­ma­yiş et­dir­mək üçün bey­nəl­xalq OS­Kİ im­ta­han­la­rı tət­biq edi­lir. Bu sis­tem ötən ilin ya­yın­da uni­ver­si­te­ti­miz­də ilk də­fə tət­biq olun­du. Bu im­ta­han­lar­da iş­ti­rak edən tə­lə­bə­lə­rin hə­qi­qi rə­yi­ni öy­rən­mək üçü?n im­ta­han apa­rı­lan mər­kəz­lər­də ano­nim qu­tu­lar yer­ləş­dir­dik. Nə­ti­cə­də, fərq­li mək­tub­lar al­dım. Tə­lə­bə­lər ye­ni sis­te­min tət­bi­qin­dən ra­zı­lıq edir­di­lər. Hət­ta OS­Kİ im­ta­han­la­rı­nın di­gər kurs­lar­da, yə­ni kli­ni­ki fən­lər­də də tət­bi­qi­ni tək­lif edir­di­lər. Bu çox se­vin­di­ri­ci bir hal­dır. Gə­lə­cək­də kli­ni­ki ba­za­ya ge­dən tə­lə­bə­nin öz im­ta­ha­nı­nı həm vər­diş, həm də kli­ni­ki for­ma­da ve­rə bil­mə­si üçün iş­lə­ri da­vam et­di­ri­rik.

Di­gər tə­rəf­dən, bu il­dən bi­rin­ci kurs­la­rın kurs im­ta­han for­ma­sı də də­yiş­di. Çün­ki bir ne­çə il bun­dan ön­cə uni­ver­si­te­tin keç­miş rəh­bər­li­yi­nin tə­şəb­bü­sü ilə ATU-da test im­ta­han­la­rı tət­biq edil­di. Məq­səd şəf­faf­lı­ğa na­il ol­maq, mü­əl­lim-tə­lə­bə mü­na­si­bət­lə­rin­də xo­şa­gəl­məz və ne­qa­tiv hal­la­rın qar­şı­sı­nı al­maq idi. Bu­na da na­il olun­du. Tə­əs­süf ki, ar­tıq bu test im­ta­han­la­rın­da da prob­lem­lər or­ta­ya çıx­dı. Mə­sə­lən, tə­lə­bə­lər ca­vab­la­rı ön­cə­dən əl­də edir­di­lər. Açıq de­yi­rəm, bə­zən tə­lə­bə­lə­rə ca­vab­la­rı sa­tır­dı­lar. Biz də is­tə­di­yi­miz ob­yek­tiv­li­yi itir­di­yi­miz üçün bey­nəl­xalq təc­rü­bə­dən is­ti­fa­də et­dik, mü­tə­xəs­sis­lə­ri də­vət et­dik. Bu şəxs­lər ATU-nun mü­əl­lim­lə­ri de­yil, sırf test­lə məş­ğul olan nü­ma­yən­də­lər­dir. On­la­rın ar­tıq bir ne­çə Av­ro­pa öl­kə­sin­də: Al­ma­ni­ya, İs­veç­rə və s. öl­kə­lər­də təc­rü­bə­lə­ri var. Biz on­la­rı də­vət et­dik, fi­kir­lə­ri­ni öy­rən­dik. Ar­tıq bi­rin­ci kurs­la­rın qış im­ta­han ses­si­ya­sın­da sı­naq­lar ye­ni üsul­la apa­rıl­dı. Bu ye­ni­lik həm im­ta­han za­ma­nı tə­lə­bə­yə ve­ri­lən vaxt­da, həm də su­al­la­rın key­fiy­yə­tin­də özü­nü gös­tər­di. Biz im­ta­han­dan bir ay ön­cə su­al­la­rı in­ter­ne­tə yer­ləş­dir­dik. Bu, tə­lə­bə­yə öz-özü­nü tək­mil­ləş­dir­mə im­ka­nı ve­rir. Mü­şa­hi­də edir­dik ki, tə­lə­bə­lər hər də­fə su­al­lar­dan da­ha çox bal top­la­yır. De­mək, tə­lə­bə hər də­fə da­ha yax­şı ha­zır­la­şır, özü­nü tək­mil­ləş­di­rir.

- Uni­ver­si­te­tin özə­yi­ni pe­şə­kar kol­lek­tiv təş­kil edir. Bəs mü­əl­lim he­yə­ti­nin ix­ti­sa­sı­nı ar­tır­maq üçün han­sı ad­dım­lar atı­lır?

- Ta­ma­mi­lə ra­zı­yam, pe­şə­kar kol­lek­tiv hər bir ali təh­sil oca­ğı­nın əsa­sı­dır. Əv­və­la, son bir il­də biz pro­fes­sor məs­lə­hət­çi və­zi­fə­si­ni tə­sis et­dik. Hər bir kol­lek­tiv­də ol­du­ğu ki­mi, biz­də də ağ­saq­qal, bö­yük təc­rü­bə­yə ma­lik mü­tə­xəs­sis­lər, mü­əl­lim­lər var. On­lar bi­zim qı­zıl fon­du­muz­dur, on­la­rın təc­rü­bə­sin­dən da­im ya­rar­lan­ma­lı­yıq. Ey­ni za­man­da, elm və sə­hiy­yə da­im in­ki­şaf edir. Biz xa­ric­də təh­sil alan, ora­da prak­ti­ka ke­çən, müx­tə­lif dil­lər bi­lən hə­kim­lə­ri­miz­dən, gənc kadr­lar­dan da mü­əl­lim ki­mi is­ti­fa­də et­mə­li­yik. Ona gö­rə də pro­fes­sor məs­lə­hət­çi və­zi­fə­si­ni tə­sis et­mək­lə həm yaş­lı kadr­la­rın so­si­al sta­tu­su­nu, ka­fed­ra­da­kı yer­lə­ri­ni qo­ru­ya bil­dik, həm də gənc kadr­la­ra yol aç­mış ol­duq.

Di­gər tə­rəf­dən, mü­əl­lim də da­im öz üzə­rin­də iş­lə­mə­li­dir. Mü­əl­lim nə vaxt­sa al­dı­ğı bi­li­yi hər il ey­ni­lə tə­lə­bə­yə ötü­rə bil­məz. Bə­zən elə olur ki, mü­əl­lim­lər elə 30 il bun­dan əv­vəl oxu­du­ğu mü­ha­zi­rə­ni ye­nə au­di­to­ri­ya qar­şı­sın­da oxu­yur. Ar­tıq hər kə­sin in­ter­ne­tə çı­xı­şı var, tə­lə­bə­lər hər şey­dən mə­lu­mat­lı­dır. Bu­na gö­rə də biz bu il mü­əl­lim­lə­rin bi­lik­lə­ri­ni yox­la­maq üçün rey­tinq bal şka­la­sı üz­rə xü­su­si ko­mis­si­ya ya­rat­dıq. Bu bal rey­tinq şka­la­sın­da mü­əy­yən bənd­lər tə­lə­bə­nin mü­əl­lim haq­qın­da fik­ri­ni ifa­də edir. Ola bi­lər ki, mü­əl­lim güc­lü bir mü­tə­xəs­sis­dir, am­ma pe­da­qoq ki­mi zə­if­dir.

Bir ne­çə ay bun­dan ön­cə ilk ola­raq in­no­va­si­ya şö­bə­si­nin nəz­din­də ye­ni "Təh­si­lin key­fiy­yə­ti­nin tə­mi­na­tı və in­no­va­si­ya" şö­bə­si ya­ra­dıl­dı. Məhz bu şö­bə tə­lə­bə­lə­ri de­yil, mü­əl­lim­lə­rin ne­cə dərs apar­dıq­la­rı­nı yox­la­ya­caq. Bi­zim uni­ver­si­tet­də xa­ric­də oxu­muş, Av­ro­pa­nın təd­ris sis­te­mi­ni bi­lən mü­tə­xəs­sis­lə­ri­miz də var. Mən on­lar­la gö­rüş­mü­şəm, on­la­rın təd­ris pro­se­si­nə qa­tıl­ma­sı­nın tə­rəf­da­rı ol­du­ğu­mu bil­dir­mi­şəm. Biz ar­tıq bey­nəl­xalq əla­qə­lə­ri­miz­dən də is­ti­fa­də et­mə­yə baş­la­mı­şıq. İna­nı­ram ki, bun­la­rın hər bi­ri bu işə müs­bət tə­si­ri­ni bü­ru­zə ve­rə­cək.

- Tə­lə­bə ol­ma­sa uni­ver­si­tet də ol­maz. Bil­di­yi­miz qə­dər, tə­lə­bə­lə­rin rə­yi si­zin üçün önəm­li­dir. Hət­ta on­la­rı da­ha yax­şı eşit­mək, is­tək­lə­ri­ni öy­rən­mək üçün xü­su­si gö­rüş­lər də ke­çi­rir­si­niz. Tə­lə­bə­lər nə is­tə­yir?

- Tə­lə­bə­lə­rin is­tək­lə­ri­nin bö­yük ək­sə­riy­yə­ti key­fiy­yət­li təd­ris­lə bağ­lı­dır. Bə­zən mü­əy­yən mü­əl­lim­lər­dən şi­ka­yət­lər olur. Dərs­lik­lər və in­for­ma­si­ya mən­bə­lə­ri­nin qıt­lı­ğın­dan da gi­ley­lər olur. Bi­zim təd­ris proq­ra­mı­mı­zın di­gər xa­ri­ci öl­kə­lə­rin proq­ram­la­rın­dan fərq­li ol­du­ğu­nu da de­yir­lər. Çün­ki son­ra­dan bu, təh­si­li­ni xa­ric­də da­vam et­dir­mək is­tə­yən tə­lə­bə­lə­rə çə­tin­lik ya­ra­dır. Bə­zi tə­lə­bə­lər prak­ti­ki məş­ğə­lə­lə­rin az ol­ma­sın­dan şi­ka­yət edir, mü­əy­yən pa­to­lo­gi­ya­lar üz­rə xəs­tə­lər kli­ni­ka­la­ra da­xil ol­ma­dı­ğın­dan, hə­min xəs­tə­li­yin ge­di­şi­ni əya­ni mü­şa­hi­də edə bil­mir­lər. Az­say­lı so­si­al xa­rak­ter­li şi­ka­yət­lər də olur.

- Tibb el­mi ye­rin­də say­mır, hər gün han­sı­sa ye­ni­lik­lər ba­rə­də xə­bər­lər ya­yı­lır. ATU həm də elm oca­ğı­dır. El­mi təd­qi­qat­la­rın apa­rıl­ma­sı üçün han­sı şə­ra­it var və gənc alim­lə­ri­miz­dən göz­lən­ti­lər özü­nü doğ­rul­dur­mu?

- Elm hər bir uni­ver­si­te­tin va­cib tər­kib his­sə­si­dir, bu ol­ma­sa, key­fiy­yət­li təh­sil­dən da­nı­şa bil­mə­rik. El­mi Şu­ra­da səs­lə­nən son he­sa­ba­ta ar­xa­la­na­raq de­yə bi­lə­rəm ki, uni­ver­si­te­ti­miz­də el­mi iş­lə­rin yük­sək sə­viy­yə­də araş­dı­rıl­ma­sı üçün ki­fa­yət qə­dər şə­ra­it var. Azər­bay­can­da ay­rı heç yer­də ol­ma­yan elek­tron mik­ros­kop ATU-da var. Müx­tə­lif sa­hə­lər­də araş­dır­ma apar­ma­ğa im­kan ve­rən la­ba­ro­to­ri­ya­la­rı­mız, el­mi təd­qi­qat mər­kə­zi­miz var. On­la­rın bə­zi­lə­ri­ni ye­ni­lə­mə­yi plan­laş­dı­rı­rıq.

Ha­zır­da əsas hə­də­fi­miz xa­ri­ci öl­kə­lə­rin uni­ver­si­tet­lə­ri ilə qar­şı­lıq­lı el­mi iş­lər apar­maq­dır. Bu­nun üçün biz müx­tə­lif uni­ver­si­tet­lər­lə qar­şı­lıq­lı əmək­daş­lıq sa­ziş­lə­ri bağ­la­yı­rıq. Və bu haq­da mü­ra­ci­ət­lə­rin sa­yı­nın art­ma­sı se­vin­di­ri­ci hal­dır.

ATU-da re­zi­dent­lə­rin və gənc alim­lə­rin kon­frans­la­rı­nın ke­çi­ril­mə­si bi­zim gö­zəl ənə­nə­lər­dən bi­ri­dir. Bun­lar ar­tıq ənə­nə­vi xa­rak­ter alıb. Bir ne­çə ay əv­vəl Tə­lə­bə El­mi Cə­miy­yə­ti­nin kon­fran­sı baş tu­tub. Bir ne­çə gün ön­cə 3 tə­lə­bə­miz Ru­si­ya­da ke­çi­ri­lən el­mi fes­ti­val­da iş­ti­rak edib, hət­ta 1-ci ye­ri qa­za­na­nı da olub. Bun­lar da tə­lə­bə­lə­ri­mi­zin fə­al­lı­ğı­nı gös­tə­rir. An­caq hə­lə­lik tə­lə­bə­lə­ri­mi­zin el­mi təd­qi­qat sa­hə­sin­də iş­ti­ra­kın­dan tam ra­zı ol­du­ğu­mu de­yə bil­mə­rəm.

- Və son­da - hə­kim-mü­əl­lim ol­maq ra­hat­dı, yox­sa rek­tor?

- Əl­bət­tə, hə­kim-mü­əl­lim ol­maq da­ha asan­dır. Yə­qin ki, hər bir in­san­da ana­dan­gəl­mə han­sı­sa bir sa­hə­yə ma­raq, da­xi­li cəz­bet­mə qüv­və­si olur. Mən hə­min his­sin tə­si­ri ilə ATU-ya gəl­dim. Qis­mət elə gə­tir­di ki, elə bu uni­ver­si­tet­də ça­lış­ma­ğa da­vam et­dim. Uzun il­lər hə­kim və mü­əl­lim ki­mi fəa­liy­yət gös­tər­dim. Açı­ğı, in­di­nin özün­də də ka­fed­ra­mız­da həm mü­əl­lim, həm də hə­kim ola­raq ça­lı­şı­ram. Və bu fəa­liy­yət ha­zır­da rek­tor ki­mi üzə­rim­də olan mə­sul­liy­yə­tin öh­də­sin­dən gəl­mə­yə, emo­sio­nal ba­xım­dan bər­pa olun­ma­ğı­ma kö­mək edir.

Bakı xəbər.- 2017.- 18 aprel.- S.13