Tarixdə iz buraxanlar: Batı xan

Ta­ri­xi şəx­siy­yət Ba­tı xan 1208-ci il­də ana­dan olub, Çin­giz xa­nın nə­və­si­dir. Onun ata­sı Cu­ci xan Çin­giz xa­nın bö­yük oğ­lu­dur. Mon­qol­la­rın Ru­si­ya və Şər­qi Av­ro­pa tor­paq­la­rı­na yü­rüş­lə­ri­nə (1236-1243) baş­çı­lıq edən Qı­zıl Or­da xa­nı­dır. Ba­tı xan özün­dən son­ra ta­rix­də öz sö­zü­nü de­miş bir döv­lət - Qı­zıl Or­da ad­lan­dı­rı­lan nə­həng bir türk döv­lə­ti qo­yub ge­dib.

İm­pe­ra­tor­lu­ğu­nu oğ­lan­la­rı ara­sın­da bö­lüş­dü­rən Çin­giz xan Cu­ci üçün tər­ki­bi­nə Xa­rəzm, Qər­bi Si­bir və Ural tor­paq­la­rı­nın da­xil ol­du­ğu çox bö­yük əra­zi­lə­ri əha­tə edən pay ayır­mış­dı. Ey­ni za­man­da Qərb­də mon­qol atı­nın aya­ğı­nın dəy­di­yi bü­tün tor­paq­lar da onun he­sab olu­nur­du. Fə­qət ata­sı­nın ir­sin­dən bəh­rə­lən­mək Cu­ci­yə nə­sib ol­mur. Tez­lik­lə Çin­giz xan­la ilk öv­la­dı ara­sın­da mü­na­si­bət­lər kəs­kin­lə­şir. Cu­ci ata­sı­nın həd­siz iş­ğal­çı­lıq si­ya­sə­ti­ni o qə­dər də dəs­tək­lə­mir. Xəs­tə­li­yi­ni bə­ha­nə edə­rək onun hər­bi sə­fər­lə­rin­də iş­ti­rak et­mək­dən bo­yun qa­çı­rır. Yaş­la­nan vax­tı hər şey­dən şüb­hə­lə­nən Çin­giz xa­nın bu key­fiy­yə­tin­dən düş­mən­lə­ri mə­ha­rət­lə is­ti­fa­də edir. Onu inan­dı­rır­lar ki, bö­yük oğul Çin­giz xa­na qar­şı sui-qəsd ha­zır­la­yır. Çin­giz xan üs­yan qal­dı­ran Si-Sya hökm­da­rı­nı cə­za­lan­dır­maq üçün növ­bə­ti hər­bi sə­fə­rə ha­zır­la­şır. O, oğ­lan­la­rı­na xə­bər gön­də­rə­rək hü­zu­ru­na gəl­mək əm­ri­ni ve­rir. Cu­ci­dən baş­qa ha­mı gə­lir. Cu­ci ilə düş­mən­çi­lik edən qar­da­şı Ca­ğa­tay ai­lə mü­şa­vi­rə­si za­ma­nı be­lə de­yir: "Cu­ci qıp­çaq­la­rın öl­kə­si­ni öz doğ­ma ulu­sun­dan çox se­vir. O, Xa­rəzm­də mon­qol­la­rı bir qıp­ça­ğa be­lə to­xun­ma­ğa qoy­mur. Cu­ci bu hə­ya­sız söz­lə­ri açıq de­yir: "Qo­ca Çin­giz ağ­lı­nı iti­rib, çün­ki bu qə­dər öl­kə­lə­ri da­ğı­dır və xalq­la­rı rəh­mət­siz­cə­si­nə qı­rır". Cu­ci ov za­ma­nı bi­zim ata­mı­zı öl­dür­mək və mon­qol­la­rın əsas or­da­sın­dan ay­rıl­mış mü­səl­man­lar­la dost­luq mü­qa­vi­lə­si bağ­la­maq is­tə­yir". Bu­nu eşi­dən Çin­giz xan qə­zəb­dən alı­şıb-ya­nır, öz qar­da­şı Ut­çi­gi­ni və inan­dı­ğı adam­la­rı Xa­rəz­mə gön­də­rə­rək əmr edir ki, Cu­ci tez ata­sı­nın ya­nı­na gəl­sin. Çin­giz Ut­çi­gi­nin qu­la­ğı­na de­yir: "Əgər gəl­mək­dən bo­yun qa­çır­sa və Xa­rəzm­də qal­sa, din­məz­cə vur və heç bir söz de­mə­dən öl­dür!"

1227-ci il­də Cu­ci səh­ra­da mon­qol adə­ti üz­rə be­li qıv­rıl­mış hal­da ta­pı­lır. Ha­mı onun ata­sı­nın əm­ri­lə öl­dü­rül­dü­yü­nü gü­man edir. Mon­qol sal­na­mə­lə­ri­nin bə­zi­lə­rin­də isə bu ba­rə­də açıq da­nı­şı­lır. Qa­til­lə­rin kim­li­yi­ni mü­əy­yən­ləş­dir­mək müm­kün ol­mur. Ta­ri­xi mən­bə­lə­rin ver­di­yi mə­lu­ma­ta gö­rə, Çin­giz xan bu xə­bə­ri ağır xəs­tə olar­kən alır. O, inil­də­yə­rək be­lə de­yir: "Ut­çi­gin na­haq tə­ləs­di. İn­di da­ha bö­yük sər­kər­də yox­dur." Bu söz­lər Cu­ci xa­nın Çin­giz xa­nın gön­dər­di­yi giz­li qa­til­lər tə­rə­fin­dən öl­dü­rül­dü­yü­nə da­ir gə­zən şa­yiə­lə­ri bir da­ha doğ­rul­dur.

Tez­lik­lə Cu­ci ulu­sun­da öl­dü­rül­müş ha­ki­min va­ri­si­ni seç­mək üçün qu­rul­tay ça­ğı­rı­lır. Bu vaxt va­ris ki­mi Cu­ci­nin oğ­lu Ba­tı­nın se­çil­mə­si­nə da­ir Çin­giz xa­nın əm­ri gə­lir. No­yon­la­rın bir ço­xu Çin­giz xa­nın bu se­çi­mi­nə tə­əc­cüb­lə­nir. Çün­ki Ba­tı xa­nın 18 ya­şı ye­ni­cə ta­mam ol­muş­du. O, qey­ri-adi gü­cü ilə se­çil­mir­di, möh­kəm sağ­lam­lı­ğa da ma­lik de­yil­di, özü­nü nə sər­kər­də, nə də ha­kim ki­mi gös­tə­rə bil­miş­di. Fə­qət heç kəs Çin­giz xa­nın ira­də­si­nə qar­şı çıx­ma­ğa cü­rət et­mir. No­yon­la­ra əs­lin­də gənc və təc­rü­bə­siz bir nə­fə­rin hökm­dar­lıq et­mə­si da­ha sər­fə­li idi. Bu­na gö­rə də qu­rul­tay­da Ba­tı yek­dil­lik­lə ata­sı­nın va­ri­si se­çi­lir.

Nə­ti­cə göz­lə­ni­lən ki­mi də olur: Ba­tı heç bir re­al ha­ki­miy­yət al­mır. Onun hət­ta şəx­si ulu­su da yox idi. Cu­ci ulu­su­nun bü­tün tor­paq­la­rı­nı min­nət­dar­lıq ki­mi onu baş­çı ki­mi ta­nı­yan qar­daş­la­rı ara­sın­da bö­lüş­dü­rü­lür. Or­du­ya rəh­bər­lik isə Cu­ci xa­nın bö­yük oğ­lu Or­du-İçe­nə tap­şı­rı­lır. Be­lə­lik­lə, Ba­tı­nın ha­kim­li­yi yal­nız onun Cu­ci ulu­su­nun təm­sil­çi­si ol­ma­sı və bir sı­ra di­ni ayin­lə­rə baş­çı­lıq et­mə­si ilə məh­dud­la­şır.

Bö­yük oğ­lu­nun ölü­mün­dən son­ra Çin­giz xan cə­mi ya­rım il ya­şa­yır, 1227-ci il­də və­fat edir. Ba­tı da Çin­giz xa­nın va­ri­si­ni seç­mək üçün Mon­qo­lus­tan­da ke­çi­ri­lən Bö­yük qu­rul­ta­ya ge­dir. Qa­baq­ca­dan mə­lum idi ki, Çin­giz xa­nın va­ri­si onun üçün­cü oğ­lu Uge­dey ola­caq. Ba­tı bi­lir­di ki, ata­sı ilə Uge­dey yo­la get­mə­yib. Fə­qət Uge­dey Bö­yük xa­qan se­çil­dik­dən dər­hal son­ra, 1229-cu il­də Ba­tı­nın ti­tu­lu­nu təs­diq­lə­yir və Qərb tor­paq­la­rı­nın iş­ğa­lın­da ona kö­mək gös­tə­rə­cə­yi­ni vəd edir.

Bu və­di üç il göz­lə­mək la­zım gə­lir. Uge­de­yin Tsin im­pe­ri­ya­sı üzə­ri­nə olan yü­rü­şün­də Ba­tı xan da iş­ti­rak et­mə­li olur. 1234-cü il­də Tsin döv­lə­ti sü­qut et­dik­də ar­tıq Qərb sə­fə­ri­ni lən­git­mək müm­kün de­yil­di. 1235-ci il­də ke­çi­ri­lən növ­bə­ti qu­rul­tay­da Çin­giz şah­za­də­lə­rin­dən iba­rət qru­pu Qər­bi iş­ğal et­mə­yə gön­dər­mək qə­ra­ra alı­nır. Hə­min şah­za­də­lər Çin­giz xa­nın oğul­la­rı­nın bö­yük öv­lad­la­rı ol­du­ğu­na gö­rə Qərb sə­fə­ri ümum­mon­qol işi he­sab olu­nur­du. Ba­tı xan yax­şı bi­lir­di ki, ye­ni ələ ke­çi­ri­lən tor­paq­la­rı 11 qo­hum ara­sın­da bö­lüş­dür­mə­li ola­caq. On­dan hə­lə iş­ğal olun­ma­yan tor­paq­la­rı itir­mə­mək üçün qə­tiy­yət­li hə­rə­kət tə­ləb olu­nur­du.

Ba­tı­nın hə­ya­tın­da bi­rin­ci dö­nüş Bol­qa­rıs­ta­nın iş­ğa­lı za­ma­nı baş ve­rir. Yü­rü­şə fak­ti­ki ola­raq Çin­giz xa­nın təc­rü­bə­li sər­kər­də­lə­rin­dən bi­ri olan Su­bu­tay Ba­ha­dır ko­man­dan­lıq edir. Fə­qət o yax­şı bi­lir­di ki, Çin­giz xa­nın tə­kəb­bür­lü nə­və­lə­ri mən­şə­cə on­lar­dan aşa­ğı tə­bə­qə­də du­ran bir şəx­sin sər­kər­də­li­yi­lə he­sab­laş­ma­ya­caq. Bu­na gö­rə də Su­bu­tay Ba­ha­dır yü­rü­şə rəh­bər­lik et­mək üçün on­la­rın ara­sın­dan bir nə­fə­rin baş ko­man­dan - ca­han­gir se­çil­mə­si­ni qə­rar­laş­dı­rır. Hiy­lə­gər Uge­dey on­lar­dan heç bi­ri­nə üs­tün­lük ver­mir, bu mə­sə­lə­nin şah­za­də­lə­rin ara­sın­da seç­ki yo­lu ilə həl­li­ni məs­lə­hət bi­lir. Nə­ti­cə­də hə­min və­zi­fə­ni tut­maq uğ­run­da mü­ba­ri­zə­də Ba­tı xan bü­tün rə­qib­lə­ri­ni üs­tə­lə­yir.

Onun se­çil­mə­si­nin for­mal sə­bə­bi gə­lə­cək rə­qib­lə­ri ilə mü­ba­ri­zə təc­rü­bə­si­nə ma­lik ol­ma­sı idi. Hə­lə 1221-1224-cü il­lər­də Ba­tı xan Su­bu­tay Ba­ha­dır və Cə­bə no­yo­nun Xa­rəzm və qıp­çaq­lar üzə­ri­nə yü­rüş­lə­rin­də on­la­rı mü­şa­yi­ət et­miş­di. Ey­ni za­man­da mon­qol or­du­la­rı­nın 1223-cü il­də Kal­ka ça­yı sa­hi­lin­də qıp­çaq­la­rın və Cə­nu­bi Ru­si­ya knyaz­la­rı­nın bir­ləş­miş qüv­və­lə­ri ilə dö­yü­şün­də iş­ti­rak et­miş­di. Fə­qət mə­sə­lə­nin əsl ma­hiy­yə­ti baş­qa idi. Bu yü­rüş onun tor­paq­la­rın­dan baş­la­dı­ğı­na gö­rə Ba­tı sa­də­cə ola­raq hər­bi çev­ri­liş et­miş­di. Qar­daş­la­rı­nın və or­du­nun kö­mə­yi­lə o, öz rə­qib­lə­ri üzə­rin­də qə­lə­bə çal­mış­dı.

Mon­qol or­du­su təq­ri­bən 135000 dö­yüş­çü­dən iba­rət idi. Bu or­du­nun bir his­sə­si Cə­nu­bi İdil­bo­yu tor­paq­la­ra - qıp­çaq­lar, alan­lar və di­gər xalq­lar üzə­ri­nə gön­də­ri­lir. Or­du­nun da­ha bö­yük his­sə­si isə 1236-cı il­də İdil Bol­qa­rıs­ta­nı üzə­ri­nə ye­ri­di­lir. Bu­ra­da güc­lü döv­lət yox idi, tay­fa­lar ara­sın­da düş­mən­çi­lik hökm sü­rür­dü. On­lar­dan bə­zi­lə­ri hət­ta Ba­tı xa­nın tə­rə­fi­nə ke­çə­rək, onun kö­mə­yi­lə öz rə­qib­lə­ri­ni ara­dan qal­dı­ra bi­lə­cə­yi­nə ümid edir. Bir il keç­miş İdil Bol­qa­rıs­ta­nı mon­qol­la­ra ta­be edi­lir .

1238-ci ilin fev­ral ayı rus tor­paq­la­rı üçün "aman­sız ay" olur. Çi­nə və Xa­rəz­mə yü­rüş­lər za­ma­nı şə­hər­lə­rin ələ ke­çi­ril­mə­si üsul­la­rı­nı yax­şı mə­nim­sə­yən mon­qol­lar fev­ral ayı­nın 2-də Vla­di­mi­ri mü­ha­si­rə­yə alır. Ar­tıq fev­ra­lın 5-də mon­qol tü­mən­lə­rin­dən bi­ri de­mək olar ki, mü­da­fiə­siz qal­mış Suz­da­lı iş­ğal edir. Fev­ral ayı­nın 8-də həl­le­di­ci hü­cum nə­ti­cə­sin­də Şi­ma­li Ru­si­ya­nın pay­tax­tı təs­lim olur. II Yu­ri­nin bü­tün ai­lə­si məhv edi­lir.

Heç bir mü­qa­vi­mət­lə rast­laş­ma­yan Ba­tı­nın ay­rı-ay­rı dəs­tə­lə­ri bü­tün Şi­mal-şər­qi Ru­si­ya­ya sə­pə­lə­nir. İki həf­tə ər­zin­də 14 şə­hər, o cüm­lə­dən Ros­tov, Uq­liç, Sta­ro­dub, Per­yas­lav - Za­less­ki, Yur­yev və baş­qa­la­rı iş­ğal olu­nur. Mar­tın 4-də isə hə­min dəs­tə­lə­rin bi­ri tə­sa­dü­fən II Yu­ri­nin Si­ti ca­yı sa­hi­lin­də­ki dü­şər­gə­si ilə rast­la­şır. Şid­dət­li dö­yüş­də Vla­di­mir or­du­su dar­ma­da­ğın edi­lir. Bö­yük knyaz öl­dü­rü­lür. Be­lə­lik­lə, Vla­di­mir - Suz­dal knyaz­lı­ğı ağıl­sız və eh­ti­yat­sız bir hə­rə­kə­tin qur­ba­nı olur.

Ba­tı­nın məğ­lu­be­dil­məz or­du­su­nun qar­şı­sın­da Bö­yük Nov­qo­rod knyaz­lı­ğı du­rur­du. Ca­han­gi­rin or­du­su "güc nü­ma­yiş et­di­rir". 1238-ci ilin mar­tın­da or­du Nov­qo­rod qa­la­sı Tor­jo­ku ələ ke­çi­rir. Fə­qət Nov­qo­rod knya­zı Ya­ros­lav Vla­di­mir knya­zı­nın səh­vi­ni tək­rar et­mir və mon­qol­la­rın bu təh­ri­ki­ni ca­vab­sız qo­yur. Bu za­man ar­tıq Nov­qo­ro­dun 200 vers­tli­yin­də olan Ba­tı xan Ya­ros­la­vın hə­rə­kə­ti­ni yük­sək qiy­mət­lən­di­rə­rək öz or­du­su­nu cə­nu­ba doğ­ru yö­nəl­dir. Rus knyaz­lıq­la­rı tə­rə­fin­dən bö­yük təh­lü­kə ilə qar­şı­laş­ma­yan Ba­tı xan 1238-ci ilin ya­yın­da İdil­bo­yu çöl­lə­rə qa­yı­da­raq öz ulu­su­nu ya­rat­maq­la məş­ğul olur.

Ba­tı xan yü­rü­şü da­yan­dır­maq is­tə­yir, fə­qət bu pla­nı hə­ya­ta ke­çi­rə bil­mir, çün­ki bö­yük xa­qan Uge­dey iş­ğal­la­rı da­vam et­dir­mək­də is­rar­lı idi. Ca­han­gi­rin si­lah­daş­la­rı da gə­lə­cək hər­bi yü­rüş­lə­rə onun sər­kər­də­lik şə­rə­fi­ni da­ha da möh­kəm­lən­dir­mək ümi­di ilə ya­na­şır. 1239-cu il­də Ba­tı xan ya­xın­la­rı­nın təh­ri­ki­lə mord­va­lı­lar üzə­ri­nə, ha­be­lə ar­tıq ta­be edil­miş Rya­zan knyaz­lı­ğı­na, Cə­nu­bi Pe­re­yas­lav­la ki­çik yü­rüş­lər et­mə­li olur. Nə­ha­yət, 1240-cı ilin ya­yın­da Ba­tı xan Cə­nu­bi Ru­si­ya­ya is­ti­qa­mət alır. Əs­lin­də bu yü­rüş­də Cə­nu­bi Ru­si­ya onu xü­su­si ola­raq ma­raq­lan­dır­mır­dı. Fə­qət Ma­ca­rıs­ta­na ge­dən yol bu əra­zi­dən ke­çir­di. Ma­ca­rıs­tan­da isə Çin­giz xa­nın za­ma­nın­dan bə­ri mon­qol­la­rın he­sab çək­mə­yə can at­dıq­la­rı qıp­çaq xa­nı Kot­yan giz­lən­miş­di.

Ma­car kra­lı IV Be­la mon­qol­lar­la mü­na­qi­şə­yə gir­mək­dən çə­kin­mir. Ba­tı xa­nın qıp­çaq­la­rı təh­vil ver­mək tə­lə­bi­ni rədd edir. Bu onun bi­rin­ci səh­vi idi. Az son­ra ikin­ci səh­və yol ve­rə­rək öz əyan­la­rı­na Kot­yan xa­nı öl­dür­mək əm­ri­ni ver­dik­də 40 min­lik qıp­çaq dö­yüş­çü­sü Be­la­nın tor­paq­la­rı­nı vi­ran qo­ya­raq Bol­qa­rıs­ta­na ke­çir. Ar­tıq mon­qol­lar­la mü­ha­ri­bə qa­çıl­maz idi.

Mon­qol­la­rın Av­ro­pa­ya yü­rü­şü­nü Su­bu­tay Ba­ha­dır diq­qət­lə ha­zır­la­mış, onun şa­gir­di Ba­tı xan isə bu pla­nı mü­vəf­fə­qiy­yət­lə hə­ya­ta ke­çir­miş­di. Mon­qol or­du­su üç is­ti­qa­mə­tə bö­lün­müş və hər bi­ri­nin qar­şı­sı­na kon­kret və­zi­fə­lər qo­yul­muş­du. Ba­tı xa­nın əmi­si oğ­lan­la­rı Ka­dan və Bay­da­rın baş­çı­lıq et­di­yi şi­mal or­du qru­pu Pol­şa əra­zi­si­nə da­xil ola­raq bir ne­çə şə­hə­ri iş­ğal edir. Bay­dar və Ka­dan öz və­zi­fə­lə­ri­ni ye­ri­nə ye­tir­dik­dən son­ra ca­han­gi­rin əsas qüv­və­lə­ri ilə bir­ləş­mək üçün Pol­şa əra­zi­si­ni tərk edə­rək Slo­va­ki­ya­ya da­xil olur.

Ba­tı xa­nın baş­çı­lıq et­di­yi ikin­ci or­du qru­pu Kar­pat­dan ke­çə­rək Ma­ca­rıs­ta­na da­xil olur. Ap­rel ayı­nın 11-də ma­car kra­lı­nın or­du­su Şa­yo ça­yı sa­hi­lin­də­ki dö­yüş­də məğ­lub edi­lir. Bu dö­yüş­də 60 min­dən 100 mi­nə­dək ma­car və al­man öl­dü­rü­lür.

Su­bu­tay Ba­ha­dı­rın baş­çı­lıq et­di­yi üçün­cü or­du qru­pu in­di­ki Ru­mı­ni­ya əra­zi­sin­də fəa­liy­yət gös­tər­dik­dən son­ra Ma­ca­rıs­tan­da Ba­tı xa­nın qüv­və­lə­ri ilə bir­lə­şir. Öl­kə­ni da­ğıt­maq fik­rin­də ol­ma­yan Ba­tı xan tə­sər­rü­fa­tın bər­pa­sı­na da­ir gös­tə­riş­lər ve­rir. Həm­çi­nin ma­car və al­man feo­dal­la­rı­nı öz ya­nı­na də­vət edə­rək qaç­mış əha­li­ni şə­hər və kənd­lə­rə qay­tar­ma­ğı on­la­ra tap­şı­rır. Ba­tı xa­nın göz­lə­nil­məz əm­ri Av­ro­pa­nı mon­qol yü­rüş­lə­rin­dən xi­las edir.

Ba­tı xa­nın "Sa­in xan" ti­tu­lu da­şı­dı­ğı mə­lum­dur. "Sa­in" türk di­lin­də "hör­mət­li," "xe­yir­xah," "əda­lət­li" mə­na­sı­nı ve­rir. Bir çox təd­qi­qat­çı­lar be­lə he­sab edir ki, Ba­tı xan hə­lə sağ­lı­ğın­da bu ti­tu­la la­yiq gö­rü­lüb...

Ba­tı xan cə­mi 48 il ya­şa­yıb. Bu müd­dət­də onun hə­ya­tın­da bir çox ha­di­sə­lər baş ve­rir. Fə­qət onun türk dün­ya­sı qar­şı­sın­da ən bö­yük xid­mə­ti qüd­rət­li Qı­zıl Or­da döv­lə­ti­ni ya­rat­ma­sı olur...

Fazil QARAOĞLu pro­fes­sor

Bakı xəbər.- 2017.- 3 avqust.- S.12.