Azərbaycanda dünya miqyaslı analoqu olmayan teatr .

Ni­cat Qu­la­mi: "ƏSA Te­at­rı öl­kə­miz­də əsas he­yə­ti əlil­li­yi olan ak­tyor­lar­dan iba­rət ilk ink­lü­ziv te­atr­dır"

"Ha­zır­da əlil­li­yi olan han­sı­sa ak­tyo­ru­mu­za gö­rə səh­nə­də prob­lem ya­şa­mı­rıq"

 

Azər­bay­can­da te­atr sə­nə­ti­nə döv­lət qay­ğı­sı ye­ni te­atr­la­rın ya­ran­ma­sı­na sə­bəb olan amil­lər­dən bi­ri­dir. İs­te­dad­lı gənc­lə­rin bir ara­ya gə­lə­rək ya­ra­dı­cı­lıq­la məş­ğul ol­ma­sı müs­bət bir gös­tə­ri­ci­dir. Ba­rə­sin­də da­nı­şa­ca­ğım te­atr son il­lər ya­ra­nıb. Onun baş­qa te­atr­lar­dan fər­qi bö­yük­dür. Söh­bət

ink­lü­ziv ƏSA Te­at­rın­dan ge­dir. Bu te­at­rın əsas he­yə­ti fi­zi­ki ən­gə­li olan in­san­lar­dır. Bu te­atr­da fi­zi­ki cə­hət­dən ən­gəl­li olan gənc ak­tyor və ak­tri­sa­lar­la ya­na­şı, heç bir fi­zi­ki ən­gə­li ol­ma­yan in­san­lar da ça­lı­şır. Hə­lə­lik dün­ya­da ye­ga­nə olan ink­lü­ziv ƏSA Te­at­rı­nın baş me­ne­ce­ri Ni­cat Qu­la­mi ilə əla­qə sax­la­yıb bu te­at­rın ya­ran­ma zə­ru­rə­tin­dən, gör­dü­yü iş­lər­dən da­nış­dıq, cə­miy­yət­də, elə­cə də te­atr alə­min­də han­sı sə­viy­yə­də qə­bul olun­ma­sı­nı mü­za­ki­rə et­dik.

- Ni­cat bəy, bil­di­yim qə­dər, ink­lü­ziv Əsa Te­at­rı əlil­li­yi olan və ol­ma­yan is­te­dad­lı in­san­la­rı bir ara­ya gə­ti­rib. Bu te­atr ne­cə ya­ran­dı? ƏSA adı­nı seç­mə­yi­ni­zin sə­bə­bi?

- Doğ­ru­dur, ƏSA Te­at­rı öl­kə­miz­də əsas he­yə­ti əlil­li­yi olan ak­tyor­lar­dan iba­rət ilk ink­lü­ziv te­atr­dır. Hət­ta tə­va­kö­kar­lıq­dan uzaq ol­sa da, de­mək la­zım­dır ki, ƏSA Te­at­rı ha­zır­da dün­ya­da məhz bu cür fəa­liy­yət gös­tə­rən ye­ga­nə te­atr­dır. Dün­ya üz­rə əlil­li­yi olan şəxs­lər­dən iba­rət müx­tə­lif xa­re­oq­ra­fi­ya və rəqs qrup­la­rı ol­sa da, həm say­la­rı çox az­dır, həm də bun­lar­dan sa­də­cə bir ne­çə­si pe­şə­kar şə­kil­də fəa­liy­yət gös­tə­rir. Te­at­ra gəl­dik­də isə, be­lə bir ikin­ci ak­tiv fəa­liy­yət gös­tə­rən te­atr yox də­rə­cə­sin­də­dir.

ƏSA Te­at­rı ke­çən ilin sen­tyabr ayın­da ha­zır­da bə­dii rəh­bə­ri­miz olan Ni­had Qu­lam­za­də tə­rə­fin­dən ya­ra­dı­lıb. Məq­səd əlil­li­yi olan şəxs­lə­rin in­cə­sə­nə­tə da­ha ya­xın ol­ma­sı­na dəs­tək ver­mək, əlil­li­yi olan şəxs­lə­ri mo­no­ton hə­yat tər­zin­də mü­əy­yən qə­dər də ol­sa uzaq­laş­dır­maq, cə­miy­yə­tə in­teq­ra­si­ya­sı­nı təş­kil et­mək­dir. Bil­dir­mək is­tə­yi­rəm ki, əlil­li­yi olan şəxs­lər da­ha əv­vəl öl­kə­miz­də nə­in­ki te­atr­la məş­ğul de­yil­di­lər, hət­ta te­atr­la­ra ta­ma­şa­çı qis­min­də də qa­tıl­mır­dı­lar. La­kin ha­zır­da ƏSA Te­at­rı­nın fəa­liy­yə­ti nə­ti­cə­sin­də biz bu yön­də çox bö­yük də­yi­şik­lik­lə­rə im­za at­mı­şıq və at­ma­ğa da­vam edi­rik. 

Ən­gəl­siz. Sər­həd­siz. Azad, yə­ni ƏSA. Dü­şü­nü­rəm ki, te­at­rı­mız üçün bun­dan da­ha yax­şı ad ola bil­məz­di.

- Si­zin ta­ma­şa­lar­da iş­ti­rak edən­lər ara­sın­da ye­ri­mə ən­gə­li olan­lar da var? On­la­rın səh­nə hə­rə­kə­tin­də prob­lem­lər ol­mur ki?

- Ko­man­da­mız­da müx­tə­lif əlil­lik də­rə­cə­si olan şəxs­lər var. Mə­sə­lən, te­at­rı­mı­zın di­rek­to­ru və ak­tyo­ru Or­xan Adı­gö­zəl əlil ara­ba­sın­da­dır və iki ta­ma­şa­mız­da da oy­na­yıb. İs­tə­ni­lən hal­da, bu və­ziy­yət müx­tə­lif çə­tin­lik­lər ya­ra­dır, la­kin bi­zim işi­miz də məhz bu­dur. Bu çə­tin­lik­lə­rə qa­lib gəl­mək və yal­nız məq­sə­də doğ­ru irə­li­lə­mək. İn­cə­sə­nət sər­həd ta­nı­mır, is­tə­ni­lən prob­le­min həl­li­ni tap­maq, onu asan­laş­dır­maq müm­kün­dür. Əsas odur ki, is­tə­yək, bu­na gö­rə mü­ba­ri­zə apa­raq.

Ha­zır­da əlil­li­yi olan han­sı­sa ak­tyo­ru­mu­za gö­rə səh­nə­də prob­lem ya­şa­mı­rıq.

- Han­sı qu­rum­lar­dan dəs­tək al­mı­sı­nız?

- Bu te­atr ya­ra­nan­da hər kə­sin öh­də­si­nə bir və­zi­fə düş­dü. Mə­nim də üzə­ri­mə dü­şən baş me­ne­cer və­zi­fə­si idi. Yə­ni da­ha çox ma­liy­yə mə­sə­lə­lə­ri. Tə­bii ki, ilk ya­ran­dı­ğı­mız vaxt­lar beş nə­fər­lik ko­man­da ol­du­ğu­muz üçün, bu və­zi­fə böl­gü­sü çox əda­lət­li ol­muş­du. Te­at­rı­mız fəa­liy­yə­tə baş­la­dı­ğı za­man­dan bə­ri te­at­rın ma­liy­yə mə­sə­lə­lə­ri­ni öz üzə­ri­mə gö­tür­mü­şəm. Di­gər qa­zanc­la­rı­mı üst-üs­tə qo­yub nə­sə et­mə­yə ça­lış­mı­şıq. Bu müd­dət ər­zin­də tək­cə Bö­yük Bri­ta­ni­ya­nın öl­kə­miz­də­ki sə­fir­li­yi qu­ra­ca­ğı­mız ta­ma­şa üçün ma­liy­yə dəs­tə­yi gös­tər­di. Bu da ki­çik məb­ləğ idi.

- Bəs ha­zır­da?

- Ha­zır­da heç bir yer­dən nə ma­liy­yə, nə də tex­ni­ki dəs­tək alı­rıq. Açı­ğı, bu­nun­la bağ­lı mü­ra­ci­ət­lər də et­mə­mi­şik. Çün­ki bu­na ümi­di­miz yox­dur.

- Fəa­liy­yət gös­tər­mək üçün şə­rai­ti­niz ne­cə­dir? Bi­na­nız var­mı?

- Hə­lə ki, fəa­liy­yət gös­tər­mə­yə, pis-yax­şı, bir ye­ri­miz var. No­yabr ayın­dan bə­ri ki­ra­yə­lə­mi­şik və öz he­sa­bı­mı­za xərc­lə­ri qar­şı­la­yı­rıq. La­kin şə­rai­ti bi­zim növ­bə­ti iş­lə­ri­miz üçün uy­ğun ol­ma­dı­ğı üçün, ya­xın za­man­da baş­qa bir ye­rə ki­ra­yə get­mə­yi dü­şü­nü­rük. Şə­rai­ti nis­bə­tən yax­şı olan mə­kan­la­rın da ay­lıq haq­qı çox olur. Ça­lı­şı­rıq bir tə­hər öh­də­sin­dən gə­lək.

Ta­ma­şa oy­na­ma­ğa isə səh­nə­miz yox­dur. Ki­ra­yə qal­dı­ğı­mız mə­kan­lar­da an­caq gö­rüş­lər və ta­ma­şa məşq­lə­ri edə bi­li­rik.

- Kol­lek­ti­vi­ni­zin ne­çə üz­vü var?

- Te­at­rı­mız 5 nə­fər­lik he­yət­lə fəa­liy­yə­tə baş­la­mış­dı. La­kin ha­zır­da ƏSA Te­at­rı 20 nə­fər­dən çox he­yə­tə sa­hib­dir. Qı­sa za­man­da isə bu rə­qə­min da­ha da də­qiq­lə­şə­cə­yi və qar­şı­da­kı beş il üçün to­xu­nul­maz rə­qəm ya­ra­dı­la­ca­ğı dü­şü­nü­lür. Qeyd edim ki, 20 nə­fər­lik he­yə­tin 12 nə­fə­ri­ni əlil­li­yi olan şəxs­lər təş­kil edir.

- Uil­yam Şeks­pi­rin "Yay ge­cə­sin­də yu­xu" ko­me­di­ya­sı əsa­sın­da "Yu­xum" ad­lı ta­ma­şa si­zin te­at­ra uğur gə­tir­di. Di­gər ta­ma­şa­la­rı­nız ba­rə­də nə de­yər­di­niz?

- "Yu­xum" ta­ma­şa­sı­nın uğur­lu ol­ma­sı bi­zim üçün göz­lə­ni­lən idi. Çün­ki hər ke­çən gün biz da­ha çox pe­şə­kar şə­kil­də fəa­liy­yət gös­tə­ri­rik və ko­man­da­mı­zın çox­lu­ğu im­kan ve­rir ki, biz sü­rət­li şə­kil­də iş­lə­yək. Biz pi­ar mə­sə­lə­lə­ri­nə də çox önəm ve­ri­rik. "Yu­xum" ta­ma­şa­sı ərə­fə­sin­də, nə­ha­yət, is­tə­di­yi­miz şə­kil­də pi­ar iş­lə­ri ilə məş­ğul ola bi­lir­dik. Biz da­ha çox küt­lə­ni ta­ma­şa­mı­za səs­lə­dik. Bu­nun da nə­ti­cə­sin­də ta­ma­şa­mı­za üç gün qal­mış bü­tün bi­let­lə­ri­miz sa­tıl­dı. Prem­ye­ra gü­nü isə 370 nə­fər­lik zal­da 450-yə ya­xın ta­ma­şa­çı var idi. "Yu­xum" ta­ma­şa­sı ko­lo­rit­li və di­na­mik ta­ma­şa­dır. Ta­ma­şa­nın ko­me­di­ya jan­rın­da ol­ma­sı, on beş ak­tyo­run çı­xış et­mə­si, ge­yim­lər, səh­nə de­ko­ra­si­ya­sı ko­lo­rit­li­yin və di­na­mi­ka­nın əsa­sı­nı təş­kil edir­di.

Di­gər ta­ma­şa­la­rı­mız da te­at­rı­mı­za xey­li uğur gə­ti­rib. La­kin tə­bii ki, hər ye­ni iş da­ha pe­şə­kar və da­ha uğur­lu ola­caq.

- Ümu­miy­yət­lə, fi­zi­ki ən­gə­li olan in­san­la­rın te­atr, ki­no sa­hə­sin­də irə­li­lə­mə­si bir qə­dər çə­tin­dir. Bə­zən bu­na ma­neə­lər də tö­rə­dən­lər ta­pı­lır. Si­zin ak­tyor­la­rın ki­no­da özü­nü sı­na­ma­sı mə­sə­lə­si ak­tu­al­dır­mı?

- Biz sü­but et­dik ki, fi­zi­ki məh­du­diy­yət­li şəxs­lər də te­atr­la məş­ğul ola bi­lər. Ak­tyor ola­raq səh­nə­yə çı­xa bi­lər. Bu­nu həm də çox qı­sa za­man için­də, zəh­mət və əzm nə­ti­cə­sin­də sü­but edə bil­dik. Qal­dı film mə­sə­lə­si­nə, Azər­bay­can­da ha­zır­da ümu­miy­yət­lə film sek­to­ru çox qa­rı­şıq­dır. Hət­ta bö­yük mo­no­po­li­ya­lar var. İn­di bu­ra­da su­al ya­ra­nır ki, bəs te­atr­da bu­nu ne­cə sü­but et­di­niz? Çox ra­hat. Çün­ki öl­kə te­at­rın­da mo­no­po­li­ya yox­dur, bu­na sə­bəb də te­atr­la­rın qa­zanc gə­tir­mə­mə­si­dir. La­kin ƏSA ola­raq gə­lə­cək üçün ən bö­yük plan­la­rı­mız­dan bi­ri də film sek­to­ru­na gir­mək­dir. Hət­ta ar­tıq əlil­li­yi olan və ol­ma­yan ak­tyor­la­rın bir­gə oy­na­ya bi­lə­cə­yi film sse­na­ri­miz də var. Fəa­liy­yə­ti­mi­zə ma­ne ol­ma­sa­lar, bü­tün plan­la­rı­mı­zı hə­ya­ta ke­çi­rə­cə­yik.

- Bir sı­ra mü­tə­xəs­sis­lər he­sab edir ki, ƏSA te­atr mü­hi­ti­nə ye­ni ab-ha­va gə­ti­rib. Siz­cə on­lar əsa­sən nə­lə­ri nə­zər­də tu­tur?

- Bu da­nıl­maz­dır. ƏSA Te­at­rı nə­in­ki son il­lər­də, 21-ci əsr­də Azər­bay­can te­atr ta­ri­xi üçün ən bö­yük ha­di­sə­lər­dən bi­ri­dir. Bəl­kə də elə ye­ga­nə­si­dir. Bu­na sə­bəb, tə­bii ki, ilk ola­raq te­at­rı­mı­zın özü­nə­məx­sus xət­ti­nin ol­ma­sı­dır. Bun­dan da əla­və, nə­zə­ri­ni­zə çat­dı­rım ki, bir-bir te­atr qa­pı­la­rı­nı döy­sək, so­ruş­saq, mə­lum ola­caq k, on­la­rın heç bir ta­ma­şa­sın­da bi­let­lər ta­ma­şa­ya üç gün qal­mış bit­mə­yib. Ən azı son il­lər bu be­lə­dir. Və bir şe­yi də nə­zə­ri­ni­zə çat­dı­rım ki, biz di­gər te­atr­lar ki­mi, bi­let­lə­ri məc­bu­ri şə­kil­də han­sı­sa qu­rum­la­ra sat­mı­rıq və hər han­sı qal­ma­qal­lar­la gün­də­mə gə­lib ta­ma­şa­çı qa­zan­mı­rıq. Ha­zır­da bir çox te­atr­lar bi­zi öz­lə­ri­nə ör­nək gö­tü­rür. Bu­nu hər nə qə­dər giz­lət­sə­lər də, gös­tər­dik­lə­ri sis­te­ma­tik fəa­liy­yət bu­nu aş­kar edir. Bu da, öz növ­bə­sin­də, bi­zi se­vin­di­rir.

Ta­ma­şa­çı­la­rı­mız bi­zi se­vir, bi­zə eti­mad gös­tə­rir. İlk növ­bə­də bu­na sə­bəb te­at­rı­mı­zın ink­lü­ziv ol­ma­sı ol­sa da, gös­tər­di­yi­miz fəa­liy­yə­tin də çox bö­yük ro­lu var. Biz heç bir qu­ru­mun və ya şəx­sin qar­şı­sın­da əyil­mi­rik, prob­lem­lə­rə si­nə gə­li­rik, da­im te­at­rı­mı­zın məq­səd­lə­ri haq­qın­da dü­şü­nü­rük, mü­ba­ri­zə apa­rı­rıq. Ta­ma­şa­la­rı­mız­da so­si­al prob­lem­lə­rə to­xu­nu­ruq, hər za­man ta­ma­şa­çı­la­rı­mı­za doğ­ru­nu çat­dır­ma­ğa ça­lı­şı­rıq. Öl­kə­mi­zin adı üçün çox də­yər­li olan iş­lə məş­ğu­luq. Bun­dan son­ra da be­lə ola­caq. Ta­ma­şa­çı­la­rı­mız, te­at­rı­mı­zı ta­nı­yan­lar bi­zi da­ha çox məhz bu­na gö­rə se­vir.

- Te­at­rı xa­ri­cə çı­xar­maq, bey­nəl­xalq fes­ti­val­la­ra qa­tıl­maq­la bağ­lı plan­la­rı­nız var­mı?

- Te­at­rı­mız ar­tıq bir çox xa­ri­ci öl­kə­lər­də də ta­nı­nır. Bu ilin iyun ayın­da te­at­rı­mız Uk­ray­na­da ke­çi­ri­lən ink­lü­ziv in­cə­sə­nət­lə bağ­lı bey­nəl­xalq fo­rum­da iş­ti­rak edib. ƏSA Te­at­rı ola­raq bey­nəl­xalq fes­ti­val­la­ra qa­tıl­maq, qas­trol­lar hə­ya­ta ke­çir­mək plan­la­rı­mız var. Bi­zim te­at­rın fəa­liy­yə­ti öl­kə­mi­zin adı­nı bey­nəl­xalq are­na­da la­yi­qin­cə təm­sil et­mə­yə im­kan ve­rir. Bu pro­ses isə bir qə­dər çə­tin­dir. Nə­in­ki ƏSA Te­at­rı­nın, di­gər te­atr­la­rın da dün­ya­ya çıx­ma­sı üçün mad­di dəs­tə­yə eh­ti­ya­cı var. Bu­nu da döv­lət qar­şı­la­ma­lı­dır. Çün­ki biz nə qə­dər dün­yə­vi məq­sə­də xid­mət et­sək də, bu öl­kə­nin adı­nı təm­sil edi­rik. Növ­bə­ti ta­ma­şa­la­rı­mı­zın Gür­cüs­tan və Tür­ki­yə­də nü­ma­yi­şi nə­zər­də tu­tu­lub. Bu nə­zər­də tu­tu­lan ta­ma­şa­lar müt­ləq şə­kil­də adı­nı çək­di­yi­miz öl­kə­lər­də nü­ma­yiş olu­na­caq. Ümu­miy­yət­lə, plan­la­rı­mız çox­dur və ge­niş­miq­yas­lı­dır.

İra­də SA­RI­YE­VA

Bakı xəbər.- 2017.- 1 avqusd.- S.15.