Düşünür, düşündürür...

Gör­kəm­li pub­li­sist Fa­zil Rəh­man­za­də­nin ana­dan ol­ma­sı­nın 75 il­li­yi ta­mam­la­nır

... Onun hər ye­ni ki­ta­bı­nı əli­mə alan­da dər­hal da ba­rə­sin­də nə­sə yaz­maq mey­lim ar­tır. Uzun müd­dət­dir bu xoş is­tə­yi­mi içim­də ya­şa­dı­ram. An­caq nə giz­lə­dim, dü­zü, "nə­sə" ni söz­gə­li­şi de­dim. Çün­ki Fa­zil Rəh­man­za­də 50 il­dən çox za­man içə­ri­sin­də elə zən­gin, elə mə­na­lı ya­ra­dı­cı­lıq yo­lu ke­çib, özün­dən son­ra­kı nəs­lə elə gə­rək­li bə­dii irs bəxş edib ki, ba­rə­sin­də sa­də­cə "nə­sə" yaz­maq­la iş bit­mir. Be­lə ki, bü­töv ya­ra­dı­cı­lıq ir­si çox ge­niş əha­tə da­i­rə­si­ni özün­də eh­ti­va edir, rən­ga­rəng möv­zu­la­rı özü­nə­məx­sus­luq­la işıq­lan­dı­rır.

Fa­zil Rəh­man­za­də­nin ya­ra­dı­cı­lıq mey­da­nı hü­dud­suz­dur. O bu mey­da­na ha­kim­dir. Onun qə­lə­mi­nin gü­cü ilə oxu­cu mü­əl­li­fin ya­zı tər­zi­ni qə­bul edir, ma­raq da­i­rə­si ge­niş­lə­nir. Nə­ti­cə­də pub­li­sist, dü­şün­dü­yü ki­mi, dü­şün­dür­mə­yə də na­il olur. Əsər­lə­ri­nin ra­hat, bir­nə­fə­sə oxun­ma­sı da tə­bi­i­dir. Be­lə ki, dil şi­rin, di­a­loq­lar mən­tiq­li, ha­di­sə və faktla­rın tə­cəs­sü­mü sa­də və an­la­şıq­lı­dır, axı­cı­dır. Onun qə­lə­mi­nin fü­sun­kar­lı­ğı bu­ra­sın­da­dır ki, qəm­li-kə­dər­li mə­qam­la­rın şər­hin­də də, se­vincli-fə­rəh­li səh­nə­lə­rin tə­cəs­sü­müm­də də mü­əl­lif­lə oxu­cu ara­sın­da­kı ra­bi­tə qı­rıl­mır. Ha­di­sə­lə­rin di­na­mik və mən­ti­qi ar­dı­cıl­lıq­la təs­vi­ri əla tə­sir ba­ğış­la­yır. Oxu­cu­nun ha­di­sə­lə­rin tam axa­rı­na düş­mə­si təq­di­rə­la­yiq­dir.

Fa­zil mü­əl­lim ta­le­yin ona bəxş et­di­yi is­te­da­dı­nı pay­laş­maq­da "bəd­xərclik" elə­mir, hər sö­zü, kəl­mə­ni, cüm­lə­ni, ifa­də­ni be­lə yer­li-ye­rin­də iş­lə­dir. Fik­rin ay­dın ifa­də­si, bu ifa­də­nin ey­ni za­man­da tə­fək­kür və ağ­lın məh­su­lu ola­raq qa­ba­rıq tə­cəs­sü­mü bən­zər­siz­dir.

Ən önəm­li­si bu­dur ki, hər han­sı sa­hə­yə baş qa­tan pub­li­sis­tin ge­niş eru­di­si­ya­sı, də­rin bi­li­yi, nə­ha­yət yük­sək pe­şə­kar­lı­ğı il­kin nə­zə­rə çar­pır. Onun qüd­rət­li ya­ra­dı­cı sə­nət adam­la­rı­na, ta­ri­xi ha­di­sə­lə­rə, şöh­rət­li id­man us­ta­la­rı­na, ümu­miy­yət­lə hər han­sı sa­hə­yə həsr et­di­yi ya­zı­lar onun pe­şə­kar­lı­ğı­nı çox ay­dın ça­lar­lar­la nə­zə­rə çarpdı­rır. Bu da Fa­zil Rəh­man­za­də­nin ən fərqli cə­hət­lə­rin­dən­dir. Fik­rim ay­dın an­la­şıl­sın de­yə, mü­əl­li­fin ötən il nəşr olun­muş "Bu isim­də bir can..." iki­cildli­yi­nə nə­zər ye­tir­mək ki­fa­yət­dir. Mə­sə­lən, hə­min ki­tab­da Qa­ra Qa­ra­yev, Fik­rət Əmi­rov, Rə­şid  Beh­bu­dov, Müs­lüm Ma­qo­ma­yev ba­rə­sin­də­ki qeydlər­lə bir sı­ra­da şöh­rət­li id­man us­ta­la­rı­mız Ələk­bər Məm­mə­dov, Oq­tay Ağa­yev haq­qın­da­kı ya­zı­lar ey­ni də­rə­cə­də oxu­naq­lı­dır, pe­şə­kar qə­ləm məh­sul­la­rı ki­mi qə­bul olu­nur. Mü­əl­li­fin ge­niş və də­rin dün­ya­gö­rü­şü, hər­tə­rəf­li sa­va­dı, qə­lə­mə al­dı­ğı bu və ya di­gər möv­zu­ya pe­şə­kar­lıq­la ya­naş­ma tər­zi önəm­li­dir.

Bu mə­qam­da aka­de­mik Ra­fa­el Hü­sey­no­vun vax­ti­lə Fa­zil Rəh­man­za­də­nin "Adın ya­di­gar qal­sın" ki­ta­bı­na yaz­dı­ğı ön söz­dən bir par­ça­ya diq­qə­ti yö­nəltmək is­tə­yi­rəm:

"Araş­dı­rı­cı­lı­ğın, kəş­fin, ta­pın­tı­nın min bir yo­lu, üsu­lu var. Çox ta­pın­tı, çox kəşf əl­yaz­ma xə­zi­nə­lə­rin­də, ki­tab­xa­na­lar­da, la­bo­ra­to­ri­ya­lar­da, iş ota­ğın­da dil­siz və­rəq­lər­lə ötən səs­siz, am­ma inad­lı di­a­loq­lar­da do­ğu­lur.  Fa­zi­lin jur­na­lis­ti­ka­sın­da araş­dı­rı­cı­lıq yö­nü də var, an­caq onun tət­qi­qat­çı­lı­ğı­nın səm­ti, tər­zi baş­qa­dır. Hər ör­tü­lü fak­tın, hər ör­tü­lü su­a­lın ar­xa­sın­da in­san­lar du­rur. Fa­zi­lin jur­na­list inan­cı be­lə­dir ki, gün­lə­rin bi­rin­də Cə­fər Cab­bar­lı­nın bir na­mə­lum şe­i­ri­lə üz­lə­şən­də, aşıq Növ­rəs İma­nın in­di­yə­cən bi­lin­mə­yən şək­li­ni ta­pan­da, XX əs­rin əv­vəl­lə­rin­də Bu­xa­ra­da ta­cik­cə ilk qə­ze­ti bu­rax­mış ada­mın azər­bay­can­lı Mir­zə Cə­lal Yu­sif­za­də ol­du­ğun­dan xə­bər tu­tan­da o, aka­de­mik hə­və­si­nə el­mi mə­qa­lə yaz­maq eş­qi­nə düş­mür. Da­ha də­qiq iz­lər gös­tə­rə­cək, da­ha inam­lı söz­lər de­yə­cək can­lı şa­hid­lə­rin ax­ta­rı­şı­na baş­la­yır. O can­lı şa­hid­lər ki, Fa­zil­lə da­nı­şır, ona öz­lə­ri­lə bir­yol­luq apa­ra bi­lə­cək­lə­ri yad­daş­la­rı, xa­ti­rə­lə­ri söy­lə­yir­lər, on­lar bu gün var, sa­bah yox. Ol­sun ki, bir el­mi mə­qa­lə­dən da­ha gec ya­zı­lan, çox­lu gö­rüş­lər, eza­miy­yət­lər, sor­ğu­lar he­sa­bı­na ya­ra­nan bir ya­zı­sıy­la Fa­zil Rəh­man­za­də ne­çə-ne­çə əvəz­siz xa­ti­rə­ni, yad­da­şı unu­dul­maq­dan, it­mək­dən xi­las edir. Nə­ti­cə­də isə onun bu qə­bil ya­zı­la­rı sa­ba­hın araş­dı­rı­cı­la­rı üçün gə­rək­li, in­san sə­siy­lə do­lu mən­bə­lər­dən bi­ri­nə çev­ri­lir".

Bu fi­kir­lər­lə tam şə­ri­kəm. Mən hə­mi­şə bö­yük qü­rur his­si ilə bil­dir­mi­şəm ki, tə­lə­bə çağ­la­rın­da Fa­zil Rəh­man­za­də­nin şö­bə mü­di­ri ol­du­ğu "Ba­kı"-"Ba­ku" qə­zet­lə­ri re­dak­si­ya­sın­da bi­la­va­si­tə onun rəh­bər­li­yi ilə təc­rü­bə prak­ti­ka­sı­nı ba­şa vur­mu­şam. Son­ra­lar da xey­li müd­dət onun­la sıx ya­ra­dı­cı­lıq tə­ma­sım­dan çox bəh­rə­lən­mi­şəm. Lap dü­zü­nə qal­sa, onun­la hər gö­rüş şəx­sən mə­nim üçün əsl "us­tad dərslə­ri" tim­sa­lın­day­dı. Bu "dərslər" mə­nə çox şey bəxş edib. Ən baş­lı­ca­sı, hər bir ya­zı­nı qə­lə­mə alan­da mə­su­liy­yət his­si­ni önə çək­mə­yi, da­im tək­mil­ləş­mə­yi, hər kəl­mə­nin cüm­lə­də ye­ri­ni tap­ma­ğı, dün­ya­gö­rü­şü ar­tır­ma­ğı bir an da unut­ma­ma­ğı...

Bu ba­xım­dan Fa­zil Rəh­man­za­də bi­zə əla nü­mu­nə idi. Ya­da sa­lım ki, in­di­nin özün­də yax­şı ta­nı­nan is­te­dad­lı qə­ləm sa­hib­lə­ri­nin bir ço­xu vax­ti­lə məhz Fa­zil mü­əl­li­min ya­nın­da "ikin­ci uni­ver­si­tet" təh­si­li al­mış, tək­mil­lə­şib boy at­mış­lar. Və hə­mi­şə də bu­nu fəxrlə vur­ğu­la­yır­lar. On­la­rın ha­mı­sı­nın ad­la­rı­nı sa­da­la­maq müm­kün ol­ma­sa da, bir ne­çə­si­ni xa­tır­la­ya bi­lə­rəm; Möh­bəd­din Sə­məd, Tel­li Pə­nah­qı­zı, Zem­fi­ra Mə­hər­rəm­li, Loğ­man Rə­şid­za­də, Qə­rən­fil Xə­li­lo­va, Flo­ra Xə­lil­za­də, Xa­lid Ni­ya­zov, Aqil Da­da­şov, Ma­is Sə­fər­li, Mu­sa Ələk­bər­li, Əmir Ha­cı­yev... Say­maq­la bi­tən de­yil.

Tə­bii ki, bu sı­ra­da mər­hum şa­ir­lər Nüs­rət Kə­sə­mən­li­ni, Va­qif İb­ra­hi­mi də yad­dan çı­xar­maq ol­maz.

Həm­ka­rı­mız Tel­li Pə­nah­qı­zı ad­la­rı bu­ra­da anı­lan və anıl­ma­yan­la­rın adın­dan san­ki us­ta­dı­mı­za min­nət­dar­lıq əla­mə­ti ola­raq Fa­zil mü­əl­li­min 1994-cü il­də çap­dan çıx­mış "Yol" ta­ri­xi-pub­li­sis­tik ki­ta­bı­nın bi­rin­ci cil­di­nə ön sö­zün­də çox ma­raq­lı mə­qam­la­ra to­xu­nur. O ya­zır: "Cə­la­yi-və­tən olan öv­lad­la­rı nə­sil-nə­sil Azər­bay­ca­nın həs­rə­ti ilə ya­şa­yıb­lar. Doğ­ma di­li unut­ma­maq üçün səs­lə­ri­ni heç kəs duy­ma­sın de­yə yal­nız ge­cə­lər uca­dan da­nı­şıb­lar. Fa­zil mü­əl­lim bu adam­la­rı Azər­bay­ca­na, Azər­bay­ca­nı da on­la­ra qo­vuş­dur­maq üçün min zəh­mə­tə qat­la­şıb. Ni­yə de­yi­rəm bu­nu? Ona gö­rə ki, məhz in­di hər kəs öz evi­nin, öz ai­lə­si­nin qay­ğı­la­rı ilə ya­şa­dı­ğı bu dəh­şət­li dövrdə həm­ka­rım üç il­də 30-dək xa­ri­ci öl­kə gə­zib. Özü də bu sə­fər­lər kef ha­va­sı­na, ya şöh­rət xa­ti­ri­nə de­yil. Fa­zil mü­əl­lim ai­lə­si­nin bo­ğa­zın­dan kə­sib yad məm­lə­kət­lə­rə, na­mə­lum şə­hər­lə­rə üzü­cü sə­fər­lə­rə yol­la­nıb...

Mən jur­na­lis­ti­ka­nı özü­nə sə­nət se­çən, ona bağ­la­nan, onun bü­tün əzab­la­rı­na qat­la­şan cə­fa­keş fa­na­tik­lər ara­sın­da Fa­zil Rəh­man­za­də­nin ya­ra­dı­cı­lı­ğı­nı xü­su­si diq­qət­lə iz­lə­yi­rəm. Bu­nun bir ne­çə sə­bə­bi var. Ən baş­lı­ca­sı bu­dur ki, Fa­zil mü­əl­lim bö­yük jur­na­lis­ti­ka alə­min­də mə­nim əlim­dən tu­tan, mə­nə qay­ğı gös­tə­rən, sö­zün əsl mə­na­sın­da mü­əl­lim­lik, ata­lıq edən bir adam olub. İkin­ci­si, mən hə­mi­şə on­dan sə­li­qə-sah­man, dav­ra­nış, da­nı­şıq, mü­ra­ci­ət mə­də­niy­yə­ti, mü­sa­hib sə­riş­tə­si, in­san­la­ra tə­miz mü­na­si­bət, qə­rəz­kar­lıq­dan uzaq sə­mi­mi bir ya­zı ma­ne­ra­sı əxz elə­mi­şəm. Üçün­cü­sü, dün­ya­nın düz vax­tı çox­la­rı "əv­vəl evin içi, son­ra çö­lü" prin­si­pi ilə ya­şa­yan­da be­lə, Fa­zil mü­əl­lim "ye­tim-ye­sir" ata­sı olub, im­ka­nı da­xi­lin­də çox­la­rı­na kö­mək edib. Şəx­sən mən bu­nun can­lı şa­hi­di­yəm..."

Tel­li xa­nı­mın qəl­bən söy­lə­di­yi bu şi­rin söz­lər, əs­li­nə qal­sa, Fa­zil mü­əl­li­min "şi­ne­lin­dən çı­xan" qə­ləm əh­li­nin ha­mı­sı­nın ümu­mi fik­ri­nin ifa­də­si­dir.

Fa­zil Rəh­man­za­də çox ça­lış­qan, iş­gü­zar və məh­sul­dar sə­nət us­ta­sı­dır. Otu­za qə­dər sırf pub­li­sis­tik ki­ta­bın mü­əl­li­fi­dir. Bu ba­xım­dan heç bir mü­a­sir həm­ka­rı­nı onun­la mu­qa­yi­sə et­mək ol­maz. Tə­bii, bu­ra­da kə­miy­yət gös­tə­ri­ci­si­ni ona gö­rə də­yər­lən­dir­mək va­cib­dir ki, hə­min əsər­lə­rin ha­mı­sı yük­sək də­yə­rə ma­lik­dir. Ye­ni ma­raq­lı ta­pın­tı­la­rın, fakt və mən­bə­lə­rin araş­dı­rı­lıb üzə çı­xa­rıl­ma­sı ilə fərqlə­nən və "Jur­na­lis­tin cib dəf­tə­rin­dən" rub­ri­ka­sı al­tın­da bu­ra­xı­lan, məm­lə­kə­ti­mi­zin qüd­rət­li ya­ra­dı­cı sə­nət xa­dim­lə­ri­nin portre­ti­ni təs­vi­rə gə­ti­rən, ha­be­lə ta­ri­xi-en­sik­lo­pe­dik bi­lik­lər aşı­la­yan sil­si­lə ki­tab­la­rı­nın hər bi­ri mü­hüm də­yər kəsb et­mir­mi?

Son 50 il ər­zin­də bir ki­ta­bı 200 min ti­raj­la nəşr olu­nan hər han­sı pub­li­sis­ti­mi­zin adı­nı xa­tır­la­maq çə­tin­dir. Fa­zil Rəh­man­za­də­yə be­lə bir xoş­bəxtlik qis­mət ol­muş­dur. Bu ba­xım­dan Zey­nəb Xan­la­ro­va­ya və Müs­lüm Ma­qo­ma­ye­və həsr et­di­yi ki­tab­la­rı ya­da sal­maq ki­fa­yət­dir. Bi­zim gün­lər­də - in­san­la­rın ki­tab oxu­maq mey­lin­dən uzaq­laş­maq­da ol­du­ğu bir vaxtda Fa­zil mü­əl­li­min ki­tab­la­rı­na sa­tış­da rast gəl­mə­mə­yi­miz tə­bii re­al­lıq­dır.

Həm bu söz us­ta­dı­nın, həm də ümu­mən mət­bu­a­tı­mı­zın hə­ya­tın­da çox önəm­li mə­na kəsb edən bir fak­ta diq­qət ye­tir­mək va­cib­dir. Va­şinqto­nun "Ca­an bo­oks" nəşr evin­də 1994-cu il­də in­gi­lis di­lin­də "Sən mə­nim­sən, Azər­bay­can" ad­lı ki­ta­bı­nın bu­ra­xıl­ma­sı ha­mı­mı­zın ürə­yin­cə ol­du. Er­mə­nis­ta­nın Azər­bay­ca­nın  20 fa­iz tor­paq­la­rı­nı qəsb et­mə­si, er­mə­ni se­pa­rat­çı­la­rı­nın doğ­ma yurd yer­lə­ri­miz­də ağ­la­sığ­maz vəh­şi­lik­lər tö­rət­mə­si hə­min ki­tab­da re­al fakt və mən­bə­lər­lə işıq­lan­dı­rıl­mış­dır. Ki­tab ABŞ-da bö­yük ma­ra­ğa sə­bəb ol­du­ğu ki­mi, er­mə­ni top­lu­mu­nun cid­di hay-kü­yü, eti­ra­zı ilə də qar­şı­lan­dı. Bu­na bax­ma­ya­raq, əsə­rin tə­sir qüv­və­si in­di­yə­dək er­mə­ni­lə­rin var­lı­ğı­nı tərk et­mə­miş­dir.

Ürə­ka­çan da­ha bir fakt: Fa­zil Rəh­man­za­də­nin ötən il Ba­kı­da nəşr olun­muş "Bu isim­də bir can".... iki­cildli­yi­nin ABŞ-da bu­ra­xı­la­ca­ğı ba­rə­də xoş xə­bər alın­mış­dır. "Ca­an bo­oks" nəşr evi­nin mü­di­riy­yə­ti "Bu isim­də bir can..."ı da ora­da in­gi­lis di­lin­də çap et­mək is­tə­yi­ni mək­tub­la mü­əl­li­fə bil­dir­miş­dir. Ar­zu­la­yı­rıq ki, bu mü­qəd­dəs is­tək tez­lik­lə re­al­laş­sın.

Ye­ri gəl­miş­kən ya­da sa­lım ki, Fa­zil mü­əl­lim vax­ti­lə Moskva­da nəşr olun­muş ən mö­tə­bər qə­zet və jur­nal­lar­da­kı mə­qa­lə­lə­ri ilə də ta­nı­nır­dı. "İz­ves­ti­ya", "Ne­del­ya", "So­vetska­ya kul­tu­ra" ki­mi mət­bu­at or­qan­la­rın­da onun mü­tə­ma­di dərc edi­lən müx­tə­lif səp­ki­li ya­zı­la­rı ge­niş ma­ra­ğa sə­bəb olur­du.

Əl­bət­tə, ki­çik bir qə­zet mə­qa­lə­sin­də bu gör­kəm­li pub­li­sis­tin ya­ra­dı­cı­lıq alə­mi­ni, fə­a­liy­yə­ti­nin bü­tün spektrlə­ri­ni, və­tən­daş, sə­nət­kar ki­mi mü­hüm ic­ti­mai möv­qe­yi­ni tam mə­na­sı ilə sər­gi­lə­mək qey­ri-müm­kün­dür. Mə­sə­lən, onun son il­lər­də bir çox bey­nəl­xalq mü­şa­vi­rə­lər­də, sim­po­zi­um­lar­da, top­lan­tı­lar­da iş­ti­ra­kı, həm də sa­də­cə iş­ti­rak­çı yox, Er­mə­nis­tan-Azər­bay­can mü­na­qi­şə­si ilə bağ­lı re­al hə­qi­qət­lə­ri ic­ti­ma­iy­yə­tə aşı­la­maq cəh­di az iş de­yil. Biz hə­min top­lan­tı­lar­da Fa­zil Rəh­man­za­də­ni və­tən­pər­vər qə­ləm us­ta­sı, ağıl­lı-zə­ka­lı, mən­ti­qi dü­şün­cə sa­hi­bi olan bir azər­bay­can­lı ki­mi gö­rü­rük. Be­lə top­lan­tı­lar­dan bi­ri­nin iş­ti­rak­çı­sı olan pe­da­qo­ji elmlər dok­to­ru Va­qif Qur­ba­nov da­nı­şır ki, Moskva­da Fa­zil mü­əl­li­min çı­xı­şı o qə­dər tə­sir­li ol­du ki, er­tə­si gün ple­nar ic­las­da çı­xış­çı­lar bir ne­çə də­fə ona is­ti­na­dən fi­kir­lər irə­li sü­rür­dü­lər. Söh­bət isə Dağ­lıq Qa­ra­bağ­dan ge­dir­di....

Fa­zil Rəh­man­za­də əla­mət­dar yu­bi­le­yi ərə­fə­sin­də öz pə­rəs­tiş­kar­la­rı­nı ye­ni, dol­ğun ya­ra­dı­cı­lıq töh­fə­si ilə bir da­ha se­vin­dir­di. Unu­dul­maz aktyo­ru­muz Ələs­gər Ələk­bə­ro­vun ömür yol­la­rın­dan söh­bət açan "Da­hi­li­yin seh­ri" ki­ta­bı da çox bö­yük ma­raq­la qar­şı­lan­dı. Bu da çox tə­bi­i­dir.

Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nin, Azər­bay­can Jur­na­listlər Bir­li­yi­nin, Res­pub­li­ka Te­atr Xa­dim­lə­ri İt­ti­fa­qı­nın üz­vü, Azər­bay­can Ya­ra­dı­cı­lıq Aka­de­mi­ya­sı­nın fi­lo­lo­gi­ya dok­to­ru, "Qı­zıl qə­ləm", "Dan ul­du­zu", "Hu­may", H.B.Zər­da­bi mü­ka­fat­la­rı, res­pub­li­ka­nın əmək­dar mə­də­niy­yət iş­çi­si fəx­ri adı is­te­dad­lı pub­li­sis­tin ço­xil­lik sə­mə­rə­li fə­a­liy­yə­ti­nə, mət­bu­a­tı­mı­zın xə­zi­nə­si­ni zən­gin­ləş­di­rən mo­nu­men­tal əsər­lə­ri­nə ve­ri­lən çox də­yər­li qiy­mət­dir.

Son il­lər­də ər­sə­yə gə­tir­di­yi ki­tab­la­rı bir da­ha gös­tər­di ki, Fa­zil Rəh­man­za­də ikin­ci gənclik döv­rü­nü ya­şa­yır.

Ad gü­nün mü­ba­rək, us­tad.

Rafiq Hacıyev

Bakı xəbər.- 2017.- 4 fevral.- S.11