Tarixdə iz buraxanlar: İmam Buxari

Bu gün se­vim­li pey­ğəm­bə­ri­mi­zin "Hə­dis" de­yi­lən söz­lə­ri­ni top­la­yan­lar ara­sın­da ən zə­min­li və ən doğ­ru mən­bə ola­raq İmam Bu­xa­ri­nin ça­lış­ma­sı gös­tə­ri­lir. Bü­tün İs­lam alə­mi İmam Bu­xa­ri­ni hə­dis top­la­ma­da ilk sı­ra­ya qo­yur. Kim­dir bu İmam Bu­xa­ri?

İmam Bu­xa­ri bu­xa­ra­lı bir türkdür. Bu­xa­ra­da do­ğul­du­ğu­na gö­rə, bü­tün İs­lam alə­mi onu qı­sa­ca ola­raq Bu­xa­ri və ya­xud İmam Bu­xa­ri de­yə ta­nı­yır. Onun hə­qi­qi adı Əbu Ab­dul­lah Mə­həm­məd ibn İs­ma­il­dir. 810-cu il­də Bu­xa­ra­da ana­dan olub. Ki­çik yaş­la­rın­da ata­sı­nı iti­rib. Ata­sın­dan qa­lan sər­vət onun heç ki­mə möh­tac ol­ma­dan elm öy­rən­mə­si­nə ki­fa­yət edib.

Pey­ğəm­bər əfən­di­mi­zin mü­ba­rək söz­lə­ri­ni bir ye­rə yı­ğıb ki­tab ha­lı­na gə­ti­rə­rək mü­səl­man­la­rın xid­mə­ti­nə təq­dim et­mək qə­dər fay­da­lı bir iş ola bi­lər­mi? Bax, İmam Bu­xa­ri bu fay­da­lı işi gö­rən­lər­dən bi­ri, həm də ən baş­da gə­lə­ni­dir. Bu da bir hə­qi­qət­dir ki, bir çox adam pey­ğəm­bə­ri­mi­zin söz­lə­ri­ni top­la­yıb. Am­ma İmam Bu­xa­ri­nin is­tər mə­lu­mat ver­mə üs­lu­bu, is­tər­sə də se­vim­li pey­ğəm­bə­ri­mi­zin söz­lə­ri­ni nəql edən şəxslə­rin əx­la­qı­nı təd­qiq et­mə­si onu bir mən­bə ha­lı­na gə­ti­rib.

İmam Bu­xa­ri 11 ya­şın­da ikən hə­dis­lər­lə məş­ğul ol­ma­ğa baş­la­yıb. Hə­lə uşaq ikən Uca Ya­ra­dan ona hə­dis­lə­ri yad­da sax­la­maq is­te­da­dı bəxş edib. İmam Bu­xa­ri də­rin zə­ka və əz­bər­lə­mə qa­bi­liy­yə­ti­nə ma­lik idi. Hər han­sı bir şe­yi yad­da sax­la­maq üçün ona bir də­fə bax­ma­sı və ya onu bir də­fə din­lə­mə­si ki­fa­yət edər­di. O, çox say­da hə­dis əz­bər­lə­mək­lə şöh­rət qa­za­nıb.

Onun hə­lə 15 ya­şı yox idi, am­ma hə­dis alim­lə­ri ki­çik Bu­xa­ri ilə gö­rü­şüb, top­la­dıq­la­rı hə­dis­lə­rin doğ­ru olub-ol­ma­dı­ğı­nı on­dan so­ru­şar­dı­lar. İmam Bu­xa­ri Mü­qəd­dəs İs­la­mın ən önəm­li əsər­lə­ri­ni əz­bər­dən bi­lir­di. Gənc yaş­la­rın­da ana­sı və qar­da­şı ilə bir­lik­də həc­cə ge­dib, ha­cı olub. Həcc zi­ya­rə­ti­ni ye­ri­nə ye­tir­dik­dən son­ra qar­da­şı­nı və ana­sı­nı Bu­xa­ra­ya gön­də­rib, özü isə Mək­kə­də qa­lıb.

Hə­dis­lə­ri top­la­maq və dərs ver­mək üçün al­tı il Mək­kə­də qa­lan Bu­xa­ri da­ha son­ra bir çox is­lam öl­kə­lə­ri­ni gə­zib. Mi­si­rə və İra­qa ge­dib, Bəs­rə­də beş il ya­şa­yıb. Bu yer­lər­də ge­cə-gün­düz se­vim­li pey­ğəm­bə­ri­mi­zin söz­lə­ri­ni top­la­yıb. Ol­du­ğu yer­lər­də hə­dis mü­əl­lim­li­yi edib. İra­na da get­dik­dən son­ra do­ğul­du­ğu ye­rə - Bu­xa­ra­ya dö­nüb. An­caq Bu­xa­ra­da dinc bu­ra­xıl­ma­yıb. Çün­ki Bu­xa­ra Va­li­si Xa­lid ibn Mə­həm­məd Bu­xa­ri­dən uşaq­la­rı­na hə­dis dər­si ver­mə­si­ni is­tə­yib. Bu­xa­ri bu­nu qə­bul et­mə­yib. Be­lə ol­duq­da o, Bu­xa­ra­da çox qa­la bil­məz­di. Bu­xa­ra­dan ay­rıl­dı­ğı za­man Sə­mər­qən­din ta­nı­nan adam­la­rı onu də­vət edib­lər. Bu­xa­ri bu də­və­ti məm­nu­niy­yət­lə qə­bul edib. An­caq də­vət edən­lər­lə bə­zi sə­mər­qəndli­lər ara­sın­da mü­na­qi­şə­lə­rin baş ver­mə­si­lə ye­nə də bir uğur­suz­luq ya­ra­nıb. "Dincli­yin, sa­kit­li­yin po­zul­ma­sı­na sə­bəb ola­ram" dü­şün­cə­si­lə Bu­xa­ri Sə­mər­qən­də get­mək­dən vaz ke­çib, Sə­mər­qənd ya­xın­lı­ğın­da­kı Xar­təngdə yer­ləş­mə­yi qə­ra­ra alıb. Da­ha son­ra sə­mər­qəndli­lər ye­nə də onu ra­hat bu­rax­ma­yıb. On­lar Bu­xa­ri­ni ye­ni­dən də­vət edib­lər. Bu də­fə bu ta­ri­xi şəx­siy­yə­ti bü­tün sə­mər­qəndli­lər də­vət et­miş­di. İmam Bu­xa­ri də bu də­və­ti rədd et­mə­yib. Fə­qət Sə­mər­qən­də get­mək üçün atı­na mi­nər­kən ba­yı­lıb və Al­la­hın rəh­mə­ti­nə qo­vu­şub. O za­man Bu­xa­ri 59 ya­şın­da idi. Mə­za­rı Xar­təngdə­dir.

İmam Bu­xa­ri özü­nü ta­ma­mi­lə el­mə və iba­də­tə həsr edib. O, tez-tez be­lə de­yər­di: "Mən hə­ya­tım bo­yu heç kim­dən bir dir­həm­lik də ol­sa bir şey sa­tın al­ma­dım və heç ki­mə bir dir­həm­lik də ol­sa bir şey sat­ma­dım".

İmam Bu­xa­ri həd­siz cə­sa­rə­ti, əli­a­çıq­lı­ğı, mö­min­li­yi və lə­ya­qə­ti ilə fərqlə­nər­di. Bir də­fə bir hökmdar uşaq­la­rı­na dərs ver­mək üçün onun da­lın­ca adam gön­də­rir, fə­qət Bu­xa­ri ona xə­bər gön­də­rir ki, elm ax­ta­ran­lar bi­lən­lə­rin ya­nı­na öz­lə­ri gəl­mə­li­dir və hökmda­rın ya­nı­na get­mək­dən im­ti­na edir.

Uca Ya­ra­dan Bu­xa­ri­yə gö­zəl yad­daş ver­miş­di, Xa­şid ibn İs­ma­il bun­la­rı be­lə rə­va­yət edib: "Bəs­rə­də Bu­xa­ri hə­lə gənc ikən bi­zim­lə bir­lik­də hə­dis bi­li­ci­si olan müx­tə­lif şeyxlə­rin gö­rü­şü­nə ge­dər­di və heç vaxt qeydlər apar­maz­dı. Bir ne­çə gün son­ra biz ona be­lə de­mə­yə baş­la­dıq: "Sən bi­zim­lə müx­tə­lif şeyxlə­rin gö­rü­şü­nə ge­dir­sən, am­ma heç nə qeyd et­mir­sən, ni­yə be­lə edir­sən?" On al­tı gün­dən son­ra o bi­zə de­di: "Siz hə­qi­qə­tən çox da­nı­şır və mə­nə irad tu­tur­su­nuz! Gös­tə­rin mə­nə nə yaz­mı­sı­nız." Biz on beş min­dən çox hə­dis qeyd et­di­yi­miz və­rəq­lə­ri­mi­zi çı­xartdıq, o isə bun­la­rın ha­mı­sı­nı əz­bər­dən de­mə­yə baş­la­dı və biz onun yad­da­şı­na əsa­sən oxu­duq­la­rı ilə öz qeydlə­ri­miz­də dü­zə­liş­lər et­dik. Son­ra o biz­dən sor­du: "Siz in­di­də­mi he­sab edir­si­niz ki, mən müx­tə­lif şeyxlə­rə za­ra­fat xət­ri­nə baş çə­kir və vax­tı­mı boş ye­rə sərf edi­rəm?" Onun bu su­a­lı­na biz ca­vab ve­rə bil­mə­dik, am­ma bi­zə mə­lum ol­du ki, yad­daş­da heç kim onu ötüb ke­çə bil­məz."

İmam Bu­xa­ri hə­lə gənc ikən hə­dis din­lə­mək is­tə­yən bəs­rə­li­lər, is­tə­dik­lə­ri­nə na­il ola­na qə­dər onun ar­dın­ca dü­şər, onu hər han­sı bir yo­lun üs­tün­də otur­dar və ət­ra­fı­na min­lər­lə din­lə­yi­ci yı­ğı­şar­dı. On­la­rın ək­sə­riy­yə­ti onun de­dik­lə­ri­ni ya­zar­dı­lar.

İmam Bu­xa­ri elm öy­rən­mək üçün Şam, Mi­sir, Bəs­rə, Bağ­dad, Mək­kə, Mə­di­nə, Xo­ra­san ki­mi bir çox yer­lə­rə sə­fər edib, get­di­yi öl­kə­lər­də gö­rüş­dü­yü şeyxlər­dən eşit­di­yi hə­dis­lə­ri rə­va­yət edib. Onun tə­lə­bə­lə­ri­nin sa­yı ol­duq­ca çox olub. Fə­ra­bi be­lə de­yib:"Bu­xa­ri­nin "Sə­hih" əsə­ri­ni onun özün­dən dox­san min nə­fər eşi­dib." İbn Kə­sir də: "O bir də­fə ki­ta­bı oxu­maq­la onu əz­bər­lə­yər­di" - de­yib.

Alim­lə­rin bö­yük ək­sə­riy­yə­ti İmam Bu­xa­ri haq­qın­da tə­ri­fə­la­yiq söz­lər söy­lə­yib. Bir də­fə İmam Müs­lüm Bu­xa­ri­nin al­nın­dan öpə­rək ona be­lə de­yib: "Ey mü­əl­lim­lə­rin mü­əl­li­mi, mü­həd­dis­lə­rin şey­xi və hə­dis qü­sur­la­rı­nın hə­ki­mi, ica­zə ver sə­nin al­nın­dan öpüm." Bun­dan son­ra o, gü­nah­la­rın ba­ğış­lan­ma­sı haq­qın­da hə­di­sə da­ir bir su­al ve­rib, Bu­xa­ri də ona bu hə­di­sin qü­sur­la­rı­nı izah edib. O izah edib qur­tar­dıq­dan son­ra Müs­lüm ona be­lə de­yib: "An­caq pa­xıl adam­lar sə­nə nif­rət edə bi­lər. Şa­hid­lik edi­rəm ki, bu dün­ya­da sə­nə bə­ra­bər olan yox­dur."

İmam Bu­xa­ri­nin "Ca­mi­us- Sə­hih"i yaz­ma­sı iki sə­bə­bə bağ­lı­dır. Bun­la­rın bi­rin­ci­si mü­əl­li­mi­nin on­dan bu­nu xa­hiş et­mə­si, ikin­ci­si isə bu­nu yu­xu­da gör­mə­si­dir. Bu­xa­ri "Sə­hih" ola­raq ad­lan­dı­rı­lan vəə­ri­sin­də onun özü­nə gö­rə sə­hih ol­du­ğu sa­bit olan hə­dis­lə­rə yer ver­di­yi ki­ta­bın­da bir çox di­ni hökmlə­rin qay­na­ğı­nı gös­tər­mə­si ilə İs­lam dün­ya­sı­na bö­yük bir xid­mət edib. İmam Bu­xa­ri özün­dən əv­vəl ya­şa­mış məz­həb imam­la­rı­nın söy­kən­di­yi tə­məl­lə­rin sağ­lam ol­du­ğu­nu, heç bi­ri­nin şəx­si gö­rüş­lə fət­va ver­mə­di­yi­ni or­ta­ya çı­xa­rıb. Elm adam­la­rı Bu­xa­ri­nin əsə­ri­nə bö­yük önəm ve­rib­lər. Xü­su­si­lə hə­di­sin sə­hih­li­yi mə­sə­lə­sin­də onun əsə­rin­də qə­bul et­di­yi şərtlə­rin da­ha də­qiq ol­du­ğu qə­na­ə­ti­nə gə­lib­lər. Bu­xa­ri bu əsə­ri mey­da­na gə­ti­rər­kən çox diq­qət­li olub. Əsə­rin­də yer ver­di­yi hə­dis­lə­ri 600 min hə­di­sin için­dən se­çib. O, sə­hih­lik öl­çü­lə­ri­nə uy­ğun gəl­mə­yən hə­dis­lə­rə ki­ta­bın­da yer ver­mə­yib. Onun ki­ta­bın­da yer alan hə­dis­lə­rin sa­yı 7275-dir.

"Ca­mi­us-Sə­hih"də hə­dis­lər möv­zu­la­ra gö­rə ki­tab­la­ra ay­rı­lıb və hər ki­tab bir ne­çə his­sə­yə bö­lü­nüb. Əsər­də üzə­rin­də ix­ti­laf edil­mə­yən hə­dis­lə­rə yer ve­ri­lib, hə­dis rə­va­yət edi­lən­lə­rin ina­nı­lır ol­ma­sı­na diq­qət edi­lib. İmam Bu­xa­ri hə­dis­lə­rə bə­zi də­qiq öl­çü­lə­ri tət­biq et­dik­dən son­ra on­la­rı sə­hih qə­bul edir­miş. On­dan son­ra gə­lən alim­lər də bu öl­çü­lə­ri tət­biq edə­rək sə­hih hə­dis­lə­rin zə­if və uy­dur­ma olan­la­rı­nı ayı­ra bi­lib­lər. Sə­hih hə­dis ki­ta­bı tər­tib edən­lə­rin çox ol­ma­sı­na bax­ma­ya­raq, on­lar ara­sın­da Bu­xa­ri ki­mi də­qi­qi ol­ma­yıb. Hə­ya­tı sə­ya­hət­lər­də və elm yo­lun­da ke­çən bir in­sa­nın 16 il­lik zəh­mə­ti­nin məh­su­lu olan "Ca­mi­us-Sə­hih"i 97 ki­tab­dan 3450 his­sə­dən iba­rət­dir. Hər ki­tab­da ki­ta­ba uy­ğun his­sə­lər, hər his­sə­də də möv­zu­ya uy­ğun hə­dis­lər var­dır.

İmam Bu­xa­ri el­mi­nə əməl edən bir alim idi. O, mü­qəd­dəs İs­la­mi qay­da­la­ra ri­a­yət et­mə­yə diq­qət edər, ha­lal və ha­ram mə­sə­lə­lə­rə çox əhə­miy­yət ve­rər­di. Hə­dis el­mi­nə xid­mət et­mək, bu yol­la Uca Ya­ra­da­nın ra­zı­lıq və şə­fa­ə­ti­ni qa­zan­maq onun əsas fik­ri olub. Ata­sın­dan qa­lan mi­ra­sı bu yol­da xərclə­yib, sə­xa­vət və co­mərdli­yi ilə şöh­rət qa­za­nıb.

İmam Bu­xa­ri mü­qəd­dəs Qu­ra­ni-Kə­ri­mi çox oxu­yar, çox na­maz qı­lar­dı. Ta­ri­xi mə­lu­mat­la­ra gö­rə o, hər üç gün­dən bir Qu­ra­ni-Kə­ri­mi xətm edər­miş. Ge­cə­nin bir his­sə­si­ni ya­tar, qa­lan his­sə­si­ni şam işı­ğın­da hə­dis ya­zar, yaz­dıq­la­rı­nı əz­bər­lə­yər­di. Sübh na­ma­zın­dan əv­vəl ge­cə na­ma­zı­nı qı­lar, son­ra Mü­qəd­dəs Ki­ta­bın üç­də­bi­ri­ni oxu­yar­dı. İmam Əh­məd onun ba­rə­sin­də be­lə de­yib: "Xo­ra­san di­ya­rı hə­lə onun ki­mi bir is­te­da­dı or­ta­ya çı­xar­ma­yıb". Nəcm ibn əl-Fəzl isə Bu­xa­ri­ni yu­xu­sun­da be­lə gö­rüb: "Yu­xu­da Rə­su­lul­la­hı gör­düm. O, bir kənddən çı­xıb ge­dir­di və ar­xa­sın­dan İmam Bu­xa­ri onu iz­lə­yir­di. O, bir ad­dım at­dıq­da Bu­xa­ri də bir ad­dım atır­dı və aya­ğı­nı Rə­su­lul­la­hın aya­ğı­nı bas­dı­ğı ye­rə ba­sır­dı. Ki­ta­bı­nı da hər ba­xım­dan ona nis­bət edir­di..."

İmam Bu­xa­ri el­mə əməl edən bir in­san idi və İs­la­mi qay­da­la­ra çox ri­a­yət edər, ha­lal və ha­ram mə­sə­lə­lə­ri­nə çox diq­qət edər­di. Hə­dis el­mi­nə xid­mət, bu yol­la Uca Ya­ra­da­nın ri­za­sı­nı qa­zan­maq onun əsas fik­ri olub.

Bu gün fərqli din mən­sub­la­rı bir-bi­ri­lə di­a­loq qur­maq üçün səy gös­tə­rər­kən ey­ni din mən­sub­la­rı­nın sa­də­cə ic­ti­had və an­la­yış fərqli­li­yin­dən mey­da­na gə­lən məz­həb ay­rı­lı­ğı sə­bə­bi­lə bir-bi­ri­nə qar­şı düş­mən­çi­lik et­mə­lə­ri qə­bu­le­dil­məz­dir. Odur ki, hər kə­sin məz­hə­bi­nə hör­mət­lə ya­naş­maq məq­sə­də­uy­ğun­dur. Hər kəs öz məz­hə­bi­nin gö­rü­şü­nü da­ha doğ­ru ola­raq qə­bul edib, di­gə­ri­nin gö­rü­şü­nü isə xə­ta­lı ic­ti­had ola­raq qə­bul edə bi­lər. Am­ma heç bir za­man öz məz­hə­bi­nin gö­rü­şü­nün xə­ta­lı ola bil­mə eh­ti­ma­lı­nı unut­ma­ma­lı, di­gər məz­hə­bin gö­rü­şü­nün də düz­gün ol­ma eh­ti­ma­lı­nı dü­şün­mə­li­dir.

İs­lam ali­mi İmam Bu­xa­ri­nin çox say­da əsər­lə­ri var. Hə­di­si top­la­yan şəxslə­rin şəx­siy­yət­lə­ri­ni an­lat­dı­ğı əsər­də Bu­xa­ri hə­dis möv­zu­sun­da tən­qid­çi­li­yə baş­la­yıb. Onun ma­raq­lı əsər­lə­rin­dən bi­ri Bu­xa­ra va­li­si ilə özü ara­sın­da baş ve­rən mü­ba­hi­sə­ni nəql edən əsə­ri­dir. Əl­bət­tə, Bu­xa­ri­nin əsər­lə­ri ara­sın­da ən önəm­li yer tu­tan və Bu­xa­ri­ni bü­tün dün­ya­da ta­nı­dan, ona şöh­rət qa­zan­dı­ran "Sə­hih-i Bu­ha­ri" de­yə bi­li­nən "Ca­mi­us-Sə­hih" ad­lı əsə­ri­dir. 7275 hə­di­si eh­ti­va edən bu əsər Qu­ra­ni-Kə­rim­dən son­ra mü­ra­ci­ət edi­lə­cək ən eti­bar­lı mən­bə sa­yı­lır. Di­gər ki­tab­la­rı isə bun­lar­dır: "Ta­ri­xüs-sə­ğir", "Ta­ri­xül-kə­bir", Ta­ri­xül-əv­sət", "Əbə­dül-müf­rəd", "Rə­fül-yə­deyn fis-sə­lat", "Xəy­rül-kə­lam fil-qi­ra­at xəl­fə-imam", "Bir­rül-va­li­deyn", "Təf­si­rül-kə­bir lil-Qur­Tan", "Xəl­qu əfa­lil-ibad", "Ki­ta­bül-iləl fil-hə­dis", "Ki­ta­bu müs­nə­dil-kə­bir", "Ki­ta­bül-vuh­dan", "Ki­ta­bül-məb­sut", "Əd-dü­ə­fa".

Bü­tün türk xalqla­rı bu də­yər­li İs­lam ali­mi ilə öyü­nə bi­lər.

Fazil Qaraoğlu

Bakı xəbər.- 2017.- 22 fevral.- S.13