Naxçıvan abidələri Ümumdünya İrsi Siyahısına doğru...

Əh­məd Qə­şə­moğ­lu: "Nax­çı­van abi­də­lə­ri­nin UNES­CO-nun Ümum­dün­ya İr­si Si­ya­hı­sı­na sa­lın­ma­sı zə­ru­ri­dir"

Ən­vər Çin­gi­zoğ­lu: "Siz çox ak­tu­al mə­sə­lə­ni gün­də­mə gə­tir­mi­si­niz"

Qiy­mət Mə­hər­rəm­li: "Dü­şü­nü­rəm ki, abi­də­lər o si­ya­hı­da yer al­sa, Nax­çı­van ta­ri­xi və mə­də­niy­yə­ti də bü­tün dün­ya miq­ya­sın­da ta­nı­na­caq"

 

Yü­zil­lər əv­vəl Nax­çı­van­da in­şa edi­lən qiy­mət­li me­mar­lıq in­ci­lə­ri bu gün öz də­yə­ri və uni­kal­lı­ğı ilə se­çi­lir.  Nax­çı­va­nın müx­tə­lif ya­şa­yış mən­tə­qə­lə­rin­də göz bə­bə­yi ki­mi qo­ru­nan bu abi­də­lər xal­qı­mı­zın mil­li-mə­nə­vi, mə­də­ni irs si­ya­hı­sın­da ön­də da­ya­nır.

Bi­li­rik ki, Azər­bay­ca­nın bir ne­çə dün­ya əhə­miy­yət­li abi­də­si ar­tıq UNES­CO-nun Ümum­dün­ya ir­si si­ya­hı­sı­na sa­lı­nıb və on­lar bə­şə­rin na­dir in­ci­lə­ri ki­mi qo­ru­nur. UNES­CO-nun Ümum­dün­ya İr­si­nə mü­vəq­qə­ti na­mi­zəd si­ya­hı­sı­na bir sı­ra abi­də­lər da­xil edi­lib. UNES­CO-nun Eh­ti­yat Si­ya­hı­sın­da Nax­çı­van abi­də­lə­ri də yer alıb. On­lar­dan XIII əs­rə aid olan Gü­lüs­tan tür­bə­si­nin, Mö­mi­nə Xa­tun abi­də­si­nin, Qa­ra­bağ­lar tür­bə­si­nin, Ata­bəy­lər me­mar­lıq komp­lek­si­nin adı­nı çək­mək olar. Gü­lüs­tan tür­bə­si XIII əsr Azər­bay­can me­mar­lı­ğı­nın ən ma­raq­lı nü­mu­nə­lə­rin­dən bi­ri­dir və Cul­fa ra­yo­nu əra­zi­sin­də yer­lə­şir. Ar­xeo­loq alim­lə­rin ver­di­yi bil­gi­yə gö­rə, Cul­fa ya­xın­lı­ğın­da yer­lə­şən Gü­lüs­tan tür­bə­si isə Azər­bay­can me­mar­la­rı­nın daş sə­nə­ti in­ci­si­dir.

Məş­hur Mö­mi­nə Xa­tun tür­bə­si məş­hur Azər­bay­can me­ma­rı Əcə­mi Nax­çı­va­ni­nin şah əsə­ri və Nax­çı­van-Ma­ra­ğa me­mar­lıq mək­tə­bi­nin ən də­yər­li abi­də­lə­rin­dən bi­ri­dir. Nax­çı­van şə­hə­ri­nin ta­ri­xi mər­kə­zin­də-Ata­bəy­lər me­mar­lıq komp­lek­si­nin tər­ki­bin­də yer­lə­şir. Mö­mi­nə Xa­tun tür­bə­si hə­min komp­leks­dən döv­rü­mü­zə çat­mış ye­ga­nə abi­də­dir.

Əcə­mi Nax­çı­va­ni­nin döv­rü­mü­zə çat­mış ən gö­zəl əsə­ri olan Mö­mi­nə Xa­tun tür­bə­si bu gün də or­ta əsr­lər Nax­çı­van şə­hə­ri­nin əzə­mə­ti­ni əks et­di­rir. Nax­çı­van me­mar­lıq mək­tə­bi­nin, bə­dii me­mar­lıq sə­viy­yə­si­nin gö­zəl nü­mu­nə­si ki­mi şə­hə­rin mər­kə­zin­də yük­sə­lir.

UNES­CO-nun Eh­ti­yat Si­ya­hı­sın­da yer alan Nax­çı­van abi­də­lə­rin­dən bi­ri də Qa­ra­bağ­lar tür­bə­si­dir. Abi­də Azər­bay­can or­ta əsr me­mar­lı­ğı­nın qiy­mət­li ya­di­gar­la­rın­dan bi­ri ol­maq­la, Nax­çı­van əra­zi­sin­də, Qa­ra­bağ­lar kən­din­də yer­lə­şir. Bu komp­lek­sə da­xil olan qo­şa mi­na­rə­lə­rin XII əs­rin axır­la­rın­da və ya XIII əs­rin əv­vəl­lə­rin­də ti­kil­mə­si gü­man edi­lir. Bu iki mi­na­rə­ni bir-bi­ri­nə bağ­la­yan por­tal qu­ru­lu­şu isə XIV əs­rə aid qu­ru­luş­dur.

Ata­bəy­lər me­mar­lıq komp­lek­si də Eh­ti­yat Si­ya­hı­da yer alır. Ata­bəy­lər me­mar­lıq komp­lek­si Nax­çı­van şə­hə­rin­də yer­lə­şən, şə­hər Ata­bəy­lə­rin pay­tax­tı olan za­man əsa­sı qo­yul­muş nə­həng abi­də­dir. Komp­lek­sə Ata­bəy hökm­dar­la­rı­nın sa­ra­yı, Di­van­xa­na, Cü­mə Məs­ci­di, Mö­mi­nə Xa­tun tür­bə­si, Məd­rə­sə, gi­riş baş­ta­ğı və di­gər yar­dım­çı bi­na­lar da­xil olub. Döv­rü­mü­zə komp­leks­dən yal­nız Mö­mi­nə Xa­tun tür­bə­si ça­tıb.

Nax­çı­van abi­də­lə­ri­nin UNES­CO-nun Ümum­dün­ya İr­si Si­ya­hı­sı­na sa­lın­ma­sı ar­tıq gü­nün zə­ru­rə­ti ki­mi mey­da­na çı­xıb. Dü­şü­nü­rük ki, bu abi­də­lər bir­ba­şa qo­ru­nan abi­də­lər si­ya­hı­sı­na sa­lı­na­caq.

"Bu abi­də­lər bö­yük ta­ri­xi dövr­lə­ri özün­də əha­tə edir"

Pro­fes­sor Əh­məd Qə­şə­moğ­lu bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, Nax­çı­van abi­də­lə­ri yal­nız yer­li əhə­miy­yə­tə ma­lik de­yil, on­lar dün­ya miq­yas­lı abi­də­lər­dir: "Nax­çı­van qə­dim di­yar­dır. O tək­cə tə­biə­ti ilə de­yil, həm də möh­tə­şəm abi­də­lə­ri ilə zən­gin­dir. Bu abi­də­lə­rin yal­nız Azər­bay­can sə­viy­yə­sin­də de­yil, dün­ya miq­ya­sın­da mü­ha­fi­zə edil­mə­si­nə eh­ti­yac var. Nax­çı­van abi­də­lə­ri­nin UNES­CO-nun Ümum­dün­ya İr­si Si­ya­hı­sı­na sa­lın­ma­sı zə­ru­ri­dir. Bu abi­də­lər bö­yük ta­ri­xi dövr­lə­ri özün­də əha­tə edir. Hər abi­də bir bə­şər ir­si­dir. Bu gün Nax­çı­van­da elə abi­də­lər var ki, on­lar haq­qın­da bü­tün dün­ya xə­bər tut­ma­lı­dır. On­lar dün­ya mə­də­niy­yə­ti­nin bir his­sə­si­dir. Gö­rün bu abi­də­lər han­sı dövr­lər­də in­şa edi­lib, on­la­rı kim­lər in­şa et­di­rib. Azər­bay­ca­nın döv­lət­çi­lik, mə­də­niy­yət ta­ri­xin­də bö­yük iz­lər qo­yan şəx­siy­yət­lə­rin tik­dir­di­yi bu abi­də­lə­rin dün­ya üçün əhə­miy­yə­ti bö­yük­dür. On­lar dün­ya­ya bö­yük bir si­vi­li­za­si­ya haq­qın­da zən­gin mə­lu­mat­lar ve­rir. He­sab edi­rəm ki, ya­xın vaxt­lar­da on­lar Eh­ti­yat Si­ya­hı­dan çı­xa­rı­la­raq re­al şə­kil­də qo­ru­nan abi­də­lər si­ya­hı­sı­na sa­lı­na­caq. Çün­ki bu­na zə­ru­rət ya­ra­nıb. Mö­mi­nə Xa­tun tür­bə­si də, Qa­ra­bağ­lar tür­bə­si də, di­gər abi­də və komp­leks­lər də dün­ya sə­viy­yə­sin­də qo­run­ma­lı­dır".

"Bil­di­yim qə­dər, bir sı­ra Nax­çı­van abi­də­lə­ri hə­lə 2001-ci il­dən..."

Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın Ar­xeo­lo­gi­ya və Et­noq­ra­fi­ya İns­ti­tu­tu­nun dok­to­ran­tı, jur­na­list-et­noq­raf Ən­vər Çin­gi­zoğ­lu "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da bil­dir­di ki, o  bir təd­qi­qat­çı ki­mi Nax­çı­va­nın folk­lor və et­noq­ra­fi­ya­sı­nı, o cüm­lə­dən də zən­gin abi­də­lə­ri­ni öy­rə­nib. Təd­qi­qat­çı­nın fik­rin­cə, Nax­çı­van əra­zi­sin­də yer­lə­şən bü­tün abi­də­lə­rin, Azər­bay­can­la ya­na­şı, bü­tün dün­ya üçün də də­yə­ri əvəz­siz­dir: "Siz çox ak­tu­al mə­sə­lə­ni gün­də­mə gə­tir­mi­si­niz. Bil­di­yim qə­dər, bir sı­ra Nax­çı­van abi­də­lə­ri hə­lə 2001-ci il­dən UNES­CO-nun Eh­ti­yat Si­ya­hı­sı­na sa­lı­nıb. Am­ma çox ar­zu edər­dim ki, o abi­də­lər bir­ba­şa qo­ru­nan mad­di irs si­ya­hı­sı­na sa­lın­sın. Dü­şü­nü­rəm ki, bu re­al­la­şa­caq. Mən təd­qi­qat sa­həm­lə əla­qə­dar ola­raq Nax­çı­van­da ol­mu­şam, o abi­də­lə­rin hər bi­ri ilə ya­xın­dan ta­nı­şam. Düz­dür, əsa­sən Nax­çı­van et­noq­ra­fi­ya­sı­nı araş­dır­mı­şam, an­caq ar­xeo­lo­gi­ya­ya da bi­ga­nə qal­ma­mı­şam. Kən­gər­li və di­gər qə­dim türk tay­fa­la­rı­nın ta­ri­xi­ni, hə­yat və məi­şə­ti­ni, on­la­rın döv­lət­çi­lik ta­ri­xi­miz­də oy­na­dı­ğı ro­lu öy­rən­mi­şəm. Nax­çı­van abi­də­lə­ri­nin hə­rə­si bir döv­rün si­lin­məz iz­lə­ri­ni özün­də eh­ti­va edir de­səm ya­nıl­ma­ram. Bu­ra­da elə abi­də­lər var ki, on­la­rı bü­tün dün­ya ta­nı­ma­lı, gör­mə­li­dir".

Ə.Çin­gi­zoğ­lu bil­dir­di ki, Nax­çı­van abi­də­lə­ri əzə­mət­li me­mar­lıq zən­gin­li­yi ilə ya­na­şı, qə­dim ta­ri­xi­mi­zin, möh­tə­şəm döv­lət­çi­lik ənə­nə­lə­ri­mi­zin, yük­sək mə­də­niy­yə­ti­mi­zin gös­tə­ri­ci­si­dir. Onun fik­rin­cə, dün­ya miq­ya­sın­da ta­ri­xi­mi­zi, mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zi əks et­di­rən ta­rix və me­mar­lıq abi­də­lə­ri­nin öy­rə­nil­mə­si, təb­li­ği, qo­run­ma­sı və gə­lə­cək nə­sil­lə­rə çat­dı­rıl­ma­sı va­cib­dir. O qeyd et­di ki, ar­tıq Hey­dər Əli­yev Fon­du tə­rə­fin­dən qə­dim di­ya­rı­mız­da olan bö­yük əhə­miy­yə­tə ma­lik ta­ri­xi me­mar­lıq abi­də­lə­ri­nin bir qis­mi UNES­CO-nun Ümum­dün­ya İr­si Si­ya­hı­sı­na sa­lı­nıb. O he­sab edir ki, Nax­çı­van abi­də­lə­ri də ta­ri­xi-mə­də­ni irs ki­mi bu si­ya­hı­da ha­lal ye­ri­ni tu­ta­caq.

"Nax­çı­va­nın bə­şər ta­ri­xin­də ay­rı­ca ye­ri var"

Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın Folk­lor İns­ti­tu­tu­nun əmək­da­şı, fi­lo­lo­gi­ya üz­rə fəl­sə­fə dok­to­ru Qiy­mət Mə­hər­rəm­li də Nax­çı­van abi­də­lə­ri­nin UNES­CO-nun Ümum­dün­ya İr­si Si­ya­hı­sı­na sa­lın­ma­sı­na tə­rəf­dar­dır. Ali­min fik­rin­cə, UNES­CO-nun bə­şər miq­ya­sın­da qo­ru­nan abi­də­lə­ri sı­ra­sın­da Nax­çı­van me­mar­lı­ğı­nın in­ci­lə­ri­nin də yer al­ma­sı va­cib hal­dır: "Mə­lum ol­du­ğu ki­mi, UNES­CO abi­də­lə­rin mü­ha­fi­zə­si mə­sə­lə­lə­ri­nə xü­su­si diq­qət ye­ti­rir. Azər­bay­ca­nın bir sı­ra ta­ri­xi əhə­miy­yə­tə ma­lik abi­də­lə­ri ar­tıq bə­şər alə­mi­nin abi­də­si ki­mi mü­ha­fi­zə edi­lir. Ta­rix və mə­də­niy­yət abi­də­lə­ri­miz xal­qı­mı­zın mi­nil­lik­lər bo­yu bu tor­paq­lar­da ya­şa­dı­ğı­nı sü­but edən, mad­di və mə­nə­vi hə­ya­tı­mı­zın, ta­ri­xi­mi­zin daş­laş­mış ya­di­gar­la­rı­dır. Bu daş ya­di­gar­lar həm bi­zə, həm də dün­ya­ya gə­rək­dir. Qə­dim in­san məs­kə­ni ki­mi Nax­çı­va­nın bə­şər ta­ri­xin­də ay­rı­ca ye­ri var. Dü­şü­nü­rəm ki, abi­də­lər o si­ya­hı­da yer al­sa, Nax­çı­van ta­ri­xi və mə­də­niy­yə­ti də bü­tün dün­ya miq­ya­sın­da ta­nı­na­caq.

Azər­bay­ca­nın sa­biq Pre­zi­den­ti, müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı­nın me­ma­rı Hey­dər Əli­ye­vin ma­raq­lı bir kə­la­mı var: "Ta­rix və mə­də­niy­yət abi­də­lə­ri xal­qın mil­li sər­və­ti­dir". Giz­lin de­yil, son il­lər ta­rix və mə­də­niy­yət abi­də­lə­ri­mi­zin bər­pa­sı­na döv­lət sə­viy­yə­sin­də diq­qət və qay­ğı gös­tə­ri­lir. Öl­kə­miz­də­ki dün­ya əhə­miy­yət­li abi­də­lə­rin bir ne­çə­si UNES­CO-nun Dün­ya Mə­də­ni İr­si Si­ya­hı­sı­na sa­lı­nıb. Qeyd et­di­yim ki­mi, Azər­bay­ca­nın, o cüm­lə­dən dün­ya­nın qə­dim ya­şa­yış və mə­də­niy­yət mər­kəz­lə­rin­dən bi­ri olan Nax­çı­van min il­lə­rin ta­ri­xi­ni ya­şa­dan qə­dim ya­şa­yış yer­lə­ri ba­xı­mın­dan səy­yah­la­rı, alim­lə­ri, təd­qi­qat­çı­la­rı özü­nə cəlb edən bir mə­kan ki­mi ta­nı­nıb. Bu­ra­da qə­dim ma­ğa­ra­lar, qa­la­lar, qə­dim ya­şa­yış yer­lə­ri, qa­ya­üs­tü rəsm­lər, daş qoç hey­kəl­lə­ri və tür­bə­lər bu tor­paq­da ta­ri­xi mə­də­niy­yət nü­mu­nə­lə­ri­dir.  Gə­mi­qa­ya abi­də­si Nax­çı­va­nın il­kin ya­şa­yış məs­kə­ni ol­ma­sı­nı el­mi və ta­ri­xi əsas­lar­la təs­diq et­mək­lə xal­qı­mı­zın ən qə­dim dövr in­cə­sə­nə­ti­ni, mə­nə­vi və mad­di mə­də­niy­yət nü­mu­nə­lə­ri­ni bu gü­nə da­şı­yan əvəz­siz ta­ri­xi abi­də­dir. Nax­çı­van əra­zi­sin­də möv­cud olan Qaz­ma ma­ğa­ra­sı, "Əs­ha­bi-Kəhf" Zi­ya­rət­ga­hı di­ni-mə­də­ni abi­də komp­lek­si, Ki­lit ma­ğa­ra­sı, I və II Kül­tə­pə, Xa­ra­ba­gi­lan, Qu­yu­lu dağ, Qa­ra­bağ­lar tür­bə komp­lek­si, Mö­mi­nə Xa­tun, Yu­sif Kü­se­yi­roğ­lu, Gü­lüs­tan tür­bə­lə­ri, Əlin­cə qa­la­sı, Qı­zıl­bu­run, Qız­qa­la, Ov­çu­lar tə­pə­si, Oğ­lan­qa­la, Xə­ləc, Nax­çı­van­qa­la, ta­ri­xi tə­bi­ət abi­də­lə­rin­dən Ha­ça­dağ, Duz­dağ, Ba­ta­bat, Ba­bək qa­la­sı, Də­və­boy­nu və yüz­lər­lə baş­qa abi­də keç­miş­dən qa­lan ta­ri­xi yad­da­şı­mız­dır.

Bi­lir­si­niz ki, üzü­mü­zə gə­lən il Nax­çı­van İs­lam Mə­də­niy­yə­ti Pay­tax­tı funk­si­ya­sı­nı ye­ri­nə ye­ti­rə­cək. Dü­şü­nü­rəm ki, hə­min dövr­də Nax­çı­va­na çox­lu say­da tu­rist gə­lə­cək. O tu­rist­lər in­di də gə­lir. On­lar bu abi­də­lə­rə bö­yük sev­gi və hə­səd­lə ba­xır. On­lar bu abi­də­lə­rin tim­sa­lın­da bu qə­dim yur­dun ta­ri­xi keç­mi­şi haq­qın­da mə­lu­mat alır".

"Əl­bət­tə, bu ta­ri­xi la­zı­mi sə­viy­yə­də təq­dim et­mə­li­yik"

Q.Mə­hər­rəm­li bil­dir­di ki, ha­zır­da Şə­ki Xan Sa­ra­yı­nın UNES­CO-nun Ümum­dün­ya İr­si Si­ya­hı­sı­na sa­lın­ma­sı re­al­laş­maq üz­rə­dir. O he­sab edir ki, Şə­ki Xan Sa­ra­yın­dan son­ra Nax­çı­van abi­də­lə­ri­nin bu si­ya­hı­ya sa­lın­ma­sı ar­zue­di­lən­dir: "Dü­şü­nü­rəm ki, ar­tıq UNES­CO eks­pert­lə­ri Nax­çı­va­nın zən­gin me­mar­lıq abi­də­lə­ri ilə ta­nış­dır. Bu abi­də­lər an­caq gö­zəl me­mar­lı­ğı­na gö­rə se­çil­mir, həm də ta­ri­xi əhə­miy­yə­ti­nə gö­rə diq­qət­də­dir. Hər daş par­ça­sı bir ta­rix­dir. Əl­bət­tə, bu ta­ri­xi la­zı­mi sə­viy­yə­də təq­dim et­mə­li­yik. Qa­ra­bağ­lar tür­bə­si bir aləm­dir. Mö­mi­nə Xa­tun abi­də­si­nin isə dün­ya­da ana­lo­qu yox­dur. Bü­tün qə­dim xalq­lar ki­mi, biz də öz abi­də­lə­ri­mi­zi dün­ya miq­ya­sı­na çı­xar­ma­lı­yıq. Çün­ki bu za­ma­nın tə­lə­bi­dir. Biz o abi­də­lə­ri nə qə­dər yük­sək sə­viy­yə­də qo­ru­saq da, on­la­rın bə­şər mə­də­niy­yə­ti­nin in­ci­si ki­mi qo­run­ma­sı da­ha yax­şı olar­dı. Bu həm də on­la­rın dün­ya­da ta­nı­dıl­ma­sı de­mək­dir".

Alim he­sab edir ki, Nax­çı­van abi­də­lə­ri­nin hər bi­ri ay­rı­lıq­da UNES­CO-nun Ümum­dün­ya İr­si Si­ya­hı­sı­na sa­lın­ma­lı­dır.

İradə SARIYEVA

Bakı  xəbər.- 2017.- 5 iyul.- S.10.