Tarixdə iz buraxanlar: Leonardo da Vinçi

Leo­nar­do da Vin­çi 15 ap­rel 1452-ci il­də Ar­no ça­yı va­di­sin­də­ki Vin­çi şə­hə­ri ya­xın­lı­ğın­da An­kia­no Mes­ser Pye­ro və Ka­te­ri­na ad­lı sa­də kənd­li­nin öv­la­dı ola­raq dün­ya­ya gə­lib. Leo­nar­do­nun ba­ba­sı An­to­nio da Vin­çi­nin öz gün­də­li­yin­də et­di­yi qeyd be­lə səs­lə­nir: "Şən­bə gü­nü, 15 ap­rel­də ge­cə sa­at 3-də nə­vəm ana­dan ol­du. Uşa­ğa Leo­nar­do adı­nı qoy­dum. Onu oğ­lum Pye­ro xaç su­yu­na çək­di..." Leo­nar­do 16 ya­şı­na çat­dıq­da ata­sı Pye­ro ai­lə­si ilə bir­lik­də Flo­ren­si­ya­ya kö­çüb.

İn­ti­bah rəs­sam­la­rı­nın bi­oq­ra­fı Va­za­ri tə­rə­fin­dən nəql olu­nan əf­sa­nə­yə gö­rə, bir də­fə ta­nış kənd­li dai­rə­vi qal­xan dü­zəl­də­rək Pye­ro­ya gə­ti­rib və içi­nə rəsm çək­dir­mək üçün rəs­sam tap­ma­ğı on­dan xa­hiş edib. Pye­ro qal­xa­nı öz oğ­lu­na ve­rib, Leo­nar­do isə qal­xan üzə­rin­də Me­du­za qor­qo­na­nın ba­şı­nı təs­vir et­mək qə­ra­rı­na gə­lib və bu­nun üçün kər­tən­kə­lə, ilan, çə­yirt­kə, ya­ra­sa və di­gər hey­van­lar­dan is­ti­fa­də edə­rək qor­xunc və iy­rənc bəd­hey­bət şək­li ya­ra­dıb. Nə­ti­cə Leo­nar­do­nun göz­lə­di­yin­dən də ar­tıq olub. İlk də­fə təs­vi­ri gö­rən ata­sı qey­ri-adi hiss­lər ke­çi­rə­rək kənd­li­yə üzə­rin­də ox­la də­lin­miş ürək təs­vi­ri olan bir qal­xan ve­rib, Leo­nar­do­nun ya­rat­dı­ğı Me­du­za qal­xa­nı­nı isə Flo­ren­si­ya­da yük­sək qiy­mə­tə sa­tıb.                

1466-cı il­də Leo­nar­do 14 ya­şın­da ikən Ve­rok­kio adı ilə ta­nı­nan rəs­sam An­drea di Çio­ne­nin Flo­ren­si­ya­da ən yax­şı sa­yı­lan ema­lat­xa­na­sın­da şa­gird­li­yə baş­la­yıb. Ema­lat­xa­na­nın İta­li­ya­nın hə­min dövr­də­ki in­tel­lek­tu­al mər­kə­zi Flo­ren­si­ya­da yer­ləş­mə­si Leo­nar­do­nun in­ki­şa­fın­da bö­yük rol oy­na­yıb: o, tək­cə hu­ma­ni­tar bi­lik­lə­rə yi­yə­lən­mə­yib, həm­çi­nin rəsm­xətt, kim­ya, me­tal­lur­gi­ya, me­tal­la, qips­lə və də­ri ilə iş­lə­mə, me­xa­ni­ka və dül­gər­lik ki­mi bə­zi tex­ni­ki ba­ca­rıq­lar əl­də edib, rəsm və hey­kəl­tə­raş­lıq­la məş­ğul olub.

1472-ci il­də 20 yaş­lı Leo­nar­do da Vin­çi rəs­sam və hə­kim­lə­rin gil­di­ya­sı sa­yı­lan Mü­qəd­dəs Lu­ka gil­di­ya­sın­da us­ta təs­ni­fa­tı­nı əl­də edib. Ata­sı­nın Leo­nar­do üçün ema­lat­xa­na aç­ma­sı­na bax­ma­ya­raq, onun Ve­rok­kio ilə bağ­lı­lı­ğı bit­mə­yib və öz mü­əl­li­mi ilə əmək­daş­lı­ğa da­vam edib.

Ve­rok­kio­nun ema­lat­xa­na­sın­da­kı rəsm iş­lə­ri­nin bir ço­xu onun tə­lə­bə­lə­ri tə­rə­fin­dən gö­rü­lür­dü. Va­za­ri­nin yaz­dı­ğı­na gö­rə, Ve­rok­kio­nun "Mə­si­hin vaf­ti­zi" rəs­mi­nin ya­ra­dıl­ma­sın­da Leo­nar­do da iş­ti­rak edib: gənc rəs­sa­ma İsa pey­ğəm­bə­rin ge­yi­mi­ni sax­la­yan mə­lə­yi çək­mək tap­şı­rıl­mış­dı. Be­lə­lik­lə, rəsm­də­ki 2 mə­lək­dən bi­ri­ni Ve­rok­kio, di­gə­ri­ni isə Leo­nar­do ya­ra­dıb. Va­za­ri­nin id­dia­sı­na gö­rə, şa­gir­di­nin özün­dən da­ha güc­lü ol­du­ğu­nu gö­rən Ve­rok­kio fır­ça­sı­nı ye­rə qo­yub və bir da­ha rəs­sam­lıq­la məş­ğul ol­ma­yıb.

Öm­rü­nün il­kin il­lə­rin­də Flo­ren­si­ya­da ya­şa­yıb-ya­ra­dan Leo­nar­do da Vin­çi son­ra­lar ay­rı-ay­rı hökm­dar­la­rın sa­ray­la­rın­da ya­şa­ya­raq möh­tə­şəm ix­ti­ra­lar irə­li sü­rüb. Fə­qət heç ki­min onun bu ix­ti­ra­la­rı­nı ba­şa düş­mə­di­yi­ni an­la­yıb, bir müd­dət də­rin mə­yus­lu­ğa qa­pı­lıb. Bu mə­yus­lu­ğu za­ma­nı Fran­sa kra­lı I Fran­sisk­dən də­vət alıb və Fran­sa­ya kö­çə­rək öm­rü­nün so­nu­na qə­dər bu­ra­da ya­şa­yıb-ya­ra­dıb.

"İn­ti­bah in­san"ın pro­to­ti­pi ki­mi ha­mı­nın yax­şı ta­nı­dı­ğı Leo­nar­do da Vin­çi­nin el­mə olan son­suz hə­və­si və hey­rə­ta­miz ix­ti­ra­çı­lıq-ya­ra­dı­cı­lıq is­te­da­dı Av­ro­pa in­ti­ba­hı­nın əsas hə­rə­kət­ve­ri­ci qüv­və­si­nə çev­ri­lib, bü­tün dövr­lə­rin ən bö­yük rəs­sa­mı və çox­çe­şid­li qa­bi­liy­yə­tə ma­lik ən is­te­dad­lı şəx­siy­yə­ti ki­mi qə­bul olu­nub.

Leo­nar­dao da Vin­çi­nin rəsm əsər­lə­rin­dən ən məş­hur­la­rı tək­ra­ro­lun­maz Mo­na Li­za por­tre­ti və "Giz­li Şam ye­mə­yi" əsə­ri­dir. Yal­nız və yal­nız Mi­ke­lan­ce­lo­nun ya­rat­dı­ğı Adə­min Ya­ra­dı­lı­şı əsə­ri bu iki əsə­rə bə­ra­bər tu­tu­lur. Leo­nar­do­nun ya­rat­dı­ğı "Vit­ru­vi­an İn­san" əsə­ri də bu ka­te­qo­ri­ya­lı rəsm əsər­lə­ri­nə da­xil edi­lir.

Tə­əs­süf­lər ol­sun ki, müa­sir gü­nü­mü­zə bu da­hi rəs­sa­mın cə­mi 15 rəsm əsə­ri gə­lib ça­tıb. Fə­qət bu az­say­lı rəsm əsər­lə­ri da Vin­çi­nin el­mi di­aq­ram­lar, ciz­gi­lər və rəs­sam­lı­ğın nə­zə­ri əsas­la­rı­na aid fi­kir­lə­rin əks olun­du­ğu şəx­si əl­yaz­ma­la­rı son­ra­kı nə­sil­lər üçün mi­sil­siz el­mi mən­bə ro­lu­nu oy­na­yıb.

Leo­nar­do da Vin­çi bir mü­hən­dis ki­mi də o dövr in­san­la­rı­nın qav­ra­ya bil­mə­yə­cə­yi, yal­nız bir ne­çə əsr son­ra bə­şə­riy­yə­tin tam yi­yə­lə­nə­cə­yi ol­duq­ca mü­rək­kəb ix­ti­ra­lar edib. Onun ver­tol­yot, tank, kon­sen­trə edi­lən gü­nəş ener­ji­si, kal­kul­ya­tor, iki­kor­pus­lu gə­mi və s. mü­rək­kəb tex­no­lo­gi­ya­la­rı hə­lə XVI əsr­də kon­sep­ya­laş­dır­ma­sı və pli­tə­lə­rin tek­to­ni­ka­sı haq­qın­da irə­li sür­dü­yü ib­ti­dai fi­kir­lər onun son­suz du­ha­sın­dan xə­bər ve­rir. Ad­la­rı­nı sa­da­la­dı­ğı­mız kon­sep­si­ya­la­rın ək­sə­riy­yə­ti onun sağ­lı­ğın­da nə­in­ki hə­ya­ta ke­çi­ril­mə­yib, hət­ta müa­sir­lə­ri tə­rə­fin­dən qav­ra­nıl­ma­yıb.

Leo­nar­do da Vin­çi ana­to­mi­ya, mü­hən­dis­lik, op­ti­ka və hid­ro­di­na­mi­ka elm­lə­ri­ni də mü­kəm­məl sə­viy­yə­də bi­lib və bu elm­lə­rin in­ki­şa­fı­na bö­yük töh­fə­lər ve­rib.

Bir ne­çə il bun­dan əv­vəl dün­ya­nın bir çox öl­kə­lə­ri­nin və­tən­daş­la­rı­nın qa­tıl­dı­ğı ge­niş rəy sor­ğu­sun­da be­lə qə­naə­tə gə­li­nib ki, ikin­ci mi­nil­li­yin ən bö­yük şəx­siy­yə­ti ita­li­ya­lı Leo­nar­do da Vin­çi olub. Tə­sa­dü­fi de­yil. Əsa­sən rəs­sam olan və "Mo­na Li­za" əsə­ri­nin mü­əl­li­fi ki­mi ta­nı­nan Leo­nar­do da Vin­çi za­ma­nı qa­baq­la­yan uni­kal bir zə­ka sa­hi­bi ola­raq bu gün də mil­yon­la­rı hey­rə­tə gə­ti­rir.

Leo­nar­do da Vin­çi­nin bir in­san ki­mi qə­ri­bə­lik­lə­ri də çox olub. Bu qə­ri­bə­lik­lər­dən bi­ri be­lə qə­lə­mə alı­nıb: "O, ba­zar­la­rı gə­zir, qa­zan­cı­nın az ol­ma­sı­na bax­ma­ya­raq, quş sa­tı­lan yer­lər­də quş­la­rı qə­fəs­dən çı­xa­rır, pu­lu­nu ödə­yib azad edər­di".

Tez­lik­lə is­te­dad­lı bir rəs­sam ki­mi ta­nı­nan Leo­nar­do 1482-1499-cu il­lər­də Mi­lan­da Her­soq Lü­do­vik Sfort­sa­nın ya­nın­da hər­bi mü­hən­dis, ar­xi­tek­tor, hey­kəl­ta­raş və rəs­sam ola­raq iş­lə­yib. Sfort­sa İta­li­ya­da ti­ran ki­mi ta­nı­nır­dı. Onu heç kəs sev­mir­di, am­ma qor­xu­dan onun­la he­sab­la­şır­dı­lar. Bu­ra­da­kı iş Leo­nar­do­nu da tə­min et­mə­yib­sə də, o, Sfort­sa­nın si­fa­ri­şi ilə "Giz­li şam ye­mə­yi" əsə­ri üzə­rin­də iş­lə­mə­yə baş­la­yıb. Rəsm­də İsa pey­ğəm­bər­lə hə­va­ri­lə­rin son söh­bə­ti təs­vir olu­nur. Pey­ğəm­bər ora­da bil­di­rir ki, hə­va­ri­lə­rin bi­ri sat­qın­dır. Tə­bii ki, bu söz­lər ay­rı-ay­rı si­fət­lər­də fərq­li emo­si­ya­lar oya­dır. Da Vin­çi bu­ra­da öz uni­kal ba­ca­rı­ğı­nı gös­tə­rib. Rəsm­də sat­qın Lu­da da yer alır. Bu­nu gö­rən Her­soq Sfort­sa: "Sən ta­ma­mi­lə düz­gün se­çim et­mi­sən" - de­yib.

Leo­nar­do da Vin­çi sə­nət­də sfu­ma­to (ital­yan­ca-tüs­tü ki­mi yox olan) prin­si­pi­nin ya­ra­dı­cı­sı­dır. Bu üsul­la çə­ki­lən şə­kil­lər­də rəng­lər san­ki bir-bi­rin­də həll olu­nur, də­qiq sər­həd ya­ran­mır. Hə­yat­da ol­du­ğu ki­mi hər şey ya­yı­lır, bi­ri di­gə­ri­nə nü­fuz edir. Da Vin­çi şə­kil çə­kən­də qəs­dən iş­lə­di­yi ota­ğı tüs­tü ilə dol­du­rar­dı ki, tüs­tü bu­run­la­rın­da, to­pa­lar­da ob­raz­lar tap­sın. Məhz sfu­ma­to prin­si­pi nə­ti­cə­sin­də Co­kon­da­nın par­laq tə­bəs­sü­mü öz tə­cəs­sü­mü­nü ta­pır. O elə çə­ki­lib ki, şək­lə ba­xan­da fo­kus nöq­tə­sin­dən ası­lı ola­raq Mo­na Li­za bə­zən nə­va­ziş və şəf­qət­lə gü­lür, bə­zən­sə qə­zəb­lə diş­lə­ri­ni qı­ca­yır. Əsə­rin üçün­cü mö­cü­zə­si odur ki, Mo­na Li­za san­ki di­ri­dir.

Leo­nar­do da Vin­çi­nin bi­oq­ra­fi­ya ya­za­rı ya­zır ki, bu əsər kon­kret si­fa­riş­lə çə­ki­lib: "Leo­nar­do fır­ça­ya sa­rı­lıb Fran­çes­ko del Co­kon­de üçün onun ar­va­dı Mo­na Li­za­nın por­tre­ti­ni çək­mə­yə baş­la­yıb, bu əsə­rin üzə­rin­də dörd il iş­lə­yib. Bu por­tret ha­zır­da Fran­sa kra­lı­nın kol­lek­si­ya­sın­da­dır".

Nə­dən­sə, Leo­nar­do da Vin­çi­nin bü­tün rəsm­lə­rin­də qa­dın­lar sir­li bir tərz­də gü­lüm­sə­yir­lər. Bu tə­bəs­süm və ya­rım­tə­bəs­süm­lə­ri ki­şi rəsm­lə­rin­də də gör­mək olar. "İsa pey­ğəm­bə­rin xaç su­yu­na çə­kil­mə­si" rəs­min­də Yəh­ya pey­ğəm­bər xa­çı - gə­lə­cək çar­mı­xın sim­vo­lu­nu gös­tə­rə­rək gü­lür. Ma­don­na Li­za qıv­rım­saç­lı, gə­lə­cə­yin pey­ğəm­bə­ri ola­caq kör­pə­nin üzə­ri­nə əyi­lib gü­lüm­sə­yir. Mo­na Li­za gü­lür. Onun gü­lü­şü haq­qın­da cild­lər­lə ki­tab­lar ya­zı­lıb. Araş­dır­ma­çı­lar bir mə­sə­lə­də həm­rəy­dir: bun­lar adi gü­lüş de­yil, bö­yük sir­lə­ri bi­lən­lə­rin gü­lü­şü­dür.

Çox da uzaq ol­ma­yan keç­miş­də İs­tan­bul­da Top­qa­pı sa­ra­yın­da bir və­rəq ta­pı­lıb. Bu­ra­da Leo­nar­do da Vin­çi­nin türk sul­ta­nı II Bə­ya­zi­də mək­tu­bu və onun tər­cü­mə­si var. Mək­tu­bun 1502 və ya 1503-cü il­də ya­zıl­dı­ğı gü­man edi­lir. Bu­ra­da Leo­nar­do sul­ta­na bir ne­çə ix­ti­ra­sı­nı təq­dim edir. Bun­la­rın sı­ra­sın­da bö­yük bir kör­pü la­yi­hə­si də var. O vaxt flo­ren­si­ya­lı­lar­la türk­lər ara­sın­da gö­zəl mü­na­si­bət­lər var­dı. Da Vin­çi sul­ta­na ya­zır: "Eşit­mi­şəm İs­tan­bul­la Qa­la­ta­nı bir­ləş­di­rən kör­pü tik­dir­mək is­tə­yir­si­niz, am­ma ba­ca­rıq­lı us­ta ta­pa bil­mir­si­niz..." Leo­nar­do Da Vin­çi al­tın­dan yel­kən­li gə­mi­lə­rin ra­hat­lıq­la ke­çə­cə­yi bö­yük bir kör­pü­nün öl­çü­lə­ri­ni qeyd ki­tab­ça­sın­da be­lə ve­rib: eni 40 dir­sək, su­dan hün­dür­lü­yü 70 dir­sək, uzun­lu­ğu 600 dir­sək - bu­nun 400-ü su üzə­rin­də, 200-ü qu­ru­da ol­ma­lı­dır. Bu ya­zı­da kör­pü­nün cız­ma­qa­ra­sı da var. O vaxt bir Flo­ren­si­ya dir­sə­yi 0,586 metr olub. Be­lə­lik­lə, kör­pü­nün öl­çü­lə­ri be­lə ol­ma­lı idi: eni 23,75 metr, su­dan hün­dür­lü­yü 40,852 metr, uzun­lu­ğu 350 metr. Bu la­yi­hə o vaxt hə­ya­ta keç­mə­yib. Am­ma 500 il son­ra - cə­mi bir ne­çə il bun­dan əv­vəl Nor­veç­də bu la­yi­hə ilə möh­tə­şəm bir kör­pü ti­ki­lib. Kör­pü­nün tə­şəb­büs­ka­rı olan Veb­yurn Sand ya­zır ki, gö­zəl­li­yi­nə gö­rə Da Vin­çi­nin la­yi­hə­si çox ca­zi­bə­dar­dır. Onun ya­nın­da XX əs­rin yet­mi­şin­ci il­lə­ri­nin la­yi­hə­lə­ri köh­nə dəb­li gö­rü­nür.

Leo­nar­do da Vin­çi­nin ma­raq dai­rə­si uni­ver­sal olub. Bu­ra­ya rəs­sam­lıq, hey­kəl­tə­raş­lıq, ar­xi­tek­tu­ra, pi­ro­tex­ni­ka, hər­bi və mül­ki mü­hən­dis­lik, ri­ya­zi və tə­bii elm­lər, tibb və mu­si­qi da­xil idi. Quş­la­rın ne­cə uç­ma­sı­nı araş­dı­ran Leo­nar­do da Vin­çi hət­ta uç­maq qə­ra­rı­na gəl­miş­di. Bu­nun üçün o, qa­nad­lar da dü­zəlt­miş­di. Uçuş Qu da­ğı ad­la­nan yer­də baş tut­ma­lı idi. Yə­qin ki, Qərb Re­nes­san­sı­nın da­hi­si on­dan har­da­sa beş yüz il əv­vəl - düz 1000-ci il­də Ni­şa­pur­da məs­ci­din gün­bə­zi­nə çı­xıb dü­zəlt­di­yi ci­haz­la quş ki­mi uç­ma­ğa cəhd edən və yı­xı­lıb ölən dil­şü­nas və ix­ti­ra­çı əl-Cöv­hə­ri haq­qın­da eşi­dib­miş... Ye­ri gəl­miş­kən, XV əsr­də ano­nim fran­sız rəs­sa­mı­nın çək­di­yi bir rəsm­də İsa pey­ğəm­bə­rin ça­ğa vax­tı fır­tı­na ilə oy­na­ma­sı təs­vir olu­nur. Üç ya­rus­da yer­lə­şən lü­lə­lər­dən bi­ri atan­da o bi­ri so­yu­ma­lı, üçün­cü cər­gə isə dol­du­rul­ma­lı idi. Bu, av­to­ma­tik si­lah­la­rın və ra­ket qur­ğu­la­rı­nın sə­lə­fi idi. Bun­dan baş­qa o, ver­tol­yo­tun, su­al­tı qa­yı­ğın, ska­fan­drın, del­tap­la­nın, hət­ta ve­lo­si­pe­din be­lə çer­tyo­ju­nu çək­miş­di.

De­yi­lə­nə gö­rə, rəs­sa­mın mü­səl­man ana­sı­nın və­tə­ni Cə­nu­bi Qaf­qaz dağ­la­rı və Xə­zər də­ni­zi ara­sın­da yer­lə­şən Azər­bay­can­dır. Bu ba­rə­də Ka­na­da­nın "Na­tio­nal Lib­rary and Arc­hi­ves"də Azər­bay­can və Tür­ki­yə sə­fir­lik­lə­ri­nin bir­gə təş­kil et­di­yi mü­ha­zi­rə za­ma­nı mə­lu­mat ve­ri­lib. Ha­zır­da təd­qi­qat­çı­lar onun ana­sı­na aid sə­nəd­lə­ri ax­ta­rır, çün­ki məhz bu­nun sa­yə­sin­də qa­dı­nın hə­qi­qə­tən Şər­qi Av­ro­pa və Qər­bi Asi­ya­nı bir­ləş­di­rən Azər­bay­can­dan ol­du­ğu sü­but edi­lə­cək. Yə­ni Leo­nar­do da Vin­çi­nin təd­qi­qat­la­rı hə­lə də da­vam et­di­ri­lir.

Leo­nar­do da Vin­çi öm­rü­nün qü­rub ça­ğı­nı Fran­sa­da ke­çi­rib. 1516-cı il­də bö­yük rəs­sam kral 1-ci Fran­sisk tə­rə­fin­dən də­vət olu­nub. Ona kra­lın baş rəs­sa­mı, ar­xi­tek­to­ru və me­xa­ni­ki və­zi­fə­si tək­lif edi­lib. Şa­hid­lə­rin de­dik­lə­ri­nə əsa­sən o, sa­ray­da mü­şa­vir və məs­lə­hət­çi ki­mi fəa­liy­yət gös­tə­rib, ix­ti­ra­la­rı­nı ye­nə da­vam et­di­rib.

Rə­va­yə­tə gö­rə, sa­ray­da olan­da Leo­nar­do yay­la hə­rə­kət edən me­xa­ni­ki bir şir dü­zəl­dib­miş. Bir də­fə msi­te­ri­ya za­ma­nı şir kra­la doğ­ru hə­rə­kət edir - san­ki üs­tü­nə cu­ma­caq. Fran­sisk əsa ilə şi­ri vu­ran­da al­tı­na zan­baq tö­kü­lür... Va­za­ri ya­zır ki, da Vin­çi xəs­tə olan­da bir də­fə ba­yı­lır və Fran­sisk onu qal­dı­rıb ba­şı­nı di­zi­nin üs­tü­nə qo­yur. Elə hə­min an­da da bö­yük rəs­sam ca­nı­nı tap­şı­rır. Bu, 2 may 1519-cu il­də baş ve­rib.

Al­lah rəh­mət elə­sin.

Fa­zil QA­RA­OĞ­LU

Bakı xəbər.- 2017.- 26 iyul.- S.13.