Ta­rix­də iz bu­ra­xan­lar: Üze­yir Ha­cı­bə­yov

Ta­ri­xi şəx­siy­yət Üze­yir Ha­cı­bə­yov 18 sen­tyabr 1885-ci il­də ana­dan olub. Ata­sı Əb­dül­hü­seyn bəy, ana­sı Şi­rin­bə­yim xa­nım­dır. Üze­yir bə­yin ata­sı Əb­dül­hü­seyn öz döv­rü­nün sa­vad­lı, zi­ya­lı şəxs­lə­rin­dən bi­ri olub. O, XIX əs­rin ta­nı­nan döv­lət xa­di­mi və şai­ri, Qa­ra­bağ xan­la­rı­nın va­ri­si Xur­şud­ba­nu Na­tə­va­nın mir­zə­si olub və onun Ağ­ca­bə­di­də­ki tə­sər­rü­fa­tı­na baş­çı­lıq edib. Üze­yi­rin ana­sı Şi­rin­bə­yim xa­nım Qa­ra­bağ­da məş­hur Əli­ver­di­bə­yov­lar nəs­lin­dən olub.

Üze­yir Ha­cı­bə­yov ilk təh­si­li­ni Şu­şa­da iki­si­nif­li rus-türk mək­tə­bin­də alıb. Şu­şa­nın zən­gin mu­si­qi-ifa­çı­lıq ənə­nə­lə­ri Üze­yi­rin mu­si­qi tər­bi­yə­si­nə müs­təs­na tə­sir edib. Onun ilk mü­əl­li­mi Azər­bay­can mu­si­qi­si­nin bi­li­ci­si, da­yı­sı Ağa­lar bəy Əli­ver­di­bə­yov olub.

Üze­yir Ha­cı­bə­yov 1899-1904-cü il­lər­də Qo­ri Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sın­da təh­sil alıb. Onun dün­ya­gö­rü­şü­nün for­ma­laş­ma­sın­da bu se­mi­na­ri­ya bö­yük rol oy­na­yıb. Üze­yir bəy se­mi­na­ri­ya il­lə­rin­də qa­baq­cıl dün­ya mə­də­niy­yə­ti ilə ya­xın­dan ta­nış olub, bu­ra­da Av­ro­pa mu­si­qi klas­sik­lə­ri­nin əsər­lə­ri­ni mə­nim­sə­yib, skrip­ka və ba­ri­ton­da çal­ma­ğı öy­rə­nib, xalq mah­nı nü­mu­nə­lə­ri­ni no­ta kö­çü­rüb. Qo­ri Se­mi­na­ri­ya­sın­da Üze­yir Ha­cı­bə­yov gə­lə­cək­də Azər­bay­can ope­ra mu­si­qi­sin­də öz sö­zü­nü de­yə­cək Müs­lüm Ma­qo­ma­yev­lə ta­nış olub. Se­mi­na­ri­ya il­lə­rin­dən baş­la­yan bu dost­luq son­ra­lar həm də qo­hum­lu­ğa çev­ri­lib. Üze­yir Ha­cı­bə­yov və Müs­lüm Ma­qo­ma­yev Te­re­qu­lov­lar ai­lə­si ilə qo­hum­luq əla­qə­si ya­ra­dıb­lar. Be­lə ki, Üze­yir Ha­cı­bə­yov Mə­ley­kə xa­nım­la, Müs­lüm Ma­qo­ma­yev isə Ba­di­gül­ca­mal xa­nım Te­re­qu­lo­va ilə ev­lə­nib.

Se­mi­na­ri­ya­nı bi­tir­dik­dən son­ra Ha­cı­bə­yov 1904-cü il­də Cəb­ra­yıl qə­za­sı­nın Had­rut kən­di­nə mü­əl­lim tə­yin edi­lib, bu mək­təb­də rus di­li, he­sab, ta­rix və mu­si­qi­dən dərs de­yib. 1905-ci ldə Ba­kı­ya gə­lib və bu­ra­da ədə­bi-pub­li­sis­tik fəa­liy­yə­tə baş­la­ya­raq "Hə­yat" qə­ze­tin­də tər­cü­mə­çi iş­lə­yib. 1907-ci il­də rus ya­zı­çı­sı Ni­ko­lay Qo­qo­lun "Şi­nel" po­ves­ti­ni Azər­bay­can di­li­nə tər­cü­mə edib.

Üze­yir Ha­cı­bə­yov 1911-ci il­də mu­si­qi təh­si­li al­maq üçün Mosk­va­ya ge­dib və fi­lar­mo­nik cə­miy­yə­tin nəz­din­də İl­yins­ki­nin xü­su­si mu­si­qi kur­sun­da təh­sil al­ma­ğa baş­la­yıb, fə­qət mad­di eh­ti­yac üzün­dən mu­si­qi təh­si­li­ni ya­rım­çıq qo­ya­raq Ba­kı­ya qa­yıt­ma­ğa məc­bur olub. Bu­ra­da ya­ra­dı­cı­lıq fəa­liy­yə­ti­ni da­vam et­di­rə­rək, yaz­dı­ğı ope­ra­la­rı səh­nə­yə qoy­maq­la məş­ğul olub.

Üze­yir Ha­cı­bə­yov 1910-cu il­də Mə­ley­kə xa­nım­la ai­lə hə­ya­tı qu­rub. İx­ti­sas­ca rus di­li mü­əl­li­mə­si olan Mə­ley­kə xa­nım hə­yat yol­da­şı­nın sə­nə­ti­nə ya­xın ol­maq üçün kon­ser­va­to­ri­ya­nın mu­si­qi nə­zə­riy­yə­si şö­bə­si­nə da­xil olub. Adə­tən ge­cə­lər iş­lə­yən Üze­yir bə­yi Mə­ley­kə xa­nım heç vaxt tək qoy­ma­yıb. Bu in­san­lar 38 il qo­şa ömür sü­rüb­lər.

So­vet ha­ki­miy­yə­ti­nin ilk il­lə­rin­də Üze­yir Ha­cı­bə­yo­vun adı xalq düş­mən­lə­ri sı­ra­sın­da səs­lən­mə­yə baş­la­yıb. 1920-ci il­də bəs­tə­ka­rı gül­lə­lə­mək is­tə­yib­lər. Fə­qət bu təh­lü­kə bir tə­sa­düf nə­ti­cə­sin­də so­vu­şub. Üze­yir bə­yin qay­nı əqi­də­cə qa­tı bir kom­mu­nist idi. Bir gün o, tə­sa­dü­fən təh­lü­kə­siz­lik ida­rə­si şö­bə mü­di­ri­nin ma­sa­sı­nın üs­tün­də haq­qın­da gül­lə­lən­mə hök­mü çı­xa­rı­lan 59 nə­fə­rin si­ya­hı­sın­da Üze­yir Ha­cı­bə­yo­vun da adı­nı gö­rür və tez Nə­ri­man Nə­ri­ma­no­vun ya­nı­na ge­də­rək və­ziy­yə­ti ona da­nı­şır. Nə­ri­man Nə­ri­ma­nov mü­va­fiq or­qan­lar­dan hə­min si­ya­hı­nı tə­ləb edir. Si­ya­hı­nı ona gə­tir­dik­də tə­ləm-tə­lə­sik qə­rar çı­xa­ra­nı gü­nah­lan­dı­rır və si­ya­hı­nı cı­rıb atır.

Üze­yir Ha­cı­bə­yov Azər­bay­can mu­si­qi­sin­də kök­lü dö­nüş ya­ra­dan da­hi bir bəs­tə­kar­dır. O, XIX-cu əs­rin əv­vəl­lə­ri­nə­dək şi­fa­hi xalq mu­si­qi sə­nə­ti şək­lin­də möv­cud olan Azər­bay­can mil­li mu­si­qi­si­ni zən­gin­ləş­di­rib və ümu­miy­yət­lə Şərq mu­si­qi­si­nin in­ki­şaf pers­pek­tiv­lə­ri­ni mü­əy­yən­ləş­di­rib. Yə­ni müa­sir Azər­bay­can el­mi mü­si­qi­şü­nas­lı­ğı­nın əsa­sı­nı qo­yub. So­vet döv­rün­də bü­tün is­ti-so­yuq­la­ra dö­zə­rək, mil­li mu­si­qi­mi­zin şə­rik­siz li­de­ri ola­raq qa­lıb, ilk bəs­tə­kar­lar və ifa­çı­lar nəs­li­ni for­ma­laş­dı­rıb.

Za­man Üze­yir bə­yi əri­də, uda bil­mə­yib, onun da­yan­ma­dan bö­yü­yən, şöh­rət­lə­nən şəx­siy­yə­ti­nə eh­ti­ram gös­tər­mə­li olub. Onun "Ko­roğ­lu" ope­ra­sı və "Azər­bay­can xalq mu­si­qi­si­nin əsas­la­rı" ad­lı əsər­lə­ri Üze­yir Ha­cı­bə­yo­vun kim­li­yi­ni bir da­ha təs­diq­lə­yib. Onun dal­ba­dal SSRİ Ali So­ve­ti­nə de­pu­tat se­çil­mə­si, ali mü­ka­fat­la­ra və ti­tul­la­ra - Azər­bay­can SSR xalq ar­tis­ti, SSRİ xalq ar­tis­ti ad­la­rı­na, Sta­lin mü­ka­fa­tı­na, Le­nin və "Qır­mı­zı Əmək Bay­ra­ğı" or­den­lə­ri­nə la­yiq gö­rül­mə­si, Azər­bay­can Elm­lər Aka­de­mi­ya­sı­na se­çi­lən ilk aka­de­mik­lər­dən bi­ri ol­ma­sı, Kon­ser­va­to­ri­ya­ya rek­tor, Aka­de­mi­ya­nın İn­cə­sə­nət İns­ti­tu­tu­na di­rek­tor tə­yin olun­ma­sı, Bəs­tə­kar­lar İt­ti­fa­qı­nın səd­ri se­çil­mə­si və s. xal­qa tə­mən­na­sız xid­mət­dən do­ğan əda­lə­tin tən­tə­nə­si olub. Döv­rün ko­ri­fey mu­si­qi­çi­lə­ri D.Şos­ta­ko­viç, S.Pro­kof­yev, D.Ka­ba­levs­ki, İ.Mu­ra­de­li ona Şər­qin ən bö­yük bəs­tə­ka­rı ki­mi ba­xıb, həd­siz rəğ­bət və hör­mət gös­tə­rib­lər.

Üze­yir bəy 1905-ci il­də "Hə­yat" qə­ze­tin­də ya­zır­dı: "Av­ro­pa­lı­lar bu dün­ya­ya ana bət­nin­dən mə­də­niy­yət­li düş­mə­yib­lər... Biz türk­lər də əl-ələ ve­rib, cüm­lə­miz mə­də­niy­yət və mə­ri­fət sa­ra­yı­na da­xil ol­ma­lı­yıq. Bu dün­ya­da bə­zi fa­sid və məf­sud şəxs­lər be­lə bir für­sə­ti hən­gam­da biz­lə­rə xə­ləl ye­ti­rir..." Ta­ri­xin bu "ölüm-qa­lım" mə­sə­lə­si­ni ay­dın dərk edən Üze­yir bəy son­ra­kı 43 il­lik hə­ya­tı­nı xal­qı­mı­zın ta­ri­xin mə­də­niy­yət və mə­ri­fət sa­ra­yı­na la­yi­qin­cə da­xil ol­ma­sı­na sərf edib.

Bu da­hi in­sa­nın şəx­siy­yə­ti ali key­fiy­yət­lər­lə - də­rin his­siy­yat, güc­lü zə­ka, tü­kən­məz ener­ji və bol şəf­qət­lə ta­mam­lan­mış­dı. Üze­yir sə­nə­ti ay­rı-ay­rı bə­dii ira­də sa­hə­lə­ri­ni əha­tə edə­rək es­te­tik bü­töv­lük təş­kil edir. Üze­yir bə­yin dün­ya sə­viy­yə­sin­də ta­nı­nan bəs­tə­kar­lı­ğı­nı onun fi­lo­sof­lu­ğu, ədib­li­yi, mü­əl­lim­li­yi, re­jis­sor­lu­ğu, təş­ki­lat­çı­lı­ğı, ic­ti­mai xa­dim­li­yi bə­zə­yir. O, sö­zü­nü, mə­ra­mı­nı bir­ba­şa və do­la­yı­sıy­la, cid­di və yu­mor­la, yum­şaq və kəs­kin­lik­lə ra­hat və bit­kin ifa­də et­mə­yi ba­ca­rır­dı.

Azər­bay­can ic­ti­mai-mə­də­ni mü­hi­ti­nin tə­lə­ba­tı­nı də­rin­dən du­yub-an­la­yan Üze­yir bəy "Hə­yat" qə­ze­tin­də ta­nış ol­du­ğu, "Kas­pi" re­dak­si­ya­sın­da isə əmək­daş­lıq et­di­yi "Mil­li zi­ya­lı­la­rın ata­sı" Hə­sən bəy Zər­da­bi­ni ar­zu və is­tək­lə­ri­nin mi­sil­siz da­şı­yı­cı­sı ki­mi kəşf et­miş­di. Qı­sa müd­dət­də Üze­yir bəy bö­yük us­tad­dan məf­ku­rə dər­si al­mış, bir sı­ra sa­hə­lər­də es­ta­fe­ti on­dan qə­bul edib irə­li apar­mış­dı. Şu­şa­nın tə­bii kon­ser­va­to­ri­ya­sın­da ça­lıb-oxu­ma­ğı öy­rən­miş, Qo­ri Se­mi­na­ri­ya­sın­da həm də mu­si­qi təh­si­li al­mış Üze­yir Ha­cı­bə­yov onun bu qa­bi­liy­yə­ti­ni gö­rüb-qiy­mət­lən­di­rən bö­yük Hə­sən bə­yin is­tə­yi­ni gö­yər­də­rək 1906-1907-ci il­lər­də Şər­qin ilk ope­ra­sı "Ley­li və Məc­nun"u ər­sə­yə gə­ti­rib, 1908-ci il yan­va­rın 25-də H.Z.Ta­ğı­ye­vin mil­li te­at­rın­da bu mu­ğam ope­ra­sı uğur­la oy­na­nı­lıb.

Mü­əl­lim­li­yi pub­li­sis­ti­ka ilə, qə­zet­çi­li­yi ic­ti­mai fəa­liy­yət­lə, mə­də­ni təş­ki­lat­çı­lı­ğı bəs­tə­kar­lıq­la qo­vuş­du­ran Üze­yir bəy bir ne­çə il­də mi­sil­siz bir is­te­dad­la dal­ba­dal "Şeyx Sə­nan", "Rüs­təm və Söh­rab", "Şah Ab­bas və Xur­şud­ba­nu", "Əs­li və Kə­rəm", "Ar­şın mal alan" mu­si­qi­li əsər­lə­ri­ni və ko­me­di­ya­la­rı­nı ya­ra­dıb. O, mu­si­qi fəa­liy­yə­ti­ni əv­vəl­cə "Ne­cat" cə­miy­yə­ti­nin te­atr trup­pa­sı ilə hə­ya­ta ke­çi­rib, 1914-cü il­də isə te­atr cəb­hə­sin­də ona qo­şu­lan qar­daş­la­rı ilə bir­lik­də da­vam et­di­rib.

Üze­yir bəy 1918-ci ilin mart soy­qı­rı­mı gün­lə­rin­də er­mə­ni ter­ro­run­dan ya­xa qur­ta­ra­raq trup­pa ilə bir­lik­də bir ne­çə ay­lı­ğa İra­na sə­fər edib, bu­ra­da ta­ma­şa­lar ha­zır­la­yıb. Tə­əs­süf ki, So­vet döv­rün­də bu məc­bu­ri mü­ha­ci­rət "qas­trol" ki­mi qə­lə­mə ve­ri­lib. Azər­bay­can Cum­hu­riy­yə­ti­nin elan olun­ma­sı­nı hə­yat və mü­ba­ri­zə mə­ra­mı­nın ger­çək­ləş­mə­si ki­mi qar­şı­la­yan Üze­yir bəy 1918-ci il sen­tyab­rın 15-də Qaf­qaz İs­lam Or­du­su Ba­kı­nı er­mə­ni-daş­nak, rus-bol­şe­vik, ağq­var­di­ya­çı və in­gi­lis iş­ğa­lın­dan azad et­dik­dən son­ra Və­tə­nə dö­nüb, "Azər­bay­can" qə­ze­tin­də­ki pub­li­sist-re­dak­tor­luq və mə­də­ni qu­ru­cu­luq­da­kı fəa­liy­yə­ti ilə mil­li döv­lət qu­ru­cu­lu­ğu­na ba­car­dı­ğı qə­dər kö­mək gös­tə­rib. Bu dövr­də Üze­yir Ha­cı­bə­yov Cum­hu­riy­yət him­ni­ni və bir sı­ra marş­la­rı­nı ya­zıb.

Üze­yir Ha­cı­bə­yov 1920-ci ilin ap­rel ayın­da ha­ki­miy­yə­tin bol­şe­vik­lə­rə ve­ril­mə­si­nin qə­ti əleyh­da­rı olub, öm­rü bo­yu bu­nun acı­sı­nı çə­kib. O, bir ne­çə də­fə rep­res­si­ya­dan xi­las olub, ay­rı-ay­rı il­lər­də tə­qib və qı­naq­la­ra mə­ruz qa­lıb. Bu dövr­də Si­ya­si İda­rə­yə rəh­bər­lik edən Mir­cə­fər Ba­ğı­rov da Üze­yir bə­yi ba­car­dı­ğı qə­dər qo­ru­yub. Ya­ran­mış və­ziy­yə­tə bax­ma­ya­raq, 1920-1930-cu il­lər­də Üze­yir bə­yin əsər­lə­ri səh­nə­dən düş­mə­yib. O, im­kan ve­ril­di­yin­dən ar­tıq də­rə­cə­də mil­li-mə­də­ni qu­ru­cu­luq­da iş­ti­rak edib. Mil­li Kon­ser­va­to­ri­ya­nın, bir sı­ra mə­də­ni tə­si­sat­la­rın və mu­si­qi kol­lek­tiv­lə­ri­nin for­ma­laş­dı­rıl­ma­sı, xal­qın mu­si­qi ir­si­nin top­lan­ma­sı və öy­rə­nil­mə­si, mil­li mu­si­qi nə­zə­riy­yə­si­nin və bəs­tə­kar­lıq mək­tə­bi­nin ya­ra­dıl­ma­sı ki­mi ta­ri­xi iş­lər də o dövr­də Üze­yir bə­yin rəh­bər­li­yi və fə­al iş­ti­ra­kı ilə hə­ya­ta ke­çi­ri­lib.

Üze­yir bə­yin bu ic­ti­mai-mə­də­ni fəa­liy­yə­ti, na­dir is­te­da­dı­nın par­laq əsər­lə­ri ona qar­şı yö­nə­lən fit­nə və qəsd­lə­rin föv­qün­də du­rur­du. Ye­ni ya­ra­dı­lan so­vet mə­də­niy­yə­ti­nin o il­lər­də Üze­yir bəy­siz ke­çin­mə­si sa­də­cə ola­raq müm­kün de­yil­di. Be­lə­cə, XX əs­rin 20-30-cu il­lə­ri Üze­yir Ha­cı­bə­yo­vu tək­cə Azər­bay­can­da de­yil, SSRİ-də və dün­ya­da Qərb mu­si­qi janr­la­rın­da müx­tə­lif əsər­lər yaz­ma­sı, xü­su­sən 1932-1937-ci il­lər­də "Ko­roğ­lu" ope­ra­sı­nı ya­rat­ma­sı Üze­yir bə­yi da­ha da məş­hur­laş­dır­dı. Da­hi­ya­nə­lik­lə ya­zı­lan bu əsər mü­əy­yən mə­na­da Üze­yir bə­yi 1937-ci ilin rep­res­si­ya­sın­dan da xi­las et­di. Ay­rı-ay­rı təd­qi­qat­çı­la­rın mə­lu­mat­la­rın­dan mə­lum olur ki, Üze­yir bə­yin So­vet döv­rün­də sağ qal­ma­sı və ya­zıb-ya­rat­ma­sı həm də kom­mu­nist dik­ta­tor İ.Sta­li­nin onu 1905-1907-ci il­lər­də Ba­kı­dan şəx­sən ta­nı­ma­sı və son­ra­lar unut­ma­ma­sı ilə bağ­lı­dır. Gö­rü­nür, M.Ba­ğı­rov da Sta­li­nin gös­tə­ri­şi­lə Üze­yir bə­yin ya­ra­dı­cı­lıq im­kan­la­rı­nı hör­mət və eh­ti­ram­la ar­tı­rıb, möv­cud cə­miy­yət­də nü­fü­zu­nu tə­min edib.

Çağ­daş Azər­bay­can mu­si­qi­si­nin ba­ni­si, ko­ri­fey bəs­tə­kar, qüd­rət­li söz ada­mı, is­tiq­lal­çı pub­li­sist, bun­lar­dan əla­və mi­sil­siz mə­də­niy­yət qu­ru­cu­su, par­ça­lan­mış Və­tə­ni­ni, bö­lün­müş xal­qı­nı ümum­mə­də­ni məc­ra­da bir­ləş­di­rən na­dir ic­ti­mai xa­dim, mil­li mə­də­niy­yə­ti­mi­zi dün­ya­ca yük­sək­li­yə qal­dı­ran nə­həng şəx­siy­yət... Bun­lar Üze­yir Ha­cı­bə­yo­vun ilk xa­tır­la­ma­da ya­da dü­şən key­fiy­yət­lə­ri və xid­mət­lə­ri­dir. Bu qə­dər çox­tə­rəf­li, ta­ri­xi mən­bə­lə­rə və gə­lə­cək hə­dəf­lə­rə bağ­lı, mil­li-məf­ku­rə­vi, ic­ti­mai-mə­də­ni və­zi­fə da­şı­mış bu in­san bir ai­lə­nin və nəs­lin qis­mə­ti­nə de­yil, bü­tün xal­qı­nın ta­le­yi­nə do­ğul­muş­du.

1948-ci il­də mil­li var­lı­ğın xa­lis ma­te­ria­lın­dan yoğ­rul­muş, zə­ka­sı­nı və ru­hu­nu mil­lət xə­mi­ri­nə qat­mış, na­dir da­hi­lə­rin sı­ra­sın­da öl­məz şəx­siy­yə­ti­ni qoy­muş Üze­yir Ha­cı­bə­yov əbə­diy­yə­tə qo­vu­şan­da Mə­həm­mə­də­min Rə­sul­za­də xa­ric­də çı­xan "Azər­bay­can" qə­ze­tin­də be­lə yaz­mış­dı: "Baş­da bir hə­vəs ola­raq işə baş­la­yan Üze­yir son­ra öz-özü­nü ye­tiş­dir­miş, mu­si­qi təh­si­li­ni ta­mam­la­mış, nə­ti­cə­də sö­zün Av­ro­pa­yı mə­na­sıy­la av­to­ri­te­ti­ni hər kə­sə ta­nıt­mış bir kom­po­zi­tor ol­muş­dur. Fə­qət bey­hu­da, də­mir pər­də­nin ar­xa­sın­da özü­nə sü­ni marş­lar yaz­dı­rıl­sa da, Mosk­va­da çiy­ni dik­ta­to­run əli ilə ox­şa­dıl­sa da, ta­bu­tu ba­şın­da Azər­bay­can mə­nə­viy­ya­tı ilə əla­qə­lə­ri ol­ma­yan ko­mis­sar­lar növ­bə­də dur­sa­lar da, Üze­yi­ri Azər­bay­can mə­də­niy­yə­tin­dən və Azə­ri-Türk ta­ri­xin­dən kim­sə ayı­ra bil­məz! O, mil­li Azər­bay­can var­lı­ğı­nın da­ya­naq­la­rı ara­sın­da qa­la­caq ay­rıl­maz bir də­yər­dir!"

Pe­şə­kar mu­si­qi­mi­zin ba­ni­si­nin yu­bi­ley­lə­ri res­pub­li­ka və SSRİ miq­ya­sın­da, 100 il­li­yi isə YU­NES­KO tə­rə­fin­dən tən­tə­nə ilə qeyd olu­nub.

Üze­yir bə­yin dəfn mə­ra­si­mi də şəx­siy­yə­ti­nin nə­həng­li­yi­nə və sə­nə­ti­nin əzə­mə­ti­nə la­yiq olub. Bu dəfn mə­ra­si­mi Azər­bay­can ta­ri­xi­nə ən ağ­rı­lı ma­təm­lər­dən, ən iz­di­ham­lı vi­da­laş­ma­lar­dan bi­ri ki­mi dü­şüb.

Üze­yir Ha­cı­bə­yov 1948-ci il­də ağır xəs­tə­lik­dən son­ra no­yab­rın 23-də gör­kəm­li zi­ya­lı­la­rın əha­tə­sin­də 63 ya­şın­da dün­ya­ya göz­lə­ri­ni əbə­di yu­mub.

Mil­li mu­si­qi­mi­zin ata­sı­nın cis­ma­ni yox­lu­ğu onun möh­tə­şəm sə­nə­ti­ni sol­du­ra, ya­rat­dı­ğı mək­tə­bi yox edə bil­mə­di. Üze­yir bəy Azər­bay­can xal­qı­nın öl­məz ru­hun­dan do­ğu­la­raq onun mil­li var­lı­ğı­na qa­rı­şıb. Bu, hə­qi­qi möv­cud­luq, ru­hi öl­məz­lik­dir!

Al­lah rəh­mət elə­sin.

Fa­zil QA­RA­OĞ­LU

pro­fes­sor acaq.

Bakı xəbər.- 2017.- 21 iyul.- S.13.