Tanınmış sənətçi Zülfiyyə Eldarqızı yeni yaşına qədəm qoydu...

Qa­dın haq­qın­da yaz­maq, onu təs­vir et­mək, onu küll ha­lın­da qiy­mət­lən­dir­mək­dən çə­tin iş yox­dur. Hə­qi­qət bu­dur ki, qa­dın hə­ya­tın baş­lan­ğı­cı­dır. De­yər­dim ki, bə­şə­riy­yə­tin çı­ra­ğı, əbə­di ya­nan pər­va­nə­si elə qa­dın­dır...

Onu uzun il­lər­dir ta­nı­yı­ram. İşıq ki­mi, gü­nəş ki­mi, ha­va-su ki­mi mər­həm­dir, doğ­ma­dır mə­nə. Mə­nim ta­nı­dı­ğım, də­yər ver­di­yim Zül­fiy­yə El­dar­qı­zı, sö­zün əsl mə­na­sın­da, fə­da­kar qa­dın­dır. Fə­da­kar ol­ma­say­dı, sə­nət­də özü­nə­məx­sus dəst-xətt ya­ra­da bil­məz­di, ai­lə­si­ni, dost­la­rı­nı qo­ru­ya bil­məz­di. An­caq fə­da­kar in­san­la­rın get­mə­yi ba­ca­ra bi­lə­cə­yi bir yol tu­tub o. Mən hər gün onu ye­ni­dən ta­nı­ma­ğa baş­la­yı­ram. Ar­xi­me­din gö­zəl bir sö­zü var, de­yir ki, sev­gi­nin və dost­lu­ğun hər gün təs­di­qə eh­ti­ya­cı var. Zül­fiy­yə xa­nım hər gün bu mü­na­si­bət­lə­ri ye­ni­dən təs­diq et­mə­yə ha­zır xa­nım­dır. Bə­zən mü­şa­hi­də edən­də gö­rü­rəm ki, onun dost­la­rı­nın əsas he­yə­ti il­lə­rin sı­na­ğın­dan üzü­ağ çı­xan in­san­lar­dan iba­rət­dir. O da sa­diq­dir, dost­la­rı da sə­da­qət­li­dir. Mə­nim in­san­da ən çox qiy­mət­lən­dir­di­yim key­fiy­yət­lər­dən bi­ri məhz sə­da­qət məf­hu­mu­dur. Sən sə­da­qət­li de­yil­sən­sə, baş­qa­sın­dan da sə­da­qət um­ma­ğa bir­mə­na­lı ola­raq haq­qın yox­dur. An­caq Zül­fiy­yə El­dar­qı­zı sə­da­qə­ti haqq edən dost, xa­nım sə­nət­kar­dır. Onun sə­nət yo­lu sa­də və ha­mar ol­ma­yıb. Çox çə­tin­lik­lər­dən, qa­ran­lıq­lar­dan ad­la­yıb, bə­zən yo­lu­na kö­tük itə­lə­yən­lər, ha­sar çək­mək is­tə­yən­lər də olub. An­caq on­lar öz "ar­zu"la­rı­na ça­ta bil­mə­yib. Çün­ki bu yo­lu se­çən qa­dın inad­kar, fə­da­kar, məq­sə­di ay­dın, xe­yir­se­vər bir in­san olub. Məq­sə­di, mə­ra­mı sə­nə­tə gəl­mək və sə­nət­də öz ha­lal, bən­zər­siz cı­ğı­rı­nı aç­maq is­tə­yi ona sti­mul ve­rib. Əl­bət­tə, Uca Tan­rı da sev­di­yi bən­də­ni sı­naq­lar­dan çı­xa­ra­raq onu is­tə­yi­nə qo­vuş­du­rub. Bu gün Z.El­dar­qı­zı sə­nət­də özü­nü ta­pıb. Sə­nət ada­mı öz yo­lu­nu ta­pa bi­lir­sə, onun diz­lə­ri­ni bük­mək, il­ha­mı­nı göy­lər­dən en­dir­mək çə­tin­dir. Qa­dın və za­man bir-bi­ri­lə pa­ra­lel  hə­rə­kət­də olan qüv­və­lər­dir. Zül­fiy­yə xa­nım za­ma­nın sı­naq­la­rın­dan mə­tin çı­xan xa­nım­la­rı­mız­dan­dır.

20 iyun Cə­fər Cab­bar­lı adı­na İrə­van Döv­lət Dram Te­at­rı­nın ak­tri­sa­sı, sə­nət­şüns­lıq üz­rə fəl­sə­fə dok­to­ru, ta­nın­mış bə­dii qi­ra­ət­çi, "Ba­kı-Xə­bər"in mə­də­niy­yət üz­rə eks­per­ti Z.El­dar­qı­zı­nın növ­bə­ti do­ğum gü­nü­dür.

Zül­fiy­yə xa­nı­mın ne­çə ya­şı ol­du­ğu­nu qeyd et­mi­rəm, heç bu­na lü­zum da yox­dur. Əsas odur ki, o var, sə­nət alə­min­də­dir, te­atr­da, ki­no­da, bə­dii qi­ra­ət sa­hə­sin­də öz sö­zü­nü de­yir. Onun de­mə­yə hə­lə sö­zü çox­dur və uzun il­lər səh­nə­dən öz  qəl­bi­nin işı­ğı­nı, ru­hu­nun hə­ra­rə­ti­ni, mehr-mə­həb­bə­ti­ni ta­ma­şa­çı­la­ra pay­la­ya­caq.

Hər il do­ğum gü­nü ərə­fə­sin­də Z.El­dar­qı­zı­nı re­dak­si­ya­mı­za də­vət edib onun­la ye­ni ar­zu və is­tək­lə­ri, ad gü­nü se­vin­ci­nin ya­rat­dı­ğı xoş ov­qat­la bağ­lı mü­sa­hi­bə gö­tü­rür­düm. Bu də­fə ənə­nə­ni poz­dum, özü də bi­lə­rək­dən. Bu də­fə onun ad gü­nü­nə  ya­xın dost­la­rı­nın, sə­nət yol­daş­la­rı­nın fi­kir və ar­zu­la­rı­nı ər­ma­ğan edi­rəm. Ne­cə de­yər­lər, sür­priz edi­rəm ona.

Si­zə Z.El­dar­qı­zı haq­qın­da ta­nın­mış re­jis­sor Va­qif Azər­ya­rın, ta­nın­mış alim, pro­fes­sor Ni­za­məd­din Şəm­si­za­də­nin, ya­zı­çı-dra­ma­turq Aq­şin Ba­ba­ye­vin, xalq ar­tis­ti Hə­mi­də Ömə­ro­va­nın, tə­rəf­mü­qa­bi­li, ak­tyor Əj­dər Zey­na­lo­vun, pro­fes­sor Gül­şən Əli­ye­va­nın, xalq ar­tis­ti Si­ma­rə İma­no­va­nın və şa­ir İl­ham Qəh­rə­ma­nın fi­kir­lə­ri­ni təq­dim edi­rəm. 

Gö­rək Z.El­dar­qı­zı dost­la­rı­nın "ay­na"sın­da ne­cə gö­rü­nür...

Ta­nın­mış re­jis­sor Va­qif Azər­yar: "Zül­fiy­yə xa­nım­la ta­nış­lı­ğı­mın sə­bəb­ka­rı Mə­də­niy­yət və İn­cə­sə­nət Un­ver­si­te­ti­nin dos­sen­ti Na­dir Hü­sey­nov olub. Əv­vəl­lər Zül­fiy­yə xa­nı­mın da ça­lış­dı­ğı səh­nə da­nı­şı­ğı ka­fed­ra­sın­da hər il ya­ra­dı­cı­lıq işi təh­vil ve­rir­di­lər. Na­dir mü­əl­lim mən­dən xa­hiş et­di ki, bu iş­lə­rə re­jis­sor­luq edim. Zül­fiy­yə xa­nı­mın da iş­ti­ra­kı ilə çox möh­tə­şəm bir kom­po­zi­si­ya ha­zır­la­dım. O çox is­te­dad­lı, ba­ca­rıq­lı, öz üzə­rin­də iş­lə­mə­yi se­vən, ça­lış­qan, re­jis­sor sö­zü­nə qu­laq asan bir səh­nə ada­mı­dır. Bi­zim ha­zır­la­dı­ğı­mız kom­po­zi­si­ya Mu­sa Ya­qub və Ra­miz Röv­şə­nin şe­ir­lə­rin­dən iba­rət idi. Kom­po­zi­si­ya o qə­dər ma­raq­lı alın­mış­dı, Zül­fiy­yə xa­nım şe­ir­lə­ri o qə­dər gö­zəl ifa et­miş­di ki, hər kə­sin xo­şu­na gəl­miş­di. Hət­ta Ra­miz Röv­şən Zül­fiy­yə xa­nı­mın ifa­sın­da öz şe­ir­lə­ri­ni din­lə­dik­dən son­ra təd­bi­rin so­nun­da "bu şe­ir­lə­ri mən yaz­mı­şam" - de­yə bir su­al da ver­di. O is­te­dad­lı ak­tri­sa, gö­zəl bə­dii qi­ra­ət­çi ol­maq­la ya­na­şı, sa­vad­lı, bi­lik­li pe­da­qoq­dur. Onun­la iş­lə­mək­dən hə­mi­şə bö­yük zövq al­mı­şam. Onun haq­qın­da an­caq xoş söz­lər de­yə bi­lə­rəm. O mərd, sə­mi­mi, de­di­yi sö­zə yi­yə du­ran, is­te­dad­lı, şən, za­ra­fat­cıl, hər şe­yin ye­ri­ni bi­lən in­san­dır.  Mə­nim üçün hər za­man onun­la ün­siy­yət­də ol­maq xoş­dur. Se­vi­ni­rəm ki, be­lə bir şəx­siy­yə­ti ta­nı­yı­ram. Mən onu do­ğum gü­nü mü­na­si­bə­ti­lə təb­rik edir, ona can sağ­lı­ğı, uğur­lar, xoş­bəxt­lik ar­zu­la­yı­ram. Çün­ki o bun­la­rın ha­mı­sı­na la­yiq­dir".

Pro­fes­sor Ni­za­məd­din Şəm­si­za­də: "O da­xi­lən zən­gin, emo­sio­nal, ro­man­tik bir xa­nım­dır. Sö­zü, sə­nə­ti, poe­zi­ya­nı gö­zəl bi­lir. Zül­fiy­yə xa­nım Ana­rın ki­no ya­ra­dı­cı­lı­ğı ilə bağ­lı çox ma­raq­lı dis­ser­ta­si­ya ya­zıb, onu da çox yük­sək sə­viy­yə­də mü­da­fiə et­di. O ev­dar xa­nım ki­mi də çox də­yər­li­dir, ai­lə­can­lı­dır. Qı­zı te­le­vi­zi­ya­da iş­lə­yir, oğ­lu Azər­bay­can Döv­lət Dil­lər Uni­ver­si­te­tin­də oxu­yur. O, Azər­bay­can ənə­nə­lə­ri­ni, qay­da-qa­nun­la­rı­mı­zı, mə­nə­vi key­fiy­yət­lə­ri­mi­zi, xa­nım­la­rı­mı­zın gö­zəl­lik eta­lo­nu­nu qo­ru­yub sax­la­ma­ğa ça­lı­şan bir qa­dın­dır. Həd­din­dən ar­tıq ürə­yia­çıq ol­ma­sı sə­bə­bin­dən bə­zən ət­raf­da­kı­lar onu ba­şa düş­mür. O  cid­di bir xa­nım­dır. Ona da­yaq ol­mu­şam hə­mi­şə, uzun il­lər İn­cə­sə­nət Uni­ver­si­te­tin­də bir­gə ça­lış­mı­şıq. Elin bir sö­zü var: "O ay­dan arı, su­dan du­ru" bir xa­nım­dır. Onun gö­zəl­lik­lə­rin­dən bi­ri də odur ki, bi­zim keç­miş elat, tə­rə­kə­mə xa­nım­la­rı­nın sər­bəst­li­yi­nə, müs­tə­qil­li­yi­nə ma­lik­dir. Zül­fiy­yə xa­nım da­xi­lən sər­bəst­dir. Bu onun xa­rak­te­rin­də də əks olu­nur. Al­lah ona hər şey ve­rib -is­te­dad, sər­bəst­lik, gö­zəl­lik, ai­lə, öv­lad da. Eşq ol­sun Zül­fiy­yə xa­nı­ma".

Ya­zı­çı-dra­ma­turq Aq­şin Ba­ba­yev: "Biz onun­la bir yer­də iş­lə­mi­şik. Zül­fiy­yə xa­nı­mın dis­ser­ta­si­ya işi­nin mü­da­fiə­si çox yük­sək sə­viy­yə­də keç­di. Onun mü­əl­lim­li­yi də çox gö­zəl idi, tə­lə­bə­lə­ri onu həd­din­dən ar­tıq çox se­vir­di. Mə­nim ən çox rəğ­bət bəs­lə­di­yim, öz ba­lam, öz qı­zım ki­mi çox is­tə­di­yim Zül­fiy­yə xa­nım haq­qın­da hə­mi­şə gö­zəl söz­lər de­mi­şəm. Bu ona la­yiq­dir. Çe­xov de­yib ki, hər bir şey in­san­da gö­zəl ol­ma­lı­dır. Yə­ni in­sa­nın ağ­lı da, gö­zəl­li­yi də, is­te­da­dı da, sa­va­dı da, ge­yi­mi də yük­sək sə­viy­yə­də ol­ma­lı­dır. Çe­xo­vun bu tə­lə­bi­nə Zül­fiy­yə xa­nım bir­mə­na­lı ola­raq ca­vab ve­rir. Ha­zır­da İrə­van Te­at­rın­da ça­lı­şır. Çox is­te­dad­lı ak­tri­sa­dır, onun oy­na­dı­ğı rol­la­ra bax­mı­şam. Hi­da­yə­tin "İrə­van­da xal qal­ma­dı" pye­sin­də baş rol­lar­dan bi­ri­ni oy­na­yıb, bu ob­raz mə­nim çox xo­şu­ma gə­lir. O hər­tə­rəf­li şəx­siy­yət­dir. On­da bü­tün key­fiy­yət­lər özü­nün ək­si­ni ta­pıb. Ar­zu edi­rəm ki,  dok­tor­luq işi­ni də mü­da­fiə et­sin. Ona bö­yük uğur­lar ar­zu edi­rəm".

Xalq ar­tis­ti Hə­mi­də Ömə­ro­va: "Z.El­dar­qı­zı hər şey­dən əv­vəl gö­zəl, is­te­dad­lı ya­ra­dı­cı şəx­siy­yət­dir. Onun çox gö­zəl şe­ir de­mək qa­bi­liy­yə­ti var, poe­zi­ya­nı bi­lir, hər bir şei­rin poe­ti­ka­sı­nı, mü­əl­li­fin ru­hu­nu din­lə­yi­ci­yə çat­dı­ra bi­lir. O həm də gö­zəl, sə­da­qət­li dost, yax­şı yol yol­da­şı­dır, qiy­mət­li ana­dır. Mən ona bü­tün iş­lə­rin­də, ya­ra­dı­cı­lıq yo­lun­da uğur­lar ar­zu edi­rəm. Son vaxt­lar in­san­lar­da qiy­mət­lən­dir­di­yim bir xü­su­siy­yət var - xe­yir­xah­lıq. Zül­fiy­yə çox xe­yir­xah bir xa­nım­dır. O ha­mı­ya yax­şı­lıq ar­zu edir. Hər kə­sin işi­nin yax­şı ol­ma­sı­nı, in­san­la­rın da­ra düş­mə­mə­si­ni is­tə­yir. Ba­car­dı­ğı qə­dər in­san­la­ra yax­şı­lıq edir. O çox nə­cib­dir. İn­san­lar­da olan müs­bət key­fiy­yət­lə­ri qiy­mət­lən­dir­mə­yi, on­la­ra sti­mul ver­mə­yi ba­ca­rır. Zül­fiy­yə­nin mə­nim üçün et­di­yi bir yax­şı­lı­ğı heç vaxt unut­ma­ram. Mə­nim çə­tin gün­lə­rim­də o mə­nə da­yaq olub. Am­ne­zi­ya xəs­tə­li­yin­dən əziy­yət çə­kən anam üç gün idi it­miş­di. Heç yer­də ta­pa bil­mir­dik, Zül­fiy­yə də mə­nə qo­şu­lub ana­mı ax­ta­rır­dı. Elə ana­mı da xəs­tə­xa­na­lar­dan bi­rin­dən Zül­fiy­yə tap­dı. O gö­rüb ki, anam "Qa­ra­gi­lə" mah­nı­sı­nı oxu­yur, ya­nı­na ge­dib, ora­dan mə­nə zəng vu­rub de­di ki, Nə­si­bə xa­la mah­nı oxu­yur, onu tap­mı­şam. Mən bu yax­şı­lı­ğı öm­rü bo­yu unut­ma­ram. Zül­fiy­yə­ni çox is­tə­yi­rəm və onun dost­lu­ğu­nu çox yük­sək qiy­mət­lən­di­ri­rəm. Ad gü­nün mü­ba­rək, əziz dost!".

Ak­tyor Əj­dər Zey­na­lov: "Zül­fiy­yə xa­nım çox gö­zəl in­san­dır, çox is­te­dad­lı, ba­ca­rıq­lı tə­rəf­mü­qa­bil­dir. Öz üzə­rin­də iş­lə­mə­yi, re­jis­sor tap­şı­rıq­la­rı­na əməl et­mə­yi çox se­vir. O ey­ni za­man­da da gö­zəl pe­da­qoq­dur. Açı­ğı, mən onu bə­dii qi­ra­ət­çi və pe­da­qoq ki­mi ta­nı­yır­dım, am­ma o bi­zim te­at­ra gəl­dik­dən son­ra gör­düm ki, həm də gö­zəl ak­tri­sa­dır. Onun­la bir ne­çə ta­ma­şa­da tə­rəf­mü­qa­bil ol­mu­şam və zövq al­mı­şam. Pe­şə­kar­la iş­lə­mək pe­şə­ka­ra müs­bət tə­sir edir. On­dan çox ra­zı­yam. Zül­fiy­yə xa­nı­mın sə­nət­kar­lı­ğı da, rol­la­rı da göz qa­ba­ğın­da­dır. O çox ça­lış­qan­dır. Zül­fiy­yə xa­nı­mın bü­tün xa­rak­te­ri, sa­də­li­yi, sə­mi­mi­li­yi, dost­lu­ğu çox qiy­mət­li­dir. Mən Zül­fiy­yə xa­nı­mın do­ğum gü­nü­nü təb­rik edir, ona uğur­lar ar­zu edi­rəm. Kol­lek­ti­vi­miz də, ta­ma­şa­çı­lar da onu çox se­vir. Bir ak­tri­sa ki­mi özü­nü ta­ma­şa­çı­la­ra çox­dan sev­di­rib".

Xalq ar­tis­ti Si­ma­rə İma­no­va: "De­yir­lər ki, qar­da­şın ne­cə­dir, de­yir hə­lə yol­daş ol­ma­mı­şam. Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin təd­bir­lə­ri ilə bağ­lı Zül­fiy­yə xa­nım­la çox yol yol­da­şı ol­mu­şam. İn­sa­nı yol­da ta­nı­yar­lar. O qə­dər gö­zəl, qay­ğı­keş xa­nım­dır, dost­dur. Həd­din­dən ar­tıq sə­da­qət­li in­san­dır. Gö­zəl ai­lə­si, ba­la­la­rı var, yax­şı sə­nət­kar­dır. Zül­fiy­yə xa­nım­da bü­tün key­fiy­yət­lər top­la­nıb, ha­mı­sı da göz qa­ba­ğın­da­dır. Zül­fiy­yə xa­nı­mı təb­rik edi­rəm, ona can sağ­lı­ğı, ba­la­la­rı­nın xoş gü­nü­nü gör­mə­yi ar­zu edi­rəm. Ar­zu edi­rəm ki, ya­xın gə­lə­cək­də döv­lə­ti­miz tə­rə­fin­dən ona fəx­ri ad ve­ril­sin. Ona gö­rə ki, o bu­na ger­çək­dən la­yiq bir xa­nım sə­nət­kar­dır".

Şa­ir İl­ham Qəh­rə­man: "Zül­fiy­yə xa­nım bu gün Azər­bay­can səh­nə­si­nin qa­zan­dı­ğı is­te­dad­lı, ba­ca­rıq­lı ak­tri­sa­dır. O səh­nə­də hökm­dar ob­ra­zın­dan tut­muş, sa­də ev­dar qa­dı­na qə­dər ob­raz­lar ya­ra­dıb. Ob­raz­la­rın da­xi­li­nə gir­mə­yi çox yax­şı ba­ca­rır. Bu gün­lər­də İrə­van Te­at­rı Rus Dram Te­at­rı­nın səh­nə­sin­də "Min möh­tə­şəm gü­nəş" ta­ma­şa­sı­nın prem­ye­ra­sı­nı ke­çir­di. Bu ta­ma­şa­da Zül­fiy­yə xa­nım da rol al­mış­dı. Öz ro­lu­nu elə mə­ha­rət­lə təq­dim et­di ki, mən bir ta­ma­şa­çı ki­mi bö­yük zövq al­dım. Onun ba­ca­rı­ğın­dan, is­te­da­dın­dan həm ki­no, həm də te­atr re­jis­sor­la­rı ge­niş is­ti­fa­də et­mə­li­dir. Çün­ki o çox ta­lant­lı­dır. Gö­zəl bə­dii qi­ra­ət­çi­dir. Şe­ir de­mə­yi ay­rı bir aləm­dir. Han­sı təd­bi­rə də­vət edir­sən­sə, müt­ləq gə­lib iş­ti­rak edir. O çox gö­zəl və xe­yir­xah in­san­dır. Mən ona uğur­lar və can sağ­lı­ğı ar­zu edi­rəm. Yax­şı­la­rın yax­şı­sı­na la­yiq bir xa­nım dos­tu­muz­dur".

Pro­fes­sor Gül­şən Əli­ye­va: "Zül­fiy­yə xa­nım çox sə­mi­mi, sa­diq bir dost­dur. Onu haq­qın­da "kö­nül dos­tu"dur de­mək olar. Çox və­fa­lı­dır. Sö­yüd yar­pa­ğı ki­mi köv­rək, cey­ran ki­mi hür­kək­dir. Ey­ni za­man­da da şir ürə­yi ye­yib. Hər za­man dos­ta gə­rək ol­ma­ğı ba­ca­rır. Ge­cə də yu­xu­dan oya­dıb de­sən ki, mə­nim­lə get­mə­li­sən, heç so­ruş­maz ki, ha­ra ge­di­rik, "ha­ra gə­lim" de­yə­cək. O çox mərd­dir. Biz uzun il­lər­dir onun­la dos­tuq, sir­da­şıq. Mə­nə o qə­dər qay­ğı, diq­qət, nə­va­ziş gös­tə­rib ki, mən ona onun qə­dər qar­şı­lıq ve­rə bil­mə­mi­şəm. Mə­nə elə gə­lir ki, bu yol­da on­dan ge­ri­də qa­lı­ram. İn­di­yə qə­dər o mə­nə ona edə bil­mə­yə­cə­yim yüz­lə­rə sür­priz edib. Hə­rə­kət­lə­rin­də, jest­lə­rin­də çox ori­ji­nal­dır. Mən Zül­fiy­yə xa­nı­mı çox se­vi­rəm. Ona can sağ­lı­ğı, uzun ömür, gö­zəl gün­lər ar­zu edi­rəm".

İradə SARIYE

Bakı xəbər.- 2017.- 20 iyun.- S.13.