Xalq sənəti növlərimizin qorunması üçün dövlətdən subsidiyalar ideyası gündəmdə...

hə­yə sırf döv­lət­dən sub­si­di­ya­lar ay­rıl­ma­sı nə­zər­də tu­tu­lur­sa..."

 

Bil­di­yi­miz ki­mi, Azər­bay­can­da müx­tə­lif xalq sə­nə­ti növ­lə­ri möv­cud­dur və həm pay­taxt­da, həm də böl­gə­lər­də bu iş­lə məş­ğul olan sə­nət­kar­lar var. Əv­vəl­ki il­lər­lə mü­qa­yi­sə­də in­di xalq sə­nə­ti­nə ma­raq da­ha da ar­tıb, gənc­lər də bu işə meyl gös­tər­mək­də­dir. Ta­ri­xən xalq tət­bi­qi sə­nət növ­lə­rin­dən olan xal­ça­çı­lıq mi­nil­lər­dir in­ki­şaf edir, müx­tə­lif xal­ça mək­təb­lə­ri for­ma­la­şıb.

Bu gün də hə­min sə­nə­tə ma­raq var. Ha­zır­da xal­ça­çı­lıq, tə­kəl­duz, tik­mə, to­xu­cu­luq, pa­paq­çı­lıq, mis­gər­lik, də­mir­çi­lik, ağa­coy­ma, saz­bənd­lik, tar­bənd­lik, ka­man­ça bağ­la­maq, zur­na­çı­lıq, du­lus­çu­luq, şə­bə­kə, ipək­çi­lik, ke­çə­çi­lik və s. xalq sə­nə­ti növ­lə­ri ge­niş ya­yı­lıb. Əl­bət­tə, bu iş­də döv­lət sə­nət­kar­la­ra dəs­tək olur. Bu­nun­la be­lə, bir qi­sim xalq sə­nə­ti ilə məş­ğul olan sə­nət­kar bil­di­rir ki, sə­nət növ­lə­ri­nin da­ha ge­niş ya­yıl­ma­sı və gənc­lə­rin bu işə küt­lə­vi cəlb edil­mə­si üçün da­ha bö­yük dəs­tə­yə eh­ti­yac var. Sə­nət­kar­lar ar­zu edir ki, xalq sə­nə­ti növ­lə­ri­nə sub­si­di­ya­lar ay­rıl­sın. Doğ­ru­dur, məh­dud say­da sə­nət növ­lə­ri ilə məş­ğul olan in­san­lar ki­çik sub­si­di­ya və yar­dım­lar­dan is­ti­fa­də edir. Hal­bu­ki, bu­nun da­ha ge­niş miq­yas al­ma­sı ar­zue­di­lən­dir.

Qeyd edək ki, ta­ri­xən bir sı­ra xalq sə­nə­ti növ­lə­ri nə­sil­dən-nəs­lə ötü­rü­lüb, da­ha də­qiq de­sək, bu sə­nət­lər ata­dan oğu­la ke­çib. Yə­ni bu sə­nət­lər ai­lə­lər tə­rə­fin­dən in­ki­şaf et­di­ri­lib. Bu gün də şə­bə­kə, pa­paq­çı­lıq, du­lus­çu­luq, mis­gər­lik, saz­bənd­lik ki­mi xalq sə­nə­ti növ­lə­rin­də bu ənə­nə qo­ru­nur. Bu sə­nət növ­lə­ri­nin ço­xu­nun ge­niş ba­za­rı ol­ma­dı­ğı üçün, nəs­lin son­ra­kı üzv­lə­ri ona elə də ma­raq gös­tər­mir.

Ümu­miy­yət­lə, bu sa­hə­yə sub­si­di­ya ay­rıl­sa, sə­nət­kar­lar ye­ni ema­lat­xa­na­lar, sex­lər ya­ra­dıb sə­nə­ti da­ha da in­ki­şaf et­di­rər. Bil­di­rək ki, bir ne­çə il əv­vəl xal­ça­çı­lıq­la məş­ğul olan­lar ye­ni xal­ça­çı­lıq sex­lə­ri aç­maq üçün dəs­tə­yə eh­ti­yac ol­du­ğu­nu de­yir­di. Bu qə­bil­dən olan sex­lə­rin sub­si­di­ya, ma­liy­yə ba­xı­mın­dan tə­min olun­ma­sı on­la­rın ayaq­da dur­ma­sı­na va­si­tə olar. Bu gün xalq sə­nə­ti ilə məş­ğul olan­lar əsa­sən sat­dıq­la­rı mal­lar­dan əl­də et­dik­lə­ri və­sa­it he­sa­bı­na iş­lə­ri­ni da­vam et­di­rir. Am­ma elə sə­nət­kar da var ki, müş­tə­ri qıt­lı­ğın­dan ay­da-il­də bir də­fə mal sa­tır, ya sat­mır. Bu da onun məş­ğul ol­du­ğu sə­nə­tə da­ha is­ti mü­na­si­bət gös­tər­mə­si­nə ma­ne olur. Mə­sə­lən, bir müd­dət əv­vəl məş­hur şə­bə­kə us­ta­sı Ra­fiq Al­lah­ver­di­ye­vin se­xin­də ol­duq və ora­dan re­por­taj ha­zır­la­dıq. Şə­bə­kə us­ta­sı da bil­di­rir­di ki, bu sa­hə­nin in­ki­şa­fı üçün bank­lar tə­rə­fin­dən kre­dit­lər ay­rıl­ma­lı, ya döv­lət, ya da han­sı­sa qu­rum­lar bu sa­hə­yə ma­liy­yə hi­ma­yə­çi­li­yi gös­tər­mə­li­dir. Sə­nət­kar açıq şə­kil­də qeyd edir­di ki, şə­bə­kə üçün gə­rək olan ma­te­ri­al­la­rı əsa­sən xa­ric­dən alır və bu da ba­ha qiy­mə­tə ba­şa gə­lir. Us­ta Ra­fiq tək de­yil, baş­qa sə­nət­kar­lar da ey­ni qə­naə­ti bö­lü­şür. İna­nı­rıq ki, döv­lət bu sa­hə­lə­rin in­ki­şa­fı­na tə­kan ver­mək məq­sə­di­lə on­la­ra sub­si­di­ya­lar ay­rıl­ma­sı üçün təd­bir­lər hə­ya­ta ke­çi­rə­cək. Çün­ki böl­gə­lər­də xalq sə­nə­ti ilə məş­ğul olan us­ta­la­ra özü­nü­məş­ğul­luq proq­ra­mı çər­çi­və­sin­də mü­əy­yən sub­si­di­ya­lar, ma­liy­yə kö­mək­li­yi gös­tə­ri­lib. Düz­dür, bu tam ola­raq bü­tün ra­yon­la­rı əha­tə et­mir, am­ma mü­əy­yən göz­lən­ti­lər var. 

Sə­nət­şü­nas Sə­ki­nə Ba­har­lı bi­zim­lə söh­bə­tin­də qeyd et­di ki, bu sə­nət növ­lə­ri­nin in­ki­şa­fın­da döv­lət ma­raq­lı­dır. Xalq sə­nə­ti növ­lə­ri­nin da­ha ge­niş miq­yas­da ya­yıl­ma­sı və bu işin da­ha mü­tə­şək­kil şə­kil­də qu­rul­ma­sı­na eh­ti­yac var. Sə­nət nü­mu­nə­lə­ri­nin ha­zır­lan­ma­sı üçün tə­ləb olu­nan ma­te­ria­lın həd­siz ba­ha ol­du­ğu­nu de­yən sə­nət­şü­nas bil­di­rir ki, bu sa­hə­yə sub­si­di­ya­lar ay­rıl­sa, da­ha yax­şı olar: "Azər­bay­can­da xalq sə­nə­ti əsr­lər bo­yu ya­ra­nıb, for­ma­la­şıb. Öl­kə­miz ta­ri­xən sə­nət­kar­lıq mər­kəz­lə­rin­dən bi­ri olub və bu gün də sə­nət­kar­lıq mər­kə­zi ki­mi ye­ni­dən öz ye­ri­ni tut­maq­da­dır. Onu da vur­ğu­la­yaq ki, xalq sə­nə­ti növ­lə­ri­nin in­ki­şa­fın­da bir­ba­şa döv­lə­tin əmə­yi var. Bi­li­rik ki, Şə­ki­də ipək­çi­lik, mil­li mət­bəx, İs­ma­yıl­lı­da mis­gər­lik, baş­qa bir ra­yon­da du­lus­çu­luq, To­vuz­da, Gən­cə­də, Qa­zax­da saz­bənd­lik, di­gər bir böl­gə­miz­də də­mir­çi­lik, pa­paq­çı­lıq in­ki­şaf et­di­ri­lir. Ha­zır­da Azər­bay­ca­nın xalq sə­nət­kar­la­rı ey­ni za­man­da Ba­kı­da fəa­liy­yət gös­tə­rir. Ha­zır­da şə­hə­ri­miz­də saz­bənd ema­lat­xa­na­la­rı, zur­na-ba­la­ban və di­gər nə­fəs alət­lə­ri us­ta­la­rı­nın sex­lə­ri, xal­ça sex­lə­ri, du­lus­çu, mis­gər və s. mə­kan­la­rı öz işi­ni da­vam et­di­rir. Pa­paq­çı dü­kan­la­rı da Ba­kı­nın bir ne­çə ye­rin­də pa­paq hə­vəs­kar­la­rı­nın zi­ya­rət ye­ri­nə çev­ri­lib. Vax­ta­şı­rı ola­raq Azər­bay­can Res­pub­li­ka­sı Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi və ra­yon ic­ra ha­ki­miy­yət­lə­ri bir­lə­şə­rək Azər­bay­can xalq sə­nə­ti sa­hə­lə­ri­nin in­ki­şaf və təb­liğ et­di­ril­mə­si məq­sə­di­lə sər­gi­lər təş­kil edir. Bir müd­dət əv­vəl İs­ma­yıl­lı ra­yo­nun­da xal­ça­çı­lıq, du­lus­çu­luq, mis­gər­lik, ağac üzə­rin­də oy­ma sə­nə­ti­nin nü­mu­nə­lə­ri və İs­ma­yıl­lı­nın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nı və tu­rizm in­fras­truk­tu­ru­nun və­ziy­yə­ti­ni əks et­di­rən ge­niş təd­bir-sər­gi ke­çi­ri­lib. Bu ənə­nə baş­qa ra­yo­nun tim­sa­lın­da da özü­nü gös­tə­rir. "Azər­bay­can-2020: gə­lə­cə­yə ba­xış" İn­ki­şaf Kon­sep­si­ya­sı Azər­bay­ca­nın mə­də­ni ir­si­nin qo­run­ma­sı və sə­mə­rə­li ida­rə edil­mə­si­lə bağ­lı­dır".

O, həm­çi­nin, bil­dir­di ki, Azər­bay­can­da döv­lət sə­viy­yə­sin­də xalq sə­nə­ti növ­lə­ri­nin qo­run­ma­sı və təb­li­ğa­tı sa­hə­sin­də əvəz­siz iş­lər gö­rü­lür. Sə­nət­şü­na­sın söz­lə­ri­nə gö­rə, Azər­bay­can xal­qı ya­ra­dı­cı xalq ol­du­ğu üçün, qə­dim dövr­lər­dən baş­la­ya­raq tə­biə­tin on­la­ra bəxş et­di­yi xam­mal­dan sə­mə­rə­li şə­kil­də is­ti­fa­də edib. Bu xam­mal­dan öz hə­ya­tı, məi­şə­ti, mə­də­niy­yə­ti üçün əhə­miy­yət­li olan mə­mu­lat­lar ha­zır­la­yan sə­nət­kar­la­rı­mı­zın sə­nə­ti həm ic­ti­ma­iy­yət, həm də döv­lət tə­rə­fin­dən dəs­tək­lə­nir. Onun söz­lə­ri­nə gö­rə, Azər­bay­can mə­də­niy­yə­ti­nə şə­rəf gə­ti­rən qə­dim sə­nət növ­lə­ri­mi­zin ge­niş ya­yıl­dı­ğı böl­gə­lər Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin və Bi­rin­ci vit­se-pre­zi­dent, Hey­dər Əli­yev Fon­du­nun rəh­bə­ri Meh­ri­ban xa­nım Əli­ye­va­nın tez-tez zi­ya­rət et­dik­lə­ri mə­kan­lar ki­mi xa­rak­te­ri­zə olu­nur. Hət­ta öl­kə­mi­zə gə­lən ali qo­naq­lar da bu mə­kan­la­ra baş çək­mək­də ma­raq­lı­dır: "Pre­zi­dent və xa­nı­mı xalq sə­nə­ti­nin və­tə­ni olan yurd­la­rı­mı­za da­im say­ğı bəs­lə­yir. Qə­bə­lə, İs­ma­yıl­lı, Şə­ki, Gən­cə, Gə­də­bəy, Lən­kə­ran və baş­qa ra­yon­lar­da sə­nət­kar­lıq öz qə­dim ənə­nə­lə­ri­ni qo­ru­ya­raq sax­la­ya bi­lib. Azər­bay­ca­nın da­xi­lin­də xalq sə­nə­ti növ­lə­ri ge­niş sə­viy­yə­də in­ki­şaf edib. Am­ma sə­nət­kar­la­rı­mız xa­ri­ci ba­zar­la­ra çıx­maq­da çə­tin­lik çə­kir. He­sab edi­rəm ki, bu sa­hə­də təd­bir­lər gö­rül­mə­li­dir. Bu sə­nət növ­lə­ri Ba­kı­da - İçə­ri­şə­hər­də, Fəv­va­rə­lər mey­da­nın­da, ey­ni za­man­da, şə­hə­ri­mi­zin ən­tiq mal­lar dü­kan­la­rın­da sa­tı­lır. Bu­nu da­ha çox yer­li sa­kin­lər və tu­rist­lər alır. Bir mə­sə­lə də var ki, xalq sə­nə­ti ilə məş­ğul olan us­ta­la­ra sub­si­di­ya ay­rıl­sa, on­lar öz iş­lə­ri­ni da­ha da ge­niş­lən­di­rə bi­lər. Bu sə­nət növ­lə­ri­nin qo­run­ma­sı həm də da­ya­nıq­lı ma­liy­yə ilə bağ­lı­dır. Sub­si­di­ya­lar ay­rıl­sa, sə­nət­kar­lar bu işə da­ha ürək­lə ya­na­şar. Elə sə­nət­kar var ki, iş­lə­mək is­tə­yir, am­ma ma­te­ri­al al­ma­ğa pu­lu yox­dur. Ai­lə­lər var ki, ai­lə şək­lin­də xalq sə­nə­ti nü­mu­nə­lə­ri ha­zır­la­maq­la məş­ğul­dur. On­la­ra sub­si­di­ya­lar ve­ril­sə, da­ha fay­da­lı olar. Çün­ki bu həm də özü­nü­məş­ğul­lu­ğun tə­min olun­ma­sı de­mək olar­dı".

Əmək­dar in­cə­sə­nət xa­di­mi, sə­nət­şü­nas Zi­yad­xan Əli­yev bi­zim­lə söh­bə­tin­də xalq sə­nə­ti­nə sub­si­di­ya­la­rın ay­rıl­ma­sı­na yax­şı bax­dı­ğı­nı de­di. Z.Əli­ye­vin söz­lə­ri­nə gö­rə, bu, sə­nət­kar­lı­ğın in­ki­şa­fı­na dəs­tək ola bi­lər: "So­vet döv­rün­də xalq sə­nə­ti növ­lə­ri­nin in­ki­şa­fı­na xü­su­si ma­raq var­dı. Ona gö­rə də bu sə­nət növ­lə­ri ge­niş in­ti­şar tap­dı. Bu gün də sə­nə­tin in­ki­şa­fı­na ma­raq var. Am­ma da­ha ge­niş sə­viy­yə­də ol­ma­lı­dır. Sə­nət­kar­lar var ki, öz iş­lə­ri­ni üzə çı­xa­ra bil­mir. Bu da on­la­rın ma­liy­yə da­yaq­la­rı­nın zə­if ol­ma­sı ilə bağ­lı­dır. Sub­si­di­ya­lar ay­rıl­sa, on­lar or­ta­ya da­ha mo­nu­men­tal iş­lər qo­ya bi­lər. Bu gün xalq sə­nə­ti növ­lə­ri­nin da­ha yük­sək sə­viy­yə­də in­ki­şaf et­di­ril­mə­si la­zım­dır".

Ta­nın­mış ke­çə­çi rəs­sam Ra­uf Əb­dül­hü­sey­noğ­lu "Ba­kı-Xə­bər"in qal­dır­dı­ğı tə­şəb­bü­sü al­qış­la­dı. Sə­nət­kar bil­dir­di ki, xalq sə­nə­ti növ­lə­ri­nə sub­si­di­ya­la­rın ay­rıl­ma­sı bu sa­hə­nin da­ha yük­sək sə­viy­yə­də in­ki­şa­fı­na tə­kan ve­rə­cək: "Bu gün Azər­bay­can­da xalq sə­nə­ti növ­lə­ri ən müx­tə­lif­dir. Biz­də bu sa­hə çox zən­gin­dir. Xal­ça­çı­lıq­dan tut­muş, ke­çə­çi­li­yə, kə­tan sə­nə­ti­nə, du­lus­çu­luq, mis­gər­lik, pa­paq­çı­lıq və s. qə­dər bü­tün xalq sə­nə­ti nü­mu­nə­lə­ri var və bu­ra­da çox də­yər­li sə­nət­kar­lar iş­lə­yir. Doğ­ru­dur, on­la­ra sub­si­di­ya­la­rın ay­rıl­ma­sı la­zım­dır. Sub­si­di­ya­lar ay­rıl­sa, sə­nət­kar­lar ema­lat­xa­na­la­rı­nı, sex­lə­ri­ni da­ha da ge­niş­lən­di­rər. Am­ma bir mə­sə­lə də var ki, ma­liy­yə ça­tış­maz­lı­ğı heç vaxt pe­şə­kar sə­nət­ka­rı sar­sı­da bil­məz. O sə­nət­kar­dır­sa, heç kə­sə fi­kir ver­mə­dən öz işi ilə məş­ğul ola­caq. Çox za­man "pul yox­dur" de­yən­lər, pu­la gö­rə iş­lə­yən­lər qey­ri-pe­şə­kar­lar olur. Mən özüm ke­çə­çi­li­yi pe­şə­kar sə­viy­yə­yə qal­dı­ran rəs­sa­mam, am­ma heç vaxt pu­la gö­rə iş­lə­mi­rəm. İş­lə­yi­rəm, o işin on­suz da gec-tez müş­tə­ri­si olur. Ça­lı­şı­ram ki, is­tə­di­yi­mi ya­ra­dım, pu­lu fi­kir­ləş­səm, bu alın­ma­ya­caq. Ha­mı­nın pu­la eh­ti­ya­cı var, am­ma sə­nə­ti pu­la bağ­la­maq düz­gün de­yil. Bir hal­da ki, sə­nət­kar pe­şə­kar­dır, o is­tə­di­yi­ni ya­ra­da­caq. Elə sə­nət növ­lə­ri var ki, on­la­rın ha­zır­lan­ma­sı üçün xa­ric­dən ma­te­ri­al tə­ləb olun­mur, on­la­rın ya­ran­ma­sı­na öz tə­biə­ti­miz­də olan­lar bəs edir. Mə­sə­lən, du­lus­çu­nun gi­li ya­nın­da, pe­çi ya­nın­da, o, xa­ric­dən han­sı məh­su­lu ala­sı­dır ki? Am­ma elə sə­nət növ­lə­ri də var ki, on­lar üçün ma­te­ri­al alın­ma­lı­dır. Bu­nun­la be­lə, sə­nət­kar işi­ni gör­mə­li­dir. Bu, mə­sə­lə­nin bir tə­rə­fi. Döv­lət sə­nə­kar­la­ra, sə­nət növ­lə­ri­nin in­ki­şa­fı­na dəs­tək ve­rir. Sub­si­di­ya­lar da ve­ril­sə, bu da­ha yax­şı olar, sə­nə­tə da­ha da tə­kan olar".

İq­ti­sad­çı Na­tiq Cə­fər­li isə bi­zim­lə söh­bə­tin­də qeyd et­di ki, xalq sə­nə­ti növ­lə­ri­nin in­ki­şaf et­di­ril­mə­si­nə sub­si­di­ya­lar ay­rıl­ma­sı işin­də döv­lət­dən da­ha çox özəl şir­kət­lər, qu­rum­lar rol oy­na­ma­lı­dır: "Əs­lin­də, xalq sə­nə­ti­nin in­ki­şa­fı üçün sub­si­di­ya­la­rın ay­rıl­ma­sı müm­kün­dür. Bu sa­hə­yə sırf döv­lət­dən sub­si­di­ya­lar ay­rıl­ma­sı nə­zə­rə­də tu­tu­lur­sa, döv­lət bu işi boy­nu­na gö­tür­mə­yə də bi­lər. Bir sı­ra öl­kə­lə­rin təc­rü­bə­si var. Xalq sə­nə­ti növ­lə­ri­nə və ön­cə­dən gə­lir­li­yi aşa­ğı olan sa­hə­lə­rə sub­si­di­ya­lar ve­rən və spon­sor­luq edən iri şir­kət­lə­rə ver­gi gü­zəşt­lə­ri nə­zər­də tu­tu­lur. Mə­nə be­lə gə­lir ki, döv­lət bir­ba­şa büd­cə­dən pul ayı­rıb onun ha­ra­sa bö­lüş­dü­rül­mə­si ilə məş­ğul ol­ma­ma­lı­dır. Bö­yük şir­kət­lə­rə ça­ğı­rış­lar edil­mə­li­dir ki, on­lar xalq sə­nə­ti ilə məş­ğul olan dər­nək­lə­rə, sex­lə­rə, fər­di sa­hib­kar­la­ra fər­di şə­kil­də mü­əy­yən spon­sor­luq dəs­tə­yi gös­tər­sin və mü­əy­yən ver­gi növ­lə­rin­dən gü­zəşt­lər əl­də et­sin. Bu da­ha ef­fek­tiv olur. Çün­ki bir­ba­şa ye­ni biz­nes nö­vü ilə kör­pü ya­ra­nır və gə­lə­cək­də ye­ni ide­ya­lar, hə­min sa­hə­nin in­ki­şa­fı üçün ad­dım­lar atı­la bi­lir".

İq­ti­sad­çı bil­dir­di ki, döv­lət xalq sə­nə­ti ilə məş­ğul olan şəxs­lə­rə, sex­lə­rə, ema­lat­xa­na­la­ra bir ne­çə il­lik kom­mu­nal xid­mət haq­la­rı ilə də bağ­lı gü­zəşt edə bi­lər, bu da on­la­ra dəs­tək sa­yı­lar. "Fik­rim­cə, bu iş­lə məş­ğul olan­la­rı ən azın­dan 5 il­lik ver­gi­dən azad et­mək olar. On­lar kom­mu­nal xərc­lər­dən azad olu­na bi­lər. Yə­ni be­lə do­la­yı sub­si­di­ya­lar­dan da is­ti­fa­də edi­lə bi­lər. He­sab edi­rəm ki, büd­cə­nin in­di­ki və­ziy­yə­ti­ni nə­zə­rə al­saq, sə­nət­kar­la­ra, xalq sə­nə­ti növ­lə­ri ilə məş­ğul olan­la­ra do­la­yı sub­si­di­ya­la­rın ve­ril­mə­si da­ha ef­fek­tiv olar" - de­yə N.Cə­fər­li bil­dir­di.

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 8 iyun.- S.15.